Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-90/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, himayəsində 02 (iki) azyaşlı uşağı olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 20 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 may 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 noyabr 2023cü il tarixli, 1(010)-592/2023 saylı qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 22 yanvar 2024-cü il tarixdə tutularaq həmin tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıma ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 0,255 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 20 may 2023-cü il tarixdə saat 23:45-də Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin inzibati binasına gətirilərək orada baş təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan tünd yaşıl rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroini 20 may 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən “50 qəpik” avtoyuyucu məntəqəsinin yanına qoyulmuş zibil qutularının yanında adını bilmədiyi, üzdən tanıdığı şəxsdən on manata alıb özü istifadə etməsi üçün üzərində saxlamışdır. Elə həmin gün, yəni 20 may 2023-cü il tarixdə, saat təxminən 23:45 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə Suraxanı rayon polis idarəsinə gəlmişdir. Polis idarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla, üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil dəvət edilmişdir. Polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da əynində olan tünd yaşıl rəngli idman şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroini çıxarıb təqdim etmiş və bildirmişdir ki, onu özü istifadə etməsi üçün üzərində saxlamışdır. Ondan aşkar edilmiş həmin büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Məhkəmə iclası zamanı isə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən evində anası və uşaqları ilə birgə yaşamışdır. Anası xəstə olduğu üçün yaşadıqları evi 22000 manata əmisi oğlu Səxavət Bayramova satmaq məcburiyyətində qalmışdır. O, puldan 12000 manatını vermiş, qalan hissəsini isə verməmiş, ondan pulu tez-tez tələb edərək polisə müraciət etmiş və həmin şəxsdən şikayətçi olmuşdur. 20 may 2023-cü il tarixdə, səhər saatlarında evdə olan zaman övladı onu polis əməkdaşlarının çağırdığını demişdir. 3 nəfər polis əməkdaşı onun evinə daxil olmuş, o isə bu məsələ ilə bağlı izahatının alınacağını düşünmüşdür. Həmin vaxt o, narkotik vasitələrdən istifadə etməməsi üçün 4-5 gün idi ki, evdən çölə çıxmamışdır. Tutulan zaman da üzərində narkotik vasitə olmamışdır. Polis İdarəsinə getdiyi zaman ona narkotik vasitə vermişlər və videoçəkiliş zamanı onu təqdim edərsə, 2 saat sonra, evinə gedə biləcəyini bildirmişlər. 2 azyaşlı uşağı olduğu üçün evə getməli olduğundan bununla razılaşmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, tutulan zaman polis əməkdaşları tərəfindən heç bir psixi və ya fiziki təzyiqə məruz qalmamışdır. Narkotik vasitə heroini iynə yolu ilə deyil, çəkmək yolu ilə istifadə etmişdir. Tutulmamışdan əvvəl təxminən 1 ildən artıq idi ki, narkotik vasitələrdən istifadə etmişdir, lakin tutulmamışdan əvvəl son 4-5 gün ərzində istifadə etməmişdir. 2 azyaşlı uşağı vardır, ikisi də onun himayəsindədir. Yaşadıqları evi 7-8 ay olar ki, satmışdır. Tutulan zaman evinə daxil olan polis əməkdaşlarından yalnız Anar adlı şəxsi tanımış, digər 2 nəfər polis əməkdaşını tanımamışdır. Polis əməkdaşları evinə daxil olan zaman evdə özü və iki uşağı olmuşdur. Polislər evinə daxil olarkən evin çöl qapısı açıq olmuş, onların gəlməsi barədə böyük oğlu xəbər vermişdir. Narkotik vasitə istifadəçisi olsa da, tutulan zaman üzərində narkotik vasitə olmamışdır. Məhkəmənin növbəti iclaslarının gedişində bildirmişdir ki, onu tutan polis əməkdaşları soyadını bilmədiyi Anar adlı şəxs, Şahid2 və adını bilmədiyi başqa şəxs olmuş, aralarında Şahid1 olmamışdır. Şahid1 üzərində şəxsi axtarış aparılan zaman orada olmuşdur. Səhər saat 11 radələrində tutulmuş, üzərində şəxsi axtarış aparılması saatını isə xatırlamır. Həmçinin üzərində tutulan zaman hər hansı mobil telefon olmamış, ümumiyyətlə mobil telefon istifadə etməmişdir. Sonda isə məhkəmədən özünü təqsirli bilməməsinin, şəxsi axtarış və götürmə istintaqı zamanı təqdim etdiyi narkotik vasitə heroinin özünə məxsus olmamasının və himayəsində 2 azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 20 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra, ondan və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, həmin gün saat 23:45 radələrində ünvan 6 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirilərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə, polis şöbəsinə getmişdir. Şöbədə xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra, onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə görüşdükdən sonra, onun üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Həmin bir ədəd büküm açılaraq içərisinə baxıldıqdan sonra, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Suraxanı rayonu, Əzizbəyov küçəsində yerləşən “50 qəpik avtoyuma” məntəqəsinin yanına qoyulmuş zibil qutularının yanında üzdən tanıdığı, lakin, adını bilmədiyi şəxsdən cəmi on manata öz istifadəsi üçün aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, aşkar edilmiş həmin 01 (bir) ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamış, sonuncu da öz növbəsində onlara qarşı hər hansı bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tutulan zaman tək olmuş və narkotik vasitəni tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Əməliyyat məlumatı ona daxil olmuş, şəxsin tutulmasında özü də iştirak etmiş və tutulma axşam saatlarında olmuşdur. Təqsirləndirilən şəxsi tutduğu ünvana şəxsi avtomobili ilə getmişdir, çünki xidməti avtomobili olmamışdır. Avtomobildə özü və Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində yaxınlaşmışlar və həmin ünvanı yaxşı tanıyır. Lakin küçənin uzunluğunun nə qədər olmasını bilmir. Təqsirləndirilən şəxsin əvvəllər yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində yerləşən evini tanıyır. Ev Təqsirləndirilən şəxs tutduqları ünvandan təxminən 50-150 metr uzaqlıqda yerləşir. Tutulmadan sonra, şəxsi axtarış polis şöbəsində təhqiqatçının otağında videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçının kim olmasını xatırlamasa da, özü və Şahid2 də təhqiqatçı ilə birlikdə orada iştirak etmişdir. Videoçəkilişi Şahid2 aparmışdır. Axtarış zamanıvideoçəkiliş olduğundan hal şahidləri olmamışdır. Hadisə zamanı mobil telefonunun harada olmasını xatırlamamış, lakin istifadəsində 055- 557-757-75 və ***-***-**-** mobil telefon nömrələri olmuşdur. Şübhəli şəxs qismində tutulan zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir xəsarət olmamışdır. Təqsirləndirilən şəxsi əvvəllər anasını tutan zaman görmüş və tanımışdır. Ruqiyənin anası da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulmuşdur. İttiham aktında R.X3 qəsəbəsi, Əzizbəyov küçəsi ev 18 ünvanının qarşısında tutduqlarının yazılması texniki yanlışlıq olmuş, belə ki, onu Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində saat təxmini 23:00-00:00 radələrində tutmuşlar. İstifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 20 may 2023-cü il tarixdə 23:00- 00:00 radələrində, yəni Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulma protokolunda göstərilən zaman Babək prospekti, Sərin otelində olmasını göstərməsi isə qeyrimümkündür. Çünki həmin ünvanı tanımamış və həmin ünvanda heç vaxt olmamışdır. Özünün yaşadığı ünvan isə Əcəmi metropoliteni yaxınlığıdır. Əməliyyat-axtarış tədbirlərinin qanuniliyi yoxlanılmışdır. Təqsirləndirilən şəxs tutan zaman Suraxanı RPİ-nin NMB-nin sabiq rəisi vəzifəsini icra etmiş polis mayoru “Anar” adlı şəxs orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi zamanı göstərmişdir ki, 20 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün ünvan 6 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 31-ci polis şöbəsinə gəlmişdir. Şöbədə xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra, ona hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə görüşdükdən sonra, onun üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmiş, ilk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Bundan sonra, aşkar edilmiş həmin 01 (bir) ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra, keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tutulan zaman tək olmuşdur. Şəxsin narkotik vasitəni hardan və kimdən aldığını bildirməsini xatırlamır. Şəxsi narkotik vasitəni aldığı ünvana aparmamışlar. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxsi tutduqları vaxtdan çox müddət keçdiyi üçün bəzi halları dəqiq xatırlamadığından, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs günün hansı saatı tutmaları tam yadında olmasa da, axşam saatları olmuşdur. Şəxsin tutulmasında özü iştirak etmişdir. Təqsirləndirilən şəxsə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində yaxınlaşmışlar. Həmin ünvana “AP” nömrəli, qara rəngli, “Nissan” markalı minik avtomobili ilə mülki geyimdə getmişlər. O, təqsirləndirilən şəxsin yanında gözləmiş, Şahid1 isə şəxsi, Növbətçi hissədən qeydiyyatdan keçirmişdir. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Tutulmadan sonra, şəxsi axtarış polis şöbəsində təhqiqatçının otağında videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Şəxsi axtarış zamanı özü, Şahid1 və təhqiqatçı iştirak etmişdir. Təqsirləndirilən şəxsi tutan zaman mobil telefonu yanında olmuş və ***-***-**-** telefon nömrəsi şəxsi tutan zaman isifadəsində olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 230100286 nömrəli cinayət işi 21 may 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı X2 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 20 may 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. (iş.v. 9) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarı ilə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin ə/m, polis kapitanı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərarı qanuni hesab edilmişdir. (iş.v. 83) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 may 2023-cü il tarixli protokoldan görünür ki, əvvəlcə, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni həmin gün, yəni 20 may 2023-cü il tarixdə üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün on manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddi sübutlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (iş.v. 32-33) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və əvvəlcə, Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunur. Bu təklifdən sonra o, əynindəki tünd yaşıl rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümü çıxarıb təqdim edir. Təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirir. Məhkəmə-kimyəvi ekspertizasının 21 may 2023-cü il tarixli, 6/2938 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №195" dairəvi möhür əksi və “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs - imza, İştirakçılar-üç imza, Tərtib etdi R.Seyidov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,255 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,255 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 0,205 qram. (iş.v. 39-41) Ambulator məhkəmə-narkoloji ekspertizasının 22 may 2023-cü il tarixli, 3130 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 81-82) Suraxanı RPİ-nin İŞ-nin 22 may 2023-cü il tarixli, ***-*******86 nömrəli əməliyyat tapşırığına cavab olaraq ünvanlanan ünvan 11 məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. (iş.v. 77; 85) Təqsirləndirilən şəxs məhkəmə portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 sentyabr 2011-ci il təvəllüdlü Tahir Bayramov və 25 fevral 2021-ci il təvəllüdlü Əli Əliyev olmaqla, 2 azyaşlı övladı vardır. 29 avqust 2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,255 qram, tədqiqatdan sonra qalıq qalmış 0,205 qram olan narkotik vasitə - heroin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 16 noyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 0,255 qram narkotik vasitə-heroini əldə etdiyi naməlum şəxsin şəxsiyyətini müəyyən edərək istintaqa təqdim edilməsi məqsədilə ********* saylı cinayət işindən ayrıca icraata material ayrılmış və araşdırma aparılması üçün Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə göndərilmişdir. (iş.v. 103-108) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk 29 avqust 2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 103-109) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə saat 23:45-dən şübhəli şəxs qismində tutulmuş, həmin saatdan da hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 22 may 2023-cü il tarixdə saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 22 may 2023-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 1(010)-592/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində məcburi gətirmə qərarı qəbul edilmiş, alınmış cavaba əsasən 27 noyabr 2023-cü il tarixli qərarla barəsində axtarış elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 22 yanvar 2024-cü il tarixdə tutularaq həmin tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. (iş.v. 22, 54-55, 67-68, 72-75) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 1(010)-90/2024 saylı qərarı ilə, məhkəmə öz təşəbbüsü ilə Təqsirləndirilən şəxs hansı ünvanda, hansı polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulması ilə bağlı ziddiyyətləri aydınlaşdırmaq məqsədilə iş üzrə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin 19 may 2023-cü il tarixdən 22 may 2023-cü il tarixədək olan anten əhatə dairələri ilə əlaqədar məlumatların "xxxx" MMC-dən, iş üzrə Şahid2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**- ** mobil telefon nömrələrinin 19 may 2023-cü il tarixdən 22 may 2023-cü il tarixədək olan anten əhatə dairələri ilə əlaqədar məlumatların isə müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 22 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələr sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. ***-***-**-** saylı nömrə 26 yanvar 2018-ci il tarixində "xxxx" şəbəkəsindən "xxxx" MMC şəbəkəsinə daşınmışdır. Azercell Telecom” MMC-dən qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 06 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, qeyd edilən nömrələrin anten əhatə dairəsinə dair məlumat 01 (bir) ədəd CD disk şəklində məhkəməyə təqdim edilmişdir. Bundan əlavə qeyd edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə 25 yanvar 2018-ci il tarixdən etibarən Azercell Telecom” MMC-nin abunəçisidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 1(010)-90/2024 saylı qərarı ilə, məhkəmə öz təşəbbüsü ilə üzrə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin 26 yanvar 2018-ci il tarixdə "xxxx" MMC-yə daşınması səbəbindən həmin mobil nömrənin 19 may 2023-cü il tarixdən 22 may 2023-cü il tarixədək olan anten əhatə dairələri ilə əlaqədar məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən 30 may 2024-cü il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 07 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, ***-***-**-** saylı nömrənin qərarda göstərilən müddət üzrə mövcud olan əhatə dairəsinə dair məlumat 01 (bir) ədəd CD disk şəklində məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X6 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf etsə də, məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək bildirmişdir ki, 20 may 2023-cü il tarixdə səhər saat 10-11 radələrində iki nəfər polis əməkdaşı evində olduğu zaman onu şübhəli şəxs qismində saxlayaraq 31-ci polis şöbəsinə aparmışdır. O, şübhəli şəxs qismində tutulan zaman Şahid1 orada olmamış, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman isə orada olmuşdur. Şahid2 və Anar adlı şəxs onu şübhəli şəxs qismində tutmuşdur. Şahid2 həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı da orada olmuşdur. Narkotik vasitə istifadəçisi olsa da, tutulan zaman üzərində narkotik vasitə olmadığını bildirmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdən saat 23:45-dən tutulmuş hesab edilmişdir. Şəxsi axtarış və götürülmə haqqında 21 may 2023-cü il tarixli protokolda isə göstərilmişdir ki, şəxsi axtarış saat 01:30-da başlamışdır. İş üzrə Şahid1 məxsus ***-***-**-**, iş üzrə Şahid2 məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin anten əhatə dairəsinin məlumatları ilə diskə baxış keçirilmişdir. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 20 may 2023-cü il tarixdə saat 23:41-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, M.Əliyev küçəsi kəsişməsi, “ünvan 13, Məməd Cəfər küçəsi ünvanında, 21 may 2023-cü il tarixdə saat 01:30, 01:34, 01:38-də Abşeron rayonu, Xırdalan şəhəri, Şahid2 prospekti, 942 ünvanında olduğu göstərilmişdir. Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 20 may 2023-cü il tarixdə saat 23:27-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Zaqulba Palace” ünvanında, 21 may 2023-cü il tarixdə saat 01:00-da Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi ünvanında olduğu göstərilmişdir. Məhkəmə öz təşəbbüsü ilə qəbul etdiyi qərarlarla əldə edilmiş şahidlərin mobil telefon nömrələrinin anten əhatə dairələrindəki ziddiyyətlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən görüntüləri özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman həmin videogörüntülərdən aydın surətdə görünür ki, hər iki polis əməkdaşı, Şahid2 və Şahid1 orada iştirak etmiş və müvafiq olaraq iş materiallarında həmin istintaq hərəkətləri ilə bağlı olan protokollar da hər iki şahid tərəfindən imzalanmışdır. Bu xüsusatı təqsirləndirilən şəxs öz ifadəsində də təsdiq etmişdir. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 21 may 2023-cü il tarixdə saat 01:30, 01:34, 01:38-də Abşeron rayonu, Xırdalan şəhəri, Şahid2 prospekti, 942 ünvanında olması Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin isə 21 may 2023-cü il tarixdə saat 01:00-da Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi ünvanında olması ziddiyyət yaratsa da faktiki olaraq təqsirləndirilən şəxs özü də ifadəsində bildirmişdir ki, hər iki şahid şəxsi axtarış və götürmə istintaq hərəkətində orada iştirak etmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 31-ci polis şöbəsinin inzibati binasında təhqiqatçının xidməti otağında keçirilmişdir. Buradan belə nəticəyə gəlinir ki, Şahid2 mobil nömrəsinin anten məlumatı ilə bağlı ziddiyyət yaranmasa da Şahid1 mobil nömrəsinin anten məlumatı ilə bağlı ziddiyyət real həqiqətə uyğun gəlmir. Buna görə də həmin xüsusat məhkəmə tərəfindən sübut qismində qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə iclasında dindirilən hər iki şahid ifadəsi zamanı Təqsirləndirilən şəxs tutan polis əməkdaşlarının ikisi olduğunu, başqa bir şəxsin tutulmada iştirak etmədiyini və Təqsirləndirilən şəxs tutulmasının axşam saatlarında ünvan 17 ünvanının qarşısı olmasını bildirmiş və bu xüsusatla bağlı ifadələrində hər hansı bir ziddiyyət mövcud olmamışdır. Lakin iş üzrə ittiham aktında və tutma ilə bağlı cinayət işinin 10-cu səhifəsindəki raportda Təqsirləndirilən şəxs ünvan 18 ünvanının qarşısında 20 may 2023-cü il tarixdə saat 23:45-də saxlanılması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “GOOGLE MAP” tətbiqindən çıxarışdan görünür ki, şahidlərin ifadələrində qeyd etdikləri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsi ilə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əzizbəyov küçəsi yanaşı və paralel küçələrdir. Təqsirləndirilən şəxs saxlanılması yeri ilə bağlı ziddiyyətin isə anten əhatə dairəsinin məlumatları ilə aradan qaldırmaq mümkünsüzdür, çünki qeyd olunan küçələr paralel küçələrdir və aralarındakı məsafə çox qısadır. Buna görə də, anten əhatə dairələrindəki ziddiyyətlər məhkəmə tərəfindən sübut növü qismində qiymətləndirilmədiyindən həmin məlumatları özündə əks etdirən CD disklər iş materiallarında saxlanılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 23 iyul 2024-cü il tarixdə Suraxanı RPİ-nin X4 sorğu göndərilərək Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında şübhəli şəxs qismində tutulduğu zaman Suraxanı RPİ-nin MSY-də həkim müayinəsindən keçməsi və müayinənin nəticəsi barədə sənədlərin, qeydiyyat jurnalından həmin şəxslə bağlı məlumatın, o cümlədən Suraxanı RPİ-nin MSY-ə giriş və çıxış vaxtlarının əks olunduğu sənədin surətinin məhkəməyə göndərilməsi istənilmişdir. Həmin sorğunun icrası ilə əlaqədar olaraq Suraxanı RPİ-nin MSY tərəfindən məhkəməyə təqdim edilmiş 21 may 2023-cü il tarixli Aktdan görünür ki, tutulan şəxs Təqsirləndirilən şəxs saat 20:00-da Suraxanı RPİ-nin MSY-yə qəbul edilərkən onun üzərinə tam baxış keçirilmiş və xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 21 may 2023-cü il tarixdə, saat 20:00 radələrində Suraxanı RPİ-nin MSY-ə daxil olmuş, 22 may 2023-cü il tarixli qərara əsasən MSY-dən azad olunmuş və heç bir şikayəti olmamışdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə hazırda qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanılmış, sonradan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı fiziki və psixi zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o bu imkanlardan istifadə etməmişdir. Təqsirləndirilən şəxs Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsindən deyil, evinin içərisindən tutulması, polis əməkdaşlarından Şahid1 onun şübhəli şəxs qismində tutulmasında iştirak etməməsi və tutulan zaman üzərində narkotik vasitə olmaması xüsusatları ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə məhkəmə iclasında dindirilən zaman şahidlərin ikisi də, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ünvan 17 ünvanının qarşısından tutduqlarını, Təqsirləndirilən şəxs yalnız ikisinin tutduğunu, tutulma zamanı başqa bir şəxsin iştirakının olmadığını bildirmiş və ifadələri arasında bu məqamla bağlı hər hansı bir ziddiyyət olmamışdır. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən həm Şahid2, həm də, Şahid1 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətində iştirak etməsi, eyni zamanda Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, tünd yaşıl rəngli idman şalvarının cibindəki 01 ədəd içərisində narkotik vasitə heroin olan bükümü təqdim etməsi və ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması aşkar görünür. Həm videogörüntüdən, həm Suraxanı RPİ-nin MSY-yə verilmiş sorğunun cavabından, həm də məhkəmə iclasında özünün də bildirdiyi kimi Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq, psixi və ya fiziki təzyiq tətbiq edilməmiş, bədəni üzərində hər hansı xəsarət olması faktı aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyi, o cümlədən onun azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda polis əməkdaşları tərəfindən onun narkotik vasitələrin məcburən ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, narkotik vasitənin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri heç cür inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə özünün də bildirdiyi kimi anası və bacısı da narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş və bu əməlin nə ilə nəticələnə biləcəyindən məlumatlı olmuşdur. Həmçinin iş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertiza rəyinin təsviri hissəsində o, təxminən 2 ildir ki, narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsə çəkmək yolu ilə istifadə etməsini bildirmiş, narkomaniyadan müalicəyə ehtiyacının olması, üzərindən şəxsi axtarış və götürmə zamanı məhz narkotik vasitənin heroin növünün aşkar olunması Təqsirləndirilən şəxs dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir mötəbər dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun dediklərinə tənqidi yanaşaraq məhkəmə iclasında verdiyi ifadəsini sübut növü kimi qiymətləndirmir, əksinə ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut növü olaraq qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,255 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Cinayət Prosessual Məcəllənin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə, narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyataxtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer ünvan 18-in qarşısıdır. Sonradan isə şəxs Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gətirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 0,255 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 20 may 2023-cü il tarixdə saat 23:45də Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 8-in qarşısında saxlanılaraq Suraxanı RPİnin 31-ci polis şöbəsinin inzibati binasına gətirilərək orada baş təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan tünd yaşıl rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün həmçinin Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (iş.v. 88) Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmaması və himayəsində 2 azyaşlı uşağının olmasını məhkəmə CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, hazırki hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,205 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 (iki) ədəd CD diskin cinayət işi materiallarında saxlanması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdən 22 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və 22 yanvar 2024-cü il tarixdən hökm elan olunduğu tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin olunan 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün müddət çıxılmaqla ona qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hazırki hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,205 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 (iki) ədəd CD diskin cinayət işi materiallarında saxlanması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-90/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-90/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver