Məhkəmə qərarları › İş №1(010)-91/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-91/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-91/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 14 mart 2023-cü il tarixdə, saat 16:15-də, Bakı şəhərində xx xxxxxx 1980-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, Saatlı rayonu, Şirinbəy (Oktyabrabad) kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 noyabr 2021-ci il tarixdə saat 11 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər baş vermiş münaqişələr zəminində mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə gedib pəncərədən içəri daxl olaraq özünün də valideyinləri ilə birlikdə həmin evdə yaşamaq istəməsini bildirməsi səbəbindən V.S.Əhmədova və Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə-məişət münaqişəsi zəminində bıçaqla Zərərçəkmiş şəxs sol əlindən qəsdən vurub ona sol əlin ovuc və arxa səthitnin kəsilmiiş yaraları, sol diz oynağının qançırı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2000-cı ildə ailə qurmuş, birgə nikahlarından Elxan və Elşad adında iki oğlanları vardır. Arvadı və iki övladı ilə birlikdə Suraxanı rayonu, Flövsan Südçülük sovxozu nömrəsi ünvandakı fərdi yaşayış evində yaşamışlar. 2021-ci ilin aprel ayında yaşadıqları evdə arvadı Şahid1 ilə aralarında anlaşılmamazlıq yaranmış, mübahisə etmişlər və bıçaqla onun boğaz nahiyyəsinə xəsarət yetirmişdir. Həmin faktla bağlı Suraxanı RPİ-nin istintaq şöbəsində cinayət işi başlanaraq araşdırma aparılmış, cinayət işi Bakı şəhəri Suraxanı rayon məhkəməsinə göndərilmiş, sonuncu məhkəmə iclası 22 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Anar İbrahimovun rəhbərliyi ilə keçirilmiş və həmin məhkəmə iclasında Azərbaycan Respublikasının Prezidenti cənab X6 ilə təsdiq olunmuş aministiya aktına əsasən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilmiş, cinayət məsuliyətindən azad olunduğu elan olunmuşdur. Şahid1 atası Zərərçəkmiş şəxs və övladları Elşadla Elxan da həmin məhkəmə iclasında olmuşlar. Zərərçəkmiş şəxs həmin iclasda qızı Vüsaləyə və Vüsalənin oğlanları Elxan və Elşada səslənərək «gedin evə, Fərmanı və valideynlərini öldürün atın çölə» deyə qışqırmışdır. Məhkəmə iclasından sonra saat 13 radələrində Elxan Elşad yə Şahid1 Suraxanı rayonu, Hövsan Südçülük sovxozu nömrəsiz ünvandakı fərdi yaşayış evinə getmiş, həmin vaxt atası Telman Əhmədov və anası Sürəyya Əhmədova evdə olmuşlar. Elşad və Elxan hasardan aşaraq həyətə daxil olmuş, həyətdən darvazanı açaraq Şahid1 həyətə daxil olmasına kömək etmişlər. Onlar qapıya yaxınlaşdıqda atası Telman Əhmədov qapını açmış, Şahid2 və Elşad Əhmədov atası Telman Əhmədovun qollarından tutaraq başının və üzünün müxtəlif nahiyyələrinə vuraraq xəsarət yetirib sürüyərək həyətdən çölə atmış, Şahid1 da anası Sürəyya Əhmədovanın bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirmiş, sürüyərək həyətdən çölə atmışdır. xx.xx.2021-ci il tarixdən sonra yaşamağa yerləri olmadığı üçün xx.xx.2021-ci il tarixdə saat 11 radələrində özünə məxsus evin bir otağında atası və anası ilə birlikdə yaşamaları üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozunda nömrəsiz ünvanda yerləşən həmin evinə gəlmişdir. Darvazanın qapısını döymüş, qapını açan olmamış, darvazanın üstündən aşıb həyətə daxil olaraq evin qapısına yaxınlaşıb dəfələrlə döysə də evin qapısını açan olmamış, Zərərçəkmiş şəxs onu evə buraxmayacağı, evi satıb nəvələrinə ev tikdirəcəyini demişdir. Evə qapıdan daxil ola bilmədiyinə görə məcbur qalaraq evin girişindən sağdakı otağın pəncərəindən evə daxil olmaq istəmiş, Zərərçəkmiş şəxslə Şahid1 pəncərəni əlləri ilə tutmuşlar. Təpiklə pəncərəyə vurumuş, pəncərə qırılmış, Zərərçəkmiş şəxs əlindəki bir metr uzunluğunda dəmir parçası, Şahid1 əlində olan bir metr uzunluğunda taxta parçası ilə başının sol, sağ, orta və ənsə nahiyəsindən, ayağının ön hissəsindən zərbələr endirmişlər. Başını qoruyarkən əllərindən də xəsarət almışdır. Şahid1 çiynindən, qollarından və əllərindən zərbələr endirdikdə qaçaraq evin qapısını açıb həyətə çıxmış, darvazını açaraq oradan uzaqlaşmış, təxminən 500 metr aralandıqdan sonra oğlu Şahid2la rastlaşmış, Şahid2 onu söyərək nəüçün evə gəldiyini soruşduqda Şahid2 üzünə bir neçə dəfəşillə ilə vurmuş, taksiyə oturub oradan getmişdir. Hadisə zamanı əlində bıçaq olmamışdır. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Buna görə də cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qızı Şahid1 Təqsirləndirilən şəxs Telaman oğlu ilə ailə qurduqdan bir neçə il sonra Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozunda nömrəsiz ünvanda yerləşən fərdi həyət evində yaşamışlar. xx.xx.2021-ci il tarixdə evdə heç kimin olmadığı bir vaxtda Təqsirləndirilən şəxs arvadı Şahid1 boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Həmin hadisə ilə bağlı Bakı şəhəri Suraxanı rayon polis idarəsinin istintaq şöbəsində araşdırma aparılmış, cinayət işi başlanılaraq istintaq olunub Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Anar İbrahimov tərəfindən işə baxılmış, Azərbaycan Respublikasının Prezidetinin amisitistiya fərmanına əsasən hakim Anar İbrahimov tərəfindən cinayət işi üzrə icraata bərətverici əsaslar olmadan xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində nəvəsi Elxan marketdə, Elşad işdə, qızı Vüsalə ilə özü isə Vüsaləgilin yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozunda yerləşən iki otaqlı fərdi yaşayış evlərində olduqları zaman evin giriş qapısından solda yerləşən otaqda paltaryuyan maşının təmiri ilə məşğul olmuş, Vüsalə də yanında oturmuşdur. Həmin vaxtı evin qapısı döyülmüş, Vüsalə qapını döyənin oğlu Şahid2 olduğunu zənn edərək qapını açmaq üçün getmiş, evin çölündən səs gəldiyini eşitdiyi uçun evdən çolə çıxmış, bu vaxt girişdən sağda yerləşən otaqdan pəncərənin şüşəsinin qırılma səsini eşitmişlər. Vüsalə həyətdən onu çağıraraq şüşənin qırıldığını deyib evə qayıtmış, səs gələn otaqda nə baş verdiyini öyrənmək üçün həmin otağa keçmiş, otağa keçəndən sonra qışqıraraq vahiməli səslə onu çağırıb Təqsirləndirilən şəxs gəldiyini demişdir. Qaçaraq həmin otağa keçdikdə Təqsirləndirilən şəxs əlində bıçaqla Vüsalənin üstünə gələrək «boğazını kəsdim mənə heçnə etmədilər, indi isə səni də atanı da öldürəcəm, indi guya mənə nə edəcəklər» deyib Vüsalənin üstünə hücum çəkmişdir. Təqsirləndirilən şəxs Vüsalənin üstünə hücum etməsini görən kimi Vüsaləni müdafiə etmək üçün onların arasına girmiş, kürəyini Təqsirləndirilən şəxs tərəf döndərmişdir. Təqsirləndirilən şəxs tərəf çevrilərək bıçaq zərbəsinin qarşısını almaq üçün əlini qabağa verib Təqsirləndirilən şəxs biləyindən tutmuş, Təqsirləndirilən şəxs bıçağı geriyə doğru çəkəndə qəsdən bıçaqla əlinin içərisini kəsmişdir. Vüsalə həyətə qaçaraq həyətdən təxminən bir metr uzunluğunda bel sapının qırığını götürüb evə qayıdaraq onu qorumaq üçün taxta ilə Təqsirləndirilən şəxs ayağına və kürəyinə vurmuşdur ki, sonuncu ondan əl çəksin. Təqsirləndirilən şəxs isə yerdən götürdüyü dəmir parçası ilə onun dizinə vurmuş, zərbədən yerə yıxılmışdır. Qızı Vüsalənin müdaxiləsindən sonra Fərman qaçaraq evdən çıxıb hasardan aşaraq getmişdir. Vüsalə Təqsirləndirilən şəxs gedib-getmədiyini öyrənmək üçün qapının dəliyindən baxdıqda Təqsirləndirilən şəxs marketdən evə qayıdan oğlu Elxanı küçədə sillə ilə döydüyünü görüb qaçaraq Elxanı onun əlindən almaq üçün çölə çıxdıqda Təqsirləndirilən şəxs Vüsalənin gəldiyini görüb qaçaraq oradan uzaqlaşmışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin dəymiş ziyanı aradan qaldırdığını, buna görə də onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 2000ci ildə Təqsirləndirilən şəxs Telaman oğlu ilə rəsmi olaraq ailə qurmuş, birgə nikahlarından oğlanları Elxan və Elşad dünyaya gəlmişlər. X8, iki oğlanları, qaynatası Telman Əhmədov və qaynanası Sürəyya Əhmədova ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində yaşamışlar 2021-ci ilin aprel ayında yaşadıqları ünvana gələndə əri Təqsirləndirilən şəxs ölmüş qardaşının arvadı ilə birlikdə görmüş, həmin qadın qaçaraq evdən getmişdir. Hadisəni gördüyü üçün əri Təqsirləndirilən şəxsla mübahisələri olmuş, oğlanları Elxan və Elşadla birlikdə evdən çıxıb krayədə yaşamışdır. Təqsirləndirilən şəxs onu təqib etməyə başlamış, bir həftə sonra yalan vədlər verərək onu və oğlunu evə çağırmış, oğlu ilə birləkdə evlərinə gəlmişdir. xx.xx.2021-ci il tarixdə evdə heç kimin olmadığı bir vaxtda Təqsirləndirilən şəxs onu çarpayıya uzadaraq əl-qolunu tutub boğazını kəsərək öldürmək istəmiş, öldüyünü zənn edib evdən qaçmışdır. Polisə müraciət etmiş, həmin hadisə ilə bağlı Bakı şəhəri Suraxanı rayon polis idarəsinin istintaq şöbəsində araşdırma aparılmış, cinayət işi baxılmas üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab X5 Fərmanına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Anar İbrahimov tərəfindən cinayət işi üzrə icraata bərətverici əsaslar olmadan xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə sonuncu məhkəmə iclası keçirildikdən sonra oğlanları Elxan və Elşadlabirlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozundakı evlərinə getmiş, həyətin darvazası açıq olmuş, həyətə daxil olmuşlar. Evin qapısına yaxınlaşıb açmaq istəyəndə qaynatası Telman Əhmədov çıxaraq «hara girirsen içəri» deyib üzünə əl ataraq geriyə itələdikdə dərhal onun üzünə əl atıb yaxasından tutaraq pilləkəndən aşağıya çırpmış, evə daxil olmaq istəyərkən Telman Əhmədov ayağına dəmir parçası ilə vurmuşdur. Böyük oğlu X7 yaxasından tutaraq sürüyüb həyətdən çölə atmışdır. Evə daxil olmaq istəyərkən qaynanası Sürəyya Əhmədova çıxmış, başına əl atmış, Sürəyya Əhmədovanın saçından tutaraq sürüyərək həyətdən çölə ataraq onlara əziyyətlə tikib inşa etdiyi evdə nəyə görə qaldıqlarını demişdir. Təqsirləndirilən şəxs polislərlə hadisə yerinə gəlmiş, qaynanası X2 Əhmədova “boğazını kəsmişdinsə gərək axıra qədər öldürəydin” demişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının yanında evin pəncərələrini sındırmağa başlamışdır. xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində oğlu Elxan marketdə, Elşad isə işdə olmuşdur. Atası Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozundakı evlərində paltaryuyan maşınını düzəldərkən yanında oturmuş, evin qapısı döyüldükdə qapını döyənin kiçik oğlu olduğunu zənn etmiş, evin çölündən səs gəldiyini eşidib çölə çıxdıqda isə girişdən sağda yerləşən otağın pəncərənin qırılma səsini eşitib atasını çağırıb şüşənin qırıldığını deyib evə qayıtmışdır. Evin girişindən sağdakı otaqda nə baş verdiyini öyrənmək üçün həmin otağa daxil olduqda Təqsirləndirilən şəxs otaqda görüb qışqararaq atası Zərərçəkmiş şəxs çağırmışdır. Təqsirləndirilən şəxs başının qanadığını və əlində bıçaq olduğunu görmüşdür. Təqsirləndirilən şəxs «boğazını kəsdim mənə heç nə etmədilər, indi isə səni də atanı da öldürəcəm» deyərək üstünə hücum etdikdə atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla aralarına girib belini Təqsirləndirilən şəxs tərəfə vermiş, Təqsirləndirilən şəxs tərəf çevrilərək Təqsirləndirilən şəxs bıçaq zərbəsini əli ilə tutaraq qarşısını almağa çalışmış, Təqsirləndirilən şəxs bıçağı geriyə doğru dartdıqda atası Zərərçəkmiş şəxs əlinin içi kəsilmişdir. Atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəf çevirilib biləyindən tutduqda həyətə qaçaraq təxminən bir metr uzunluğunda bel sapının qırığını götürdüb evə daxil olmuş, taxta ilə Təqsirləndirilən şəxs ayağına kürəyinə vurmuşdur. Təqsirləndirilən şəxs yerdən dəmir parçası götürərək atası Zərərçəkmiş şəxs qıçına vurmuş, atası yerə çökdükdə qaçaraq hasardan aşmışdır. Təqsirləndirilən şəxs gedib getmədiyini öyrənmək üçün qapının dəliyindən baxdıqda Təqsirləndirilən şəxs evə qayıdan oğlu Elxanı yumruq təpiklə döydüyünü görüb qaçaraq Elxanı Təqsirləndirilən şəxs əlindən almaq üçün çölə çıxmış, Təqsirləndirilən şəxs gəldiyini görüb qaçaraq uzaqlaşmışdır. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi Publik hüquqi şəxsin Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2021-ci il tarixli 1287 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində sol əlin ovuc və arxa səthinin kəsilmiş yaraları, sol diz oynağının qançırı xəsarətləri aşkar edilmişdir. Sol əlin ovuc və arxa səthinin kəsilmiş yaraları iti kənarlı alətin-alətlərin (ola bilsin bıçağın), sol diz oynağının qançırı isə küt əşyanın təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına görə özü-özünə yetirməsi inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 11 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, 08 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası CPM-nin 40.3-cü və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Cavid İsgəndərovun 08 may 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd olunması barədə qərarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 40.3-cü və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Suraxanı rayon X4 29 iyul 2021-ci il tarixli qərarından görünür ki, Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Cavid İsgəndərovun 08 may 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd olunması barədə qərarı ləğv edilmiş, faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi açılmışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-324/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, şahidi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar