Məhkəmə qərarları › İş №1(010)-9/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-9/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-9/2022 19.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4, onun nümayəndəsi və müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs5, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1966-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, Abşeron rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü mddəsi tətbiq edilməklə qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə Abşeron rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 1(010)-103/2021 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını aldatma və etibaran sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ev növbəsini satanlardan ucuz qiymətə ev alıb verilməsini həmin şirkətdə işləyən tanışı Şahid1 vasitəsi ilə təmin etdirəcəyi barədə yalan vədlər verərək 2014-cü ilin avqust ayı ərzində Zərərçəkmiş şəxs4 ünvan 3 ünvanda yerləşən mənzilində hissə-hissə olmaqla cəmi 17.000 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 17.000 (on yeddi min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını aldatma və etibaran sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ev növbəsini satanlardan ucuz qiymətə ev alıb verilməsini həmin şirkətdə işləyən tanışı Şahid1 vasitəsi ilə təmin etdirəcəyi barədə yalan vədlər verərək 2014-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs4 ünvan 3 ünvanda yerləşən mənzilində həmin vaxt Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə görə 3.922 manat ekvivalentində olan 5.000 ABŞ dollar pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 3.922 manat (üç min doqquz yüz iyirmi iki) manat miqdarında maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını aldatma və etibaran sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ev növbəsini satanlardan ucuz qiymətə ev alıb verilməsini həmin şirkətdə işləyən tanışı Şahid1 vasitəsi ilə təmin etdirəcəyi barədə yalan vədlər verərək 2014-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs1 həmin vaxt Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə görə 10.041 manat 60 qəpik ekvivalentində olan 12.800 ABŞ dollar pulunu Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki metronun “N.Nərimanov” stansiyasının ətrafında yerləşən parkın arxasında sonuncuya məxsus olan “Hyundai Accent” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin içində və eyni niyyətlə 2015-ci ilin may ayı ərzində Zərərçəkmiş şəxs4 vasitəsi ilə sonuncunun ünvan 3 ünvanda yerləşən mənzilində hissə-hissə olmaqla cəmi 8.000 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 18.041 manat 60 qəpik (on səkkiz min qırx bir manat, altmış qəpik), yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını aldatma və etibaran sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ev növbəsini satanlardan ucuz qiymətə ev alıb verilməsini həmin şirkətdə işləyən tanışı Şahid1 vasitəsi ilə təmin etdirəcəyi barədə yalan vədlər verərək 2015-ci ilin may ayında Zərərçəkmiş şəxs4 vasitəsi ilə ünvan 3 ünvanda yerləşən mənzilində hissə-hissə olmaqla cəmi 2.500 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2.500 (iki min beş yüz) manat miqdarında maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını aldatma və etibaran sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Primet oğluna Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ev növbəsini satanlardan ucuz qiymətə ev alıb verilməsini həmin şirkətdə işləyən tanışı Şahid1 vasitəsilə təmin etdirəcəyi barədə yalan vədlər verərək Zərərçəkmiş şəxs4 vasitəsi ilə 23 may 2015-ci il tarixdə 7.000 manat, 24 iyul 2015-ci il tarixdə 3.000 manat, 07 avqust 2015-ci il tarixdə 2.000 manat və 22 sentyabr 2015-ci il tarixdə 3.000 manat olmaqla cəmi 15.000 manat pulu sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilində alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs5 Primet oğluna ümumilikdə 15.000 (on beş min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, mülki iddianı isə qəbul etməyərək göstərdi ki, Tərlanı 1990-cı ildən tanıyır, Bahar isə onun tələb yoldaşı olmuş, sonuncu ilə aralarında normal münasibətləri olmuşdur. 1992-ci ildə gənc mütəxəssis kimi Neft şirkətində mənzil növbəsində növbəyə durmuş və bununla bağlı Neft şirkətinə çağırılmışdır. Həmin vaxt orada təsadüfən Tərlanı görmüş, tanışlıq yaradaraq bundan sonra da onunla bir necə dəfə görüşmüşdür. 1998-ci ilə kimi hərbidə işləmiş, təxris olunduqdan sonra Rusiya Federasiyasına getmiş, 2010-cu ildə isə Azərbaycan Respublikasına qayıtmışdır. 2014-cü ildə tələbə yoldaşı Bahar onunla əlaqə saxlayaraq oğluna ev almaq istədiyini, Neft şirkətində işləyən işçilərə verilmiş, lakin aylıq ödənişini ödəyə bilməyən şəxslərə məxsus evlərdən oğluna almaqda köməklik etməsini ondan xahiş etmişdir. Bahara, tanışı Tərlanın vasitəsilə bu işi həll edəcəyini desə də, lakin həqiqətdə Tərlana bu barədə heç nə deməmiş və ümumiyyətlə sonuncunun bu işi həll edib-edə bilməyəcəyini 2014-cü ilin avqust ayı ərzində Bahardan onun evində hissə-hissə olmaqla, ümumilikdə 17.000 manat pul almışdır. Bundan sonra 2014-cü ilin oktyabr ayında Bahar ona, Pənah adlı bir iş yoldaşının da "xxxx"-da işlədiyini onun da şirkətin balansında olan tikiləcək evlərdən almaq istədiyini bildirmişdir. O, Baharın iş yoldaşı Pənahdan 5.000 ABŞ dolları məbləğində pul alaraq onu Tərlana vermişdir. Daha sonra Baharın iş yoldaşı Anar adlı şəxsdən Baharın evində 17.000 manat, 2015-ci ilin may ayında Baharın evində onun iş yoldaşı Ramiz adlı şəxsdən 2.500 manat, Baharın iş yoldaşı Şükür adlı şəxsdən 15.000 manat pulu alaraq Tərlana vermişdir. İttiham aktında yazılan ifadədən xəbəri olmayıb o, sadəcə təqdim edilən ənədlərə qol çəkmişdir. Qeyd etdiyi şəxslərdən aldığı bütün pulları Tərlana vermişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs həmçinin məhkəmədə ona verilən suallara cavab olaraq bildirdi ki, Bahar ondan bir necə dəfə analoji işlər xahiş etmiş və o, Baharın xahişini yerinə yetirmişdir. Bundan sonra Bahar ondan öz işi ilə bağlı xahiş etmiş, həmin işi o, Tərlanın vasitəsilə həll edəcəkdi. Bahardan ümumilikdə 17.000 manat pul almış, pulu Bahar evində şəxsən ona vermiş, həmin pulun 7.000 manat məbləğini Bahar ona borc olaraq vermişdir. Tərlana ümumilikdə 47.000 manat pul vermiş, həmin puldan Tərlan ona heçnə verməmişdir. Baharın iş yoldaşı Pənah, Bakı şəhəri, Səbayil rayonu Bayıl qəsəbəsi əraz ev istəmiş, o da bu barədə Tərlana bildirmiş, sonuncu da öz növbəsində pul ödənilməli olduğunu demişdir. Pənahdan aldığı 2.000 ABŞ dolları məbləğində pulu borc, 4.500 manat məbləğində pulu isə Tərlana vermək üçün almışdır. Pənahı, Anarı, Ramizi və Şükürü Baharın vasitəsilə tanımış, Anardan 15.000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Montin” parkında almış, bundan əlavə Ramizdən 2.500 manat, Şükürdən isə 15.000 manat almışdır. Cinayət işinin ibtidai sitintaqı zamanı Tərlan 37.000 manat pulu özünün verəcəyini bildirmişdir. Bahara ödənilmiş 10.000 manat pulu da Tərlan vermişdir. Zərərçəkmiş şəxs5 15.000 manat məbləğində pul aldığını qəbul edir. Sonda Təqsirləndirilən şəxs məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4, onun nümayəndəsi və müdafiəçisi N.N.Quliyevanı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs və mülki cavabdehi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 məhkəmədə bildirdi ki, Təqsirləndirilən şəxs onun tələbə yoldaşı olmuş və onların arasında həmişə yaxşı münasibət olmuşdur. Bir dəfə 2014-cü ildə Amil ona "xxxx" Neft şirkətində işləyən Tərlan adlı şəxsin vasitəsilə həmin Neft şirkətinin balansında olan və həmin şirkətdə işləyən, növbəyə dayanaraq ev almış, lakin sonradan evin aylıq ödənişlərini ödəyə bilməyən şəxslərdən ev alıb sata bildiyini və ev növbəsində dayanmış istənilən şəxsin sırasını yaxın müddətə çəkdiyini demişdir. Həmin ərəfədə oğlu X9 da kreditə ev almaq istədiyi üçün və Amillə aralarında yaxşı münasibət olduğuna görə işlədiyi yerdə iş yoldaşlarına bu barədə məlumat vermişdir. Bundan sonra həqiqətən də Amil iş yoldaşlarının bəzilərinin ev məsələlərini həll etmişdir. O, bundan sonra daha da arxayın olmuş və oğlunun ev məsələsini həl etməsini Amildən xahiş etmişdir. Amil də ona razılıq vermiş, "xxxx" Neft şirkətinin balansında olan Səbail rayonu, Bayıl qəsəbəsində evlər tikiləcəyini və həmin evlərdən onun oğlu üçün ev ala biləcəyini, lakin bunun üçün 17.000 manat pul verilməli olduğunu bildirmişdir. O, da Amilin bu təklifi ilə razılaşmışdır. Bundan sonra 2014-cü ilin avqust ayı ərzində hissə-hissə 17.000 manat pulu yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 2, mənzil 55 ünvanında yerləşən evdə Amilə vermişdir. Hər dəfə pulu verəndə Amilə ona, oğlunun işini "xxxx" Neft şirkətində işləyən Tərlanla birlikdə həll edəcəyini demişdir. Təxminən iki il gözləsə də, bir müsbət nəticə əldə olunmamış, bundan sonra özü Nərimanov parkında Tərlanla görüşmüşdür. Həmin vaxt Amillə söhbəti və ona verdiyi pul barədə Tərlana məlumat vermişdir. Tərlan da əvvəlcə bu işdən xəbəri olmadığını bildirmiş, lakin sonra isə bu işi niyə Amillə gördüyünü, niyə onun özü ilə görmədiyini soruşmuşdur. O, da 17.000 manat pulu bankdan götürüb Amilə verdiyini, artıq pulunun qalmadığını bildirmişdir. Tərlan isə yenə də ona pul çatmadığını bildirmişdir. Bundan sonra o, həmin pulu ala bilməmişdir. O, da əvvəlcədən öz işini düzəldəcəyinə əmin olduğuna görə qonşuları Şükür, Pənah, Ramiz və Anara da bildirmiş və onlar da Amillə görüşüb ev almaları üçün ona pul vermişlər. Lakin nəticə etibarilə nə onun, nə də tanışlarının işi görülməmiş və verdikləri pullar da qaytarılmamışdır. O, oğlunun adına "xxxx" Neft şirkətinin Bayıl qəsəbəsində tikiləcək evlərindən birini alıb sənədləşməsi və kreditə salması üçün Amilə 17.000 manat pul vermişdir. Amilə verdiyi 17.000 manat pulun Şahid1 verilməsi barədə hər hansı bir sübutu olmamış, bu barədə yalnız Amilin özü ona dəfələrlə demişdir. Belə ki, Amil hətta onun yanında da Tərlanla mobil telefon vasitəsilə dəfələrlə əlaqə saxlamış və danışmışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 həmçinin məhkəmədə ona verilən suallara cavab olaraq bildirdi ki, zərərçəkmiş şəxslərin bəziləri qonşusu, bəziləri isə iş yoldaşlarıdır, münasibətləri olduğu üçün onların bəziləri pulu Amilə onun evində vermişlər, həmin puldan ona heç nə çatmayıbdır. Vurulmuş ziyanın 10.000 manat məbləğini ona, Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsində müstəntiq qaytarmış, lakin 7.000 manat hələ də ödənilməmişdir. Tərlanla 02 dəfə görüşmüş, lakin aralarında iş görmək barədə söhbət olmayıb. Amil bayraq meydanında evlərin tikildiyini və oradan ev verə biləcəyini bildirmişdir. Amil pulu götürəndə işi Tərlanla görəcəyini demiş, sonuncunu əvvəllər tanımamışdır. Tərlanla Amil birlikdə iş görüblər, iş üzrə zərərçəmiş şəxs qismində tanınmış digər şəxslərin ona verdikləri pulların hamısını o, Amilə vermişdir. Sonda Zərərçəkmiş şəxs4 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi və məhkəmədən mülki iddianın təmin edilməsini, vurulmuş maddi ziyanın əvəzi qismində 17.000 manat, mənəvi zərərin əvəzi qismində 5.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etdi. Zərərçəkmiş şəxs5 məhkəmədə göstərdi ki, Zərərçəkmiş şəxs4 uzun zamandır tanıyır, sonuncu onunla eyni şirkətdə işləyir. 2015-ci ildə “Bahar Enerji” əməliyyat şirkətində çalışan X10 "xxxx" Neft şirkətində ev növbəsinin olmasını, ancaq evi ala bilmək üçün pulunun olmadığını demişdir. O, isə Elşənə onun borcunu ödəyəcəyini, ancaq ev növbəsini ona verməyini xahiş etmişdir. Elşən Baxşıyev də razılıq vermiş və bundan sonra o, Elşənin 2.000 manat borcunu ödəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 Elşən Baxşıyevdən ev növbəsini almağını, onun ev növbəsini tezləşdirməyini və 3 otaqlı ev almağa köməklik etməsini demişdir. Zərərçəkmiş şəxs4 isə bu işi Amil adlı tanışının vasitəsilə həll edəcəyini demişdir. Bundan sonra o, Amil adlı şəxslə Zərərçəkmiş şəxs4 evində görüşmüş və Amil ona bu işə 15.000 manat verəcəyi halda köməklik edəcəyini bildirmişdir. 23 may 2015-ci il tarixdə 7.000 manat məbləğində, 24 iyul 2015-ci il tarixdə yaşadığı evin həyətində 3.000 manat məbləğində, 07 avqust 2015-ci il tarixdə yaşadığı evdə 2.000 manat və 22 sentyabr 2015-ci il tarixdə isə yenə də yaşadığı ünvanda 3.000 manat məbləğində pul Baharın yaşadığı evdə Amilə vermişdir. Lakin bundan sonra Amil verdiyi vədə əməl etməmiş və o, dəfələrlə onunla əlaqə saxlayıb işi həll etməsini, həll etmirsə də, aldığı 15.000 manat pulu qaytarmasını tələb etsə də, Amil həmişə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamış və verdiyi vədə əməl etməmişdir. Sonradan isə artıq Amil tərəfindən aldanıldığını və 15.000 manat pulunun mənimsənildiyini başa düşmüş və bu barədə polisə müraciət etmişdir. Tərlan adlı şəxsi tanımamış və yalnız Bahar ona Amilin bu işi Tərlan adlı "xxxx" Neft şirkətində yuxarı vəzifədə işləyən bir şəxsin əli ilə həll edəcəyini demişdir. Zərərçəkmiş şəxs5 həmçinin məhkəmədə ona verilən suallara cavab olaraq bildirdi ki, bu hadisəyə qədər təqsirləndirilən şəxsi tanımamış, sonuncu ilə onu Bahar tanış etmişdir. 7.000 manat məbləğində vəsaiti Baharın evində olmaqla ümumilikdə Amilə 15.000 manat pul vermişdir. Amilə ondan özü üçün borc istəməyibdir. Sonda Zərərçəkmiş şəxs5 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. 25 yanvar 2022-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 məhkəmədə göstərmişdir ki, Zərərçəkmiş şəxs4 təxminən 2006-cı ildən tanımış, sonuncu onunla eyni şirkətdə işləyir və aralarında normal münasibət olmuşdur. Təqsirləndirilən şəxs isə təxminən 2014-cü ilin oktyabr-noyabr aylarında tanımışdır. Belə ki o, Neft şirkətinin ev növbəsində dayanan işçilərindən növbəsini satmaq istəyən şəxsin növbəsini almaq istəmiş və bu işdə Baharın ona kömək edə biləcək tanışının olduğunu öyrənmişdir. Buna görə də o, Bahardan bu barədə soruşmuş, Bahar da Amil adlı qrup yoldaşının vasitəsilə ona köməklik edəcəyini, Amilin Neft şirkətinin sosial təminat idarəsində işlədiyini bildirmişdir. Bundan sonra o, Baharın vasitəçiliyi ilə ilk dəfə metronun “N.Nərimanov” stansiyasının yaxınlığında yerləşən parkdakı çayxanada Amillə görüşüb söhbət etmişdir. Söhbət zamanı Amil ev növbəsində dayanan adamların hazırda növbə satmaq istədiklərini, 20.000 manata ev növbəsinin satıldığını, 10.000 manatını indi, qalan hissəsini isə ev alındıqdan sonra verilməli olduğunu bildirmişdir. O, Baharla əlaqə saxlayıb bu barədə ona demiş və sonuncu da Amilin dediklərini təsdiq etmişdir. O, pulu notarius vasitəsilə verməyi təklif etdikdə Bahar razılaşmayaraq, onun adının olduğunu, pulu notarius yolu ilə verməməyi, özünün burada olduğunu, Amilin heç vaxt onları aldada bilməyəcəyini demişdir. Baharın bu sözlərindən arxayın olmuş, ona etibar edərək, metronun “N.Nərimanov” stansiyasının yaxınlığında Amillə görüşüb orada 10.000 manat ekvivalentində olan 12.800 ABŞ dollarını özünə məxsus olan “Hyundai Accent” markalı, **- OS-*** dövvlət qeydiyyat nişanlı avtomobildə Amilə vermişdir. Həmin vaxt Amil onun işini 2015-ci ilin yay aylarında müəllim dediyi adamın vasitəsilə həll edəcəyini və evin verilməsi barədə onunla şirkət arasında müqavilə bağlayacaqlarını demişdir. Bundan sonra Amil bir neçə dəfə ondan iş üçün müxtəlif məbləğlərdə pul istəmiş, bu barədə Bahardan soruşduqda Bahar Amilin düz dediyini, işin gedişatının belə olduğunu bildirərək, narahat olmamağı, istədiyi pulu Amilə verməyi tövsiyyə etmişdir. Bahara inandığı üçün o, hissəhissə olmaqla ümumilikdə 8.000 manat pulu 2015-ci ilin may ayı ərzində Baharın yaşadığı evdə Amilə vermişdir. Lakin Amil sonradan verdiyi vədə əməl etməmiş və aldığı pulu geri qaytarmamışdır. Dəfələrlə Amillə danışdığı zaman sonuncu müxtəlif bəhanələr gətirərək yalan danışmağa başlamışdır. Hal-hazıradək Amil söz verdiyi kimi onu evlə təmin etməmişdir. Artıq Amil tərəfindən aldanıldığını, ümumilikdə 18.000 manat pulunun mənimsənildiyini başa düşmüş və bu barədə polisə müraciət etmişdir. O, Neft şirkətinin nəzdnində olan ev siyahısına çoxdan dayanmış və öz yerini satan şəxsdən yeri alıb ev almaq adı ilə Bahara inanıb Amilə hissə-hissə olmaqla 18.000 manat pul vermişdir. Sonuncu dəfə isə 2015-ci ilin may ayında dəqiq xatırlamadığı vaxtda 9-cu mikrorayon ərazisində Amilin yaşadığı binanın qarşısında yerləşən kafedə ona pul vermişdir. O, Tərlan adlı şəxsi tanımamış, sonradan ona məlum olmuşdur ki, Amilin müəllim dediyi və işi həll etdiyini bildirdiyi şəxs Socar Neft şirkətində yuxarı vəzifədə işləyən Tərlan adlı bir şəxsdir. Zərərçəkmiş şəxs1 həmçinin məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Amili Bahar vasitəsi ilə tanımış, Amil bir dəfə onu tikinti gedən əraziyə aparmışdır. O, pulu bilavasitə Amilə vermiş, Bahara pul verməmişdir. Sonda Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. 25 yanvar 2022-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 məhkəmədə göstərmişdir ki, Zərərçəkmiş şəxs4 təxminən 2008-ci ildən tanımışdır. Belə ki, o, 2008-ci ildə “Bahar enerji” şirkətinə işə düzələn zaman Bahar orada işləmiş və onunla iş yoldaşı kimi aralarında daim normal münasibət olmuşdur. Təqsirləndirilən şəxs isə təxminən 2014-cü ildə Baharın vasitəsilə tanımışdır. Belə ki, 2014-cü ildə dəqiq xatırlamadığı vaxtda Bahar ona öz oğluna "xxxx" Neft şirkətinin işçiləri üçün tikilən evlərdə yazılan növbəni qabağa salmaq üçün tanışının olduğunu və razılıq olduqdan sonra 06 ay ərzində neft şirkəti üçün tikilən binalardan ev almağın mümkün olduğunu, istədiyi təqdirdə həmin qaydada onun üçün də ev ala biləcəyini, onun hörmətini isə iş həll olunduqdan sonra istədiyi məbləğdə edə biləcəyini demişdir. Bahar həmçinin hazırda adlarını xatırlamadığı bir neçə nəfər şəxsə eyni qaydada köməklik etdiyini və həmin şəxslərin artıq ev sahibi olduqlarını demişdir. Fikriləşib cavab verəcəyini Bahara deyib bir neçə gün araşdırma aparmış və həqiqətən də belə bir işin mümkün olduğunu müəyyən etmişdir. Bundan sonra Bahara onun təklifi ilə razı olduğunu və yerindən asılı olmayaraq iki otaqlı ev istədiyini bildirmişdir. Bahar bu işi Amil adlı "xxxx" Neft Şirkətində işləyən tanışının vasitəsilə həll edəcəyini, sonuncu ilə danışıb bu işin hansı məbləğə başa gələcəyini deyəcəyini bildirmişdir. Bir neçə gündən sonra işdə olduğu zaman Bahar ona işini Amil adlı tanışı ilə danışdığını və bunun üçün Amilə ilkin olaraq 5.000 manat pul verməli olduğunu demişdir. Razılaşıb tanışlarından borc götürdüyü 4.000 ABŞ dollarını, habelə qabaqcadan razılaşdıqları kimi 1.000 ABŞ dollarını hissə-hissə olmaqla təxminən bir ay ərzində Baharın iştirakı ilə sonuncunun yaşadığı evdə Amil kimi özünü təqdim edən şəxsə vermişdir. Həmin vaxt Amil, 06 ay ərzində onu “Bayraq Meydanı”nın yaxınlığında yerləşən tikilməkdə olan evlərdən iki otaqlı təzə təmirli evlə təmin edəcəyinə vəd vermiş, özünün də "xxxx" Neft şirkətinin sosial təminat şöbəsində işlədiyini bildirmişdir. Ümumilikdə 5.000 ABŞ dollarını Baharın iştirakı ilə Amilə ilkin ödəniş qismində verdikdən sonra Amil həmin binadan evin verilməsinə razılıq verilməsi üçün ona ərizə yazdırmışdır. Lakin həmin vaxtdan 06 ay keçməsinə baxmayaraq Amil verdiyi vədə əməl etməmiş və onu söz verdiyi kimi evlə təmin etməmişdir. 06 ay keçdikdən sonra o, mütəmadi olaraq Amil və Baharla əlaqə saxlamağa və verdikləri vədə əməl etmələrini tələb etməyə başlamışdır. Lakin Amil hər dəfə ona müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir. Artıq Amil tərəfindən aldanıldığını və 5.000 ABŞ dolları pulunun mənimsənildiyini başa düşmüş və bu barədə polisə müraciət etmişdir. O, 2007-ci ildə “Bahar enerji” şirkəti yaranmamışdan əvvəl Socar Neft şikrətində işləyən zaman ev almaq üçün növbəyə dayanmışdır. Sonradan “Bahar enerji” şirkəti Socar Neft şirkətinin nəzdninə verildiyi üçün o, həmin şirkətdə işlə təmin olunmuş və buna görə də, ev növbəsi də olduğu kimi qalmışdır. Lakin Bahar ona həmin növbəni irəli çəkmək barədə təklif etdikdən sonra onun işi həll edəcəyi Amillə danışdıqdan sonra Baharın sözünə etibar edərək hissə-hissə olmaqla ümumilikdə 5.000 ABŞ dolları pulu Baharın yanında Amilə vermişdir. Tərlan adlı şəxsi tanımamış, Yalnız Bahar ona Amilin bu işi Tərlan adlı "xxxx" Neft şirkətində yuxarı vəzifədə işləyən bir şəxsin əli ilə həll edəcəyini demişdir. Zərərçəkmiş şəxs3 həmçinin məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Bahara ilkin olaraq 4.000 ABŞ dolları vermiş, lakin Bahar ondan həmin pulun məbləğini artırmağı və 5.000 manat verməsini istəmişdir. Amillə, tələb olunan pulu tam olaraq verdikdən sonra Bakı şəhəri, Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında görüşmüşdür. Pulun çatışmayan hissəsini bir neçə dəfəyə Bahara vermişdir. Sonda Zərərçəkmiş şəxs3 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. 25 yanvar 2022-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 məhkəmədə göstərmişdir ki, Zərərçəkmiş şəxs4 təxminən 2013-cü ildən tanımışdır. Belə ki, o, Bahar “Bahar enerji” şirkətinin tikinti şöbəsinə təhlükəsizlik sənədlərini yoxlamaq üzrə mütəxəssis vəzifəsinə keçdikdən sonra eyni şöbədə işləməyə başladıqları vaxtdan Baharla iş yoldaşı kimi tanış olmuş və aralarında normal münasibət olmuşdur. 2004-cü ildə "xxxx" Neft şirkətində işlədiyi zaman ev növbəsinə dayanmış və həmin vaxtdan hazıradək öz növbəsini gözləmişdir. Təqsirləndirilən şəxs isə təxminən 2015-ci ilin aprel-may aylarında Baharın vasitəsilə tanımışdır. Belə ki, 2015-ci ildə dəqiq xatırlamadığı vaxtda Bahar yaxınlaşıb ondan ev növbəsinə nə vaxtdan dayandığını soruşmuşdur. Bahara, 2004-cü ildən növbədə dayandığını bildirmişdir. Bu zaman Bahar onun növbəsini qabağa sala biləcək və 5-6 aya kimi yaxşı yerdən ev almağına kömək edə biləcək tanışının olduğunu və bu iş üçün veriləcək evə ödəniş qismində 10.000 manat ilkin ödəniş ödəməli olduğunu bildirmişdir. Həmin miqdarda pulunun olmadığını, qeyd edilən məbləği yalnız hissə-hissə verə biləcəyini dedikdə Bahar, bu işi Amil adlı tanışının vasitəsilə həll edəcəyini, buna görə də, Amillə danışıb ona xəbər edəcəyini, Amilin "xxxx" Neft şirkətinin sosial təminat şöbəsində işlədiyini bildirmişdir. Bahar həmçinin bir neçə nəfər şəxslərə də bu formada köməklik etdiyini və həmin şəxslərin artıq ev sahibi olduqlarını demişdir. Maraqlanıb tam əmin olduqdan sonra Bahara razılığını bildirmiş və borc götürdüyü 2.500 manat pulu 2015-ci ildə dəqiq xatırlamadığı vaxtda qabaqcadan razılaşdıqları kimi Baharın yaşadığı evdə, əvvəllər tanımadığı, özünü Amil kimi təqdim edən şəxsə vermişdir. Həmin vaxt Amil, 06 ay ərzində onu “Bayraq Meydanı”nın yaxınlığında yerləşən tikilməkdə olan evlərdən üç otaqlı təzə təmirli evlə təmin edəcəyini, habelə ondan ərizə alacağını bildirmişdir. Bundan bir neçə gün sonra Amil onu “Azneft” İB-nə çağıraraq müəllim kimi adını hallandırdığı, sonradan həmin şəxsin Tərlan olduğu məlum olan şəxsin onu qəbul edəcəyini demişdir. Həmin yerə gedərək Amillə görüşüb orada olan çayxanaların birində oturub söhbət etmişlər. Amil ondan pul gətirib-gətirmədiyini soruşduqda, ona cəmi 10 gündür pul verdiyini, həmin pulu da borc götürdüyünü, hazırda əlində hansısa bir miqdarda pul olmadığını demişdir. Bu vaxt Amil ərizəsinin indi deyil sonra alınacağını bildirmişdir. Təxminən bir ay sonra o, dayanmadan Amilə zəng edib söz verdiyi kimi ərizəsini almasını tələb etdiyi üçün Amil ona “Bayraq Meydanı”nda yerləşən və tikilməkdə olan binadan mənzilin dəqiq xatırlamadığı yerini və nömrəsini deyib həmin evin 100 faiz onun adına sənədləşəcəyinə söz vermişdir. Lakin həmin vaxtdan 06 ay keçməsinə baxmayaraq Amil verdiyi vədə əməl etməmiş və onu söz verdiyi kimi evlə təmin etməmişdir. Bu barədə Bahara dedikdə Bahar ona bu məsələnin Amillik olmadığını, bu işin yuxarıdan uzandığını bildirmişdir. Artıq Amil tərəfindən aldanıldığını və 2.500 manat pulunun mənimsənildiyini başa düşmüş və bu barədə polisə müraciət etmişdir. 2004-cü ildə hələ “Bahar enerji” şirkəti yaranmamışdan əvvəl Socar Neft şikrətində işləyən zaman ev almaqla bağlı növbəyə dayanmış, sonradan “Bahar enerji” şirkəti Socar Neft şirkətinin nəzdninə verildiyi üçün həmin şirkətdə işlə təmin olunmuş və buna görə də, ev növbəsi də olduğu kimi qalmışdır. Lakin Bahar ona həmin növbəni irəli çəkmək barədə təklif etdikdən sonra onun işi həll edəcəyi Amillə danışdıqdan sonra Baharın sözünə etibar edərək hissə-hissə olmaqla ümumilikdə 2.500 manat pulu Baharın yanında Amilə vermişdir. Tərlan adlı şəxsi tanımamış, yalnız Bahar ona Amilin bu işi müəllim kimi çağırdıqları Tərlan adlı "xxxx" Neft şirkətində yuxarı vəzifədə işləyən bir şəxsin əli ilə həll edəcəyini demişdir. Zərərçəkmiş şəxs2 həmçinin məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona 2.500 manat məbləğində ziyan dəymiş, pulu Amilə Baharın evində vermişdir. Dymiş ziyanın 1.000 manat məbləğini Bahar ona qaytarmışdır. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 1992ci ildən hal-hazıradək "xxxx" Neft Şirkətində müxtəlif vəzifələrdə işləyir. Təxminən 2007-ci ildən isə həmin neft şirkətində mühəndis və sonra böyük mühəndis vəzifələrində işləmiş və vəzifəsi "xxxx" Neft Şikrətində işləyən və ev almaq üçün növbəyə dayanmış şəxslərin ev növbəsi çatdıqda onlara toplamaları üçün sənədlərin siyahısını vermək və həmin sənədləri yoxladıqdan sonra rəhbərliyə təqdim etməkdən ibarətdir. Təqsirləndirilən şəxs təxminən 1990-cı ildən qiyabi olaraq tanımışdır. Belə ki, Amil 1990-cı ildə ara qarışan zaman bir evi zəbt etmiş, lakin sonradan həmin evdən çıxarılmışdır. Həmin vaxt Amil onun iş yerinə gəlmiş və bu zaman onlar qiyabi olaraq bir-birini görmüşlər, lakin aralarında heç bir münasibət olmamışdır. 2012-2013-cü illərdə isə Amil bir neçə dəfə onun iş yerinə müxtəlif tanışları ilə görüşmək üçün gəldiyi zaman görüb tanışlıq vermiş və bundan sonra onların arasında normal münasibət yaranmışdır. Bahar xanımı isə təxminən 2015-ci ildə yay aylarında dəqiq xatırlamadığı vaxt görmüşdür. Belə ki, Bahar xanım həmin vaxt ona dəfələrlə zəng edərək təkidlə onunla görüşmək istədiyini bildirmiş, o, bir neçə dəfə müxtəlif bəhanələr gətirərək həmin qadınla görüşmək istəməsə də, Bahar xanım çox təkid etdikdən sonra onunla bir neçə dəqiqəlik metronun “Nərimanov” stansiyasının çıxışında görüşmüşdür. Həmin vaxt Bahar Amilin onun qrup yoldaşı olduğunu, Amilin ondan iki-üç dəfə müxtəlif miqdarlarda "xxxx" Neft Şirkətində növbəyə dayanmamış ayrı-ayrı şəxslərə ev alıb vermək üçün pul aldığını, lakin verdiyi vədə əməl etmədiyini, nə pulu qaytarmadığını, nə də ki evlə təmin etmədiyini, hətta həyat yoldaşının adına götürdüyü krediti belə ödəmədiyini bildirmişdir. Həmin vaxt Bahar xanım Socar Neft Şirkətində növbəyə dayanmamış şəxslərə ev vermək məsələsində Amilin onun adını hallandırdığını bildirmişdir. O, isə Bahar xanıma Amili tanısa da, ondan hansısa bir işi həll etmək üçün hansısa bir miqdarda pul almadığını, ümumiyyətlə onunla hansısa bir ev məsələsini həll etmək barədə danışmadığını bildirmişdir. Bundan sonra o, Baharla görüşməmişdir. Bu söhbəti bildikdən sonra Amillə görüşmüş və niyə onun adını hallandırdığını soruşmuş, Amil isə onun adını hallandırmadığını bildirmişdir. Şahid1 həmçinin bildirdi ki, Amil öz qohum və tanışlarından, eləcə də, tələbə yoldaşından da müxtəlif bəhanələrlə müxtəlif miqdarlarda pul almış, lakin qaytarmayaraq dələduzluq etmişdir. Həm də Təqsirləndirilən şəxs üç nəfər müxtəlif şəxsi onun üzərinə xahişə göndərmişdir ki, onu vəziyyətdən çıxarsın. Zərərçəkmiş şəxs4 və onun dörd iş yoldaşının ev məsələsini həll etmək adı ilə hissə-hissə olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 54.000 manat miqdarda pul almamış və ona hər hansı bir vəd verməmişdir. Təqsirləndirilən şəxs heç vaxt hansısa bir miqdarda pul almamış və ona kiməsə Neft şirkətində ev verilməsi ilə bağlı heç bir söz verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2006-cı ildən etibarən "xxxx" Nerft şirkətində müxtəlif vəzifələrdə işləmiş və 2012-ci ildən etibarən də "xxxx" Neft Şirkətinin 28 May neft-qaz çıxarma idarəsində mühəndis vəzifəsində çalışır. Həyat yoldaşı Zərərçəkmiş şəxs4 “Bahar Enerji” şirkətində işləyir. Təqsirləndirilən şəxs yoldaşının tələbə yoldaşı kimi tanımış və onunla aralarında həmişə normal münasibət olmuşdur. 2014-cü ildə Amil, yoldaşı Bahara "xxxx" Neft şirkətində işləyən Tərlan adlı şəxsin vasitəsilə həmin şirkətin balansında olan, növbəyə dayanaraq ev almış, lakin sonradan evin aylıq ödənişlərini ödəyə bilməyən şəxslərdən ev alıb sata bildiklərini və ev növbəsində dayanmış istənilən şəxsin sırasını yaxın müddətə çəkə bildiklərini demişdir. Həmin ərəfədə oğlu X9 da kreditlə ev almaq istədiyi üçün və Amillə yoldaşının arasında yaxşı münasibət olduğuna görə ona inanıb 2014-cü ilin avqust ayı ərzində hissə-hissə olmaqla ümumilikdə 17.000 manat pulu yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 2 nömrəli evin 55 nömrəli mənzilində yoldaşı Bahar Amilə vermişdir. Həmin pulun 8.000 manatını Bahar onun yanında Amilə vermişdir. Beləliklə də, Bahar hissə-hissə olmaqla ümumilikdə Amilə 17.000 manat pul vermişdir. Lakin Amil onlara müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmiş və aldığı pulu qaytarmamışdır. Bundan sonra yoldaşı Zərərçəkmiş şəxs4 məcbur qalıb hadisə barədə polisə müraciət etmişdir. Onlardan başqa Amil qonşuları Şükürü, eləcə də, Baharın tanımadığı iş yoldaşlarını da ev verəcəyi adı ilə aldadıb pullarını ələ keçirmiş və aldığı pulu qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan 27 iyul 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış, üzləşdirmə-dindirmə zamanı Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək, ifadəsini bir daha təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs4 dedikərini təsdiq etmişdir. İş materiallarında olan 21 dekabr 2020-ci il tarixli və 02 fevral 2021-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən müvafiq olaraq 6.000 və 4.000 manat olmaqla zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyanın cəmi 10.000 (on min) manat məbləği cinayət işinin ibtidai istintaqı zamanı sonuncuya ödənilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 21 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmiş və Zərərçəkmiş şəxs4 hissə-hissə aldığı pulların hamısını öz ehtiyaclarına xərclədiyini bildirmişdir. İş materiallarında olan toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi barədə 21 dekabr 2020-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından, onun barəsində cinayət işi üzrə icraata hissəvi xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və onun təqsirləndirilən şəxs qismində statusuna xitam verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmü qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. İş materiallarında olan cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, 15 iyun 2020-ci il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPMnin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 20 iyul 2020-ci il tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X6 həvalə edildiyindən, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, 05 avqust 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X11 tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 21 dekabr 2020-ci il tarixdə həmin cinayət işi üzrə istintaqın davam etdirilməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X3 həvalə edildiyindən, cinayət işi üzrə icraat təzələnmiş və icraatına qəbul edilmişdir. İş materiallarında olan cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, 23 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 02 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyi üçün tərəfindən cinayət işi üzrə icraat təzələnmiş və icraatına qəbul edilərək istintaq davam etdirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs etibaran sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 17.000 manat pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini 2014cü ilin avqust ayı ərzində törətmişdir. Hazırki cinayət işinin icraatının ümumilikdə 07 ay 01 gün dayandırıldığı müddət də nəzərə alınmaqla həmin epizod üzrə cinayət əməlinin törədildiyi gündən 07 il 07 aydan çox müddət keçmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilmiş, müdafiə tərəfi həmin epizod üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi səbəbindən xitam verilməsi barədə razılıq verməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ev növbəsini satanlardan ucuz qiymətə ev alıb verilməsini həmin şirkətdə işləyən tanışı Şahid1 vasitəsi ilə təmin etdirəcəyi barədə yalan vədlər verərək 2014-cü ilin avqust ayı ərzində onun ünvan 3 ünvanda yerləşən mənzilində hissəhissə olmaqla cəmi 17.000 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 17.000 (on yeddi min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə Təqsirləndirilən şəxs təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində həmin epizod nəzərə alınmamaqla ittiham hökmü çıxarılmalıdır Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 vurduğu ziyanı qismən ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini 10 iyul 2020ci il tarixdə törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü mddəsi tətbiq edilməklə qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa iş materialalrında olan Salyan rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə Abşeron rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini birinci iş üzrə Abşeron rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən onun əməlində cinayətlərin residivi növündə cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni cərimə və azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan axtarışda olan şəxsin və şübhəli şəxsin tutulması haqqında 27 iyul 2020-ci il tarixli protokollardan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 29 iyul 2020-ci il tarixli qərarlardan görünür ki, barəsində 21 iyul 2020-ci il tarixdə, 101062/20 saylı axtarış elan edilmiş Təqsirləndirilən şəxs 27 iyul 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin təmin edilməsindən imtina edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınararaq müvəqqəti saxlanılma yerindən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 iyul 2020-ci il tarixdən 29 iyul 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa, iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, həmin cinayət işi üzrə həmin məhkəmənin 16 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, 23 sentyabr 2021-ci il tarixdə tutularaq Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanılma Yerinə təhvil verilmiş və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilmsinə dair Abşeron rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə ittiham hökmü çıxarılmışdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 1(010)-103/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının rəisinin 19 aprel 2022-ci il tarixli, 17/40-1769 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsindən saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 1(010)-103/2021 nömrəli qərarına əsasən hal-hazıradək 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həm Abşeron rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə həmin məhkəmənin 16 iyul 2021-ci il tarixli qərarı ilə, həm də Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan hazırki cinayət işi üzrə 29 iyul 2021-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixdə tutularaq Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanılma Yerinə təhvil verildiyindən, onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilmsinə dair Abşeron rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə ittiham hökmü çıxarıldığından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində Abşeron rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə, Salyan rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı nəzərə alınmaqla qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdiyindən ilkin olaraq Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Abşeron rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarı icra olunmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 1(010)-103/2021 nömrəli qərarı isə 23 mart 2022-ci il tarixdən icra olunmağa başlanmışdır. Belə ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə, Salyan rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı nəzərə alınmaqla təyin edilmiş cəzasını 23 mart 2022-ci il tarixdə çəkib qurtarsa da hal-hazıra kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 23 mart 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 17.000 manat, mənəvi zərərin əvəzi qismində 5.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 17.000 (on yeddi min) manat məbləğində maddi ziyan vurmuş və 21 dekabr 2020-ci il tarixdə 6.000 manat, 02 fevral 2021-ci il tarixdə isə 4.000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs4 cinayət işinin ibtidai istintaqı zamanı 10.000 (on min) manat ödəmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə vurduğu 17.000 (on yeddi min) manat məbləğində maddi ziyanın ödənilməmiş qalıq hissəsi 7.000 manat təşkil edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 17.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 xeyrinə vurulmuş maddi ziyanın ödənilməmiş qalan 7.000 manat məbləği tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Buna görə də məhkəmə mülki iddianın mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Zərərçəkmiş şəxs4 təqsirələndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs təqsiri ucbatından ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı, yəni ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasına və ya mənəvi iztirab, yəni sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə dair hər hansı bir mötəbər sübut təqdim etmədiyinə görə mənəvi zərərin əvəzi qismində Təqsirləndirilən şəxs 5.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində Zərərçəkmiş şəxs4 iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edildiyinə görə məhkəməyə mülki iddia verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş 30 manat pul vəsaitinin 20 manat məbləğində hissəsi zərəçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 aid edilməli, qalan hissəsinin əvəzi qismində 10 manat məbləğində pul vəsaiti isə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs və mülki iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 ( iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 27 iyul 2020-ci il tarixdən 29 iyul 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 23 mart 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 17.000 manat, mənəvi zərərin əvəzi qismində 5.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyanın əvəzi qismində 7.000 (yeddi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat, cəmi 7.010 (yeddi min on) manat məbləğində pul vəsaiti tutulsun. Zərərçəkmiş şəxs4 mülki iddiası qalan hissədə rədd edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 ( iki yüz qırx) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar