Məhkəmə qərarları › İş №1(010)-91/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-91/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-91/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X2, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 Qarakişi oğlunun, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22 Veys oğlunun, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs32, X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Masallı Rayon Məhkəməsinin 05 mart 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzası 04 ilə endirilmiş, 28 noyabr 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, Xətai Rayon Məhkəməsinin 1(011)-263/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3cü maddəsi tətbiq olunmaqla və cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2021-ci il tarixindən hesablanmaqla 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda həmin hökm üzrə cinayət cəzası çəkən, Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli 08 iyun 2020-ci il tarixindən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş (müvafiq məhkəmə qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti sonradan uzadılıb), müstəntiqin 08 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Xətai Rayon Məhkəməsinin yuxarıda göstərilən hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi nəzərə alınaraq “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə hazırlıq iclasının 26 fevral 2021-ci il tarixli qərarı ilə ləğv edilməklə, barəsində başqa qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 fevral 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs10 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası, yeni yaşayış sahəsi 0746 ünvanda yerləşən evin həyətyanı sahəsinə çəkilmiş daş hasardan qanunsuz olaraq həyətə daxil olub oradan sonuncuya məxsus, ümumilikdə dəyəri 640 manat təşkil edən, uzunluğu 1 metr 90 sm, diametri 10 sm, qalınlığı isə 2 mm olan dəmir boruları, həyətə quraşdırılmış təhlükəsizlik kamerasını və bir neçə ədəd kiçik ölçülü yemək qazanlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 640 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 avqust 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs30 yaşadığı, ünvan 4 ünvanında yerləşən mənzilin pəncərəsini əli ilə itələyib açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzildən sonuncuya məxsus bir ədəd 60 manat dəyərində istifadədə olmuş perforator, bir ədəd 50 manat dəyərində drel və bir ədəd 100 manat dəyərində laqundanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs30 ümumilikdə 210 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 sentyabr 2019-cu il tarixdə saat 01 radələrində X9 məxsus, yaşayış olmayan, ünvan 5 ünvanda yerləşən evin həyətyanı sahəsinə çəkilmiş daş hasardan qanunsuz olaraq həyətə daxil olub oradan sonuncuya məxsus bir ədəd 50 manat dəyərində drel və bir ədəd 100 manat dəyərində istifadədə olmuş perforatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs22 ümumilikdə 150 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 oktyabr 2019-cu il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs11 yaşadığı, ünvan 6 ünvanda yerləşən mənzildə heç kəsin olmamasından istifadə edərək mənzilin pəncərəsini əli ilə itələyərək açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus 500 manat pul və bir ədəd 180 manat dəyərində “LG” markalı, “32CS410” model istifadədə olmuş televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 ümumilikdə 680 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 20 oktyabr 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs29 yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 11 saylı evin 77 nömrəli mənzilinin zirzəmisinin qapısını açıb qanunsuz olaraq zirzəmiyə daxil olub oradan sonuncuya məxsus ümumilikdə dəyəri 3.895 manat olan bir ədəd dəmir kəsən aparat, bir ədəd “Hilti GX 120” markalı çivi tapança, iki ədəd perforator, iki ədəd drel, bir ədəd elektrik mişarı, bir ədəd tarazlıq aparatı, 35 ədəd şiş, 4 ədəd saç feni, bir ədəd daş feni, bir ədəd 25 manat dəyərində “Gepas” markalı istifadədə olmuş, ətçəkən maşın, bir ədəd 20 manat dəyərində istifadədə olmuş, üzərində markalanma göstəricilərinə dair məlumat olmayan drel və bir ədəd 60 manat dəyərində istifadədə olmuş, üzərində markalanma göstəricilərinə dair məlumat olmayan perforatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs29 ümumilikdə 4.000 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 20 oktyabr 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs14 Qarakişi oğluna məxsus, ünvan 7 ünvanda yerləşən mənzilin yaxınlığındakı qarajın qapısını açıb qanunsuz olaraq qaraja daxil olub oradan ümumilikdə dəyəri 1.500 manat olan satlıq geyimləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs14 ümumilikdə 1.500 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs17 məxsus ünvan 8 ünvanda yerləşən mənzilin qarajının qapısının üzərində olan qıfılı sındırıb qanunsuz olaraq qaraja daxil olaraq oradan ümumilikdə dəyəri 1.000 manat olan bir ədəd kondisioner, bir ədəd paltaryuyan maşın, bir ədəd elektrik tənzimləyicisini və bir ədəd 180 manat dəyərində “Samsung” markalı, “LE32C450E1W” modelli istifadədə olmuş televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs17 ümumilikdə 1.180 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 noyabr 2019-cu il tarixdə saat 01 radələrində X6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsi 9A ünvanda yerləşən evin pəncərəsini əli ilə itələyib açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzildən Zərərçəkmiş şəxs20 məxsus ümumilikdə dəyəri 1.920 manat təşkil edən üç ədəd drel, bir ədəd perforator, elektrik naqili, 8 qutu şurup, bir ədəd çəkic, bir ədəd balta, bir ədəd metrə ölçən və iki ədəd 80 manat dəyərində istifadədə olmuş üzərində markalanma göstəriciləri olmayan yaşıl rəngli laqundaları gizli olaraq talayıb Zərərçəkmiş şəxs20 ümumilikdə 2.000 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14 noyabr 2019-cu il tarixdə saat 01 radələrində ünvan 10 ünvanda yerləşən mənzilin plastik pəncərəsini əli ilə itələyib açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub qonaq otağından Zərərçəkmiş şəxs6 məxsus bir ədəd 220 manat dəyərində istilik radiatoru, bir ədəd 400 manat dəyərində “Canon” markalı fotoaparat, bir ədəd 140 manat dəyərində “SEWOR” markalı kişi saatı, bir ədəd 160 manat dəyərində uşaq qolbağı, bir ədəd 200 manat dəyərində “İphone” markalı, “6” modelli mobil telefon aparatı, bir ədəd 300 manat dəyərində “Samsung” markalı, “S6 Edge” modelli mobil telefon aparatı, uşaq otağında isə bir ədəd 100 manat dəyərində istilik radiatoru, yataq otağından bir ədəd 120 manat dəyərində istilik radiatoru və mətbəxdən 500 manat dəyərində istilik kombisinin içərisinin mexanizmini gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 2.140 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 19 noyabr 2019-cu il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs13 yaşadığı ünvan 11 ünvanda heç kimin olmamasından istifadə edərək mənzilin pəncərəsini əli ilə vurub sındırmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 90 manat dəyərində “Bosch” markalı istifadədə olmuş drel, bir ədəd 70 manat dəyərində “Euromax” markalı istifadədə olmuş perforator, 20 manat pul, bir ədəd 450 manat dəyərində “Samsung” markalı televizor, bir ədəd 70 manat dəyərində drel və bir ədəd 110 manat dəyərində ütünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 810 manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 19 noyabr 2019-cu il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs12 yaşadığı ünvan 12 ünvanda heç kimin olmamasından istifadə edərək mənzilin pəncərəsini yerdən tapdığı dəmir alətlə vurub sındıraraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus 380 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 ümumilikdə 380 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 noyabr 2019-cu il tarixdə saat 02-03 radələrində Zərərçəkmiş şəxs16 yaşadığı ünvan 13 ünvanda yerləşən evdə heç kəsin olmamasından istifadə edərək mənzilin pəncərəsini əli ilə itələyib açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq oradan sonuncuya məxsus bir ədəd 98 manat dəyərində samovar, bir ədəd 35 manat dəyərində drel, iki ədəd 80 manat dəyərində üzərində heç bir markalanma göstəricisi olmayan göy və qırmızı rəngli böyük ölçülü istifadədə olmuş laqunda və bir ədədinin dəyəri 4 manat olan 19 ədəd 76 manat dəyərində açarları gizli olaraq talayıb Zərərçəkmiş şəxs16 ümumilikdə 289 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 noyabr 2019-cu il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs15 yaşadığı ünvan 14 ünvanda yerləşən evinin pəncərəsini əli ilə itələyib açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 130 manat dəyərində istilik qızdırıcısını, bir ədəd 35 manat dəyərində laqundanı və bir ədəd 100 manat dəyərində “Hammer Drill” markalı istifadədə olmuş perforatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 ümumilikdə 265 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 noyabr 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs18 icarədarı olduğu ünvan 15 ünvanda yerləşən ərzaq mağazasının arxasında olan qapısının kilidini yerdən tapdığı dəmir parçası ilə vurub sındırmaqla qanunsuz olaraq mağazaya daxil olub oradan sonuncuya məxsus 120 manat dəyərində müxtəlif çeşidli saqqızlar, 22 ədəd 22 manat dəyərində istifadədə olmamış, müxtəlif markalı və qramlıq ətirlər, 800 manat dəyərində müxtəlif növ tütünlər və 80 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs18 ümumilikdə 1.022 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 dekabr 2019-cu il tarixdə saat 01 radələrində X4 məxsus ünvan 16 ünvanda yerləşən mənzilin tavan hissəsini təpiklə və əli ilə vurub sındıraraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evdən sonuncuya məxsus bir ədəd 390 manat dəyərində “Asus” markalı noutbuk kompüteri, bir ədəd 250 manat dəyərində “Panasonic” markalı fotoaparat, ümumilikdə dəyəri 150 manat olan bir ədəd boyunbağı, bir ədəd üzük, bir cüt sırğa, bir ədəd qolbaq gümüş dəst, bir ədəd 150 manat dəyərində gümüş saat, 140 manat dəyərində “Tous” markalı ətir və 450 manat dəyərində bir ədəd “LG” markalı kondisioneri gizli olaraq talayıb zərərçəkmiş şəxs P.T.Ömərova ümumilikdə 1.530 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 dekabr 2019-cu il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs21 yaşadığı ünvan 17 ünvanda yerləşən “Ümid” sağlamlıq mərkəzinin yaxınlığında olan evin qapısının kilidini təpiklə vurub sındırmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 180 manat dəyərində “Samsung” markalı, “LE32C450E1W” modelli istifadədə olmuş televizor, bir ədəd 40 manat dəyərində maqnitofon, bir ədəd 80 manat dəyərində DVD aparatı, mətbəxdən bir ədəd 10 manat dəyərində 1 kiloqram “Kalinka” markalı yağ, bir ədəd 6 manat dəyərində “Səba” toyuq, hər biri iki manat dəyərində olan bir ədəd “Final”, bir ədəd “Beta” markalı çay, bir ədəd 100 manat dəyərində “Geepas” markalı ət çəkən maşın, bir ədəd 4 manat dəyərində saç şampunu, bir qutu 3 manat dəyərində “Arko” markalı sabun, yataq otağında olan əl çantasının içərisindən 93 manat pulu vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs21 ümumilikdə 520 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 11 dekabr 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs5 məxsus yaşayış olmayan ünvan 18 ünvanda yerləşən evinin pəncərəsini əli ilə itələməklə açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus ümumilikdə dəyəri 760 manat təşkil olan bir ədəd su qızdırıcısı, bir ədəd su nasosu, bir ədəd dəmir barmaqlıq, 20 ədəd metal boruları və bir ədəd 20 manat dəyərində üzərində markalanma göstəricisi olmayan 4 gözlü istifadədə olmuş qaz peçini gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 780 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12 dekabr 2019-cu il tarixdə saat 03 radələrində ünvan 19 ünvanda yerləşən “OBA” adlanan mağazanın arxasındakı sanitar qovşağının bağlı olan qapısının kilidini əli ilə açıb qanunsuz olaraq içəri daxil olub oradan Zərərçəkmiş şəxs19 məxsus bir ədəd 180 manat dəyərində üzərində heç bir markalanma göstəriciləri olmayan, uzun müddət istifadədə olmuş böyük ölçülü perforatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs19 ümumilikdə 180 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 yanvar 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs24 yaşadığı ünvan 20 ünvanın qarşısında saxladığı “VAZ-2104” markalı avtomobilin arxa sol şüşəsini yerdən tapdığı daş parçası ilə vurub sındıraraq avtomobildən sonuncuya məxsus ümumilikdə dəyəri 1.250 manat təşkil edən bir ədəd maqnitofon, bir ədəd boru ütü, iki ədəd 220 manat dəyərində “Bosch” markalı “GBH 2300” modelli perforatoru və bir ədəd 30 manat dəyərində “Candan” markalı boru ütüsünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs24 ümumilikdə 1.500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 yanvar 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs23 yaşadığı ünvan 21 ünvanda yerləşən mənzilin pəncərəsini əli ilə açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir cüt 150 manat dəyərində sırğa, iki ədəd 58 manat dəyərində gümüş qolbaq, bir ədəd 20 manat dəyərində gümüş üzük, bir ədəd 25 manat dəyərində gümüş boyunbağı, bir ədəd 10 manat dəyərində saat, bir ədəd 5 manat dəyərində kulonlu bijuteriya boyunbağı, bir ədəd 3 manat dəyərində kulonsuz bijuteriya boyunbağı, bir ədəd 2 manat dəyərində üzərində bir ədəd qaş olan bijuteriya üzük, həmin dövrün ABŞ dollarının manat qarşısında məzənnəsinə görə 170 manat təşkil edən 100 ABŞ dollarını və 140 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs23 ümumilikdə 583 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 yanvar 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs9 məxsus olan ünvan 22 ünvanda yerləşən mənzilin pəncərəsini əli ilə itələyib açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evdən sonuncuya məxsus 450 manat dəyərində 260 metr uzunluğunda elektrik naqil, 290 manat dəyərində 34 metr uzunluğunda kondisionerin mis boruları, bir ədəd 240 manat dəyərində kompressor aparatı, bir ədəd 270 manat dəyərində taxta kəsən mişar, bir ədəd 450 manat dəyərində “Bosch” markalı laqunda, 35 manat dəyərində 30 metr uzunluğunda kompressorun şlanqı, bir ədəd 57 manat dəyərində drel, bir ədəd 45 manat dəyərində mismar vuran tapança, bir ədəd 27 manat dəyərində rəng vuran aparat, istifadədə olmuş 3 hissədən ibarət 40 manat dəyərində hamam dəsti və istifadədə olmuş 20 manat dəyərində su kranı dəsti gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 1.924 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 yanvar 2020-ci tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs25 məxsus yaşayış olmayan ünvan 23 ünvanda yerləşən mənzilin həyətyanı sahəsinə çəkilmiş daş hasardan qanunsuz olaraq başqa saxlanc yerinə, həyətə daxil olub oradan sonuncuya məxsus 22 manat 04 qəpik dəyərində 2 kiloqram 756 qram mis elektrik naqili, 105 manat dəyərində taxta materialı, 59 manat dəyərində metalı və bir ədəd 40 manat dəyərində əl arabasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs25 ümumilikdə 226 manat 04 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 30 yanvar 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs8 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 14/15-ci məhəllə, 10 saylı evin 94 nömrəli mənzilinin zirzəmisinin qapısının üzərində olan qıfılı dəmir alətlə vurub sındırmaqla qanunsuz olaraq zirzəmiyə daxil olub oradan sonuncuya məxsus ümumilikdə dəyəri 480 manat olan 15 cüt müxtəlif növ tərliklər, iki ədəd xrustal çilçıraq, 40 metr elektrik naqili və bir ədəd 20 manat dəyərində “BOSCH” markalı istifadə olmuş orta ölçülü dreli gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 500 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 01 fevral 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs28 yaşadığı ünvan 24 ünvanda yerləşən evdə heç kəsin olmamasından istifadə edərək mənzilin pəncərəsini əli ilə itələyib açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 800 manat dəyərində “Samsung” markalı noutbuk kompüterini, 600 manat dəyərində 4 ədəd yataq dəstlərini, 560 manat dəyərində müxtəlif ölçülü 4 ədəd xalçaları və bir ədəd 40 manat dəyərində 1x2 ölçülü istifadədə olmuş dairəvi formalı xalçanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs28 ümumilikdə 2.000 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 fevral 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs26 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 18 A ünvanda yerləşən mağazanın plastikdən olan qapısının şüşəsini yerdən götürdüyü dəmir alətlə vurub sındırıb qanunsuz olaraq mağazaya daxil olub oradan ümumi dəyəri 350 manat olan müxtəlif növ ətir, bir ədəd 3 manat dəyərində istifadədə olmamış yaşıl rəngli qaşları olan sırğa, bir cüt 3 manat dəyərində istifadədə olmamış sarı rəngli sırğa, bir cüt 3 manat dəyərində dairəvi formalı sırğa, bir cüt 3 manat dəyərində istifadədə olmamış, nazik dairəvi formalı sırğa, bir ədəd 2 manat 50 qəpik dəyərində istifadədə olmamış boyunbağı, bir ədəd 5 manat dəyərində istifadədə olmamış qara rəngli kulonlu boyunbağı və bir ədəd 2 manat dəyərində istifadədə olmamış ay formasında kulonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs26 ümumilikdə 371 manat 50 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 fevral 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs33 məxsus yaşayış olmayan ünvan 26 ünvanda yerləşən təmir tikini işləri aparılan mənzilin pəncərəsini üzərində olan buraçanla yerindən çıxarıb açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 135 manat dəyərində laqunda, bir ədəd 180 manat dəyərində drel, bir ədəd 300 manat dəyərində perforator, bir ədəd 100 manat dəyərində açar dəsti, bir ədəd 100 manat dəyərində “RTR” markalı istifadədə olmuş perforator, bir ədəd 65 manat dəyərində böyük ölçülü, üzərində markalanma göstəriciləri olmayan istifadədə olmuş laqundanı və bir ədəd 20 manat dəyərində üzərində heç bir markalanma göstəriciləri olmayan istifadədə olmuş dreli gizli olaraq talayıb Zərərçəkmiş şəxs33 ümumilikdə 900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 20 fevral 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs27 İxlas qızının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu 9081 ünvanda yerləşən mənzilin həyətyanı sahəsinə çəkilmiş daş hasardan qanunsuz olaraq başqa saxlanc yerinə, həyətə daxil olub oradan sonuncuya məxsus 29 ədəd 350 manat dəyərində toyuqları gizli olaraq talayıb Zərərçəkmiş şəxs27 ümumilikdə 350 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 04 mart 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs31 yaşadığı ünvan 28 ünvanda yerləşən evdə heç kəsin olmamasından istifadə edərək mənzilin pəncərəsini əli ilə itələməklə açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 620 manat dəyərində xalça, bir ədəd 80 manat dəyərində samovar, bir ədəd 60 manat dəyərində su motoru, iki ədəd 50 manat dəyərində üst örtüyü, 200 manat dəyərində qab-qacaq dəstlərini və bir ədəd 80 manat dəyərində istifadədə olmuş 1,5mx3m ölçülü xalçanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs31 ümumilikdə 1.090 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 18 mart 2020-ci tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs32 məxsus yaşayış olmayan ünvan 29 ünvanda yerləşən mənzilin pəncərəsini əli ilə itələyib açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evdən sonuncuya məxsus “Mercedes Benz” markalı avtomobilə məxsus 620 manat dəyərində 04 ədəd təkərləri diskləri ilə birlikdə və bir ədəd 80 manat dəyərində istifadədə olmuş, üzərində markalanma göstəriciləri olmayan gənclər üçün nəzərdə tutulmuş velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs32 ümumilikdə 700 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 mart 2020-ci il tarixdə saat 01-02 radələrində Zərərçəkmiş şəxs4 icarədarı olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Dostlar” adlanan kafenin arxa qapısını əli itələyib açaraq qanunsuz olaraq kafeyə daxil olub oradan sonuncuya məxsus ümumilikdə dəyəri 370 manat təşkil edən bir ədəd qaz balonu, bir ədəd pivə aparatı və bir ədəd 30 manat dəyərində istifadədə olmuş pivə çəlləyini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 mart 2020-ci il tarixdə saat 02 radələrində X1 yaşadığı ünvan 30 ünvanın plastikdən olan pəncərəsini əli ilə itələyib açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 250 manat dəyərində “LG” markalı, 43 düym, istifadədə olmuş televizor, bir ədəd 100 manat dəyərində “Euromax” markalı kabel televiziyası aparatı, bir ədəd 200 manat dəyərində “Euromax” markalı tozsoran, bir ədəd 120 manat dəyərində “Euromax” markalı ütü və bir ədəd 1.000 manat dəyərində “Neoamax” markalı kombi aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs35 ümumilikdə 1.670 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 15 aprel 2020-ci tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs34 məxsus yaşayış olmayan ünvan 31 ünvanında yerləşən mənzilin pəncərəsinin üzərindəki dəmir barmaqlığı çıxarıb pəncərəni açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evdən sonuncuya məxsus bir ədəd 300 manat dəyərində “LG” markalı, 30 m2-lik, istifadədə olmuş kondisioneri (motoru ilə birlikdə), bir ədəd 350 manat dəyərində “Daewoo” markalı televizor, bir ədəd 100 manat dəyərində televizor altlığı və bir ədəd 50 manat dəyərində krosna antenasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs34 ümumilikdə 800 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 may 2020-ci il tarixdə saat 02-03 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 32 ünvanda yerləşən yaşayış evində heç kəsin olmamasından istifadə edərək mənzilin pəncərəsini əli itələyib açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan sonuncuya məxsus bir ədəd 40 manat dəyərin istifadədə olmuş “Marquis” markalı su nasosunu və 230 manat dəyərində 62 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 270 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 iyun 2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 33 ünvanda yerləşən evin giriş qapısını üzərində olan qıfılı əli ilə açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzildəki çarpayının üzərindən sonuncuya məxsus bir ədəd 230 manat dəyərində “Playstation” oyun aparatını pultları ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 230 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli talamaq məqsədilə 05 iyun 2020-ci il tarixdə günorta saat 15 radələrində Zərərçəkmiş şəxs3 oğlunun yaşadığı ünvan 34 ünvanda yerləşən evin həyətyanı sahəsinə çəkilmiş daş hasardan qanunsuz olaraq başqa saxlanc yerinə, həyətə daxil olub həyətdəki hamamdan sonuncuya məxsus bir ədəd 50 manat dəyərində su qızdırıcısı, sonra evin qapısının qıfılını sındıraraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzildən bir ədəd 70 manat dəyərində “HTC” markalı, bir ədəd 100 manat dəyərində “Sony” markalı mobil telefon aparatları, iki ədəd 300 manat dəyərində yataq dəstlərini, bir ədəd 7 manat dəyərində İran istehsalı olan, qutusunun üzərində “GAMİN GLASS” yazıları olan 30 sm diametri, 02 sm hündürlüyü olan şüşə qab, 10 manat dəyərində Çin istehsalı olan bir ədəd qutuda qablaşdırılmış içərisində 06 ədəd armudu stəkan və 06 ədəd nəlbəkidən ibarət şüşə materialdan olan dəsti gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 537 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü əvvəlki məhkəmə iclaslarında təqsirli bilməyərək, göstərilən cinayətlərdən heç birini törətmədiyini bildirmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ibtidai istintaq dövründə verdiyi ifadələri təsdiqlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində bildirmişdir ki, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aludəçisidir. Əvvəllər oğurluq, fərarilik və xuliqanlıq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. 05 iyun 2020-ci il tarixdə narkotik maddə əldə etmək üçün pulu olmamışdır. Narkotik vasitə olan “kakos” əldə edə bilmədiyi üçün bədənində güclü ağrılar yaranmağa başlamışdır. Günorta saat 14 radələrində pul əldə etmək məqsədilə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində evdən çıxmışdır. Məqsədi haradasa dəmir əşya görsə götürüb metal qəbulu yerinə verməklə pul əldə etmək olmuşdur. Küçədə gəzərkən qapılardan birinin üstündə qıfıl görmüşdür. Qapının qıfıl ilə bağlanmasından evdə heç kimin olmadığını başa düşmüş, qapıya yaxınlaşmış və hasardan aşaraq sahəsi çox kiçik olan balaca həyətə düşmüşdür. Evin qapısının üstündə də qıfıl olmuş, lakin qıfıl kilidlənməmişdir. Qıfılı qapının üzərindən çıxararaq kənara qoymuş və içəri daxil olmuşdur. Otağa daxil olduqda çarpayının üzərində “Playstation” aparatı görmüşdür. Aparatın yanında beş ədəd disk və pult olmuşdur. İçəridə olan sellofan paketi götürərək “Playstation” aparatını, bir ədəd pultu və beş ədəd diski həmin sellofan paketə qoymuşdur. Sonra yenidən hasardan aşaraq oradan uzaqlaşmışdır. Evə daxil olarkən və hasardan aşaraq oradan uzaqlaşarkən ətrafda heç kim olmamış və görməmişdir. Gizli yolla həyətə, oradan da evə daxil olaraq talama yolu ilə əldə etdiyi həmin aparatı diskləri və pultu birbaşa narkotik vasitə “heroin” əldə etmək üçün tanımadığı şəxsə satmış və qarşılığında ondan narkotik vasitə heroin almışdır. 07 iyun 2020-ci il tarixdə axşam saat 14:30 radələrində həmin evdə daxil olub oradan oğurluq etmişdir. 07 iyun 2020-ci il tarixdə günorta saat 14:30 radələrində pul əldə etmək məqsədilə küçədə gəzərkən həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Özü həmin evdən oğurluq etmək qərarına gəlmiş və tək həmin oğurluq əməlini törətmişdir. Həmin vaxt yanında başqa heç kim olmamış və ya kimsə həmin oğurluq əməlini törətməkdə hansısa bir formada köməklik etməmişdir. Etdiyi oğurluq əməli barədə heç kimə məlumat verməmişdir. 05 iyun 2020-ci il tarixdə narkotik maddə əldə etmək üçün pulu olmamış, narkotik vasitə olan “kakos” əldə edə bilmədiyi üçün bədənində ağrılar yaranmağa başlamışdır. Günorta saat 14 radələrində pul əldə etmək məqsədilə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində evdən çıxmışdır. Küçədə gəzərkən qapılardan birinin üstündə qıfıl görmüşdür. Qapının qıfıl ilə bağlanmasından evdə heç kimin olmadığını başa düşmüşdür. Qapıya yaxınlaşmış və hasardan aşaraq sahəsi çox kiçik olan həyətə düşmüşdür. Evin qapısının üzərində də qıfıl olmuşdur. Qapıya çiyni ilə zərbə vuraraq qıfılı sındırmış və evə daxil olmuşdur. Evə daxil olduqda koridordan otağa keçmişdir. Otağa daxil olduqda sol tərəfdə tumbuçkanın içərisindən karton qutuda olan xrustal stəkan dəstini və elə həmin yerdə olan xrustal vazı, bir ədəd “Sony” markalı sensor telefonu, bir ədəd “HTC” markalı mobil telefonu evdə olan sellofan paketə yığaraq evdən çıxmışdır. Sonra yenidən hasardan aşaraq oradan uzaqlaşmışdır. Evə daxil olarkən və hasardan aşaraq oradan uzaqlaşarkən ətrafda heç kim olmamış və görməmişdir. Gizli yolla həyətə, oradan da evə daxil olaraq talama yolu ilə əldə etdiyi həmin iki ədəd “Sony” markalı və “HTC” markalı mobil telefonları satmaq üçün telefon ustasına aparmışdır. Usta telefonların yarasız olduğunu bildirərək telefonları götürməmişdir. Həmin telefonları Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şüşəli bazarın qarşısında yerləşən zibil qutusuna atmışdır. Xrustal stəkanları və xrustal qabı isə narkotik vasitə qarşılığında tanımadığı şəxsə satmışdır. Bundan başqa azadlığa çıxdıqdan sonra Suraxanı rayonu ərazisində çoxsaylı oğurluq cinayətləri törətmişdir. Daimi yaşamağa yeri yoxdur, narkotik vasitə aludəçisidir, narkotik vasitə almağa pulu olmaqda oğurluq edib ələ keçirdiyi əmlaklarla və yaxud onları sataraq pul əldə edib narkotik vasitə almışdır. Narkotik vasitələri Suraxanı rayonu ərazisində müxtəlif şəxslərdən almışdır. Həmin şəxsləri isə tanımamış və tüfeyli həyat tərzi keçirmişdir. 25 may 2020-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində olmuş, həmin vaxt oğurluq etmək üçün ev axtarmışdır. Belə ki, yaşayış olmayan ev axtarmışdır ki, oradan asanlıqla oğurluq etsin. Saat təxminən 02-03 radələrində Mədən küçəsi 4 saylı ünvanın qarşısından keçən zaman orada iki mərtəbəli ev görmüşdür. Evin işıqları yanmamış və ev diqqətini cəlb etmişdir. Fikirləşmişdir ki, evdə heç kəs yoxdur. Ətrafa nəzər salıb sakitlik olmasını görüb diqqət çəkməyərək evin daş hasarından həyətə keçmiş və həyəti gəzmişdir. Məlum olmuşdur ki, evdə heç kəs yoxdur və evdə təmir aparılır. Evin qapısını açıb içəri daxil olmuş, evdə müxtəlif əşyalar olmuş, birinci mərtəbədə olan bir ədəd su nasosunu götürüb oradan tapdığı kisəyə qoymuşdur. Sonra isə evi axtarmağa başlamışdır. Evin digər otağından yerdə olan top şəkilində naqili səliqəli şəkildə toplayıb kisənin içərisinə qoymuşdur. Bundan sonra isə evə daxil olduğu yerdən çölə çıxmış və oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları götürüb Sabunçu rayonu ərazisində olan “Rus bazarı” deyilən yerə gəlmişdir. Orada oturub səhərin açılmasını gözləmişdir. Hava açıldıqda bazarın içərisinə daxil olmuş və müştəri axtarmağa başlamışdır. Həmin vaxt alçaq boy və saçları olmayan bir nəfər şəxs yaxınlaşıb kisənin içərisində nə olmasını soruşmuşdur. Həmin əşyaları ona göstərmiş, həmin şəxs metal alan olmuş, su nasosunu və elektrik naqilini həmin şəxsə 32 manata satmış və bazardan çıxıb getmişdir. Həmin əşyaları satarkən özünə məxsus olmasını bildirmişdir. Bundan başqa 22 mart 2020-ci il tarixdə saat 01-02 radələrində yaşadığı evdən çıxaraq yaşadığı qəsəbənin ərazisində oğurluq etmək üçün münasib yer axtarmağa başlamışdır. İ.Əhlimanov küçəsi yerləşən “Dostlar” kafesinin qarşısından keçən zaman kafenin işıqlarının yanmadığını görmüşdür. Məlum olmuşdur ki, kafe bağlıdır. Kafedə heç kəsin olmadığını görüb oradan oğurluq etməyi planlaşdırmışdır. İlkin olaraq ətrafa nəzər salmışdır ki, kafeyə daxil olan zaman görən olmasın. Ətrafda heç kəsin olmadığını görüb kafenin girişinə yaxınlaşmış, kafenin giriş qapısının yanında olan daş hasardan həyətə düşmüş, kafenin arxa qapısına yaxınlaşıb qapını əli ilə itələyib açaraq içəri daxil olmuş, içəridə olan əşyaları axtarmış, lakin pul və dəyərli əşya tapa bilməmişdir. Kafenin salonunda olan bir ədəd pivə aparatını, qaz balonunu və çəlləyi sata biləcəyini fikirləşmiş və həmin əşyaları kafedən çölə çıxarmışdır. Həmin əmlakları kafedən çölə çıxardıqdan sonra heç kimsənin olmadığı ərazidə gizlətmişdir ki, sabah gəlib götürüb satar. Həmin əşyaları gizlədib yaşadığı evə gəlmişdir. Evdə gecəni yatmış və səhər açıldıqda əşyaları gizlədiyi yerə gəlmişdir. Orada həmin əşyaların bəzi hissələrini əzərək yararsız hala salmışdır ki, metal kimi sata bilsin. Sonra həmin əşyaları götürüb O.Şabanov küçəsində olan metal qəbulu məntəqəsinə gətirmiş, məntəqədə işləyən şəxsə yaxınlaşıb özünə məxsus olmasını bildirməklə 40 manata metal kimi satmışdır. Belə ki, həmin əşyalar tərəzi ilə çəkilmiş və qiymətləndirilmişdir. Bundan başqa 11 dekabr 2019-cu il tarixdə saat 02-03 radələrində yaşadığı evdən çıxaraq oğurluq etmək üçün münasib yer axtarmağa başlamışdır. Qum adasında 74 saylı ünvanda yerləşən evin qarşısından keçən zaman evin işıqlarının yanmamasını görmüşdür. Evdə heç kəsin olmamasını fikirləşmiş və evin pəncərələrinə baxmışdır. Evdə hərəkət olmamasını görüb, ətrafa nəzər salıb heç kəsin olmadığından əmin olmuş və evin giriş qapısını açıb həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra məlum olmuşdur ki, evdə heç kəs yoxdur. Evin pəncərəsini əli ilə itələyib açaraq mənzilə daxil olmuşdur. Mənzilin içərisinin işıqlarını yandırmamış, belə ki, üzərində olan alışqanın arxasındakı işıqla evi axtarmışdır. Lakin evdən pul və qiyməti əşya tapa bilməmişdir. Evin içərisində olan bir ədəd qaz sobasını pəncərədən çölə çıxarmışdır. Evin həyətindən isə bir ədəd su nasosunu, bir ədəd su qızdırıcısını, bir ədəd dəmir barmaqlığı və çox sayda metal boruları evdən tək-tək çölə çıxarmışdır. Həmin əşyaları evdən aralaşdırıb boş əraziyə gətirmiş və üzərini zibil tullantıları örtərək səhəri günü gəlib götürəcəyini qərarlaşdırıb çıxıb getmişdir. Həmin əşyaları metal kimi satmağı planlaşdırmışdır. Gecəni evdə yatmış və səhər açıldıqda əşyaları gizlətdiyi yerə gəlmişdir. Orada həmin əşyaların bəzilərini gizlədərək yararsız hala salmışdır ki, metal kimi sata bilsin. Sonra həmin əşyaları götürüb O.Şabanov küçəsində olan metal qəbulu məntəqəsinə gətirmişdir. Məntəqədə işləyən şəxsə yaxınlaşıb özünə məxsus olmasını bildirməklə metal kimi satmışdır. Bundan başqa 14 noyabr 2019-cu il tarixdə gecə saat 01 radələrində oğurluq etmək üçün yaşadığı evdən çıxmış və Zığ qəsəbəsi, Bahar bağları yaşayış sahəsinə gəlib oğurluq etmək üçün ev axtarmışdır. Bu zaman həmin ərazidə yerləşən birmərtəbəli ev görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ətrafa nəzər yetirmiş və heç kimin olmadığına əmin olduqdan sonra evin plastik pəncərələrindən birinə yaxınlaşmış, özü ilə götürdüyü vintaçanı həmin plastik pəncərənin arasına salıb sıxaraq açmışdır. Bundan sonra həmin pəncərədən evə daxil olmuş və evdən qonaq otağından bir ədəd istilik radiatorunu və bir ədəd “Canon” markalı fotoaparatı, uşaq otağından bir ədəd istilik radiatorunu və yataq otağından bir ədəd istilik radiatorunu oğurlayıb hissə-hissə evdən çıxarmışdır. Bundan sonra həmin oğurladığı əşyaları ağır olduqları üçün həyətdən çıxarıb bir qədər aralıda yolu kənarında gizlətmişdi ki, heç kim tapa bilməsin. Sonra evə gedib yatmış, ertəsi gün oğurladığı əşyaları gəlib Hövsan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə apararaq orada işləyən şəxsə hamısını 45 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu da öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 06 dekabr 2019-cu il tarixdə saat 01 radələrində oğurluq etmək üçün yaşadığı evdən çıxmış və Hövsan qəsəbəsinə gəlib orada oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Bu zaman Hövsan qəsəbəsi, Məktəb küçəsində yerləşən birmərtəbəli evi görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ətrafa nəzər yetirmiş və heç kimin olmadığına əmin olduqdan sonra evin hasarına qalxıb həyətə düşmüşdür. Bu zaman həmin həyətdə yerləşən evə yaxınlaşmış, lakin evin seyf qapısını aça bilməyəcəyini və plastik pəncərənin də üzərində dəmir barmaqlıqlar olduğunu görmüş və məcbur qalıb evin üstünə çıxaraq oradan tapdığı dəmir parçası ilə evin tavanını bir qədər söküb oradan evin içərisinə düşmüşdür. Evi axtarsa da dəyərli hər hansı bir əşya və ya nağd pul tapa bilməmişdir. Bundan sonra evin içərisində olan kondisioneri yerindən söküb çıxarmış, evdən bir ədəd kompüter, bir ədəd fotoaparat, bir ədəd boyunbağı, bir ədəd üzük, bir cüt sırğa, bir ədəd qolbaq dəst, bir ədəd 150 manat dəyərində gümüş saat və bir ətir tapmışdır. Həmin əşyaları üzərində olan bir ədəd kisədə qablaşdırmışdır. Həmin kisəni kondisionerlə birlikdə evdən çıxıb küçəyə keçmiş və həmin əşyaları özü ilə götürüb bir az aralıda gizlətmişdir. Səhərisi isə gəlib həmin əşyaları xatırlamadığı yerdə tanımadığı şəxslərə satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 30 yanvar 2020-ci il tarixdə saat 03 radələrində oğurluq etmək üçün yaşadığı evdən çıxmış və Hövsan qəsəbəsinə gəlib orada oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Bu zaman orada yerləşən birmərtəbəli evi görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ətrafa nəzər yetirmiş və heç kimin olmadığına əmin olduqdan sonra evin hasarına qalxıb həyətə düşmüşdür. Evin zirzəmisinin qapısına yaxınlaşmış, yerdən tapdığı dəmir parçası ilə zirzəminin üzərindəki qıfılı sındırıb zirzəminin qapısını açmış və içəriyə daxil olmuşdur. Bu zaman zirzəmiyə nəzər saldıqda orada çox sayda tərlik, zirzəminin digər tərəfində isə bir ədəd drel, iki ədəd xrustal çilçıraq və bir neçə metr elektrik kabelini görmüşdür. Başqa heç nə tapa bilmədiyi üçün həmin tərliklərin hamısını, bir ədəd dreli, iki ədəd xrustal çılçırağı və elektrik kabelini hissə-hissə zirzəmidən çölə çıxarmışdır. Həmin əşyalar ağır olduğu üçün hamısını daşıya bilməyəcəyinə görə hissə-hissə yolun kənarında gizlətmişdir ki, səhər gəlib götürərək aparıb satar. Sonra evə gedib yatmışdır. Səhəri gün gəlib həmin oğurladığı elektrik naqilini yandıraraq içindəki misi çıxarmış, digər əşyaları da götürüb Hövsan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə gedərək 20 manata həmin yerə satmışdır. Oğurladığı tərlikləri, bir ədəd dreli və iki ədəd xrustalı isə 8-ci kilometr bazarına aparıb orada tanımadığı ayrı-ayrı şəxslərə cəmi 65 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi 85 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 07 yanvar 2020-ci il tarixdə saat 02 radələrində oğurluq etmək üçün yaşadığı evdən çıxmış və Hövsan qəsəbəsini gəzib oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Bu zaman Hövsan qəsəbəsi, O.Şabanov küçəsində piyada gəzən zaman orada olan birmərtəbəli ev görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ətrafa nəzər yetirmiş və heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə düşərək həmin təmiri davam edən evin plastik pəncərələrindən birinə yaxınlaşmışdır. Özü ilə götürdüyü vintaçanla ilə həmin plastik pəncərənin arasına salıb sıxaraq açmış və həmin pəncərədən evə daxil olmuşdur. Bu zaman evdən dəqiq uzunluğunu bilmədiyi mis boru, elektrik naqili, kondisioner aksessuarları, eləcə də bir ədəd kompressor və bir ədəd mişar oğurlayıb çölə çıxarmış və həmin evin yaxınlığında gizlətmişdir. Evə gedib yatmış və səhərisi gün gəlib gizlətdiyi həmin əşyaları götürərək elektrik naqilini yandırmış və içərisindəki misi çıxarmış, sonra isə axşam oğurladığı əşyalarını aparıb Hövsan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə cəmi 210 manata satmış və əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 05 fevral 2019-cu il tarixdə təxminən saat 23 radələrində oğurluq etmək üçün yaşadığı evdən çıxmış və Hövsan qəsəbəsinə gəlib orada oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Bu zaman Hövsan qəsəbəsi, Qum adası yaşayış sahəsinə gəlib piyada gəzən zaman orada olan evlərdən birinin qarşısından keçən zaman həmin evdə işıq yanmadığını görüb evdə heç kimin olmadığını başa düşmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, evin həyət qapısını döymüşdür ki, evdə kimsə olmasını müəyyən etsin. Lakin bir neçə dəfə döysə də cavab verən olmamışdır. Bundan sonra orada heç kimin olmadığını başa düşmüş və hasara qalxıb həyətə düşmüşdür. Həyətdə bir qədər müxtəlif ölçülü dəmir borular və bir neçə qazan olduğunu görmüşdür. Bu zaman həyətdə mühafizə kamerası olduğunu görmüş, kameranı yerindən çıxarıb borular və qazanlarla birlikdə hissə-hissə çölə çıxarıb kənarda gizlətmişdir ki, səhər gəlib aparıb satsın. Bundan sonra evə gedib yatmış, səhəri gün gəlib gizlətdiyi həmin əşyaları götürmüş və aparıb Hövsan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə cəmi 170 manata satmışdır. Əldə etdiyi pulu da öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 07 oktyabr 2019-cu il tarixdə saat 18-19 radələri arası Binə qəsəbəsi Südçülük sovxozunda olmuşdur. Orada çoxsaylı təmir işləri aparılan və yaşayış olmayan mənzillər olmasını bilmişdir. Həmin mənzillərdən tikinti alətləri oğurlayıb sataraq pul əldə etmək fikrində olmuş, sovxozun ərazisində bir qədər gəzişdikdən sonra bir ev görmüş və həmin evdən oğurluq edə biləcəyini fikirləşmişdir. Evin ətrafını bir qədər gəzdikdən sora məlum olmuşdur ki, evdə heç kəs yoxdur. Bundan sonra ətrafda heç kəsin olmadığını dəqiqləşdirdikdən sonra qapının yanından həyətə düşmüşdür. Mənzilin pəncərəsinə yaxınlaşıb əli ilə bir neçə dəfə pəncərəni itələdikdə pəncərə açılmış və oradan içəri daxil olmuşdur. Evin içərisində olan hər yeri axtarmış, evdən 5 ədəd 100 manatlıq əsginas tapmış və cibinə qoymuşdur. Evin qonaq otağında olan televizoru yerindən çıxarıb üzərini dəsmal ilə bükərək evdən çölə çıxarmışdır. Sonra isə oradan uzaqlaşıb kimsəsiz bir evə gətirmişdir ki, səhəri gün satar. Gecəni həmin yerdə yatmış və səhər açıldıqda televizoru satmaq üçün O.Şabanov küçəsinə gətirmişdir. O.Şabanov küçəsində televizoru metal alğısatqısı məntəqəsində işləyən şəxsə özünə məxsus olmasını deməklə aldadıb 50 manata satmışdır. Əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Suraxanı rayonu ərazisində evlərdən oğurluq etməklə məşğul olur, belə ki, əlverişli şərait olduqda oğurluq etmiş və bu yolla pul əldə edib özünü saxlamışdır. Yaşamağa yer olmadığı üçün küçələrdə dayanacaqda və binaların zirzəmisində yatmışdır. 19 noyabr 2019-cu il tarixdə səhər saatlarında həyətinə çəkilmiş daş hasarın üzərinə 39 ünvanı yazılmış mənzildə heç kəsin olmadığını dəqiqləşdirmişdir. Belə ki, həmin mənzilin yaxınlığından keçən ev sahiblərinin evdən çıxıb getməsini görmüşdür. Həmin şəxslər evdən çıxarkən qapını bağlamışlar. Aydın olmuşdur ki, artıq evdə heç kəs yoxdur. Bir kənarda gizlənib ev sahiblərini seyr etmişdir. Onlar mənzildən uzaqlaşdıqdan sonra evin qarşısına gəlmiş və ətrafa nəzər salmışdır. Heç kəsin olmadığını görüb diqqət çəkməyərək daş hasardan həyətə düşmüş, həyətdə bir qədər axtarış apardıqdan sonra mənzilin pəncərəsini yerdən tapdığı daşla vurub sındırmışdır. Bundan sonra pəncərədən içəri daxil olmuş və evi axtarmışdır. Evin içərisində axtarış aparan zaman pullar tapmış və cibinə qoymuşdur. Sonra pəncərədən çölə çıxmış və oradan uzaqlaşmışdır. Yolla gələn zaman pulu saymış və 380 manat olmasını görmüşdür. Həmin pulla özünə siqaret, spirtli içki, yemək və digər əşyalar alaraq xərcləmişdir. Bundan sonra isə yenə də oğurluq etməkdə davam etmişdir. Bundan başqa 19 noyabr 2019-cu il tarixdə saat 15 radələrində Binə qəsəbəsi, Südçülük sovxozunda birmərtəbəli evin qarşısından keçən zaman oradan oğurluq etmək niyyətinə düşmüşdür. Mənzildə kimlərinsə olmasını dəqiqləşdirmək üçün giriş qapısını yerdən götürdüyü daşla vurub ev sahibini səsləmiş, ev sahibi çıxacağı halda ondan su istəyib sonuncu verən zaman çıxıb gedəcəkdi. Lakin evdən heç kəs çıxmamış, məlum olmuşdur ki, evdə heç kəs yoxdur. Bundan sonra evin küçəyə baxan pəncərəsinə yaxınlaşmışdır. Pəncərəni sındırmaq üçün yerdən dəmir tapmış, ilkin olaraq ətrafa baxmışdır ki, görən olmasın. Sakitlik olmasını görmüş və dəmir parçası ilə bir dəfə pəncərənin şüşəsini vurub sındırmışdır. Bundan sonra pəncərədən içəri daxil olmuş və evi axtarmağa başlamışdır. Evdən 20 manat pul tapmış və cibinə qoymuşdur. Həmin pulun az olmasını fikirləşmiş və evdəki bir ədəd “Samsung” markalı televizoru, bir ədəd perforatoru, iki ədəd dreli və bir ədəd qaynaq ütünü sellofan torbanın içərisinə qoyaraq mənzildən çölə çıxarmışdır. Həmin əşyaları götürüb O.Şabanov küçəsində olan məntəqəyə gətirmiş, məntəqədə televizoru almayacaqlarını fikirləşib televizoru gizlətmiş, digər əşyaları isə məntəqədə işləyən şəxsə özünə məxsus olmasını bildirməklə satmışdır. Məntəqədə işləyən həmin şəxsə özünü küçələrdə dəmir toplayan şəxs kimi təqdim etmişdir. Alətləri xatırlamadığı məbləğə sataraq oradan çıxıb getmiş, televizoru da özü ilə birlikdə götürüb Sabunçu rayonu ərazisində olan “Rus” deyilən bazara gətirmişdir. Bazarda televizoru özünə məxsus olmasını bildirməklə bir nəfər yaşlı kişiyə 30 manata satmışdır. Əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 19 oktyabr 2019-cu il tarixdə Qum adasında olan mənzillərə baxaraq bir kiçik tikili görmüş, həmin tikilinin yanında bir mərtəbəli ev olmuş, evdə adamlar olacağını fikirləşib kiçik tikilidən oğurluq etməyin daha asan olacağını fikirləşmişdir. 20 oktyabr 2019-cu il tarixə keçən saat təxminən 01 radələrində həmin yerin pəncərəsini açıb içəri daxil olmuşdur. Üzərində olan alışqanla içərini axtarmağa başlamışdır. Lakin içəridən qiymətli əşya tapa bilməmiş, yerdə olan sellofanlara baxdıqda içərisində geyimlər olmasını görmüşdür. Bir neçə ədəd sellofanlarda olan geyim əşyalarını götürüb pəncərədən çölə çıxmış və oradan uzaqlaşmışdır. Daima gecələri qaldığı kimsəsiz yaşayış olmayan evə gəlmişdir. Ora sellofanları açıb baxmış və içərisində geyimlər olmasını görmüşdür. Belə ki, köynək, şalvar, gödəkcə, mayka, gecəlik və digər geyimlər. Həmin geyimlərin bəzilərini geyinmiş, kiçik və böyük olanlarını isə yerə qoyub yatmaq üçün yerə və üzərini örtmək üçün istifadə etmişdir. Yararsız hala düşdükdə isə atmışdır. Bundan başqa 23 noyabr 2019-cu il tarixdə saat 12 radələrində Hövsan qəsəbəsi, Dənizkənarı küçəsinə gəlmişdir ki, orada olan mənzillərdən oğurluq etsin. 284 saylı evin qarşısından keçən zaman evinin küçəyə baxan qapısının üzərində qıfıl olmasını görmüş və həmin evdə heç kəsin olmamasını fikirləşmişdir. Ətrafda heç kəsin olmadığını görüb diqqət çəkməyərək daş hasardan həyətə düşmüş, mənzilin pəncərəsini əli ilə itələyib açmışdır. Bundan sonra pəncərədən içəri daxil olmuş və evi axtarmışdır. Evin içərisində axtarış aparan zaman bir ədəd laqunda və bir ədəd perforator tapmışdır. Həmin alətləri torbaya qoymuş, əşyaları sataraq pul az əldə edəcəyini fikirləşmiş və evdə axtarış aparmağa davam etmişdir. Evdən bir ədəd istilik qızdırıcısını da götürüb mənzildən çölə çıxmış və oradan uzaqlaşmışdır. Həmin əşyaları götürüb O.Şabanov küçəsində olan məntəqəyə gətirmiş, həmin əşyaları məntəqədə işləyən şəxsə özünə məxsus olmasını bildirməklə satmışdır. Məntəqədə işləyən şəxs onu küçələrdə dəmir toplayan kimi tanımışdır. Alətləri xatırlamadığı məbləğə sataraq oradan çıxıb getmişdir. Əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 22 noyabr 2019-cu il tarixdə saat 21 radələrində Hövsan qəsəbəsi, Zeytun bağlarına gəlmişdir ki, oğurluq etsin. Orada olan evləri nəzərdən keçirib qapısında qıfıl olan mənzilin qarşısında dayanmışdır. Həmin mənzilin ətrafını bir qədər seyr etmiş və sakitlik olmasını görmüşdür. Evin küçəyə baxan pəncərəsinin yanına gəlib əli ilə itələyib açmış və pəncərədən içəri daxil olmuşdur. Evin içərisində axtarış aparan zaman bir ədəd samovar, bir ədəd drel, bir ədəd laqunda və çoxsaylı açarlar tapmışdır. Həmin əşyaları götürüb üzərindəki torbanın içərisinə qoymuş və pəncərədən çölə çıxarmışdır. Çöldə torbanı çiyin nahiyəsinə qaldırıb İ.Rəhimov küçəsində olan metal qəbulu məntəqəsinə gətirmişdir. Həmin əşyaları məntəqədə işləyən şəxsə özünə məxsus olmasını bildirməklə xatırlamadığı məbləğə satmışdır. Əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 25 oktyabr 2019-cu il tarixdə saat 02 radələrində oğurluq etmək üçün yaşadığı evdən çıxmış və Hövsan qəsəbəsinə gəlib orada oğurluq etmək üçün ev axtarmışdır. Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yerləşən birmərtəbəli ev görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin hasarından həyətə düşmüşdür. Həyətdə olan qaraja yaxınlaşmış və yerdən tapdığı dəmir parçası ilə qarajın qapısının üzərində olan qıfılı sındıraraq qapını açmışdır. İçəri daxil olub qarajı axtarmış və orada olan bir ədəd kondisioner, bir ədəd paltaryuyan və bir ədəd elektrik aparatı görmüşdür. Həmin əşyaları tək-tək götürüb qarajdan çıxararaq çölə qoymuşdur. Bundan sonra həmin əşyaları gizlətmiş və evinə gedib yatmışdır. Səhəri gün tanımadığı taksi ilə gəlib oğurladığı əşyaları gizlətdiyi yerdən götürmüş və taksi ilə Sabunçu qəsəbəsində yerləşən bazara aparmışdır. Orada oğurladığı bir ədəd kondisioneri 50 manata, bir ədəd paltaryuyanı 45 manata və bir ədəd elektrik aparatını 10 manata tanımadığı şəxslərə satmışdır. Oğurluq yolu ilə əldə etdiyi 105 manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 23 noyabr 2019-cu il tarixdə saat 04 radələrində Hövsan qəsəbəsi, General Qılmanov küçəsində piyada gəzərək oğurluq etmək üçün yer axtaran zaman həmin küçədə 51 saylı ünvanda yerləşən kiçik ərzaq mağazasını görmüşdür. Bu zaman ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra mağazanın arxa qapısına yaxınlaşıb mağazanın köhnə taxta qapısını dartaraq açmış və həmin mağazaya daxil olmuşdur. Bu zaman mağazanın içərisində pul axtarmış və mağazanın piştaxtasının üzərində olan koridorun altından 80 manat pul tapıb götürmüşdür. Bundan sonra mağazadan bir neçə qutu saqqız, bir neçə ədəd vitrində olan ətir və bir neçə qutu müxtəlif siqaret götürmüşdür. Həmin əmlakları mağazadan götürdüyü sellofanın içərisinə yığmış və mağazaya daxil olduğu arxa qapıdan çölə çıxaraq oradan uzaqlaşmışdır. Oğurluq yolu əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Oğurluq yolu ilə əldə etdiyi siqaretləri, saqqızı və ətirləri özü istifadə etmişdir. Bundan başqa 07 dekabr 2019-cu il tarixdə saat 23 radələrində Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində keçən zaman yolun kənarında “OBA” adlanan mağaza olmasını görmüşdür. Həmin mağaza diqqətini çəkmiş və oradan oğurluq etmək qərarına gəlmişdir. Ətrafda hərəkət olduğundan gecə olmasını gözləmiş və saat 01-02 radələrində mağazanın arxasına keçmişdir. Mağazanın arxasında olan bağlı qapıya yaxınlaşmış, qapı olmuş, qapını özünə çəkib kilidini sındırmış və açmışdır. Qapı açıldıqda sanitar qovşaq olmasını görmüş, içəridə yerdən bir ədəd perforator tapmış, dərhal perforatoru götürüb oradan uzaqlaşdı. Perforatoru götürüb piyada İ.Rəhimov küçəsində olan məntəqəyə gətirmişdir ki, məntəqə açıldıqda satsın. Kənarda bir yer tapıb orada əyləşib səhərin açılmasını gözləmişdir. Səhər açıldıqda saat 08-09 radələrində məntəqəyə daxil olub orada işləyən şəxsə yaxınlaşıb perforatoru göstərib özünə məxsus olmasını bildirməklə satmışdır. Məntəqədə işləyən şəxs küçələrdə dəmir toplayan kimi tanımışdır. Alətləri xatırlamadığı məbləğə sataraq oradan çıxıb getmişdir. Əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 14 noyabr 2019-cu il tarixdə saat 23 radələrində Binə qəsəbəsi, yeni yaşayış massivinə gəlmişdir ki, oğurluq etsin. Orada olan evləri nəzərdən keçirə-keçirə işıqları yanmayan və qapısı bağlı olan evin qarşısında dayanmışdır. Ətrafı seyr etmiş və sakitlik olmasını görmüşdür. Əmin olmuşdur ki, həmin evdə heç kəs yoxdur. Evin pəncərəsini əli ilə itələyib açmış və pəncərədən içəri daxil olmuşdur. Evi axtarmış, evin içərisi təmirsiz və müxtəlif əşyalar olmuşdur. Evin içərisində yerə qoyulmuş iki ədəd laqunda, üç ədəd drel, bir ədəd perforator, elektrik naqili, 8 qutu şurup, bir ədəd çəkic, bir ədəd balta və bir ədəd metrə ölçəni götürüb kisəyə yığmışdır. Kisəni çiyin nahiyəsində çölə çıxarmış, həmin torbanı çiyin nahiyəsində oradan uzaqlaşdırmış və Hövsan qəsəbəsinə gəlib kimsəsiz evdə yatmışdır. Səhər açıldıqda həmin əşyaları götürüb İ.Rəhimov küçəsində olan məntəqəyə gətirmiş, həmin əşyaları məntəqədə işləyən şəxsə özünə məxsus olmasını bildirməklə satmışdır. Həmin alətləri xatırlamadığı məbləğə sataraq oradan çıxıb getmiş, əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 17 dekabr 2019-cu il tarixdə günorta saatlarında Qum adasında piyada gəzən zaman bir nəfər qadının evin qapısını bağlayaraq çıxıb getməsini görmüşdür. Məlum olmuşdur ki, həmin evdə heç kim yoxdur. Ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra evin həyətinə düşmüş və giriş qapısına yaxınlaşıb giriş qapısını itələyib açmış və içəri daxil olmuşdur. Evin içərisində olan əşyalarını axtardıqdan sonra mətbəxdən müxtəlif yeyəcəkləri, bir ədəd ət çəkən aparat, bir ədəd DVD aparatı, bir ədəd maqnitofon və bir ədəd televizoru götürüb qapının qarşısında yerə qoymuşdur. Yeyəcəkləri bir paketə, televizoru, maqnitofonu, DVD aparatını və televizoru isə böyük üzəridə olan kisəyə qoymuşdur. Evdən 93 manat pulda tapmış və pulu cibinə qoymuşdur. Oğurladığı əşyaları evdən çölə çıxarmış və uzaqlaşdırmışdır. Oğurladığı yemək məhsullarını yemiş və istifadə etmişdir. Digər əşyaları isə sökərək metal etmişdir ki, satsın. Həmin günü oğurladığı əşyaları O.Şabanov küçəsində və yaxud İ.Rəhimov küçəsində olan metal qəbulu məntəqəsində xatırlamadığı məbləğlərə satmışdır. Əldə etdiyi pulları isə xərcləmişdir. Bundan başqa 26 sentyabr 2019-cu il tarixdə saat 00 radələri olardı ki, Hövsan qəsəbəsində yaşayış olmayan evdə yatmış, həmin vaxt yuxudan oyanıb çölə çıxmış və oğurluq etmək haqqında fikirləşmişdir. Piyada Zığ qəsəbəsi Xanlar küçəsinə gəlmiş, Xanlar küçəsində iki mərtəbəli ev görmüş, həmin evin üzərindən orada təmir işləri getməsini və içərisində işıqların yanmasını görmüşdür. Mənzilin giriş qapısına yaxınlaşıb daş hasardan həyətə boylanmış, sakitlik olmasını görüb hasardan həyətə düşmüş, həyətdə bir qədər axtarış apardıqdan sonra heç nə tapmamış, evin pilləkəni ilə ikinci mərtəbəsinə qalxmış, yerdə tikinti alətləri olmuş, yerdə olan əşyaları yoxladıqda bir ədəd qara rəngli qabı içərisində üzərinə “Bosch” sözləri yazılmış perforator tapmışdır. Həmin perforatoru götürüb özü ilə birlikdə evdən çölə çıxarmış və oradan uzaqlaşdırmışdır. Hövsan qəsəbəsində yaşadığı kimsəsiz evə gəlmiş, gecəni orada yatıb səhər açıldıqda perforatoru götürüb satmaq üçün səhv O.Şabanov və ya İ.Rəhimov küçəsinə gətirmişdir. Orada metal alğı-satqısı məntəqəsində işləyən şəxsə özünə məxsus olmasını deməklə aldadıb perforatoru 50 manata satmışdır. Əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 03 yanvar 2020-ci il tarixdə saat 15 radələrində oğurluq etmək üçün ünvan 35 ünvanın qarşısından keçən zaman həmin ev diqqətini çəkmiş, belə ki, evin qapısının üzərində qıfılı olmuş, evdə heç kəsin olmadığını görüb oradan oğurluq etməyi qərarlaşdırmışdır. Mənzilin həyətyanı sahəsinə çəkilmiş daş hasardan həyətə düşmüş və evin pəncərəsinə yaxınlaşıb pəncərəni əli ilə itələyib açmışdır. Pəncərədən evə daxil olub axtarış aparmışdır. Evdə heç kəs olmamış, ev tam əşyalar ilə dolu olmuş, mənzildə olan termonun siyirməsini açıb oranı axtardıqda bir cüt qızıl sırğa, iki ədəd gümüş qolbaq, bir ədəd gümüş üzük, bir ədəd gümüş boyunbağı, bir ədəd sadə saat, 100 ABŞ dolları və 140 manat pul tapmışdır. Həmin pulları və digər zinət əşyalarını götürüb cibinə qoymuş və pəncərədən çölə çıxmışdır. Həmin günü oğurladığı əşyaları küçə ilə gələrkən bir nəfər şəxsə göstərib 150 ABŞ dollarına satmışdır. Həmin şəxsə zinət əşyalarının arvadına məxsus olmasını və arvadı xəstə olduğundan satdığını demişdir. O da inanaraq almışdır. Oğurladığı pulu və əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra isə yenə də oğurluq etməkdə davam etmişdir. 02 yanvar 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsində gecələməyə kimsəsiz ev axtarmışdır. Həmin vaxt küçədə VAZ-2104 markalı dövlət qeydiyyat nişanını sonu 583 olan avtomobil dayanmasını görmüşdür. Həmin avtomobilə yaxınlaşıb içərisinə baxmış və içərisində təmir alətləri olmasını görmüşdür. Həmin alətləri oğurlamaq qərarına gəlmiş, ətrafa baxmış və gecə olduğu üçün heç kəsin olmadığını görmüşdür. Avtomobilin qapıları və pəncərələri bağlı olmuş, həmin əşyaları oğurlamaq üçün yerdən böyük daş parçası götürmüş, daş parçası ilə avtomobili arxa sol qapısının üzərində olan şüşəsini vurub sındırmış, avtomobilin şüşəsindən əlini içəri salıb qapını açmışdır. Avtomobildən iki ədəd perforator və iki ədəd boru ütüsü götürüb oradan uzaqlaşmışdır. Həmin əşyaları heç kəsin olmadığı yerə gətirib orada gizlətmişdir. Özü də yaxınlıqda olan kiçik tikilməkdə olan evə daxil olub orada gecələmişdir. Səhər açıldıqda oğurladığı həmin əşyaları gizlətdiyi yerdən çıxarıb İ.Rəhimov küçəsində yerləşən metal qəbulu məntəqəsinə gətirmiş və orada işləyən şəxsə yaxınlaşıb özünə məxsus olmasını bildirməklə ümumilikdə 60 manata satmışdır. Əldə etdiyi pul vəsaiti ilə yemək, siqaret və digər əşyalar almışdır. Bundan başqa 23 yanvar 2020-ci tarixdə saat 02 radələrində oğurluq etmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivinə gəlmişdir. Orada kiçik işıqları yanmayan ev görmüş, evdə heç kəsin olmadığını dəqiqləşdirmiş və evin qapısının üzərindən həyətə düşmüşdür. Evin giriş qapısına yaxınlaşmış, evin qapısını açıb içəri daxil olmuş, ev tam təmirli olmamış və evin içərisində tikinti materialları olmuşdur. Evin işıqlarını yandırmış və dərhal söndürmüşdür. Evin işıq sistemini, yəni elektrik naqilinin bir neçə metrini sökərək toplamış, sonra evin içərisində olan taxta materialı, metalı və sökdüyü elektrik naqilini evin içərisində olan arabanın içərisinə qoyaraq həyətə çıxarmışdır. Evin həyətindəki qapını açıb həmin arabanı çölə çıxarmışdır. Sonra evə qayıdıb qapıları bağlayıb arabanı oradan uzaqlaşdırmışdır. Arabanı O.Şabanov küçəsinə gətirib üzərini sellofan ilə bağlamışdır ki, görən olmasın. Özü də yaxınlıqda gecələyib səhərin açılmasını gözləmişdir. Səhər açıldıqda arabanı sürüb O.Şabanov küçəsində yerləşən metal qəbulu məntəqəsinə gətirmiş və orada işləyən şəxsə yaxınlaşıb özünə məxsus olmasını bildirməklə ümumilikdə araba qarışıq 100 manata satmışdır. Əldə etdiyi pul vəsaiti ilə müxtəlif əşyalar almışdır. Bundan başqa 02 fevral 2020-ci il tarixdə pulum olmadığından saat 20 radələrində oğurluq etmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə gəlmiş, Hövsan qəsəbəsində kimsəsiz ev axtarmışdır ki, oğurluq etsin. 18 A ünvanda yerləşən mənzilin yanından piyada gedən zaman evin qapısının üzərində qıfıl olmasını görmüş və evdə heç kəsin olmadığını başa düşmüşdür. Bundan sonra mənzilin daş hasarından həyətə düşmüş, həyətə düşməzdən əvvəl ətrafa baxmışdır ki, görən olmasın. Heç kəsin olmadığını görmüş və həyətə düşmüşdür. Evin giriş qapısının şüşəsini təpiklə vurub sındırmış, evin içərisinə daxil olub axtarış aparmış, evdə olan əşyaları axtarmış və mənzildən iki ədəd xalça, bir ədəd samovar, bir ədəd su motoru, iki ədəd üst örtüyü və müxtəlif qab-qacaq dəstlərini götürüb iki ədəd torbaya qoymuşdur. Bundan sonra həmin əşyaları götürüb mənzilə daxil olduğu yerdən çölə çıxmış və oradan uzaqlaşmışdır. Gecə olduğu üçün həmin əşyaları kimsəsiz yerə aparıb gizlətmişdir. Özü də əşyaların yanında bir kənarda oturub siqaret çəkərək səhərin açılmasını gözləmişdir. Səhər açıldıqda səhər saatlarında həmin əşyaların bir qismini O.Şabanov küçəsində yerləşən metal qəbulu məntəqəsinə, bir qismini isə İ.Rəhimov küçəsində olan metal qəbulu məntəqəsinə gətirmiş və orada işləyən şəxslərə özünə məxsus olmasını bildirməklə müxtəlif məbləğlərə satmışdır. Əldə etdiyi pul vəsaiti ilə yemək, siqaret və digər əşyalar almışdır. Bundan başqa 20 fevral 2020-ci il tarixdə saat 02 radələrində oğurluq etmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda olmuşdur. Sovxozun ərazisində bir ev diqqətini çəkmiş və oradan oğurluq etmək qərarına gəlmişdir. Evin qarşısına gəlib evi seyr etmiş və evdə kimlərinsə olacağını fikirləşmiş, ona görə də evin həyətinə keçib həyəti axtardıqda hin görmüşdür. Hinin qapısını açıb içərisini üzərində olan alışqanın arxası ilə işıqlandırmış və içəridə çox sayda toyuqlar olmasını görmüşdür. Həyətdən küçədən tapdığı üç ədəd ağ kisənin içərisinə toyuqları qoyaraq çiyin hissəsinə qaldırıb oradan uzaqlaşdırmışdır. Toyuqları götürüb Hövsan qəsəbəsinə gətirmişdir. Gecəni Hövsan qəsəbəsində kimsəsiz sakit ərazidə gözləyib səhərin açılmasını gözləmişdir. Səhər açıldıqda küçələrdə gəzərək toyuqların özünə məxsus olmasını bildirməklə müxtəlif məbləğlərə satmışdır. Neçə ədəd toyuq oğurlamağımı bilməmiş, belə ki, toyuqları saymamış, əldə etdiyi pulla siqaret və yemək almışdır. Bundan başqa 30 yanvar 2020-ci il tarixdə saat 23 radələrində oğurluq etmək üçün Hövsan qəsəbəsi, Bağlar massivinə gəlmişdir. Bağlar massivində 2-3 saat gəzdikdən sonra bir evin qarşısında dayanmışdır. Həmin vaxt artıq saat 02 radələri olmaqla 01 fevral 2020-ci il tarixə keçmişdir. Həmin evin ətrafını gəzərək evdə heç kəsin olmadığını dəqiqləşdirmiş, evin küçəyə baxan pəncərəsinə yaxınlaşıb içərisinə baxmış və hərəkət olmamasını görmüşdür. Ətrafda gecə olduğu üçün heç kim olmamış, mənzilin pəncərəsini bir neçə dəfə vurub itələyərək açmış, pəncərədən içəri daxil olmuş və işıqları yandırmamışdır. Üzərində olan alışqanın arxasındakı işıq ilə evi axtarmışdır. Evdən bir ədəd noutbuk kompüteri tapmışdır. Başqa evdən qiymətli heç nə tapa bilməmişdir. Kompüteri sataraq pul az əldə edəcəyini fikirləşmiş və evdə olan açılıb-bağlanan yataq dəstlərindən və xalçalardan sellofan torbaya qoyaraq çiyin nahiyəsinə qaldırıb pəncərədən çölə çıxarmışdır. Evdən kompüterdən başqa 5 ədəd xalça, 4 ədəd yataq dəsti oğurlamışdır. Oğurladığı əmlakları götürüb Hövsan qəsəbəsində Bağlar massivində yerləşən kimsəsiz evə gətirmişdir. Gecəni orada yatmış və səhər açıldıqda yuxudan oyanmışdır. Oğurladığı əmlakları səhər tezdən yolla gələn zaman tanımadığı şəxsə evinin əşyaları olmasını bildirməklə ümumilikdə 200 manata satmışdır. Əldə etdiyi pulla narkotik vasitə almışdır. Bundan başqa 12 fevral 2020-ci il tarixdə saat 20 radələrində H.Quliyev küçəsindən piyada getmişdir. Həmin vaxt narkotik vasitənin təsiri altında olmuş, xatırlamadığı ünvanda yerləşən evin 1-ci mərtəbəsində zirzəmi olmasını görmüşdür. Həmin zirzəmidən oğurluq etmək niyyətinə düşmüşdür. Belə ki, evdə kimlərinsə olcağını və tutacaqlardan qorxduğu üçün zirzəmidən oğurluq etməyin daha münasib olacağını güman etmişdir. Zirzəminin qapısını açıb içəri daxil olmuş, zirzəmi dolu olmuş, orada olan əşyalardan seçib sata biləcəyi əşyaları kisələrə doldurmuşdur. Belə ki, zirzəmidən bir ədəd dəmir kəsən aparat, bir ədəd çivi tapança, iki ədəd perforator, iki ədəd drel, bir ədəd elektropila, bir ədəd urvin, 35 ədəd şiş, 4 ədəd saç feni və bir ədəd daş feni götürmüşdür. Həmin əşyaları kisələrdə çölə çıxarmış və oradan uzaqlaşdırmışdır. Oğurladığı əşyaları Hövsan qəsəbəsində mütəmadi olaraq gecələdiyi evə gətirmiş, orada yatıb səhər açıldıqda oğurladığı əşyaları götürüb O.Şabanov küçəsindəki metal qəbulu məntəqəsinə gətirmiş və orada sataraq xatırlamadığı məbləğdə pul əldə etmişdir. Əldə etdiyi pulla narkotik vasitə, siqaret və digər əşyalar almışdır. 07 avqust 2019-cu il tarixdə saat 2 radələrində Zığ qəsəbəsi H.Allahverdiyev küçəsi 66 B ünvanın qarşısından keçən zaman bir mərtəbəli yaşayış evi görmüş və oradan oğurluq etməyə planlaşdırmışdır. Mənzilin içərisində işıqları yanmamış, mənzilin daş hasarından həyətə düşmüş və evin qapısını açaraq içəri daxil olmuşdur. Evin giriş hissəsində olan bir ədəd perforatoru götürüb mənzilə daxil olduğu yerdən çölə çıxmış və oradan qaçıb getmişdir. Perforatoru götürüb İ.Rəhimov küçəsində olan metal qəbulu məntəqəsinə gətirmiş, lakin gecə olduğu üçün məntəqə bağlı olmuşdur. Ətrafda dayanıb səhər açılmasını gözləmiş və səhər açıldıqda məntəqəyə daxil olub perforatoru 30 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 04 mart 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağçılıq massivində 307 rəqəmləri yazılmış evin qapısının üzərində qıfıl olmasını görmüşdür. Məlum olmuşdur ki, evdə heç kəs yoxdur. Bundan sonra o, ətrafa baxıb heç kəsin olmadığını görüb daş hasardan həyətə düşmüşdür. Məqsədi evdən oğurluq etmək olmuş, evin həyətində olan qapını arxadan bağlamışdır ki, ev sahibləri gəldikdə mənzilə daxil ola bilməsinlər. Həyətdə olan pəncərəyə yaxınlaşmış və pəncərənin üzərindəki dəmir barmaqlığın bir hissəsini sındırmış və yerə atmışdır. Evin pəncərəsindən içəri girmiş və axtarış aparmışdır. Evdə pul və qiymətli əşya axtarmış, lakin mənzildən pul və qızıl tapa bilməmişdir. Mənzildə olan iki ədəd xalça, bir ədəd samovar, bir ədəd su motoru, iki ədəd üst örtüyü və qab-qacaq dəstlərinin bir qismini götürüb kisəyə yükləmişdir. Kisəni çiyin nahiyəsinə qaldırıb evə daxil olduğu pəncərədən çölə çıxarmışdır. Oradan uzaqlaşıb O.Şabanov küçəsində olan metal qəbulu məntəqəsinə gəlmiş, oğurladığı bir ədəd samovar və bir ədəd su motorunu məntəqədə işləyən tanıdığı şəxsə özünə məxsus olmasını bildirməklə satmışdır. Xalçaları, üst örtüyünü və qab-qacaq dəstlərini isə tanımadığı şəxsə yolla gələn zaman satmışdır. Həmin əşyaları hansı məbləğə satmağını xatırlamamışdır. Əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 18 mart 2020-ci tarixdə saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsinə gəlmiş, Baxça küçəsində oğurluq etmək üçün yaşayış olmayan ev axtarmışdır. 48 saylı ünvanda yerləşən mənzildə heç kəsin olmadığını dəqiqləşdirmiş və ətrafda baxıb heç kəsin olmadığını görüb mənzilin daş hasarının üzərinə çıxıb həyətə düşmüdür. Evin pəncərəsinə yaxınlaşıb pəncərəni əli ilə açmış və oradan evin içərisinə daxil olmuşdur. Evin içərisi tam dolu olmamış, başa düşmüşdür ki, evdə yaşayış yoxdur. Həmin mənzildə pul və qiyməti əşya olmayacağını fikirləşib yerdə olan 04 ədəd təkərləri diskləri ilə birlikdə götürüb evdən həyətə çıxarmışdır. Həyətdə yerdən ip və mis naqil tapıb təkərləri biri-birinin üzərinə qoyub bağlamış, sonra evə qayıdıb evdə olan digər otağa daxil olmuş, həmin otaqda bir ədəd velosipedi də götürmüş və həyətə çıxarmışdır. Diski təkərləri velosipedin arxasına bağlayaraq əli ilə velosipedi hərəkət etdirib O.Şabanov küçəsinə gəlmişdir. Orada kimsəsiz bir yerdə dayanıb səhərin açılmasını gözləmiş, səhər açıldıqda saat 11 radələrində diski təkərləri metal qəbulu məntəqəsinə aparıb orada işləyən tanıdığı şəxsə özünə məxsus olmasını bildirməklə 100 manata satmışdır. Velosiped isə Hövsan qəsəbəsində yolla gələn zaman bir nəfər təxminən 27-28 yaşlarında kişiyə 50 manata satmışdır. Əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 03 fevral 2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda olmuş, orada bir mənzilin yanından keçən zaman içərisində işıqların yanmamasını və qapısında qıfıl olmasını görmüşdür. Aydın olmuşdur ki, həmin evdə kimlərsə yoxdur. Oradan asanlıqla oğurluq edə biləcəyini düşünmüş və ətrafa baxıb heç kəsin olmadığını görüb evin həyətinə düşmüşdür. Evin həyətində olan pəncərəsinə yaxınlaşıb üzərində olan dəmir barmaqlığına güc tətbiq edərək yerindən çıxarmışdır. Pəncərənin şüşəsini üzərində olan buraçanla çıxarmış və pəncərədən içəri daxil olub evdə axtarış aparmışdır. Ev yarım təmirli olmuş, evdə tavanın üzərində təmir alətləri olmasını görmüş, həmin əşyaları üzərində gəzdirdiyi kisənin içərisinə yığmış və evdən çölə çıxarmışdır. Həmin mənzildən iki ədəd drel, iki ədəd perforator, iki ədəd laqunda, bir ədəd açar dəstini oğurlamışdır. Həmin əşyaları götürüb oradan uzaqlaşmışdır. Gecə olduğu üçün həmin əşyaları hara apara biləcəyini fikirləşmiş, əşyaları O.Şabanov küçəsinə gətirib orada tanıdığı yaşayış olmayan evə qoymuş, özü də gecəni orada qalıb səhəri açıldıqda əşyaları götürüb metal qəbulu məntəqəsinə aparıb orada işləyən tanıdığı şəxsə özünə məxsus olmasını bildirməklə 75 manata satmışdır. Əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 25 mart 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış sahəsində kimsəsiz ev axtarmışdır ki, oğurluq etsin. Həmin vaxt içərisində işıqları yanmayan və giriş qapısının üzərində qıfıl olan mənzil görmüşdür. Həmin evdə heç kəsin olmamasını dəqiqləşdirmiş və ətrafa baxıb yerdən böyük daş tapıb evin hasarının yanına gətirmişdir. Həmin daşın üzərinə çıxaraq həyətə düşmüşdür. Həyətə düşdükdən sonra evə girməyə yer axtarmış, evin plastikdən olan pəncərəsinə yaxınlaşıb pəncərəni itələyib açmış, pəncərədən içəri daxil olub evdə axtarış aparmış, evdən bir ədəd televizoru, bir ədəd kabel televiziyası aparatı, bir ədəd tozsoranı, bir ədəd ütünü və bir ədəd kombi aparatını götürüb pəncərədən tək-tək çölə çıxarıb həyətdə yerə yığmışdır. Həmin əşyaları kisənin içərisinə yığıb çiyin nahiyəsinə qaldırıb hasardan çölə çıxarmışdır. Gecə olduğu üçün oğurladığı əşyaları yaxınlıqda tikilməkdə olan evə gətirmişdir ki, gecəni orada gecələsin. Səhər açıldıqda əşyaları satar. Səhər açıldıqda oğurladığı əşyaları İ.Rəhimov və ya O.Şabanov küçəsində olan metal alğı-satqısı məntəqəsinin yanına gətirmişdir. Saat təxminən 10 radələrində məntəqənin içərisində olan tanıdığı şəxsə yaxınlaşmış və əşyaları göstərib özünə məxsus olmasını bildirməklə yararsız kimi xatırlamadığı məbləğə satmışdır. Əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 15 aprel 2020-ci tarixdə saat 23 radələrində ünvan 31 ünvanda yerləşən mənzilin qarşısında dayanıb bir neçə dəqiqə mənzili seyr etmiş, evdə hərəkətsizlik olmasını gördükdən sonra qapıya yaxınlaşmış və ətrafa baxmışdır. Həmin mənzildən oğurluq etmək istəmişdir. Mənzilin arxa hissəsinə gəlmiş, heç kəs olmadığı üçün rahatlıqla evin arxa hissəsində olan daş hasardan həyətə düşmüş, mənzilin arxasında olan iki ədəd pəncərəsi olmuş, həmin pəncərələrin üzərində dəmir barmaqlığı olmuş, pəncərənin dəmir barmaqlığını yerindən çıxarıb yerə atmış, lakin pəncərəni aça bilməmiş, pəncərənin şüşəsinin sındırmaq istəmiş, lakin səs-küy yaranacağını fikirləşmiş, ona görə də ikinci pəncərəyə yaxınlaşıb üzərində olan dəmir barmaqlığı çıxarıb yerə atmış, həmin pəncərəni itələyib açmış və içəri daxil olmuşdur. İçəri də olan əşyaları yoxlamış, mənzildən bir ədəd kondisioner, bir ədəd televizor, bir ədəd televizor altlığı və bir ədəd krosna antenasını götürüb evin qarşısına çölə qoymuşdur. Cibində olan kisəni çıxarıb açmış və həmin əşyaları iki ədəd kisəyə qoymuşdur ki, görünməsin. Həmin əşyaları evdən çölə çıxarıb O.Şabanov küçəsində olan metal qəbulu məntəqəsinin yaxınlığına gətirmiş, lakin məntəqə bağlı olduğundan gecəni küçədə qalmalı olmuş, gecəni küçədə keçirib səhər açıldıqda saat 20 radələrində metal qəbulu məntəqəsinə daxil olub oğurladığı əşyaları məntəqədə daima əşyaları satdığı şəxsə özünə məxsus olmasını bildirməklə xatırlamadığı məbləğə satmışdır. Əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyaclarına xərcləmişdir”. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ünvan 32 ünvanda yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Bundan başqa ünvan 36 ünvanda yerləşən ikimərtəbəli evi var, lakin orada təmir işləri aparıldığından yaşayış yoxdur. Mütəmadi olaraq həmin gedib nəzarət edirdi. 26 may 2020-ci ildə oğlu ilə birlikdə yaşadığı mənzildən çıxıb həmin evə getmiş, çatdıqda görmüşdür ki, plastik pəncərənin üzərindəki barmaqlıq aralanıb. Məlum oldu ki, evə kənar şəxslər daxil olub pəncərəni dəmir alətlə yararsız hala salıblar. Evin içərisinə daxil olub əşyalara baxmışdır ki, evdən oğurlanan əşyaları dəqiqləşdirsin. Həmin vaxt aşkar etdi ki, evin içərisindən 62 metr uzunluğunda 230 manat dəyərində elektrik naqili oğurlanıb. Bundan sonra evin zirzəmisinə daxil olub oraya da baxdı. Zirzəmidən də bir ədəd 85 manat dəyərində su nasosunun oğurlanmasını gördü, evdən başqa heç bir əşya oğurlanmamışdır. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ünvan 34 ünvanda yerləşən mənzildə kirayədə yaşayır. 05 iyun 2020-ci il tarixdə səhər saatlarında işdən çıxıb anasının yaşadığı mənzilə gəlmişdir. Yaşadığı mənzilin qapı və pəncərələrini isə bağlamışdır. 06 iyun 2020-ci il tarixdə səhər saat 10 radələrində anasının evindən çıxıb öz yaşadığı evə getdi. Yaşadığı evin qarşısına gəldikdə qapının üzərinə vurduğu kilidin sındırılmasını gördü. Bundan şübhələndi və qapını açıb içəri daxil oldu. Evin içərisinə daxil olduqda əşyaların dağıdılmasını gördü. Məlum oldu ki, evdə olmadığı müddətdə mənzilə kənar şəxslər daxil olub. Evdəki əşyalarını yoxladı və müəyyən etdi ki, özünə məxsus bir ədəd “Playstation” aparatı və iki ədəd pultları oğurlanıb. Dərhal ərazinin sahə müvəkkilinə zəng edərək hadisə barədə məlumat verdi, bir neçə dəqiqə keçdikdən sonra yaşadığı evə polis əməkdaşları gəldilər. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 03 iyun 2020-ci il tarixdə saat 15 radələrində ailəsi ilə birlikdə kirayə yaşadığı evdən atasının evinə qonaq getmiş və iki gün orada qalmışdır. 05 iyun 2020-ci il tarixdə saat 18 radələrində kirayə yaşadığı mənzilə gələn zaman evin qapısının qıfılının sındırıldığını gördü. Evin ətrafını nəzərdən keçirdi və gördü ki, bir ədəd həyətdə hamamın içərisinə yerləşdirilmiş dəyəri 50 manat olan su qızdırıcısı yerindən çıxarılıb və aparılıb. Bundan sonra evə daxil olduqda isə evin içərisinin dağıdılmasını gördü. Arvadı ilə birlikdə evi nəzərdən keçirtdi və məlum oldu ki, evə daxil olan şəxs iki ədəd ümumi dəyəri 300 manat olan yataq dəsti, dəyəri 40 manat olan içərisində 06 ədəd stəkan və nəlbəkidən ibarət dəst, bir ədəd dəyəri 40 manat olan şüşə qab, bir ədəd dəyəri 70 manat olan “HTC” markalı mobil telefonu və bir ədəd dəyəri 100 manat olan “Sony” markalı mobil telefonu oğurlamışdır. Həmin hadisə nəticəsində ümumilikdə 590 manat dəyərində maddi ziyan vurulmuşdur. Həmin gün artıq gec olduğunu fikirləşdi və polisə müraciət etmədi. 07.06.2020-ci il tarixdə polisdən zəng edərək məlumat verdilər ki, yaşadığı evdən oğurluq edən şəxsi tutublar. Ona görə də Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə gedib ərizə ilə müraciət etdi. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, ünvan 37 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev 4 otaqdan və bir mətbəxdən ibarətdir. 04 dekabr 2019-cu il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxaraq bacısının yaşadığı evə getdi. Evdən çıxıb gedərkən evin qapılarını və pəncərələrini bağladı. 3 gün müddətinə bacısının yaşadığı evdə qaldı. 07 dekabr 2019-cu il tarixdə saat 21:45 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evə qayıtdı. Yaşadığı evə çatdıqda qapını açıb içəri daxil oldu. İçəri daxil olduqda evin içərisində olan əşyaların tamamilə dağıdılmasını və yerə tökülməsini gördü. Evin damına baxdıqda gördü ki, evin damı sındırılmışdır. Məlum oldu ki, evdə olmadığı müddətdə evin damını sındıraraq kənar şəxslər evə daxil olmuşlar. Bundan sonra evdə olan əşyalara baxdıqda yataq otağında divarda olan bir ədəd 450 manat dəyərində kondisioner və 150 manat dəyərində qadın toy geyiminin oğurlanmasını aşkar etdi. Bundan dərhal sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdi. Bir qədər sonra yaşadığı mənzilə polis əməkdaşları gəlib baxış keçirib fotoşəkillər çəkdilər. Həmin günü baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ərizə ilə müraciət etdi. Sonradan yaşadığı evə daha dəqiq baxdıqda bir ədəd 390 manat dəyərində “Asus” markalı noutbuk kompüteri, bir ədəd 250 manat dəyərində “Panasonic” markalı fotoaparat, ümumilikdə dəyəri 150 manat olan bir ədəd boyunbağı, bir ədəd üzük, bir cüt sırğa və bir ədəd qolbaq gümüş dəst, bir ədəd 150 manat dəyərində gümüş saat və 140 manat dəyərində “Tous” markalı ətrin oğurlanmasını müəyyən etdi. Evə daxil olan şəxslər evin tavan hissəsini sındıraraq ona 300 manat maddi ziyan vurublar. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində bildirmişdir ki, təmir tikinti işləri ilə məşğul olurdu, təmir tikinti işləri ilə məşğul olduğundan özünə məxsus tikinti avadanlıqları var. Yaşadığı ev birmərtəbəlidir və evin pəncərəsində dəmir barmaqlığı var. Yaşadığı evdə müşahidə kameraları yoxdur. Evi 4 otaqdan ibarətdir, evinin çöl tərəfdə dəmir darvazası var, evinin tikilisinin qarşısında həyəti olmaqla həyətdə tikili yoxdur. 19 noyabr 2019-cu il tarixdə saat 14:15-dən həmin gün saat 16:30-dək olan müddət ərzində yaşadığı evdə heç kim olmayıb. Belə ki, özü işdə, ailə üzvləri isə qayınatasının evində olmuşdur. Həmin gün saat 14:15-də yaşadığı evə gəlib qapını açıb həyətə daxil olduqda pəncərənin açıq olmasını gördü. Fikirləşdi ki, evdə heç kəs yoxdur, pəncərə nə səbəbə görə açıqdır. Lakin güman etdi ki, yəqin həyat yoldaşı pəncərəni açıb. Evin qapısını açıb içəri daxil olduqda evdə olan əşyaların dağıdılmasını və yerə tökülməsini gördü. Məlum oldu ki, evdə olmadığı müddətdə kənar şəxslər evə daxil olaraq mənzildən oğurluq ediblər. Evdən hansı əşyalarının oğurlanmasını bilmək üçün əşyalarını yoxladı. Evdən 20 manat pul, bir ədəd 130 manat dəyərində perforator, bir ədədinin dəyəri 70 manat olan 140 manat dəyərində iki ədəd drel və bir ədəd 110 manat dəyərində ütünün oğurlamasını aşkar etdi. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdi. Bir neçə dəqiqə keçdikdən sonra yaşadığı evin qarşısına polis əməkdaşları gəldilər və iştirakı ilə mənzilə baxış keçirib fotoşəkillərini çəkdilər. Bundan sonra ərizə ilə müraciət etdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 Qarakişi oğlu ifadəsində bildirmişdir ki, yaşadığı evin yaxınlığında özünə məxsus tikili vardır və həmin tikilidən anbar kimi istifadə edir. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin yaşadığı evin həyətində olan həmin anbarın içərisində satlıq geyim əşyaları saxlayır və həmin əşyaları sataraq qazanc əldə edir. Həmin anbarın giriş qapısı daim bağlı olur və açarları yalnız özündə olur. 20 oktyabr 2019-cu il tarixdə saat 07 radələrində yuxudan oyanıb həyətə çıxdı və anbara tərəf baxdıqda pəncərənin açıq olmasını gördü. Anbara yaxınlaşıb qapını açıb içəri daxil oldu və içəridə olan geyim əşyalarının yerində olmadığını gördü. Məlum oldu ki, gecə kənar şəxslər pəncərədən anbara daxil olub geyimləri oğurlayıb. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat verdi. Bir neçə dəqiqə keçdikdən sonra evə polis əməkdaşları gəldilər və iştirakı ilə mənzilə baxış keçirib fotoşəkillərini çəkdilər. Bundan sonra ərizə ilə müraciət etdi və hadisə barədə izahatı alındı. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində bildirmişdir ki, 2 il əvvəl yeni ev tikdirirdi. Evin içərisində əşyalar və kombi sisteminin bir hissəsi var idi. O, evə gedib nəzarət edən zaman evin qapısının və pəncərəsinin açıq olmasını gördü və başa düşdü ki, evdən oğurluq olunub. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində bildirmişdir ki, üç il müddətdir ünvan 19 ünvanda yerləşən “OBA” adlanan mağazada usta işləyir. 05 dekabr 2019-cu il tarixdə işə işləmək üçün gəlmişdir. 07 dekabr 2019-cu il tarixdə həmin mağazada görüləcək işlərini yekunlaşdırdı və özünə məxsus istifadə etdiyi əşyaları mağazanın arxasındakı qapısı bağlı olan sanitar qovşağa qoydu. Sanitar qovşağın qapısını bağlayıb açarlarını mağazada işləyən satıcıya verdi. 08 dekabr 2019-cu il tarixdə günorta saatlarında yenidən işləmək üçün həmin mağazaya gəldi. Sanitar qovşağın qapısını açıb içəri baxdıqda özünə məxsus bir ədəd 900 manat dəyərində “Bosch” markalı perforatorun yerində olmadığını gördü. Bundan sonra Suraxanı rayon Polis İdarəsinə gedib baş vermiş hadisə barədə məlumat verdi və ərizə ilə müraciət etdi. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 Məmmədalı oğlu ifadəsində bildirmişdir ki, arvadı və o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə nəzarət edən 73 saylı MKTB-də fəhlə işləyirlər. Ona görə də arvadı ilə hər gün səhər saatlarında yaşadığı evdən çıxıb və axşam saatlarında evə gəlirlər. 17 dekabr 2019-cu il tarixdə saat 13 radələrində arvadı evə gəlmişdir. Həmin vaxt evdə heç bir problem olmamışdır. Həmin gün saat 16:30 radələrində işdə olduğu zaman arvadı mobil telefonla zəng edərək saat 15:30 radələrində evdən çıxıb bacısının evinə getməsini və bir saatdan sonra evə qayıtdıqda evdən oğurluq olmasını aşkar etdiyini bildirdi. Bundan sonra evə gəldi və evdən bir ədəd 500 manat dəyərində “LG” markalı televizor, bir ədəd 40 manat dəyərində maqnitafon, bir ədəd 80 manat dəyərində DVD aparatı, mətbəxdən bir ədəd 10 manat dəyərində bir kiloqram “Kalinka” markalı yağ, 6 manat dəyərində bir ədəd “Səba” toyuq, hər biri iki manat dəyərində olan bir ədəd “Final”, bir ədəd “Beta” markalı çaylar, 100 manat dəyərində “Geepas” markalı ət çəkən maşın, bir ədəd 4 manat dəyərində saç şampunu, bir qutu 3 manat dəyərində “Arko” markalı sabun, yataq otağında olan əl çantasının içərisindən 93 manat pulu vəsaitini, qonaq otağından şəxsiyyət vəsiqələrinin oğurlanmasını aşkar etdi. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi və bir qədər sonra yaşadığı evə polis əməkdaşları gəldi. Polis əməkdaşları mənzilə baxış keçirmiş və ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 845 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 Veys oğlu ifadəsində bildirmişdir ki, 2020-ci ilin sentyabr ayında yaşadığı mənzildə təmir işləri aparırdı. 2015-ci ilin əvvəllərində Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində olan bazardan 800 manata bir ədəd özünə “Bosch” markalı perforator almışdır. Rəsmi olaraq heç bir dövlət orqanında işləməsə də, təmir-tikinti işləri ilə məşğul olurdu. 24 sentyabr 2020-ci il tarixdə ünvan 38 ünvanda yerləşən evində işləyib qurtardıqdan sonra axşam saatlarında çıxıb getdi. 26 sentyabr 2020-ci il tarixdə səhər saatlarında evinə gəldi ki, işlərini bitirsin. Həmin vaxt evinin ikinci mərtəbəsinə qalxıb perforatoru götürmək istədikdə yerində olmadığını gördü. Evinin hər bir tərəfini axtardı, lakin perforatoru tapa bilmədi. Məlum oldu ki, evdə olmadığı müddətdə kənar şəxs evə daxil olub perforatoru oğurlayıb. Bundan dərhal sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdi. Bir qədər sonra yaşadığı mənzilə polis əməkdaşları gəlib baxış keçirib fotoşəkillər çəkdilər. Həmin günü o, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ərizə ilə müraciət etdi. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zərərçəkmiş şəxs14 küçəsi, ev 5B, mənzil 36-da qeydiyyatdadır, lakin 10 ildən artıqdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ev 22-də yaşayır. Yaşadığı ev birmərtəbəlidir, evin pəncərəsində dəmir barmaqlığı əvvəllər olmayıb, lakin sonradan pəncərələri dəmir barmaqlıq düzəltdirmişdir. Yaşadığı evdə müşahidə kameraları olmayıb. Evi 3 otaqdan ibarətdir, evinin çöl tərəfdə dəmir darvazası vardır, evinin tikilisinin qarşısında həyəti olmaqla həyətdə bir hamam və bir sanitar qovşaq inşa etdirmişdir. 03 yanvar 2020-ci il tarixdə saat təxminən 12:30 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxaraq qohumum gilə getmişdir. Evdən çıxıb gedərkən evin qapı və pəncərələrini bağlamışdır. Həmin günü saat 19 radələrinə qədər evə gəlmədi. Saat 20 radələrində yaşadığı evə gəldi. Həyətdə olan dəmir qapını açıb içəri həyətə daxil oldu, həyətə daxil olduqda evin pəncərəsinin açıq olmasını gördü. Bundan şübhələndi ki, pəncərə bağlı olub, necə ola bilər ki, açıqdır. Qapını açıb evin içərisinə daxil oldu, içəri daxil olduqda evdə olan əşyaların dağıdılmasını və yerə tökülməsini gördü. Məlum oldu ki, evdə olmadığı müddətdə kənar şəxslər evə daxil olaraq mənzildən oğurluq ediblər. Evdən hansı əşyalarının oğurlanmasını bilmək üçün əşyalarını yoxladıb. Evdən bir cüt 150 manat dəyərində sırğa, iki ədəd 58 manat dəyərində gümüş qolbaq, 20 manat dəyərində bir ədəd gümüş üzük, bir ədəd 25 manat dəyərində gümüş boyunbağı, bir ədəd 10 manat dəyərində saat, 100 ABŞ dolları və 140 manat pul vəsaitini oğurlamasını aşkar etdi. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdi. Bir neçə dəqiqə keçdikdən sonra yaşadığım evin qarşısına polis əməkdaşları gəldilər və iştirakı ilə mənzilə baxış keçirib fotoşəkillərini çəkdilər. Bundan sonra ərizə ilə müraciət etdi. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində bildirmişdir ki, ünvan 39 ünvanda yerləşən mağazası var və orada işləyir. Həmin mağazada özündən başqa heç kim işləmir. Mağazada yalnız müxtəlif növ ətirlər, bəzək əşyaları və bijuteriya məmulatları satılır. Mağazanın yalnız bir qapılıdı, həmin qapı şüşədən və küçə tərəfdə, yəni girişdə yerləşir. Hər gün mağazanı səhər saat 09 radələrində açıb axşam saat 20 radələrində bağlamışdır. Mağazanın içərisində və çöl tərəfində müşahidə kameraları olmayıb. Mağazanın gecələr nəzarətçisi də olmayıb. Son zamanlar Respublikanın ərazisində geniş yayılmış virus epidemiya xəstəliyi ilə əlaqədar mağazanı bağlandı, yalnız onlayn işləmişlər, belə ki, sifarişləri qəbul edib ünvanlara çatdırırdı. 02 fevral 2020-ci il tarixdə mağazanın qarşısına gəldi. Mağazanın qarşısına çatdıqda giriş qapısının şüşəsinin sındırılmasını gördü. Dərhal qapını açıb içəri baxdı və gördü ki, içəridə olan əşyalar oğurlanıb. Məlum oldu ki, gecə mağazaya kənar şəxs daxil olub. Mağazadan nələrin oğurlanmasını bilmək üçün əşyalarına baxdı və aşkar etdi ki, özünə məxsus mağazada olan bütün ətirlər və bijuteriya əşyaları oğurlanıb. Bundan sonra dərhal Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəldi və bu barədə ərizə ilə müraciət etdi. Sonra polis əməkdaşları ilə mağazaya gəldilər. Polis əməkdaşları protokol tərtib edib mağazanın fotoşəkillərini çəkdilər. Mağazadan oğurlanmış əşyaların hamısı özünə məxsus idi. Mağazadan bijuteriya bir cüt yaşıl rəngli qaşları olan sırğa, bir cüt sarı rəngli sırğa, bir cüt dairəvi formalı sırğa, bir cüt nazik dairəvi formalı sırğa, bir ədəd boyunbağı, bir ədəd qara rəngli kulonlu boyunbağı, bir ədəd ay formasında kulonu olan boyunbağı, bir ədəd üzərində müxtəlif daşlar olan boyunbağı, bir ədəd kulonlu boyunbağı, bir ədəd üzük və müxtəlif növ qablarda ətirlər oğurlanıb. Lakin ətirlərin növünü bilməmişdir. Mağazadan yalnız göstərdiyi əmlakı oğurlanmışdır. Bundan başqa heç bir əşyalar oğurlanmayıb. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 400 manat miqdarında maddi ziyan dəyib. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi 11 saylı evin 77 nömrəli mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evin altında olan zirzəmini saxlanc yeri kimi istifadə edir və təmir-tikinti alətlərini orada saxlayır. 12 dekabr 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı evin altında olan zirzəmisinin qapısını açıb içəri daxil oldu və oradan özünə məxsus əşyaları götürmək istədi. Lakin orada olan bir ədəd dəmir kəsən aparat, bir ədəd “Hilti GX 120” markalı çivi tapança, iki ədəd perforator, iki ədəd drel, bir ədəd elektropila, bir ədəd urvin, 35 ədəd şiş, 4 ədəd saç feni, bir ədəd daş fenini və digər xatırlamadığı əşyaların orada olmadığını gördü. Həmin əşyaları zirzəmidə axtarsa da tapa bilmədi. Məlum oldu ki, həmin əşyaları zirzəmidən naməlum şəxs və ya şəxslər oğurlayıblar. Bundan dərhal sonra Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə zəng edərək bu barədə məlumat verdi. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəldilər və iştirakı ilə baxış keçirib fotoşəkillərini çəkdilər. Bundan sonra ərizə ilə müraciət etdi. Zirzəmidən oğurlanmış əşyaların hamısı özünə məxsus idi. Həmin əmlaklarının dəyəri ümumilikdə 4.000 manat təşkil edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs30 ifadəsində bildirmişdir ki, 05 avqust 2019-cu il tarixdə saat 17-18 radələrində tikinti materialları mağazasından evində təmir işləri aparılması məqsədilə 800 manat dəyərində perforator almışdır. Növbəti gün saat 03 radələrində özü və ailə üzvləri evdə yatmışlar. Saat 05 radələrində arvadı namaz qılmaq üçün yuxudan oyanan zaman işıqları yandırdı. Həmin vaxt evə qoyduğu perforatorun oğurlanmasını aşkar etdi. İlkin olaraq mənzilindən bir ədəd perforatordan başqa heç bir əmlakının oğurlanmayıb. Baş vermiş həmin hadisə nəticəsində ona 700-800 manat maddi ziyan dəyib. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs32 ifadəsində bildirmişdir ki, ünvan 40 ünvanda evi var. Həmin evdə yaşayış yoxdur, lakin mütəmadi olaraq ora gedib nəzarət etmişdir. 14 mart 2020-ci il tarixdə saat 15 radələrində sonuncu dəfə həmin evdə olan zaman bütün əşyalarının yerində olmasını aşkar etdi. 18 mart 2020-ci il tarixdə saat 20 radələrində nəzarət etmək üçün həmin evinə gəldi. Evinə baxdıqda içəridə olan əşyaların dağıdılmasını gördü. Məlum olmuşdu ki, evə kənar şəxs girib oğurluq etmişdi. Əşyalarını yoxladıqda evdən bir ədəd 700 manat dəyərində velosipedin və “Mercedes” markalı avtomobilə aid bir ədədi 250 manat olan 4 ədəd təkərlərin üzərində olan diskləri ilə birlikdə oğurlanmasını müəyyən etdi. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Həmin hadisə nəticəsində ona ümumilikdə 2.700 manat maddi ziyan dəyib. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 24 mart 2020-ci il tarixdə saat 16 radələrində özünə məxsus və Bakı şəhəri ünvan 41 ünvanda yerləşən evində idi və həmin vaxt evində olan bütün əşyaları yerində idi. 26 mart 2020-ci il tarixdə saat 17 radələrində dincəlmək üçün həmin mənzilinə gəldi və qonaq otağının plastikdən olan pəncərəsinin açılmasını gördü. Dərhal mənzilinə daxil oldu və evin içərisindəki əşyalarının dağıdılmasını gördü. Evinə göz gəzdirdi və qonaq otağında olan bir ədəd 500 manat dəyərində “Samsung” markalı televizor, bir ədəd 100 manat dəyərində “Euromax” markalı tozsoran, 120 manat dəyərində bir ədəd “Eurolux” markalı ütü və evin dəhlizindən 1000 manat dəyərində bir ədəd “Neomax” markalı kombi aparatının oğurlanmasını aşkar etdi. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat verdi. Bir neçə dəqiqə keçdikdən sonra evin qarşısında Suraxanı RPİ-nin əməkdaşları gəldi və mənzilə baxış keçirib şəkillər çəkdilər. Bu barədə ərizə ilə müraciət etdi. İş üzrə ibtidai araşdırma dövründə zərərçəkmiş şəxs qismində cəlb edilmiş digər şəxslər məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırıldıqlarına baxmayaraq, məhkəməyə gəlməmiş və işin məhkəmə baxışı dövründə ifadə verməmişlər. Bunlardan bir qismi – Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs31 və Zərərçəkmiş şəxs8 ərizələrlə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayətlərinin və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə işin faktik hallarını nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında özünü təqsirli bilmədiyinə baxmayaraq onun ittiham aktında təsvir olunmuş cinayət əməllərini törətməsi faktı yuxarıda göstərilən ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiqlənir. Belə ki, 24 avqust 2020-ci il tarixli 9/2791 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “ekspertiza tədqiqata təqdim edilmiş 2 adda malların 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 17,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (İran istehsalı olan, qutusunun üzərində “Gamin Glass” yazıları olan, 30 sm diametri, 02 sm hündürlüyü olan şüşə qab 1 ədədi 7 manat dəyərində; Çin istehsalı olan, 01 ədəd qutuda qablaşdırılmış, içərisində 06 ədəd armudu stəkan və 06 ədəd nəlbəkidən ibarət şüşə materialdan olan dəst 1 dəsti 10 manat dəyərində)”. 12 noyabr 2020-ci il tarixli 9/4926 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif adda, müxtəlif markalı malların qərarda göstərilən tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2910,54 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (Zərərçəkmiş şəxs4 məxsus mallar 2020-ci ilin mart ayına istifadədə olmuş pivə çəlləyi 1 ədədi 30 manat dəyərində; Zərərçəkmiş şəxs5 qızına məxsus mallar 2019-cu ilin dekabr ayına üzərində markalanma göstəricisi olmayan, 4 gözlü, istifadədə olmuş qaz peçi 1 ədədi 20 manat dəyərində, “Termet” markalı, 24 L tutumlu, istifadədə olmuş su qızdırıcı 1 ədədi 60 manat dəyərində; Zərərçəkmiş şəxs8 məxsus mallar 2020-ci ilin yanvar ayına “Bosch” markalı, istifadədə olmuş, orta ölçülü drel 1 ədədi 20 manat dəyərində; Zərərçəkmiş şəxs34 məxsus mallar 2020-ci ilin aprel ayına “LG” markalı, 30 kv.m-lik, istifadədə olmuş kondisioner (motoru ilə birlikdə) 1 ədədi 300 manat dəyərində; Zərərçəkmiş şəxs23 məxsus mallar 2020-ci ilin yanvar ayına kulonlu bijuteriya boyunbağı 1 ədədi 5 manat dəyərində, kulonsuz bijuteriya boyunbağı 1 ədədi 3 manat dəyərində, üzərində bir ədəd qaş olan bijuteriya üzük 1 ədədi 2 manat dəyərində, cəmi 10 manat; Zərərçəkmiş şəxs32 məxsus mallar 2020-ci ilin mart ayına istifadədə olmuş, üzərində markalanma göstəriciləri olmayan gənclər üçün nəzərdə tutulmuş velosiped 1 ədədi 80 manat dəyərində; Zərərçəkmiş şəxs16 məxsus mallar 2019-cu ilin noyabr ayına üzərində heç bir markalanma göstəricisi olmayan, göy və qırmızı rəngli, böyük ölçülü istifadədə olmuş laqunda 2 ədədi hər birinin qiyməti 40 manat, cəmi 80 manat dəyərində; Zərərçəkmiş şəxs30 məxsus mallar 2019-cu ilin oktyabr ayına “ZUBR” markalı, 3L-1450GK markalı, istifadədə olmuş perforator 1 ədədi 60 manat dəyərində; “Samsung” markalı, LE32C450E1W model, istifadədə olmuş televizor 1 ədədi 180 manat dəyərində; Zərərçəkmiş şəxs17 məxsus mallar 2019-cu ilin oktyabr ayına “Samsung” markalı LE32C450E1W model, istifadədə olmuş televizor 1 ədədi 180 manat dəyərində; Zərərçəkmiş şəxs28 məxsus 2020-ci ilin yanvar-fevral aylarına1x2 ölçülü, istifadədə olmuş, dairəvi forma xalça 1 ədədi 40 manat dəyərində; Zərərçəkmiş şəxs15 Şamil qızına məxsus mallar 2019-cu ilin noyabr ayına “Hammer Drill” markalı, istifadədə olmuş perforator 1 ədədi 100 manat dəyərində; Zərərçəkmiş şəxs18 məxsus mallar 2019-cu ilin noyabr ayına istifadədə olmamış, müxtəlif markalı, qramlıq ətirlər 22 ədədi hər birinin dəyəri 1 manat olan 22 manat dəyərində; Zərərçəkmiş şəxs13 məxsus mallar 2019-cu ilin noyabr ayına “Bocsh” markalı, istifadədə olmuş drel 1 ədədi 90 manat dəyərində, “Euromax” markalı, istifadədə olmuş perforator 1 ədədi 70 manat dəyərində, cəmi 160 manat; Zərərçəkmiş şəxs19 məxsus mallar 2019-cu ilin dekabr ayına üzərində heç bir markalanma göstəriciləri olmayan, uzun müddət istifadədə olmuş böyük ölçülü perforator 1 ədədi 180 manat dəyərində; Zərərçəkmiş şəxs10 məxsus mallar 2019-cu ilin fevral ayına bir ədəd uzunluğu 1 metr 90 sm, diametri 10 sm, qalınlığı isə 2 milli metr olan dəmir boru 1 ədədi 15 manat dəyərində; Zərərçəkmiş şəxs24 məxsus mallar 2020-ci ilin yanvar ayına “Bosch” markalı, GBH 2300 model perforator 2 ədəd hər birinin dəyəri 110 manat olan cəmi 220 manat dəyərində, istifadədə olmuş “Candan” markalı boru ütüsü 1 ədədi 30 manat dəyərində, cəmi 250 manat; Zərərçəkmiş şəxs25 məxsus mallar 2020-ci ilin yanvar ayına 2 kiloqram 756 qram mis elektrik naqili qırıntı kimi 2,756 kq 8 ədədi 22,04 manat dəyərində; X3 məxsus mallar 2020-ci ilin mart ayına ”LG” markalı, 43 düym, istifadədə olmuş televizor 1 ədədi 250 manat dəyərində; Zərərçəkmiş şəxs29 məxsus mallar 2020-ci ilin fevral ayına “Gepas” markalı, istifadədə olmuş ət çəkən maşın 1 ədədi 25 manat dəyərində, istifadədə olmuş, üzərində markalanma göstəricilərinə dair məlumat olmayan drel 1 ədədi 20 manat dəyərində, istifadədə olmuş, üzərində markalanma göstəricilərinə dair məlumat olmayan perforator 1 ədədi 60 manat dəyərində, cəmi 105 manat; Zərərçəkmiş şəxs11 məxsus mallar 2019-cu ilin oktyabr ayına “LG” markalı, 32CS410 model istifadədə olmuş televizor 1 ədədi 180 manat dəyərində; Zərərçəkmiş şəxs33 məxsus mallar 2020-ci ilin fevral ayına üzərində heç bir markalanma göstəriciləri olmayan, istifadədə olmuş drel 1 ədədi 20 manat dəyərində, “RTR” markalı, istifadədə olmuş perforator 1 ədədi 100 manat dəyərində, böyük ölçülü, üzərində markalanma göstəriciləri olmayan istifadədə olmuş laqunda 1 ədədi 65 manat dəyərində, cəmi 185 manat; Zərərçəkmiş şəxs22 Veys oğluna məxsus mallar 2019-cu ilin sentyabr ayına “Diold» markalı, PRG-7 model, istifadədə olmuş perforator 1 ədədi 100 manat dəyərində; Zərərçəkmiş şəxs20 məxsus mallar 2019-cu ilin noyabr ayına istifadədə olmuş, üzərində markalanma göstəriciləri olmayan yaşıl rəngli laqunda 2 ədədi hər birinin dəyəri 40 manat olmaqla 80 manat dəyərində; Zərərçəkmiş şəxs31 məxsus mallar 2020-ci ilin yanvar ayına istifadədə olmuş, 1,5x3m ölçülü xalça 1 ədədi 80 manat dəyərində; Zərərçəkmiş şəxs26 məxsus mallar 2020-ci ilin yanvar ayına istifadədə olmamış, yaşıl rəngli qaşları olan sırğa 1 ədədi 3 manat, istifadədə olmamış, bir cüt sarı rəngli sırğa 1 ədədi 3 manat, istifadədə olmamış, bir cüt dairəvi formalı sırğa 1 ədədi 3 manat, istifadədə olmamış, bir cüt nazik dairəvi formalı sırğa 1 ədədi 3 manat, istifadədə olmamış, bir ədəd boyunbağı 1 ədədi 2,5 manat, istifadədə olmamış, bir ədəd qara rəngli kulonlu boyunbağı 1 ədədi 5 manat, istifadədə olmamış, bir ədəd ay formasında kulon 1 ədədi 2 manat dəyərində, cəmi 21,5 manat; X5 məxsus mallar 2020-ci ilin yanvar ayına istifadədə olmuş 3 hissədən ibarət hamam-duş dəsti 1 dəsti 40 manat, istifadədə olmuş su kranı dəsti 1 dəsti 20 manat dəyərində, cəmi 60 manat; Zərərçəkmiş şəxs1 məxsus mallar 2020-ci ilin may ayına istifadədə olmuş “Marquis” markalı su nasosu 1 ədədi 40 manat”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini sonradan da olsa səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs14 Qarakişi oğlunun, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22 Veys oğlunun, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs31 və Zərərçəkmiş şəxs8 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 05 mart 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzası 04 ilə endirilmiş, 28 noyabr 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir (təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməllərini Xətai Rayon Məhkəməsinin 1(011)-263/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli hökmü ilə məhkum olunmazdan əvvəl törətdiyinə görə həmin hökm residivin müəyyən edilməsinə təsir göstərmir). Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd İran istehsalı olan, qutusunun üzərində “GAMİN GLASS” yazıları olan 30 sm diametri, 02 sm hündürlüyü olan şüşə qabı, Çin istehsalı olan bir ədəd qutuda qablaşdırılmış içərisində 06 ədəd armudu stəkanı və 06 ədəd nəlbəkidən ibarət şüşə materialdan olan dəst, bir ədəd istifadədə olmuş pivə çəlləyi, bir ədəd üzərində markalanma göstəricisi olmayan, 4 gözlü istifadədə olmuş qaz peçi, bir ədəd “Termet” markalı, 24L tutumlu istifadədə olmuş su qızdırıcısı, bir ədəd “Bosch” markalı istifadədə olmuş, orta ölçülü drel, bir ədəd “LG” markalı, 30 m2-lik, istifadədə olmuş kondisioner (motoru ilə birlikdə), bir ədəd kulonlu bijuteriya boyunbağı, bir ədəd kulonsuz bijuteriya boyunbağı, üzərində bir ədəd qaş olan bijuteriya üzük, bir ədəd istifadədə olmuş üzərində markalanmaya dair heç bir göstəriciləri olmayan gənclər üçün nəzərdə tutulmuş velosiped, üzərində heç bir markalanma göstəricisi olmayan, göy və qırmızı rəngli, böyük ölçülü istifadədə olmuş iki ədəd laqunda, bir ədəd “3YBP” markalı 3L-1450GK markalı, istifadədə olmuş perforator, bir ədəd “Samsung” markalı, LE32C450E1W model istifadədə olmuş televizor, bir ədəd 1x2 ölçülü, istifadədə olmuş, dairəvi forma xalça, bir ədəd “Hammer Drill” markalı, istifadədə olmuş perforator, 22 ədəd istifadədə olmamış müxtəlif marka qramlıq ətirlər, bir ədəd “Bosch” markalı istifadədə olmuş drel, bir ədəd “Euromax” markalı istifadədə olmuş perforator, bir ədəd üzərində heç bir markalanma göstəriciləri olmayan, uzun müddət istifadədə olmuş böyük ölçülü perforator, bir ədəd uzunluğu 1 metr 90 sm, diametri 10 sm, qalınlığı isə 2 millimetr olan dəmir boru, iki ədəd “Bosch” markalı, GBH 233 model perforator, bir ədəd istifadədə olmuş “Canan” markalı boru ütüsü, 2 kiloqram 756 qram mis elektrik naqil, bir ədəd “LG” markalı 43 düym, istifadədə olmuş televizor, bir ədəd “Gepas” markalı istifadədə olmuş ət çəkən maşın, bir ədəd istifadədə olmuş üzərində markalanma göstəricilərinə dair məlumat olmayan drel, bir ədəd istifadədə olmuş, üzərində markalanma göstəricilərinə dair məlumat olmayan perforator, bir ədəd “LG” markalı 32CS410 model, istifadədə olmuş televizor, bir ədəd üzərində heç bir markalanma göstəriciləri olmayan istifadə olmuş drel, bir ədəd “RTR” markalı istifadədə olmuş perforator, bir ədəd böyük ölçülü, üzərində markalanma göstəriciləri olmayan istifadədə olmuş laqunda, bir ədəd istifadədə olmuş perforator, iki ədəd istifadədə olmuş üzərində markalanma göstəriciləri olmayan yaşıl rəngli laqunda, bir ədəd istifadədə olmuş 1,5x3m ölçülü xalça, bir ədəd istifadədə olmamış, yaşıl rəngli qaşları olan sırğa, istifadədə olmamış bir cüt sarı rəngli sırğa, istifadədə olmamış, bir cüt dairəvi formalı sırğa, istifadədə olmamış, bir cüt nazik dairəvi formalı sırğa, istifadədə olmamış bir ədəd boyunbağı, istifadədə olmamış, bir ədəd qara rəngli kulonu boyunbağı, istifadədə olmamış, bir ədəd ay formasında kulon, istifadədə olmuş 3 hissədən ibarət hamam-duş dəsti, istifadədə olmuş su kranı dəsti və bir ədəd istifadədə olmuş “Marquis” markalı su nasosu müvafiq zərərçəkmiş şəxslərə qaytarıldığından həmin şəxslərin sərəncamlarına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Xətai Rayon Məhkəməsinin 1(011)-263/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 iyun 2020-ci il tarixindən 08 yanvar 2021-ci il tarixinədək həbsdə saxlanıldığı 07 (yeddi) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 fevral 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 1(011)-263/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli hökmünə əsasən hazırda azadlıqdan məhrum etmə növündə cinayət cəzası çəkdiyi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd İran istehsalı olan, qutusunun üzərində “GAMİN GLASS” yazıları olan 30 sm diametri, 02 sm hündürlüyü olan şüşə qabı, Çin istehsalı olan bir ədəd qutuda qablaşdırılmış içərisində 06 ədəd armudu stəkanı və 06 ədəd nəlbəkidən ibarət şüşə materialdan olan dəst, bir ədəd istifadədə olmuş pivə çəlləyi, bir ədəd üzərində markalanma göstəricisi olmayan, 4 gözlü istifadədə olmuş qaz peçi, bir ədəd “Termet” markalı, 24L tutumlu istifadədə olmuş su qızdırıcısı, bir ədəd “Bosch” markalı istifadədə olmuş, orta ölçülü drel, bir ədəd “LG” markalı, 30 m2-lik, istifadədə olmuş kondisioner (motoru ilə birlikdə), bir ədəd kulonlu bijuteriya boyunbağı, bir ədəd kulonsuz bijuteriya boyunbağı, üzərində bir ədəd qaş olan bijuteriya üzük, bir ədəd istifadədə olmuş üzərində markalanmaya dair heç bir göstəriciləri olmayan gənclər üçün nəzərdə tutulmuş velosiped, üzərində heç bir markalanma göstəricisi olmayan, göy və qırmızı rəngli, böyük ölçülü istifadədə olmuş iki ədəd laqunda, bir ədəd “3YBP” markalı 3L- 1450GK markalı, istifadədə olmuş perforator, bir ədəd “Samsung” markalı, LE32C450E1W model istifadədə olmuş televizor, bir ədəd 1x2 ölçülü, istifadədə olmuş, dairəvi forma xalça, bir ədəd “Hammer Drill” markalı, istifadədə olmuş perforator, 22 ədəd istifadədə olmamış müxtəlif marka qramlıq ətirlər, bir ədəd “Bosch” markalı istifadədə olmuş drel, bir ədəd “Euromax” markalı istifadədə olmuş perforator, bir ədəd üzərində heç bir markalanma göstəriciləri olmayan, uzun müddət istifadədə olmuş böyük ölçülü perforator, bir ədəd uzunluğu 1 metr 90 sm, diametri 10 sm, qalınlığı isə 2 millimetr olan dəmir boru, iki ədəd “Bosch” markalı, GBH 233 model perforator, bir ədəd istifadədə olmuş “Canan” markalı boru ütüsü, 2 kiloqram 756 qram mis elektrik naqil, bir ədəd “LG” markalı 43 düym, istifadədə olmuş televizor, bir ədəd “Gepas” markalı istifadədə olmuş ət çəkən maşın, bir ədəd istifadədə olmuş üzərində markalanma göstəricilərinə dair məlumat olmayan drel, bir ədəd istifadədə olmuş, üzərində markalanma göstəricilərinə dair məlumat olmayan perforator, bir ədəd “LG” markalı 32CS410 model, istifadədə olmuş televizor, bir ədəd üzərində heç bir markalanma göstəriciləri olmayan istifadə olmuş drel, bir ədəd “RTR” markalı istifadədə olmuş perforator, bir ədəd böyük ölçülü, üzərində markalanma göstəriciləri olmayan istifadədə olmuş laqunda, bir ədəd istifadədə olmuş perforator, iki ədəd istifadədə olmuş üzərində markalanma göstəriciləri olmayan yaşıl rəngli laqunda, bir ədəd istifadədə olmuş 1,5x3m ölçülü xalça, bir ədəd istifadədə olmamış, yaşıl rəngli qaşları olan sırğa, istifadədə olmamış bir cüt sarı rəngli sırğa, istifadədə olmamış, bir cüt dairəvi formalı sırğa, istifadədə olmamış, bir cüt nazik dairəvi formalı sırğa, istifadədə olmamış bir ədəd boyunbağı, istifadədə olmamış, bir ədəd qara rəngli kulonu boyunbağı, istifadədə olmamış, bir ədəd ay formasında kulon, istifadədə olmuş 3 hissədən ibarət hamam-duş dəsti, istifadədə olmuş su kranı dəsti və bir ədəd istifadədə olmuş “Marquis” markalı su nasosu müvafiq zərərçəkmiş şəxslərə qaytarıldığından həmin şəxslərin sərəncamlarına verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar