Məhkəmə qərarları › İş №1(010)-93/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-93/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-93/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-cu ildə Yardımlı rayonu, Astanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, Suraxanı Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(010)-227/2025 saylı cinayət işi olan, məhkumluğu olan, işləməyən, Yardımlı rayonu, Astanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 07 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 iyul 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə növündə qətimkan” tədbiri seçilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 1(003)-64/2023 saylı hökmü ilə barəsində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli, 1(103)-956/2023 saylı qərarına əsasən qəti olaraq 01 il 06 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Yardımlı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 7(038)-11/2024 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 08 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 29 oktyabr 2024-cü il tarixli qərarla barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,334 qram olan psixotrop maddə-metemfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən 07 iyul 2024-cü il tarixdə, saat 10:15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi nömrəsiz evin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,334 qram psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yardımlı rayonunda qeydiyyatda olsa da, yaşayış yeri ünvan 1 ünvanıdır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, əvvəllər məhkum olunmuşdur. Təxminən 4 il müddətdir ki, psixotrop maddə-metamfetamin qəbul etmişdir. Tutulmazdan 2 gün əvvəl Əhmədli metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini 20 manat pul ödəməklə almışdır. 07 iyul 2024-cü il tarixdə, saat 10:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, nömrəsiz evin yaxınlığında dayanan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim etmiş və onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. Şəxsiyyəti müəyyən olunduqdan sonra, həmin idarənin təhqiqatçısı tərəfindən üzərində şəxsi axtarış aparılmasının zəruri olması bildirilərək, ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O, isə buna etiraz etməmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra, təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkiliş aparılmaqla, üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda, təqdim etməsi təklif olunmuşdur. Əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə psixotrop maddə-metamfetamini masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra, isə üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxslə sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan kütlə metamfetamindir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarınin iştirakı ilə üzərindən aşkar edilmiş metamfetamin zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, istər saxlanılan zaman, istərsə də polis bölməsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etsə də, şübhəli şəxs qismində tutulan zaman üzərində heç bir maddə olmamışdır. İttiham aktında Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində tutulduğu qeyd edilmiş, lakin 07 iyul 2024-cü il tarixdə, Suraxanı rayonu, Dədə-qorqud qəsəbəsində post patrul xidmətinin əməkdaşları tərəfindən tutulmuşdur. Daha sonra onu 30-cu polis şöbəsinə aparmışlar. Şöbədə olduğu dövrdə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq tətbiq olunmuş, döyülmüşdur. Qorxduğu üçün cinayəti boynuna götürmüş və polis əməkdaşlarının dediklərini etmiş, videoçəkiliş zamanı həmin psixotrop maddəni guya Əhmədli metrosu yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Lakin illərdir Bakı şəhərində yaşasa da, heç vaxt Əhmədli metrosunun yaxınlığına getməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddə istifadə edir, lakin tutulan zaman üzərində psixotrop maddə olmamışdır. Polis idarəsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq tətbiq olunmuş, lakin bununla bağlı prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Tutulan zaman yanında mobil telefon olmamışdır. İbtidai istintaqda hüquqlarını müdafiə edən vəkil bəzi istintaq hərəkətlərində yanında iştirak etməmişdir. Şahid2 onu şübhəli şəxs qisimində tutan polis əməkdaşlarının arasında olmamışdır. Sonda isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin sahə rəisi Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 07 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar RPİ-nin 30-cu Polis Şöbəsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra, Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Suraxanı rayonu, Bahar qəsəbəsi, nömrəsiz evin yaxınlığında onu görüb Şahid1lə birlikdə ona yaxınlaşaraq özlərini təqdim etmişlər, ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışlar və üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Suraxanı RPİ-nin 30cu polis şöbəsinə gətirmişlər. 30-cu polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra, müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə buna heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətində müdafiəçinin iştirakı olmadan keçirilməsinə ərizə verərək etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsa təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlələri haradan əldə etməsini soruşduqda, sonuncu həmin kütləni tutulduğu gündən iki gün əvvəl Əhmədli metrosunun yaxınlığından tanımadığı şəxsdən 20 manata əldə etdiyini və özü istifadə etməsi məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd psixotrop maddəmetamfetaminə bənzər kütlə olan büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-in 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tutulduğu zaman ona dövlət hesabına müdafiəçi təyin edilib-edilməməsi, uzun müddət keçdiyi üçün xatırlamır. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuş və xəsarətləri olmamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, o isə hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin üzərindən psixotrop maddə-metamfetamin aşkar edilmişdir. Belə ki, kütlə psixotrop maddəyə bənzəmiş, özünün deməsinə görə də həmin bükümün içərisində metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs tutan zaman üzərinə baxış keçirməmişlər. Onu bölməyə gətirildikdən sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Onu tutan zaman öz mobil telefonunun yanında olub-olmamasını dəqiq xatırlamır, lakin yanında olmalı idi. ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Təqsirləndirilən şəxs yaxınlaşan zaman formada olmuşlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin CA üzrə ə/m, polis kapitanı Şahid1 məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onların ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş, şahid ibtidai istintaq dövründə verdiyi ifadəsində, iş üzrə digər Şahid2 ifadəsində göstərmiş olduğu xüsusatlarla eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 240100451 nömrəli cinayət işi 08 iyul 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 07 iyul 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 5-6) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmə aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində patı kimi tanıdığı narkotik maddə var. Sorğu zaman Təqsirləndirilən şəxs bildirdi ki, bu maddəni 2 gün əvvəl Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən, ümumillikdə 20 (iyirmi) manat pul ödəməklə öz şəxsi istifadəsi üçün almış, lakin istifadə etməmiş, sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. 07 iyul 2024-ci il tarixdə, saat 10:15 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, nömrəsiz evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində ağ rəngdə kristal şəklində narkotik vasitəyə bənzər maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya maddələr aşkar edilməmişdir. (iş.v. 140-141) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərək tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış xidməti otaqda aparılır. Şəxsi axtarışa başlayarkən proses iştirakçıları təqdim edildikdən sonra təhqiqatçı Kamran Mehdiyev şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etməsini bildirdikdə sonuncu hüquq və vəzifələrinin ona aydın olduğunu bildirir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təsir olub-olmadığını soruşduqda sonuncu ona qarşı fiziki təsir olmadığını bildirir. Daha sonra, təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşduqda sonuncu narkotik vasitələrdən istifadə etdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşduqda sonuncu əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək içərisində patı kimi tanıdığı psixotrop maddə-metamfetamin olduğunu bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni 2 gün əvvəl Əhmədli metrosunun yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi məqsədilə 20 manata əldə etdiyini bildirir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir büküm psixotrop maddə-metamfetaminə bənzər olan büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin Zərflər üçün 194 saylı möhürü ilə möhürlənərək götürülür. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3521 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,334 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,334 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,284 qram. (iş.v. 41-43) 09 iyul 2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,334 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş.v. 89) Suraxanı RPİ-nin İŞ-in 09 iyul 2024-cü il tarixli əməliyyat tapşırığına Suraxanı RPİ-nin 30-cu polis bölməsi tərəfindən cavab olaraq ünvanlanmış 20 iyul 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini əldə etdiyi şəxsi və ya hansı mənbənin müəyyən edilməsi, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatının əldə edilməsi mümkün olmamışdır. (iş.v. 91, 98) Ambulator məhkəmə-narkoloji ekspertizasının 09 iyul 2024-cü il tarixli, 4697 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 117-118) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 1(003)-64/2023 saylı hökmü ilə qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli, 1(103)- 956/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin cəzanın çəkilməmiş 1 il 4 ay 14 gün hissəsinin çəkilməsindən qərəzli olaraq boyun qaçırdığına görə Yardımlı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 7(038)-11/2024 saylı qərarı ilə ona təyin edlmiş azadlığın məhdudlaşdırılması cəzası 08 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Suraxanı RPİ-nin İŞ-in 13 avqust 2024-cü il tarixli sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yardımlı Rayon İcra və Probasiya şöbəsi tərəfindən ünvanlanmış 13 avqust 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 1(103)-956/2023 saylı qərarı ilə qəti olaraq üzərində saxlanmış 01 il 06 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmamışdır. 18 avqust 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri düzgün və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,334 qram psixotrop metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 0,284 qram psixotrop maddə metamfetaminin saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. "Şəxsi axtarış və götürmə haqqında” 07 iyul 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” diskin cinayət təqibi üzrə əhəmiyyət kəsb etməsinə görə maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini ona qanunsuz olaraq satmış şəxsin və həmin cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində material ayrılaraq həmin material üzrə araşdırma davam etdirilmişdir. (iş.v. 122-130) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2024-cü il tarixdə, saat 11:30-da şübhəli şəxs qismində tutulmuş, saat 10:15-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 08 iyul 2024-cü il tarixdə, saat 15:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 09 iyul 2024-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, təqsirləndirilən şəxsin barəsində başqa iş üzrə seçilmiş azadlıqdan məhrum etmə cəzası ilə əlaqədar həbsdə saxlanılması nəzərə alınmışdır. Həmin Məhkəmənin 05 may 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həmin qərara məhkəmə tərəfindən 30 iyul 2025-ci il tarixdə düzəliş edilməsi məqsədilə qərar qəbul edilərək, qərara aldı (nəticəvi) hissəsinin 2-ci abzasına “Yardımlı rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 7(038)-11/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sonunun 26 may 2025-ci il tarixdə bitməsi və 1(010)- 93/2025 cinayət işi üzrə barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınsın” cümləsi əlavə olunmuşdur. (iş.v.21, 59, 81) İş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Mehtiyev X6 Könül Şamsəddin qızı ilə 08 noyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü Fatimə Mehtili, xx.xx.2012-ci il təvəllüdlü Əkbər Mehtizadə və xx.xx.2018-ci il təəvəllüdlü Yusif Mehtili olmaqla, himayəsində 3 azyaşlı övladı vardır. Onun ailəsinin qeyd edilən tərkibdə olması və Yardımlı RİHB-in inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatda olması Yardımlı RİHB-in inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Əzimov tərəfindən verilmiş arayışla da təsdiq edilir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2025-cü il tarixli, 1(010)-93/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi şifahi vəsatəti təmin edilmiş, iş üzrə şahid polis əməkdaşı Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı və ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin dövlət hesabına müdafiəçisi olmuş, 9 saylı Vəkil Bürosunun vəkili X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrin kimə məxsusluğu, 06 iyul 2024-cü il tarixdə, saat 09:00-dan 10 iyul 2024-cü il tarixdə, saat 09:00-dək olan müddət ərzində anten əhatə dairəsi məlumatları, həmin nömrələrə daxil olmuş və edilmiş zənglər, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatları, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin müvafiq olaraq "xxxx" və "xxxx"MMC-dən götürülməsi qərara alınmışdır. Qərarın icrası müvafiq olaraq "xxxx" və "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən 05 may 2025-ci il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 19 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclası zamanı baxış keçirilərək tədqiq edilmişdir. Həmin disk Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi məlumatlarını əks etdirmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2024-cü il tarixdə, saat 11:30-da tutulmuş, 07 iyul 2024-cü il tarixdə, saat 10:15-dən azadlığı məhdudlaşdırılmış hesab edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti 07 iyul 2024-cü il tarixdə, saat 12:00-da başlanılmış və 12:05-dək aparılmışdır. İş üzrə Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 07 iyul 2024 tarixdə, saat 09:57-də ünvan 5 ünvanında, həmin tarixdə, saat 10:24-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany/ ünvanında, həmin tarixdə, saat 10:24, 10:48, 10:50, 10:52, 11:45 və 12:27-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany/ ünvanında olduğu müəyyən olunur. Həmçinin, həmin diskə baxış keçirilən zaman 07 iyul 2024-cü il tarixdə, saat 10:16-da ünvan 8 ünvanında, həmin tarixdə, saat 11:31, 12:00 və 12:05-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany/ ünvanında olduğu qeyd edilsə də, cədvəldə olan üçüncü sütun zəngin tipini göstərir, sonuncu ünvanların göstərilməsində zəngin tipi sütununda GPRS/usage - internet istifadələri qeyd edilmişdir. Bu isə həmin ünvanların düzgün müəyyən edilməsinə imkan vermir. "xxxx" MMC-dən 05 may 2025-ci il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 14 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclası zamanı baxış keçirilərək tədqiq edilmişdir. Həmin disk Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrənin anten əhatə dairəsi ilə bağlı məlumatları özündə əks etdirir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2024-cü il tarixdə, saat 11:30-da tutulmuş, 07 iyul 2024-cü il tarixdə, saat 10:15-dən azadlığı məhdudlaşdırılmış hesab edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti 07 iyul 2024-cü il tarixdə, saat 12:00-da başlanılmış və 12:05-dək aparılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, 08 iyul 2024-cü il tarixdə, saat 15:30-da təqsirləndirilən şəxsə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, dindirmə 08 iyul 2024-cü il tarixdə saat 15:45-də başlamış və 16:30-da qurtarmışdır. Diskə baxış keçirilən zaman ***-***-**-** saylı mobil telefon nömrəsinin vəkil X2 məxsus olduğu müəyyən edilir. Vəkil X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 07 iyul 2024 tarixdə, saat 10:26-da Əmircan qəs ünvanında, 07 iyul 2024 tarixdə, saat 11:49-da, 12:00-da və 12:03-də Baki sh. Suraxani r-nu., Hovsan qes.. 11-ci sahil dongesi ünvanında, 08 iyul 2024-cü il tarixdə, saat 13:52-dən saat 16:53-dək Gara Garayev pr ünvanında olduğu müəyyən olunmuşdur. "xxxx" MMC-dən 05 may 2025-ci il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi ilə bağlı məlumatları əks etdirən diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, o, 08 iyul 2024-cü il tarixdə, saat 13:52-dən saat 16:53-dək Gara Garayev prospekti ünvanında olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından isə görünür ki, 08 iyul 2024-cü il tarixdə, saat 15:30-da təqsirləndirilən şəxsə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, dindirmə 08 iyul 2024-cü il tarixdə saat 15:45-də başlamış və 16:30-da qurtarmışdır. Odur ki, sözügedən saatlarda Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 həmin zaman onun yanında olmamış, bununla da təqsirləndirilən şəxsin hüquqlarını pozmuşdur. Odur ki, X3 barəsində, yol verdiyi qanun pozuntularına görə, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təqdimat göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Odur ki, mobil operatorlar tərəfindən Suraxanı Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli qərarının icrası ilə bağlı təqdim edilmiş 02 ədəd disk maddi sübut qismində tanınmalı və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin məhkəmədə dövlət hesabına təyin edilmiş müdafiəçisi Müdafiəçi məhkəmə iclasında vəsatət verərək, 13 fevral 2025-ci il tarixdə 3 saylı İstintaq təcridxanasında müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs cinayət işində olan sənədlərdən kserosurətlər təqdim etdiyi zaman sonuncu sənədlərdəki imzaların ona məxsus olmadığını bildirmişdir. Belə ki, imzaların təqsirləndirilən şəxsə məxsus olub-olmamasının aydınlaşdırılması üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2025-cü il tarixli, 1(010)-93/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi X9 yazılı vəsatəti təmin edilmiş və iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: 1.Cinayət işi materiallarında 21-ci səhifədə olan “şübhəli şəxsin tutulması haqqında” protokoldakı, səhifə 31-də olan Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış ərizədəki, səhifə 32 və 33-də olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldakı, səhifə 35 və 36-da olan təqsirləndirilən şəxsin ifadəsindəki, 55-57-ci səhifələrdə olan “şübhəli şəxsin dindirilməsi haqqında” protokolda (55-ci səhifədə olan birinci və ikinci imzalar təqsirləndirilən şəxs tərəfindən icra olunub), 58 və 59-cu səhifələrdə olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardakı, səhifə 67-69-da olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolda, 135-ci səhifədə olan “təqsirləndirilən şəxs və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” protokoldakı imzalar iş üzrə Təqsirləndirilən şəxs məhkəmənin 05 may 2025-ci il tarixdə keçirilmiş iclasında təqdim etdiyi 02 vərəqdən ibarət imza nümunələri ilə müqayisəli tədqiqat aparılmaqla müəyyən edilsin ki, iş materiallarında səhifə 21, 31, 32, 33, 35, 36, 55, 56, 57, 58, 59, 67, 68, 69 və 135-dəki imzalar Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub? Məhkəmə xətşünaslıq-ekspertizasının 10 iyun 2025-cü il tarixli, 4/797 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 21-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 31-ci vərəqində olan Təqsirləndirilən şəxs adından Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəis müavininiə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə “İmza:” qrafasındakı imza; 32-33-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun 1-ci vərəqində “3” rəqəminin qarşısndakı imza, 2-ci vərəqində “X.Ə.Mehdiyev” qrafasındakı imza; 35-36-cı vərəqlərində olan izahatın 1-ci vərəqində “İmza” qrafalarındakı imzalar və “Cavab:” hissəsindəki “bəli” əlyazması, 2-ci vərəqində “İmza:” qrafalarındakı imzalar və “Cavab:” hissələrindəki “Xeyir” və “bəli” əlyazmaları; 55-57-ci vərəqlərində olan 08 iyul 2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi”protokolunda Təqsirləndirilən şəxs adından olan imzalar (04 ədəd); 58-59-cu vərəqlərində olan 08 iyul 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 67-69-cu vərəqlərində olan “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolda Təqsirləndirilən şəxs adından olan imzalar (05 ədəd); 135-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” protokolda “cinayət işinin materialları ilə tanış oldum bununla bağlı heç bir şikayətim, vəsatətim yoxdur” əlyazmaları və “Təqsirləndirilən şəxs:” qrafasındakı imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. “Məhkəmə Hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X12 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X16 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü tam təqsirli bilsə də, məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etsə də, şübhəli şəxs qismində tutulan zaman üzərində heç bir maddə olmamışdır. İttiham aktında Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində tutulduğu qeyd edilmiş, lakin 07 iyul 2024-cü il tarixdə, Suraxanı rayonu, Dədə-qorqud qəsəbəsində post patrul xidmətinin əməkdaşları tərəfindən tutulmuşdur. Şöbədə olduğu dövrdə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq tətbiq olunmuş, döyülmüşdur. Lakin bununla bağlı prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Qorxduğu üçün cinayəti boynuna götürmüş və polis əməkdaşlarının dediklərini etmiş, videoçəkiliş zamanı həmin psixotrop maddəni guya Əhmədli metrosu yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Tutulan zaman yanında mobil telefon olmamışdır. Şahid2 onu şübhəli şəxs qisimində tutan polis əməkdaşlarının arasında olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və gətirdiyi digər dəlillərlə bağlı qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına rəsmi müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılandan sonra, bir neçə ay, yəni Yardımlı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 7(038)-11/2024 saylı qərarı ilə barəsində başqa cinayət işi üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilənə qədər azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı psixi və ya fiziki zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə, eləcə də istintaqın gedişindən narazı olduğu halda vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkanlardan istifadə etməmişdir. Təqsirləndirilən şəxs tutulan zaman üzərində psixotrop maddə olmaması, həmçinin ifadəsində qeyd etdiyi xüsusatlarla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin bildirdiyi xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, onun Azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda, guya məcburən psixotrop maddənin ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, həmçinin illərlə narkotik vəsitə və psixotrop maddə istifadəçisi olsa da, tutulan zaman üzərində metamfetamin olmaması, yəni metamfetaminin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri də heç cür məntiqəuyğun ifadələr deyildir. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərək tədqiq olunan zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,334 qram psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etməsi, ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması da aşkar görünür. Belə olan halda, məhz təzyiqlərə məruz qaldığı üçün ona məxsus olmayan psixotrop maddəni üzərinə götürüb istintaq zamanı çıxarıb təqdim etməsi heç cür inandırıcı deyildir. Təqsirləndirilən şəxs, əvvəllər də CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş və prosessual hərəkətlərin hansı formada keçirilməsi, bunun nəticələri ilə bağlı kifayət qədər məlumatlı olmuşdur. Bundan əlavə, onun məhkəmənin icraatında hazırda CM-in 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(010)-227/2025 saylı cinayət işi də vardır. Həmçinin iş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertiza rəyinin nəticəvi hissəsində onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, özünün də narkotik vasitə və psixotrop maddə istifadəçisi olması barədə məhkəmə iclasında bildirdikləri təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Bundan əlavə, məhkəmə iclası zamanı Şahid2 dindirilərkən onun ifadəsində heç bir ziddiyyətli məqam müəyyən edilməmişdir. Şahid2 onu şübhəli şəxs qisimində tutan polis əməkdaşlarının arasında olmaması xüsusatının aydınlaşdırılması məqsədilə təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti təmin edilmiş və Şahid2 anten dairəsi ilə bağlı məlumatlar mobil operatordan əldə edilmişdir. Həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs tutulduğu və üzərinə şəxsi axtarış keçirildiyi saatda, Şahid2 Suraxanı rayon ərzisində olmuşdur. Bundan əlavə, 13 fevral 2025-ci il tarixdə 3 saylı İstintaq təcridxanasında Təqsirləndirilən şəxs müdafiəçisinin ona cinayət işində olan sənədlərdən kserosurətlər təqdim etdiyi zaman sənədlərdəki imzaların ona məxsus olmamasını bildirməsi ilə bağlı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2025cü il tarixli, 1(010)-93/2025 saylı qərarı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmə xətşünaslıq-ekspertizasının 10 iyun 2025-ci il tarixli, 4/797 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, qərarda qeyd edilən bütün sənədlər Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Odur ki, məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar kifayət qədər mötəbər sübutlarla tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin tutularkən üzərində psixotrop maddə olmaması barədə bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs yalnız ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü olaraq qiymətləndirilir. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsini, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən isə 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,334 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi nömrəsiz evin yaxınlığıdır. Bundan sonra şəxs 30-cu polis şöbəsinə aparılaraq orada təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə də, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,334 qram olan psixotrop maddə-metemfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən 07 iyul 2024-cü il tarixdə, saat 10:15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi nömrəsiz evin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış istintaq hərəkəti aparılarkən əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,334 qram psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, verilmiş sorğulara cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Suraxanı Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli sorğusu əsasında Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 1(003)-64/2023 saylı hökmü ilə qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli, 1(103)-956/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzanın çəkilməsindən qərəzli olaraq boyun qaçırdığına görə Yardımlı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 7(038)-11/2024 saylı qərarı ilə ona təyin edlmiş azadlığın məhdudlaşdırılması cəzası 08 ay 07 gün müddətə azadlıqdan məhrumetmə ilə əvəz edilmiş, cəzasının əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. 26 may 2025-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (iş.v. 91) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində -onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli, 1(103)-956/2023 saylı qərarına əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib bitirmədən yenidən qəsdən cinayət törətmişdir. Buna görə də, o, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. CM-in 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olması məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Çünki təqsirləndirilən şəxs bundan öncə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, cəzanın çəkilməsindən qərəzli boyun qaçırdığına görə onun cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, həmçinin şəxsin barəsində hazırda məhkəmənin icraatında CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə cinayət işinə baxılır və həmin iş üzrə digər təqsirləndirilən şəxs həbsdədir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 26 may 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,284 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, mobil operatorlardan anten əhatə dairələri ilə bağlı təqdim edilmiş 02 ədəd disk maddi sübut qismində tanınmalı və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat və 150 manat (yüz əlli) manat olmaqla, cəmi 215 (iki yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmənin ilkin iclasları dövründə dövlət hesabına müdafiəçi təyin edilmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 barəsində yol verdiyi qanun pozuntuları ilə əlaqədar Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təqdimat göndərilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmənin ilkin iclasları zamanı Vəkillər Kollegiyasının üzvü X3, sonrakı məhkəmə istintaqı zamanı isə Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi X3 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 6 saat, Müdafiəçi isə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 6 iş saatı üçün 66 manat məbləğində vəsait müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X2, 20 iş saatı üçün isə 220 manat məbləğində vəsait müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07 iyul 2024-cü il tarixdən 08 iyul 2024-cü il tarixədək (saatlar nəzərə alınmaqla) şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,284 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Mobil operatorlardan anten əhatə dairələri ilə bağlı təqdim edilmiş 02 ədəd disk maddi sübut qismində tanınsın və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat və 150 manat (yüz əlli) manat olmaqla, cəmi 215 (iki yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmənin ilkin iclasları dövründə dövlət hesabına müdafiəçi təyin edilmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 barəsində yol verdiyi qanun pozuntuları ilə əlaqədar Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təqdimat göndərilsin. Müdafiəçi X1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 6 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 220 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar