Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-89/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs2, xx xxxx 1984-cü ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2016.-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun cəzası 06 ay azaldılaraq 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 24 gün vaxtından əvvəl şərti azad olunmuş və buna görə də, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda pasport qeydiyyatında olub, həmin ünvanda yaşamış, Suraxanı rayon məhkəməsi tərəfindən barəsində əvvəli 25 fevral 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və 20 may 2022-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ayadək uzadılmış və 25 iyul 2022-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə və Təqsirləndirilən şəxs1, xx xxxxxx 1986-cı ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 3 ünvanda pasport qeydiyyatında olub, ünvan 4 ünvanda yaşamış, 28 fevral 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və 24 may 2022- ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ayadək uzadılmış və 26 iyul 2022-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun cəzası 06 ay azaldılaraq 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 24 gün vaxtından əvvəl şərti azad olunmuş və buna görə də, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda, tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə 07 fevral 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evin qonaq otağında olan dəyəri 600 manat təşkil edən 01 ədəd 09.2019-cu il Rusiya istehsalı istifadədə olmuş «Samsunq» markalı UE43RU7140 modelli televizoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə 20 fevral 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evin qonaq otağında olan dəyəri 800 manat təşkil edən bir ədəd istifadədə olmuş «LC» makarlı televizoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə 22 fevral 2022-ci il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs1 məxsus ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində yerləşən qonaq otağından dəyəri 1100 manat təşkil edən 01 ədəd istifadədə olmuş «Samsunq» markalı QE55Q60TAU modeli 55 düyümlü televizoru və evin yataq otağından dəyəri 350 manat təşkil edən 01 ədəd istifadədə olmuş «Hisense» markalı, LTDN42K390 modelli 42 düyümlü televizoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1450 (min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə 22 fevral 2022-ci il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs1 məxsus ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində yerləşən qonaq otağından dəyəri 1100 manat təşkil edən 01 ədəd istifadədə olmuş «Samsunq» markalı QE55Q60TAU modeli 55 düyümlü televizoru və evin yataq otağından dəyəri 350 manat təşkil edən 01 ədəd istifadədə olmuş «Hisense» markah, LTDN42K390 modelli 42 düyümlü televizoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1450 (min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə məhkum olunmuş və hazırda barəsində Suraxanı RPİ- nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi istintaq edilir. Suraxanı rayonu ərazisində üç oğurluq cinayət əməli törətmişdir. Həmin oğurluq əməllərindən birini tanışı Cavanşir ilə birlikdə törətmiş, qalan iki oğurluq əməlini isə tək törətmişdir. Belə ki, 07 fevral 2022-ci il tarixdə saat təxminən 19 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, 3-cü mədən küçəsində piyada gəzərək oğurluq etmək üçün ev axtarmışdır. Bu zaman həmin küçədə olan həyət evlərindən birində işıq yanmadığını görmüş, həmin həyətə boylanıb heç kim olmadığını görmüş və ətrafına baxıb heç kimin olmadığını və onu görmədiyinə əmin olduqdan sonra hasara qalxıb həmin həyətə düşmüşdür. Bundan sonra həmin həyətdə yerləşən evə yaxınlaşmışdır. Həmin evin otaqlarından birinin plastik pəncərəsini üzərində olan vintaçan ilə kilid hissəsindən sıxıb açaraq evə daxil olmuşdur. Bundan sonra evi axtarmağa başlamış, evdə dəyərli nəsə tapa bilməmiş və dərhal evdəki «Samsunq» markalı plazma televizoru yerindən çıxarıb özü ilə götürərək evdən çıxmışdır. Sonra oğurladığı «Samsunq» markalı televizoru qucağına götürərək evə daxil olduğu pəncərədən çıxardaraq həyətə düşürtmüş, televizoru daş hasardan aşaraq küçəyə çıxartmış və televizoru gizlətmişdir. Sonra isə həmin televizoru saxladığı yerdən götürərək tanışı Murada satmış və əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 20 fevral 2022-ci il tarixdə saat təxminən 19 radələrində Suraxanı rayonu, X.Ələkbərov küçəsi, 5-ci mədən küçəsində yerləşən, bir mərtəbəli evdə heç kimin olmadığını müəyyən etdikdən sonra daş hasarın üstündən oğurluq etmək istədiyi 71 № li fərdi yaşayış evinin həyətinə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra üzərində olan vintaçan ilə evin otağa açılan plastik materialdan hazırlanmış pəncərəsini açaraq evə daxil .olmuşdur. Evdə olan otaqlara nəzər yetirəndən sonra evin qonaq otağında yerdən quraşdırıbmış «LC» markalı televizoru sökərək yerindən çıxartmışdır. Sonra oğurladığı «LC» markalı televizoru qucağına götürərək evə daxil olduğu pəncərədən çıxardaraq həyətə düşürtmüşdür. Televizoru daş hasardan aşaraq küçəyə çıxartmış və televizoru Əmircan qəsəbəsində yerləşən univermağın arxa hisəsində gizlətmişdir. 21 fevral 2022-ci il tarixdə saat təxminən 10 radələrində televizoru saxladığı yerdən götürərək Sabunçu bazarına aparmış və orada tanımadığı şəxsə 100 manata satmışdır. O, əldə etdiyi 100 manat pulu öz şəxsi ehtiyyacları üçün xərcləmişdir. Bundan başqa 22 fevral 2022-ci il tarixdə saat təxminən 20 radələrində tanışı Cavanşir ilə birlikdə oğurluq etmək məqsədilə Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində piyada gəzən zaman həmin həyətdə yerləşən 2 mərtəbəli işığı yanmayan ev onların diqqətini cəlb etmişdir. O və Cavanşir evdə heç kimin olmadığını müəyyən etdikdən sonra hər ikisi daş hasarın üstündən həmin həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra o, üzərində olan vintaçan ilə evin 1-ci mərtəbəsinin mətbəxə açılan plastik materialdan hazırlanmış pəncərəsini açaraq Cavanşir ilə birlikdə evin mətbəxinə daxil olduqdan sonra birbaşa pilləkən ilə evin ikinci mərtəbəsinə çıxmışlar. Evin ikinci mərtəbəsinə daxil olmaq üçün nəzərdə tutulmuş plastik materialdan hazırlanmış qapı bağlı olduğundan o, özü ilə gətirdiyi vintaçan ilə ikinci mərtəbənin mətbəxə daxil olmaq üçün nəzərdə tutulan plastik materialdan hazırlanmış pəncərəsini açmış və Cavanşir ilə birlikdə ikinci mərtəbənin mətbəxinə daxil olmuş, mətbəxdən qonaq otağına keçmişlər. Qonaq otağında olan «Samsunq» markalı televizorun divar olduğunu görmüşlər və Cavanşir ilə birlikdə divarda olan «Samsunq» markalı televizoru yerindən çıxardaraq, taxta döşəmənin üstünə qoymuşlar. Sonra Cavanşir ilə birlikdə digər otaqlara nəzər yetirmişlər. Evin yataq otağında yerdən quraşdırılmış markasını bilmədikləri televizoru Cavanşir ilə birlikdə sökərək yerindən çıxartmışlar. «Samsung» markalı televizoru Cavanşir götürmüş, yataq otağından götürdükləri markasını bilmədiyi televizoru isə o, götürmüşdür. Evdən oğurladıqları iki televizoru evə daxil olduqları mətbəxin pəncərəsindən çıxardaraq həyətə düşürmüşlər. Televizorların hər ikisi həyətdə onun yanında qalmış, Cavanşir daş hasardan aşaraq küçəyə çıxmış, sonra o, həmin iki televizoru hasarın üzərindən Cavanşirə verdikdən sonra daş hasarın üzərindən keçərək küçəyə çıxmışdır. Televizorların birini özü, digərini isə Cavanşir götürdükdən sonra evin yanından oğurluq etdikləri evin yanından təxminən 500 metrə aralaşdıqdan sonra yol ilə hərəkətdə olan markası və dövlət qeydiyyat nişanını bilmədiyi, üstündə taksi işarəsi olan avtomobilə əl edərək saxlatmışlar. Oğurladıqları televizorları avtomobilin arxa oturacağına qoymuşlar, o, avtomobilin qabaq oturacağında əyləşmiş, Cavanşir isə arxa oturacaqda əyləşmişdir. Suraxanı rayon Bəhlulzadə küçəsində o, avtomobili saxladaraq aşağı düşmüş və öz yaşadığm evə getmiş, Cavanşir isə televizorları götürərək taksi ilə çıxıb getmişdir. 23 fevral 2022-ci il tarixdə saat təxminən 18 radələrində o, Cavanşir ilə Suraxanı rayonu, mədən küçəsində görüşmüşdür. O, Cavanşir ilə görüşə gedəndə Cavanşirin orada olduğunu və yanında, iki ədəd oğurladıqları televizorun olduğunu görmüşdür. O, tanışı olan Murad adlı şəxsə istifadəsində olan mobil nömrədən zəng edərək onda iki ədəd televizor olduğunu, özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. Murad ona tanışının olmadığını demişdir. O, təcili pula ehtiyacı olduğunu dedikdən sonra Murad razılaşmış və təxminən 30 dəqiqədən sonra Murad markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili ilə onunla Cavanşirin dayandığı yerə gəlmişdir. Murad avtomobilin qabaq oturacağından aşağı düşərək salamlaşmış və sonra televizorlara baxdıqdan sonra hər ikisinə 250 manat pul verəcəyini demişdir. O və Cavanşir razılaşmışlar, Murad isə onlara bir neçə günə pulu verəcəyini demişdir. Murad televizorları avtomobil ilə qoyduqdan sonra çıxıb getmişdir. O, Cavanşir ilə sağollaşıb öz evinə getmişdir. 24 fevral 2022-ci il tarixdə saat 11 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Həmin oğurluq əməllərindən yalnız birini tanışı Cavanşir ilə birlikdə törətmiş, qalan iki oğurluq əməllərini isə özü tək halda törətmiş və başqa hər hansı bir şəxs ona bu əməlləri öyrədərkən hər hansı bir formada köməklik göstərməmişdir. Həmin televizorları oğurluq yolu ilə əldə etməsi barədə nə Murada və nə də Sabunçu bazarında satdığı digər şəxsə heç bir məlumat verməmiş özünə məxsus olduğunu demişdir. Həmin üç oğurluq əməllərindən başqa heç bir oğurluq və ya başqa cinayət əməli törətməmişdir. Sonda o, əməlini etiraf edərək, peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmamasını ona cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 29, 317-1.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması və 1000 manat cərimə təyin edilmişdir. 18 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən cərimə cəzasından azad edilmişdir. 22 fevral 2022-ci il tarixdə saat təxminən 20 radələrində tanışı Tərlan ilə birlikdə oğurluq etmək məqsədilə Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində piyada gəzən zaman həmin küçədə yerləşən 2 mərtəbləli işığı yanmayan ev onların diqqətini cəlb etmişdir. O və Tərlan evdə heç kimin olmadığını müəyyən etdikdən sonra hər ikisi daş hasarın üstündən həmin həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra Tərlan üzərində olan vintaçan ilə evin 1-ci mərtəbəsinin mətbəxə açılan plastik materialdan hazırlanmış pəncərəsini açmış və birlikdə evin mətbəxinə daxil olduqdan sonra birbaşa pilləkən ilə evin ikinci mərtəbəsinə çıxmışlar. Evin ikinci mərtəbəsinə daxil olmaq üçün nəzərdə tutulmuş plastik materialdan hazırlanmış qapı bağlı olduğundan Tərlan özündə olan vintaçan ilə ikinci mərtəbənin mətbəxə daxil olmaq üçün nəzərdə tutulan plastik materialdan hazırlanmış pəncərəsini açmış və birlikdə ikinci mərtəbənin mətbəxinə daxil olmuşlar və mətbəxdən qonaq otağına keçmişlər. Qonaq otağında olan «Samsunq» markalı televizorun divarda olduğunu görmüşlər və Tərlan ilə birlikdə divarda olan «Samsunq» markalı televizoru yerindən çıxardaraq, taxta döşəmənin üstünə qoymuşlar, sonra Tərlan ilə birlikdə digər otaqlara nəzər yetirmişlər. Evin yataq otağında yerdən quraşdırılmış markasını bilmədiyi televizoru Tərlan ilə birlikdə sökərək yerindən çıxartmışdır. «Samsunq» markalı televizoru özü götürmüş, yataq otağından götürdükləri markasını bilmədiyi televizoru isə Tərlan götürmüşdür. Həmin televizorları evə daxil olduqları mətbəxin pəncərəsindən çıxardaraq həyətə düşürmüşlər. Televizorların hər ikisi həyətdə Tərlanın yanında qalmış, o, daş hasardan aşaraq küçəyə çıxmış, sonra Tərlan hər iki televizoru hasarın üzərindən ona verdikdən sonra daş hasarın üzərindən keçərək küçəyə çıxmışdır. Televizorların birini özü, digərini isə Tərlan götürdükdən sonra evin yanından təxminən 500 metrə aralaşdıqdan sonra Tərlan yol ilə hərəkətdə olan markası və dövlət qeydiyyat nişanını bilmədiyi üstündə taksi işarəsi olan avtomobilə əl edərək saxlatmışdır. Oğurladıqları televizorları avtomobilin arxa oturacağına qoymuşlar, Tərlan avtomobilin qabaq oturacağında əyləşmiş, özü isə arxa oturacaqda əyləşmişdir. Suraxanı rayon S.Bəhlulzadə küçəsində Tərlan avtomobili saxladaraq aşağı düşmüş, o da televizorları götürərək taksi ilə çıxıb getmişdir. Televizorları yaşadığı evdə gizlətmişdir. 23 fevral 2022-ci il tarixdə saat təxminən 18 radələrində Tərlan ilə Suraxanı rayonu, mədən küçəsində görüşmüşdür. O, Tərlan ilə görüşə gedəndə həmin iki televizoru da özü ilə götürmüşdür. Tərlan tanışı olan Murad adlı şəxsə zəng edərək ona iki ədəd televizor olduğunu, özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. Təxminən 30 dəqiqədən sonra Murad adlı şəxs markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili ilə onların yanma gəlmişdir. Murad avtomobilin qabaq oturacağından aşağı düşərək onlarla salamlaşmış və sonra televizorlara baxdıqdan sonra hər ikisinə 250 manat pul verəcəyini demişdir. O və Tərlan onunla razılaşmışlar. Murad onlara bir neçə günə pulu verəcəyini demişdir. Murad televizorları avtomobilə qoyduqdan sonra çıxıb etmişdir. O da Tərlan ilə sağollaşıb öz evinə getmişdir. Sonradan isə Tərlan ilə birlikdə oğurluq etdiyinə görə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Sonda o, yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri və onun müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri, özlərinin etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında yerləşən həyət evi vardır və hadisə baş verdiyi zaman həmin evdə yaşamış, lakin hazırda yeni ünvana köçərək orada yaşayır. 07 fevral 2022-ci il tarixdə yeni aldığı və köçməyi ilə əlaqədar olaraq evində olan əşyaların bir qismini köhnə evindən təzə evinə daşımışdır. Təxminən saat 17 radələrində köhnə evindən növbəti əşyaları yeni evinə aparmış və bir neçə saat sonra, yəni saat 21 radələrində evinə qayıtmışdır. Bu zaman həmin evin yataq otağının pəncərəsinin açıq halda olduğunu görmüşdür. O, dərhal evə daxil olmuş və evin dağınıq halda olmasını müəyyən etmişdir. Bu zaman evindən oğurluq olduğunu başa düşmüş və dərhal evi axtarmağa başlamışdır. Həmin vaxt evində bir ədəd 2000 manat dəyərində olan “Samsung” markalı plazma televizorun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Biraz sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və o, hadisə barədə məlumat verərək ərizə yazmışdır. Oğurluq hadisəsi 07 fevral 2022-ci il tarixdə təxminən saat 17 radələrindən həmin gün saat 21 radələrinədək dan müddət ərzində mənə məxsus olan ünvan 8 ünvanında yerləşən həyət evimdə baş vermişdir. Oğurluq hadisəsi nəticəsində ona konkret olaraq 2000 manat maddi ziyan dəymişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində əlavə ifadəsi alınmış Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə barədə ilkin məlumat verərkən və bundan əvvəlki ifadəsində oğurlanmış televizoru aldığı qiyməti əsas götürərək 2000 manat məbləğində qiymətləndirmişdir. Lakin hazırda həmin televizorun işlənməsini nəzərə alaraq, məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 iyul 2022-ci il tarixli 9/4774 saylı rəyində göstərilən qiymətlə razı olduğunu və həmin ekspert rəyi ilə bağlı heç bir etiraz və ya narazılığının olmadığını qeyd etmişdir. Həmçinin təqsirləndirlən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “SOCAR” Neft şirkətinin tabeliyində olan “Suraxanı Oyl” şirkətində qazmaçı işləyir. 20 fevral 2022-ci il tarixdə səhər tezdən evdən çıxıb işə getmişdir. Yoldaşı Şahid1 isə saat 18 radələrində azyaşlı qızını kursda götürmək üçün evdən çıxıb getmişdir. Buna görə də, evdə heç kim olmamışdır. Axşam təxminən saat 19:50 radələrində yaşadığı evə qayıtmış və idarə etdiyi avtomobili həyətə salıb darvazanı bağlamaq istəyən zaman kiminsə evdə olmasmı hiss etmiş, yəni onun kölgəsini görmüşdür. Həmin vaxt evdə uşaq otağının plastik pəncərəsi açıq halda olmuşdur. O, tez evə daxil olmuş və bu zaman kiminsə evin arxasındakı pəncərədən çıxıb qaçaraq uzaqlaşdığını hiss etmiş, yəni ayaq səslərindən belə qənaətə gəlmişdir. O, evi axtarsa da evdə heç kimi tapa bilməmişdir. Sonra evə nəzər yetirdikdə evin qonaq otağında plan plazma 110 diaqonallı “LG” markalı plazma televizorun televizor altlığından çıxarılaraq oğurlanması aşkar etmişdir. Bu zaman əvvəlcə yoldaşı Sevincə zəng edərək hadisə barədə məlumat vermiş və bir neçə dəqiqə sonra yoldaşı qızı ilə birlikdə evə gəlmişdir. Onunla birlikdə evə baxıb nəzər yetirmişlər və bu zaman evdə qızıl-zinət əşyaları və pul, eləcə də, digər dəyərli əşyalar olmasına baxmayaraq, yalnız televizor oğurlanmasını müəyyən etmişlər. Daha sonra yoldaşı Sevinc DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Birazdan polis pməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. Sonra isə o, hadisə barədə ərizə yazmışdır. O, evində ayaq səsləri eşitsə də və kölgə kimi nəsə görsə də, dəqiq olaraq heç kimi görməmişdir. Buna görə də, evindən oğurluq edən şəxsi görsə belə tanıya bilməyəcəyini qeyd etmişdir. Həmin oğurluq hadisəsi 20 fevral 2022-ci il tarixdə təxminən saat 18 radələrindən həmin gün saat 19:50-dək olan müddət ərzində ona məxsus olan ünvan 9 ünvanında yerləşən həyət evimdə baş vermişdir. Oğurluq hadisəsi nəticəsində ona konkret olaraq 800 manat maddi ziyan dəymişdir. Məhkəməyə ünvanlanmış ərizədə təqsirləndirlən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaqı zamanı dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə saat təxminən 14:30 dəqiqədə öz şəxsi işi ilə əlaqədar ailəsi ilə birlikdə yaşadığı ünvan 10 ünvandan yerləşən 2 mərtəbədən ibarət fərdi yaşayış evindən evdən çıxmışlar, işlərini qurtardıqdan sonra saat təxminən 23:20 dəqiqədə yaşadıqları evə qayıtmışlar. Həyətə daxil olmaq üçün nəzərdə tutulan dəmir qapını açar ilə açaraq içəri daxil olmuşlar. Həyətə daxil olduqdan sonra evin qapısını açıb evin birinci mərtəbəsinə daxil olmuşlar. Evin birinci mərtəbəsində yerləşən mətbəxin plastik materialdan hazırlanmış pəncərəsinin açıq vəziyyətdə oİduğunu aşkar etmişdir. Sonra pilləkən ilə evin ikinci mərtəbəsinə qalxmış və ikinci mərtəbə olan mətbəxin plastik materialdan hazırlanmış pəncərəsinin açıq vəziyyətdə olduğunu müəyyən imişdir. O, başa düşmüşdür ki, onun yaşadığı evə naməlum şəxs daxil olmuşdur. O, evin otaqlarına nəzər yetirmiş və müəyyən etmişdir ki, ikinci mərtəbədə olan qonaq otağındakı divara quraşdırılmış dəyəri 2200 manat təşkil edən «Samsunq markalı televizor oğurlanmışdır. Bundan sonra o, digər otaqlara baxmış və evin yataq otağında yerdən quraşdırılmış dəyəri 600 manat təşkil dən «Hisense» markalı televizorunda oğurlandığını aşkar etmişdir. Bundan sonra evindən oğurluq edilməsi ilə əlaqədar DİN 102 xidmətinə və Suraxanı RPİ-nin 31-ci PB-nə ərizə ilə müraciət etmişdir. Oğurlanmış «Samsunq» markalı televizorun qiyməti 2200 manat, oğurlanmış bir ədəd «Hisense» markalı televizorun qiyməti isə 600 manat təşkil etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2800 manat maddi ziyan dəymişdir. Qeyd etdiyi əyşalardan başqa onun evindən heç bir əşya oğurlanmamışdır. Həmin şəxs evin mətbəxinin pəncərəsini açmaq yolu ilə içəri daxil olmuş və oğurluq etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində əlavə ifadəsi alınmış Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə barədə ilkin məlumat verərkən və bundan əvvəlki ifadəsində oğurlanmış televizorları aldığı qiymətləri əsas götürərək 2800 manat məbləğində qiymətləndirmişdir. Lakin hazırda həmin televizorların işlənməsini nəzərə alaraq, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 mart 2022-ci il tarixli 9/1567 saylı rəyində göstərilən qiymətlə razı olduğunu və həmin ekspert rəyi ilə bağlı heç bir etiraz və ya narazılığı olmadığını qeyd etmişdir. Məhkəməyə ünvanlanmış teleqramda təqsirləndirlən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şəkərəli qızı ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 həyat yoldaşıdır. Onların bu nikahdan iki övladı dır. Azyaşlı qızı kursa gedir və buna görə də, hər gün onu kursa aparır və sonra gedib özü onu ürərək evə gətirir. 20 fevral 2022-ci il tarixdə təxminən saat 18:45 radələrində yaşadığı evdən ıb qapıları bağlayaraq qızını hazırlıqdan gətirməyə getmişdir. Həmin vaxt evdə heç kim olmamışdır. O, qızını hazırlıqdan götürüb avtobusla evə qayıdan zaman yoldaşı Rauf ona zəng edərək evə oğru girdiyini və evdən plazma televizor oğurladığını bildirmişdir. O, tez evə gəlmiş və diqqətlə axtarmağa başlamışlar. Bu zaman evdə bahalı əşyalar və pul, qızıl-zinət əşyaları olsa, yalnız bir ədəd 800 manat dəyərində “LG” markalı plazma televizor oğurlanmasını aşkär nişlər. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Birazdan polis əməkdaşları evinə gələrək baxış keçirmişlər, daha sonra isə o, hadisə rədə izahat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Sappar oğlu ifadəsində bildirmişdir ki, hazırda barəsində Suraxanı RPİnin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi istintaq edilir. 23 fevral 2022-ci il tarixdə istintaq təcridxanasında onunla birlikdə cəza çəkən Təqsirləndirilən şəxs2 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək 3 ədəd televizor olduğunu və həmin televizorları satmaq istədiyini demişdir. O, telefonda Tərlandan satmaq istədiyi televizorların oğurluq olub-olmamasını soruşmuşdur. Tərlan ona həmin televizorların özünə məxsus olduğunu, çoxdan onda qaldığını və pula ehtiyyacı olduğu üçün satdığını bildirmişdir. O, əvvəlcə həmin televizorları almaq istəmədiyini bildirsə də, Tərlan təcili pula ehtiyacı olduğunu və sıxıntısı olduğunu dediyi üçün axırda onunla razılaşıb televizorlara baxmaq istədiyini bildirmişdir. Tərlan ona Köhnə Suraxanı qəsəbəsində mədən küçəsində olduğunu demişdir. O, taksi fəaliyyəti ilə məşğul olan sürücüsünü tanımadığı Mersedes markalı avtomobilə əyləşərək Tərlanın dediyi yerə getmişdir. Oraya çatanda Tərlan və onun yanında dayanan bir nəfər hündür boylu şəxsi görmüşdür. Tərlan onu həmin şəxs ilə tanış edərək həmin şəxsin onun dostu Cavanşir olduğunu demişdir. O, televizorlara baxdıqdan sonra hər üç televizora 200 manat pul verəcəyini demişdir. Tərlan da onunla razılaşmışdır. O, Tərlana hazırda pulu olmadığını, televizorları satdıqdan sonra pulu verə biləcəyini demişdir. Daha sonra həmin televizorların hər üçün sərnişin kimi əyləşdiyi avtomobilin arxa salonuna qoymuş və Tərlan və Cavanşir ilə görüşdükdən sonra avtomobilin qabaq oturacağında əyləşərək yaşadığı evə gəlmişdir, avtomobil ilə gətirdiyi 3 ədəd televizoru yaşadığı evə qapının yanına qoymuşdur. 24 fevral 2022-ci il ildə saat təxminən 21 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları onun yaşadığı evə gələrək Tərlanın ona satdığı televizorları oğurluq yolu ilə əldə etdiyini bildirərək hər üç televizoru götürmüşlər. O, Tərlandan televizorları satıb qazanc əldə etmək məqsədilə almışdır. Televizorların ikisinin markası «Samsunq», «Hisense» olmuş, digərinin isə markasını bilməmişdir. Bundan əvvəl Tərlandan televizor və ya başqa əşya almamışdır. Tərlandan həmin üç ədəd televizoru alan zaman həmin televizorların oğurluq yolu ilə əldə olunması barədə məlumatı olmamışdır. Cinayət işinin 1-ci cildinin 9-15-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 07 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evin qonaq otağında olan 01 ədəd televizor oğurlanmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 57-62-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 23 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində yerləşən qonaq otağından dəyəri «Samsunq» markalı QE55Q60TAU modeli 55 düyümlü televizoru və evin yataq otağından dəyəri 01 ədəd istifadədə olmuş «Hisense» markalı, LTDN42K390 modelli 42 düyümlü televizoru gizli yolla talayaraq oğurluq etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 74-79-cu vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 20 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evin qonaq otağında olan televizoru gizli yolla talayaraq oğurluq etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 98-99-cu vərəqində “şübhəli şəxsin tutulması haqqında” 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 fevral 2022-ci il tarixdə, saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 149-152-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-122/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 166-167-ci vərəqlərində olan “şübhəli şəxsin tutulması haqqında” 26 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 26 fevral 2022-ci il tarixdə, saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 198-200-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-126/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmaqla, 25 may 2022-ci il tarixinədək həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 119-126-cı vərəqlərində olan 26 fevral 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 189-192-ci vərəqlərində olan 28 fevral 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 257-259-cu vərəqlərində olan istintaq zamanı məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 31 mart 2022-ci il tarixli 9/1567 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən televizorların istifadədə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1450 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində aşağıdakı kimi göstərilmişdir: Samsung markalı, QE55Q60TAU modelli 55 düyümlü televizor - 1100 manat; Hisense markalı, LTDN42K390 modelli 42 düyümlü televizor - 350 manat. Cinayət işinin 2-ci cildinin 69-71-ci vərəqlərində olan istintaq zamanı məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 04 iyul 2022-ci il tarixli 9/4774 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, 09.2019-cu il Rusiya istehsalı, “Samsung” markalı, URE43RU7140 model televizorun istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 600 manat müəyyən edilir. Cinayət işinin 2-ci cildinin 4-7-ci vərəqlərində olan istintaq zamanı ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin verdiyi 02 aprel 2022-ci il tarixli 796 saylı rəyindən müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqrtidarında olmuşdur. Buna görə, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 2-ci cildinin 8-11-ci vərəqlərində olan istintaq zamanı ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin verdiyi 02 aprel 2022-ci il tarixli 798 saylı rəyindən müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən adilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə, Т.Н.Abbasov törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 1-ci cildinin 215-216-cı vərəqlərində olan istintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun cəzası 06 ay azaldılaraq 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 24 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 1-ci cildinin 217-219-cu vərəqlərində olan istintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinərək 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış və xx.xx.2021-ci il tarixdə AR MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhər Suraxanı RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin 2-ci cildinin 123-124-cü vərəqlərində olan 25 iyul 2022-ci il tarixli “təqsirləndirlən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 129-130-cu vərəqlərində olan 26 iyul 2022-ci il tarixli “təqsirləndirlən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilməsi qərara alınmış və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xİmdətin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli məktuba əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 03 saylı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 549/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 18 oktyabr 2022-ci il tarixindən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 173/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli 18 oktyabr 2022-ci il tarixindən hesablanması hökm edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-137/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, 15-17 oktyabr 2021-ci il tarixləri üzrə tutulduğu 02 gün ona təyin edilmiş cəzasında çıxılmaqla,08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli 11 oktyabr 2022-ci il tarixindən hesablanması hökm edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, şikayətinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, heç bir şikayətinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, hal-hazırda heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.3cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, peşman olmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, peşman olmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayətlərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi və cinayətlərin residividir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkumluğu (Təqsirləndirilən şəxs2 Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun cəzası 06 ay azaldılaraq 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 24 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır.) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs2 Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun cəzası 06 ay azaldılaraq 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 24 gün vaxtından əvvəl şərti azad olunaraq və xx.xx.2021-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılması cəzasının sonu olaraq xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini xx.xx.2022-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli 18 oktyabr 2022-ci il tarixindən hesablanması hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-137/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, habelə təqsirkarları şəxsiyyətini, təqsirləndirilən şəxslərin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-173/2023 saylı, 14 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məһrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, çəkilməsi cəza müəyyən edilməli, məhkəməyədək icraat zamanı 25 fevral 2022-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay müddət təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində çəkilməsi üçün qəti olaraq, azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzasının əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), hökm qanuni qüvvəyə minənədək Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı və qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-137/2022 saylı, 23 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətinə azadlıqdan məһrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, çəkilməsi üçün azadlıqdan məһrum etmə növündə cəza müəyyən edilməsi, məhkəməyədək icraat zamanı 26 fevral 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində çəkilməsi üçün qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-137/2022 saylı, 23 noyabr 2022-ci il tarixli hökmü ilə məhkəməyədək icraat zamanı 15 oktyabr 2021-ci il tarixindən 17 oktyabr 2021-ci il tarixədək tutulduğu 2 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 04 noyabr 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə istintaq zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasına təqdim edilmiş 01 ədəd Samsung markalı, QE55Q60TAU modelli 55 düyümlü televizor, 01 ədəd Hisense markalı, LTDN42K390 modelli 42 düyümlü televizor və bir qara rəngli, 09.2019-cu il Rusiya istehsalı, “Samsung” markalı, URE43RU7140 model televizor iş zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-173/2023 saylı, 14 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məһrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs2 çəkilməsi üçün 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 25 fevral 2022-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay müddət Təqsirləndirilən şəxs2 təyin edilən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində çəkilməsi üçün qəti olaraq, 04 il 01 ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın və qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-137/2022 saylı, 23 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətinə azadlıqdan məһrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs1 çəkilməsi üçün 02 il 09 ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 26 fevral 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay Təqsirləndirilən şəxs1 təyin edilən 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində çəkilməsi üçün qəti olaraq, 02 il 04 ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-137/2022 saylı, 23 noyabr 2022ci il tarixli hökmü ilə məhkəməyədək icraat zamanı 15 oktyabr 2021-ci il tarixindən 17 oktyabr 2021-ci il tarixədək tutulduğu 2 gün müddət ona təyin olunmuş 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq 02 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 04 noyabr 2023-cü ildən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə İstintaq zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasına təqdim edilmiş 01 ədəd Samsung markalı, QE55Q60TAU modelli 55 düyümlü televizor, 01 ədəd Hisense markalı, LTDN42K390 modelli 42 düyümlü televizor və bir qara rəngli, 09.2019-cu il Rusiya istehsalı, “Samsung” markalı, URE43RU7140 nodel televizor iş zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 30 (otuz) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri, 9 saylı vəkil bürosu vasitəsi ilə cəmi 180 (bir yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 30 (otuz) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri, 9 saylı vəkil bürosu vasitəsi ilə cəmi 180 (bir yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-89/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-89/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver