Məhkəmə qərarları › İş №1(010)-91/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-91/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-91/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru-Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri-Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx xxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə məhkəməyə verilmişlər. İş üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunur ki, «… Təqsirləndirilən şəxs1 16 iyul 2023-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən evin həyətində qardaşı X1 arvadı Zərərçəkmiş şəxs1 həyətdə hasar inşa etdirməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan anası Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, qəsdən Zərərçəkmiş şəxs1 hər iki qolunun bilək nahiyyələrindən əlləri ilə tutub dartaraq onu yerə yıxıb ictimai yer hesab olunan küçəyə sürüyərək çıxarmaqla sol bazunun orta 3/1-nin yumşaq toxumasının əzilmiş yarası, boyunun hər iki yan səthinin, sağ kürək nahiyəsinin, sağ bazunun sağ dirsək oynağı nahiyəsinin sağ saidin, hər iki əlin və hər iki əl barmaqlarının arxa səthlərinin, sol diz oynağı nahiyyəsinin qançırları, sol budun sıyrıqları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, bu zaman Zərərçəkmiş şəxs1 ondan aralanaraq yaşadığı evə daxil olmaq istədikdə evin giriş qapısının qarşısında Təqsirləndirilən şəxs2 əlləri ilə Zərərçəkmiş şəxs1 qəsdən saçından tutub aşağıya doğru dartaraq ona başın təpə-ənsə nahiyəsinin tüksüzləşmiş sahəsi ilə müşayiət olunan xəsarətlə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, habelə həmin vaxt onların xuliqanlıq hərəkətlərinin qarşısını almaq və Zərərçəkmiş şəxs1 müdafiə etmək məqsədi ilə evə salmaq üçün araya girən Zərərçəkmiş şəxs2 məhəl qoymayıb ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs2 qarşı Təqsirləndirilən şəxs2 ilə birgə zor tətbiq edərək Təqsirləndirilən şəxs1 qəsdən əlləri ilə Zərərçəkmiş şəxs2 sol qolunun bilək nahiyəsindən tutub dartmaqla ona sol dirsək oynağının bayır səthinin, sol qolun bazu hissəsinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər, Təqsirləndirilən şəxs2 isə əlləri ilə Zərərçəkmiş şəxs2 qəsdən sağ qolunun bilək nahiyəsindən tutub dartaraq sonuncuya sağ qolun bazu hissəsinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir». İş üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunur ki, «… Təqsirləndirilən şəxs2 16 iyul 2023-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən evin həyətində oğlu X1 arvadı Zərərçəkmiş şəxs1 həyətdə hasar inşa etdirməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan digər oğlu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Təqsirləndirilən şəxs1 qəsdən Zərərçəkmiş şəxs1 hər iki qolunun bilək nahiyyələrindən əlləri ilə tutub dartaraq onu yerə yıxıb ictimai yer hesab olunan küçəyə sürüyərək çıxarmaqla sol bazunun orta 3/1-nin yumşaq toxumasının əzilmiş yarası, boyunun hər iki yan səthinin, sağ kürək nahiyəsinin, sağ bazunun sağ dirsək oynağı nahiyəsinin sağ saidin, hər iki əlin və hər iki əl barmaqlarının arxa səthlərinin, sol diz oynağı nahiyyəsinin qançırları, sol budun sıyrıqları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirdikdən sonra Təqsirləndirilən şəxs1 aralanaraq yaşadığı evə daxil olmaq istəyən Zərərçəkmiş şəxs1 evin giriş qapısının qarşısında əlləri ilə qəsdən saçından tutub aşağıya doğru dartaraq ona başın təpə-ənsə nahiyəsinin tüksüzləşmiş sahəsi ilə müşayiət olunan xəsarətlə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, habelə həmin vaxt onların xuliqanlıq hərəkətlərinin qarşısını almaq və Zərərçəkmiş şəxs1 müdafiə etmək məqsədi ilə evə salmaq üçün araya girən Zərərçəkmiş şəxs2 məhəl qoymayıb ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs2 qarşı Təqsirləndirilən şəxs1la birgə zor tətbiq edərək Təqsirləndirilən şəxs1 qəsdən əlləri ilə Zərərçəkmiş şəxs2 sol qolunun bilək nahiyəsindən tutub dartmaqla ona sol dirsək oynağının bayır səthinin, sol qolun bazu hissəsinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra Təqsirləndirilən şəxs2 əlləri ilə Zərərçəkmiş şəxs2 qəsdən sağ qolunun bilək nahiyəsindən tutub dartaraq sonuncuya sağ qolun bazu hissəsinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir». İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, qardaşı X3 Mətanət Şahin qızı ilə təxminən 10 il bundan qabaq ailə qurmuşdur. Qardaşı Zərərçəkmiş şəxs1 ilə evləndikdən sonra atası Şahid4 qardaşı üçün yaşadığı evin həyətində tikdirdiyi evdə yaşamağa başlamışlar. Həmin nikahdan bir övladları doğulmuşdur. Evləndikdən 09 ay sonra qardaşı ilə Zərərçəkmiş şəxs1 boşanmışdır. Sonra aralarında evlə bağlı mülki mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, həmin evdə anası Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 yaşadığı ev ilə onun ailəsi ilə birlikdə yaşadığı evin arasında hasar çəkilməsini tələb etmişdir. O, Zərərçəkmiş şəxs1 evdən bir metr məsafədə hasar tikilməsinə icazə vermişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 16 iyul 2022-ci il tarixdə hasar çəkməyə başlamışlar. Hasarın iki metr məsafədə tikilməsi ilə əlaqədar o, həmin həyətdə olmadığı vaxtda anası Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 etiraz etmiş və aralarında mübahisə yaranmışdır. Həmin vaxt onun qızı X24 da orada olmuşdur. Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 anası Təqsirləndirilən şəxs2 üstünə hücum edərək anasını döymüşlər, anasına müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişlər. X27 əlindəki Təqsirləndirilən şəxs2 məxsus “Samsung" markalı “J” seriyalı mobil telefonla mübahisəni qeydə almışdır. Anasının ona bildirdiyinə görə, Zərərçəkmiş şəxs2 onun qızının üstünə hücum etmiş, əlindəki telefonu əlindən almış, yerə yıxaraq üstünə çıxaraq üzünə sillə və başına yumruq zərbələri endirmişdir. X22 gözündə problem olduğundan Zərərçəkmiş şəxs2 şillə zərbələri nəticəsində Zeynəbin göz problemləri daha da ciddiləşmişdir. Sonra anası Təqsirləndirilən şəxs2 ona zəng edərək Solmazla Mətanətin anasını və qızı Zeynəbi döydüyünü bildirmişdir. O, işdən çıxaraq dərhal yaşadığı ünvana gəlmişdir. Qızının qorxudan tir-tir əsdiyini, anasının ağladığını görüb əsəbləşmiş, dərhal Solmaz və Mətanətin yaşadığı evə gəlmişdir. Solmazla Mətanətin evin qarşısında dayanıb hələ də anası ilə mübahisə etdiyini görmüşdür. O, Solmazla Mətanətin hasar çəkmələri üçün güzəştə getməsini başa düşmədiklərini, üstəlik qızını döydüklərini düşünüb Solmaza və Mətanətə etiraz olaraq Zərərçəkmiş şəxs1 doğru getmiş, qolundan tutaraq aparıb həyətdən çölə çıxarmışdır. O, həyətdən çöl sahədə küçədə Mətanətin qolundan tutub dartarkən Zərərçəkmiş şəxs1 yerə yıxılmışdır. Həmin vaxt qaynının arvadı Aytən, anası Təqsirləndirilən şəxs2, qaynanası Şahid5 onları ayırmaq üçün çölə çıxmışlar. Zərərçəkmiş şəxs1 yenə həyətə daxil olmuşdur. Onu nalayiq sözlərlə təhqir etdiyi üçün bir də onun üstünə getmişdir. Onun yaxasından yapışmışdır. Sonra ayırmışlar. Zərərçəkmiş şəxs1 yaşadığı evin qapısına doğru getmiş, Təqsirləndirilən şəxs2 da ona maneə olmaq üçün qapıya doğru gəlmişdir. O, Zərərçəkmiş şəxs1 qolundan tutmuş, Təqsirləndirilən şəxs2 onları bir birindən kənarlaşdırmağa çalışmış, bu zaman Zərərçəkmiş şəxs2 çölə çıxmışdır. O, yenə Zərərçəkmiş şəxs1 qolundan tutaraq bir qədər geriyə doğru dartmış, sonra isə oradan uzaqlaşmışdır. Hadisə 16 iyul 2022-ci il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən evin həyətində baş vermişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs1nmın qolundan tutub çölə çıxararkən onu vurmamış, sadəcə olaraq qolundan dartaraq həyətdən çölə çıxarmışdır. Küçədə Mətanətin ayağı daşa ilişmiş və yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Mətanətə heç bir təsir göstərməmişdir. Həyətə daxil olmaq istədikdə isə yenə də Mətanətin üstünə hücum etmiş və Mətanəti küçəyə çıxarmışdır. Təqsirləndirilən şəxs2 ilə Aytən onları ayırmağa çalışmışdır. Həmin vaxt Mətanətə heç bir xəsarət yetirməmişdir. Sonra Zərərçəkmiş şəxs1 evə daxil olmaq istəyərkən yenə Mətanətə yaxınlaşaraq qolundan tutub həyətdən çölə çıxarmaq istəmişdir. Həmin vaxt Mətanətin anası Zərərçəkmiş şəxs2 qapıdan çölə çıxıb onun üzərinə hücum etmişdir. Anası isə onunla Zərərçəkmiş şəxs1 ayırmaq istəmişdir. Təqsirləndirilən şəxs2 həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 heç bir xəsarət yetirməmiş, yalnız onları bir birindən kənarlaşdırmaq istəmişdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, yaşadığı ünvanın həyətində bir-birindən aralı fərdi tikilmiş iki ev vardır. Həmin evin birində kiçik oğlu X19 arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşamışdır. Lakin onlar 2012-ci ildə ayrılmışlar. Bundan sonra 2015-ci ildə Zərərçəkmiş şəxs1 həmin fərdi tikilmiş evin bir otağı himayəsində azyaşlı uşağı olduğundan yaşamaq üçün verilmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 həmin evə qeydiyyata düşmüşdür. Evin bir otağı Mətanətə verilsə də hazırda evi bütünlüklə zəbt edilərək, bütün evdən istifadə edir. Oğlunu evə qoymadığından oğlu həmin evdə yaşamır. Həyətdə inşa edilmiş digər beş otaqlı evdə onun özü, həyat yoldaşı, qızı, böyük oğlu ailəsi ilə birlikdə, cəmi 8 nəfər yaşayırlar. Zərərçəkmiş şəxs1 mütəmadi olaraq onlarla səbəbli-səbəbsiz münaqişə yaradır. 16 iyul 2022-ci il tarixdə səhər gəlini Çimnaz qızı ilə bazara getmişdir. O, isə nəvəsi Zeynəblə birlikdə evdə olmuşdur. Həyətə baxanda Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 ilə həyətdə olduğunu, yanlarında iki nəfərdən başqa sahə inspektoru Şahid2 olduğunu görmüşdür. O, baxdıqda görmüşdür ki, həmin iki nəfər həyətdə qazıntı işləri aparır. Həmin şəxslərə etirazını bildirdikdə, Şahid2 oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həyətdə qazıntı və ya tikinti aparmaq üçün icazələri olub-olmamasını soruşmuşdur. Zərərçəkmiş şəxs1 və anası ona həyətdə hasar çəkəcəklərini və bunun üçün onlara hər hansı bir icazə lazım olmadığını bildirmişdir. Ona görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs1 və anası ona hücum edərək, onu yerə yıxıb birlikdə döyərək, əlləri və təpikləri ilə vuraraq xəsarət yetirmişlər. Yaşadığı evin qarşısında dayanıb, onun döyüldüyünü görən nəvəsi Zeynəb əlində olan Z.Həsənzadəyə məxsus mobil telefonu nümayiş etdirərək, Mətanətə və Solmaza onu buraxmalarını tələb edərək, onun döydüklərini telefonun kamerasına çəkdiyini bildirmişdir. Bunu eşidən Zərərçəkmiş şəxs1 və anası onu buraxıb, nəvəsi Zeynəbə hücum edərək, nəvəsinin əlindəki mobil telefonu almaq istəmişlər. Nəvəsi telefonu Mətanətə və Solmaza vermək istəmədikdə, nəvəsini yerə yıxaraq bədəninə və sifətinin müxtəlif yerlərindən vurmağa başlamışlar. Zeynəb Həsənzadə əlindəki mobil telefonu götürməsi üçün ona doğru atmışdır. Təqsirləndirilən şəxs2 yerdə olduğundan telefonun düşdüyü yerə tərəf sürünəndə Mətanət həmin mobil telefonu götürmüşdür. Bunda sonra Mətanət və Solmaz uzaqlaşaraq getmişlər. Təqsirləndirilən şəxs2 oğlu Təqsirləndirilən şəxs1 zəng edib bu barədə məlumat vermiş, oğlu aqressiv və əsəbi halda yaşadığı ünvana gəlmişdir. Oğlu nəvəsi Zeynəbin gözünün vəziyyətinə və üzündə, qolunda və dizindəki qançırları gördükdə qəzəblənib Zərərçəkmiş şəxs1 yaşadığı evə hücum etmişdir. Zərərçəkmiş şəxs1 yaşadığı evin qapısının qarşısında dayanmışdır. Təqsirləndirilən şəxs1 Mətanətin qollarının bilək nahiyyəsindən tutaraq çölə çıxarmaq, ümumiyyətlə həyətdən qovmaq istəmişdir. Mətanəti dartıb küçəyə çıxarmışdır. O, qudası Uqlanbeqi Mərdanoviç, gəlini Aytən Mətanəti oğlundan kənarlaşdırmaq üçün hasarın yanına çıxmışlar. Vüqar Mətanətin iki qolunun biləyindən tutub dartarkən hasarın yanında Mətanət yerə yıxılmışdır. Vüqar həyətə qayıdarkən Mətanət ayağa qalxaraq oğluna qarşı nalayiq sözlər işlətməyə başlamışdır. Oğlu yenə küçəyə çıxaraq Mətanətin üstünə getmişdir. Mətanətin qollarından tutmuşdur. Onunla Aytən oğlu ilə Mətanəti bir birindən kənarlaşdırmışlar. Mətanət yaşadığı evin qapısının qarşısına gəlmişdir. Oğlu yenə Mətanətin sol qolundan tutub dartaraq evdən və həyətdən uzalaşdırmağa çalışmışdır. Yenə onunla Aytən Mətanəti oğlundan kənarlaşdırmağa çalışmışdır. Zərərçəkmiş şəxs1 oğlundan uzaqlaşaraq evə daxil olmuşdur. Daha sonra o və nəvəsi Zeynəb xəsarət aldıqlarından zəng edib, TTY çağırmışlar. TTY gəldikdən sonra ona və nəvəsinə ilkin tibbi yardım göstərilmişdir. O, DİN-nin 102 xidmətinə zəng edib, məlumat verdikdən sonra Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları həyətə gəlmişlər. Sonra onu və X23ni 33-cü polis bölməsinə aparıb izahatlarını aldıqdan sonra onlara məhkəmə-tibbi ekspertizadan keçmək üçün təliqə verilmişdir. Həmin gün o və nəvəsi Suraxanı rayonunda yerləşən məhkəmə tibbi ekspertizasından keçmişlər. Lakin iki gündən sonra nəvəsi Zeynəbin sol gözündə bulanıqlıq əmələ gəlmiş və su axmağa başlamışdır. Nəvəsi müayinədən keçmək üçün Zərifə Əliyeva adına Göz Xəstənasına aparılmışdır. Nəvəsinin gözündə zəiflik yarandığından eynəkdən istifadə edir. Hadisə zamanı o, Zərərçəkmiş şəxs1 saçından tutaraq dartmamışdır. Zərərçəkmiş şəxs2 da qolundan tutaraq dartmamışdır. O, sadəcə olaraq oğlu Vüqarı Mətanətdən və Solmazdan uzaqlaşdırmaq istəmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, X19 ilə 2011-ci il tarixdə birgə nikaha daxil olmuşdur. Həmin nikahdan 2012-ci il tarixdə bir qız övladları, X14 dünyaya gəlmişdir. Onlar evləndikləri gündən Məmmədlə könülsüz evləndiyi üçün münasibətləri qaydasında olmamışdır. Məmmədlə evlənməyinə anası razı olduğu üçün evlənmişdir. 2013-cü il tarixdə münasibətləri qaydasında olmadığı üçün rəsmi şəkildə boşanmışlar. Evləndikdən sonra atasının tikdiyi hal-hazırda yaşadığı ünvana köçmüşdür. Atası onlar nişanlı olduğu dövrdə evi tikib qızına vermişdir. Onlar boşandığı gündən ata evini tərk etsin deyə dəfələrlə mübahisələr və onları bezdirici hərəkətlər edilmişdir. Əvvəllər də aralarında narazılıqlar olmuşdur. Boşandıqdan sonra məhkəmədə işləri olduğuna görə məhkəmə qətnaməsini icra etmədiyi üçün Məmməd Həsənov həbs olunmuşdur. Məmməd həbsdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs1 ilə işi olmamışdır. Məmməd Hacıyev yenidən evlənib ailə həyatı qurmuşdur. X25 anası, atası, bacısı, qardaşı və onun ailəsi hal-hazırda yaşadığı evin qonşuluğunda yaşayırlar. Məmməd Həsənovun ailə üzvləri onları evdən çıxartmaq üçün hər dəfəsində dava edərək evlərinə hücum çəkib onu və anasını döymüşlər. Onların son vaxtlar aralarındakı narazılıq kanalizasiya trubası çəkilməsi üstündə baş vermişdir. Onların kanalizasiya trubası ilə qonşunun trubası birlikdədir. Qonşu da onlara kanalizasiya pulunu vermədikləri üçün öz kanalizasiyasını ayarıcağını demişdir. Ondan kanalizasiyasının çəkilməsini tələb etmişlər. O, da mübahisədə olduğu üçün nə üçün çəkməli olduqlarını soruşmuşdur. Onun üstündə yenidən aralarında mübahisələr başlamışdır. Sonuncu dəfə 16 iyul 2022-ci il tarixdə saat 12 radələrində evdə anası və qızı ilə olan zaman qonşuluqda yaşayan keçmiş ərinin qardaşı Təqsirləndirilən şəxs1 qapıya hücüm çəkib onu əli və qolu ilə vuraraq, qolundan pilləkəndən sürüyə-sürüyə küçəyə çıxarmışdır. Küçədə də onu yerdə sürüyüb yerdə fırlatmağa başlamışdır. Sonradan qapıya Təqsirləndirilən şəxs1 qaynı Samir adlı şəxs, keçmiş qaynanası Təqsirləndirilən şəxs2, Vüqarın arvadı Çimnaz Hacıyeva və Çimnaz Hacıyevanın anası Şahid5 həyətə gəlib onlardan çölə çıxmağı tələb etmişlər. Vüqar onu sürüyüb çölə atdıqdan sonra Təqsirləndirilən şəxs2 və Uqlanbeqi onun üstünə hücum etmişlər. Uqlanbeqi ilə Zərafət və Vüqar onun bədəninin müxtəlif nahiyələrindən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdirlər. Bu hadisə üç dəfə baş vermişdir. Vüqar onu üç dəfə sürüyərək çölə atmış və küçədə onu qəddarcasına döymüşlər. Sonra anası ona kömək etmək istəyərkən evdən çıxmaq istədikdə Uqlanbeqi üstünə hücum etmişdir. Bundan sonra Zərafətlə Vüqar da ona qoşularaq onu döyməyə başlamışlar. Anasının başından gözündən boynundan vurmuşlar. Vüqar anasının qolundan elə sıxmışdır ki, qolunda qançır yaranmışdır. Anası çölə qaçaraq küçədə insanlardan kömək istəmişdir. Bu zaman Vüqar, Zərafət, Uqlanbeqi anasının üstünə hücum edərək yenə anasını döyməyə başlamışlar. Saçından tutub yolmuşlar. Bu zaman Çimnaz və Çimnazın qızı Zeynəb də hücum etmişdir. Onlar hamısı anasını döymüşlər. Zeynəb anasını nalayiq sözlərlə təhqir etmişdir. O, hər dəfə evə daxil olmaq istəyərkən Zərafət ona hücum edərək azyaşlı qızının gözü qarşısında onun saçını yolmuş, başına yumruqla vurmuşdur. Zərafət onu evə daxil olmağa qoymamışdır. Vüqarın onu döyməsi üçün onu çöldə saxlamışdır. Sonra o, güc bəla ilə üçüncü dəfə Vüqarın əlindən, çıxaraq evə daxil olmuşdur. Sonra Vüqar, keçmiş qayınatası Cavid, Vüqarın qaynı Samir, tanımadığı bir nəfər və Samirin dostu qapını döyərək qapını sındırmaq istəmişlər. Ondan və anasından çölə çıxmağı tələb etmişlər. Hətta Cavid, Çimnaz nalayiq sözlərlə onları təhqir etmişdir. Çimnazın əlində balta olmuşdur. Çimnaz onu öldürməklə hədələmişdir. Çimnaz evə basqın etmişdir. Sonra DİNnin 102 xidməti ilə əlaqə saxladıqda təxminən 4 saat sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər, kamera ilə müşahidə etdikdə Çimnazın onların yaşadığı həmin evin zirzəmisindən bir ədəd balta, üç ədəd beli gizli olaraq zirzəmiyə daxil olaraq ələ keçirdiyini aşkar etmişlər. Hadisədən son azyaşlı övladı Zeynəb Hacıyeva psixoloji sarsıntı keçirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hadisə baş verən günü hadisəni görən bir şahid olmamışdır. Göstərilənlərə əsasən təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs1 keçmiş qaynanası Təqsirləndirilən şəxs2, keçmiş qaynı Təqsirləndirilən şəxs1 və sonuncunun övladı X10 onunla mübahisə edərək xəsarət yetirmişlər. 16 iyul 2022-ci il tarixdə saat 12 radələrində o, Mətanət və nəvəsi ilə birlikdə evdə olan zaman qonşuluqda yaşayan Mətanətin keçmiş ərinin qardaşı Təqsirləndirilən şəxs1 qapıya hücum çəkib Mətanəti əli və qolu ilə vuraraq qolundan tutub pilləkəndən sürüyə-sürüyə küçəyə çıxartmışdır. X29 yerdə sürüyüb fırlatmağa başlamışdır. Sonradan qapıya Mətanətin keçmiş qaynı Təqsirləndirilən şəxs1 Samir adlı şəxs, keçmiş qaynanası Təqsirləndirilən şəxs2, keçmiş qaynı arvadı Şahid3 və Şahid3 anası Şahid5 həyətlərinə gəlib onların çölə çıxmağını tələb etmişlər. Vüqar qızını sürüyüb çölə atdıqdan sonra Təqsirləndirilən şəxs2 və Uqlanbeqi qızı Zərərçəkmiş şəxs1 üstünə hücum etmişlər. Uqlanbeqi ilə Zərafət və Vüqar qızının bədəninin müxtəlif nahiyələrindən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişlər. Bu hadisə üç dəfə baş vermişdir. Vüqar qızını üç dəfə sürüyərək çölə atmış və küçədə qızını qəddarcasına döymüşlər. Sonra o, qızına kömək etmək istəyərkən evdən çıxmaq istədikdə Uqlanbeqi üstünə hücum etmişdir. Bundan sonra Zərafətlə Vüqar da ona qoşularaq onu döyməyə başlamışlar. Qızının başından gözündən boynundan vurmuşdur. Vüqar onun qolundan elə sıxmışdır ki, qolunda qançır yaranmışdır. O, çölə qaçaraq küçədə insanlardan kömək istəmiş, bu zaman Vüqar, Zərafət, Uqlanbeqi üstünə hücum edərək yenə onu döyməyə başlamışlar. Saçından tutub yolmuşlar. Bu zaman Çimnaz və Çimnazın qızı Zeynəb də hücum etmişdir. Onlar hamısı onu döymüşdür. Zeynəb onu nalayiq sözlərlə təhqir etmişdir. Sonra hər ikisi evə daxil olmuşdur. Vüqar, Samir və tanımadığı bir nəfər və Samirin dostu qapını döyərək qapını sındırmaq istəmişlər. Ondan və qızından çölə çıxmağı tələb etmişlər. Sonra o, DİN-nin 102 xidməti ilə əlaqə saxlamış, təxminən 4 saat sonra 102 polis əməkdaşları hadisə yerinə gəlmişdir. Hadisəni kamera ilə müşahidə etdikdə Çimnazın Zərərçəkmiş şəxs1 yaşadığı həmin evin zirzəmisindən bir ədəd balta, üç ədəd beli gizli olaraq zirzəmiyə daxil olaraq ələ keçirdiyini aşkar etmişdir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayır. 16 iyul 2022-ci il tarixdə kiçik qızı Həsənzadə Zəhra ilə 8-ci km bazarında olarkən qonşuluqda yaşayan qardaşının həyat yoldaşı Şahid6 onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna zəng edərək həmin vaxtı evdə olan böyük qızı 2008-ci il təvəllüdlü X5 şəxsiyyət vəsiqəsinin harada olduğunu soruşmuşdur. O, Şahid6 nə baş verdiyini soruşduqda Aytən ona bildirmişdir ki, qaynanası Təqsirləndirilən şəxs2 Əlizavar qızını bir həyətdə yaşadıqları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həyətdə döyərkən qızı Zeynəb onların qanunsuz hərəkətini evdən götürdüyü qaynanası Zərafətə məxsus mobil telefonunu kamerası ilə çəkərkən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qızına hücum edərək əlindəki mobil telefonu almaq istəmişdir. Qızı telefonu onlara vermək istəmədikdə onlar qızının bədəninin müxtəlif yerlərindən və üzündən vuraraq qızına xəsarət yetirmişlər. Zeynəb xəsarət aldığından və tibbi yardıma ehtiyacı olduğundan tibbi yardım çağırmışlar. Ona görə də qızının şəxsiyyətini təsdiq edən sənədi gələn həkimlərə təqdim etmək lazım olmuşdur. O, dərhal evə qayıtdıqda qızının və qayınanasının evdə olmadıqlarını görmüşdür. Soruşduqda qızı Zeynəbin və qaynanası Zərafətin məhkəmə-tibbi müayinəsində keçirilmələri üçün polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertizaya apardıqlarını öyrənmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 16 iyul 2022-ci il tarixdə səhər saatlarında maşına baxmaq üçün Binəqədi rayonuna getmişdir. Binəqədi rayonunda olarkən saat 11 radələrində bacısı Şahid3 ona zəng edərək qızı X5 Solmaz və Mətanət tərəfindən döyüldüyünü bildirmişdir. Həmin vaxt dostu Rafiq də onun yanında olmuşdur. O, Binəqədi rayonuna dostu Rafiqlə və onun maşını ilə getmişdir. Rafiqdən dərhal bacısının yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsinə sürməyi tələb etmişdir. O, həmin ünvana gəlmişdir. Rafiq maşını Zərafətgilin yaşadığı ünvanın yaxınlığında saxlamışdır. O, həyətə daxil olanda Zərafət, anası Uqlanbeqinin həyətin Mətanətin yaşadığı hissəsində olduğunu, Mətanət və Solmazın pəncərədən onlarla mübahisə etdiyini görmüşdür. Anası və Zərafəti evə aparmışdır. Onlar ona bacısı qızı Zeynəbi göstərmişdirlər. O, bacısı qızı Zeynəbin sol yanağının qırmızı olduğunu görmüşdür. Maykasını bir qədər aşağı dartdıqda sinəsinin orta hissəsinin də qızardığını görmüşdür. O, Zeynəb Həsənzadədən nə baş verdiyini soruşmuşdur. Zeynəb ona Solmaz və Mətanətin mübahisə etdiyini onun da telefonla çəkdiyini, bu zaman Solmaz Mətanətin onun üstünə hücum etdiyini Solmazın üzünə şillə vurduğunu, yerə yıxıldığını bildirmişdir. Zeynəb yerə yıxıldıqdan sonra Solmazın ayağını onun sinəsinə qoyduğunu Mətanətin də telefonu əlindən aldığını bildirmişdir. O, qəzəblənmiş və Mətanətin evinə yaxınlaşmışdır. Həmin vaxt dostu Rafiq həyətin Zərafətgilin yaşadığı hissədə dayanıb onu gözləmişdir. O, Mətanətin yaşadığı evin pəncərəsinə yaxınlaşmışdır. Mətanət pəncərədə dayanıb baxmışdır. O, Mətanətə Solmazı çağırmasını bildirmişdir. Lakin Mətanət anasının vəziyyətinin yaxşı olmadığını, çıxa bilməyəcəyini bildirmişdir. Sonra o, Zərərçəkmiş şəxs1 bir kişinin gəlməsini bu vəziyyətin müzakirə olunmasının zəruri olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 onu nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Ona dayısının gəldiyini 317 nömrəli məktəbin yanında olduğunu bildirmişdir. O, həmin yerə getmiş və həmin yerdə heç kimin olmadığını, müşahidə etmişdir. Sonra o, işi ilə əlaqədar getmişdir. Bir qədər sonra geri qayıtdıqda bacısının əri Vüqarın həyətdə olduğunu, dostu Rafiqlə qonşu Rəcəbin hasarın Vüqargilin yaşadığı hissəsində dayandığını görmüşdür. Vüqar həyətin yaşadığı hissəsində dayanmışdır. O, heçnə soruşmamışdır. Pəncərəyə yaxınlaşmış və hansı səbəbdən dayısının gəlmədiyini soruşmuş, lakin heç bir cavab verməmişdir. O, bacısı qızı, Zeynəbi oradan götürərək ekspertə aparmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Şahid3 onun qızıdır. Təqsirləndirilən şəxs1 isə onun kürəkənidir. O, qızının yaşadığı evin qonşuluğunda yaşayır. 16 iyul 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 həyətindən qışqırıq səslərinin gəldiyini eşitmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evə gəlmişdir. X13 ağladığını, bədəninin qızartılar içərisində olduğunu görmüşdür. X23 özünün və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən döyüldüyünü, telefonunun Zərərçəkmiş şəxs1 tərəfindən əlindən alındığını bildirmişdir. Nəvəsi Solmaz və Mətanətin Zərafəti yerə yıxdıqlarını, yumruqla təpiklə başına və bədəninə vurduqlarını, onun telefonla çəkiliş apardığını, Solmazın onun üstünə hücum edərək saçından tutaraq yerə yıxdığını, şillə ilə üzünə vurmağa başladığını, qarnının üstündə oturduğunu, Mətanətin saçını yolaraq başına yumruqla vurduğunu, Mətanətin telefonu onun əlindən alaraq apardığını bildirmişdir. O, xəstə olduğundan və yeriyə bilmədiyindən həyətdə stulda oturmuşdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 zəng edərək Zeynəbin döyüldüyünü, telefonunun əlindən aldığını bildirmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 əsəbi və aqressiv halda evə gəlmişdir. Zeynəbin vəziyyətini gördükdə dərhal Zərərçəkmiş şəxs1 yaşadığı evə hücum etmişdir. Zərərçəkmiş şəxs1 qapının qarşısında dayanmışdır. Vüqar Zərərçəkmiş şəxs1 qollarından tutaraq dartıb həyətdən küçəyə çıxarmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 dartarkən Mətanət yerə yıxılmışdır. O, gəlini Aytən və Təqsirləndirilən şəxs2 Vüqarın dalınca ayırmaq üçün getmişdir. O, hərəkət edə bilmədiyi üçün onlara çata bilməmişdir. Vüqar Mətanəti çölə çıxardıqdan sonra həyətə geri qayıtmaq istədikdə, Zərərçəkmiş şəxs1 ayağa qalxaraq Vüqara qarşı təhqiramiz sözlər işlətmişdir. Vüqar yenə küçəyə çıxaraq Mətanətin üstünə hücum etmişdir. X11rı bir birindən kənarlaşdırmağa çalışmışdır. O, həyətədə olduğundan Vüqarın Mətanətin hansı nahiyələrindən vurduğunu görməmişdir. Zərərçəkmiş şəxs1 evə yaxınlaşıb evə daxil olmaq istəyərkən Təqsirləndirilən şəxs1 yenidən Mətanətin üstünə hücum etmişdir. X20rı bir birindən kənarlaşdırmağa çalışmışdır. Bu vaxt Solmaz qapıdan çölə çıxmışdır. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 içəri keçirmək istəsə də, Təqsirləndirilən şəxs1 yenə Zərərçəkmiş şəxs1 sol qolundan tutaraq pilləkəndən aşağıya düşürmüşdür. Zərərçəkmiş şəxs1 Vüqarın əlindən çıxaraq evinə doğru getmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun arvadıdır, Təqsirləndirilən şəxs1 isə onun oğludur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaratdığı problemlərlə əlaqədar o öz yaşadığı evi tərk edərək Türkan qəsəbəsində yaşamağa başlamışdır. 16 iyul 2022-ci il tarixdə arvadı Təqsirləndirilən şəxs2 zəng edərək nəvəsi Zeynəb Həsənovanın və özünün Mətanət və Solmaz tərəfindən döyüldüyünü, Zeynəbin telefonunun Mətanət tərəfindən əlindən alındığını bildirmişdir. O, dərhal Zığ qəsəbəsinə həmin ünvana gəlmişdir. Evə gəldikdə Zeynəbin sol yanaq nahiyyəsində qançır, əlində və dizlərində sıyrıq xəsarətlərinin olduğunu müşahidə etmişdir. Təqsirləndirilən şəxs2 isə başında, qollarında, barmaqlarında qançırların yarandığını yaranan mübahisə zəminində əvvəl bir yerdə Zərafəti, sonra telefonla çəkiliş apardığına görə Zeynəb Həsənovanı döydüklərini, çəkiliş apardığı üçün Zərərçəkmiş şəxs1 telefonu onun əlindən aldığını, Təqsirləndirilən şəxs1 zəng edib bu barədə xəbər verdikdə isə Vüqarın aqressiv formada gələrək Mətanətin qolundan tutaraq küçəyə çıxardığını bildirmişlər. Hadisə barədə soruşduqda Zərafət ona Solmaz və Mətanətlə hasara görə aralarında mübahisə yarandığını bildirdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, Şahid3 onun baldızıdır. Təqsirləndirilən şəxs1 isə onun baldızının əridir. O, onların yaşadığı evin qonşuluğunda yaşayır. 16 iyul 2022-ci il tarixdə günorta saatlarında Zərafətgilin həyətindən qışqırıq səslərinin gəldiyini eşitmişdir. Qaynanası Uqlanbeqi ilə Zarafətgilin yaşadığı evə gəlmişdir. Zeynəb Həsənovanın ağladığını, bədəninin qızartılar içərisində olduğunu görmüşdür. Zeynəb Həsənova özünün və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Soflmaz Hacıyeva tərəfindən döyüldüyünü, telefonunun Zərərçəkmiş şəxs1 tərəfinidən əlindən alındığını bildirmişdir. Zeynəb Solmaz və Mətanətin Zərafəti yerə yıxdıqlarını, yumruqla təpiklə başına və bədəninə vurduqlarını, Zeynəbin telefonla çəkiliş apardığını, Solmazın onun üstünə hücum edərək saçından tutaraq yerə yıxdığını, şillə ilə üzünə vurmağa başladığını, qarnının üstündə oturduğunu, Mətanətin saçını yolaraq başına yumruqla vurduğunu, Mətanətin telefonu onun əlindən alaraq apardığını bildirmişdir. O, qaynanası Uqlanbeqi Mərdanoviçlə həyətdə stulda oturmuşdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Zəng edərək Zeynəbin döyüldüyünü, telefonunun əlindən aldığını bildirmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 əsəbi və aqressiv halda evə gəlmişdir. Zeynəbin vəziyyətini gördükdə dərhal Zərərçəkmiş şəxs1 yaşadığı evə hücum etmişdir. Zərərçəkmiş şəxs1 qapının qarşısında dayanmışdır. Vüqar Zərərçəkmiş şəxs1 qollarından tutaraq dartıb həyətdən küçəyə çıxarmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 dartarkən Mətanət yerə yıxılmışdır. Uqlanbeqi, Təqsirləndirilən şəxs2 və o Vüqarın dalınca ayırmaq üçün getmişlər. Vüqar Mətanəti çölə çıxardıqdan sonra həyətə geri qayıtmaq istədikdə, Zərərçəkmiş şəxs1 ayağa qalxaraq Vüqara qarşı təhqiramiz sözlər işlətmişdir. Vüqar yenə hasarın kənarına çıxaraq Mətanətin üstünə hücum etmişdir. O və Zərafət onları bir birindən kənarlaşdırmağa çalışmışdır. Vüqar Mətanəti vurmamışdır. Sadəcə qolundan tutaraq həyətdən çıxarmaq və qovmaq istəmişdir. Zərərçəkmiş şəxs1 evə yaxınlaşıb evə daxil olmaq istəyərkən Təqsirləndirilən şəxs1 yenidən Mətanətin üstünə hücum etmişdir. Yenə Zərafətlə o, onları bir birindən kənarlaşdırmağa çalışmışdır. Bu vaxt Solmaz qapıdan çölə çıxmışdır. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 içəri keçirmək istəsə də, Təqsirləndirilən şəxs1 yenə Zərərçəkmiş şəxs1 sol qolundan tutaraq pilləkəndən aşağıya düşürmüşdür. Zərərçəkmiş şəxs1 Vüqarın əlindən çıxaraq evinə doğru getmişdir. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə heç bir xəsarət yetirməmişdir. Sadəcə zərərçəkmiş şəxslər Zeynəb Həsənovanı döydükləri və telefonunu əlindən aldıqları üçün qəzəblənərək Zərərçəkmiş şəxs1 qolundan tutaraq ümumiyyətlə qovmaq istəmişdir. Çölə çıxararkən də Zərərçəkmiş şəxs1 yerə yıxılmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsində sahə rəisi vəzifəsində işləyir. 16 iyul 2022-ci il tarixdə saat 11 radələrində DİN-nin 102 mərkəzinə Zərərçəkmiş şəxs1 tərəfindən daxil olmuş zəng ilə əlaqədar həmin ərazinin sahə inspektoru olduğundan ünvan 5 ünvanına gəlmişdir. O, gələndə hasar çəkilməsi üçün yerin qazılmış olduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 münaqişə yaratdığını, hasar çəkməsinə maneə olduğunu bildirmişdir. O, orada olanda Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sözlə mübahisə etmişlər. O, həmin şəxslərdən mübahisəni dayandırmalarını tələb etmişdir. Zərərçəkmiş şəxs1 etdiyi 102 zəngi ilə əlaqədar ərizə yazmalı olduğunu bildirmişdir. Lakin Mətanət ərizə yazmaqdan imtina etmişdir. Həmin şəxslərin sakitləşdiyini gördükdən sonra avtomonilə əyləşərək həmin yerdən uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mübahisə etdiklərini görmüşdür. Onların sakitləşdiyini gördükdən sonra həmin həyətdən uzaqlaşmışdır. Bir neçə saat sonra yenidən 102 çağrı mərkəzinə edilən zənglə əlaqədar, yenidən hadisə yerinə yaxınlaşmışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun nəvəsini döyərək və onu döyərək xəsarət yetirdiklərini, nəvəsinə məxsus telefonu X13 əlindən aldıqlarını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Şahid5 onu və qızını döyərək xəsarət yetirdiklərini bildirmişlər. Həmin şəxslər ərizə və izahat yazmaq üçün 33-cü polis bölməsinə dəvət olunmuşlar. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 şifahi vəsatəti əsasında qanuni nümayəndəsi Şahid3 iştirakı ilə şahid qismində dindirilmiş X15 bildirmişdir ki, hadisə günü, yəni 16 iyul 2022-ci ildə o, qardaşı ilə evdə olmuşdur. Həyətindən qışqırıq səslərinin gəldiyini eşidərək həyətə çıxmışdır. Həyətə çıxarkən görmüşdür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nənəsi Zərafəti yerə yıxıb başına vururlar. O, özünə məxsus telefonu götürüb baş verənləri çəkməyə başlamışdır. O, demişdir ki, nənəsini buraxsınlar. Mətanət və Solmaz nənəsini buraxaraq onun üstünə hücum etmişlər. Saçından tutub yerə yıxmışlar, başına yumruqla vurmuşlar ki, telefonu götürsünlər. Solmaz qarnının üstünə çıxmış, Mətanət isə qolunu dartmışdır. Solmaz üzünə sillə vuraraq telefonu əlindən almışdır. Məsələ ilə əlaqədar canlı şəxsin ekspertizası ilə bağlı 18 iyul 2022-ci il tarixli 812 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Zərərçəkmiş şəxs1 məhkəmətibbi ekspertizasına və adına tərtib edilmiş tibbi sənədlərə əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Zərərçəkmiş şəxs1 sol bazunun orta 1/3-nin yumşaq toxumasının geniş hematoması; sol ayağın İ barmağının dırnaq falanqasının yumşaq toxumasının əzilmiş yarası; başın təpə- ənsə nahiyəsinin tüksüzləşmiş sahəsi ilə müşayiət olunan уumşaq toxumanın əzilməsi; boyunun hər iki yan səthinin, sağ kürək nahiyəsinin, sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin, sağ saidin, hər iki əlin və hər iki əl barmaqlarının arxa səthlərinin, sol diz oynağı nahiyəsinin qançırları, sol budun xətt şəkilli sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə törənə bilərdi, dərəcələrinə görə sol bazunun orta 1/3-nin yumşaq toxumasının geniş hematoması; sol ayağın İ barmağının dırnaq falanqasının yumşaq toxumasının əzilmiş yarası ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. 2. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınmaları, eləcə də özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur”. Məsələ ilə əlaqədar canlı şəxsin ekspertizası ilə bağlı 18 iyul 2022-ci il tarixli 811 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Zərərçəkmiş şəxs2 məhkəmətibbi ekspertizasına və adına tərtib edilmiş tibbi sənədlərə əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Zərərçəkmiş şəxs2 başın ənsə nahiyəsinin, üst və alt göz qapaqlarının, hər iki bazunun, döş qəfəsinin sol-yan səthinin, sol dirsək oynağı nahiyəsinin bayır səthinin qançırları, hər iki baldırın sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə törənə bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. 2. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınmaları, eləcə də özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur”. Məsələ ilə əlaqədar canlı şəxsin ekspertizası ilə bağlı 16 iyul 2022-ci il tarixli 810 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “X5 məhkəmə-tibbi ekspertizasına və əlavə müayinənin cavabına əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1.X2 yanağın qançırı, sol əlin arxa səthinin və sağ diz oynağı nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə törənə bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. 2. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınmaları, eləcə də özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur”. Məsələ ilə əlaqədar canlı şəxsin ekspertizası ilə bağlı 16 iyul 2022-ci il tarixli 809 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizasına və adına tərtib edilmiş tibbi sənədlərə əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Təqsirləndirilən şəxs2 başın təpə nahiyəsinin, sol saidin, sağ saidin, hər iki bazunun, sağ ayağın İİİ-İV-V barmaqlarının arxa səthinin və sol aşıq baldır oynağı nahiyəsinin qançırları, sol saidin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. 2. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınmaları, eləcə də özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur”. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli T420/2022 nömrəli canlı şəxsin ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Zərərçəkmiş şəxs2 ənsə nahiyəsinin, sağ üst və alt göz qapaqlarının, hər iki bazunun, döş qəfəsinin sol-yan səthinin, sol dirsək oynağı nahiyəsinin bayır səthinin qançırları, hər iki baldırın sıyrıqları olmuşdur. Qeyd edilən xəsarət bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən döyülmə nəticəsində yarana bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir”. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli T419/2022 nömrəli canlı şəxsin ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:Zərərçəkmiş şəxs1 sol bazunun orta 1/3-nin yumşaq toxumasının geniş hematoması, sol ayağın İ barmağının dırnaq falanqasının yumşaq toxumasının əzilmiş yarası, başın təpə-ənsə nahiyəsinin tüksüzləşmiş sahəsi ilə müşayiət olunan уumşaq toxumanın əzilməsi, boyunun hər iki yan səthinin, sağ kürək nahiyəsinin, sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin, sağ saidin, hər iki əlin və hər iki əl barmaqlarının arxa səthlərinin, sol diz oynağı nahiyəsinin qançırları, sol budun sıyrıqları olmuşdur. Qeyd edilən xəsarət bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən döyülmə nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir”. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, disk 40 ədəd şəkil, 14 ədəd video formatlıdır. Fotoşəkillərdə Zərərçəkmiş şəxs2 sol əlin sol üstü hissəsində göyərmə, sol qolun biləyin iç hissəsində göyərmə, sol ayağın sol topuq hissəsinin şişməsi, sol ayağın baş barmağının üst hissəsinin qançırı, sağ ayağın pəncəsinin sağ hissəsinin göyərməsi, sağ əlin baş barmağının qızartısı, sağ qolun orta iç hissəsinin qızartısı, qançırı və göyərməsi, sağ qolun orta çöl hissəsinin sıyrıqları, sağ əlin sağ pəncə hissəsinin şişkinliyi və göyərməsi, sol ayağın diz hissəsinin qızartısı, sağ ayağın dizlə pəncə hissəsində göyərmənin əks olunduğu müşahidə olunur. 1-ci videoaya baxış zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 yaşadığı evlə özünün yaşadığı ev arasında hasar çəkilməsi qazılmış boşluqda dayanaraq hasarın çəkilməsinə mane olmaq istəməsi qarşısında Zərərçəkmiş şəxs1, evin qapısının qarşısında Zərərçəkmiş şəxs2 və bir nəfər ustanın dayandığı və Təqsirləndirilən şəxs2 mübahisə etməsi müşahidə olunur. Növbəti videoda qazıntının digər hissəsində Təqsirləndirilən şəxs2, Uqlanbeqi Mərdanoviçin, Zeynəb Hacıyevanın dayanması və mübahisənin davam etməsi müşahidə olunur. Növbəti videoda Uqlanbeqi Mərdanoviçin qarşı həyətdə oturub Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə təhqir etməsi, Zərərçəkmiş şəxs1 evdən həyət hissəyə çıxaraq onu məhkəməyə verəcəyi və təzminat alacağını bildirməsi müşahidə olunur. Növbəti videoda Şahid3 aqressiv formada qışqırması, qızının Zeynəb Həsənovanın döyülməsi ilə bağlı aqresiya nümayiş etdirərək uca səslə nalayiq sözlər istifadə etməsi müşahidə olunur. Növbəti videoda Şahid1 Zərərçəkmiş şəxs1 yaşadığı evin çöl hissəsində dayanıb Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 uca səslə səslənərək onlardan Zeynəb Həsənovaya məxsus mobil telefonu qaytarmalarını tələb etməsi, onların ailə üzvlərindən bir kişi ilə söhbət etmək istəməsi əks olunur. Növbəti videoda Şahid3 hasar çəkilməsi üçün qazılmış boşluğu beldən istifadə edərək doldurması, 14 yaşlı yetkinlik yaşına çatmayan qızına əl qaldırdığı üçün onu öldürəcəyini bildirməsi, o cümlədən Təqsirləndirilən şəxs2 ərinin nalayiq sözlər işlətdiyi müşahidə olunur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 evin içərisindən pəncərədən müşahidə edir. Növbəti videoda Zərərçəkmiş şəxs1 yaşadığı evinin qarşısında dayanması, Təqsirləndirilən şəxs1 pilləkənlə qalxaraq Zərərçəkmiş şəxs1 üstünə hücum etdiyi, sağ əli ilə Zərərçəkmiş şəxs1 sol əlindən sağ ilə isə sol əlinin bilək nahiyəsindən tutub dartaraq həyətin darvazasına doğru aparması, evin darvaza hissəsindən küçəyə çıxarması, Zərərçəkmiş şəxs1 dartaraq apardığı zaman Zərərçəkmiş şəxs1 küçə hissədə yerə yıxılması, Təqsirləndirilən şəxs1 onu buraxmadan əlləri ilə Zərərçəkmiş şəxs1 qollarının bilək nahiyyəsindən tutmuş vəziyyətdə yer ilə sürüməsi Uqlanbeqi Mərdanoviçin və Zərafət Həsəvovanın onların arxasınca darvazaya yaxınlaşması, Vüqar Həsəvovun darvazadan həyətə daxil olması, Zərərçəkmiş şəxs1 ayağa qalxaraq darvazadan çöl hissədən Təqsirləndirilən şəxs1 sözlər işlətməsi, Təqsirləndirilən şəxs1 yenidən həyətdən çıxaraq hissədə hasarın kənarında dayanmış Zərərçəkmiş şəxs1 hücum etməsi, Zərafət və qonşusu Aytənin onları bir-birindən ayırmağa çalışması, Uqlanbeqi Mərdanoviçin evin həyətində dayanaraq evin qapısında dayanmış Zərərçəkmiş şəxs2 daş atması, Aytənin Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 uzaqlaşdıraraq darvazadan həyətə doğru Zərərçəkmiş şəxs1 yaşadığı doğru evə aparması, Təqsirləndirilən şəxs1 darvazının içəri hissəsində Zərərçəkmiş şəxs1 hücum etməyə çalışan anası Təqsirləndirilən şəxs2 mane olmağa çalışması, Təqsirləndirilən şəxs1 evə daxil olmaq istəyən Zərərçəkmiş şəxs1 üstünə yenidən hücum etməsi, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 sol qolundan Təqsirləndirilən şəxs2 sağ qolundan tutaraq dartması, Zərərçəkmiş şəxs1 əl-qol hərəkətləri ilə onların qarşısını almağa çalışması, bu vaxt Zərərçəkmiş şəxs2 evin qapısının girişində Zərərçəkmiş şəxs1 içəri salmaq istədikdə Təqsirləndirilən şəxs2 onun sağ qolundan Təqsirləndirilən şəxs1 onun sol qolundan dartaraq çölə çıxararaq həyətə aparması Təqsirləndirilən şəxs2 iki əli ilə Zərərçəkmiş şəxs1 saçından tutaraq aşağı doğru dartması, Təqsirləndirilən şəxs1 qayıdaraq anasının saçından tutaraq evə daxil olmasına mane olan Zərərçəkmiş şəxs1 sol qolunun çiyinə yaxın hissəsindən tutaraq onu pilləkəndən aşağıya doğru dartması, Təqsirləndirilən şəxs1 onu buraxaraq geri qayıtması, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 uzaqlaşmaq istəyərkən onun yenidən M. Hacıyevanın saçını iki əli ilə aşağı doğru dartaraq onu özünə doğru dartması, Şahid6 Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 qollarından tutaraq onları bir birindən kənarlaşdırmaq istəyərkən Təqsirləndirilən şəxs1 yenidən qapının qarşısında anası tərəfindən saçından tutularaq məcbur saxlanmış Zərərçəkmiş şəxs1 iki əli ilə sol qolundan tutaraq pilləkəndən həyətə doğru dartaraq aparması, pilləkəndən aşağı hissədə Zərərçəkmiş şəxs1 paltarının yaxa hissəsindən tutaraq geriyə və önə dartması silkələməsi, sonra Zərərçəkmiş şəxs1 pilləkəni qalxaraq evin girişin qapısının qarşısında dayanması müşahidə edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmiş şəxsdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” barədə 21 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 25 dekabr 2008-ci il təvəllüdlü X10, 27 avqust 2012-ci il təvəllüdlü X16 və 23 sentyabr 2015-ci il təvəllüdlü X17 adlı uşaqları var. İş materiallarında olan “X33” publik hüquqi şəxsi tərəfindən verilmiş “ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış”dan görünür ki, Təqsirləndirilən şəxs2 “şəkərli diabet” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin məktubundan görünür ki, Zərərçəkmiş şəxs1, X19, Şahid4 və Təqsirləndirilən şəxs2 barəsində 08 may 2015-ci il tarixdə 33-cü polis bölməsində münaqişəli ailələr kimi qeydiyyata alınmışlar. İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” barədə 21 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 03 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisəni törədən zaman silah qismində istifadə edilən əşyadan istifadə etmədiklərindən onların barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkib əlamətləri olmadığına görə barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin edilməsi nəzərdə tutulur. Bununla da xuliqanlıq cinayətinin obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi. Buna görə də, əməlin xuliqanlıq cinayəti hesab olunması üçün şəxsin hərəkətlərində bu cinayətin obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında hesab etmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq, başqa cinayətlərdən fərqləndirilməlidir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əmələri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya sair tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xüliqanlıq kimi qiymətləndirilməməlidir. Adı çəkilən Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər—təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər—təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə yuxarıda sadalanan iş materiallarını tədqiq edərək və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin, yəni zərərçəkmiş şəxslərin sağlamlığına yetirilən xəsarətlərin xuliqanlıq əməli olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, təqsirləndirilən şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməmiş, təqsirləndirilən şəxslərin əməlləri qeyd edilən maddələri ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmiş, əksinə belə xuliqanlıq əməlinin istisna olunduğu mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmənin gəldiyi nəticəni əsaslandırarkən ilk növbədə 16 iyul 2022-ci ildə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Məhkəmə cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində birbiri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Məhkəmə hesab edir ki, hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 16 iyul 2022-ci ildə ünvan 6 ünvanında yerləşən evin həyətində tərəflərin arasında baş vermiş münaqişə Zərərçəkmiş şəxs1 yaşadığı ev ilə Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə yaşadığı evin arasında hasar çəkilməsi ilə bağlı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yaşadığı evdən bir metr məsafədə hasar tikilməsinə icazə verməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 hasarın iki metr məsafədə tikilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 həmin həyətdə olmadığı vaxtda anası Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə etiraz etmiş və aralarında mübahisə yaranmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 qızı X10 da orada olmuşdur. Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 X27yə xəsarətlər yetirdiklərinə görə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 zəng edərək bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 dərhal hadisə yerinə gələrək Zərərçəkmiş şəxs1 qolundan tutaraq sürüyüb aparıb həyətdən çölə çıxarmışdır. Həmin vaxt Şahid6, Təqsirləndirilən şəxs2, Şahid5 Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 ayırmağa çalışmışlar. Bu fakt təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri və məhkəmə tibbi ekspertizalarının rəyi ilə kifayət qədər sübuta yetirilir. Lakin 16 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədən xəsarətləri yetirmələri faktında Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrinin tərkib əlamətlərinin olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş və qiymətləndirilmiş sübutların məcmusuna əsasən öz təsdiqini tapmır. Belə ki, məhkəmə baş vermiş hadisəyə hüquqi qiymət verərkən ilk öncə təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin arasındakı qarşılıqlı münasibətləri, hadisənin baş vermə yeri və şəraiti ilə bağlı onu qeyd edir ki, tərəflərin arasında davam edən münaqişələr artıq 10 ildən çoxdur ki, davam edir. Bu hallar iş materiallarına əlavə edilmiş bir çox məhkəmə aktları, Suraxanı rayon Polis İdarəsinin 33cü polis bölməsinin verdiyi məktubu ilə, yəni tərəflərin 33-cü polis bölməsində münaqişəli ailə kimi qeydiyyatda olmaları ilə öz təsdiqini tapır. İlk öncə qeyd olunur ki, 16 iyul 2022-ci il tarixdə saat 11:00-12:00 radələrində Təqsirləndirilən şəxs2 ilə zərərçəkmiş şəxslərin arasında ünvan 6 ünvanında yerləşən evin həyətində baş vermiş münaqişənin səbəbi hasarın çəkilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, tərəflərin arasında olan münaqişə bir həyətdə, yəni ünvan 6 ünvanında yerləşən evin həyətində baş vermiş, həmin münaqişəni isə şahidlərdən başqa kənar bir şəxs görməmişdir. Sonradan isə Təqsirləndirilən şəxs1 hadisə yerinə gələrək qızı X8 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən xəsarət yetirildiyini gördükdə, Zərərçəkmiş şəxs1 xuliqanlıq məqsədi ilə deyil, sadəcə həyətdən çıxarmaq məqsədi ilə yaxınlaşaraq Zərərçəkmiş şəxs1 sürüyüb həyətdən çıxarmışdır. Həmin vaxt şahidlər və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 ayırmağa çalışmışlar. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hərəkətləri, hətta onun gedişində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül zərər vurmaya səbəb olan xəsarətlərin yetirilməsinə səbəb olsa belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, təqsirləndirilən şəxslərin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, münaqişəli olduğu zərərçəkmiş şəxslərə istiqamətlənən və onların sağlamlığına zərər vuran hərəkətlər kimi təzahür etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxslərin arasında münaqişənin baş verməsi və təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərə xəsarət yetirmələri, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərlə ailə münaqişəsi zəminində yaranmış mübahisədən qaynaqlanması nəticəsində baş vermişdir. Xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Bundan başqa iş üzrə keçirilmiş canlı şəxsin ekspertizaları ilə bağlı 18 iyul 2022-ci il tarixli 811 nömrəli və 05 sentyabr 2022-ci il tarixli T420/2022 nömrəli ekspert rəylərindən görünür ki, Zərərçəkmiş şəxs2 yetirilmiş xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 140-cı maddəsinə əsasən şəxsin səhhəti və sağlamlığı məsələləri üzrə araşdırılmalı hallar yalnız tibb sahəsində ekspert rəyi ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 anası olmaqla tərəflərin arasında baş vermiş və illərdi ki, davam edən münaqişələrdə daim olaraq iştirak etdiyinə baxmayaraq Zərərçəkmiş şəxs2 hərəkəti ictimai vəzifə yerinə yetirən şəxs kimi qiymətləndirə bilməz. Bununla da hadisə vaxtı təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs2 vurulması işdə olan sübutlarla öz təsdiqini tapmadığından zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ittihamdan çıxarılmalı, hazırki cinayəti işi üzrə cinayət tərkibi olmadığından Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmasına xitam verilməli və inzibati icraat aparılması ilə bağlı Suraxanı rayon prokurorluğuna məlumat verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hazırki əməlin xuliqanlıq olmamasını həmçinin onunla izah edir ki, yuxarıda qeyd edilən “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində həmçinin qeyd edilir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə cəmiyyətə açıqca hörmətsizlik etmə və ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən, təqsirləndirilən şəxslərin qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün zərərçəkmiş şəxslərə zor tətbiq etmələri öz təsdiqini tapmamışdır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin cəmiyyətə açıqca hörmətsizlik etmələri və ictimai qaydanı məhz kobud şəkildə pozmaları qeyd edilsə də, bu pozuntunun nədə ifadə olunduğunu göstərən konkret hallar təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə təqsirləndirilən şəxslərin əməllərində ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, təqsirkarların ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmələri, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlərin və vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin, yəni xuliqanlıq cinayətinin obyektiv tərəfinin bütün əlamətlərinin eyni anda mövcud olması məhkəmə istintaqında tədqiq edilmiş sübutlara öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələırə tövsiyələrdə məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirini qismən səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini, ailəli olmaqla himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, ailəni yeganə dolandıran şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşlı olmasını, şəkərli diabet xəstəsi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailənin həyat şəraitinə təsirini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum olunmalı, islah işləri cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin CM-in 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi2 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum olunsun. İslah işləri cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınması ittihamdan çıxarılsın. Hazırki cinayəti işi üzrə cinayət tərkibi olmadığından Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmasına xitam verilsin və inzibati icraat aparılması ilə bağlı Suraxanı rayon prokurorluğuna məlumat verilsin. Vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə sərf etdiyi 70 (yetmiş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi1 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə sərf etdiyi 70 (yetmiş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi2 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar