Məhkəmə qərarları › İş №1(010)-89/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-89/2021

03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-89/2021 03.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, 5 nömrəli evin 15 nömrəli mənzilində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 iyul 2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanda yerləşən evdə heç kimin olmamasından istifadə edərək evin həyətyanı sahəsinə çəkilmiş daş hasardan başqa saxlanc yerinə həyətə daxil olaraq pəncərəyə yaxınlaşmış və açıq olan pəncərədən qanunsuz olaraq yaşayış sahəsinə daxil olub içəridən sonuncuya məxsus 01 ədəd 2.500 manat dəyərində “Samsung” markalı, “UE49M6500AUXRU” modelli televizoru, 01 ədəd 800 manat dəyərində “İphone” markalı mobil telefonu, 02 ədəd 150 manat dəyərində DVD aparatını, 01 ədəd 1.500 manat dəyərində kombi istilik cihazını, 01 ədəd 500 manat dəyərində gümüş suvenir xəncəri, 04 ədəd 400 manat dəyərində qol saatını, 01 ədəd 400 manat dəyərində elektron tablonu, 01 ədəd 150 manat dəyərində gödəkçəni, 01 ədəd 400 manat dəyərində “Svorovski” adlı qol saatını, 01 ədəd 100 manat dəyərində krosno aparatını, 40 ədəd ümumi dəyəri 4.000 manat dəyərində idman geyim dəstini, 01 ədəd 700 manat dəyərində “Acer” markalı nootbuku, 01 ədəd 1.500 manat dəyərində “HP” markalı nootbuku, 01 ədəd 800 manat dəyərində nootbuku, 07 ədəd ümumi dəyəri 1.400 manat olan yataq dəstlərini, 02 ədəd 760 manat dəyərində yataq dəstlərini, 05 ədəd ümumi dəyəri 650 manat dəyərində hamam dəstini, 02 karopka 150 manat dəyərində elektrik avtomatı, 150 manat dəyərində elektrik naqili, 150 manat dəyərində 25 ədəd müxtəlif növ şampunları, 60 manat dəyərində müxtəlif növ yuyucu tozlarını, 03 ədəd ümumi dəyəri 600 manat dəyərində ütünü, 01 ədəd 800 manat dəyərində laqondanı, 01 ədəd 100 manat dəyərində dreli, 01 ədəd 180 manat dəyərində gödəkçəni, 02 dəst ümumi dəyəri 240 manat dəyərində yorğan dəstini, 04 ədəd 480 manat dəyərində pərdəni, 04 ədəd ümumi dəyəri 320 manat dəyərində yorğan üzlüyünü, 500 manat dəyərində uşaq geyimlərini, 01 ədəd zədəli halda 100 manat dəyərində “İphone” markalı, “A 1428” model telefonu, 01 ədəd 05 manat dəyərində tikiş üçün tapançanı, 01 ədəd 03 manat dəyərində qırmızı-qara rəngli böyük fanarı, 01 ədəd 10 manat dəyərində gümüşü rəngli suvenir qabı və 01 dəst 15 manat dəyərində göy rəngili “XL” ölçülü üzərində “Made in Turkey” yazıları olan idman paltarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 20.573 manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Elan edilmiş ittihamın məzmunundan görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 17 iyul 2020-ci il tarixdə, saat 01 radələrində ünvan 1 ünvanda yerləşən evə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 20.573 manat məbləğdə, yəni xeyli miqdarda əmlakı gizli yolla taladığını əsas tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə təqsirləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin dispozisiyasına əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakının gizli olaraq talanmasına, yəni oğurlanmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bununla da, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin obyektiv cəhəti kimi özgənin əmlakının yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talanmasını nəzərdə tutur. Lakin cinayət işinin məhkəmə baxışı zamanı işdə olan sübutların məhkəmədə tədqiqi nəticəsində Təqsirləndirilən şəxs 17 iyul 2020-ci il tarixdə, saat 01 radələrində ünvan 1 ünvanda yerləşən evə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda əmlakı gizli yolla talamaqla oğurluq etməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, zərərçəkmiş şəxsi əvvəllər görməmiş, ümumiyyətlə bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Onu polis əməkdaşları, ölüm hadisəsi ilə əlaqədar olaraq prokurorun yanına aparmaq adı ilə zorla evindən çıxardaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində fiziki zor və təzyiq altında 17 iyul 2020-ci il tarixdə, saat 01 radələrində ünvan 1 ünvanda yerləşən evdən oğurluq etməsini boynuna almağa məcbur edilmişdir. Buna görə də o, məcbur olub etirafedici izahatlar vermişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məsələyə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində baxıldığı zaman o, polis işçilərindən qorxduğu üçün, baş vermiş hadisə və məruz qaldığı işgəncə barədə işə baxan hakimə heç nə söyləməmişdir. Eyni zamanda o, qorxduğuna görə müdafiəçisi vasitəsilə də hər hansı orqana şikayət etməmiş, cinayət işinə məhkəmədə baxılmasını gözləmişdir. O, hadisənin baş verdiyi yerdə olmamış, iş materiallarında buna dair hər hansı bir sübut növü yoxdur. Bundan başqa, əgər o, evdən oğurluq etmiş olsa idi, hadisə yerində ona aid əl barmaq izləri, həmçinin digər sübut növləri olardı, lakin belə bir sübut növləri də mövcud deyil. Təqsirləndirilən şəxs həmçinin məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, götürmə protokulu polis əməkdaşları tərəfindən formal olaraq tərtib olunmuşdur. Belə ki, onun evindən oğurluq hadisəsinə aid heç bir maddi sübut aşkar olunmamışdır. Götürmə protokolunda olan digər iştirakçılarda, yəni hal şahidi kimi qeyd edilmiş şəxslər də polis əməkdaşları olmuşlar. Habelə onun ifadəsinin yerində yoxlanılmasına dair protokol da formal olaraq tərtib edilmişdir. Belə ki, ibtidai istintaqı aparan müstəntiq onu hadis yerinə aparmamış, hadisə yerində onun ifadəsi alınmamışdır. O, hadisə yerinə aparılmış olsa idi hadisə yerində onun fotoşəkilləri də çəkilmiş olardı. İş materiallarında olan bəzi sənədlərə işgəncəyə məruz qaldığına görə məcbur olub qol çəkmişdir. O, 16 iyun 2020-ci il tarixdə “VAZ 2106” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobildən “Samsung Galaxy” markalı mobil telefonu oğurlamaqda özünü təqsirli bilir, həmin cinayət işi ayrıca icraata ayrılmış və o, həmin cinayət işi üzrə zərərçəkmişə dəymiş ziyanı ödəmiş, barışıq ərizəsi iş materiallarına əlavə edilmişdir. Lakin Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə özünü təqsirli bilmir. Sonda Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət məsuliyyətindən azad edilməsini və ona elan edilmiş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. 06 aprel 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 6 nömrəli evdə yaşayır. 10 iyul 2020-ci il tarixdən 24 iyul 2020-ci il tarixədək olan müddət ərzində yaşadığı mənzildə olmamışdır. 24 iyul 2020-ci il tarixdə axşam saatlarında qonşusu zəng edib ona “evi aparırlar siz hardasız evdə yoxsunuz” demişdir. Bundan sonra o, həmin dəqiqə övladlarına zəng edib bu barədə məlumat vermişdir. İlkin olaraq qızı onun evinə getmiş və evə baxdıqda evdə olan bütün əşyaların oğurlandığını aşkar etmişdir. Sonradan məlum olmuşdur ki, evdən ona məxsus 2.500 manat dəyərində bir ədəd “Samsung” markalı televizor, 700 manat dəyərində bir ədəd “Acer” markalı nootbuk, bir ədəd 1.500 manat dəyərində “HP” markalı nootbuk, təxminən 20-25 dəst qadın və kişi idman paltarları, 10-12 yataq dəstləri, çoxsaylı hamam dəstləri, gödəkçələr, ayaqqabılar, iki karpoka işıq avtomatı, elektrik naqilləri, bir ədəd kombi cihazı, çoxsaylı şampunlar, yuyucu tozları, üç ədəd ütü, bir ədəd laqonda, bir ədəd drel, bir ədəd gümüş suvenir xəncər, dörd ədəd antikvar saat və bir ədəd 400 manat dəyərində eleketron tablo oğurlanmışdır. Oğurlanmış əmlakın ayrı-ayınlıqda dəyərini bilmir, lakin baş vermiş hadisə nəticəsində ona ümumilikdə 35.000 manat məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 həmçinin məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirdi ki, ibtidai istintiaq zamanı müəyyən əşyaları ona qaytarılsa da demək olar ki onların hamısı yararsız haldadır. Ona istintaq zamanı deyilmişdir ki, evindən oğurlanmış əşyalar Rauf adlı şəxsin evindən aşkar edilərək götürülmüşdür. Həmçinin istintaqda iki nəfər tanımadığı şəxs ona bildirmişdir ki, onun evindən oğurluq etməyə onları Rauf yönləndirmişdir. İbtidai istintaq zamanı ifadəsində 20.000 manat ziyan dəydiyini bildirsə etsə də, lakin sonradan dəymiş ziyanın 35.000 manat olduğunu müəyyən etmişdir. Belə ki, evində əşyalar çox olduğundan ibtidai istintaq zamanı konkret olaraq hansı əşyaların oğurlandığını bilməmişdir. Qeyd etdiyi kimi ibtidai istintaqda adlarını bilmədiyi 2 nəfər şəxs ona oğurluğu məhz Raufun etdiyini demişlər. Evindən oğurlanmış televizor ona təqdim olunan zaman Rauf tutulmamışdır, həmin televizoru ona bölmədə Əli müəllim xidməti otağında göstərmişdir. Polis əməkdaşları tərəfindən onun evinə baxış keçirilməmiş, dəfələrlə müraciət edib evindən oğurluq etmiş şəxs barədə soruşsa da ona heç bir məlumat verilməmiş, habelə sonradan təqsirləndirilən şəxs hadisə yerinə də gətirilməmiş, ümumiyyətlə ibtidai istintaq çox səthi aparılmışdır. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək, onun barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili X10 göstərdi ki, 17 iyul 2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evdən edilmiş oğurluq hadisəsi nəticəsində cinayət yolu ilə əldə edilmiş televizor, ağ rəngli telefon və digər əşyalar Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş və bu barədə götürmə protokolu tərtib edilmişdir. Götürmə onun, digər polis əməkdaşı X2 və 2 nəfər hal şahidinin iştirakı ilə aparılmışdır. Televizor, sınmış halda telefon və geyim əşyaları Təqsirləndirilən şəxs evinin dəhlizində aşkar olunmuşdur. Həmin əşyalar zərərçəkmişin ifadələrində qeyd etdiyi əşyalarla uyğun olduğu üçün onların məhz zərəçəmiş şəxsə məxsus əşyalar olduğunu bilmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin yerini özü onlara göstərmiş, evdə götürmə aparılmasına dair razılıq ərizəsi və yaxud məcburi istintaq hərəkətini aparılmasına dair məhkəmə qərarı olmamışdır. Çünki Təqsirləndirilən şəxs evində götürmə aparılmasına şifahi razılıq vermişdir. Evdə götürmə aparılarkən video çəkilişdən istifadə olunmamışdır. Təqsirləndirilən şəxs evindən götürülmüş televizoru zərəçəkmişə o, təqdim etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili X6 göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı evdə aparılmış götürmədə və buna dair protokolun tərtib olunmasında iştirak etmişdir. Cinayət yolu ilə əldə edilmiş televizor, ağ rəngli telefon və digər əşyalar Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilərək götürülmüşdür. Onlar polis bölməsindən Təqsirləndirilən şəxs yaşadığı evə gedəndə Təqsirləndirilən şəxs oğurladığı əşyaların evində olduğunu bildirmiş və evdə həmin əşyaları sonuncu özü təqdim etmişdir. Götürmədə o, digər polis əməkdaşı Ziya və 2 nəfər hal şahidi iştirak etmişdir. İş materiallarında soyadı səhvən Ramazanov əvəzinə Mehdiyev kimi qeyd edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 göstərdi ki, hazırki cinayət işinin ibtidai istintaqı onun tərəfindən aparılmışdır. Hadisə yerinə Təqsirləndirilən şəxs ilə gedib müvafiq prosessual hərəkətlər etmiş, sadəcə həmin vaxt zərərçəkmiş şəxs ölkə xaricində olduğundan təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 6 nömrəli evi kənardan göstərərək həmin evdən oğurluq etdiyini, ora haradan və necə daxil olduğunu göstərmişdir. Zərərçəkmiş şəxs ölkəyə qayıtdıqdan sonra hadisə yerinə təkrar baxış keçirilməmiş, həmçinin hadisə yerindən əl-barmaq izləri də götürülməmişdir. Hadisə yerinə baxış zamanı, habelə ifadənin yerində yoxlanılması zamanı müvafiq fotoşəkillər çəkilsə də, lakin texniki nasazlıq səbəbindən həmin fotoşəkilləri çıxardıb iş materiallarına əlavə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs 16 iyun 2020-ci il tarixdə mobil telefon oğurlaması, yəni başqa bir oğurluq əməli sübuta yetirilmədiyi üçün hazırki cinayət işindən başqa bir cinayət işi ayrılmış, müvafiq qərar iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs ittiham aktını və s. sənədləri imza etməməsi onun cinayət məsuliyyətini istisna etmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid oğlu göstərdi ki, təxminən 01 il bundan öncə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindən keçərkən polis əməkdaşları yaxınlaşaraq oğurluq yolu ilə əldə edilmiş əşyaların götürülməsində hal şahidi qismində iştirak etməyi xahiş etmişlər. O, etiraz etməmiş və hal şahidi qismində iştirak etməyə razılıq vermişdir. Dəqiq ünvanını xatırlamadığı evin girişindən televizor, habelə səhv etmirsə noutbuk və digər əşyalar polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi haqqında 24 iyul 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evində oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evi 04 otaqdan ibarətdir, evin giriş qapısından içəriyə daxil olduqda dəhliz, sol tərəfdə mətbəx, üzbə-üz yataq otağı, sıra ilə qonaq otağı və uşaq otağı yerləşir, otaqlarda əşyalar dağınıq vəziyyətdədir, lakin hər hansı bir sınıdırılma izi yoxdur. Evin qonaq otağının pəncərəsi açıqdır və evə həmin yerdən daxil olunmuşdur. Ekspert tərəfindən hadisə yeri müayinə olunmuş, lakin əlbarmaq izləri aşkar edilməmişdir. Hadisə yerini qeydə alacaq müşahidə kameraları olmamış, hər hansı bir götürmə aparılmamışdır. Baxış zamanı mənzilin müxtəlif istiqamətlərdən fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən evdə cinayət hadisəsi olması ilə əlaqədar hadisə yerinə baxış keçirilən zaman müxtəlif istiqamətlərdən fotoşəkillər çəkilmiş, lakin yaranmış texniki problemlər səbəbindən fotoşəkillərin bəzilərini çıxardaraq iş materiallarına əlavə etmək mümkün olmamışdır. İş materiallarında olan götürmə aparılması haqqında 29 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi əşyaların yerinin könüllü surətdə göstərilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi əşyaların yaşadığı ünvan 2 ünvanında olduğunu bildirmiş, buna görə də həmin ünvandan bir ədəd qara rəngli “Samsung” markalı televizor, bir ədəd ağ rəngli “iPhone” markalı mobil telefon, bir ədəd tikiş üçün tapança, bir ədəd fanar, bir ədəd suvenir qab və bir ədəd idman paltarı aşkar edilərək götürülmüşdür. Götürülmə aparılarkən foto və video çəkilişdən istifadə edilməmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 29 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, ifadə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 43 ünvanında yerləşən evi göstərərək, 17 iyul 2020-ci il tarixdə, saat 01 radələrində qeyd edilən evin daş hasarından həyətyanı sahəyə keçərək, oradan evin pəncərəsini açıb yaşayış sahəsinə daxil olub evdən bir ədəd televizoru, bir ədəd kiçik qırmızı rəngli qadın çantasını, bir dəst idman paltarını, bir ədəd qol saatını, içərisində yuyucu tozları olan və təmizləyici maddələr olan bir ədəd böyük çantanı oğurladığını bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı “Sony” markalı fotoaparatla fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən müxtəlif istiqamətlərdən fotoşəkillər çəkilmişdir. Lakin yaranmış texniki problemlər səbəbindən fotoşəkillərin bəzilərini çıxarıb iş materiallarına əlavə etmək mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 noyabr 2020-ci il tarixli, 9/4954 nömrəli rəyindən görünür ki, bir ədəd ekranı zədəli “İphone” markalı, “A 1428” model telefon (ehtiyat hissəsi kimi) kimi dəyəri 30 manat, bir ədəd üzərində “GS” markalanma göstəriciləri olan tikiş üçün tapança (tapança stepler) 05 manat, bir ədəd qırmızı-qara rəngli böyük ölçülü fanar 03 manat, bir ədəd gümüşü rəngli suvenir qab 10 manat, bir ədəd ekranı çat vəziyyətdə olan “Samsung” markalı, “UE49M6500AUXRU” modelli televizor 400 manat və bir dəst göy rəngli “XL” ölçülü üzərində “Made in Turkey” yazıları olan idman paltarı 15 manat olmaqla həmin maların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin iyul ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 463 manat müəyyən edilir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz elan edilməli və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə istintaqında müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs 29 sentyabr 2020ci il tarixdə şübhəli, 30 sentyabr 2020-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilmişdir. Hər iki halda Təqsirləndirilən şəxs 17 iyul 2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanda yerləşən evə qanunsuz daxil olaraq oradan oğurluq etdiyini etiraf etmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərilənləri təkzib etmiş, orada qeyd edilənləri polis əməkdaşlarının təzyiqi altında verdiyini, hətta polis əməkdaşlarının ona zor tətbiq edərək işgəncə verdiklərini, habelə ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərinin, o cümlədən götürmə növündə məcburi istintaq hərəkətinin ümumiyyətlə aparılmadığını, qeyd edilən protokolların formal olaraq tərtib edilməklə iş materiallarına əlavə edildiyini göstərmişdir. Məhkəmə, ilk növbədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqsirini etiraf etməsi barədə ifadəsi ilə bağlı olmadığını qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət prosessual qanunvericiliyi təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı təqsirini boynuna alması və ya almaması ilə bağlı olmadığını təsbit edir (CPM-in 324.3.4-cü maddəsi). Bununla da cinayət işinə məhkəmə iclasında baxıldığı zaman 17 iyul 2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanda yerləşən evə qanunsuz daxil olma yolu ilə oradan oğurluq edildiyi müəyyən edilsə də, lakin həmin əməlin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə, yəni Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın sübut olunmasına dair aradan qaldırılması mümkün olmayan kifayət qədər şübhələrin mövcud olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-nin 124.2, 124.2.1-124.2.5-ci maddələrinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Hazırki cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı cinayət təqibi üzrə toplanmış sübutlar - təqsirləndirilən, zərərçəkmiş şəxsin, ekspert rəyi, hadisə yerinə baxış, götürmə aparılması və ifadənin yerində yoxlanılması protokolu olmuş və ibtidai istintaq orqanı qeyd edilən həmin sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edərək, ona həmin maddə ilə nəzərədə tutulan ittiham elan etmişdir. Məhkəmə ibtidai araşdırma və istintaq zamanı cinayət təqibi üzrə toplanmış yuxarıda qeyd edilən sübutların hər birinə ayrı-ayrılıqda qiymət verməyi zəruri hesab edir. Beləliklə cinayət işinə məhkəmədə baxıldığı zaman iş üzrə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən onun evinə, yəni hadisə yerinə baxış keçirilmədiyini, habelə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmadığını bildirmişdir. Eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin müstəntiqi X3 da məhkəmədə şahid qismində verdiyi ifadəsində zərərçəkmiş şəxsin ölkə xaricində olduğundan hadisə yerinə Təqsirləndirilən şəxs ilə getdiyini, sonuncunun kənardan evi göstərərək həmin evdən oğurluq etdiyini dediyini, ora haradan və necə daxil olduğunu göstərdiyini, zərərçəkmiş şəxs ölkəyə qayıtdıqdan sonra isə hadisə yerinə təkrar baxış keçirilmədiyini bildirmişdir. Bununla da iş üzrə 24 iyul 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında və 29 sentyabr 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokolların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə hadisə yerində deyil, sonradan məlum olamayan şəraitdə və yerdə formal olaraq tərtib edildiyi təsdiq olunur. Azərbaycan Respublikası CPM-nin 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Məhkəmə hesab edir ki, 24 iyul 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə hadisə yerində tərtib edilmədən hadisə yerindəki şəraitin qavranılması, cinayətin izlərinin, digər əşyayi dəlillərin tapılmasına, hadisənin baş verməsi şəraitinin və iş üçün əhəmiyyətli olan digər şərtlərin aydınlaşdırılmasına yönələn əhəmiyyətli məlumatların əldə edilməsi mümkün deyil. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 260.1-ci maddəsinə əsasən ifadələrin yerində yoxlanılması şahidin, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxslərin dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı ifadələrinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədi ilə aparılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən müstəntiq ifadəsi yoxlanılan şəxslə birlikdə onun göstərdiyi yerə gəlir və ona əvvəllər haqqında ifadə verdiyi və ya hazırda verə biləcəyi şəraiti, habelə əşyaları göstərməsini (və ya təsvir etməsini) təklif edir. Bu halda dindirilmiş (dindirilən) şəxs hadisə yerinə gedən yolu, əvvəllər haqqında ifadə verdiyi və ya hazırda ifadə verə biləcəyi şəraiti və əşyaları göstərir, həmçinin müstəntiqin suallarına cavab verir. İfadələrin yerində yoxlanılması istintaq hərəkətinin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, əvvəllər ifadəsi alınmış şəxsdən cinayət hadisəsi ilə bağlı yerin və obyektlərin göstərilməsi, habelə hər hansı bir hərəkətin nümayiş etdirilməsi ilə müşaiyət olunmaqla araşdırılan hadisəyə dair əvvəllər haqqında ifadə verilmiş dəqiq məlum olan yerdə ifadə alınır. İfadələrin yerində yoxlanılması artıq dindirilmiş şəxsin müstəntiqin təklifi ilə qanunla müəyyən olunmuş prosessual şərtlərə riayət etməklə ifadələrin yoxlanılması (dəqiqləşdirilməsi) məqsədilə əvvəllər barəsində ifadə verdiyi və araşdırılan hadisə ilə əlaqəsi olan yeri, predmetləri, sənədləri, izləri və s. obyektləri göstərməsindən, göstərilən halların araşdırılan hadisə ilə əlaqəsini izah etməsindən, ifadənin yoxlanıldığı yerdə tədqiq edilən hadisənin şəraitini yaratmasından və hadisə zamanı baş vermiş ayrı-ayrı hərəkətləri nümayiş etdirməsindən ibarətdir. Bu zaman müstəntiq ifadələri yoxlanılan şəxsi dinləyir, şəxsin göstərdiyi halları və nümayiş etdirdiyi hərəkətləri müşahidə edir, onların hadisə yerinin şəraiti ilə müqayisə edir, hadisə yerinin şəraiti ilə ifadəsi yoxlanılan şəxsin ifadələri arasında uyğunsuzluğun olub-olmamasını müəyyən edir 29 sentyabr 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokolun isə səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə hadisə yerində tərtib edilməməsi, yuxarıda qeyd olunan məqsədlərə - təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə bağlılığının, hadisə yerinin şəraiti ilə ifadəsi yoxlanılan şəxsin ifadələri arasında uyğunsuzluğun olubolmamasının müəyyən edilməsini qeyri-mümkün etməklə həmin protokolun cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaya yönəldilmiş sübut növü kimi qəbul edilməsini istisna edir. Bu zaman məhkəmə onu da nəzərə alır ki, ifadənin yerində yoxlanılması haqqında 29 sentyabr 2020-ci il tarixli protokolda ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 43 ünvanında yerləşən evi göstərdiyi qeyd edilmiş, lakin iş materiallarından isə müəyyən olunur ki, oğurluq hadisəsi ünvan 3 ünvanında yerləşən evdə baş vermişdir. İfadənin yerində yoxlanılmasının qanunvericiliyin tələblərinə riayət edilməklə aparıldğı qəbul edilsə belə faktiki olaraq həmin prosessual hərəkətin cinayətin baş verdiyi ünvan 3 ünvanında yerləşən evdə həyata keçirildiyi müəyyən olunur ki, bu hal da həmin istintaq hərəkətinin sübuti əhəmiyyətini şübhə altına alır. Eyni zamanda məhkəmə hesab edir ki, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin həyata keçirilməsi üçün ifadəsi yoxlanılan şəxsin öz ifadəsinin yerində könüllü yoxlanılmasında könüllü iştirak etmək haqqında arzusunun olması mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 90.7 və 90.7.10-ci maddələrinə əsasən tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxsin ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək hüququ var. Həmin Məcəllənin 91.5 və 91.5.10-cu maddələrinə əsasən təqsirləndirilən şəxsin ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüququ var. Məhkəmə qanunvericiliyin tələbinə əsasən şübhəli və təqsirləndirilən şəxsin ifadə verməkdən imtina etmək hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, şübhəli və təqsirləndirilən şəxsin bu istintaq hərəkətinin aparılmasında iştirakı bütün hallarda könüllü olmalıdır. Lakin cinayət işinin materiallarına 29 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs bu istintaq hərəkətinin aparılmasında könüllü iştirak etmək arzusunda olmasına dair hər hansı bir sübut əlavə edilməmişdir. Bununla da həmin istintaq hərəkətinin (qanunvericiliyin tələblərinə riayət edilməklə aparıldğı qəbul edildiyi təqdirdə) şübhəli şəxsin iradəsinə zidd həyata keçirildiyi və Təqsirləndirilən şəxs cinayət-prosessual qanununda nəzərdə tutulmuş hüquqları məhdudlaşdırıldığı müəyyən edildir. Bundan başqa, həm 24 iyul 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında, həm də 29 sentyabr 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollara əlavə edilmiş arayışlarda müxtəlif istiqamətlərdən fotoşəkillərin çəkildiyi, lakin yaranmış texniki problemlər səbəbindən fotoşəkillərin bəzilərini çıxardaraq iş materiallarına əlavə etmək mümkün olmadığı qeyd edilmişdir. Həmin arayışlarda çəkilmiş fotoşəkillərin hamısını deyil məhz bəzilərini iş materiallarına əlavə etmək mümkün olmadığı qeyd edilsə də, lakin qeyd edilən protokollara ümumiyyətlə heç bir, yəni çıxardılası mümkün olan fotoşəkilin də əlavə edilməməsi, hər hansı bir fotoşəkilin çəkilmədiyinə, arayışların formal olaraq tərtib edilməklə iş materiallarına əlavə edildiyinə dəlalət edir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 177.2-ci maddəsinə əsasən istintaq hərəkətinin aparılmasına müvafiq şəxs tərəfindən icazə verilmədiyi və onun məcburi aparılması üçün məhkəmənin qərarı tələb olunduğu halda, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir. Həmin Məcəllənin 177.3 və 177.3.1-ci maddəlrinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. Həmin Məcəllənin 177.6-cı maddəsinə əsasən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 443.1-ci maddəsinə əsasən bu Məcəllənin 177.3-cü maddəsində nəzərdə tutulmuş istintaq hərəkətləri bir qayda olaraq məhkəmənin qərarı əsasında məcburi aparılır. Həmin Məcəllənin 443.2, 443.2.1 və 443.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli və 48 saat müddətində aparılmış istintaq hərəkətinin qanuniliyinin yoxlanılması üçün həmin istintaq hərəkətinə aid olan materialları məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Cinayət işinin materiallarına isə götürmə növündə istintaq hərəkətinin məhkəmənin qərarı əsasında məcburi aparılmasına və ya təqsirləndirilən şəxsin qeyd ediən istintaq hərəkətinin aparılmasına icazə verməsinə və yaxud sözügedən istintaq hərəkətinin məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı, istintaq hərəkətinin aparılması qurtardıqdan sonra Azərbaycan Respublikası CPM-nin 443.2, 443.2.1 və 443.2.2-ci maddələrinin tələblərinə əsasən aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsinə və 48 saat müddətində aparılmış istintaq hərəkətinin qanuniliyinin yoxlanılması üçün həmin istintaq hərəkətinə aid olan materialları məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsinə və istintaq hərəkətinin qanuni hesab edilməsi barədə müvafiq məhkəmə qərarının olmasına dair hər hansı bir sübut əlavə edilməmişdir. Bununla da 29 sentyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxsin evindən götürmə Azərbaycan Respublikası CPM-nin tələbləri kobudcasına pozulmaqla, yəni məhkəmənin qərarı və ya təqsirləndirilən şəxsin razılığı və yaxud müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldıqdan sonra məhkəmə nəzarətini həyata keçirən məhkəmənin müvafiq qərarı ilə həmin istintaq hərəkətinin qanuni hesab edilməsi barədə qərar olmadan aparılmışdır. Həmçinin məhkəmə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili X7 oğurlanmış əşyalardan televizorun təqsirləndirilən şəxsin yaşadığı evin dəhlizindən, şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili X2 isə televizorun təqsirləndirilən şəxsin yaşadığı evin yataq otağından aşkar edilərək götürülməsinə dair birbirinə ziddiyətli ifadələr verdiyini, habelə həmin şahidlərin götürmə növündə istintaq hərəkətinin təqsirləndirilən şəxsin iştirakı ilə aparılmasına dair ifadələrinə münasibətdə, həmin ifadələrin eyni mənbədən olmaqla, xidməti vəzifələrinin icrası zamanı məlum olan halları əks etdirərək maraqlı tərəfin ifadələri olduğunu nəzərə alaraq hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi istifadə edilə bilməz. Həmçinin təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşlarının, onun iştirakı ilə evində hər hansı bir götürmə aparmadıqlarını, onun ümumiyyətlə ibtidai araşdırma orqanına evində hər hansı bir məcburi istintaq hərəkətinin aparılmasına razılıq vermədiyini bildirmişdir. Bu isə öz növbəsində məhkəmədə 29 sentyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxsin evində götürmə istintaq hərəkətinin həyata keçirilməməsinə, həmin istintaq hərəkətinə dair protokolun baxış keçirilməsi və ifadənin yerində yoxlanılması protokolları kimi formal olaraq tərtib edilməklə iş materiallarına əlavə edildiyinə dair fikir formalaşdırır. Bununla da cinayət işinə məhkəmə iclasında baxılması zamanı sübutların tam, hərtərəfli və obyektiv yoxlanılması, onların təhlili, bir-biri ilə müqayisəsi nəticəsində 17 iyul 2020-ci il tarixdə, saat 01 radələrində ünvan 1 ünvanda yerləşən evə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 20.573 manat məbləğdə, yəni xeyli miqdarda əmlakın gizli yolla talanmasının məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, yəni sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyi müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyində ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Cinayətin törədildiyinə dair “əsaslı şübhə” obyektiv müşahidəçinin sözügedən şəxsin hüquq pozuntusu törətmiş ola biləcəyi qənaətinə gəlməsi üçün yetərli fakt və ya məlumatın mövcudluğunu nəzərdə tutur (Erdagöz Türkiyəyə qarşı, § 51; Foks, Kempbell və X5rşı, § 32). Beləliklə, səlahiyyətli orqanların şikayətin əsaslı olub-olmadığını yoxlamaq üçün işlə bağlı başlıca faktları vicdanla araşdırmaması 5-ci maddənin § 1 (c) yarımbəndinə ziddir (Stepulyak Moldovaya qarşı, § 73; Elçi və başqaları Türkiyəyə qarşı, § 674). Nəyin "əsaslı" hesab oluna biləcəyi isə işin hallarından asılıdır (Foks, Kempbell və X5rşı, § 32). Məhkəmə, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, cinayət təqibi üzrə toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs 17 iyul 2020-ci il tarixdə, saat 01 radələrində ünvan 1 ünvanda yerləşən evə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 20.573 manat məbləğdə, yəni xeyli miqdarda əmlakın gizli yolla talamasına dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin sübutların mümkünlüyü məsələsini müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatlar, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilər. Həmin maddə məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilə bilməməsini yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edir. Onlar qanunun pozulması ilə əldə edildikdə və ya istintaq hərəkətləri qanunun pozulması ilə keçirildikdə, məlumatlar, sənədlər və digər əşyalar cinayət işi üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həllində hər hansı halın sübut edilməsində istifadə edilə bilməz. İstintaq və digər prosessual hərəkətin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaqın keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan bu hərəkətin həyata keçirilməsi halı da aiddir. Belə olan təqdirdə, məhkəmə ittihamın əsasını təşkil edən və yuxarıda təsvir olunan sübutları qeyri-mötəbər sübutlar kimi qiymətləndirir və hesab edir ki, həmin sübutlar CPMin tələblərinə əməl edilməklə əldə olunmadığından baş vermiş cinayət hadisəsində şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübutlar hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Təqsirləndirilən şəxs oğurluq etməsinin sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutların həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq edən əsaslı və mötəbər sübut olmadığı halda, ibtidai araşdırma orqanı tərəfindən aradan qaldırılması mümkün olmayan şübhələr əsasında verilmiş ittiham aktına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. Cinayət mühakimə icraatının obyektivliyi və qərəzsizliyi, habelə ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən və həm də bəraət verən halları, eləcə də onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit olunmuş digər vəzifələr şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi və yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü və ya müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 11-ci maddəsində, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, habelə Azərbaycan Respublikası Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayəti törətməkdə təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret cinayət əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilə bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri cinayət işi üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə cinayət törətmədə ittiham edilən hər kəs onun təqsiri qanun əsasında sübut olunanadək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessüal Məcəlləsinin 33-cü maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində toplanmış sübutları həmin Məcəllənin tələbinə uyğun qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Jabordo İspaniyaya qarşı” işi üzrə 06 dekabr 1988-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir (§ 77). Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X12rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsində deyilir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanununun həmin müddəasının məzmunundan görünür ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərinin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcud olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-nin 42.1.2 və 350.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Bununla da, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış və məhkəmə istintaqında araşdırılmış sübutlarla ümumiyyətlə, göstərilən maddələrdə nəzərdə tutulan cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyini müəyyən etmək mümkün olmadığından, təqsirləndirilən şəxsə həmin maddələrlə təqsirliliyi sübuta yetməməsi əsası ilə bəraət verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edildiyinə görə və bununla əlaqədar qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığı üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 36.2, 175.2 və 353.5.2-ci maddələrinə əsasən ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Oğurluq etmiş şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin müəyyən edilib cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işindən zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüquqları onlara izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd ekranı zədəli “İphone” markalı, “A 1428” model telefonun, bir ədəd üzərində “GS” markalanma göstəriciləri olan tikiş üçün tapançanın, bir ədəd qırmızı-qara rəngli böyük ölçülü fanarın, bir ədəd gümüşü rəngli suvenir qabın, bir ədəd ekranı çat vəziyyətdə olan “Samsung” markalı, “UE49M6500AUXRU” modelli televizorun və bir dəst göy rəngli XL ölçülü üzərində “Made in Turkey” yazıları olan idman paltarının Azərbaycan Respublikası CPMnin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilsin və əməlində cinayət tərkibi olmadığına görə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd ekranı zədəli “İphone” markalı, “A 1428” model telefonun, bir ədəd üzərində “GS” markalanma göstəriciləri olan tikiş üçün tapançanın, bir ədəd qırmızı-qara rəngli böyük ölçülü fanarın, bir ədəd gümüşü rəngli suvenir qabın, bir ədəd ekranı çat vəziyyətdə olan “Samsung” markalı, “UE49M6500AUXRU” modelli televizorun və bir dəst göy rəngli XL ölçülü üzərində “Made in Turkey” yazıları olan idman paltarının ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayəti törətmiş şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işindən zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar