Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-9/2023 07.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.2.1, 126.2.2, 126.2.4 və 128-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tədbiq edilməklə 06 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “Əfv” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş və buna görə də, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi Nizami RPİ-nin inzibati binasında qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayır, 05 oktyabr 2021-ci il tarixdə barəsində həbsə alternativ qətimkan tədbiri sayılan 03 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, 04 yanvar 2022-il tarixdə isə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.4 və 128-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tədbiq edilməklə 06 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “Əfv” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edildikdən sonra məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,390 qram olan ağ rənglikristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq alaraq əldə edib, üzərində saxlayaraq daşımış və 04 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in ƏÇPA-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması, istifadəsi və daşınmasında şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “TOSOİL” YDM-in qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 1ədəd şəffaf sellofandan olan bükümdə təmiz çəkisi 0,390 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə saat 08.00 radələrində tanışı Yalçın ilə görüşmüşlər. Həmin gün saat 08.30 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “TOSOİL” YDM-in yaxınlığında olan zaman onu Neftçilər metrosuna yola salmaq üçün Yalçının idarə etdiyi avtomobildən düşmüşlər və yolun kənarında dayanıb başqa avtomobil gözləyən zaman ƏÇPA-nın əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin saxlanması və istifadəsində şübhəli olduqları üçün Suraxanı RPİ-nin 32-ci PB-yə dəvət etmişlər. Onlar da razılaşaraq polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 32-ci PB-yə gəlmişlər. Suraxanı RPİ-nin 32-ci PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofandan olan bükümü təqdim etmişdir. Sorğu zamanı təqdim etdiyi bükümün içərisində “şüşə” kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni Nizami rayonu, Neftçlər metro stansiyasının yaxında yerləşən parkdan tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Tanışı Yalçının üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni o, verməmişdir. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ona məxsusdur. Suraxanı RPİ-nin 32-ci PB-yə gətirilən zaman və polis bölməsində olan zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. 04 oktyabr 2021-ci il tarixdə iş yoldaşı 32-ci PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid5 ilə birlikdə xidmətdə olduğu zaman X12 Alayının 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin qarşısındakı yolda iki nəfər şəxs özünü şübhəli aparması səbəbindən saxlanılaraq ərazi aidiyyəti üzrə 32-ci PB-nə gətirilmişlər. Həmin şəxslərin Təqsirləndirilən şəxs və X8 olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra isə onun və 32-ci PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videogörüntü ilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində şüşə kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni bir neçə gün əvvəl Nizami rayonunda Neftçilər metrostansiyasının yaxınlığında olan parkdan tapdığını və öz şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmel aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 X4 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin X12 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində çalışır və polis serjantı xüsusi rütbəsi daşıyır. 04 oktyabr 2021-ci il tarixdə iş yoldaşları X12 Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri Şahid2 və X7 ilə birlikdə onlara təhkim olunmuş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində xidməti ərazidə xidmət aparan zaman Qaraçuxur qəsəbəsində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında “Kia Rio” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobildə iki nəfər şəxsin onları görən kimi özlərini şübhəli apardıqlarını görmüşlər. Həmin şəxslərə yaxınlaşmışlar və bu zaman onlardan biri qaçmaq istəmişdir. Bu zaman onların özlərini şübhəli aparmalarından şübhələnərək ikisini də saxlamışlar və “Kia Rio” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə ərazi üzrə ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nə aparıb təhvil vermişlər. Orada həmin iki nəfər şəxsin Təqsirləndirilən şəxs və X9 olması müəyyən edilmişdir. Həmin iki nəfər şəxsi 32-ci PB-nə təhvil verdikdən sonra xidməti əraziyə qayıtmışlar və xidmətlərini davam etdirmişlər. Təqsirləndirilən şəxs və X1 və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 və X2 Rüfət Vüqar oğlunun ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin 12-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 04 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2021-ci il tarixdə, saat 08:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 113-115-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə imtina edilməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad olunması, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində əvvəli 04 oktyabr 2021-ci il tarixindən hesablanmaqla 04 yanvar 2022-ci il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 139-140-cı vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırılması haqqında” 25 noyabr 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və ********* saylı cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılması, qəbul edilmiş qərar barədə maraqlı şəxslərə bildirilməsi və qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin 143-cü vərəqində olan “şəxsin könüllü gəlməsi haqqında” 04 yanvar 2022-ci il tarixli protokola əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq orqanına gələrək bildirmişdir ki, istintaq orqanı tərəfindən axtarıldığı və barəsində axtarış elan edilməsi barədə heç bir məlumatının olmadığını və hazırda bu barədə məlumat aldığı üçün özünün dərhal könüllü olaraq istintaq orqanına gəldiyini bildirmişdir. Cinayət işinin 144-cü vərəqində olan “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 04 yanvar 2022-ci il tarixli qərara əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan 210100617nömrəli cinayət işi icraat təzələnməsi və icraata qəbul edilərək istintaq aparılması və qərarın sürəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin 147-148-ci vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi barədə” 04 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 46-47-ci vərəqələrində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 04 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 52-57-ci vərəqələrində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/4374 saylı 04 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs : (imza) Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,390 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 154-155-ci vərəqələrində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 5031 saylı 10 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 153-cü vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümün içərisində şüşə kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni bir neçə gün əvvəl Nizami rayonunda Neftçilər metrostansiyasının yaxınlığında yerləşən parkda yerdən tapdığını və sonra özünün istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, həmin bükümün qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 141-142-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.4 və 128-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətqib edilməklə 06 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “Əfv” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə iclasında oğlunun üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs sağ yan cibindən 01 ədəd şəffaf sellofanda olan bükümdə təmiz çəkisi 0,390 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən narkotik vasitə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metamfetaminin təmiz çəkisi 0,390 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 il müddətinin axımı onun Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.4 və 128-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətqib edilməklə 06 il 02 ay müddətinə azadlıqdan məhrum edilməklə, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “Əfv” sərəncamına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyindən onu cəzasının sonu olaraq xx.xx.2017-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2021ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-207/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-207/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Bundan əlavə qeyd olunmalıdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə imtina edilməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad olunması, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində əvvəli 04 oktyabr 2021-ci il tarixindən hesablanmaqla 04 yanvar 2022-ci il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırılması haqqında” 25 noyabr 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və ********* saylı cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılması, qəbul edilmiş qərar barədə maraqlı şəxslərə bildirilməsi və qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı Rayon Prokuroruna göndərilməsi qərara alınmış, sonradan da, qətimkan tədbirinin şərtləri pozulmuş və barəsində digər qətimkan tədbiri seçilmişdir. Beləliklə, faktiki olaraq 25 noyabr 2021-ci il tarixli qərarla axtarış elan edildiyinə qədər ev dustaqlığı qətimkan tədbiri 01 ay 21 gün müddətində tədbiq edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-207/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı, 04 oktyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri növündə saxlanıldığı 01 (bir) ay 21 (iyirmi bir) bir müddət cəzasından çıxılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 12 iyul 2022ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan təqisrləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Nəsimi rayon Məhkəməsinin 1(006)-207/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 oktyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri növündə saxlanıldığı 01 (bir) ay 21 (iyirmi bir) bir müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,340 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-9/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-9/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver