Məhkəmə qərarları › İş №1(010)-9/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-9/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-9/2021 09.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxx 1984-cü ildə Cəlilabad rayonu, Əsədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri azyaşlı, ikisi isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Əsədli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, 2 ünvanında yaşayan, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxx 2019-cu il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 284 saylı ünvanda əvvəllər yanında fəhlə kimi işləmiş Zərərçəkmiş şəxs borc olaraq verdiyi 05 manat pulu ala bilməməmsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu söyüş söyərək, üzərinə gəldikdə bir dəfə yumuruqla sifətindən vurub onu yerə yıxmış, yerdə bədən nahiyəsinin müxtəlif yerlərindən təpiklə və yumuruqla qəsdən vuraraq Təqsirləndirilən şəxs təpə nahiyəsinin əzilmiş yaraları, sol kürək nahiyəsinin, döş qəfəsinin arxa səthinin və döş qəfəsinin ön səthinin qançırları müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, habelə sağ üst göz qapağının qançırı və bu gözün selikli qişasının qansızması ilə müşayiət olunan, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, göstərdi ki, Zərərçəkmiş şəxs ilə yaxın dost münasibəti yoxdur, sonuncunu tikintidə bir işlədiyi vaxtdan, təxminən 4-5 ildir tanıyır. Bir yerdə işlədikləri ərəfədə Azada 05 manat pul vermiş, sonuncu isə mütamadi olaraq pulu yaxın vaxtalarda qaytaracağını bildirmişdir. O, isə hər dəfə Azada “narahat olma nə puldur ki, nə vaxt pulun olarsa onda da verərsən” demişdir. xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən “Hövsan” adlanan marketin yaxınlığında Azadla görüşmüş, həmin vaxt sonuncu ilə söhbət edərkən Azad bu dəfə də ona “səndən aldığım 05 manat pulu verəcəm” demiş, o isə Azada “pulu istəmirəm halal xoşun olsun” deyə cavab vermişdir. Bu zaman Azad “nə minnət edirsən mənə minnət eləmə” ifadələrini işlədib onun ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt yerdə oturmuş vəziyyətdə Azada bildirmişdir ki, “ayağa qalxsam pis olacaq”. Bunu dedikdə Azad başı ilə onu vurmaq istəmiş, həmin vaxt zərbədən yayınmaq məqsədilə arxaya çəkildikdə arxasında olan mebel mağazasının şüşəsinə dəymiş və şüşə sınmışdır. Bundan sonra Azad qaçıb oradan getmiş, sonuncu getdikdən sonra onun mobil telefonunun yerdə qaldığını görmüşdür. Azadı gördükdə telefonunu qaytarmaq məqsədilə həmin telefonu götürüb cibinə qoymuşdur. Sonradan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində olan “Simruq” adlanan restoranın yanına getmiş, ora çatdıqda Azadın əlində bıçaqla ona tərəf gəldiyini görmüşdür. Azad bıçaqla onu vurmaq istədikdə əlləri ilə Azadın əlindən tutub bıçağı ondan almış və yumuruqla bir dəfə sifətindən vurmuşdur. Zərbənin təsirindən Azad yerə yıxılmış, sonra yerdə Azadın bədən və baş nahiyələrinin müxtəlif yerlərindən təpiklə vurmağa başlamışdır. Azad isə əlləri ilə başını tutaraq müdafiə olunmuşdur. Sonradan Azad yerdən qalxmış və onlar sözlə yenə də mübahisə etməyə başlamışlar. Həmin vaxt tanımadığı bir nəfər şəxs yaxınlaşıb Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşı olduğunu bildirmiş və onları sakitləşdirməyə çalışmışdır. Təxminən 2-3 dəqiqə keçdikdən sonra tanışları Elmir və Rəhman adlı şəxslər də yaxınlaşıb onları sakitləşdirməyə başlamışlar. Azad sakitləşdikdən sonra Elmir və Rəhman çıxıb getmiş, adını orada öyrəndiyi Şahin adlı polis əməkdaşı isə onu və Azadı polis şöbəsinə aparmaq istədikdə qorxub qaçaraq oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında heç bir narazılıq, düşmənçilik və ədavət olmamış, həmin vaxt Azadla mübahisə etmək, onu vurmaq fikrində və niyyətində olmamışdır. Azad onu söydüyündən və bıçaqla üzərinə gəldiyindən bıçağı sonuncunun əlindən alıb ilk öncə yumuruqla sifətindən vurmuş, Azad yerə yıxıldıqdan sonra isə yerdə təpiklə başından və bədən nahiyəsinin müxtəlif yerlərindən vurmağa başlamışdır. Azadla ilk dəfə mübahisə edən zaman yanlarında heç kim olmamış, “Simruq” kafesinin yaxınlığında isə Azadı vurduqdan sonra Şahin adlı polis əməkdaşı, daha sonra Elmir və Rəhman adlı tanışları hadisə yerinə gəlmişlər. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxt onu heç kim vurmamış və xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri ilə razı deyil, sonuncu yalan danışır. Belə ki, tanışı Azər ümumiyyətlə hadisə yerində olmamış və Azadı vurmamışdır. Rəhman və Elmir adlı tanışları isə Azadla mübahisə etdiyi yerə sonradan gəlib onları sakitləşdirib çıxıb getmişlər. Azadı taxta ilə vurmamış, onu yalnız yumuruq və təpiklə vurmuşdır. Azadın əlindən bıçağı aldıqdan sonra cibinə qoymuş və xatırlamadığı yerdə atmışdır. Habelə Azadla birinci dəfə mebel salonun yaxınlığında mübahisə etdikləri zaman nə o, Azadı, nə də ki sonuncu onu vurmamışdır. Əksinə həmin vaxt Azad başı ilə onu vurmaq istəmişdir. O, bir neçə dəfə zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd göstərsə də, sonuncu vurulmuş zərər müqabilində ondan yüksək məbləğdə pul vəsaiti tələb etdiyinə görə, razılıq əldə etmək mümkün olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirib, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, xx xxxx 2019-cu il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən məsciddə axşam namazını qıldıqdan sonra piyada yaşadığı evə tərəf gedərkən qonşuluqda yaşayan Elməddin adlı şəxslə rastlaşmış, bu zaman anasının sahə inspektorunun telefon nömrəsini tapmağını xahiş etdiyi yadına düşmüş, həmin vaxta qədər sahə inspektorunun nömrəsini bir neçə nəfərdən soruşsa da nömrəni əldə edə bilmədiyinə görə Elməddindən də sahə inspektorunun nömrəsin soruşmuşdur. Elməddin isə əsəbi halda ona “sən iş verənsən ki, məndən sahə inspektorunun nömrəsini istiyirsən” deyə cavab vermişdir. Öz növbəsində Elməddinə “iş verən olsaydım hər halda sahə inspektorunun nömrəsi özümdə olmuş olardı” demişdir. Bu səbəbdən də aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Elməddin yumruqla onun sol göz nahiyəsindən vurmuş, o isə başı ilə Elməddinin sifət nahiyəsindən vurmaq istəsə də, Elməddin arxaya çəkildiyindən onu vura bilməmişdir. Bundan sonra o, yaşadığı evə getmiş, evdə olarkən sol göz nahiyəsində şişkinlik olduğunu görmüşdür. Təxminən 10 dəqiqədən sonra siqaret almaq üçün yaxınlıqda olan mağazaya getmişdir. Mağazadan qayıdarkən, yaşadığı evə təxminən 30 metr qalmış qarşında, markasını dəqiq xatırlamadığı, gümüşü rəngli, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtombil saxlamış, ilkin olaraq avtomobilin arxa oturacağından Elməddin, daha sonra avtomobilin sürücü Rəhman, həmçinin sərnişinlər Azər və Elmir adlı şəxslər düşmüş, həmin 4 nəfər şəxs üzərinə hücum çəkərək onu döyməyə başlamışlar. O, qaçıb oradan uzaqlaşmaq istəyərkən Elməddinin əlində olan qəzetə bükülmüş “Beyzbol” taxtası ilə arxadan başından vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış, həmin şəxslər isə baş və bədən nahiyəsinə zərbələr endirmişlər. Həmin vaxt yoldan keçən, əvvəllər tanımadığı, sonradan polis əməkdaşı olduğunu bildiyi Şahin adlı şəxs yaxınlaşıb onu, həmin şəxslərin əlindən almışdır. Şahin həmin vaxt Elməddini tutub saxlasa da, digər şəxslər hadisə yerindən qaçıb getmişlər. Elməddinin yanında olan yuxarıda adlarını qeyd etdiyi 3 nəfər şəxs təxminən bir neçə dəqiqədən sonra təkrarən yaxınlaşıb Şahinlə mübahisə etmək istədikdə Elməddin qışqıraraq, Şahinin polis olduğunu demiş, eyni zamanda sonuncunun əlindən çıxaraq avtomaşına oturub, digər 3 nəfərlə birlikdə hadisə yerindən qaçıb getmişdir. Bundan sonra Şahin onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmış, oradan isə təcili tibbi yardımla 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. Xəstəxanada baş nahiyəsinə bir neçə tikiş qoyulmuş və oradan çıxıb evə getmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən çimərlik yolunda baş vermiş, həmin yerin ətrafında yaşayış evləri və dənizqrağı iaişə obyektləri yerləşir. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. Elməddinlə əvvəllər heç bir narazılığı, düşmənçiliyi və ədavəti olmamışdır. Elməddini təxminən 05 ilə yaxındır tanıyır, belə ki, əvvəllər Elmədddinin yanında fəhlə kimi işləmiş, aralarında həmişə normal münasibətləri olmuşdur. İlkin olaraq Elməddinlə sözlə mübahisələri olmuş, həmin vaxt ətrafda heç kim olmasa da, ikinci dəfə Elməddin və qeyriləri tərəfindən döyülən zaman ətrafda tanımadığı şəxslər olmuşdur. Həmin vaxt Azər, Rəhman və Elmir adlı şəxslər yalnız onu təpiklə yerdə vurmuşlar, Elməddinin isə əlində olan taxta ilə onun başından vurmuşdur. Habelə Elməddin onu vurub yerə yıxdıqdan sonra bıçaqla onun qulağını kəsmək istəmiş, bu zaman polis əməkdaşı Şahin yaxınlaşıb onları araladığına və bıçağı Elməddinin əlindən aldığına görə sonuncu bıçaqla ona xəsarət yetirə bilməmişdir. Zərərçəkmiş şəxs habelə Elməddindən həqiqətən də 05 manat borc pul aldığını, lakin həmin pulu qaytarmadığını bildirmişdir. Sonda zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs etdiyi əməlinə görə bağışlamadığını bildirdi və təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçı Şahid3 məhkəmədə gödtərdi ki, xx xxxx 2019-cu il tarixdə idarə etdiyi avtomobillə işlədiyi 30-cu Polis Şöbəsinə gedərkən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Simruq” adlanan ailəvi istirahət mərkəzinin yaxınlığında əvvəllər tanımadığı iki nəfər şəxsin biri-biri ilə mübahisə etdiklərini görmüş, idarə etdiyi avtomobili dərhal saxlayıb həmin şəxslərə yaxınlaşıb onları sakitləşdirməyə başlamışdır. Onlardan mübahisə etmələrinin səbəbini soruşmuş, lakin sonuncular ona heç nə deməmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, mübahisə edən şəxslərdən birinin adı Elməddin, digərinin isə adı Azaddır. Bir qədər sonra əvvəllər tanımadığı, adlarını sonradan bildiyi Rəhman və Elmir adlı şəxslər də yaxınlaşıb Elməddinlə Azadı sakitləşdirməyə başlamışlar. Azad və Elməddini sakitləşdirdikdən sonra Rəhman və Elmir adlı şəxslər çıxıb oradan getmişlər. Azad və Elməddini 30-cu Polis Şöbəsinə aparmaq istəsə də, Elməddin oradan qaçıb getmişdir. Buna görə də polis şöbəsinə Azadla birlikdə getmiş, sonuncunun yazılı müraciəti əsasında müvafiq araşdırma başlanmışdır. Şahid3 həmçinin göstərdi ki, Rəhmanın, Elmirin, Elməddinin və Azadın əlində heç bir əşya olmamış, ora çatdıqda artıq Azadla Elməddin yalnız biri-birilərini itələyərək sözlə mübahisə etmişlər. Sonradan oraya gələn şəxslər də Azad və Elməddini sakitləşdirmişlər. O, hadisə yerində olarkən orada yalnız Azad və Elməddin olmuş, Rəhman və Elmir adlı şəxslər isə təxminən 4-5 dəqiqədən sonra gəlmişlər, qeyd etdiyi şəxslərdən başqa hadisə yerində heç kim olmamışdır. Həmin vaxt Elmir və Rəhman adlı şəxslər Azadı vurmamışlar, ona xəsarət yetirməmişlər. Həmçinin Elmiri və Rəhmanı da heç kim vurmamış və xəsarət yetirməmişdir. Mübahisə yalnız Elməddinlə Azadın arasında baş vermişdir. Elməddinlə Azadın bir birlərinə xəsarət yetirmələrinin bilavasitə şahidi olmasa da, lakin Azad xəsarət aldığından sonuncunun Elməddin tərəfindən döyüldüyü ona məlum olmuşdur. Şahid3 habelə Azadın ifadəsində göstərdikləri ilə razı olmadığını, onun yalan danışdığını, Rəhman və Elmirin Azadı vurmadığını, Azər adlı şəxsin ümumiyyətlə hadisə yerində olmadığını, Rəhman və Elmir adlı şəxslərin oradan qaçaraq deyil, mübahisə sakitləşdikdən sonra çıxıb getdiklərini, hadisə yerinə kənar şəxslərin toplaşmadığını, həmin vaxt ictimai qaydanın pozulmadığını, Elməddinlə Azadın yalnız “Simruq” adlı istirahət mərkəzinin yaxınlığında mübahisə etdiklərini gördüyünü, onların hər hansı bir başqa yerdə mübahisə etdiklərini görmədiyini bildirdi. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, lakin onlarla yaxın dost münasibəti yoxdur. xx xxxx 2019-cu il tarixdə tanışı Şahid2 ilə Hövsan qəsəbəsinin mərkəzində görüşüb söhbət etdikdən sonra taksi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Simruq” adlanan ailəvi istirahət mərkəzinin yaxınlığına getmişlər. Orada avtomobildən düşüb piyada yolla gedərkən tanıdığı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərini, bir nəfər şəxsin isə onları sakitləşdirməyə çalışdığını görmüşdür. Rəhmanla birlikdə dərhal onlara yaxınlaşıb həmin şəxslərin mübahisə etmələrinə imkan verməmişlər. Orada məlum olmuşdur ki, Elməddinlə Azadı sakitləşdirmək istəyən şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşıdır. Elməddinlə Azadı sakitləşdirdikdən sonra Rəhmanla birlikdə oradan çıxıb getmişdir. Daha sonra isə nə baş verdiyini görməmiş və bilməmişdir. Sonradan məlum olmuşdur ki, Azad yalandan polisə şikayət edərək, onun, Rəhman və Elməddin tərəfindən döyüldüyünü bildirmişdir. Həmin vaxt Rəhmanın, Elməddinin və Azadın əlində heç bir əşya olmamışdır. Ora çatdıqda Azadla Elməddin yalnız biri-birilərini itələmişlər, o isə Rəhmanla və orada olan polis əməkdaşı ilə birlikdə onları sakitləşdirmişdir. Həmin hadisə zamanı o və Rəhman Azadı vurmamış və sonuncuya xəsarət də yetirməmişdir. Həmçinin onu və Rəhmanı da heç kim vurmamış və xəsarət yetirməmiş, mübahisə yalnız Elməddinlə Azadın arasında baş vermişdir. Elməddinlə Azadın bir-birlərini vurmasının bilavasitə şahidi olmamışdır. Şahid1 həmçinin Azadın ifadəsində göstərdikləri ilə razı olmadığını, belə ki, Azadın yalan danışaraq, ona və Rəhmana şər, böhtan atdığını, Azadı vurmadıqlarını, Azər adlı şəxsin ümumiyyətlə orada olmadığını, Rəhmanla o, hadisə yerindən qaçıb getmədiklərini qeyd etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxx 2019-cu il tarixli, 442 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - təpə nahiyəsinin əzilmiş yaraları, sağ üst göz qapağının qançırı və bu gözün selikli qişasının qansızması, sol kürək nahiyəsinin, döş qəfəsinin arxa səthinin və döş qəfəsinin ön səthinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, xx xxxx 2019-cu il tarixdə əllə və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə sağ üst göz qapağının qançırı və bu gözün selikli qişasının qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin özü tərəfindən yetirilməsi və yıxılması nəticəsində alınmaları inandırıcı deyildir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 284 saylı ünvanın qarşısında baş vermişdir. Baxış zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsla mübahisə etdikləri yeri yeri göstərərək, sonuncunun həmin yerdə ona xəsarət yetirdiyini bildirmişdir. Hadisə yerində və yaxınlıqda binalar və iaişə obyektləri yoxdur, yolun kənarında yalnız kiçik fərdi yaşayış evləri var. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən “Hövsan” marketin qarşısını və “Simurq” adlanan ailəvi istirahət mərkəzinin yaxınlığını göstərib xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə həmin qeyd etdiyi yerlərdə mübahisə etdiklərini bildirərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək onu döyməyə başladığını, qaçıb oradan uzaqlaşmaq istəyərkən Təqsirləndirilən şəxs əlində qəzetə bükülmüş taxta ilə arxadan başından vurduğunu bildirmiş, Şahid1 isə ifadəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən taxta ilə vurulmasına dair göstərdiklərini təkzib etmişdir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid2 arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək onu döyməyə başladığını, qaçıb oradan uzaqlaşmaq istəyərkən Təqsirləndirilən şəxs əlində qəzetə bükülmüş taxta ilə arxadan başından vurduğunu bildirmiş, Şahid2 isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən taxta ilə vurulmasına dair göstərdiklərini təkzib etmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs xx xxxx 2019-cu il tarixdə ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək onu döyməyə başladığını, qaçıb oradan uzaqlaşmaq istəyərkən əlində qəzetə bükülmüş taxta ilə arxadan başından vurduğunu Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu isə Zərərçəkmiş şəxs taxta ilə vurmasına dair göstərdiklərini təkzib etmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid3 arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək onu döyməyə başladığını, qaçıb oradan uzaqlaşmaq istəyərkən Təqsirləndirilən şəxs əlində qəzetə bükülmüş taxta ilə arxadan başından vurduğunu bildirmiş, Şahid3 isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən taxta ilə vurulmasına dair göstərdiklərini təkzib etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli və cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və himayəsində biri azyaşlı, ikisi isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli tutma protokolundan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, habelə təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair vəsatətin rədd edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun eyni tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon X1 Şöbəsinin müstəntiqinin vəsatəti rədd edilmiş, qərarın surəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon X1 Şöbəsinə göndərilmiş və elə həmin tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 02 gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, habelə cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tapılanadək dayandırılmış, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasınna təhvil verilmiş, buna görə də Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 62 (altmış iki) iş saatı üçün 372 (üç yüz yetmiş iki) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, ümumilikdə isə 92 (doxsan iki) iş saatı üçün 552 (beş yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, və ona, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, həbs edildiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 62 (altmış iki) iş saatı üçün 372 (üç yüz yetmiş iki) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, ümumilikdə isə 92 (doxsan iki) iş saatı üçün 552 (beş yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar