Məhkəmə qərarları › İş №1(010)-89/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-89/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-89/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «o, 04 mart 2023-cü il tarixdə saat 13 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan "xxxx" MMC-yə məxsus “Daewoo BS 090” markalı ** TG *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi istiqamətindən S.Bəhlulzadə küçəsi ilə Suraxanı rayonu, Bülbülə qəsəbəsi istiqamətində 40-50 km/saat sürətlə hərə edərkən həmin Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyib, qabaqda hərəkət edən nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda onunla toqquşmamamıq üçün avtobusu əks hərəkət zolağına istiqamətləndirmiş, əks istiqamətdə 50 km/saat sürətlə hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes Benz E220 CDİ» markalı **-ER- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 postravmatik ensefalopatiya, asteo-nevrotik hal qalıq əlamətləri ilə müşayiət olunan baş beyin silkələnməsi, sol gicgah və sol gözaltı nahiyələrinin əzilmiş yaraları xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs3 sol bazu sümüyünün yerini dəyişmiş qapalı sınığı xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, digər sərnişin Zərərçəkmiş şəxs2 Namiq oğluna baş beynin ağır dərəcəli əzilməsi, beyin daxili hematoma, sol gözdə buynuz qişanın bulanması, görmə sinirinin hissəvi atrofiyası ilə ağırlaşmış sol göz almasının zədələnməsi və alın, gicgah, əng sümüklərinin sınması ilə müşayiət olunan açıq kəllə beyin travması, ayciyərlərin kontuziyası və sağ tərəfli pnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin qapalı travması xəsarətləri yetirərək həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur». İşin məhkəmə baxışı zamanı Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, ona CM-in həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini aşağıdakı kimi əsaslandırır: «Həmin cinayət işi Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə başlanılmış, xx.xx.2023-cü il tarixdə - iş üzrə əməl CM-in 263.1-1-ci maddəsindən həmin Məcəllənin 263-1.2-ci maddəsinə tövsif edilərək, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə - iş üzrə tərtib edilmiş ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmənin hazırlıq iclası təyin edilmiş və iş məhkəmə baxışına verilmişdir. Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə saat 13 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub, nəqliyyat vasitələrini idarə etmək hüquq olmadan "xxxx" MMC-yə məxsus «Daewoo BS090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi istiqamətindən S.Bəhlulzadə küçəsi ilə Suraxanı rayonu, Bülbülə qəsəbəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkət edərkən həmin Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyib, qabaqda hərəkət edən nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda onunla toqquşmamaq üçün avtobusu əks hərəkət zolağına istiqamətləndirmiş, əks istiqamətdə 50 km/saat sürətlə hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes Benz E220 CDİ» markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 postravmatik ensefalopatiya, asteo-nevrotik hal qalıq əlamətləri ilə müşayiət olunan baş beyin silkələnməsi, sol gicgah və sol gözaltı nahiyələrinin əzilmiş yaraları xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs3 sol bazu sümüyünün yerini dəyişmiş qapalı sınığı xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, digər sərnişin Zərərçəkmiş şəxs2 Namiq oğluna baş beynin ağır dərəcəli əzilməsi, beyin daxili hematoma, sol gözdə buynuz qişanın bulanması, görmə sinirinin hissəvi atrofiyası ilə ağırlaşmış sol göz almasının zədələnməsi və alın, gicgah, əng sümüklərinin sınması ilə müşayiət olunan açıq kəllə beyin travması, ağciyərlərin kontuziyası və sağ tərəfli pnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin qapalı travması xəsarətləri yetirərək həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Həmin cinayət işi məhkəmə baxışına verildikdən sonra təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 dindirilmiş, həmçinin xx.xx.2023-cti il tarixdə Gəncə Müalicə və Diaqnostika Mərkəzində müalicə alan iş üzrə digər zərərçəkmiş şəxs xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 həmin Mərkəzdə ölməsi ilə əlaqədar Gəncə şəhər prokurorluğunda araşdırma aparıldığı müəyyən edilmişdir. Gəncə şəhər prokurorluğunda 632C-23 saylı material üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi ekspertizası təyin edilməklə Zərərçəkmiş şəxs2 meyiti xarici və daxili müayinə olunmuş, xəstəxanadan tibbi sənədlər götürülərək ekspertizaya təqdim edilmiş, xx.xx.2023-cti il tarixdə müvafiq rəy Gəncə şəhər prokurorluğuna daxil olmuşdur. Zərərçəkmiş şəxs2 adına tərtib olunmuş məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, onun bədənində müəyyən edilmiş xəsarətlər baş beynin ağır dərəcəli əzilməsi, beyin daxili hematoma, sol gözdə buynuz qişanın bulanması, görmə sinirinin hissəvi atrofıyası ilə ağırlaşmış sol göz almasının zədələnməsi və alın, gicgah, əng sümüklərinin sınması ilə müşayiət edilən açıq kəllə beyin travması; ağciyərlərin kontuziyası və sağ tərəfli pnevmotoraks ilə müşayiət edilən döş qəfəsinin qapalı travması - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilən xəsarətlər ağırlaşaraq aşağıda göstərilən fəsadlara səbəb olmuşdur: baş beynin yumşalması, beyin maddəsinin iltihabı, sağ ağciyərin irinli pnevmoniyası, qarın boşluğunun iltihabı, kaxeksiya, alimentar distrofıya. Onun ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beynin ağır dərəcəli əzilməsindən əmələ gələn baş beynin yumşalması və iltihabı olmuşdur. xx.xx.2024-cü il tarixdə sözügedən rəy toplanmış materiallarla birlikdə Bakı şəhəri Suraxanı RPİ vasitəsilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs2 ölümünə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərin səbəb olub-olmamasını dəqiqləşdirmək məqsədilə rəyi vermiş ekspert X1 xx.xx.2024-cü il tarixdə dindirilmiş, dindirmə zamanı ekspert səbəbli əlaqənin olmasını istisna etmədiyini, lakin dəqiqləşmə aparılması məqsədilə komisyon məhkəmə-tibbi ekspertizasının keçirilməsinin məqsədəmüvafıq olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən komisyon məhkəmə-tibbi ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmiş və həmin tarixdə iş qərarla birlikdə ekspertizaya göndərilmişdir. xx.xx.2024-cü il tarixdə iş məktubla birlikdə ekspert tərəfindən icraata geri qaytarılmış, meyitin eksqumasiyasından sonra rəyin verilməsinin mümkün ola biləcəyi məktubda göstərilmiş, lakin xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə övladının meyitinin eksqumasiya olunmasına kəskin etirazını bildirmiş, bundan sonra həmin tarixdə toplanmış bütün materiallarla birlikdə cinayət işi yenidən ekspertizaya göndərilmiş, “Məhkəmə-Tibbi Ekspertiza və X2’' X4 xx.xx.2024-cü il tarixli məktubu ilə xx.xx.2024-cii il tarixli rəy xx.xx.2024-cii il tarixdə məhkəməyə daxil olmuş, müvafiq rəydə qeyd olunmuşdur ki, “Zərərçəkmiş şəxs2 meyiti məhkəmə-tibbi müayinə olunmuş və onun ölümünə səbəb "Açıq küt kəllə-beyin travması nəticəsində baş beynin ağır dərəcəli əzilməsindən əmələ gələn baş beynin yumşalması və iltihabı”nın olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələr və icra edilmiş cərrahiyyə əməliyyatları ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Belə ki, ölümə səbəb travmanın ağırlığı olmuşdur. Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixdə almış olduğu travma ilə əlaqədar ona “Açıq kəllə-beyin travması, baş beyin silkələnməsi, baş beyin əzilməsi, alının çapılmış-kəsilmiş qanayan yarası, döş qəfəsinin ön səthinin əzilməsi” diaqnozu düzgün təyin edilmiş, diaqnoza uyğun olaraq müxtəlif tibb müəssisələrində xəstənin üzərində cərrahiyyə əməliyyatları və adekvat müalicələr aparılmışdır. Almış olduğu travma ilə əlaqədar xəstənin vəziyyəti ağırlaşmış, ona “Keçirilmiş beyin əməliyyatından sonrakı vəziyyət. Ensefalit, Hidrosefaliya, pnevmoniya” diaqnozu düzgün təyin edilmiş və xx.xx.2023-cti il tarixdə xəstədə bioloji ölüm baş vermişdir. Zərərçəkmiş şəxs2 müalicə müəssisələri şəraitində göstərilmiş ixtisaslı tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. Travmanın ağırlığı fəsadlaşaraq adekvat müalicələrə tabe olmamış və xəstənin ölümünə səbəb olmuşdur”. Bununla da, hazırkı iş üzrə Təqsirləndirilən şəxs Rasim oğlunun əməlində CM-in 263-1.2-ci maddəsinin deyil, CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Rasim oğlunun əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxs; irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirər prokurora qaytarılmalıdır». Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 vəsatətin təmin edilməsinə etirazın olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi vəsatətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışlar. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını nəzərdən keçirib, hazırkı mərhələdə toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, vəsatət təmin olunmalıdır. İş üzrə ibtidai araşdırma dövründə tibbi ekspertiza tədqiqatı keçirilmiş, bununla əlaqədar olaraq ekspert rəyi verilmişdir. 14 iyun 2023-cü il tarixli 892 nömrəli ekspert rəyində qeyd olunur ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə və təqdim olunan tibbi sənədlərinə əsasən Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-baş beyin ağır dərəcəli əzilməsi, beyin daxili hematoma, sol gözdə buynuz qişanın bulanması, görmə sinirinin hissəvi atrofiyası ilə ağırlaşmış sol göz almasının zədələnməsi və alın, gicgah, əng sümüklərinin sınması ilə müşaiət olunan açıq kəllə beyin travması; ağciyərlərin kontuziyası və sağ tərəfli pnevmotoraks ilə müşaiət olunan döş qəfəsinin qapalı travması-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 04 mart 2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti əsasında Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2024-cq il tarixli qərarı ilə iş üzrə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertlər komissiyası qarşısında aşağıdakı sualları qoymuşdur: “1. 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 ölümünə qəza zamanı aldığı xəsarətlər bilavasitə səbəb olmuşdurmu?. 2. Qəzanın baş verdiyi 04 mart 2023-cü il tarixdən sonra Zərərçəkmiş şəxs2 hansı müalicələr almışdır?.3. 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bir neçə dəfə əməliyyat olunması nəzərə alınmaqla, Zərərçəkmiş şəxs2 ölümünə səbəb keçirdiyi əməliyyatlar nəticəsində həkim səhvi ola bilərmi?”. Ekspertiza tədqiqatının aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə həvalə olunmuşdur. Zərərçəkmiş şəxs2 barəsində təyin edilmiş 05 fevral 2024-cü il tarixli qərarda qoyulmuş suallara cavab verilməsi üçün şəxs məhkəmə-tibbi ekspertizaya təqdim edilmədiyindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 tərəfindən qərar 04 aprel 2024-cü il tarixdə icrasız olaraq geri qaytarılmışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iş materiallarında olan ilkin məhkəmətibbi sənədlər əsasında yenidən rəy verilməsini məhkəmədən xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərarı ilə iş üzrə iş materiallarında olan ilkin məhkəmə-tibbi sənədlər əsasında yenidən komisyon məhkəmətibbi ekspertizası təyin olunmuş, ekspertlər komissiyası qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 ölümünə qəza zamanı aldığı xəsarətlər bilavasitə səbəb olmuşdurmu?. 2.Qəzanın baş verdiyi 04 mart 2023-cü il tarixdən sonra Zərərçəkmiş şəxs2 hansı müalicələr almışdır?.3. 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bir neçə dəfə əməliyyat olunması nəzərə alınmaqla, Zərərçəkmiş şəxs2 ölümünə səbəb keçirdiyi əməliyyatlar nəticəsində həkim səhvi ola bilərmi?”. Ekspertiza tədqiqatının aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə həvalə olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 tərəfindən 14 may 2024-cü ildə verilmiş KEŞ- 487 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi-sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və meyitinin məhkəmə tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Zərərçəkmiş şəxs2 meyiti məhkəmə-tibbi müayinə olunmuş və onun ölümünə səbəb “Açıq küt kəllə-beyin travması nəticəsində baş beynin ağır dərəcəli əzilməsindən əmələ gələn baş beynin yumşalması və iltihabı”nın olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələr və icra edilmiş cərrahiyyə əməliyyatları ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Belə ki, ölümə səbəb travmanın ağırlığı olmuşdur. Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixdə almış olduğu travma ilə əlaqədar ona “Açıq kəllə-beyin travması, baş beyin silkələnməsi, baş beyin əzilməsi, alının çapılmış-kəsilmiş qanayan yarası, döş qəfəsinin ön səthinin əzilməsi” diaqnozu düzgün təyin edilmiş, diaqnoza uyğun olaraq müxtəlif tibb müəssisələrində xəstənin üzərində cərrahiyyə əməliyyatları və adekvat müalicələr aparılmışdır. Almış olduğu travma ilə əlaqədar xəstənin vəziyyəti ağırlaşmış, ona “Keçirilmiş beyin əməliyyatından sonrakı vəziyyət. Ensefalit, Hidrosefaliya, pnevmoniya” diaqnozu düzgün təyin edilmiş və xx.xx.2023-cü il tarixdə xəstədə bioloji ölüm baş vermişdir. Zərərçəkmiş şəxs2 müalicə müəssisələri şəraitində göstərilmiş ixtisaslı tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. Travmanın ağırlığı fəsadlaşaraq adekvat müalicələrə tabe olmamış və xəstənin ölümünə səbəb olmuşdur”. Məhkəmə cinayət nəticəsində zərərçəkmiş şəxs 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 hadisə nəticəsində aldığı ağır xəsarətlər onun ölümünə səbəb olduğundan belə qənaətə gəlir ki, hər bir halda təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin əlamətləri mövcuddur. Təqsirləndirilən şəxsin əməlinin CM-nin konkret olaraq hansı maddəsinə tövsif edilməsi məsələsi isə ilk növbədə istintaq orqanı tərəfindən həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən «Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır». Dövlət ittihamçısının vəsatətini və prosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 318.2-1-ci maddəsinə əsasən «Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır». Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 318-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının vəsatəti təmin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün hazırkı iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar