Məhkəmə qərarları › İş №1(010)-94/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-94/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-94/2021 16.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Əliyev Kəramət Fətəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, prokuror - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1982-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhər məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarına əsasən CM-nin 41-ci maddəsi tətbiq edilməklə cəza şərti sınaq müddəti ilə təyin edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən CM-nin 93-5-ci maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 06 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş - məhkumluğu ödənmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş - məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Ə.Bayramov küçəsi 58 saylı mənzildə qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 5 sayı evdə yaşamış, xx.xx.2020-ci il tarixdən həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə olan cinayət işinə baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, özgənin əmlakını açıq talama məqsədilə xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Rafiq Alıcanov küçəsində “Veteranlar” istirahət parkının yaxınlığında yerləşən kafenin həyətində Zərərçəkmiş şəxs üzərində “xxxx” MMC mobil operatoruna aid 070 836 75 58 və “xxxx” MMC mobil operatoruna məxsus 055 653 42 09 nömrələri olan 500 manat dəyərində “X11 8T” markalı telefon aparatını danışıb qaytarmaq adı ilə götürmüş, danışdıqdan sonra sonuncunun telefon aparatının qaytarılmasını tələb etməsinə baxmayaraq, qaytarmamış, həmin yerdə olan Şahid etibarnamə əsasında idarə etdiyi və saxladığı ”Nissan Teana” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə minərək idarə edib hadisə yerindən getməklə Zərərçəkmiş şəxs 500 manat dəyərində mobil telefon aparatını açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, sonuncu dəfə CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cəza çəkdiyi müddətdə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Hər ikisi cəzalarını çəkib qurtardıqdan sonra bir neçə dəfə görüşmüşlər. Hadisədən bir gün əvvəl Qaflan zəng edərək görüşmək istədiyini bildirmiş, lakin vaxtı olmadığından həmin gün görüşə bilməmişlər. xx.xx.2020-ci il tarixdə dostu Orxanla görüşüb, dostunun idarə etdiyi Nissan markalı nəqliyyat vasitəsilə Neftçilər metrosunun yanına gəlmişlər. Orada olduqları müddətdə Qaflana zəng etmiş, vaxtı varsa görüşmək istədiyini və “Neftçilər” metrosunun yanında olmasını demişdir. Təxminən yarım saatdan sonra Qaflan gəlmiş, görüşdükdən sonra birlikdə Orxanın etibarnamə əsasında götürdüyü avtomaşını idarə edərək Qaraçuxur qəsəbəsində yerləşən “Veteranlar” parkı ilə üz-üzə olan kafeyə getmişlər. Kafedə əyləşərək Orxan pivə, onlar isə çay sifariş edib nərd oynamağa başlamışlar. Həmin vaxt hazırda Azərbaycan Respublikasında olmayan və telefon nömrəsini xatırlamadığı Azər adlı tanışından siqnal gəlmiş, istifadəsində olan telefonda kontur olmadığından dostuna zəng etmək üçün Qaflandan telefonunda kontur olub-olmadığını soruşmuş, o da müsbət cavab verdiyindən telefonu alaraq dostuna zəng edərək danışıb, geri qayıdaraq telefonu Qaflana qaytarmışdır. Bir qədər sonra zəng etdiyi şəxs Qaflana məxsus telefona zəng etdiyindən yenə də Qaflan telefonu ona vermiş, o da telefonda danışa-danışa Orxanın idarə etdiyi maşına yaxınlaşaraq maşında oturmuş, danışdığı şəxs yaxında olmasını, onu da götürməyi bildirdiyindən maşını işə salaraq getmiş, lakin dostunu tapa bilmədiyindən geri qayıdaraq maşını əvvəlki yerində saxlayaraq maşından düşmək istədikdə Qaflan yaxınlaşaraq telefonu icazəsiz aparmasına görə iradını bildirdiyindən mübahisə etmiş, acıqlanaraq telefonu qaytarmayıb maşına oturaraq getmişdir. Bir qədər getdikdən sonra maşını yoldan çıxararaq dəmirə vurmuş, maşından düşərək telefonu da götürüb hadisə yerindən getmişdir. İki gündən sonra pula ehtiyacı olduğundan Qaflana məxsus telefonu qaytarmayaraq 100 manata tanımadığı şəxsə satmış, telefonu əldə edərkən Qaflana güc tətbiq etməmiş, hədələməmiş, bıçaq çıxarmamışdır. Telefonu götürüb satdığına görə peşman olmuş, qohumları tərəfindən Qaflanın 500 manatı qaytarılmışdır. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxsla cəza çəkmə müəssisəsində cəza çəkdikləri müddətdə tanış olmuş, 2018-ci ilin avqust ayında cəza çəkmə müəssisəsindən azad olunmuşdur. Bundan sonra Ceyhunla bir dəfə görüşmüşdür. xx.xx.2020-ci il tarixdən başlayaraq Ceyhun ona zəng edərək görüşmək istədiyini bildirmiş, o da vaxtının olmadığını bildirsə də, nəhayət xx.xx.2020-ci il tarixdə görüşmüşlər. Belə ki, həmin gün Neftçilər metrosunun yaxınlığında Ceyhunla görüşmüş, yanında olan Orxan adlı şəxslə də tanış olmuşdur. Ceyhun görüş yerinə Nissan markalı maşınla gəlmiş, soruşduqda maşının ona məxsus olmasını bildirmişdir. Razılılğa gələrək çay içmək üçün Qaracuxur qəsəbəsinə getmişlər. Ceyhun avtomobili Suraxanı Rayon Prokurorluğu istiqamətindən sürmüş, bir anlıq avtomobili saxlayaraq kimisə gözləmiş, lakin heç kimlə görüşməyərək Qaraçuxur qəsəbəsində “Veteranlar” parkı ilə üz-üzə yerləşən kafeyə çatıb çay sifariş edərək Ceyhunla nərd oynamağa başlamış, bir neçə dəqiqədən sonra Ceyhun ondan telefonda konturun olub-olmadığını soruşmuş, o da konturun olmasını bildirərək telefonu ona vermişdir. Ceyhun telefonu götürərək danışmaq üçün kənara çəkilmiş, danışaraq geri qayıdıb telefonu stolun üzərinə qoymuş, o da telefonu yanına çəkərək nərd oyununu davam etdirmişlər. Təxminən bir dəqiqədən sonra telefona zəng gəlmiş, Ceyhun ona zəng edildiyini bildirdiyindən telefonu alaraq maşına doğru getməyə başlamış, bu zaman Orxan maşının açarlarının üzərində olmasını bildirdiyindən, bir az əvvəl isə Ceyhun və Orxanın ayaqlarını bir-birlərinə vurduqlarını gördüyüyndən telefonun qaçırılmasından şübhələnmişdir. Buna görə də ayağa qalxaraq “telefonu hara aparırsan” deyib Ceyhuna doğru getmək istədikdə Orxan onun qarşısını kəsərək Ceyhunun qayıdacağını bildirib tutub getməsinə icazə verməmiş, lakin onun əlindən çıxaraq maşına doğru qaçıb artıq maşında əyləşmiş Ceyhunun yaxasından tutaraq başını yuxarı qaldıraraq getməsinə imkan verməmiş və telefonu ondan tələb etmişdir. Bu zaman Ceyhun maşını işə salaraq idarə etməyə başlamış, avtomaşından tutduğuna görə maşın onu sürümüş, qarşıdan maşın gəldiyinə görə Ceyhun maşını saxlamalı olduğundan özünü düzəldərək boynundan tutub telefonu tələb etmiş, lakin Ceyhun telefonu verməyərək şalvarının sağ belindən dəstəyi qara rəngli, uc hissəsində deşiyi olan, qatlanmayan bıçaq çıxararaq onu vurmaq istəmiş, özünü müdafiə etdiyinə və əlini çəkdiyinə görə vura bilməmiş və avtomaşınla aradan çıxmışdır. Ceyhun maşınla təxminən 400 metr getdikdən sonra maşını yoldan çıxararaq divara vurmuş və telefonu da götürüb maşından düşərək qaçmışdır. Buna görə orada qalan Orxanla mübahisə etmiş, hadisə yerinə gələn adlarını tanımadığı post patrul əməkdaşları onu, Orxanı, maşından götürdükləri bıçağı və maşının sənədlərini 32-ci polis bölməsinə apararaq Babək müəllimə təhvil vermiş, o isə sənədləri Əli İsgəndərova vermişdir. Hadisə hazırda məhkəmədə bildirdiyi kimi baş vermişdir. İlkin yoxlama zamanı gecə saat 3-də izahatı alınmış, hadisəni olduğu kimi demiş, nə yazılmasını bilmədən və izahatı oxumadan imzalayaraq polisdən getmişdir. Polis tərəfindən yoxlamanın düzgün aparılmadığını görüb bu barədə prokurorluğa ərizə ilə müraciət etmişdir. Prokurorluq tərəfindən cinayət işi başlanmış, müstəntiq Cavid İskəndərov tərəfindən istintaq aparılarkən yenə də ifadəsini Cavid yazmış, hadisəni olduğu kimi bildirsə də Cavid Ceyhunun anasının xəstə olmasını bildirib öz bildiyi kimi yazmışdır. Bir daha bildirir ki, hadisə məhkəmədə ifadəsində göstərdiyi kimi baş vermiş, lakin vurulan ziyan tam ödəndiyinə görə Ceyhundan heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs eyni binada yaşadıqlarına görə tanımış, Qaflanla tanışlığı olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Ceyhunla görüşmüş, həmin gecəni Ceyhunun yaşadığı evdə qalmışdır. xx.xx.2020-ci il tarixdə Əhmədli qəsəbəsində yerləşən “Rento Car”dan dövlət nömrə nişanının son rəqəmi 133 olan “Nissan Teana” markalı avtomobili günü 60 manata icarəyə götürmüş, Ceyhunla birlikdə Neftçilər metrosunun yaxınlığına gəlmişlər. Həmin gün saat 17 radələrində Neftçilər metrosunun yaxınlığında Ceyhunun dostu olan Qaflan adlı oğlanla görüşərək birlikdə Qaraçuxur qəsəbəsində olan çayxanaya getmişlər. Ceyhunun dostu Qaflanla nə üçün göruşməsini, onlar arasında hansı söhbətlərin olmasını bilməmiş, çay içmək üçün gedərkən maşını Ceyhun idarə etmişdir. Çayxananın həyətində oturaraq çay içmişlər, Ceyhunla dostu Qaflan nərd oynamışdır. Söhbət edərkən Ceyhun danışmaq üçün Qaflandan telefonu istəyərək almış və kənara çəkilərək danışıb geri qayıdaraq telefonu Qaflana vermiş və yenə də stolda əyləşmişdir. Bir neçə dəqiqədən sonra Qaflanın telefonuna zəng gəlmiş, zəng edən Ceyhunun tanışı olduğundan Qaflan telefonu Ceyhuna vermiş, Ceyhun telefonu götürərək danışa-danışa maşın istiqamətində getməyə başlamışdır. Ceyhun telefonla danışa-danışa bir-iki dəfə harasa gedərək qayıtmış, bunu görən Qaflan ondan Ceyhunun telefonu qaçırmaq istədiyini soruşmuş, o da Ceyhun belə hərəkət etməz cavabını vermişdir. Ceyhun yenə də telefonu götürüb maşına doğru gedərkən Qaflan telefonu istəyərək arxasınca getmiş, onun bu hərəkətindən Ceyhun əsəbiləşərək maşına əyləşmiş və hərəkət etməyə başlamışdır. Qaflan maşının qapısından tutduğuna görə bir qədər maşınla hərəkət etmiş, lakin maşını buraxdığından Ceyhun gedərək qarşıda maşını vurmuş və maşından düşərək telefonu da götürərək getmişdir. Həmin vaxt Qaflan telefonu almaq üçün gedərkən onun qarşısını kəsməmiş, maşında bıçaq olmamış, hadisə yerinə gələn iki polis əməkdaşı tərəfindən 32-ci bölməyə aparılmışlar. Ceyhunun telefona aparmaq istəməsindən, telefonu danışmaq adı ilə alaraq qaytarmaq istəmədiyindən və nə üçün qaytarmamasından xəbəri olmamışdır. Məhkəmədə verilmiş vəsatətə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs və Şahid polis şöbəsinə aparan polis əməkdaşlarının şəxsiyyətlərinin müəyyən edilib məhkəmədə dindirilmələrini təmin etmək üçün Suraxanı rayonu 32-ci PŞ-nə sorğu verilmiş, xx.xx.2021ci il tarixli 099-2778-1221 saylı cavabdan aydın olur ki, baş vermiş cinayət hadisəsindən dərhal sonra Zərərçəkmiş şəxs və Şahid özləri Suraxanı RPİ-nin 32-ci PB-nə zərərçəkmiş şəxs qismində ərizə ilə müraciət etməsi üçün gəlmişlər. Məhkəmədə tədqiq olunan “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokol və foto şəkillərdən aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən, ifadəsində göstərdiklərini hadisə yerində də bildirərək əyani olaraq göstərmiş və foto şəkilləri çəkilmişdir. İbtidai istintaq və məhkəmə baxışı zamanı keçirilmiş üzləşmə zamanı da zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha etiraf etmiş, hadisənin onun ifadəsində göstərdiyi şəraitdə və vəziyyətdə baş verdiyini təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə demişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs Suraxanı RPİ- nin 32-ci PB-nə yazdığı ərizədən aydın olur ki, o, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində tanıdığı Ceyhun adlı şəxs tərəfindən Qaraçuxur qəsəbəsində mobil telefonunun alınaraq qaytarılmadığını bildirmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət işinin başlanmasının rədd edilməsi qərarının ləğv edilməsi, cinayət işinin başlanması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və cinayət işinin aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2020-ci il tarixli qərardan aydın olur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs mobil telefonunun alınaraq qaytarılmaması ilə bağlı şikayət ərizəsi əsasında 32-ci Polis Bölməsi tərəfindən yoxlama aparılaraq xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. xx.xx.2020-ci il tarixli qərarla “Cinayət işi başlanmasının rədd edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərar ləğv edilərək CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanmış, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmədə tədqiq olunan “Baxış aparılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və foto şəkillərdən görünür ki, hadisə yerinə zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, aydın olmuşdur ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində, “Veteranlar” parkının yanında yerləşən adsız kafenin həyətində baş vermişdir. Baxış zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs və onun Orxan adlı tanışı ilə çayxanaya gələrək həyətdə əyləşib çay içərkən Ceyhun danışmaq adı ilə ondan 500 manat dəyərində mobil telefonu alaraq qaytarmamış, telefonu istədikdə maşına minərək qaçmışdır. Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini əyani olaraq göstərmiş, foto şəkli çəkilmişdir. Məhkəmədə tədqiq olunan Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli 090-821-12021 saylı məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əldə etdiyi “Samsung Redmi 8” markalı mobil telefonu kimə satmasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Sabunçu Rayon İHB-nın Bakıxanov qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs Ağdam rayon qaçqını kimi müvəqqəti olaraq Eldar Xəlilov küçəsi 5 saylı evdə məskunlaşmışdır. Məhkəmədə tədqiq olunan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi üzrə nümayəndənin verdiyi xasiyyətnamədə göstərilir ki, Dadaşov X5 rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ev 5-də yarımçıq binada Ağdam rayon qaçqını kimi yaşamış, həmin müddətdə nümayəndəliyə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi tələbnamədən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmün surətindən aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarına əsasən CM-nin 41-ci maddəsi tətbiq edilməklə cəzası şərti edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən CM-nin 93-5-ci maddənin 2-ci hissəsi və 67.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2006-ci ildə cəzasının sonu ilə azad olunmuş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 150 saylı arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən CM-nin 29, 120.1-ci maddəsi ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o xx.xx.2009-cu ildən xx.xx.2018-ci il tarixədək cəza müddətini çəkib və cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi xx.xx.2020-ci il tarixli qəbzdə göstərmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus telefonu qaçırması nəticəsində dəymiş 500 manat ziyan Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən qaytarıldığından qəbul etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli ərizəsində isə göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyindən şikayət və tələbi yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, dostuna zəng etmək üçün Qaflandan mobil telefonunu istəmiş, telefonu alaraq dostuna zəng edərək danışıb, geri qayıdaraq telefonu Qaflana qaytarmışdır. Bir qədər sonra zəng etdiyi şəxs Qaflana məxsus telefona zəng etdiyindən yenə də Qaflan telefonu ona vermiş, o da telefonda danışa-danışa Orxanın idarə etdiyi maşına yaxınlaşaraq maşında oturmuş, danışdığı şəxs yaxında olmasını, onu da götürməyi bildirdiyindən maşını işə salaraq getmiş, lakin dostunu tapa bilmədiyindən geri qayıdaraq maşını əvvəlki yerində saxlayaraq kafeyə gəlib telefonu masaya qoymuşdur. Bir az oturduqdan sonra Qaflana məxsus telefona dostundan yenə zəng gəlmiş, Qaflandan telefonu alaraq dostuna zəng etmiş, yenə də maşınla fırlanaraq əvvəlki yerinə qayıtmış, maşından düşərək Orxan və Qaflana getmələrini bildirmiş, Orxan pivə sifariş etdiyini bildirib, içdikdən sonra getmələrini demişdir. Qaflan telefonu da götürüb hara getməsini soruşduğundan aralarında mübahisə yaranmış, əsəbiləşərək telefonu Qaflana qaytarmayaraq avtomaşına oturub idarə edərək getmiş və parkın yanında maşını səkiyə vurmuş, maşından düşərək hadisə yerindən getmiş, pula ehtiyacı olduğundan Qaflana məxsus telefonu qaytarmayaraq tanımadığı şəxsə 100 manata satmışdır. Lakin zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, kafedə çay sifariş edib Ceyhunla nərd oynayarkən telefonda konturun olub-olmadığını soruşmuş, o da konturun olmasını bildirərək telefonu ona vermişdir. Ceyhun telefonu götürərək danışmaq üçün kənara çəkilmiş, danışaraq geri qayıdıb telefonu stolun üzərinə qoymuş, o da telefonu yanına çəkərək nərd oyununu davam etdirmişdir. Az sonra telefonuna tanımadığı nömrədən zəng gəlmiş, nömrəni Ceyhuna göstərərək zəngin ona gəlib-gəlmədiyini soruşmuş, Ceyhun zəngin ona gəldiyini bildirərək telefonu götürüb maşına doğru getmişdir. Bu zaman Orxan maşının açarları üstündədir dediyinə görə Ceyhunun telefonu oğurlamaq istəməsindən şübhələnmiş, yerindən qalxaraq maşına doğru getdikdə Orxan onu saxlamış, lakin onun əlindən çıxaraq maşına doğru getmiş, Ceyhun avtomobildə əyləşdikdə o da maşına çatmış, Ceyhunun yaxasından tutaraq telefonu istəmiş, Ceyhun telefonu verməyərək maşını işə salaraq hərəkət etdirmiş, o isə maşından sallaq vəziyyətdə qalmışdır. Bir neçə metr getdikdən sonra qarşıdan maşın gəldiyinə görə Ceyhun sürəti azaltmış, bundan istifadə edərək boynundan tutub telefonunu tələb etmiş, lakin Ceyhun telefonu verməyərək şalvarının belindən bıçaq çıxardaraq onu vurmaq istədiyindən əlini çəkmiş, Ceyhun maşını idarə edərək getmiş, qarşı hissədə maşını yoldan çıxararaq dəmirə vurmuşdur. Telefonu almaq məqsədilə həmin sahəyə gedib telefonu tələb etdikdə, Ceyhun maşından düşərək qaçmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli 7 saylı qərarının 20-ci bəndində məhkəmələri tövsiyə olunmuşdur ki, təqsirkar şəxs tərəfindən aldatma və ya etibardan sui-istifadə etmə əmlaka əlçatanlığı təmin etmək məqsədi ilə tətbiq edildikdə və bu halı əmlakın mülkiyyətçisi və ya sahibi müəyyən etdikdən sonra da təqsirkar zərərçəkmiş şəxsin iradəsinə zidd olaraq əmlakın ələ keçirilməsi və ya onu özünün və ya digər şəxslərin sərancamında saxlanılması üçün aşkar hərəkətlər etdikdə onun əməli bu hərəkətlərin xarakterindən və ictimai təhlükəliliyindən asılı olaraq soyğunçuluq və ya quldurluq kimi qiymətləndirilməlidir. (məsələn, şəxsin mobil telefondan zəng etmək adı ilə onu mülkiyyətçidən və ya sahibindən götürməsi, zərərçəkmiş əmlakın qaytarılmasını tələb etdikdən dərhal sonra hadisə yerindən qaçması, yaxud da telefonu özündə saxlamaq məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməsi və ya belə zorakılıq tətbiq edəcəyi ilə hədələməsi). Gəstərilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edərkən onu da nəzər alır ki, təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxs və dövlət ittihamçısı tərəfindən məhkəmə baxışı zamanı vəsatətlər qaldırılmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədərək özgənin əmlakını açıq taladığına görə həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə əsasən isə cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işində olan tələbnamə və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünün surətindən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər üç dəfə məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzalarını çəkib qurtardığı gündən iki il keçdikdə, 83.3.4-cü maddəsində isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs Cavid oğlu xx.xx.2009-cu ildə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayəti törədərkən həmin əməl Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatında ağır cinayət hesab olunurdu. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəlki iki cinayətə görə məhkumluqları ödənilsə də, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına görə məhkumluq ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsində göstərilir ki, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin resedivi cəzanı ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində göstərilir ki, resedivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin resedivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli olduğundan Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən həbsdə saxlandığı müddət cəza müddətinə hesablanmalı və cəzanın əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş vəkilin hesabatından və ittiham aktına əlavə edilmiş arayışdan aydın olur ki, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X6 istintaq hərəkətlərinin aparılmasında 43 saat iştirak etmişdir. Lakin sənədlər tədqiq olunarkən aydın olur ki, müdafiəçi 25 saat istintaq hərəkətlərinin aparılmasında iştirak etmişdir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəsini ibtidai istintaq və məhkəmənin hazırlıq iclasında Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X6 həyata keçirdiyinə görə 180 manat, məhkəmə baxışı zamanı isə X4 həyata keçirdiyinə görə 84 manat-cəmi 264 manat dövlət hesabından Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli xx.xx.2020-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs müdafiəsini ibtidai istintaq və məhkəmə hazırlıq iclasında Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X6 həyata keçirdiyinə görə 180 manat, məhkəmə baxışı zamanı isə X4 həyata keçirdiyinə görə 84 manat-cəmi 264 manat dövlət hesabından Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Kəramət Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar