Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-91/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1990-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, məhkumluğu olan, 29 mart 2024-cü ildə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-104/2024 nömrəli iş üzrə 30 mart 2024cü il tarixli qərarı ilə barəsində əvvəli 29 mart 2024-cü hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş (məhkəmənin müvafiq qərarları ilə həbs növündə qətimkan tədbirinin müddəti uzadılmış), hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 31 yanvar 2022-ci il tarixdə saat 03 radələrində “X6 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin 2-ci sahəsində 3401 saylı işlək quyudakı dövlət əhəmiyyətli neft kəmərinə müdaxilə edərək 20 metr uzunluğunda dəmir borunu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “X6 LTD” şirkətinə 430 (dörd yüz otuz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 01 fevral 2022-ci il tarixdə saat 19:00 radələrində Zərərçəkmiş şəxs18 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsində yerləşən yaşayış olmayan təmirdə olan yarı tikili evə qanunsuz daxil olub evdən ümumilikdə 800 (səkkiz yüz) manat dəyəri olan 400 metr uzunluğunda kabeli, evin həyətindən su mühərrikini və hasara bitişik olan su sayğacını gizli olaraq talayıb Zərərçəkmiş şəxs18 800 (səkkiz yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 fevral 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən “X6 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2 saylı NQÇ sexindəki saxlanc yerinə qanunsuz daxil olub saxlanc yerindən ümumlikdə 1.185 (min yüz səksən beş) manat təşkil edən təmir işləri zamanı istifadə olunan dövlət və ictimai əhəmiyyətli olan 1 ədəd 60 mm-lik tutqu açarını, 2 ədəd 60 mm-lik elevatoru, 3 ədəd 60 mm-lik açarları və 1 ədəd xəlilov açarını gizli olaraq talayıb zərərçəkmiş şəxs “X6 LTD” şirkətinə ümumilikdə 1.185 (min yüz səksən beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 fevral 2022-ci il tarixdə saat 03:00 radələrində X10 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən evin qarajına qanunsuz daxil olaraq 50 (əlli) manat dəyərində ütünü, 300 (üç yüz) manat dəyərində preparatoru, 50 (əlli) manat dəyərində iki bağlama 4 mm-lik elektrik naqilini, 50 (əlli) manat dəyərində 2,5 mm-lik elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş X10 ümumilikdə 450 (dörd yüz əlli) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 20 fevral 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospektində “X16” istiqamətində yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsindən 800 (səkkiz yüz) manat dəyərində 08 ədəd iki metr uzunluqda paslanmaz polad materialdan hazırlanmış dəmir lövhələri gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 800 (səkkiz yüz) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 18 mart 2022-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük savxozu, döngə 3 ünvanında yerləşən yaşayış olmayan təmirdə olan evinə qanunsuz daxil olub evdən dəyəri 600 (altı yüz) manata olan hamam dəstini, dəyəri 135 (yüz otuz beş) manat olan “Aventus” markalı dəsmal qurudanı, dəyəri 25 (iyirmi beş) manat olan asılqanı, dəyəri 100 (yüz) manat olan iki ədəd dreli, dəyəri 35 (otuz beş) manat olan “Pobeditel” markalı sverlo komlektini, hər birinin dəyəri 10 (on) manat olan beş ədəd led spot işıqlarını, hər birinin dəyəri 25 (iyirmi beş) manat olan iki top elektrik naqilini və dəyəri 20 (iyirmi) manat olan kilidi gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 1.115 (min yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 01 aprel 2022-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən qəbristanlıqda Zərərçəkmiş şəxs26 arvadı Olqa Məmmədovanın dəfn edilmiş ailə üzvlərinin məzarlıq abidəsindən 1.000 (min) manat dəyərində dəmir materialdan hazırlanmış 50 kq çəkidə gəmi lövbərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs26 1.000 (min) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 aprel 2022-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs20 məxsus ünvan 3 ünvanında yerləşən evə qanunsuz daxil olaraq oradan 300 (üç yüz) manat dəyərində 5 litrlik odun samovarını, 400 (dörd yüz) manat dəyərində 8 litrlik odun samovarını, 150 (yüz əlli) manat dəyərində su qızdırıcısını, 50 (əlli) manat dəyərində laqondanı və hər birinin dəyəri 30 (otuz) manat olan iki ədəd “Bosh” markalı dreli gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs20 ümumilikdə 960 (doqquz yüz altmış) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 aprel 2022-ci il tarixdə saat 06:00 radələrində Zərərçəkmiş şəxs21 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində yerləşən evə qanunsuz daxil olaraq evdən ümumi dəyəri 1.500 (min beş yüz) manat təşkil edən 35 metr uzunluğunda elektrik naqilini, 50 metr uzunluğunda elektrik uzadıcısını, 40 ədəd elektrik yuvasını və 40 ədəd elektrik yandırıcısını, bir ədəd avtomobil radarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs21 ümumillikdə 1.500 (min beş yüz) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 18 may 2022-ci il tarixdə saat 11:00 radələrində Zərərçəkmiş şəxs25 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən evin plastikdən olan pəncərəsindən evə qanunsuz daxil olub yataq otağındakı dolabdan 780 (yeddi yüz səksən) manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs25 780 (yeddi yüz səksən) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 30 may 2022-ci il tarixdə saat 03:00 radələrində X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahə ərazisində fərdi tikilmiş evinin zirzəmisinin qapısının qıfılını sındırmaq yolu ilə zirzəmiyə qanunsuz daxil olub oradan 45 (qırx beş) manat dəyərində 30 metr uzunluğunda elektik naqilini, 8 (səkkiz) manat dəyərində 10 metr uzunluğunda elektrik uzadıcısını, 81 (səksən bir) manat dəyərində 9 ədəd elektrik avtomatını, 15 (on beş) manat dəyərində laqonda mişarını, 9 (doqquz) manat dəyərində 3 ədəd sadə loqanda mişarını, 6 (altı) manat dəyərində 1 ədəd çəkici, 6 (altı) manat dəyərində 1 ədəd kəlbətini, 24 (iyirmi dörd) manat dəyərində 3 ədəd lampa plafonu və 45 (qırx beş) manat dəyərində 10 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 239 (iki yüz otuz doqquz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 iyun 2022-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs11 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Partizan Məmməd küçəsində yerləşən nömrəsiz evinin həyətindən hər birinin qiyməti 20 (iyirmi) manat olan 03 ədəd 50 litrlik plastik qabı, 140 (yüz qırx) manat dəyərində 200 litr həcmində olan su çənini, hər birinin qiyməti 10 (on) manat olan 04 ədəd plastik vannanı, hər birinin qiyməti 15 (on beş) manat olan 6 ədəd plastik vedrəni, ümumi dəyəri 200 (iki yüz) manat olan 30 metr uzunluğunda dəmir borunu, 15 metr armaturu, 1.5 metr uzunluğunda şelleri və həyətdə olan saxlanc yerindən 01 ədəd somavarı, 03 ədəd elektrik qızdırıcısını, tikinti ləvazimatlarını, 04 ədəd 2.5 sm-lik plastik borunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 500 (beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 iyun 2022-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs22 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 23-cü keçid ərazisində yerləşən nömrəsiz evin pəncərəsindən evə qanunsuz daxil olaraq evdən 400 (dörd yüz) manat dəyərində “Bosh” markalı preparatoru, 50 (əlli) manat dəyərində kiçik dreli, 22 ədəd 100 (yüz) manat dəyərində alüminium profili və 50 (əlli) manat dəyərində divar deşən aləti gizli olaraq talayıb Zərərçəkmiş şəxs22 ümumillikdə 600 (altı yüz) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 17 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində X8 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq evdən 200 (iki yüz) manat nəğd pul və 500 (beş yüz) manat dəyərində ev əşyalarını oğurlayıb ümumillikdə zərərçəkmiş şəxs X8 700 (yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 iyun 2023-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Y.Saratov küçəsində yerləşən Zərərçəkmiş şəxs16 yaşadığı evin mətbəx otağının plastik pəncərəsini aralayıb açaraq içəri qanunsuz daxil olmaqla evin yataq otağındakı dolabın siyirməsindəki pul qabından 450 (dörd yüz əlli) manat pulu, qadın çantasının içindən isə 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl dəstindən ibarət 1.500 (min beş yüz) manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs16 1.950 (min doqquz yüz əlli) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 26 iyun 2022-ci il tarixə saat 01:00 radələrində Zərərçəkmiş şəxs23 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanar Dağ küçəsində yerləşən nömrəsiz evə pəncərədən qanunsuz daxil olaraq evdən ümümi dəyəri 600 (altı yüz) manat olan 50 metr uzunluğunda elektrik naqilini, 300 metr uzunluğunda elektrik naqilini, 24 ədəd 25-lik frat su borusunu, 3 ədəd 50-lik kanalizasiya borusunu, 2 ədəd 100lük plasmas borunu və 8 ədəd plasmas qoşqunu gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs23 ümumillikdə 600 (altı yüz) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs13 məxsus ünvan 5 ünvanında yerləşən evə qanunsuz daxil olaraq məişət əşyalarının saxlandığı otaqdan 60 (altmış) manat dəyərində üç ədəd işlənmiş avtomobil təkərini, 100 (yüz) manat dəyərində bir bağlamada otuz ədəd kafeli, 90 (doxsan) manat dəyərində 30 metr uzunluğunda kabeli və 50 (əlli) manat dəyərində mətbəx kranlarının on dəst şlanqlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 ümumillikdə 300 (üç yüz) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 iyul 2022-ci il tarixdə saat 05:00 radələrində Zərərçəkmiş şəxs9 qızına məxsus ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq evdən 1.000 (min) manat dəyərində samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 qızına 1.000 (min) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 04 avqust 2022-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs24 Vaiqf oğluna məxsus ünvan 7 ünvanında olan zirzəmiyə qanunsuz daxil olaraq oradan 150 (yüz əlli) manat dəyərində 585 əyyarlı qadın qızıl üzüyünü, 400 (dörd yüz) manat dəyərində 585 əyyarlı qadın qızıl üzüyünü, 1.000 (min) manat dəyərində 585 əyyarlı qadın qızıl qolbağını, 300 (üç yüz) manat dəyərində odun samovarını və 80 (səksən) manat dəyərində 90 metr uzunluğundan elektrik naqilini gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs24 ümumillikdə 1.930 (min doqquz yüz otuz) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 avqust 2022-ci il tarixdə saat təxminən 05:00 radələrində Zərərçəkmiş şəxs12 məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq evdən 2.000 (iki min) manat dəyərində usta alətlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 ümumillikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 dekabr 2022-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Rəhimov küçəsində yerləşən yaşayış sahəsi olan fərdi tikilmiş evinə plastik pəncərədən qanunsuz daxil olaraq oradan 1.500 (min beş yüz) manat dəyərində 32-lik “İmmegra” markalı kombini, 1.350 (min üç yüz əlli) manat dəyərində 8 ədəd radiatoru, ümümi dəyəri 800 (səkkiz yüz) manat olan laqondanı, preparatı, nasosu, boru yapışdırıcısı olan ütü dəstini və 195 (yüz doxsan beş) manat dəyərində 3 bağlama elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs14 ümumillikdə 3.900 (üç min doqquz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 dekabr 2022-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda adlanan ərazidə yerləşən yarımtikiliyə açıq qapıdan qanunsuz daxil olaraq oradan 200 (iki yüz) manat dəyərində odun samovarı, 200 (iki yüz) manat dəyərində laqondanı və 300 (üç yüz) manat dəyərində ağac kəsən aparatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 700 (yeddi yüz) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14 dekabr 2022-ci il tarixd saat 04:00 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində fərdi tikilmiş evinin pəncərəsindən keçmə yolu ilə evə qanunsuz daxil olaraq evdən 300 (üç yüz) manat dəyərində 100 ədəd “Hoffman” markalı elektrik yuvasını, 30 (otuz) manat dəyərində “Hoffman” markalı elektirk avtomotanı, 400 (dörd yüz) manat dəyərində 02 ədəd “Bosch” markalı drel, 150 (yüz əlli) manat dəyərində 01 ədəd preferator, 55 (əlli beş) manat dəyərində 100 metr elektirk naqili, 55 (əlli beş) manat dəyərində 03 ədəd elektrik uzadıcısı, hamam aksessuarlan və digər xırda tikinti alətlərini gizli talayıb Zərərçəkmiş şəxs8 ümumillikdə 1.000 (min) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 17 dekabr 2022-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən fərdi tikilmiş evə qanunsuz daxil olaraq evdən 01 ədəd dəyəri 200 (iki yüz) manat olan 5 litr həcmində samovarı, 01 ədəd dəyəri 60 (altmış) manat olan “Bosch” markalı dreli, 01 ədəd dəyəri 80 (səksən) manat olan “Bosch” markalı laqondanı, 03 ədəd dəyəri 100 (yüz) manat olan aliminium qazanı və 40 (qırx) manat dəyərində dəmir və daş yonmaq üçün qələm dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumillikdə 490 (dörd yüz doxsan) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12 mart 2024-cü il tarixdə saat 15:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin həyətdə yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaqla evə daxil olaraq, 200 (iki yüz) manat dəyərində bir ədəd od samovarını, 1.150 (min yüz əlli) manat dəyərində bir ədəd kompüter aparatını və 150 (yüz əlli) manat dəyərində qab-qacaq dəstlərini gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs1 ümumillikdə 1.500 (min beş yüz) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 15 mart 2024-cü il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin həyətdə yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaqla evə daxil olaraq, qonaq otağından bir ədəd 150 (yüz əlli) manat dəyərində olan videomüşahidə kamerasını gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 ümumillikdə 150 (yüz əlli) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 17 mart 2024-cü il tarixdə saat 21:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs3 məxsus ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin həyətdə yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaqla evə daxil olaraq, yataq otağında olan paltar şkafından 3 litr çəkidə olan şüşə balonun içərisindəki 900 (doqquz yüz) manat nağd pulu gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs3 ümumillikdə 900 (doqquz yüz) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 mart 2024-cü il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin həyətdə yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaqla evə daxil olaraq, yataq otağından bir ədəd 450 (dörd yüz əlli) manat dəyərində olan “Sony” markalı playstation oyun aparatını gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs4 ümumillikdə 450 (dörd yüz əlli) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 400 (dörd yüz) qram kustar üsulla hazırlanmış vasitə qurudulmuş marixuana alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 27 mart 2024-ci il tarixdə saat 16:00-da Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 13 ünvanının yaxınlığında saxlanılaraq ünvan 14 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gətirilmiş, inzibati binada otaqların birində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bağlama içərisində təmiz çəkisi 400 (dörd yüz) qram bitki mənşəli kütlə, tərkibində çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, azadlığa buraxıldıqdan bir müddət sonra iş tapa bilmədiyi üçün yenidən oğurluq edərək ehtiyaclarını ödəmək qərarına gəlmişdir. Bu məqsədlə də, 31 yanvar 2022-ci il tarixdə “X6 LTD” şirkətinin ərazisindəki quyudan dəmir borunu kəsib oğurlamış və həmin dəmir boruları Sabunçu pit bazarında satmışdır. Bəzilərini də Sabunçu qəsəbəsində yerləşən əlvan metal alqı-satqısı ilə məşğul olan “Tofiq” adlı şəxsə satmışdır. 01 fevral 2022-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsində yerləşən, yaşayış olmayan yarı tikili kabel, su matoru və hasara bitişik olan su sayğacını oğulamışdır. 06 fevral 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən “X6 LTD” şirkətinin ərazisindəki sexdən təmir alətlərini oğurlamışdır. 13 fevral 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən evin həyətinə hasardan keçmişdir. Daha sonra qaraja daxil olub oradan ütünü, preparatoru, elektrik naqilini torbaya yığmış və oradan çıxıb getmişdir. Taksi ilə oğurladığı malları Sabunçu qəsəbəsində yerləşən köhnə əşyaların satıldığı hamının bit bazarı kimi tanıdığı bazara aparmış və həmin bazarda satmışdır. 20 fevral 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti, “X16” istiqamətində yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsindən 08 ədəd nerjavik dəmirləri özündə olan kəsici alətlə kəsib oğurlamış və həmin malları Sabunçu qəsəbəsində yerləşən metal alqı-satqısı ilə məşğul olan “Tofiq” adlı şəxsə satmışdır. Bundan başqa, 18 mart 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük savxozu, döngə 3 ünvanında yerləşən yaşayış olmayan evdən hamam dəstini, “Aventus” markalı dəsmal qurudanı, asılqanı, iki ədəd dreli, “Pobeditel” markalı sverlo komlektini, olan beş ədəd led spot işıqlarını, iki top elektrik naqilini və kilidi oğurlamışdır. 02 aprel 2022-ci il tarixdə saat 04:00 radələrində ünvan 3 ünvanında yerləşən evə daxil olub həmin evdən iki ədəd samovarı, su qızdırıcısını, laqondanı və iki ədəd “Bosh” markalı dreli oğurlamışdır. 02 aprel 2022-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində yerləşən evdən elektrik naqilini, elektrik yuvasını və elektrik yandırıcısını, bir ədəd avtomobil radarını oğurlamışdır. 01 aprel 2022-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən qəbristanlıqda gəmi lövbərini oğurlayıb avtomobillə Sabunçu bazarına aparıb orada tanımadığı bir nəfərə satmışdır. 18 may 2022-ci il tarixdə saat 11:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan evin həyətinə keçmiş və evin ön tərəfindəki plastikdən olan pəncərəni özündə olan vint açanla açıb evə girmişdir. Yataq otağındakı dolabdan 780 manat pul götürüb evdən çıxmışdır. 30 may 2022-ci il tarixdə saat 03:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahə ərazisində fərdi tikilmiş evin zirzəmisinin qapısının qıfılını sındırıb oradan elektik naqilini, elektrik uzadıcısını, 81 manat dəyərində 9 ədəd elektrik avtomatını, laqonda mişarını, 3 ədəd sadə loqanda mişarını, 1 ədəd çəkici, 1 ədəd kəlbətini, 3 ədəd lampa plafonu oğurlamışdır. 02 iyun 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Partizan Məmməd küçəsində yerləşən nömrəsiz evdən 50 litrlik plastik qabı, 200 litr olan su çənini, plastik vannanı, plastik vedrəni, dəmir borunu, armaturu, şvelleri və həyətdə olan saxlanc yerindən somavarı, elektrik qızdırıcısını, tikinti ləvazimatlarını, plastik borunu oğurlayıb Sabunçu pit bazarına və metal alqı-satqı məntəqəsinə satmışdır. 08 iyun 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 23-cü keçid ərazisində yerləşən nömrəsiz evin pəncərəsindən evə girmiş, evdən “Bosh” markalı preparatoru, alüminium profilləri divar deşən aləti küçəyə çıxartmış və avtomobillə həmin malları Sabunçu qəsəbəsində yerləşən pit bazarına aparmışdır. Bazarın açılmasını gözləmiş, malların bəzilərini tanımadığı şəxslərə, əlvan metal, sim, mis və dəmir mallar olduqda çox vaxt Sabunçu qəsəbəsində metal alqı-satqısı ilə məşğul olan “Tofiq” adlı bir nəfərə satmışdır. 17 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Partizan Məmməd küçəsində yerləşən evdən 200 manat pul və ev əşyalarını oğurlamışdır. 23 iyun 2023-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Y.Saratov küçəsində yerləşən evin mətbəx otağının plastik pəncərəsini açaraq evə keçmişdir. Evin yataq otağındakı dolabın siyirməsindəki pul qabından 450 manat pulu, qadın çantasının içindən isə 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl dəstindən ibarət qızıl-zinət əşyalarını oğurlamışdır. Həmin günü qızılları Sabunçu bazarında tanımadığı şəxslərə satmışdır. Bundan başqa, 26 iyun 2022-ci il tarixə saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanar Dağ küçəsində yerləşən nömrəsiz evə pəncərədən keçmiş və oradan kabelləri, su borusunu, 3 kanalizasiya borusunu, plasmas borunu və bir neçə plasmas qoşqunu oğurlayıb küçəyə çıxarmış, avtomobillə həmin malları Sabunçu bit bazarına aparıb satmışdır. 28 iyul 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Vəzirov küçəsində yerləşən evdən üç ədəd işlənmiş avtomobil təkərini, kafeli, 90 kabeli və mətbəx kranlarının şlanqlarını oğurlamışdır. Həmin malları da bazara aparıb satmışdır. 29 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sultanov küçəsi, nömrəsiz evdən 7 litrlik samovarını həyətdən oğurlamışdır. 04 avqust 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən evin zirzəmisindən iki ədəd qızıl üzük, qızıl qolbağı, samovar və elektrik naqilini oğurlayıb malları avtomobillə Sabunçu pit bazarına aparmışdır. Qızılları və malları tanımadığı adamlara satmışdır. 10 avqust 2022-ci il tarixdə saat təxminən 05:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Xəstəxana yanı küçəsində yerləşən evdən usta alətlərini oğurlayıb dediyi ünvanda tanımadığı şəxslərə satmışdır. 08 dekabr 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Rəhimov küçəsində yerləşən yaşayış sahəsi olan fərdi tikilmiş evin plastik pəncərəsində evə keçmiş və evdən kombini, bir neçə ədəd radiatoru, laqondanı, preparatı, nasosu, boru yapışdırıcısı olan ütü dəstini və elektrik naqillərini torbalara yığıb küçəyə daşımışdır. Markası və nömrəsi yadında qalmayan avtomoillə oğurladığı malları Sabunçu bit bazarına aparıb bir hissəsini tanımadığı şəxslərə, misi isə “Tofiq” adlı şəxsə satmışdır. Həmin şəxslərin heç birinin malların oğurluq olmasından xəbərləri olmamışdır. 10 dekabr 2022-ci il tarixdə saat təxminən 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda adlanan yerdə yerləşən yarımtikiliyə açıq qapıdan keçmiş və oradan samovarı, laqondanı və ağac kəsən aparatı götürüb küçəyə çıxmışdır. Avtomobil tapıb həmin malları Sabunçu bit bazarına aparıb sübh tezdən satmışdır. 14 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində fərdi tikilmiş evin pəncərəsindən evə keçmiş və evdən “Hoffman” markalı elektrik yuvalarını, Hoffman markalı elektirk avtomotanı, “Bosch” markalı dreli, preparatoru, elektirk naqili, elektrik uzadıcısını, hamam aksessuarlarını torbalara yığıb küçəyə çıxmışdır. Avtomobil tapıb həmin malları Sabunçu bit bazarına aparıb sübh tezdən satmışdır. 17 dekabr 2022-ci il tarixdə saat 03:00 radələrində Balaxanı qəsəbəsi, Mirzə İbrahimov küçəsində yerləşən fərdi tikilmiş evindən samovar, drel, laqonda, aliminium qazanlar və təmir aləti olan zubil oğurlamışdır. Avtomobil tapıb həmin malları Sabunçu bit bazarına aparıb sübh tezdən satmışdır. Ümumiyyətlə oğurluq etməyi barədə malları satmış olduğu şəxslərin, həmçinin Tofiqin, o cümlədən malları daşıdığı avtomobillərin sürücülərinin xəbərləri olmamışdır. Oğurluq mallardan əldə etiyi pulları narkotik vasitələrə xərcləmiş və narkotikə tələbatı çox olmuşdur. Bundan başqa, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində 4 ədəd oğurluq cinayət əməli törətmişdir. Belə ki, 12 mart 2024-cü il tarixdə maddi ehtiyaclarını və narkotikə olan ehtiyacını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu niyyətlə də, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsinə gəlmiş və həmin küçə ilə piyada gəzib oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Təxminən saat 15:00 radələrində həmin küçədə olan həyət evlərindən birini görüb diqqət yetirdikdə orada heç kimin qalmadığını görmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra hasara qalxıb həmin həyətə düşmüşdür. Bundan sonra həyətdə olan evə yaxınlaşmış və evin plastik pəncərələrindən birinə yaxınlaşıb kilid hissəsini əli ilə sıxıb açaraq pəncərədən evə daxil olmuşdur. Həmin evi gəzərək oğurlamaq üçün dəyərli əşya axtarmağa başlamışdır. Bu zaman həmin evdən bir ədəd od samovarı, qab-qacaq dəstləri və bir ədəd kompüter görmüş və onları özü ilə götürüb evə daxil olduğu pəncərədən həyətə çıxmışdır. Oğurladığı əşyaları da götürüb həmin evin hasarından çölə tullanmış və oradan uzaqlaşmışdır. Həmin gün oğurladığı əşyaları Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “bit bazarı” deyilən bazara aparmış və orada tanımadığı şəxslərə həmin əşyaları cəmi 230 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, 15 mart 2024-cü il tarixdə gecə saat 01:00 radələrində maddi ehtiyaclarını və narkotikə olan ehtiyacını ödəmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində piyada gəzib oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Bu zaman H.Allahverdiyev küçəsində olan həyət evlərindən birini görüb diqqət yetirdikdə orada heç kimin qalmadığını görmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra hasara qalxıb həmin həyətə düşmüşdür. Həyətdə olan evə yaxınlaşmış və evin plastik pəncərələrindən birinə yaxınlaşıb kilid hissəsini əli ilə sıxıb açaraq pəncərədən evə daxil olmuşdur. Həmin evi gəzərək oğurlamaq üçün dəyərli əşya axtarmağa başlamışdır. Bu zaman həmin evin boş olduğunu və yaşayış olmadığını başa düşmüşdür. Buna görə də, yalnız qonaq otağında təhlükəsizlik kamerası olduğunu görüb həmin kameranı götürmüşdür. Daha sonra daxil olduğu pəncərədən həyətə çıxmışdır. Oğurladığı əşyanı da götürüb həmin evin hasarından çölə tullanmış və oradan uzaqlaşmışdır. Səhərisi gün oğurladığı videomüşahidə kamerasını Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “bit bazarı” deyilən bazara aparmış və orada tanımadığı şəxsə həmin əşyanı cəmi 25 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, 17 mart 2024-cü il tarixdə axşam saatlarında maddi ehtiyaclarını və narkotikə olan ehtiyacını ödəmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində piyada gəzib oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Bu zaman Sabir küçəsində olan həyət evlərindən birini görüb diqqət yetirdikdə orada heç kimin qalmadığını görmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra hasara qalxıb həmin həyətə düşmüşdür. Həyətdə olan evə yaxınlaşmış və evin plastik pəncərələrindən birinə yaxınlaşıb kilid hissəsini əli ilə sıxıb açaraq pəncərədən evə daxil olmuşdur. Həmin evi gəzərək oğurlamaq üçün dəyərli əşya axtarmağa başlamışdır. Bu zaman həmin evin yataq otağında olan paltar şkafını açdıqda orada şüşə balonun içərisində pul olduğunu görmüşdür. Buna görə də, həmin şüşə balonunun ağzını açıb içərisindəki pulları çıxarmış və saymadan cibinə qoymuşdur. Sonra evi axtarmağa davam etmiş, lakin dəyərli hər hansı bir əşya tapa bilməmişdir. Bundan sonra həyətə çıxmışdır. Həmin evin hasarından çölə tullanmış və oradan uzaqlaşmışdır. Biraz uzaqlaşdıqdan sonra oğurladığı pulu cibindən çıxarıb saymışdır və 900 manat olduğunu görmüşdür. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, 23 mart 2024-cü il tarixdə maddi ehtiyaclarını və narkotikə olan ehtiyacını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu niyyətlə də, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsinə gəlmiş və həmin küçə ilə piyada gəzib oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Təxminən saat 20:00 radələrində həmin küçədə olan həyət evlərindən birini görüb diqqət yetirdikdə orada işıqların yanmadığını görmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra hasara qalxıb həmin həyətə düşmüşdür. Həyətdə olan evə yaxınlaşmış və evin plastik pəncərələrindən birinə yaxınlaşıb kilid hissəsini əli ilə sıxıb açaraq pəncərədən evə daxil olmuşdur. Həmin evi gəzərək oğurlamaq üçün dəyərli əşya axtarmağa başlamışdır. Bu zaman həmin evdə bir ədəd playstation oyun aparatını görüb onu özü ilə götürmüşdür. Daha sonra evi axtarmağa davam etmiş, lakin dəyərli başqa bir əşya tapa bilməmişdir. Pəncərədən həyətə çıxmışdır. Oğurladığı oyun aparatını da götürüb həmin evin hasarından çölə tullanmış və oradan uzaqlaşmışdır. Səhərisi gün oğurladığı əşyanı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “bit bazarı” deyilən bazara aparmış və orada tanımadığı şəxsə həmin əşyaları cəmi 50 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bir neçə ildir narkotik vasitənin heroin kimi tanıdığı növündən inyeksiya yolu ilə istifadə edir. Sonuncu dəfə 27 mart 2024ci il tarixdə tanımadığı şəxsdən Sabunçu rayon ərazisində bir ədəd sellofan bağlamada olan marixuana kimi tanıdığı narkotik vasitəni ümumillikdə 200 (iki yüz) manata almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. 27 mart 2024-ci il tarixdə təxminən saat 16:00 radələrində ünvan 13 ünvanının yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun kim olmağı barədə soruşmuşlar. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu yaxınlıqda olan Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmişlər və o da razılaşıb 33-cü polis bölməsinə gəlmişdir. 33-cü polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O da üzərində, yəni əynində olan qara rəngli gödəkçəsinin iç sol cibində saxlamaqla daşıdığı 01 (bir) ədəd şəffaf sellofanın içərisində olan marixuana kimi tanıdığı narkotik maddəni təqdim etmişdir. Həmin bağlama açılaraq içərisinə baxış keçirildikdən sonra ondan həmin bağlamanın içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməyi barədə maraqlanmışlar. O, da həmin bağlamanın içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Sabunçu rayon ərazisindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 200 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra ona polis əməkdaşları tərəfindən başqa cinayət edib-etməməyini soruşmuşlar. O da Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində 4 mənzildən oğurluq etdiyini, oğurluq zamanı playstation aparatı, videomüşahidə kamerası, samovar, qab-qacaq dəstləri, 900 manat pul və bir ədəd kompüter aparatı oğurladığını, oğurladığı əşyaların hamısını müxtəlif vaxtlarda Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “bit bazarı” adlanan yerdə tanımadığı şəxslərə satdığını bildirmişdir. Ondan aşkar edilmiş bir ədəd bağlamada olan həmin narkotik maddə götürülərək qablaşdırılmışdır. Üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və ya Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsində olarkən ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olunmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs “X6” MMC-nin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində göstərmişdir ki, 31 yanvar 2022-ci il tarixdə “X6” MMC şirkətinin Azərbaycan Respublikasındakı filialının 8 saylı NQÇ sexinin 2-ci sahəsində 3401 saylı işlək quyusunun qurunt sularının axıdılması üçün quraşdırılmış cəmi 433 manat dəyərində olan 20 metr uzunluğunda dəmir boru naməlum şəxs tərəfindən oğurlamışdır. Oğurluq faktı həmin MMC-nin əraziyə təhkim edilmiş operatoru X3 tərəfindən aşkar edildiyindən DİN-in 102 xidmətinə sonuncu tərəfindən müraciət edilmişdir. Faktiki olaraq oğurlanmış əmlaklar “X6 LTD” şirkətinə məxsusdur və həmin oğurluq hadisəsi nəticəsində MMC-yə 433 manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa, 07 fevral 2022-ci il tarixdə naməlum şəxs “X6” MMC şirkətinin Azərbaycan Respublikasındakı filialının 2 sayh NQC sexindəki 25118 (32Abşeron) saylı işlək quyusuna qanunsuz daxil olub, quyudan təmir işləri zamanı istifadə olunan 1 ədəd 60 mm-lik tutqu açarını, 2 ədəd 60 mm-lik elevatoru, 3 ədəd 60 mm-lik açarları və 1 ədəd xəlilov açarını gizli yolla oğurlamaqla şirkətə ümumillikdə 1.185 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu fakt həmin MMC-nin əraziyə təhkim edilmiş böyük ustası X11 tərəfindən aşkar edildiyindən DİN-in 102 xidmətinə sonuncu tərəfindən müraciət edilmişdir. Faktiki olaraq oğurlanmış əmlaklar “X6 LTD” şirkətinə məxsusdur və həmin oğurluq hadisəsi nəticəsində MMC-yə 1.185 manat dəyərində maddi ziyan dəymişdir. Hər iki fakt üzrə oğurlanmış əmlakların dəyəri şirkət tərəfindən rəsmi məktubla Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə ünvanlanmış 104 saylı xx.xx.2022-ci il və 109 saylı xx.xx.2022-ci il tarixli məktublarda qeyd edilmiş, həmin dəymiş zərərləri təsdiq edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 23 mart 2024-cü il tarixdə saat 18:00 radələrində anası Kəmalə ilə birlikdə yaşadığı evdən çıxaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan qohumugilə getmişlər. Onlar evdən çıxan zaman atası Vidadi evdə tək olmuşdur. Həmin gün axşam atasının işdə gecə növbəsi olduğundan 18:30 radələrində atası da evdən çıxaraq işə getmişdir. Təxminən saat 21:00 radələrində Hövsan qəsəbəsindən evinə qayıtmışlar. Evə qayıdan zaman nənəsi də onlarla birlikdə gəlmiş və o, əvvəlcə anasını yaşadığı ünvana yola salmış, sonra isə nənəsini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşadığı evə aparıb yola salmışdır. Daha sonra evə qayıtmışdır. Təxminən saat 21:10 radələrində evə gəlmiş və öz otağına daxil olmuşdur. Yataq otağına daxil olan zaman otağın plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Pəncərəyə yaxınlaşdıqda pəncərənin qabağında olan dəmir barmaqlığın sındırıldığını, naməlum şəxsin yataq otağına pəncərədən daxil olub ona məxsus 450 manat dəyəri olan bir ədəd “Sony” markalı playstation oyun aparatını oğurladığını aşkar etmişdir. Daha sonra polisə zəng edib məlumat vermişdir. Polis əməkdaşları gəlib evinə baxış keçirmişlər və o, hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona vurulmuş maddi ziyanı ümumillikdə 450 manat miqdarında qiymətləndirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, 18 may 2022-ci il tarixdə saat 08:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən həyət evindən çıxaraq oğlunun yaşadığı evə getmişdir. Həmin gün günorta saat 14:00 radələrində qızı Şəhla Dadaşova həmin evə gəlmiş və evin mətbəxinin açıq olduğunu aşkar etmişdir. Qızı yataq otağına daxil olduqda isə yataq otağının dağınıq olmasını görmüşdür. Qızı bu barədə ona məlumat verdikdən sonra o, dərhal yaşadığı evinə gəlmiş və bu zaman yataq otağındakı dolabın rəfindən 780 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona cəmi 780 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 17 mart 2024-cü il tarixdə saat 10:30 radələrində ailəsi ilə birlikdə yaşadığı evdən çıxıb getmişdir. Həmin vaxt evdən sonuncu özü çıxmış və çöl qapının, eləcə də, pəncərələrin bağlı olmasına diqqət yetirmişdir. Həmin gün təxminən saat 21:00 radələrində yaşadığı evə qayıdan zaman yataq otağının pəncərəsinin sındırıldığını görmüşdür. Dərhal evə oğru girdiyini başa düşmüş və evə daxil olub evi axtamağa başlamışdır. Bu zaman evin yataq otağında paltar şkafının içərisində saxladığı və içərisində 900 manat olan 3 kq həcmindəki balonun açıq olduğunu və içərisindəki pulun oğurlandığını görmüşdür. Daha sonra polisə zəng edib məlumat vermişdir. Polis əməkdaşları gəlib onun evinə baxış keçirmişlər və o, hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona vurulmuş maddi ziyanı ümumillikdə 900 manat miqdarında qiymətləndirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, hadisədən bir müddət əvvəl ünvan 19 ünvanında təmir işləri getdiyi üçün evin ikinci mərtəbəsində olan əşyaları zirzəmiyə yığmışdır. 01 avqust 2022-ci il tarixdə yaşadığı evdən çıxmış və 04 avqust 2022-ci il tarixdə saat 09:00 radələrində evinə qayıtmışdır. Evə qayıdan zaman zirzəminin qapısının açıq olduğunu görmüş və zirzəmiyə daxil olduqda 150 manat dəyərində 585 əyarlı qadın qızıl üzüyü, 400 manat dəyərində 585 əyarlı qadın qızıl üzüyü, 1.000 manat dəyərində 585 əyarlı qadın qızıl qolbağı, 300 manat dəyərində odun samovarı və 80 manat dəyərində 90 metr uzunluğunda elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona cəmi 1.930 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 15 ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, döngə 3 ünvanında ona məxsus torpaq sahəsi vardır. Həmin torpaq sahəsində 2019-cu ildən ev tikdirməyə başlamışdır. Ev tikilsə də evin içərisində təmir işləri davam etmişdir. Həmin evdə sonuncu dəfə 17 mart 2022-ci il tarixdə olmuşdur. Həmin günü o, hamam otağına girməmiş və hamam otağında sonuncu dəfə 14 mart 2022-ci il tarixdə olmuş, malmateriallar hamam otağında olmuşdur. 18 mart 2022-ci il tarixdə saat 10:00-da evə gəlmiş və hamam otağına baxan zaman oradan dəyəri 600 manat olan hamam dəstinin, dəyəri 135 manat olan “Aventus” markalı dəsmal qurudanın, dəyəri 25 manat olan asılqanın, dəyəri 100 manat olan iki ədəd drelin, dəyəri 35 manat olan “Pobeditel” markalı sverlo komplektinin, hər birinin dəyəri 10 manat olan beş ədəd led spot işıqlarının, hər birinin dəyəri 25 manat olan iki top elektrik naqilinin və dəyəri 20 manat olan kilidin oğurlandığını aşkar etmişdir. Ona ümumillikdə 1.115 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 Qİsmən qızı ifadəsində göstərmişdir ki, “Bazar Stor” marketdə satıcı işləyir. 17 dekabr 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mirzə İbrahimov küçəsində yerləşən həyət evindəki qapısı olmayan zirzəmiyə baxan zaman zirzəmidən 01 ədəd dəyəri 200 manat olan 5 litr həcmində samovarın, 01 ədəd dəyəri 60 manat olan “Bosch” markalı drelin, 01 ədəd dəyəri 80 manat olan “Bosch” markalı laqondanın, 03 ədəd dəyəri 100 manat olan aliminium qazanın və 40 manat dəyərində təmir aləti olan zubil dəstininin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Ona ümumillikdə 490 manat maddi ziyan dəymişdir. Oğurluq barədə daha sonra DİN-nin 102 zəng mərkəzinə zəng edib məlumat vermiş və sonra 12-ci polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, A.Heydərov küçəsində özünə məxsus həyət evi vardır. Həmin evin qarajında məişət əşyaları və təmir-tikinti alətləri saxlayır. Sonuncu dəfə 12 fevral 2022-ci il tarixdə həmin həyət evində olmuş, bu zaman darvaza qapısını və evin qapı-pəncərələrini bağlamadığı üçün açıq qalmışdır. Həmin vaxt qarajın qapısı da açıq qalmışdır. 13 fevral 2022-ci il tarixdə saat 15:00 radələrində evə baxmağa gəlmişdir. Evin qarajına baxdığı zaman qarajdan 50 manat dəyərində ütü, 300 manat dəyərində preporator, 50 manat dəyərində iki ədəd bağlama, 4 mm-lik elektrik naqili, 50 manat dəyərində 2,5 mm-lik elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində ona cəmi 450 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan küçəsində ona məxsus ev vardır. Həmin evdə tikinti-təmir işləri aparıldığından yaşayış yoxdur. 02 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində evə baxmağa gəlmişdir. Evin həyətinə baxan zaman həyətdən hər birinin qiyməti 20 manat olan 03 ədəd 50 litrlik plastik qabın, 140 manat dəyərində 200 litr həcmində olan su çəninin, hər birinin qiyməti 10 manat olan 04 ədəd plastik vanna, hər birinin qiyməti 15 manat olan 6 ədəd plastik vedrənin, ümumi dəyəri 200 manat olan 30 metr uzunluğunda dəmir borunun, 15 metr armaturun, 1.5 metr uzunluğunda şellerin və həyətdə olan saxlanc yerindən 01 ədəd somavarın, 03 ədəd elektrik qızdırıcısını, tikinti ləvazimatlarının, 04 ədəd 2.5 sm-lik plastik borunun oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal 102 xidmətinə zəng edib xəbər vermiş, daha sonra ərizə ilə 12-ci polis şöbəsinə müraciət etmişdir. Oğurluq nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və digər polis əməkdaşı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 16:00 radələrində ünvan 21 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gəlmişdir. 33-cü polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bağlamanı çıxarıb təqdim etmişdir. Həmin şəxsdən təqdim etdiyi bağlamanın içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində “marixuana” kimi tanıdığı narkotik vasitə olmasını və həmin narkotik maddəni Sabunçu qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 200 manata öz şəxsi istifadəsi üçün alıb əldə etməklə üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs başqa cinayət əməli törədibtörətməməsi barədə sual verilmişdir. Təqsirləndirilən şəxs da Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində bir neçə oğurluq əməli törətdiyini, oğurladığı əşyaları da Sabunçu qəsəbəsində olan “bit bazarı” adlanan yerə aparıb orada tanımadığı şəxslərə satdığını etiraf etmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Aşkar edilmiş həmin 01 ədəd bağlama götürülərək qablaşdırılmışdır. Axırda isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 33-cü polis bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarında köhnə malların alqı-satqısı ilə məşğul olur. 29 iyul 2022-ci il tarixdə səhər saatlarında adı sonradan ona məlum olan Mürüvvət adlı bir oğlan ona yaxınlaşıb samovar olduğunu və 150 manata satdığını demişdir. Samovar köhnə olduğundan o, həmin samovarı Mürüvvətdən 80 manata almışdır. Daha sonra təxminən 2022-ci ilin dekabr ayında bazara polis əməkdaşları gəlmiş və ondan Mürüvvət adlı şəxsdən samovar alıb-almadığını soruşanda samovar aldığını demiş, həmin samovar satılmadığından həmin samovarı polis əməkdaşlarına təhvil vermişdir. Samovarın oğurluq olmasından onun polis əməkdaşları soruşduğu gün həmin günü xəbəri olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Müstəqim oğlu ifadəsində göstərmişdir ki, 08 dekabr 2022-ci il tarixdə Balaxanı qəsəbəsində yaşayan “Barat” adlı şəxsin evinə getmişdir. Həmin vaxt dostu “Taleh” də dayısı oğlu Kamranla birlikdə Baratın evinə qonaq gəlmişdir. Həmin vaxt Baratın evində adını sonradan bildiyi Mürüvvət də olmuşdur. Söhbət zamanı Mürüvvət Barata onda santexnika avadanlıqları olduğunu və onları 70-80 manata satdığını demişdir. Sonradan o, Baratdan eşitmişdir ki, Mürüvvət onda olan malları “Feyzi” adlı bir nəfərə 35 manata satmışdır. Barat Mürüvvətin laqonda və plastik yapışdırıcısı kimi istifadə edilən ütünü satdığını bildirmişdir. Barata Mürüvvətin satdığı mallardan onun və dostu Talehin də almaq istədiyini demişdir. Bundan sonra o və Taleh Feyzi ilə görüşmüşlər və malları Feyzidən 35 manata almışlar. Həmin malların və alətlərin oğurluq olduğundan xəbəri olmamış və sonradan məlum olmuşdur ki, Mürüvvət həmin malları hansısa evdən oğurlamış və oğurluq olması barədə heç kimə deməmişdir. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 qızı, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, X12, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs26 və digər şahidlər Şahid4, Şahid5, Şahid2 Şahbar oğlu, Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə digər zərərçəkmiş şəxslərin və şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 12 mart 2024-cü il tarixdə saat 14 radələrində ailəsi ilə birlikdə yaşadığı evdən çıxıb getmişlər. Həmin vaxt evdən sonuncu özü çıxmış və çöl qapının, eləcə də, pəncərələrin bağlı olmasına nəzər yetirib bağlı olduğuna əmin olmuşdur. 27 mart 2024-cü il tarixdə təxminən saat 16 radələrində yaşadığı evə qayıdan zaman evin dağınıq olduğunu görmüşdür. Dərhal evi axtarmağa başlamışdır. Bu zaman evindən 200 manat dəyərində bir ədəd samovar, 1150 manat dəyərində bir ədəd kompüter və 150 manat dəyərində qab-qacaq dəstlərinin oğurlandığını aşkar etmişdir. Daha sonra polisə zəng edib məlumat vermişdir. Birazdan polis əməkdaşları gəlib evinə baxış keçirmişlər və o, hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona vurulmuş maddi ziyanı ümumilikdə 1500 manat miqdarında qiymətləndirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Lakin həmin ev sürüşmə zonası olduğu üçün orada yaşamırlar deyə heç bir dəyərli əşyaları olmamışdır. Lakin arada bir həmin evinə gedib baş çəkmişdir. Həm də evə nəzarət etmək üçün videomüşahidə kamerası yerləşdirmiş və hər gün özünə məxsus olan mobil telefonla həmin evə nəzarət etmişdir. 15 mart 2024-cü il tarixdə saat 01 radələrində ailəsi ilə birlikdə yaşadığı evdə olan zaman mobil telefonu ilə digər evinə baxış keçirərkən bir nəfər tanımadığı şəxsin ona məxsus olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq daxil olduğunu və evdə oğurlamaq üçün nəsə axtardığını görmüşdür. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və daha sonra özü də həmin evə gəlmişdir. Bu zaman evin qonaq otağından 150 manat dəyərində olan markasını xatırlamadığı videomüşahidə kamerasının oğurlandığını müəyyən etmişdir. Hadisə nəticəsində ona vurulmuş maddi ziyanı ümumilikdə 150 manat miqdarında qiymətləndirmişdir. Hadisə zamanı evdə olmamışdır. Həmin evdə heç kim yaşamamışdır. Sadəcə evə nəzarət etmək üçün videomüşahidə kamerası quraşdırmışdır. Hadisə zamanı da, həmin videomüşahidə kamerası oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də növbə rəisi işləyir. Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahə ərazisində özü üçün ev tikməyə başlamışdır. Həmin evə 20 gün olar ki, qaynı X9 arabir gedərək işləmiş-suvaq vurmuş, həmçinin özünə kömək üçün əlavə işçisi qüvvəsi götürmüşdür. Həmin şəxsin pulunu da qaynı vasitəsi ilə vermişdir. xx.xx.2022-ci il tarixində saat təxminən 14 radələrində qaynı ona zəng edərək qapının qıfılının qırıq vəziyyətdə asıldığını demişdir. O, dərhal oraya getmiş, qıfılı qırıq vəziyyətdə görmüş, açıb içəri daxil olan zaman elektrik naqillərinin kəsilərək götürüldüyünü, əlavə çəkic, kəlbətin və sairə tikinti materiallarının oğurlandığını aşkar etmişdir. Evdən 45 manat dəyərində 30 metr uzunluğunda kabel, 8 manat dəyərində 10 metr uzunluğunda elektrik uzadıcısı, 81 manat dəyərində 9 ədəd elektrik avtomatı, 15 manat dəyərində laqonda mişarı, 9 manat dəyərində 3 ədəd sadə loqanda mişarı, 6 manat dəyərində 1 ədəd çəkic, 6 manat dəyərində 1 ədəd kəlbətin, 24 manat dəyərində 3 ədəd lampa plafonu və 45 manat dəyərində 10 metr uzunluğunda elektrik naqilləri oğurlanmışdır. Hadisə nəticəsində ona 239 manat ziyan dəymişdir. Oğurluq barədə daha sonra 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 10 il bundan öncə Balaxanı qəsəbəsində Fazenda adlanan yerdən 2 sot torpaq sahəsi almışdır. Maddi imkanı olmadığından hər ərazidə tikinti işləri aparmamışdır. Bir müddət sonra həmin yerdə ev tikmişdir. Hazırda həmin evdə yaşayış yoxdur. Yaşayış olmasa da həmin evə mütəmadi olaraq nəzarət etmişdir. 10 dekabr 2022ci il tarixdə həmin evə gəldikdə məişət əşyalarının saxlandığı otaqdan 200 manat dəyərində odun samovarın, 200 manat dəyərində laqondanın və 300 manat dəyərində ağac kəsən aparatın oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 700 manat ziyan dəymişdir. Oğurluq barədə daha sonra 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, bir il bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsində yerləşən “Şuşa” şəhərciyində 2,5 sot torpaq sahəsi alıb həyət evi tikdirməyə başlamışdır. Həmin evi 2 aydır ki, təmir etdirmişdir. 13 dekabr 2022-cü il tarixdə saat 19 radələrində ustalarla birlikdə evdən çıxanda özü evin qapısını bağlamışdır. 14 dekabr 2022-ci il tarixdə səhər saat 09 radələrində həmin evə gələndə evin plastikdən olan pəncərəsinin açıq olduğunu görüb evə daxil olmuşdur. Evə baxan zaman evdən 300 manat dəyərində 100 ədəd “Hoffman” markalı elektrik yuvasının, 30 manat dəyərində “Hoffman” markalı elektirk avtomatının, 400 manat dəyərində 02 ədəd “Bosch” markalı drelin, 150 manat dəyərində 01 ədəd preferatorun, 55 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilinin, 55 manat dəyərində 03 ədəd elektrik uzadıcısının, hamam aksessuarları və digər xırda tikinti alətlərinin oğurlandığını aşkar etmişdir. Ona ümumilikdə 1.000 manat maddi ziyan dəymişdir. Oğurluq barədə daha sonra DİN-nin 102 zəng mərkəzinə zəng edib məlumat vermiş və sonra 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs9 qızı ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ona məsus olan 1.000 manat dəyərində 7 litrlik odun samovarını yaşadığı evin həyətində saxlamış və sonuncu dəfə həmin samovarı həyətdə görmüşdür. 29 iyul 2022-ci il tarixdə saat 21 radələrində həmin samovardan istifadə etmək istədikdə samovarın həyətdə olmadığını və oğurlandığını aşkar etmiş və oğurluq barədə daha sonra DİN-nin 102 zəng mərkəzinə zəng edib məlumat vermiş, sonra 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurluq zamanı ona 1.000 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Bakı şəhərində usta kimi işləyir. 15-20 gün olar ki, Bakı şəhəri, Sabunçu rayonunda Xəstəxana yanı küçəsində yerləşən evdə təmir işləri görməyə başlamışdır. Özünə məxsus ümumi dəyəri və dəst almış olduğu 2.000 manat dəyərində tikinti-təmir alətlərini də usta kimi işlədiyi həmin evə gətirmiş və işdən sonra həmin alətləri işlədiyi evin saxlanc otağında saxlamışdır. Alətləri də sonuncu dəfə 09 avqust 2022-ci ildə istifadə edib saxlanc yerinə qoymuşdur. 10 avqust 2022-ci il tarixdə saat 09 radələrində evə gələn zaman evin həyətində olan saxlanc otağının qapısının qıfılının sındırıldığını və ona məxsus olan tikinti-təmir alətlərinin oğrulandığım aşkar etmişdir. Bundan sonra o, oğurluq barədə daha sonra DİN-nin 102 zəng mərkəzinə zəng edib məlumat vermiş və sonra 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 2.000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 22 ünvanında ailəsi ilə birlikdə yaşayır. 28 iyul 2022-ci il tarixdə həyətdə məişət əşyalarının saxlandığı otağa baxan zaman otaqdan 60 manat dəyərində üç ədəd işlənmiş avtomobil təkərinin, 100 manat dəyərində bir bağlamada otuz ədəd kafelin, 90 manat dəyərində 30 metr uzunluğunda kabelin və 50 manat dəyərində mətbəx kranlarının on dəst şlanqlarının oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal 102 xidmətinə zəng edib xəbər vermiş, daha sonra ərizə ilə 12-ci PŞ-nə müraciət etmişdir. Oğurluq nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs14 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Süleyman Rəhimov küçəsində yerləşən torpaq sahəsində özünə 2 mərtəbəli ev tikdirmişdir. Həmin evdə 1 həftə ərzində olmamışdır. 08 dekabr 2022-ci il tarixdə səhər saat 09 radələrində həmin evə getdikdə evin 1-ci mərtəbəsinin plastik qapı kilidinin açıq vəziyyətdə olduğunu görmüşdür. Evə baxan zaman evdən 1.500 manat dəyərində 32-lik “İmmegra” markalı kombinin, 1.350 manat dəyərində 8 ədəd radiatorun, ümümi dəyəri 800 manat olan laqondanın, preparatın, nasosun, boru yapışdırıcısı olan ütü dəstinin və 195 manat dəyərində 3 bağlama elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 3.900 manat ziyan dəymişdir. Oğurluq barədə daha sonra 102 zəng xidmətinə və Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs15 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan küçəsi ev 24 ona məxsus evdir. Həmin evdə çox vaxt yaşamır. Belə ki, qızı yaxınlıqda yaşadığından çox vaxt onun evində qalmışdır. Buna baxmayaraq mütəmadi öz evinə gedib nəzarət etmişdir. 17 iyun 2022-ci il tarixdə saat 19 radələrində evə baxmağa gəlmişdir. Evin pəncərəsinin sındırıldığını görmüşdür. Evin yataq otağına baxan zaman çarpayının yastığının altında gizlədib saxladığı 200 manat pulun və 500 manat dəyərində tikinti alətlərinin oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal 102 xidmətinə zəng edib xəbər vermiş, daha sonra ərizə ilə 12-ci PŞ-nə müraciət etmişdir. Oğurluq nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs16 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə işdən aldığı 450 manat pulu dolabdakı pul qabının içinə qoymuşdur. O və arvadı Firuzə hər gün saat 07 radələrində evdən çıxıb işə getmişdir. xx.xx.2023-cü il tarixdə də eyni vaxtda işə getmişlər və 18 radələrində əvvəlcə həyat yoldaşı, 19 radələrində isə o, evə gəlmişlər. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda olan zaman səhər saat təxminən 10:00 radələrində mətbəxin çöl plastik pəncərəsinin günlüyünün yerdə olduğunu görmüş və küləyin təsirindən yerə düşdüyünü düşünmüşdür. 27.06.202.3-cü il tarixdə paltaryuyan maşını qonşuluqda yaşayan, üzdən tanıdığı lakin adını bilmədiyi şəxs təmir edib gətirib təhvil verəndə o, zəhmət haqqını ödəmək üçün yataq otağında olan şkafın siyirməsinin içərisində yerləşdirdiyi cüzdanının içərisindən pul götürmək istəyən zaman cüzdanın boş olduğunu aşkar etmişdir. Təxminən 1 saat müddət keçdikdən sonra həyat yoldaşına pəncərənin günlüyünü yerdə gördüyünü demiş və evdəki qızıl-zinət əşyalarının yerində olub-olmadığına baxmaq istəməsini bildirmişdir. Həyat yoldaşı baxış keçirən zaman qızıl-zinət əşyalarının yerində olmadığını bildirmişdir. O da bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, baş vermiş hadisəni xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində aşkar etmişdir. Pul və əşyaların yerini bəlkə dəyişmişlər, sonradan mətbəxin plastik pəncərəsinə baxış keçirən zaman pəncərədə müdaxilə izlərinin olduğunu gördükdən sonra 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə zamanı ona məxsus 450 manat pul və həyat yoldaşına məxsus 1.000 manat dəyərində 1 dəst qızıl sırğa və üzük, 300 manat dəyərində 1 ədəd tək qızıl üzük, 200 manat dəyərində 1 cüt paxlava formalı qızıl sırğa oğurlanmışdır. Hadisə zamanı təxminən ümumillikdə 1.950 manat dəyərində maddi ziyan dəymişdir. Yaşadığı evin kilid açarları özlərindən başqa heç kimdə olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs17 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 10 ildir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində “Pətək” marketin yaxınlığında 4-cü dalanda 2 sot torpaq sahəsində tikdirdiyi fərdi 3 otaqlı bir mərtəbəli bağ evi vardır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki evin həyətindən çıxıb darvaza qapısını bağlamağı unudaraq saçını qırxdırmaq üçün bərbərə getmiş və evə qayıdıb yuyunduqdan sonra yuxusu gəldiyindən evə keçib yatmışdır. Xatırlamışdır ki, o, darvaza qapısını evə qayıdanda da bağlamamışdır. Həmin gün təxminən saat 12 radələrində oyanıb evin həyətinə çıxıb gülü sulayanda görmüşdür ki, evin həyətində darvazanın küncündə əl üz yuma yerinin üstünə qoyduğu 01 ədəd samovar və qədimi mis materialdan məcmeyinin(sini) yerində olmadığını aşkar etmişdir. Evdə ailə üzvlərindən maraqlandıqda heç biri götürmədiklərini dedikdə anlamışdır ki, evin həyətinə naməlum şəxs və ya şəxslər daxil olub həmin samovarı və məcmeyini oğurlamışdır. Bu səbəbdən o, DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə gələn Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları evin həyətinə baxış keçirmişlər və o, ərizə və izahat vermişdir. Həmin hadisə nəticəsində evin həyətinə gizli girən naməlum şəxs tərəfindən 01 ədəd 150 manat dəyərində samovar və 01 ədəd 600 manat dəyərində təxminən 10-12 kiloqramlıq mis materialdan məcmeyi oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona 750 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs18 oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 23 ünvanında yerləşən beş otaq, mətbəx və sanitar qovşağından ibarət iki mərtəbəli yarım tikili fərdi yaşayış evi vardır. Həmin evdə təmir işləri getdiyi üçün hələlik yaşayış yoxdur. Lakin arada bir gedib evinə nəzarət edir. Sonuncu dəfə 31 yanvar 2022-ci il tarixdə saat 18 radələrində sözü gedən evindən çıxaraq yaşadığı evə getmişdir. Səhərisi gün, yəni 01 fevral 2022-ci il tarixdə saat 19:30 radələrində təmiri başa çatmamış həmin evinə getmiş, dəmir darvaza qapısını açıb həyətə daxil olduqda yerdə olan taxta pilləkənin evin divarına söykəndiyini görmüşdür. Bu vaxt evinə oğru girdiyini başa düşmüşdür. Sonra evinə daxil olduqda divara quraşdırılmış 320 manat dəyərində 4x6 diametri ölçüsündə, 400 metr uzunluğunda kabelin, hər birinin dəyəri 50 manat olan, 150 manat dəyərində mətbəx və hamam suquraşdırıcı kratnların, evin həyətində markasını bilmədiyi 100 manat dəyərində bir ədəd su matorunun və hasara bitişik olan öz şəxsi hesabına “Asan xidmət” mərkəzi vasitəsilə 170 manata aldığı su sayğacının oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumillikdə 740 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X12 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 24 ünvanında yerləşən həyət evi ona məxsus olsa da, orada yaşayış yoxdur. Sonuncu dəfə həmin evə 2022-ci ilin may ayının əvvəllərində getmiş və həmin vaxt evdə hər şey qaydasında olmuşdur. 02 aprel 2022-ci il tarixdə saat 09 radələrində həmin evinə baxmağa getmiş, bu zaman evin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olduqdan sonra dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bu vaxt evdən 300 manat dəyərində 5 litrlik odun samovarı, 400 manat dəyərində 8 litrlik samovar, 150 manat dəyərində su qıxdırıcısı, 50 manat dəyərində laqonda və hər birinin dəyəri 30 manat olan 2 ədəd “Bosch” markalı direlin oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumillikdə 960 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs21 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində özünə məxsus evi vardır. Həmin evdə təmir-tikinti işləri aparıldığından orada yaşayış yoxdur. Sonuncu dəfə 31 mart 2022-ci il tarixdə həmin evə bəzi əşyalar qoymuşdur. 02 aprel 2022-ci il tarixdə saat 18 radələrində evə baxmaq üçün gəlmiş və bu zaman evdən ümumi dəyəri 1500 manat təşkil edən 35 metr uzunluğunda elektrik naqili, 50 metr uzunluğunda elektrik uzadıcısı, 40 ədəd elektrik yuvası və elektrik yandırıcısı, bir ədəd avtomobil radan və digər əşyalarının oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumillikdə 1.500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs22 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 23-cü keçid ərazisində özünə məxsus həyət evi vardır. Həmin evdə təmir-tikinti işləri aparıldığından orada yaşayış yoxdur. 08 iyun 2022-ci il tarixdə saat 09 radələrində evə baxmaq üçün gəlmiş və bu zaman evin plastik pəncərəsinin sındırıldığını görmüşdür. Evə daxil olub baxan zaman evdən 400 manat dəyərində bir ədəd “Bosch” markalı preporator, 50 manat dəyərində bir ədəd kiçik drel, cəmi 100 manat dəyərində 22 ədəd aluminium profil və 50 manat dəyərində bir ədəd divar deşən alətin oğurtlandığını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumillikdə 600 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs23 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 25 ünvanında 1,5 sot torpaq sahəsində birmərtəbəli ev tikmiş və daş hasarla hasara almışdır. Həmin evin tikintisini hissə-hissə əlinə pul düşdükcə etmişdir. Bir müddət əvvəl 50 metr kabel, 300 metr elektrik naqili, 24 ədəd 25-lik fırat su borusu, 3 ədəd 50-lik kanalizasiya borusu, 2 ədəd 100-lük plastmas boru və 8 ədəd plastmas qoşqular almışdır ki, həmin materialları istifadə etsin. 26 iyun 2022-ci il tarixdə saat 09:15 radələrində həyətə gedəndə evin pəncərəsinin açıq olduğunu görmüşdür. Ətrafa diqqətlə baxdıqda isə yuxarıda qeyd etdiyi əşyaların naməlum şəraitdə oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona cəmi 600 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs26 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, həyat yoldaşı Olqa Məmmədovanın ailə üzvlərinin Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən qəbirstanlıqda məzar abidəsi vardır. Həmin məzarın kənarında 50 kq çəkidə dəmir materialdan olan gəmi lövbəri qoyulmuşdur. 01 aprel 2022-ci il tarixdə saat 09 radələrində məzarlığı ziyarətə getdikdə dəmirdən olan gəmi lövbərinin oğurlandığını aşkar etmişdir. Həmin gəmi lövbərinin qiyməti 1.000 manatdır və ona həmin məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 08 dekabr 2022-ci il tarixdə Balaxanı qəsəbəsində yaşayan Barat adlı şəxsin evinə dayısı oğlu Kamranla qonaq getmişdir. Həmin vaxt Baratın evində dostu Mütalim və adını sonradan bildiyi Mürüvvət də olmuşdur. Söhbət zamanı Mürüvvət Barata onda santexnika avadanlıqları olduğunu və onları 70-80 manata satdığını demişdir. Sonradan o, Baratdan eşitmişdir ki, Mürüvvət onda olan malları Feyzi adlı bir nəfərə 35 manata satmışdır. Barat Mürüvvətin laqonda və plastik yapışdırıcısı kimi istifadə edilən ütünün satdığını demişdir. Barata Mürüvvətin satdığı mallardan onun və dostu Mütalimin almaq istədiyini demişdir. Bundan sonra o və Mütalim Feyzi ilə görüşmüşlər və malları Feyzidən 35 manat almışlar. Həmin malların və alətlərin oğurluq olduğundan xəbəri olmamış, sonradan onlara məlum olmuşdur ki, Mürüvvət həmin malları hansısa evdən oğurlamış və oğurluq olması barədə heç kimə deməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 10 ilə yaxındır ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarının yaxınlığında dəmir-metal alqı-satqısı məntəqəsində işləyir. Şəxsiyyəti barədə onda polisdən məlumat aldığı Təqsirləndirilən şəxs küçələrdən dəmir-metal və həmçinin köhnə məişət əşyaları satan bir şəxs kimi tanımışdır. Onun adının Mürvət olduğunu bilmişdir. Həmişə Mürvət kimi tanıdığı Mürüvvətdən 2022-ci ilin yanvar ayının sonlarından başlayaraq köhnə və yararsız halda olan dəmir əşyaları, elektrik naqillərindən çıxarılmış mis almış və pulunu da ödəmişdir. Həmin malların oğurluq olduğunu 12-ci Polis Şöbəsinin əməkdaşlarından eşitmişdir. Belə ki, o, Mürüvvətdən 2022-ci ilin fevral ayında mis və yarasız vəziyyətdə olan su sayğacını 25 manata almışdır. Su sayğacından latun metalını çıxardıqdan sonra sayğacı zibilxanaya atmışdır. Mürüvvətə inandığı üçün ondan şəxsiyyət vəsiqəsini tələb etməyinə baxmayaraq Mürüvvət üstündə şəxsiyyət vəsiqəsi olmamışdır. O da kasıb oğlan olduğunu, dəmir-mis satmaqla ailəsini dolandırdığını düşünmüşdür. 2022-ci ilin fevral ayında Mürüvvət növbəti dəfə ona 3 kq yaxın mis gətib 20 manata satmışdır. Mürüvvət həmin malları küçələrdən yığdığını demişdir. 2022-ci ilin mart ayında o, Mürvətdən 500 qrama yaxın mis və təmir alətlərini ümumillikdə 20 manata almışdır. Bundan başqa 2022-ci ilin iyun ayında Mürüvvətdən mis, samovar və təmir alətləri almışdır. 2022-ci ildə Mürüvvətdə 6 manata 04 ədəd dəmir nejavik boruları da almışdır. O, həmin əşyaların və malların oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 Şahbar oğlu ibtidai istintaq zamanı Şahid3 Müstəqim oğlunun məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaq zamanı Şahid7 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd bağlamanı çıxarıb təqdim etməsi, sonra ondan təqdim etdiyi bağlamanın içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində marixuana kimi tanıdığı narkotik vasitə olduğunu və həmin narkotik maddəni Sabunçu qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 200 manata öz şəxsi istifadəsi üçün alıb əldə etməklə üzərində saxladığını bildirməsi, daha sonra Təqsirləndirilən şəxsna başqa cinayət əməi törədibtörətməməsi barədə sual verilməsi, Təqsirləndirilən şəxs isə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində bir neçə oğurluq əməli törətdiyini, oğurladığı əşyaları da Sabunçu qəsəbəsində olan “bit bazarı” adlanan yerə aparıb orada tanımadığı şəxslərə satdığını etiraf etməsi, sonda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və onun üzərindən qanunsuz ər hansı bir əşya və ya maddə aşkar olunmaması müəyyən olundu. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini və digər iş materiallarını də sübut növü kimi qəbul edir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-1038/2022 nömrəli iş üzrə 24 dekabr 2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonuna kimi, 22 mart 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-220/2023 nömrəli iş üzrə 18 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti 22 may 2023-cü il tarixinədək uzadılmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 may 2023cü ildə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-1038/2022 nömrəli iş üzrə 08 mart 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 07 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 noyabr 2023-cü ildə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-104/2024 nömrəli iş üzrə 30 mart 2024-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 29 mart 2024-cü il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-205/2024 nömrəli iş üzrə 28 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti 02 ay, yəni 28 avqust 2024-cü il tarixinədək uzadılmışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-277/2024 nömrəli iş üzrə 26 avqust 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni 16 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/492 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş maddi sübut” yazılar və imzalar olan üzəri skoçla bağlanmış bəzəkli qara rəngli polietilen bağlamadakı 1 ədəd üzəri skoçla bağlanmış ağ rəngli sellofan bağlamada təmiz çəkisi 400,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: 1. Tədqiqatlar “Çətənənin yoxlanması üçüm tövsiyə olunan metodlar” (Bakı., 2005-ci il) metodik vəsaitində göstərilmiş metodlarla aparıldı.
2. Marixuananın təmiz çəkisi – 400,0 qram, tədqiqata sərf edilən miqdar - 0,1 qram, qalıq - 399,9 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi Ambulator X1 03 may 2024-cü il tarixli, 2924 nömrəli rəyindən göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə daktiloskopik ekspertizasının xx.xx.2023cü il tarixli, 3-16-16/2-3/1807 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 və 3 saylı daktilolentin səthindəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 2 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol ovucunun hipotenar hissəsindən qalmışdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi və 3 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs əl-barmaq v ovuc izlərindən qalmamışdır. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 400,0 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 399,9 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Masallı rayon İcra və probasiya Şöbəsinin 16 yanvar 2025-ci il tarixli arayışından görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-48/2020 saylı 02 iyun 2020-ci il tarixli hökmünə əsasən xx xxxxxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs CMnin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cərimə məbləğindən bugünədək ödəniş edilməmişdir. Masallı Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qərarına əsasən məhkum cəzadan yayındığı üçün barəsində 7 gün müddətə tutma qərarı çıxarılmışdır. Məhkum Masallı rayon İcra və Probasiya Şöbəsi tərəfindən axtarışa verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Əhədov X5 Rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.1-ci maddələri təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddələri tətbiq edilməklə 3000 manat məbləğində cərimə olunmaqla 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 sentyabr 2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Masallı Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1-ci maddələri təqsirli bilinərək, həmin Məcəllənin 66.2, 67.1, 68.2 və 69.3-cü maddələri tətbiq edilməklə 3000 manat məbləğində cərimə olunmaqla 01 il 07 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 yanvar 2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Hazırkı iş üzrə cinayəti törətdiyi vaxt Təqsirləndirilən şəxs yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Bu hal Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Masallı Rayon Məhkəməsinin 1(050)-48/2020 nömrəli iş üzrə 02 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və icra olunmamış 3000 (üç min) manat cərimə cəzası tam birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası təyin olunmalı, Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixindən 22 may 2023-cü il tarixinədək; 07 avqust 2023-cü il tarixindən 07 noyabr 2023-cü il tarixinədək həbsdə saxlanıldığı cəmi 08 (səkkiz) ay və 27 – 29 mart 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı, ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə və 3 (üç min) manat cərimə cəzası təyin edilməli, Azərbaycan Republikası CM-nin 68.2-ci maddəsinə əsasən 3000 (üç min) manat cərimə cəzası müstəqil icra olunmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 mart 2024-cü ildən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 399,9 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 137,29 (yüz otuz yeddi manat iyirmi doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs8 məxsus 05 ədəd “Hoffman” markalı elektrik yuvası, Zərərçəkmiş şəxs11 məxsus su çəni, Zərərçəkmiş şəxs9 qızına məxsus odun samovarı, “Socar” YDM-nə məxsus 04 ədəd nejaveyka borusu və Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd “Makute MK 580” markalı ağac kəsmək üçün aparat zərərçəkmiş şəxslərə təhvil verildiyindən onların sərəncamlarına qaytarılmış hesab edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Masallı Rayon Məhkəməsinin 1(050)-48/2020 nömrəli iş üzrə 02 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və icra olunmamış 3000 (üç min) manat cərimə cəzası tam birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixindən 22 may 2023-cü il tarixinədək; 07 avqust 2023-cü il tarixindən 07 noyabr 2023-cü il tarixinədək həbsdə saxlanıldığı cəmi 08 (səkkiz) ay və 27 – 29 mart 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın, ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə və 3 (üç min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Republikası CM-nin 68.2-ci maddəsinə əsasən 3000 (üç min) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 mart 2024-cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 399,9 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 137,29 (yüz otuz yeddi manat iyirmi doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs8 məxsus 05 ədəd “Hoffman” markalı elektrik yuvası, Zərərçəkmiş şəxs11 məxsus su çəni, Zərərçəkmiş şəxs9 qızına məxsus odun samovarı, “Socar” YDM-nə məxsus 04 ədəd nejaveyka borusu və Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd “Makute MK 580” markalı ağac kəsmək üçün aparat zərərçəkmiş şəxslərə təhvil verildiyindən onların sərəncamlarına qaytarılmış hesab edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Hakim Namiq Kərimov