Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-93/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1991-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 408/2015 saylı, 06 iyul 2015-ci il tarixli hökmünə əsasən 181.2.1-ci, 181.2.2-ci, 181.2.3-cü, 181.2.4-cü və 181.2.5ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7(103)-997/2018 saylı, 08 iyun 2018-ci il tarixli qərarına əsasən cəzası 10 (on) ilə endirilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatla olan və yaşayan, 17 – 19 iyun 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 17 yanvar 2024-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talama yolu ilə ələ keçirmək məqsədi ilə 27 may 2023-cü il tarixdə saat təxminən 13:00 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsindəki nömrəsiz ünvandakı evinə yataq otağının pəncərəsindən qanunsuz daxil olaraq paltar dolabının içərisində asılmış paltonun cibindən 800 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi ehtiyaclarını ödəmək üçün aralarında təxminən 200 metr məsafə olan Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, Zərərçəkmiş şəxs evinin pəncərəsi mütəmadi olaraq açıq vəziyyətdə olurmuş, o, bunu həmin evin yanından keçəndə görmüşdür. Evin pəncərəsi həyətin divarına lap yaxın olmuş və divarla arası heç yarım metrə olmamışdır. 2023-cü ilin may ayının sonları günorta vaxtı Zərərçəkmiş şəxs anasının evdən çıxdığını və getdiyini küçədə görmüşdür. O, Zərərçəkmiş şəxs anası ilə avtobus dayanacağında rastlaşmışdır. O, bilirdi ki, Zərərçəkmiş şəxs səhərlər işə gedir və işdən gec qayıdır. Başa düşmüşdür ki, Zərərçəkmiş şəxs evində kimsə yoxdur və ona görə də Zərərçəkmiş şəxs evindən pul və ya hər hansı qiymətli əlinə düşən əşya oğurlamaq fikrinə düşmüşdür. Zərərçəkmiş şəxs evinə yaxınlaşıb küçədə kimsə olmadığını görüb küçə divarına çıxmışdır. Çıxdığı divarla üzbəyz olan pəncərə layı açıq olmuş, o, divarın üzərindən həyətə düşmədən pəncərədən evə keçmişdir. Orada yataq otağında paltar dolabının qapısının açıq olduğunu görərək oradan asılmış paltarların ciblərini tələsik yoxlamağa başlamışdır. Asılmış qırmızı rəngli pencəyin yan cibindən 800 manat pulu götürmüşdür. Həmin pullar müxtəlif 100, 50, 10, 20 və 1 manatlıq əsginaslardan ibarət çoxlu pullar idi. O, bu pulları götürən kimi daha axtarmayıb evə girdiyi pəncərədən də küçəyə düşüb oradan getmişdir. Bundan 15-20 gün sonra günorta vaxtları o, içkili olan vaxt Zərərçəkmiş şəxs pəncərəsinin yanından keçən zaman özündən asılı olmayaraq maraq üçün həmin divara çıxıb pəncərədən içəri baxan zaman pərdə arxasından Zərərçəkmiş şəxs onu görüb «ay allah» deyərək qışqırmış və o, dərhal oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs onu üzdən tanımış, lakin adını bilib bilmədiyini bilməmişdir. Oğurladığı pulları sonradan ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz 1 mərtəbəli həyət evində anası Xalidə ilə yaşayır. O, Nərimanov rayonu ərazisində yerləşən kafedə işləyir, səhər tezdən işə gedərək axşam evə gəlir. 27 may 2023-cü il tarixdə səhərdən işdə olmuş gecə saat 02-03:00 radələrində evə gəldikdə evin küçə divarına lap yaxın olan yataq otağının plastik pəncərəsinin kapron setkasının yerindən çıxarılıb həyətə atılmasını görmüşdür. Bundan sonra evə naməlum şəxsin girməsindən şübhələnib həmin yataq otağında olan paltar dolabında asılmış qırmızı rəngli paltonun yan cibinə baxdıqda orada saxladığı 800 manat pulun oğurlanmasını aşkar etmişdir. Evdə başqa hər hansı qiymətli əşya olmadığı üçün daha başqa yerlərə baxmamış və dərhal bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Bundan sonra 12 iyun 2023-cü il tarixdə təxminən saat 09:30 radələrində o, evdə yataq otağında uzanmış, bu zaman otağın küçə tərəfə olan yeganə plastik pəncərəsinin səs etdiyini hiss edib durub pəncərəyə yaxınlaşıb pərdəni kənara çəkdikdə orada küçə divarına qalxıb pəncərədən otağa baxan məhəllədə yaşayan adının Əli olduğunu bildiyi şəxsi görmüş, onu görüb dərhal divardan küçəyə düşüb qaçıb getmişdir. O, Əlini görən kimi qışqırmış, anası Xalidə qonşu otaqdan səsə gəlmiş, o, məhəllədə yaşayan Əli adlı şəxsin divara çıxıb pəncərədən otağa baxdığını dedikdə anası küçəyə çıxmış, lakin qayıdıb gəlib heç kimi görmədiyini demişdir. O, bu barədə polisə telefonla məlumat vermişdir. Polis əməkdaşlarına Əli adlı məhəllədə yaşayan şəxsin pəncərəyə çıxıb evə baxdığını bildirmiş, lakin Əlinin evinin yerini dəqiq bilmədiyini, onu çox vaxt küçədə gördüyünü, eşitdiyinə görə adının Əli olduğunu demişdir. Evindən oğurlanmış pullar içərisində 100, 50, 20, 10, 5 və 1 manatlıq əsginaslar olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Qərib qızı ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Həsənli X2 rayonu ərazisində yerləşən kafedə işləyir. Zərərçəkmiş şəxs səhər tezdən işə gedib gecə evə qayıdır. Özü demək olar ki, həmişə evdə olub hərdən mağazaya alış-veriş etmək üçün gedir. 27 may 2023-cü il tarixdə qızı Mehri səhər tezdən həmişəki kimi işə getmişdir. O, həmin tarixdə saat təxminən 12:00 radələrində evin həyət qapısını bağlayıb mağazaya getmək üçün evdən bir qədər aralı olan avtobus dayanacağına gedib orada avtobusa minib getmişdir. Evdə həmin vaxt kimsə olmamışdır. O, mağazaya gedərkən evin küçə tərəfə olan plastik pəncərəsi açıq qalmış, təxminən 1 saat sonra, saat təxminən 14:00 radələrində evə gəldikdə evin küçə divarına lap yaxın olan yataq otağının plastik pəncərəsinin kapron setkasının yerindən olmayıb həyətə düşməsini görmüş, evdə başqa hər hansı bir dəyişiklik dağıntı görməmişdir. Qızı Mehri gecə təxminən saat 02:00 radələrində işdən gəldikdə pəncərənin setkasının divarla evin arasına düşməsini bildikdə paltar dolabında asılmış qırmızı rəngli paltosunun cibinə baxıb oradan qızına məxsus 800 manat pulun oğurlanmasını aşkar etmiş və bilmişlər ki, pəncərə setkasını oğru çıxarıb yerə atıb evə girmiş, pulu oğurlamışdır. Zərərçəkmiş şəxs bu barədə polisə məlumat vermişdir. Bundan sonra 12 iyun 2023-cü il tarixdə təxminən saat 09:30 radələrində qızı Mehri qışqırdıqda o biri otaqdan yataq otağına gəlmişdir. Zərərçəkmiş şəxs demişdir ki, setkası düşmüş pəncərəyə kimsə çıxıb içəri baxdığını görüb qorxmuş, həmin şəxs məhəllədə Əli kimi tanıdığı şəxs olub və onu pərdə arxasından gəlib görən kimi o qaçıb getmişdir. O, tez küçəyə çıxmış, lakin kimsə görməmişdir. Qızı Mehri demişdir ki, həmin şəxs küçədə teztez gördüyü Əli adlı şəxsdir, lakin o, Əli adlı məhəllədə yaşayan şəxsi tanımadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş proses iştirakçıların ifadələri ilə yanaşı, cinayət işinin materiallarında olan sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü ildə azad edilmiş, barəsində 19 iyun 2023-cü ildə “polisin nəzarəti altına verməknövündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 18 yanvar 2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmünə əsasən 09 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin 7(031)-62/2022 saylı 24 iyun 2022-ci il tarixli qərarı ilə 01 il 01 gün müddətinə cəzadan vaxtından əvvəl şərti azad edilmiş məhkum xx xxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə cəzasını tam qaydada çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 13 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs divarına çıxması xüsusatı üzrə əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə cinayət təqibi başlanması rədd edilmiş və materiallar rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” X7 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan AZE seriyalı 11604364 nömrəli, AZE seriyalı 11604355 nömrəli və AZE seriyalı 11604339 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşağı vardır (07 sentyabr 2009-cu il təvəllüdlü X5, 29 aprel 2012-ci il təvəllüdlü X6 və 17 dekabr 2013-cü il təvəllüdlü X4). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının 13 iyun 2016-cı il tarixli çıxarışından görünür ki, təqsirləndirilən şəxsin atası X1 ikinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-408/2015 nömrəli iş üzrə 06 iyul 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 11 il müddə\tinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7(103)-997/18 nömrəli iş üzrə 08 iyun 2018-ci il tarixli qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli 7(005)-486/2018 saylı qərarı məhkum Təqsirləndirilən şəxs barəsində onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2015-ci il tarixli 1(101)-408/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Nərimanov Rayon Məhkəməsinin 09 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 09 ilə endirilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab olunur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, atasının ikinci əlil olmasını və himayəsində üç nəfər yetkinlik yaşına çatmamış uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş 01 (bir) il 01 (bir) gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı, CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Nərimanov Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzanın çəkilməmiş 01 (bir) il 01 (bir) gün hissəsi qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 17 – 19 iyun 2023-cü il tarixlərdə tutulduğu cəmi 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 yanvar 2024-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş 01 (bir) il 01 (bir) gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunaraq, CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Nərimanov Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzanın çəkilməmiş 01 (bir) il 01 (bir) gün hissəsi qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 17 – 19 iyun 2023-cü il tarixlərdə tutulduğu cəmi 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 yanvar 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-93/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-93/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver