Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-93/2020 10.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 1(010)-172/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (həmin cəzanın 02 ay 09 günlük hissəsini çəkib, 09 ay 15 günlük hissəsi çəkilməmiş qalıb), Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli xx xxxxxx 2020-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və xx xxxxxx 2020-ci ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Nuriyeva küçəsində yerləşən 9 nömrəli evə xx xxxxxx 2020-ci ildə saat 20:30 radələrində taxta pəncərənin şüşəsini çıxarmaqla qanunsuz daxil olaraq, oradan bir ədəd 10 (on) manat dəyərində «Micromax» markalı, daxilində 20 (iyirmi) manat dəyərində ***-***-**-** GSM nömrəsi olan mobil telefon aparatını, bir ədəd 50 (əlli) manat dəyərində «İphone 4» markalı, daxilində 10 (on) manat dəyərində ***-***-**-** GSM nömrəsi olan mobil telefon aparatını, digər yataq otağının paltar dolabındakı 03 (üç) manat dəyərindəki qırmızı rəngli mücrünün içərisindən bir ədəd 800 (səkkiz yüz) manat dəyərində, 750 əyarlı İtaliya istehsalı brilyant qaşlı qızıl qadın üzüyünü, bir ədəd 600 (altı yüz) manat dəyərində xırda brilyant qaşları olan, 750 əyarlı İtaliya istehsallı qızıl qadın üzüyünü, bir ədəd 350 (üç yüz əlli) manat dəyərində sadə qaşlı 585 əyarlı Türkiyə istehsalı olan qızıl qadın üzüyünü, bir cüt 200 (iki yüz) manat dəyərində 585 əyarlı Türkiyə istehsallı qızıl qadın sırğasını, bir ədəd 800 (səkkiz yüz) manat dəyərində 750 əyarlı İtaliya istehsallı qızıl qadın boyunbağını və bir ədəd 400 (dörd yüz) manat dəyərində 750 əyarlı İtaliya istehsallı qızıl qadın qolbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3.243 (üç min iki yüz qırx üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindəki gölün yaxınlığından keçərkən orada yerləşən fərdi yaşayış evlərindən birinin sahibinin yaşadığı evin qapısını açarla bağlayıb ailə üzvləri ilə birlikdə idarə etdiyi avtomobillə harasa getdiyini görmüşdür. Həmin evdən oğurluq etmək qərarına gəlmiş və saat 20:30 radələrində ora yaxınlaşaraq dəmir boru vasitəsilə hasara çıxıb oradan evin həyətinə düşmüşdür. Daha sonra evin taxta pəncərəsinin şüşəsinin kənarındakı mismarları həyətyanı sahədən tapdığı kəlbətinlə çıxarmış və pəncərənin şüşəsini yerindən çıxararaq evə daxil olmuşdur. Evə daxil olduqdan sonra pəncərənin kənarında bir ədəd «İphone 4» markalı mobil telefon olduğunu görüb götürmüş, daha sonra otaqdakı masanın üzərindən bir ədəd «Micromax» markalı mobil telefonu da götürüb cibinə qoymuşdur. Sonra evi axtarmağa başlamış və yataq otağındakı paltar dolabını axtaran zaman oradan üç ədəd qızıl qadın üzüyü, bir ədəd qadın boyunbağısı, bir ədəd qadın qolbağı taparaq cibinə qoymuşdur. Evdə pul axtarsa da tapa bilməmiş, həmin vaxt küçədən avtomobil səsi eşitdiyinə görə dərhal mətbəx otağına keçərək plastik pəncərədən küçəyə tullanıb oradan uzaqlaşmışdır. Bundan sonra əldə etdiyi qızıl-zinət əşyalarından bir ədəd qızıl qadın üzüyünü Bakı şəhəri ərazisində yerləşən «Neftçilər» metro stansiyasının yaxınlığındakı qızılların alğı-satqısı yerinə tanışı Şahid1 iştirakı ilə ona məxsus şəxsiyyət vəsiqəsi əsasında 250 manata satmış, iki ədəd qızıl qadın üzüyünü və bir ədəd qızıl qadın qolbağını Suraxanı bazarının yaxınlığında tanımadığı qadına satmış, bir ədəd qızıl qadın boyunbağısını isə Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən bazarda başqa bir tanımadığı qadına 140 manata satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləyib. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 20:10 radələrində yaşadığı evdən çıxaraq idarə etdiyi avtomobillə getmişdir. Həmin gün saat 22 radələrində evə qayıtdıqda dəhlizinin pəncərəsinin açıq vəziyyyətdə olduğunu, pəncərənin şüşəsinin bir hissəsinin çıxarıldığını, torluğun isə cırıldığını görüb evə daxil olmuş, bu zaman evin bütün otaqlarının dağınıq vəziyyətdə olduğunu və evə daxil olmuş naməlum şəxsin oğurluq etdiyini aşkar etmişdir. Qeyd edir ki, evindən ittiham aktında qeyd olunan əşyalar oğurlanıb. Bununla bağlı polisə müraciət etmişdir. Oğurlanmış əşyalardan ona yalnız iki ədəd mobil telefon aparatı qaytarılıb. Cinayət nəticəsində vurulmuş ziyanın digər hissəsi isə ona ödənilməmiş, müvafiq əşyalar qaytarılmamışdır. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, təxminən 4 ildir Neftçilər metrostansiyasının yaxınlığında, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən lombardda işçi kimi işləyir. xx xxxxxx 2020-ci ildə saat 12 radələrində iş yerində olduğu vaxt ora iki nəfər gəlmişdir. Həmin şəxslərdən biri ona bir ədəd üzərində qaşı olan qızıl qadın üzüyünü təqdim edərək bildirmişdir ki, həmin üzük onlara məxsusdur və satmaq istəyirlər. Bundan sonra həmin qızıl üzüyü götürüb elektron tərəzidə çəkdikdə məlum olmuşdur ki, üzüyün 5 qram çəkisi var, əyyarı 750 olmaqla İtaliya istehsalıdır. Həmin üzüyü 250 manata alacağını bildirmişdir. Bundan sonra həmin adamlar çölə çıxıb məsləhətləşmiş və qayıdaraq təklif olunan qiymətlə razılaşdıqlarını bildirmişlər. Həmin şəxslərdən üzüyün oğurluq və ya tapıntı olub-olmadığını soruşduqda onlar əmin etmişlər ki, qızıl üzük onların özlərinə məxsusdur və maddi ehtiyacları olduğundan satırlar. Bundan sonra həmin üzüyü götürüb onlara 250 manat nağd pulu təqdim etmişdir. Həmçinin yaşlı kişi özünə məxsus olan şəxsiyyət vəsiqəsini ona təqdim etdikdən sonra həmin vəsiqənin kserosurətini çıxarıb vəsiqəsini qaytarmaqla ona bildirmişdir ki, şəxsiyyət vəsiqəsinin surətinin üzərində qızılın ona məxsus olması barədə qeydlər apararaq imza etsin. Bundan sonra həmin şəxs özünə məxsus, yəni Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinin üzərində “Bir ədəd üzük 750 çəki 5 250 azn satdı oğurluq və tapıntı deyil" sözlərini kiril qrafikası ilə və öz mobil telefon nömrəsini, yəni “***-***-**-**” rəqəmlərini yazaraq sənədin surətini ona təqdim etmişdir. Daha sonra həmin şəxslər çıxıb getmişlər. Təxminən 3-4 saat sonra həmin qızıl üzüyü aldığı başqa qızıl zinət əşyaları ilə birlikdə ərinməsi üçün təhvil vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx xxxx 2020-ci il tarixli 3295 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların istifadədə olunması nəzərə alınmaqla 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 60,00 manat müəyyən olunur. O cümlədən 1 ədəd qara rəngli “Micromax” markalı, “X556» model mobil telefon aksessuarsız – 10,00 manat, 1 ədəd qara rəngli “İphone” markalı, “4” model mobil telefon aksessuarsız – 50,00 manat». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, habelə ailə vəziyyətini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd qara rəngli “Micromax” markalı, “X556» model mobil telefon və 1 ədəd qara rəngli “İphone” markalı, “4” model mobil telefon Zərərçəkmiş şəxs qaytarıldığından onun sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-172/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay 15 (on beş) günlük hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 04 (dörd) ay 22 (iyirmi iki) gün hazırkı hökmlə təyin olunan cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd qara rəngli “Micromax” markalı, “X556» model mobil telefon və 1 ədəd qara rəngli “İphone” markalı, “4” model mobil telefon Zərərçəkmiş şəxs qaytarıldığından onun sərəncamına verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-93/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-93/2020
10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver