Məhkəmə qərarları › İş №1(010)-90/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-90/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-90/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, saat 10:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs1, xx xxxxx 1979-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə, Salyan rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı nəzərə alınmaqla Azərbaycan Respublikası CMnin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə xx xxxx 2018-ci ildə cəzasının çəkilməmiş 07 ay 09 gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Bərdə rayonu, Köbər kndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs2, xx xxxx 1987-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, heç yerdə işləməyən, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bərdə rayonu, H.Əliyev prospekti, 1 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2019-cu il tarixdə, saat 02 radələrində tanışları X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, M.Ə.Sabir küçəsi, 98 nömrəli evin həyətinə daxil olub saxlanc yeri hesab olunan toyuq hininin qapısını açmaqla hər birinin qiyməti 15 manat təşkil edən 35 ədəd toyuğu, hər birinin qiyməti 50 manat təşkil edən 05 ədəd hind quşunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 775 manat məbləğdə ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə təkrarən, xx xxxx 2019-cu il tarixdə tanışları X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, M.Ə.Sabir küçəsi, 96 nömrəli evin həyətinə daxil olub saxlanc yeri hesab olunan toyuq hininin qapısını açmaqla hər birinin qiyməti 20 manat təşkil edən 3 ədəd xoruzu, hər birinin qiyməti 15 manat təşkil edən 2 ədəd örədyi və qiyməti 15 manat təşkil edən 01 ədəd toyuğu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 105 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 2019-cu ilin may ayında Bakı şəhəri, Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yanında təsadüfən Bərdə rayon sakini olan əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 görmüş, həmyerli kimi əlaqə saxlayıb görüşmək üçün Anarın mobil nömrəsini götürmüşdür. Təxminən 3-4 gündən sonra Anara zəng edib nə işlə məşğul olduğunu soruşmuş, Anar isə hal-hazırda işdə olduğunu və işdən sonra zəngləşib görüşməyi təklif etmiş, həmin gün axşam vaxtı metronun “Neftçilər” stansiyasının çıxışında Anarla görüşüb yaxınlıqda yerləşən “Ağdamlıların kafesi” deyilən yerdə yemək yeyib spirtli içki qəbul etmişlər. Bundan sonra Anarla mütəmadi əlaqə saxlayıb müxtəlif vaxtlarda görüşərək çörək yemişlər. xx xxxx 2019-cu il tarixdə növbəti dəfə Anarla metronun “Neftçilər” stansiyasının yanında görüşmüş, həmin vaxt yanında bir neçə gün bundan əvvəl kafedə tanış olduğu Samir adlı şəxs də olmuşdur. Üçü birlikdə yaxınlıqda yerləşən kafedə oturaraq çörək yemişlər, pivə və spirtli içki araq qəbul etmişlər. Çörək yedikləri zaman Samir ona və Anara Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində toyuq-cücə saxlanılan həyətlər olduğunu və həmin həyətlərdə saxlanılan toyuqları oğurlayıb Sabunçu bazarında sataraq qazanc əldə etməyi təklif etmişdir. O və Anar Samirin təklif ilə razılaşmışlar və onlar çörək yedikdən sonra təxminən saat 23:30-da kafedən çıxıb avtobus marşurtu ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinə gəlmişlər, təxminən saat 02 radələrində Zığ qəsəbəsində olan evlərin daş hasarlarına çıxaraq həyətdə toyuq saxlanılması üçün nəzərdə tutulan hinin olub-olmadığına nəzər yetirmişlər. Bir neçə evin həyətinə baxdıqdan sonra “Vərəm” dispanserinin arxasında yerləşən 02 evin həyətində toyuq hininin olduğunu görmüşlər. Samir və o, daş hasardan həyətə daxil olmuşlar, Anar isə hasarın qırağında olan qaz turbasının üstünə çıxaraq onları gözləmişdir. Samirlə həyətdə olan hindən 01 toyuğu, 03 xoruzu və 02 ördəyi torbaya qoyub Anara vermişlər, sonuncu isə torbanı yaxınlıqda olan avtobus dayanacağının arxasında gizlədib onların yanına qayıtmışdır. Sonra o, Anarla digər evin həyətinə hasardan aşmaq yolu ilə daxil olub oradakı hindən 35 ədəd toyuğu və 05 ədəd hind quşunu torbaların içərisinə qoyaraq Samirə vermişlər, özləri isə hasardan aşaraq küçəyə çıxmışlar. Oğurladıqları ev quşlarını “Volkswagen Passat” markalı taksi avtomobili ilə Sabunçu bazarına aparmışlar. Qeyd etdiyi bazara çatdıqda oğurladıqları ev quşlarını yığdıqları torbaları avtomobilin yük hissəsindən götürmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cu Polis Bölməsinə gətirilmişlər. Sonradan bölməyə ev quşlarının sahibləri də dəvət edilmiş, sağ qalmış ev quşları sahiblərinə qaytarılmışdır. Belə ki, oğurladıqları quşların bir qismi havasızlıqdan boğularaq ölmüşlər. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 2019-cu ilin may ayında Bakı şəhəri, Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yanında təsadüfən Bərdə rayon sakini olan əvvəllər yaxşı tanıdığı Təqsirləndirilən şəxs1 görmüş, həmyerli kimi əlaqə saxlayıb görüşmək üçün Namiq onun mobil nömrəsini götürmüşdür. Təxminən 3-4 gündən sonra Namiq ona zəng edib nə işlə məşğul olduğunu soruşmuş, Namiqə hal-hazırda işdə olduğunu və işdən sonra zəngləşib görüşməyi təklif etmiş, həmin gün həmin gün axşam vaxtı metronun “Neftçilər” stansiyasının çıxışında Namiqlə görüşüb yaxınlıqda yerləşən “Ağdamlıların kafesi” deyilən yerdə yemək yeyib spirtli içki qəbul etmişlər. Bundan sonra Namiqlə mütəmadi əlaqə saxlayıb müxtəlif vaxtlarda görüşərək çörək yemişlər. xx xxxx 2019cu il tarixdə Namiq ona zəng edib ac olduğunu, ona yemək almasını xahiş etmiş, onlar metronun “Neftçilər” stansiyasının yanında görüşmüşlər, həmin vaxt Namiqin yanında əvvəllər tanımadığı adını sonradan bildiyi Samir adlı şəxs də olmuşdur. Üçü birlikdə yaxınlıqda yerləşən kafedə oturaraq çörək yemişlər, pivə və spirtli içki araq qəbul etmişlər. Çörək yedikləri zaman Samir ona və Namiqə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində toyuq-cücə saxlanılan həyətlər olduğunu və həmin həyətlərdə saxlanılan toyuqları oğurlayıb Sabunçu bazarında sataraq qazanc əldə etməyi təklif etmişdir. O və Namiq Samirin təklif ilə razılaşmışlar və onlar çörək yedikdən sonra təxminən saat 23:30-da kafedən çıxıb avtobus marşurtu ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinə gəlmişlər. Təxminən saat 02 radələrində Zığ qəsəbəsində olan evlərin daş hasarlarına çıxaraq həyətdə toyuq saxlanılması üçün nəzərdə tutulan hinin olub-olmadığına nəzər yetirmişlər. Bir neçə evin həyətinə baxdıqdan sonra “Vərəm” dispanserinin arxasında yerləşən 02 evin həyətində toyuq hininin olduğunu görmüşlər. Samir və Namiq, daş hasardan həyətə daxil olmuşlar, o isə hasarın qırağında olan qaz turbasının üstünə çıxaraq onları gözləmişdir. Samirlə Namiq həyətdə olan hindən 01 toyuğu, 03 xoruzu və 02 ördəyi torbanın içərisinə qoyub ona vermişlər, həmin torbanı yaxınlıqda olan avtobus dayanacağının arxasında gizlədib geri qayıtmışdır. Sonra o, Namiqlə digər evin həyətinə hasardan aşmaq yolu ilə daxil olub oradakı hindən 35 ədəd toyuğu və 05 ədəd hind quşunu torbaların içərisinə qoyaraq Samirə vermişlər, özləri isə hasardan aşaraq küçəyə çıxmışlar. Oğurladıqları ev quşlarını “Volkswagen Passat” markalı taksi avtomobili ilə Sabunçu bazarına aparmışlar. Qeyd etdiyi bazara çatdıqda oğurladıqları ev quşlarını yığdıqları torbaları avtomobilin yük hissəsindən götürmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cu Polis Bölməsinə gətirilmişlər. Sonradan bölməyə ev quşlarının sahibləri də dəvət edilmiş, sağ qalmış ev quşları sahiblərinə qaytarılmışdır. Belə ki, oğurladıqları quşların bir qismi havasızlıqdan boğularaq ölmüşlər. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirləri, özlərinin etiraf edici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə, təxminən saat 07 radələrində yuxudan ayılaraq həyətə düşmüş və hinin ətrafına hörülmüş dəmir setkanın açıq vəziyyətdə olduğunu görmüşdür. O, şübhələndiyi üçün setkadan içəri daxil olaraq hinə yaxınlaşmış və ev quşlarını hindən çıxardaraq saymağa başlamışdır. Bu zaman 35 ədəd toyuq və 5 ədəd hind quşunun oğurlandığını aşkar etmişdir. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və müəyyən olunmuşdur ki, onun həyətindən başqa, qonşusu olan Zərərçəkmiş şəxs2 həyətindən də ev quşları oğurlanmışdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cu Polis Bölməsinin əməkdaşları onun evindən oğurluq etmiş şəxsləri müəyyən etdikdən sonra onu polis bölməsinə dəvət etmişlər. Həmin vaxt polis bölməsində onun həyətindən oğurlanan toyuqlardan 3 ədədi ona qaytarılmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 775 manat manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə səhər vaxtı saxladığı ev quşlarını hindən çıxartmaq istəyərkən, hinin qapısının açıq olduğunu, hindən 03 ədəd xoruzun, 0 2 ədəd örədyin və 01 ədəd toyuğun oğurlandığını aşkar etmişdir. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və müəyyən olunmuşdur ki, onun həyətindən başqa, qonşusu olan Zərərçəkmiş şəxs1 həyətindən də ev quşlarını oğurlamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 105 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olduğu özünə məxsus “Passat” markalı, ** BC *** dövlət qeydiyat nişanlı avtomobillə xx xxxx 2019-cu il tarixdə, təxminən gecə saat 04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman tanımadığı 03 nəfər şəxs ona əl etdiklərinə görə avtomobilini saxlamış, həmin şəxslər ona, Sabunçu bazarına gedəcəklərini bildirmişlər. Yol haqqı gedişi barədə danışıb razılığa gəldikdən sonra həmin şəxslər əllərində olan böyük torbaları avtomobilinin arxa yük yerinə qoyub özləri isə avtomobilə əyləşmişlər. Təxminən 20 dəqiqədən sonra Sabunçu bazarına çatdıqda həmin şəxslər avtomobildən düşərkən özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər yaxınlaşıb onları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etmişlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis bölməsinə gəlmişlər, orada ona məlum olmuşdur ki, avtomobilinə müştəri qismində əyləşmiş şəxslərin avtomobilinin arxa yük yerinə qoyduqları torbaların içərisində oğurluq yolu ilə əldə edilmiş ev quşları olmuşdur. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2019cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, M.Ə.Sabir küçəsi, 96 nömrəli fərdi yaşayış evinin həyətində olan hinindən ev quşlarının oğurlanması faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2019cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, M.Ə.Sabir küçəsi, 98 nömrəli fərdi yaşayış evinin həyətində olan hinindən ev quşlarının oğurlanması faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadələri yerində yoxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə, saat 02 radələrində tanışları X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, M.Ə.Sabir küçəsi, 98 nömrəli və Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, M.Ə.Sabir küçəsi, 96 nömrəli fərdi yaşayış evlərinin həyətyanı sahəsinə daxil olduqlarını, orada olan toyuq hinlərindən ev quşlarını oğurladıqlarını yerində göstərərək ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmişlər. İş materiallarında olan toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X2 barəsində cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1yə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən az ağır cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəli xx xxx 2015-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxxxxx 2019-cu il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası Salyan rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 03 il 09 ay müddətinə endirilmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxxxxx 2019-cu il tarixli məlumatından həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 Salyan rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə xx xxxx 2018-ci ildə cəzasının çəkilməmiş 07 ay 09 gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan ittiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin xx xxxx 2020-ci il tarixli məktubundan, müvəqqəti saxlama yerindən azad etmək haqqında və qətimkan tədbiri seçmək haqqında xx xxxx 2020-ci il tarixli qərarlardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə ittiham elan edilməsi üçün Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə təhvil verilmiş, xx xxxx 2020-ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon X3 Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 01 gün müddət Təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2-ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə azadlığı məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 həmin cinayət əməlinə görə məhkumluğu residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 22 (iyirmi iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 22 (iyirmi iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinə hesablanaraq, Təqsirləndirilən şəxs1 üzərində çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətində hissəsi bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 22 (iyirmi iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 22 (iyirmi iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar