Məhkəmə qərarları › İş №1(010)-9/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-9/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-9/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşamış, 26 noyabr 2022-ci il tarixdə barəsində əvvəli “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz səkisi 0,252 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq 33-cü PB-yə gətirilmiş, orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,252 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməklə, ifadəsində göstərmişdir ki, onun üstündə narkotik vasitəsi olmamışdır. Ona polislər məcbur bir balaca narkotik vasitəsinin götürməsini və getməsini bildirmişlər. O, ümumiyyətlə heç vaxi narkotik vasitələrin istifadəçisi olmamışdır. Qayını istifadəçidir, həmin vaxt da qayını onlarda idi, çıxıb getmişdir. Daha sonra qayını yemək yeməyə gəlmişdir. Daha sonra qapının üstündən 7 nəfər həyətə basqın etdilər. Onun qaynı narkotik vasitəsi satan deyil. O, ümumiyyətlə narkotik çəkən gördükdə, yaxınlaşaraq onları tənqid edərək çəkməmələri barədə bildirirdi. Lakin sahə inspektoru Azər Nəsirov ona narkotik satanlarla və yaxud çəkənlərlə işi olmasını bildirmişdir. Polis bölməsində olarkən Azər Nəsirov ona dedi ki, “atanı tanıyırıq, qoy cibinə, yoxsa külli miqdarda yükləyəciyik.”, ekspertizaya da gedərək müayinə olunmuş, müayinədən qabaq ona “ödəniş etdiyi təqdirdə rəydə narkoman olmadığını qeyd edərik”, lakin o, ödəniş etməyəcəyini bildirmişdir. Onu bölmədə döyməmişlər, lakin qaynını döymüşdürlər. Ona sadəcə hədəqorxu olmuşdur. 7 polis əməkdaşı onu evdən tutaraq polis bölməsinə aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 33-cü CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 24 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 33-cü PB-nin YYYÇ-nin inspektoru, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 19:00-da Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Vərəm dispanserinin yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə 33-cü PB-nə gəlmişdir. 33-cü PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və həmin narkotik vasitəninonun özünə məxsus olmasını, həmin narkotik vasitəni Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alaraq əldə edib sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bir ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 33-cü PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər: 29 oktyabr 2024-cü il tarixli məhkəmə iclasının protokoluna əsasən X16un bildirmişdir ki, hazırda təqaüdçüdur, 2019-cü ildən yerini dəyişmiş, səhv xatırladır, 2022-ci ildən yerini dəyişmiş. Bildirir ki, hadisəni xatırlamır. Cinayət işin materialları ilə prosesdə tanış oldu, lakin ilk hərəkətləri başqa müstəntiq aparıb. Bildirir ki, diski təhqiqatçı iş materialları ilə gətirib verir. Təhqiqatçı və vəkilin iştirakı ilə görüntü çəkilir. İstintaqa təqdim edilir. Müstəntiq diskə mütləq baxır. İşin çoxluğu ilə əlaqədar, ola bilər ki, müstəntiq çəkilişə baxmayıb. O özü mütləq baxır diskə. Diskə baxışı təqsirləndirilən şəxs tələb etmədi. Diskə baxdığını xatırlamır. Təqsirləndirilən şəxs X10 bağlı bildirmişdir ki, bu müstəntiqi görməmişdir. X10 bağlı təqsirləndirilən şəxs bildirmişdir ki, o, təqsirləndirilən şəxsi görməmiş, heçnə ilə tanış olmamış, son dəfə PB-ə getdiyi yadında deyil. 28 noyabr 2024-cü il tarixli məhkəmə iclas protokollarına əsasən X17 bildirmişdir ki, (müdafiəçinin sullarına) o diski təqdim edəndə disk açılırdı, buna dair protokol tərtib edilib. Müstəntiqə təhvil verilib. Səhv etmirsə, tanımadığı şəxsdən almışdır. O təhqiqatçıdır, material ayırmır. Diskə ikinci dəfə baxmaq protokollaşdırılmır. Müstəntiqin diskə baxış protokolu olur. Qablaşdırılıb, ekspertizaya göndərilir. Narkotik vasitənin ölçməyə səlahiyyəti olmadığını bildirmişdir. 30 yanvar 2025-ci il tarixli məhkəmə iclasının protokoluna əsasən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Habil Hüseynov verilən suallara cavab verərək, bildirmişdir ki, istintaqı o yekunlaşdırmış, DVD diskə çəkilişə baxmış, protokola yazmışdır. Həmin dövrdə təhqiqatçı protokol yazıb, çəkilişi edirdi. Sonra müstəntiq diskə baxış keçirdirdi. Baxış protokolu tərtib etmiş, disk, şəxsi axtarış protokolu, hüquq və vəzifələrə aid protokol olur və raportla istintaqa göndərilir. Diskdə baxış zamanı görüntü olmayanda raport yazırlar. Görüntünün əlavəsini saxlamırlar. Diskə baxış təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakı ilə olur. İmzası varsa, iştirak etmişdir. Təqsirləndirilən şəxs bidirmişdir ki, baxış olmamışdır. Müdafiəçi tərəfindən verilən suallara cavab verərək, müstəntiq bildirmişdir ki, diskə baxış olub. Çağıranda adətən, telefonla zəng edirlər. Əvvəl bildiriş verirdilər, indi zəng vururlar. Adətən vatsapla danışır. “Siz deyirsiz səhifə 59-da düzəliş olub, 10.00 və 16.00, ola bilər ki, mexaniki səhvlik olub, düzəliş etmişəm.” Xidməti otaqda dindirməmişdir. Əksər vaxt MSY-də dindirir. Həmçinin bildirmişdir ki, MSY-ə daxil olarkən, imza atır, rəhbərlikləri qeyd aparır. Müdafiəçi X11 bildirdiyinə etiraz edərək, bildirmişdir ki, sonuncu Plenum qərarında göstərilir ki, əməliyyat-axtarış tədbiri nəticəsində tutulubsa, şübhəli kimi yox, təqsirləndirilən şəxs kimi cəlb edilməli idi, 3 saat gözlənilməli deyildi. Dövlət ittihamçısını suallarına əsasən təhqiqatçı bildirmişdir ki, diskə baxmış, təqsirləndirilən şəxsin iştirakı olmadan baxmış, müstəntiq işi qəbul edəndə baxıb, videonu öz İphone markalı telefonu ilə çəkmiş, diskə həmin gün köçürmüş, İş daxil olanda ilk növbədə diskə baxılır. Sürəti telefonunda var idi, işlərin çoxluğundan saxlamamışdır. Ola bilər sonradan hansısa kompyuterə taxılıb və virus düşüb və ya cızılıb. Diskə müstəntiq baxıb. Heç bir xəsarət yetirilməyib. Videoda vəkil yox idi. Şəxs ərizə verdi ki, vəkil olmadan çəkiliş olsun. Müdafiəçi şəxsi axtarışdan əvvəl gəlib. Müdafiəçinin kim olması, yadında deyil. Hüquqlarını izah etmişdir. Şübhəli kimi hərəkətlər 3 saata həyata keçirilir. Ola bilər ki, bir saat gözləməyə səbəb vəkilin gecikməyi olub. Tutma protokolu vəkilin iştirakı ilə olur. X11 dindirilməsi zamanı təqsirləndirilən şəxs bidirmişdir ki, çəkilişdən qabaq cibi yoxlanılıb. O təhqiqatçını tanımır. Telefonla çəkiliş olub. Bu əməkdaşı görməmiş. Əməliyyatçılar olub. O ona disk göstərilməyib. Həmçinin bildirmişdir ki, onu iş materialları ilə tanış etmiyiblər. Hadisə bitəndən sonra 1 dəfə çağırıblar. Hadisədən 10 gün sonra çağırıblar. Disk görməmişdir. 1-2 dəfə çağırıblar. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, qeyd edilən tarixdə noyabrda Şahid1lə məlumat əsasında qrup yaradıldı. Vərəm Dispanserinin yanında yaxınlaşıb, PB-ə dəvət etmiş. Polis Bölməsində cibindən bir büküm çıxdı. O növbədə olduğu üçün qrupa daxil olmuşdur. Verilən suallara cavab verərək, şahid bildirmişdir ki, əməliyyat məlumatı Elçinə, ya növbətçi hissəyə daxil olmuşdu. Evinə daxil olmamışlar. Tək idi. Yanında heç kim yox idi. Xeyr, zorakılıq olmayıb. Yoxlanış xidməti otaqda aparılıb. Xeyr, heç bir təsir olmayıb. Verilən suallara cavab verərək, şahid bildirmişdir ki, əməliyyat qrupunda idim, Elçin bildirdi ki, getməliyik, birlikdə getdik. Məlumat ona aid olmayıb, o, əməliyyatçı deyildir. Tək idi. Vərəm Dispanserinin yanında saxlamışıq. axşam idi. Səhv etmirsə, 24 noyabr idi. Polis Bölməsində baxış olub, saxlayanda baxış olmayıb. Təqsirləndirilən şəxs şahidin ifadəsinə etiraz edərək, bildirmişdir ki, həmin şəxs saxlanılmağında iştirak edib, 8 nəfər olublar, giriblər həyətə. Qaynı və o olmuş, bu şahid yalan danışır. 23 yanvar 2025-ci il tarixli məhkəmə iclasının protokoluna əsasən Şahid1 Naxçıvan MR-də olması ilə əlqədar videokonfrans şəklində dindirilmiş, dövlət ittihamçısı tərəfindən verilən suallara bildirmiş, şəxs 33-cü PB-nin ərazisinin sakinidir. İfadəsi yadında deyil, istintaqdakı ifadəsini təsdiqləyir. Kiminlə əməliyyat tədbirində olmağını xatırlamır. Əməliyyat məlumatı ona məxsus idi. Üzü yadında deyil. Müdafiəçinin suallarına cavab verərəkən, bildirmişdir, hadisə vaxtı ifadə vermiş, təsdiqləyir. Hadisədən 2 ildən çox vaxt keçib. Məhkəmənin suallarına cavab verərək bildirmişdir ki, “mən yalnız ərazimin əməliyyatçısıyam, bilirəm ki, ərazimin sakini olub”. 28 noyabr 2024-cü il tarixli məhkəmə iclas protokoluna əsasən ekspert İlham Məmmədov dindirilmiş və bildirmişdir ki, analiz aparmamış, tutulma ilə rəy arasında bir ay vaxt keçmişdi. Cinayət işin materiallarında təqsirləndirilən şəxsin etirafedici ifadəsi var və komisiyada da izah verdi ki, istifadə edir. Özü həkim narkoloqdur, həkim-psixoloq üzrə bitirmiş, o vaxtlar narkoloq psixoloqa daxil idi. Sertfikatı var. 5 ildə 1 atestasiyadan keçirik. Sertfikatında həkim-narkoloq yazılmış, vaxt keçdiyi üçün qanda qalmaya bilər. Belə ki, Kanabioidlər qanda 3 ay qalır. Heroin 10 gün qalır. Metamfetamin adətən 48 saat qanda qalır. Özü etiraf edib, arabir istifadə etdiyini deyib. Müdafiəçi ekspertin çıxışına etiraz edərək bildirmişdir ki, ekspert təqsirləndirilən şəxsin analizlərin nəticəsinə əsasən deyil, iş materiallarına əsasən rəy verildiyini etiraf etmişdir. Ekspert rəyinin kənarlaşdırılmasını xahiş etmişdir. Həmçinin təqsirləndirilən şəxsin müayinədən keçiriməsinə dair qeydiyyat jurnalından səhifələri təqdim etsinlər. Verilən suallara cavab verərək, ekspert bildirmişdir ki, hüquq mühafizə orqanları göndərişi əsasında komissiya keçirilir. Normativ kliniki əlamətlər var ki, narkomaniya xəstəliyi bu əlamətlərdən aydınlaşdırılır. Psixoloji, nevroloji və digər əlamətlər təsir edən amillərdir. Komissiyada bir neçə həkim olur. Komissiya sədrlik edən və əlavə iki narkoloqdan ibarət olur. Fərruxun işində üçü birlikdə o nəticəyə gəlmişdilər. Ola bilsin ki, narkotikin növündən asılı olaraq, aşkarlansın. Cinayət işin materiallarında şəxsin öz etirafı var idi. Ekspertin sözlərinə etiraz edərək, təqsirləndirilən şəxs bildirmişdir ki, analiz verməyə getmiş, bir qadın bir otaqda, bir oğlan isə digər otaqda idi. Cavan oğlan analizi götürdü, dedi ki, “get müstəntiqlə danışacayıq”. Bununla bağlı ekspert bildirmişdir ki, hüquq mühafizə orqanları şəxsi gətirib, analizdən keçirdirlər, və akt alırlar. Lakin o komissiya deyil, komissiya günü o prosedur təkrarlanır Onlara gələndə analizdən keçirilməyib. Onlarda aktın kopyası qalır, yoxlayıb, deyə bilər. Həmçinin bildirmişdir ki, əgər analiz əsasında diaqnoz qoyulsa, tam narkoloji müayinə təyin olunur. Nazirlər Kabinetinin Qərarına əsasən sənədləri qiymətləndirməklə, tibbi materialla əsasən, istintaq materiallarına əsasən və izahatı əsasında qənaətə gəlinir. Xəstənin çəkisi kiriteriya deyil. Təlimatda göstərilir ki, cinayət işinin materialları mötəbər mənbə kimi götürülür. Çəkiliş aparmaq qeyri-qanunidir. Yüngül narkotik vasitə olanda yazılır ki, müalicəyə ehtiyac yoxdur. Bildirmişdir ki, həmin aktı təqdim edə bilər. Müayinədən keçirilməsi ilə əlaqədar suallara cavab verən təqsirləndirilən şəxs bildirmişdir ki, Maştağada analiz vermiş, hadisədən 2-3 gün sonra analizə aparıblar. Bir neçə ədəbiyyata ( Hoplans, İvanets və s) istinad edilir və rəydə göstərilir. İbtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materiallar: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 noyabr 2022ci il tarixli qərarında (cin. iş s.1) göstərilir ki, xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 33cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq 33-cü PB-yə gətirilmiş, orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd toz şəkilli, qəhvəyi rəngli maddə aşkar edilmişdir. Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müfəttişi polis baş leytenantı Şahid1 və Suraxanı RPİ-nin 33-cü PB-nin YYÇ-nin inspektoru polis mayoru Şahid2 tərəfindən tərtib edilmiş raporta (cin.iş 9 s) əsasən 24 noyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbriləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli Təqsirləndirilən şəxs Suraxanı rayonu, Zığ qəsəbəsi, Vərəm dispanserinin yaxınlığında xx.xx.2022-ci il tarixində saat 19:00-da saxlanılmış, 19:15-də 33-cü PB-yə gətirilmişdir. 24 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarına əsasən Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı, polis leytenantı Tural Səfiyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə 24 noyabr 2022-ci il tarixdə 19:00 dəqiqədən şübhəli şəxs qismində tutulub saxlanılmışdır. 24 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokola (cin.iş. 26 s.) əsasən Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı, polis leytenantı Tural Səfiyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə 24 noyabr 2022-ci il tarixdə 19:00 dəqiqədən şübhəli şəxs qismində tutulub saxlanılmışdır. Protokolun tərtib edilməsi 24 noyabr 2022-ci il tarixdə, saat 20:00-dan tərtib edilməsi qeyd edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında 24 noyabr 2022-ci il tarixli qərarında (cin iş. 28) göstərilir ki, Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə saat 19:15-də ünvan 4ünvanının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilmişdir. 24 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,252 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmin protokola əsasən istintaq hərəkətin başlanması 24 noyabr 2022-ci il tarixdə saat 20:15-də, bitməsi isə 20:25-də tərtib edilməsi qeyd edilmişdir. Cinayət işinin icraata qəbul edilməsi haqqında qərarda göstərilir ki, xx.xx.2022ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq 33cü PB-yə gətirilməsi, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,252 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktı olmuşdur. DVD diskə baxış keçirilməsinə dair protokola əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamar Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış кeçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq təqdim etməsi, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hans üsulla əldə etməsi barədə soruşulduqda isə, həmin 01 ədəd bükümün içərisində heroin kim tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni Suraxanı rayonunda üzdən tanıdığı akin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alıb sonra istifadə etməsi üçcn □zərində saxladığını bildirməsi, həmin bir ədəd bükümün qablaşdınlaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməməsi müəyyən olunmuş cununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/6730 saylı 25 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №171” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut Şübhəli şəxs: Təqsirləndirilən şəxs - imza, iştirak etdi - iki imza; Tərtib etdi: Tural Şəfiyev - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 0,252 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 7876 saylı 28 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, ntoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmamasım nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı toplanmış sübutlar: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ünvanlanmış məktubdan görünür ki, Suraxanı Rayon Polis idarəsinin 33-cü Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixdə kimyəvi ekspertiza təyin olunmuş, qərar və maddi sübut xx.xx.2022-ci il tarixdə Mərkəzə daxil olmuşdur. 25.11,2022-ci il tarixdə rəy tərtib edilmiş, rəy və maddi sübut ekspertiza təyin edilmiş orqana təhvil verilmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən təhqiqat aparan şəxsin, müstəntiqin və ya prokurorun icazəsi olmadan təhqiqat və ibtidai istintaqın məlumatlarının yayılması qadağandır. Göstərilənləri nəzərə alaraq cinayət işi üzrə əlavə məlumatların verilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət edilə bilməsi qeyd edilmişdir. 11 iyul 2024-cü il tarixli məhkəmə iclas protokollarına əsasən məhkəmə tərəflərin iştirakı ilə DVD diskə baxış keçirildiyini istəsə də, DVD diskə baxılmağa cəhd edilsə də, diskin açılmadığı məlum olur, bu barədə tərəflərin fikrini soruşur. Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətə əsasən diskdə yaranmış problemlə əlaqədar, təhqiqatçı və müstəntiqə sorğu verilməsini sonradan isə ekspertizanın keçirilməsi təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinni 30 yanvar 2025-ci il tarixli qərarı ilə dövlət ittihamçısı vəsatəti təmin edilməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(010)-9/2025 nömrəli cinayət işi üzrə məhkəmə-məlumat-komputer ekspertizası təyin edilməsi, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə tapşırılması, ekspertin bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barəsində xəbərdarlıq edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəhbərliyinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin audio və videoyazıların ekspertizanın rəyinə əsasən müəyyən edilmişdir ki, ekpsretiza tədqiqatına təqdim edilmş iş materiallarında olduğu İ cildin sonuncu vərəqinə tikilmiş, üzərində “Şəxsi atarış və götürməyə dair disk xüsusi qeyd olan, ağ rəngli zərfə yerləşdirilmiş 1 ədəd “Verbatım” markalı CD-R diskdə mexaniki və digər zərbə əlamətləri aşkar edilməmiş, lakin informasiya daşıyacısındakı məlumatlara giriş mümkün olmamışdır. Suraxanı Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 vəsatəti təmin edilməklə, Azərbaycan Respublikası 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 23 noyabr 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixədək əhatə edən və şahid X4 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 23 noyabr 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixədək əhatə edən və digər Şahid2 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 23 noyabr 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixədək əhatə edən və yuxarıda göstərilən tarxləri əhatə edən dövrlər ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin hal-hazırada anten əhatə dairəsi barədə məlumatların “Azercell” və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinni 30 yanvar 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 vəsatəti təmin edilməklə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 01 dekabr 2022-ci il, 13 mart 2023-cü il, 18 mart 2023-cü il, 20 mart 2023-cü il tarixləri əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin anten əhatə dairəsi barədə məlumatların və və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 01 dekabr 2022-ci il, 13 mart 2023-cü il, 18 mart 2023-cü il, 20 mart 2023-cü il tarixləri əhatə edən sms mətnləri, həmin nömrənin və mobil telefonun həmin müddət ərzində aktiv olması barədə, internetdən istifadə edilməsi barədə məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Azemis Elektron Məhkəmə İnformasiya Sistemində 2023- 2024-cü ilərdə baxılmış işlər üzrə axtarış edilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs ətrafında “əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarın qanuniliyinin yoxlanmasına dair müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin audio və videoyazıların ekspertizanın 18 mart 2025-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olduğu İ cildin sonuncu vərəqinə tikilmiş, üzərində “Şəxsi axtarış və götürməyə dair disk xüsusi qeyd olan, ağ rəngli zərfə yerləşdirilmiş 1 ədəd “Verbatım” markalı CD-R diskdə mexaniki və digər zərbə əlamətləri aşkar edilməmiş, lakin informasiya daşıyacısındakı məlumatlara giriş mümkün olmamışdır. Məhkəmənin sorğusunu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Tural Səfiyev cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk tərəfindən cinayət işi ilə birlikdə Suraxanı RPl-nin İstintaq Şöbəsinə göndərilmişdir. Həmin 01 ədəd CD disk vahid nüsxədə olduğundan onun təkrarən Suraxanı Rayon Məhkəməsinə göndərilməsi mümkün deyildir. Məhkəmənini təhlili: Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan aparılmış istintaq hərəkətlərinə dair prosessual sənədlərin, o cümlədən şəxsi axtarış aparılmasına dair protokolun, şəxsin axtarış hərəkətinin videogörüntüyə dair diskə baxışını keçirilməsinə dair protokolun, şəxsin tutulmamışdan əvvəl keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin yoxlanılmasına dair sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi və ya tərtib edilməməsi əsasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayətini törətməsi sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaqın gəldiyi qənaətinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 234.1-ci il maddəsi ilə təqsirləndirilməsinə dair ittihamın əsas sübutları – Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,252 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilməsinə dair 24 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və qərarı, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verilmiş izahatı, Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixli şübhəli şəxsin dindirilməsinə dair protokol və 25 noyabr 2022-ci il tarixli təqsirləndiriən şəxs qismində dindirilməsinə dair protokollar və həmin protokollarda əks olunmuş etirafedici ifadələri, 24 noyabr 2022-ci il Təqsirləndirilən şəxs saxlanılmasına və şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edilməsinə dair ifadə verən şahidlər – polis əməkdaşları Şahid2 və Şahid1 dindirilmələrinə dair protokollar və məhkəmə ekspertizaların rəyləri təşkil edir. Məhkəmə baxışı zaman Təqsirləndirilən şəxs özünün təqsirli bilməməsinə dair ifadəsinə əsasən cinayət işinin materialları tədqiq edilərkən ibtidai istintaq zamanı prosessual sənədlərin tərtib edilməsində çoxsaylı kobud prosessual pozuntuların mövcud olması ittihamda göstərilən halların həqiqiliyinə, bununla da həmin prosessual sənədlərin sübut olaraq mötəbərliyinə, mümkünlüyünə dair kəskin şübhələr yaranaraq bütün toplanmış sübutların təhlili və yenidən hərtərəfli, ətraflı, tam və obyektiv araşdırılmasının aparılmasına əsas olmuşdur. Buna səbəb Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən, üzərində olan narkotik vasitənin ona məxsus olmadığını, məhkəmə istintaqının bütün iclaslarında özünü təqsirli bilməməsi, heç bir təqsirinin olmadığını, polis əməkdaşları tərəfindən onun evdən götürüldüyünü, tutulma vaxtı düzgün göstərilmədiyini, onun şübhəli şəxs qismində saxlanılma vaxtı xx.xx.2022-ci il tarixdə, saat 19:00 göstərilməsinə baxmayaraq, onun ünorta saatlarından evindən apardıqlarını, narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu, onların tərəfindən hədə-qorxu gəldiyini, narkoloji ekspertizasının aparılmadığını, ekspertin onunla yalnız söhbət etməsini, ekspert rəyləri ilə, cinayət işin materialları onu tanış etmədiklərini bütün qeyd edilən halları hazırki cinayət işi üzrə məhkəmənin ilk baxış iclasında, və məhkəmə istintaqının bütün proseslərində bildirilməsi olmuşdur. İlk olaraq qeyd olunmalıdır ki, “Məhkəmənin hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun Qərarına əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.Bundan əlavə ifadənin dəyişməsinin səbəblərini aydınlaşdırılmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verilməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalıdır. Həmçinin cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs həmin ifadəsinin həqiqiliyini yoxlamaq məqsədilə aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ifadəsində göstərdiyi hallar cinayət işi üzrə tərtib edilmiş prosessual sənədlər arasında ciddi uyğunsuzluğunun mövcudluğu ilə müəyyən edilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının bütün məhkəmə iclaslarında ifadə verərkən, bildirmişdir ki, onun üstündə narkotik vasitəsi olmamışdır. O, ümumiyyətlə heç vaxi narkotik vasitələrin istifadəçisi olmamışdır. Qayını istifadəçidir, həmin vaxt da qayını onlarda idi, çıxıb getmişdir. Daha sonra qayını yemək yeməyə gəlmişdir. Daha sonra darvazanın və qapının üstündən 7 nəfər həyətə keçib basqın etdilər. Onun qaynı narkotik vasitəsini satan deyil. O, ümumiyyətlə narkotik çəkəni gördükdə, yaxınlaşaraq onları tənqid edərək çəkməmələri barədə bildirirdi. Lakin sahə inspektoru Azər Nəsirov ona narkotik satanlarla və yaxud çəkənlərlə işi olmasını bildirmişdir. Polis bölməsində olarkən Azər Nəsirov ona dedi ki, “atanı tanıyırıq, qoy cibinə, yoxsa külli miqdarda yükləyəciyik.”, ekspertizaya da gedərək müayinə olunmuş, müayinədən qabaq ona “ödəniş etdiyi təqdirdə rəydə narkoman olmadığını qeyd edərik”, lakin o, ödəniş etməyəcəyini bildirmişdir. Onu bölmədə döyməmişlər, lakin qaynını döymüşdürlər. Ona sadəcə hədəqorxu olmuşdur. 7 polis əməkdaşı onu evdən tutaraq polis bölməsinə aparmışlar. Polis əməkdaşlarının təzyiqi ilə narkotiki öz üzərinə götürmüşdür. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarın qanuniliyinin mübahisələndirilməsi Cinayət işini materiallarına əlavə edilmiş Suraxanı Rayon Polis İdarəsinin 33-cü PB-nin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarda yalnız müşahidə aparılması növündə əməliyyat axtarış tədbirinin həyata keçirdiyi nəzərdə tutulmuşdur, həmin qərarda Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilməsi nəzərdə tutulmamışdır. Həmçinin qeyd olunmalıdır ki, qərarının surətinin 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi göstərilsə də, qanunun bü müddəasına əməl edilməmişdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 1.1-ci maddəsinə əsasən hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət- prosessual qanunvericiliyi müəyyən edir. Azərbaycan Respublikası CPM-nin cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərinə həsr olunmuş 10-36-cı maddələrində əsas müddəlar olaraq: 1. Cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; 2. İnsan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; 3. Hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. – göstərilmişdir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci hissəsinin tələbindən görünür ki, bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 445.1-ci maddəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin dairəsi müəyyən edilmişdir. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən «Əməliyyat-axtarışfəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıİdıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Lakin qeyd edilən normaların tələbləri pozularaq məhkəməyə məlumat verilməmişdir. Məhkəmənin araşdırılması zamanı nəticəsində həmin hal təsdiqi tapmış və məhkəməyə təqdim olunmuş sənədlərdə öz əksini tapmışdır: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Azemis Elektron Məhkəmə İnformasiya Sistemində 2023- 2024-cü ilərdə baxılmış işlər üzrə axtarış edilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs ətrafında “əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarın qanuniliyinin yoxlanmasına dair müraciət daxil olmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun qərarında qeyd olunur ki, nəzərə almaq lazımdır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Əməliyyat-axtarış tədbirləri dövlətin cinayətkarlıqla mübarizədə istifadə etdiyi effektiv vasitələrdən biridir. Bununla belə, bu tədbirlərin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarına müdaxilə riski yüksəkdir. Xüsusilə şəxsin yazışma sirri, mənzil toxunulmazlığı, şəxsi həyata hörmət hüququ kimi konstitusion hüquqların qorunması baxımından əməliyyat-axtarış fəaliyyətinin qanun çərçivəsində və məhkəmə nəzarəti altında aparılması vacibdir. Məhkəmə, əməliyyat-axtarış tədbiri barədə qərarın 48 saat ərzində məhkəməyə təqdim edilməməsinin hüquqi nəticələri milli və beynəlxalq hüquq kontekstində təhlil edərək,qeyd edir ki, əməliyyat-axtarış tədbirlərinin məhkəməyə 48 saat ərzində təqdim olunmaması Azərbaycan Respublikasının qanunvericiliyinə və insan hüquqları standartlarına ziddir. Belə hallarda sübutlar etibarsız sayılır, vətəndaşların hüquqları pozulur və məsul şəxslər hüquqi məsuliyyətə cəlb olunur. Bu səbəbdən, əməliyyat-axtarış tədbirlərinin hüquqi çərçivədə və məhkəmə nəzarəti altında aparılması hüquqi dövlətin vacib tələblərindəndir. “X13rşı" işi (2015) barədə ətraflı hüquqi təhlil təqdim olunur. Bu iş əməliyyat-axtarış tədbirlərinə nəzarət, xüsusilə telefon danışıqlarının gizli dinlənməsi və məhkəmə nəzarətinin formal xarakter daşıması ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin pozulması məsələsinə aydınlıq gətirən mühüm presedentdir. AİHM gizli dinləmələrin geniş və məhkəmə nəzarətindən kənar tətbiqini Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Bu qərar Avropa məkanında əməliyyat-axtarış tədbirlərinə qarşı hüquqi nəzarət mexanizmlərinin gücləndirilməsi üçün presedent təşkil etmişdir. Xüsusilə aşağıdakı fikirlər nəzərə çarpacaqdır: Fərdi müdaxilə sübut olunmasa belə, əgər hüquqi sistem ümumi təhlükə yaradırsa, bu da Konvensiyanın pozuntusu sayıla bilər.Dövlətlər əməliyyat-axtarış tədbirləri üçün məhdud və dəqiq şərtlər qoymalı, real və effektiv nəzarət sistemi qurmalıdır.Gizli tədbir tətbiq edilən şəxsə bu barədə sonradan məlumat verilməsi prinsipi hüququn aliliyinin tərkib hissəsi hesab edilmişdir. "X13rşı" işi göstərdi ki:  Şəxsi həyata müdaxilə təşkil edən əməliyyat tədbirləri yalnız qanun çərçivəsində və proporsional şəkildə həyata keçirilməlidir;  Effektiv məhkəmə nəzarəti və hüquqi müdafiə hüququnun təmin olunmaması Konvensiyanın 8-ci maddəsinin pozulmasıdır;  Bu iş, Azərbaycan da daxil olmaqla bütün Avropa Şurası dövlətləri üçün əlamətdar presedent olaraq qalır və milli qanunvericiliklər bu meyarlara uyğunlaşdırılmalıdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı zaman bir sıra kobud prosessual pozuntulara yol verilməsi:

1. Şəxsi axtarış və götürmə hərəkətinin ciddi prosessual pozuntular ilə aparıldığı müəyyən edilmişdir ki, bu hal həm də onun nəticələrini, yəni şəxsi axtarış və götürmə aparılması barədə protokolu və diskə baxış keçirilməsi haqqında protokolu etibarsız hesab edir. Şəxsi axtarış və götürmə zamanı yol verilmiş ilkin prosessual pozuntu budur ki, cinayət təqibi orqanının şübhəli şəxs barəsində üzərinə şəxsi axtarış və götürmə aparmasına və bunun nəticələri barədə protokol tərtib etməsinə baxmayaraq, axtarış və götürmə barədə qərar şübhəli şəxsə, onun müdafiəçisinə elan etməmiş, ən əsası prosessual qanunvericiliyin imperativ tələbi kimi qərarın surətini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. 243.4-cü maddəsinə əsasən bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir; 245.2-ci maddəsinə əsasən axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir; 246.2.1-ci maddəsinə əsasən şübhəli şəxs tutulduqda və polis və ya digər hüquqmühafizə orqanına gətirildikdə məhkəmənin qərarı alınmadan şəxsi axtarış və götürmə aparıla bilər; 177.5-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilməyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq bu Məcəllənin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. 443.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməlidir. Lakin, cinayət təqibini həyata keçirən orqan cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla müvafiq əsaslandırılmış qərar qəbul etmədən, şübhəli şəxsi və onun müdafiəçisini həmin qərarla tanış etmədən və qərarın surətini müvafiq subyektlərə göndərmədən şəxs barəsində heç bir hüquqi əsası olmayan istintaq hərəkəti keçirmiş, bununla da, öz “sübut”-larının yararsızlığını bir qədər də artırmışdır. Hər hansı şəxs barəsində aparılan istintaq hərəkətinin ilkin qanunilik şərti və hüquqi əsası bu barədə prosessual qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş müvafiq qərarın mövcudluğudur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” dair videogörüntünün cinayət iş materiallarında əks edilməməsi və bunun hüquqi nəticələri: həmin istintaq hərəkətinin mübahisələndirilməsi və ona dair protokolun qeyri-mötəbər hesab edilməsi: Məhkəmə araşdırılması zamanı xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda həmin prosessual hərəkətin videoçəkiliş ilə aparılması qeyd edilsə belə, ittiham aktında sübutların siyahısında maddi sübut qismində qeyd edilmiş və cinayət işin materiallarına əlavə edilmiş CD diskdə hər hansı bir məlumatın - “Şəxsi axtarış və götürməyə dair əks olunmaması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Tural Səfiyev məhkəməyə ünvanlanmış məktubunda bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk tərəfindən cinayət işi ilə birlikdə Suraxanı RPl-nin İstintaq Şöbəsinə göndərilmişdir. Həmin 01 ədəd CD disk vahid nüsxədə olduğundan onun təkrarən Suraxanı Rayon Məhkəməsinə göndərilməsi mümkün deyildir. Cinayət prosesində şəxsi axtarış və əşyaların götürülməsi şəxsin toxunulmazlıq, ləyaqət və mülkiyyət hüquqlarına birbaşa təsir göstərən istisna tədbirlərdəndir. Bu tədbirlərin qanunvericiliyə uyğun və şəffaf şəkildə həyata keçirilməsi, xüsusilə də videogörüntü ilə sənədləşdirilməsi, həm insan hüquqlarının müdafiəsi, həm də sübutların etibarlılığı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. CPM-in 124.2.4-cü maddəsinə əsasən istintaq və məhkəmə hərəkətlərnin protokolları həmçinin də sübut növü kimi qəbul olunur. CPM-in 134.1-ci maddəsinə əsasən istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. CPM-in 134.5-ci maddəsinə əsasən İstintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Azərbaycan Respublikasının CPM-nin 246-cı maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquqmühafizə orqanına gətirildikdə; 2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidin iştirakı məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.3-cü maddəsinə əsasən axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Qeyd olunmalıdır ki, sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə əsasən müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla - onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Eyni zamanda AR CPM-nin 51.6-cı maddəsinə əsasən prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Bununla bağlı məhkəmə tərəfindən iş üzrə ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə istinaq hərəkətinə dair protokolun tərtib edilməsi zamanı təhqiqatçı qismində iştirak etmiş Tural Səfiyev, sonrakı istintaq hərəkətlərini aparan X16 və müstəntiq Habil Hüseynov dindirilmişdir. X16 diskə baxış keçirilməsinin təfərruatı ilə bağlı məhkəmənin və digər proses iştirakçılarının suallarına cavab verərək şəxsi axtarış istintaq hərəkətinin həyata keçirilməsinə dair ümumi qaydalarını izah etsə belə, diskə baxdığını xatırlamadı. X17 bildirmişdir ki, disk açılırdı ki, protokol tərtib olunmuş, lakin dəqiq açılıb-açılmadığını aydınlaşdıra bilməmiş, müstəntiq Habil Hüseynov da istintaq hərəkətinin ümumi qaydaların izah edilməsi ilə kifayətlənərək, bildirmişdir ki, adətən diskə baxış zamanı görüntü olmayanda raport yazırlar və ikinci surətinin mövcud olmaması ilə bağlı bildirmişdir ki, görüntünün əlavəsini saxlamırlar. Bununla bağlı məhkəmə tərəfindən diskə dair audio və videoyazıların ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin audio və videoyazıların ekspertizanın rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olduğu İ cildin sonuncu vərəqinə tikilmiş, üzərində “Şəxsi axtarış və götürməyə dair disk xüsusi qeyd olan, ağ rəngli zərfə yerləşdirilmiş 1 ədəd “Verbatım” markalı CD-R diskdə mexaniki və digər zərbə əlamətləri aşkar edilməmiş, lakin informasiya daşıyacısındakı məlumatlara giriş mümkün olmamışdır. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Qeyd olunan aparılmış çəkilişə dair videoörüntü olan disk və yahud onun zərfi möhürlənməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, şəxsi axtarış və götürmə zamanı videoyazı aparılması zəruri sayılan hallarda, bu materiallar cinayət işinin sübutlar sistemində əks olunmalıdır. Əgər videogörüntü mövcud olubsa, lakin iş materiallarına daxil edilməyibsə, bu aşağıdakı ciddi hüquqi nəticələri doğura bilər. Qanuni yolla əldə olunmuş sübut dedikdə, həm məzmunun, həm də prosedurun qanuna uyğun olması nəzərdə tutulur. Bu baxımdan videoyazının gizlədilməsi və ya sənədləşdirilməməsi prosedur pozuntusudur. Əgər videogörüntü axtarışın və götürmənin düzgün həyata keçirildiyini əks etdirirsə, onun təqdim edilməməsi:  Müdafiə tərəfinin obyektiv sübutlara çıxış hüququnu pozur;  İttihamın əsaslandığı protokolların və ifadələrin etibarlılığına şübhə yaradır;  Məhkəmədə həmin sübutların etibarsız və yolverilməz hesab edilməsinə səbəb ola bilər. Videogörüntünün iş materiallarına əlavə edilməməsi şəffaflığın pozulması kimi qiymətləndirilə bilər və bu, şəxsin ədalətli məhkəmə araşdırması hüququnu pozur. Videoyazının olmaması hallarında:  Protokolda qeyd olunan məlumatların faktiki gedişatla uyğunluğu şübhə altına alınır;  Müdafiə tərəfi bu protokolların etibarsızlığını sübut etmək hüququ əldə edir;  Əgər vəkil və ya şahidlər video olduğunu, lakin təqdim edilmədiyini bildirirsə, bu qanunsuzluq ehtimalını gücləndirir. Bu hallarda AİHM-in mövqeyi:"X14rşı" işi (2000) – qanunsuz və ya gizli əldə edilmiş sübutların ədalətli məhkəmə hüququna zidd ola biləcəyi tanınıb.  "Bykov Belarus Respublikasına qarşı" işi (2009) – sübutların gizlədilməsi və ya məhdud təqdim olunması şəxsin müdafiə hüququnun pozulması kimi dəyərləndirilib (6-cı maddə). AİHM-ə görə, dövlət orqanlarının nəzarətində olan sübutların (videoların) təqdim olunmaması şəffaflıq prinsipinin və müdafiənin bərabər imkanının pozulması deməkdir Şəxsi axtarış və götürmə zamanı aparılmış videoyazının cinayət işində təqdim edilməməsi cinayət-prosessual qaydaların pozulması, müdafiə hüququnun məhdudlaşdırılması və ədalətli məhkəmə araşdırmasına zərər vurma ilə nəticələnə bilər. Bu cür hallarda həmin sübutların etibarsız sayılması və cinayət təqibinin nəticələrinə ciddi təsir göstərməsi mümkündür. Qeyd edilən normaların mənasına görə hal-hazırda Təqsirləndirilən şəxs barədə tərtib edilmiş şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş məlumat daşıyıcısında heç bir məlumat əks olunmadığı üçün həmin protokol iş üzrə sübut əhəmiyyətinə malik deyildir. Bundan əlavə xx.xx.2022-ci ildə tərtib edilmiş “Diskə baxış keçirilməsi haqqında” protokolda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın həyata keçirilməsi zamanı çəkilmiş videogörüntübü özündə əks etdirən SD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilməsi göstərilir, baxışın saat 10.15-də başlanması və 10.25-də başa çatması qeyd edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videogöntünün mövcud olub-olmamasına və tərəflərin iştirakı ilə həmin diskə baxış keçirilməsinə dair şübhələrin yaranmasına həmçinin o hal da dəlalət edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsi üzrə anten məlumatlarının göstəriciləri həmin vaxt Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində (avtobaza) olmuşdur. Bu Azercell MMC-nin verdiyi antern məlumatları ilə təsdiqlənir.Həmin məlumatların müəyyən edilməsi diskə baxış keçirilməsini, həmin baxışda təqsirləndirilən şəxsin iştirak etməsini, onün həmin protokolla tanış edilməsini və özü-özlüyündə həmin protokolun mötəbərliyini şübhə altına alır. Şəxsi axtarış istintaq hərəkəti aparılması yoxlanılarkən digər ziddiyyətli məqamların aşkar edilməsi Şəxsi axtarış aparılarkən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması. Cinayət işinin materialları araşdırılarkən Təqsirləndirilən şəxs tutulma zamanı əsas fundamental hüquqarından biri – müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar pozuntular aşkar olunmuşdur. Belə ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli maddi vəziyyəti yaxşı olmadığından hüquqlarının müdafiə edilməsi üçün ona vəkil ayrılması barədə ərizəsi vardır. Lakin şəxsi axtarış və götürmə aparılması haqqında protokolda müdafiəçinin iştirakı göstərilmir, həmin hal ibtidai orqan tərəfindən Təqsirləndirilən şəxs arzusunun olması ilə izah olunur. Hər iki prosessual sənəd təhlil olunaraq, Təqsirləndirilən şəxs bir tərəfdən hüquqlarının müdafiəsi üçün vəkil istəməsi, digər tərəfdən isə həmin vəkilin prosessual hərəkətdə iştirak etməməsini arzu etməsinə dair aşkar olunmuş ziddiyyətlər qeyd olunan və həmçinin həmin istintaq hərəkətindən sonra da tərtib olunan bütün prosessual sənədlərin formal, yəni müdafiəçinin iştirakı olmadan və bununla da təqsirlənədirilən şəxsin müdafiə hüququndan məhrum edilmiş vəziyyətdə tərtib edildiyini, və Təqsirləndirilən şəxs imzaladığı sənədlərin işin faktiki hallarını təsdiq etmədiyini göstərir. Bundan əlavə şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-in 33-cü PB-nə gətirilmiş, qeyd olunan istintaq hərəkətinin aparılması zamanı üzərindən yalnız narkotik vasitə çıxmış, digər hər hansı əşyalar, o cümlədən telefon, pul, ictimai nəqliyyatdan istifadə bileti, açar və s. aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ittiham aktında və onun əsasın təşkil edən digər prosessual sənədlərdə, o cümlədən tutma protokolunda göstərildiyi kimi küçədə saxlanılsa belə, onun üzərində pul vəsaiti və ya heç olmasa ictimai nəqliyyatdan gediş bileti, ya yaşadığı evin açarları, mobil telefon aşkar edilməmişdir. Həmin hal məhkəmə üçün inandırcı hesab olunmur və təqsirləndirilən şəxsin ifadəsinin doğru olduğuna dəlalət edir. Bundan əlavə məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmə aparılması barədə protokola baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Pİ-nin 33-ci PB-in təhqiqatçısı polis leytenantı Tural Səfiyev şübhəli şəxsin təqdim etdiyi bir ədəd bükümü götürdükdən sonra müvafiq şərait olmasına baxmayaraq həmin bükümün çəkisini müəyyən etmir. Narkotik vasitənin çəkisi protokolda da öz əksini tapmamışdır. şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması haqqında protokoldan görünür ki, həmin istintaq hərəkətinin aparılması zamanı təhqiqatçı tərəfindən təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkilməməsi dəqiq müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdar hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərur olduqda isə müstəntiq tərəfindən möhürlənir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbi götürülmüş predmetin çəkisinin müvafiq istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsini, həmçinin axtarış və götürmə videoçəkilişlə aparıldığı halda həmin çəkinin qeydə alınması yolu ilə obyektivliyi təmin etməklə əldə edilmiş sübutların hər cür şübhədən kənar qalmasını təmin etməyə yönəlmişdir. Lakin, istintaq orqanı tərəfindən qeyd edilən prosessual normanın tələblərinin pozulması, hazırki ittihamın əsası olan və kifayət qədər şübhəli olan “maddi sübut”-un mötəbərliyini bir qədər də şübhə altına almışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında protokolunun mübahisələndirilməsi Bundan əlavə yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə artıq şübhəli şəxsin tutulması haqqında protokolun düzgün tərtib edilməsinə dair tənqidi yanaşaraq, qeyd edir ki, protokolun tərtib edilmə vaxtı barədə məlumat təhrif edilməklə protokolda təsvir edilmişdir. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini şərh edən Avropa Məhkəməsi bildirir ki, “dərhal anlayışı” həftəsonu, istirahət günlərində və ya gecə yarısı, yaxud da bayram günlərində səlahiyyətli orqanlar tərəfindən iş üzrə araşdırmanın lazımı cəldliklə və müttəhimin hüquqları təmin edilməklə keçirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CPM- nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən isə tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir. Şübhəli şəxsin tutulması prosessual məcburiyyət tədbririnin cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilməsi və rəsmiləşdirilməsi, bununla bağlı bütün prosessual sənədlərin, o cümlədən şübhəli şəxsin tutulması haqqında protokolun, şübhəli şəxsin tutulması haqqında qərarın, şübhəli şəxsin qismində dindirilməsi haqqında protokolun və digər prosessual sənədlərin mötəbər olması, o cümlədən həqiqətə uyğun, düzgün və cinayət prosessual qanunu baxımından qanuni və əsaslı tərtib edilməsi – ibtidai istintaqın təməlinin ən əhəmiyyətli sütunlarından biridir. Şübhəli şəxsin tutulması cinayət prosessual qanunvericiliyinin müdddəalarına uyğun olaraq həyata keçirilməsini, o cümlədən rəsmiləşdirilməsinin əhəmiyyəti təkcə ibtidai istintaqının qanuni və əsaslı keçirilmiş hesab edilməsi üçün mühum əhəmiyyət daşımır, həmçinin də ən əsas, ayrılmaz, konstitusion insan və və vətəndaşı hüquqlarına - azadlıq hüququna riayət edilməsi ilə əlaqədardır. Belə ki, həmin hüquq istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də digər milli və beynəlxalq normativ aktları ilə absolyut hesab olunur və həmin hüquqa dair məhdudiyyət qanunvericı tərəfindər yalnız müstəsna hallarda, onlardan biri də Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi ilə bağlı əsaslı şübhələrin movcud olması ilə bağlı tutulma qismində nəzərdə tutulmuşdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, şübhəli şəxs qismində tutularkən şəxsin azadlığı faktiki olaraq məhdulaşdırıldığından həmin prosessual məcburiyyət tədbirinin rəsmiləşdirilməsi anın (vaxtın) dəqiq göstərilməməsi – gizlədərək, saxtalaşdırılması – şəxsin azadlıq hüququnun kobudcasına pozulmasına və digər ağır nəticələrə səbəb ola bilər. Belə ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili Şahid1 və Suraxanı RPİ-nin 33-cü PB-nin YYÇ-nin inspektoru Şahid2 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq 33-cü PB- yə gətirilməsi göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azercell MMC-dən daxil olmuş anten məlumatlarına əsasən ********** nömrənin sahibi olan Şahid2 xx.xx.2022-ci ildə saat 18.59-da ünvan 3 deyil, Yeni Günəşli 77 nömrəli ATS-nin ətrafında olmuşdur, həmin ATS isə Samir Şərifov küçəsində yerləşir, Zığ qəsəbəsi ilə həmin yer arasında məsafə xəritəyə uyğun olaraq 6 km məsafəsini dəqiqə təşkil edir. Məhkəmə şəxsi axtarış və götürməyə dair istintaq hərəkətinin protokollarını qeyri-mötəbər sübut hesab edərək, həmçinin qeyd olunan istintaq hərəkətində iştirak edən və həmçinin şəxsin saxlanılmasında və şühəli şəxs qismində tutulmasında iştirak edən şahidlər polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrini tənqidi və şübhəl altına almaqla yanaşır. Yuxarıda göstərildiyi kimi Şahid2 anten məlumatları tamamilə başqa ünvanı göstərir və həmin hal da artıq məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Şahid2 ittiham aktına əsasən 24 noyabr 2022-ci il tarixdə şübhəli şəxsin tutulması zamanı Təqsirləndirilən şəxs tutulduğu ərazidən 6 km məsafəsində olmuş, həmçinin də 2 dəfə telefonla danışmış - "xxxx" MMC tərəfindən göndərilən məktubunda Şahid2 istifadə etdiyi mobil ***-***-**-** saylı mobil nömrəsinin anten məlumatları 19:08-də Yeni Günəşli 77 nömrəli ATS-nin ətrafını göstərməklə yanaşı, onun həmin ərəədə 2 dəfə 126 və 127 saniyə ərzində danışı göstərir. Şahid1 ümumiyyətlə məhkəmə iclaslarına gəlməmiş, gəlməkdən yayınmış, videonkonfrans vasitəsilə dindirilərkən isə bildirmişdir ki, heç nə xatırlamır. İbtidai istintaq zamanı, o cümlədən xx.xx.2023-cü ildə ifadə vermiş Şahid1 ilə xx.xx.2023cü ildə ifadə vermiş Şahid2 ifadələri nöqtə vergülünə qədər eynidir, iki müxtəlif tarixlərdə və vaxtlarda sərbəst şəkildə verilmiş ifadələrin bir-birinin eyni olması həmin ifadələrin həqiqətən də həmin tarixlərdə və vaxtda dindirilmə nəticəsində sərbəst şəkildə verilməsini şübhə altına alır, çünki iki müxtəlif şəxsin hadisə barədə nöqtə vergülümə qədər eyni ifadəni verməsi inandırıcı deyildir. AR CPM-nin 230.2-ci maddəsinə şahidin ifadələri və onun verilmiş suallara cavabları dindirmə protokolunda birinci şəxs adından və mümkün qədər hərfi şəkildə qeyd edilir. Məhkəmə hesab edir ki, məhkəmə istintaq zamanı polis əməkdaşları tərəfindən verilmiş ifadələrində qeyd olunan ziddiyyət və yanlış məlumatlar həmin ifadələrin sırf ittihamın sübutedici bazasının bir hissəsini təşkil edən sübutları kimi sübuti əhəmiyyətinin itirilməsinə və həmin sübutlar mötəbər, qanuni və mümkün olan sübutların sırasından çıxarılmasına səbəb olur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə verilmiş ittiham arasındakı ziddiyyətləri, ifadəsindəki qeyri-müəyyənlikləri, iş üzrə sübutetmə predmetinə daxil olan hallara dair ciddi natamamlıqları təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti, şəxsi axtarışın aparlma şəraiti və vaxtı ilə əlaqələndirərək həmin ifadələrin mötəbər sübut kimi qəbul edilə bilməməsinin əsaslarını müəyyən etmişdir. Təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti artıq həqiqi sübutlarla müəyyən edildiyi üçün və həmin şahidlərin ifadəsi həmin mötəbər sübutlarla təkzib edildiyi üçün artıq həmin ifadələrin həqiqiliyi “ipso facto” (təbiəti etibarilə) qəbuledilməzdir. Bu səbəbdən, həmin ifadələrin mötəbərliyi və həqiqiliyi ilə bağlı əlavə qiymətləndirməyə ehtiyac yoxdur. Yuxarıda qeyd olunan hallara əsasən şahidlər tərəfindən verilmiş ifadələrinin, həmin təhqiqatçı və digəri tərəfindən tərtib edilmiş prosessual sənədlərin və onların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları təqsirləndirilən şəxsin ittihamda təsvir edilmiş şəraitdə saxlanılması, Polis Bölməsinə gətirilməsi,dindirilməsi və digər istintaq hərəkətlərinin aparılmasına dair şahidlər kimi ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə hesab edir ki, adları çəkilən polis əməkdaşları ibtidai istintaqı aparan orqanda, yəni Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin tabeliyində müxtəlif vəzifələrdə çalışırlar, onların verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə polis əməkdaşları Şahid2 və Şahid1 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Təqsirləndirilən şəxs tutulma vaxtı və ondan sonra aparılan istintaq hərəkətlərində bir sıra prosessual pozuntularına yol verilmişdir. Belə ki, Fərruz Sadıqzadə cinayət işinin materiallarında olan sənədlərə əsasən xx.xx.2022-ci ildə tutulmuş, üzərinə baxış isə dərhal deyil, 1 saat 15 dəqiqədən sonra 20.15-də keçirilmişdir. Suraxanı RPİ Tibbi müayinənin keçirilməsi və tibbi yardımının göstərilməsinə dair qeydiyyat kitabındakı 678 nömrəli qeyddən görünür ki, Təqsirləndirilən şəxs MSY-nə xx.xx.2022-ci il saat 21.20-də təhvil verilmişdir. Tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları aşağıdakıları etməlidirlər: 153.2.2. tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək; Lakin Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra MSY-ya təhvil veriıməmiş, onun üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilənə qədər harda saxlandığı, onunla necə rəftar edilməsi də bəlli deyildir, o isə bildirir ki, üzərində baxış keçirilənə qədər mənəvi və fiziki təzyiqlərə məruz qalmışdır. Bundan əlavə ittiham aktında qeyd edildiyi kimi Təqsirləndirilən şəxs tutulduğu vaxtdan Polis Bölməsinə qədər guya üzərində olan bir büküm narkotik vasitəni rahat şəkildə polis idarəsinə qədər gəzdirməsi inandırıcı deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında protokol həqiqətə uyğun olmayan məlumatlarla (tutulma vaxtının təhrif edilməsi ilə) tərtib edildiyindən və həmin prosessual sənədin sübut kimi qəbul edilmədiyindən və sübütların siyahısından xaric edilməli olduğundan bütün digər prosessual hərəkətləri əlaqədar tərtib edilmiş prosesual sənədlər da sübutların siyahısından xaric edilməlidir. Şübhəli şəxsin tutulması zamanı yol verilmiş digər prosessual pozuntu budur ki, cinayət təqibi orqanının şübhəli şəxs barəsində üzərinə şübhəli şəxsin tutulması və dindirilməsi və bunun nəticələri barədə protokol tərtib etməsinə baxmayaraq, şübhəli şəxsin tutulması və dindirilməsi barədə qərar şübhəli şəxsə, onun müdafiəçisinə elan etməmiş, ən əsası prosessual qanunvericiliyin imperativ tələbi kimi qərarın surətini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 177.5-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilməyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq bu Məcəllənin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. 443.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməlidir. Lakin, cinayət təqibini həyata keçirən orqan cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla müvafiq əsaslandırılmış qərar qəbul etmədən, şübhəli şəxsi və onun müdafiəçisini həmin qərarla tanış etmədən və qərarın surətini müvafiq subyektlərə göndərmədən şəxs barəsində heç bir hüquqi əsası olmayan istintaq hərəkəti keçirmiş, bununla da, öz “sübut”-larının yararsızlığını bir qədər də artırmışdır. Hər hansı şəxs barəsində aparılan istintaq hərəkətinin ilkin qanunilik şərti və hüquqi əsası bu barədə prosessual qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş müvafiq qərarın mövcudluğudur. Qeyd edilənlərdən başqa, məhkəmə iş üzrə toplanmış sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Təqsirləndirilən şəxs polis bölməsində verdiyi ilk izahatına və şübhəli şəxs kimi dindirilməsinə dair protokoluna tənqidi yanaşma Bundan əlavə Azərbaycan Respublikası CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Azərbaycan Respublikası CPM-nin 234-cü maddəsinə əsasən 234.1. Şübhəli və ya təqsirləndirilən şəxsin hər bir dindirilməsi haqqında müstəntiq tərəfindən protokol tərtib edilir və həmin protokolda aşağıdakı məlumatlar göstərilməlidir: 234.1.1.dindirmənin aparıldığı tarix, vaxt və yer; Lakin cinayət işin materiallarına əlavə edilmiş şübhəli şəxsin dindirilməsi haqqında protokola əsasən göründüyü kimi Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə, saat 19:00-da Suraxanı RPİ-nin 33-cü PB-in təhqiqatçsı Turəl Səfiyev tərəfindən tutulmasına baxmayaraq, yalnız 25 noyabr 2022-ci il tarixdə saat Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, poils mayoru Habil Hüseynov dindirilmişdir. Lakin, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan dərhal sonra təhqiqatçı tərəfindən dindirilməsinə dair protokol isə ümumiyyətlə tərtib edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-in 232 və 234-cü maddələrı şübhəli şəxsin tutulmasından -şübhəli şəxs qismində tutulma barədə protokolun tərtib edilməsindən dərhal sonra ondan izahatın alınmasını deyil, həmin normalarda nəzərdə tutulmuş qaydalara uyğun olaraq onun şübhəli şəxs qismində dindirilməsini (ifadənin alınmasını) və bunun şübhəli şəxsin dindirilməsi protokolu ilə rəsmiləşdirilməsini tələb edir. Halbuki 32-ci PB-nin təhqiqatçısı Tural Şəfiyev Təqsirləndirilən şəxs şübhəli şəxs kimi ifadəsini deyil, şahid qismində izahatını almış, bununla da həmin şəxsin ilk ifadəsinin müdafiəçinin iştirakı olmadan, əlverişsiz vəziyyətdə, prosesssual hüquqlarının və vəzifələrinin izah edilmədiyi halda alınmasına nail olmuş, bu səbəbdən qeyd olunan izahatın alınmasının qanunliyi şübhə altına alındığından sübutları siyahısından xaric edilməlidir. Bundan əlavə xx.xx.2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi protokolunun da tərtib edilməsi yeri (Polis İdarəsinin MSY və ya xidməti otaq) göstərilməmiş, bununla da CPMnin 234.1.1 -ci maddəsi pozulmuşdur. Göründüyü kimi, təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının CPM-nin 232.1-ci maddəsinin tələbi kobud şəkildə pozularaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan dərhal sonra dindirilməmiş, cinayət işi X11 icraatında olduğu müddət ərzində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi ümumiyyətlə alınmamış, sonuncu tutulduqdan demək olar ki iki gün sonra müstəntiq tərəfindən dindirilmişdir. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolda dindirmənin başa çatması vaxtına düzəliş edilmişdir ki, bu da protokolda əks olunan bütün digər məlumatların həqiqiliyini şübhə altına alır. Prosessual sənədlərində Təqsirləndirilən şəxs dindirilmə vaxtının 16:55 kimi göstərilməsi ilə əlaqədar ibtidai istintaq vaxtı onu saxlayan polis əməkdaşları və ilkin prosessal həkətləri aparan müstəntiqlər dindirilsə belə, həmin şəxslər dindirilmə haqqında protokollarına əsasən həmin vaxtın göstərilməsini sadəcə olaraq ”texniki səhv” olması göstərilməsi ilə kifayətlənərək, həmin hal hər hansı digər sənədlərlə - polis şöbəsində dndirilmə vaxtını əks etdirən tutulan və gətirilən şəxslərin qeydiyyat jurnalından, istintaq hərəkətlərinin aparılmasına dair qeydiyyat jurnallarının çıxarışları ilə, və yaxud təqsirləndirilən şəxsin və polis əməkdaşlarının anten məlumatları, və yaxud hər hansı əlavə şahidin ifadələri ilə təkzib olunmamışdır. Eyni ilə də Suraxanı RPİ-in İŞ-in baş müstəntiqi poils mayoru Tural Hüseynov toplanmış sübutların qiymətləndirilməsi haqqında 17 mart 2023-cü il tarixli qərarında həmin “texniki səhvin” mövcud olmasına ümumiyyətlə toxunmamış, hər hansı münasibət bildirməmişdir. Ekspertiza rəylərinin mübahisələndirilməsi: Məhkəmə, növbəti olaraq, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizasının 6/6730 saylı 25 noyabr 2022-ci il tarixli rəyinə və ambulator məhkəmənarkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin edilmiş məhkəmə-narkoloji ekspertizasının 7876 saylı 28 oktyabr 2022-ci il tarixli rəyinin sübutedici qüvvəsinə münasibətdə qeyd edir ki, həmin rəylər də mənbə olaraq Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübuta - narkotik vasitəyə söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübutlar mötəbər sübut sayılmadığı halda, bu sübutlardan törəyən sözügedən ekspert rəyləri və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Belə olan halda, qeyri-mötəbər, həqiqiliyi digər sübutlarla təsdiq edilməyən, əksinə təkzib olunan sübutlar (sənədlər) əsasında aparılan ekspertizanın nəticəsi də mötəbər hesab edilə bilməz. Digər tərəfdən, ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəy təqsirləndirilən şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr əldə etməsi və saxlamasını sübut etmir. Hətta həmin rəyə inanılaraq, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu, təqsirləndirilən şəxsin müvafiq olaraq heroin olan narkotik vasitəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşınması və saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitələr satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında da istehlak edilə, həmçinin hazırlana, əldə edilə, saxlanıla, daşına və ya göndərilə bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyət nəzərdə tutulur. Həmçinin həmin rəydə hansı tədqiqat metodlarına və anamnez məlumatlarına əsaslanaraq, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi göstərilmir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında dindirilmiş ekspert X7 ifadəsində göstərmişdir ki, ixtisasça özü həkim narkoloqdur, həkimpsixoloq üzrə bitirmiş, o vaxtlar narkoloq psixoloqa daxil idi. Sertfikatı var. 5 ildə 1 atestasiyadan keçirik. Sertfikatında həkim-narkoloq yazılmış, vaxt keçdiyi üçün qanda qalmaya bilər, Təqsirləndirilən şəxs ekspertizanın tədqiqatı üçün həddindən artıq gec, o cümlədən saxlanıldığından artıq 1 ay sonra təqdim edildiyindən, analiz götürülməsinin mənası olmamış vaxt keçdiyi üçün qanda qalmaya bilər. Belə ki, kanabioidlər qanda 3 ay qalır. Heroin 10 gün qalır. Metamfetamin adətən 48 saat qanda qalır. Özü etiraf edib, arabir istifadə etdiyini deyib. Vaxt keçdiyindən nə qanında, nə də sidiyində hər hansı narkotik vasitələrin, o cümlədən marixuana narkotik vasitəsinin izləri qalmadığından, Təqsirləndirilən şəxs yalnız söhbət aparılıb, ekspert rəyinin əsası kimi cinayət işin materiallarında özünün etirafı əsas götürülmüşdür. Digər növ ekspertizalar uzun müddətdə sonra narkotik vasitələrinin istifadə edilməsini təsliq edilməsinə dair analizlər - insanın tükü üzərinə olan analizlərin və buna dair reaktivlərin bahalı olduğundan və hal-hazırda bu cür analizlərin ölkə üzrə keçirilmədiyindən, Təqsirləndirilən şəxs üzərində hər hansı fiziki müayinə aparılmamış, analizlər götürülməmiş, söhbət aparılmış, söhbət nəticəsində Təqsirləndirilən şəxs ona marixuananın qəbul etdiyini şifahi olaraq bildirmiş və o, bunu öz rəyində bildirmişdir. Verilən suallara cavab verərək, ekspert bildirmişdir ki, hüquq mühafizə orqanları göndərişi əsasında komissiya keçirilir. Normativ kliniki əlamətlər var ki, narkomaniya xəstəliyi bu əlamətlərdən aydınlaşdırılır. Psixoloji, nevroloji və digər əlamətlər təsir edən amillərdir. Komissiyada bir neçə həkim olur. Komissiya sədrlik edən və əlavə iki narkoloqdan ibarət olur. Fərruxun işində üçü birlikdə o nəticəyə gəlmişdilər. Ola bilsin ki, narkotikin növündən asılı olaraq, aşkarlansın. Cinayət işin materiallarında şəxsin öz etirafı var idi. Bir neçə ədəbiyyata ( Hoplans, İvanets və s) istinad edilir və rəydə göstərilir. Həmçinin bildirmişdir ki, əgər analiz əsasında diaqnoz qoyulsa, tam narkoloji müayinə təyin olunur. Nazirlər Kabinetinin Qərarına əsasən sənədləri qiymətləndirməklə, tibbi materialla əsasən, istintaq materiallarına əsasən və izahatı əsasında qənaətə gəlinir. Xəstənin çəkisi kiriteriya deyil. Təlimatda göstərilir ki, cinayət işinin materialları mötəbər mənbə kimi götürülür. Çəkiliş aparmaq qeyri-qanunidir. Yüngül narkotik vasitə olanda yazılır ki, müalicəyə ehtiyac yoxdur. Müdafiəçi ekspertin çıxışına etiraz edərək bildirmişdir ki, ekspert təqsirləndirilən şəxsin analizlərin nəticəsinə əsasən deyil, iş materiallarına əsasən rəy verildiyini etiraf etmişdir. Ekspert rəyinin kənarlaşdırılmasını xahiş etmişdir. Həmçinin təqsirləndirilən şəxsin müayinədən keçiriməsinə dair qeydiyyat jurnalından səhifələri təqdim edilməsini xahiş etmişdir. Ekspertin sözlərinə etiraz edərək, təqsirləndirilən şəxs bildirmişdir ki, tutulmadan 2 gün sonra analiz verməyə getmiş, bir qadın bir otaqda, bir oğlan isə digər otaqda idi. “Cavan oğlan analizi götürdü, dedi ki, “get müstəntiqlə danışacayıq”. Bununla bağlı ekspert bildirmişdir ki, hüquq mühafizə orqanları şəxsi gətirib, analizdən keçirdirlər, və akt alırlar. Lakin o komissiya deyil, komissiya günü o prosedur təkrarlanır Onlara gələndə analizdən keçirilməyib. Onlarda aktın kopyası qalır, yoxlayıb, deyə bilər. Müayinədən keçirilməsi ilə əlaqədar suallara cavab verən təqsirləndirilən şəxs bildirmişdir ki, Maştağada analiz vermiş, hadisədən 2-3 gün sonra analizə aparıblar. Ekspert bununla bağlı bildirmişdir ki, həmin aktı məhkəməyə təqdim edə bilər, lakin sonrakı iclaslarda hər hansı bir akt məhkəməyə təqdim edilməmiş və ekspert ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 5ci maddəsində Məhkəmə ekspertizası aparılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl olunmalıdır. 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. 4-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. 6-cı maddəsinə əsasən ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. 7-cı maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Qeyd edilənlər əsasında məhkəmə, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizasının 6/6730 saylı 25 noyabr 2022-ci il tarixli rəyinə və ambulator məhkəmənarkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi məhkəmə-narkoloji 7876 saylı 28 oktyabr 2022-ci il tarixli il tarixli saylı rəyini təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir Bundan əlavə Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ibtidai istintaq orqanı tərəfindən istər ekspertiza rəyəlr, istərsə də ümumiyyətlə cinayət işin materialları ilə tanış olunmamışdır. Belə ki, xx.xx.2023-cü ildə tərtib edilmiş “İstintaq materialları ilə təqsirləndirilən şəxsi tanış etmək haqqında” protokola əsasən Təqsirləndirilən şəxs 10.00-dan 12.00-a qədər cinayət işinin materialları ilə tanış edilməsi qeyd edilmişdir. Lakin xx.xx.2023-cü ildə saat 10.00dan 12.00-a qədər Təqsirləndirilən şəxs Suraxanı rayonu, Zığ qəsəbəsində olması müəyyən olunur. "xxxx" MMC-in 05 fevral 20205-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs istifasində olan ***-***-**-** saylı mobil nömrəsinin anten məlumatları saat 10:36-da , saat 12:37-də UBBK0303A/UBBK0303 Avto Baza/Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi/Surakhany/ (40.365xx/xx.98598) göstərir. Məhkəmə hesab edir ki, ehtimallar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilmək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Fərrux X1 müəyyən ittihamın boynuna alması ilə əlaqədar təzyiqə məruz qalarkən şübhəli şəxs saxlanılmasından sonra polis əməkdaşları tərəfindən təzyiq edilmiş, hədə-qorxu gəlmiş, buna dözməyib bütün təqdim olunmuş izahatlara imza atmış, ondan qabaq və sonra dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr vermişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs bir neçə müddət müdafiəçisiz polis bölməsində saxlanılmış, həmin halın gizlədilməsinə və cinayət işinin materiallarında təhrif olunmasına cəhdlər edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətinin dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlama yerlərində işgəncə qurban xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırki işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keirilmiş tibi müayinə məzkəm-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən işgəncə qadağası beynəlxalq hüquqda jus cogens (imperativ norma) statusu əldə etmişdir (Mahiyyət etibarı ilə işgəncə aktı təşkil edən cinayətlə bağlı cinayət təqibi, məhkumluq və cəzalandırma üçün iddia müddətinin tətbiqi ilə bağlı məsləhət rəyi [BP], §§ 61-62, 2022). Pis rəftarın konkret formasının işgəncə kimi təsnif edilib-edilməməsi barədə qərar qəbul edərkən Məhkəmə (Avropa İnsani Hüquqları Məhkəməsi) 3-cü maddədə əks olunan, həmin anlayışla qeyri-insani və ya ləyaqəti alçaldan rəftar arasındakı fərqi nəzərə almalıdır. Konvensiya bu fərq vasitəsilə çox ağır və qəddar iztirablara səbəb olan qəsdən törədilmiş qeyri-insani rəftarı xüsusilə vurğulamaq niyyətində idi; eyni təsnifat Birləşmiş Millətlər Təşkilatının “İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiyası”nın 1ci maddəsində də öz əksini tapıb (X2rşı, 1978, § 167, Selmouni Fransaya qarşı [BP], 1999-cu il, § 96 və İlaşcu və başqaları Moldova və Rusiyaya qarşı [BP], 2004, § 426). Rəftarın şiddətindən əlavə, işgəncə anlayışı “İşgəncələrə və digər qəddar, qeyriinsani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiya”da qəbul edildiyi kimi qəsd elementini də nəzərdə tutur. Bu da, inter alia, məlumat və ya etiraf əldə etmək, cəzalandırmaq və ya qorxutmaq məqsədi ilə qəsdən şiddətli ağrı və ya əzab verməyi ehtiva edir (Selmouni Fransaya qarşı [BP], 1999, § 97; Salman Türkiyəyə qarşı [BP], 2000, § 114; X23rşı, 2014, § 508 və Petrosyan Azərbaycana qarşı, 2021, § 68). Nəzərə alsaq ki, Konvensiya müasir dövrün şəraiti nəzərə alınmaqla şərh edilməli olan canlı alətdir, əvvəllər “işgəncə” yerinə “qeyri-insani və ləyaqəti alçaldan rəftar” kimi təsnif edilmiş bəzi əməllər gələcəkdə başqa cür təsnif edilə bilər. Məhkəmə hesab edir ki, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində getdikcə yüksələn standartlar müvafiq olaraq, demokratik cəmiyyətlərin fundamental dəyərlərinin pozulmasının qiymətləndirməsində, labüd olaraq, daha böyük qətiyyət tələb edir (Selmouni Fransaya qarşı [BP], 1999, § 101). Bununla əlaqədar, Avropa İnsan Hüquqları Məhkəməsi vurğulayıb ki, işgəncə qadağası beynəlxalq hüquqda jus cogens (imperativ norma) statusu əldə etmişdir Məhkəmə 3-cü maddənin təfsirində rəhbər tutmalıdır ki, insanların müdafiəsi aləti kimi Konvensiyanın obyekti və məqsədi oradakı təminatların konkret və effektiv olması istiqamətində müddəaların şərhini və tətbiqini tələb edir. Təminat verilən hüquq və azadlıqların istənilən təfsiri demokratik cəmiyyətin ideya və dəyərlərini qorumaq və təşviq etmək məqsədi daşıyan alət kimi Konvensiyanın ümumi ruhuna uyğun olmalıdır (X5rşı, 1989, § 87). Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin fundamental dəyərlərindən birini təsbit edir. Həqiqətən də, işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qadağan edilməsi insan ləyaqətinə hörmətlə sıx bağlı olan sivilizasiyanın dəyəridir (Bouyid Belçikaya qarşı [BP], 2015, § 81). Sözügedən qadağa mütləq xarakter daşıyır, 15-ci maddənin 2-ci bəndinə əsasən, müvafiq şəxsin davranışından asılı olmayaraq hətta millətin həyatına təhlükə yaradan fövqəladə vəziyyət və ya terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə və ya miqrantların və sığınacaq axtaran şəxslərin axını kimi ən çətin şəraitlərdə belə ondan kənara çıxmağa yol verilmir (A. və başqaları Birləşmiş Krallığa qarşı [BP], 2009, § 126; Mokanu və başqaları Rumıniyaya qarşı [BP], 2014, § 315; El-Masri keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı [BP], 2012, § 195 və Z.A. və başqaları Rusiyaya qarşı [BP], 2009, §§ 187-188) və ya onun törətdiyi iddia edilən cinayətin xarakteri (X15rşı [BP], 2006, § 116 və Qafgen Almaniyaya qarşı [BP], 2010, § 87). 3-cü maddə əsasən qadağan olunmuş rəftar formalarının dövlət agentləri və ya dövlət orqanları tərəfindən qəsdən törədildiyi hallarda tətbiq edilir. Bu, ümumi mənada, dövlətlərin öz yurisdiksiyasında olan şəxslərə ciddi zərər vurmaqdan çəkinməsi üçün neqativ öhdəliyin qoyulması kimi təsvir edilə bilər (Hristozov və başqaları Bolqarıstana qarşı, 2012, § 111). Konvensiyanın 3-cü maddəsində göstərilən qadağa bütün pis rəftar hallarını əhatə etmir (Savran Danimarkaya qarşı [BP], 2021, § 122). Məhkəmənin məhkəmə təcrübəsinə görə pis rəftar 3-cü maddənin əhatə dairəsinə düşmək üçün minimum şiddət həddinə çatmalıdır. Bu həddin qiymətləndirilməsi nisbidir və bu, rəftarın müddəti, onun fiziki və ya psixi təsiri, bəzi hallarda qurbanın cinsi, yaşı və ya sağlamlıq vəziyyəti kimi işin bütün xüsusiyyətlərindən asılıdır (Muršić Xorvatiyaya qarşı [BP], 2016, § 97). 6. Minimum şiddət həddinə çatıb-çatmamağı müəyyən edərkən Məhkəmə digər amilləri, xüsusən də aşağıdakıları nəzərə ala bilər: a) rəftarın məqsədi və onun arxasında dayanan niyyət və ya motiv (lakin qurbanı alçaltmaq və ya təhqir etmək niyyətinin olmaması Konvensiyanın 3-cü maddəsinin pozuntusunun aşkar edilməsini birmənalı olaraq istisna etmir); b) pis rəftarın tətbiq olunduğu kontekst, məsələn artan gərginlik və emosionallıq şəraiti və c) qurbanın həssas vəziyyətdə olubolmaması (Xlaifiya və başqaları İtaliyaya qarşı [BP], 2016, § 160). Məhkəmə şəxsin, xüsusilə də fərdi şəxslər tərəfindən minimum şiddət səviyyəsinə çatan pis rəftara məruz qalıb-qalmadığını qiymətləndirərkən, əhəmiyyətli təsiri ola biləcək hər bir amili nəzərə alır. Bütün bu amillər qurbanın məruz qaldığı rəftarın qəsdən törədilmiş əməlin nəticəsi olduğunu güman etməyə imkan verir. Bu səbəbdən təsadüf və ya ehtiyatsızlıqdan törədilmiş bədbəxt hadisə nəticəsində şəxsdə yaranan bədən xəsarəti və fiziki və ya psixi iztirablar, 3-cü maddə kontekstində şəxsin “məruz qaldığı” “rəftar”ın nəticəsi hesab edilə bilməz (Nicolae Virgiliu Tănase Rumıniyaya qarşı [BP], 2019, §§ 121 və 123). 8. Bununla belə, şəxs azadlıqdan məhrum edildikdə və ya ümumi olaraq, hüquqmühafizə orqanı əməkdaşları ilə üzləşdikdə, hüquq-mühafizə orqanı əməkdaşlarının həmin şəxsə qarşı insan ləyaqətini alçaldan istənilən hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edir (Bouyid Belçikaya qarşı [BP], 2015, §§ 100-101). Avropa İnsan Hüquqları Məhkəməsi xüsusən vurğulayır ki, sırf bu hallarda rəftarın “işgəncə” olduğu qənaətinə gəlib: ərizəçi polis nəzarətində olarkən dövlət agentləri onu etiraf almaq üçün tamamilə soyunduraraq, qolları arxada bağlanmış vəziyyətdə havada asılı saxlayıb (“Fələstin asqısı”) (Aksoy Türkiyəyə qarşı, 1996, § 64); ərizəçi həbsdə olarkən zorlanıb və bir sıra digər fiziki və psixoloji pis rəftara məruz qalıb (Aydın Türkiyəyə qarşı, 1997, §§ 83-87, həmçinin bax Maslova və Nalbandov Rusiyaya qarşı, 2008, § 108, burada ərizəçi dəfələrlə zorlanıb, habelə dindirmə zamanı bir sıra fiziki zorakılıq Konvensiyanın 3-cü maddəsi üzrə Təlimat – İşgəncənin qadağan edilməsi Avropa İnsan Hüquqları Məhkəməsi 8/43 Son yenilənmə: xx.xx.2023 aktlarına məruz qalıb, Zontul Yunanıstana qarşı, 2012, § 92,); ərizəçilər həbsdə olarkən etiraf almaq üçün bir neçə gün yuxudan məhrum edilib, “Fələstin asqısı” və “falakka”ya məruz qalıblar, üstlərinə su püskürdülüb və döyülüblər (Batı və başqaları Türkiyəyə qarşı, 2004, § 110 və §§ 122-124); aclıq edən ərizəçi tibbi zərurət olmadan əl qandallarından istifadə edilərək “ağız genəldən” və qida borusuna daxil edilmiş xüsusi rezin boru vasitəsilə, müqavimət göstərdiyi halda güc tətbiq etməklə zorla qidalandırılıb (Nevmerjitski Ukraynaya qarşı, 2005, § 98); ərizəçi məlumat əldə etmək və ya cəzalandırılmaq, yaxud da qorxudulmaq üçün zəmində saxlandığı müddətdə “fövqəladə verilmə” (ingiliscə bax: ‘extraordinary rendering’ - “şəxslərin normal hüquqi sistemdən kənar saxlanılması və dindirilməsi məqsədilə bir yurisdiksiyadan və ya dövlətdən işgəncə və ya qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın törədilməsinə dair real təhlükə olan digər ölkə və ya yurisdiksiyaya məhkəmədən kənar qaydada köçürülməsi”) çərçivəsində hər hansı tibbi göstəriş olmadan əlləri qandallanmaq, başına torba keçirilmək, zorla soyundurulmaq, məcburi süpozitor qəbul etdirilmək kimi kompleks və əvvəlcədən düşünülmüş tədbirlərə məruz qalıb (El- Masri keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı, [BP], 2012, § 205) polis əməkdaşları tərəfindən şiddətli döyülmələr ərizəçilərin qohumunun ölümü ilə nəticələnib (Satıbalova və başqaları Rusiyaya qarşı, 2020, § 76; həmçinin bax: Lutsenko və Verbiski Ukraynaya qarşı, 2021, §§ 79-80, burada cənab Verbiski Maydan etirazları kontekstində polis tərəfindən işə götürülən qeyri-dövlət agentləri tərəfindən döyülərək öldürülüb) Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sayılmalı və qəbul ediməlidir. Onun ibtidai araşdırmada bu xüsusda şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə həqiqi iradə ifadəsini əks etdirməmişdir. Məhkəmə istintaqı zamanı Polis Bölməsində təqsirləndirilən şəxs saxlanılarkən cinayətprosessual qanunvericliyinə uyğun olaraq rəsmiləşdirilməmiş, bununla da onun hüquq və vəzifələri izah edilməmiş, o, həmin vaxt müdafiəçi ilə təmin olunmamış, sonrakı hərəkətlər zamanı da onun bir sıra hüquqları kobud şəkildə pozulmuşdur, hər cür prosessual təminatdan kənar “özbaşına” saxlanılmışdır. Ona qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş prosessual sübutlar - etirafedici ifadələri, həmin etirafedici ifadələrinə dair prosessual protokollar təşkil etmişdir. Eyni zamanda iş materiallarından o da görünür ki, tutulma zamanı və ondan qabaq təqsirləndirilən şəxsə müdafiəçi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Məhkəmə o qənaətə gəlir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmasından əvvəl polis əməkdaşları tərəfindən işgəncə verilmiş, buna dözməyib dindirilmə aparılarkən və ondan qabaq və sonra dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr vermiş və ifadələri əks edən prosessual protokollara imza atmışdır. Təqsirləndirilən şəxsin uzun müddət ərzində müdafiəçisiz tam şəkildə polisin nəzarəti altında olduğu halı təsdiq edildiyi halda, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özü üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, nəhayət, döyülmüş və xəsarətləri almış halda həmin şəraitdə verdiyi ifadələri həqiqi iradə ifadəsinin nəticəsi (bəyanı) kimi qəbul oluna bilməz. Digər tərəfdən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə verilən ittiham üzrə ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmuş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Əksinə onların məhkəmə iclasında verdiyi ifadələri işin real faktiki halları ilə tam təsdiqini tapır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxsə qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də Təqsirləndirilən şəxs məhkəmədə bildirdiklərinin həqiqəti əks etdirdiyi, yəni ona qarşı ittihamın əsasını təsdiq edən maddi sübutun qanunsuz yolla əldə edildiyi və həmin sübutların və bunların əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ona verilən ittihamda öz təqsirini etiraf etməmiş və onun ibtidai araşdırmada CM-nin 234.1-ci maddəsi üzrə ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübutlar kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, yuxarıda sadalananları və daxili inamını əsas tutaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin istintaq zamanı etirafedici ifadələrini, o cümlədən hər epizodla bağlı verilmiş etirafedici izahatlar, sonradan şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokollarda əks olunmuş ifadələr müxtəlif təsir, təzyiq, hədə və təhdid altında imzalaması inandırıcıdır. Cinayət-prosessual qanunvericilik zorakılıq, aldatma, işgəncə ilə yanaşı həm də hədəqorxu ilə alınmış əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol vermir (CPM-nin 125.2.2-ci maddəsi). Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilkin izahatlarından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, hər üç halda təqsirləndirilən şəxsin həm təhqiqatçılara, həm də müstəntiqə müxtəlif vaxtlarda verdiyi izahat və ifadələr tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmədə bir daha əsaslı şübhələr yaradır ki, Təqsirləndirilən şəxs “etirafedici ifadələri” ilə bağlı verdiyi izahlar ağlabatandır, bu izahat və ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı təhqiqatçı və müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. İlk izahatlardan görünür ki, Təqsirləndirilən şəxs dindirilərkən, onun prosessual vəziyyəti müəyyən edilmədən, müdafiəçi ilə təmin olunmadan, özünün sərbəst şəkildə yazıb oxuya bilməsinə baxmayaraq onun ifadəsi öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmış bir ifadə alınır və həmin hal yenə təkrarlanmışdır. Şahid qismində alınmış izahatdan sonra Təqsirləndirilən şəxs prosessual vəziyyəti müəyyən olunmamış, müdafiəçi ilə təyin edilməmiş, izahatda saxlanılma vaxtı 19:00 qeyd edilmiş, bununla da məhkəmə həmin izahatın nə vaxt, hansı tarixlərdə və hansı prosessual vəziyyətdə (prosessual hüquqları (müdafiəçi ilə təmin olunmaq və digər, təmin edilmiş şəkildə və yaxud yox) alınması müəyyən etmək qeyri-mümkün hesab olunur. Şübhəli şəxs qismində dindirilməsinə dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərək, onun özünün sərbəst şəkildə yazıb oxuya bilməsinə baxmayaraq onun ifadəsi öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmışdır. Sonradan material istntaq aidiyyəti üzə göndərildikdən sonra Təqsirləndirilən şəxs qismində dindirilərək, və onun təhqiqat zamanı yazılmış etirafedici məzmunda ifadəsi eynilə sözbəsöz təkrarlanaraq, daha doğrusu “Şübhəli şəxs qismində dindirilməsi haqqında” protokolundan “təqsirləndirilən şəxs qismində dindirilməsi” haqqında protokoluna köçürülərək yenidən şəxsin öz xətti ilə deyil, kompyuter vasitəsilə yazılmışdır. Hər iki protokolda vaxtla bağlı düzəliş olunmuş, rəqəmlər örtücü vasitənin üzərində yazılmışdır. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs polis bölməsində verdiyi ilkin izahat və ifadələrində cinayət əməlinin tərəfindən törədilməsini etiraf etməsi, həmin izahat və ifadələrdə qeyd olunan halların təqsirləndirilən şəxsin sərbəst ifadəsinin olmasına məhkəmədə əsaslı şübhələr yaradır və məhkəmə istintaq zamanı verdiyi ifadəni real və inandırıcı hesab edir. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur, (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bi üstü hüquq malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1 -ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını və daxili inamını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır, təqsirli bilinməsi üçün mümkünlük, mötəbərlik və mənsubiyyət kateqoriyaların o yuxarı hədd dərəcəsinə gəlməlidir ki, bu barədə olan həqiqət obyektiv və absolyut olsun. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunmasıanlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs tutulmasının vaxtının saxtalaşdırılması, tutulduqdan dərhal sonra şübhəli şəxs qismində dindirilməməsi, sonuncunun şübhəli şəxs qismində Azərbaycan Respublikasının CPM və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş prosessual hüquqlarının kobud pozuntusu hesab edilməlidir. Məhkəmə hesab edir ki, ehtimallar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilmək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. Cinayət mühakimə icraatının obyektivliyi və qərəzsizliyi, habelə ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən və həm də bəraət verən halları, eləcə də onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit olunmuş digər vəzifələr şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi və yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü və ya müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı", “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarlarından biri olan “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçünmötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Azərbaycan Respublikasının CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən,təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən,cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə də, iş üzrə tərtib edilmiş ittiham aktından (i/v:194-202) və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamı cinayət işi üzrə toplanmış şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq materialları ilə sübuta yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının CPM-in 44.1-ci maddəsinəəsasən məhkəmə tərəfindən ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi müəyyən edilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və həmin sənədlərin tərtibi zamanı yol verilmiş prosessual pozuntular, eləcə də, ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi - ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən,şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan RespublikasınınCM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmə-nin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 0,252 qram heroin Təqsirləndirilən şəxs aidiyyəti və sonuncunun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının CPM-in 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-cimaddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmüçıxarmahdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilməli və təqsiri sübuta yetirilmədinə görə bəraət verilməli, ibtidai istinaqı aparan müstəntiq, təhqiqatçı və əməliyyatçılar barəsində xüsusi qərar çıxarılsın və bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məlumat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında getməmək” haqqında qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etdiyi 56 (əlli altı) iş saatı üçün 616 (altı yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilsin və təqsiri sübuta yetirilmədinə görə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında getməmək” haqqında qətimkan tədbiri ləğv edilsin. İbtidai istinaqı aparan müstəntiq, təhqiqatçı və əməliyyatçılar, ekspert barəsində xüsusi qərar çıxarılsın və bununla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar məlumat müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,202 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 56 (əlli altı) iş saatı üçün 616 (altı yüz on altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar