Məhkəmə qərarları › İş №1(010)-94/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-94/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-94/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1980-ci ildə Ermənistanın Meqri rayonunda nadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1(010)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2024cü il tarixli qərarı ilə barəsində 31 oktyabr 2023cü il tarixində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədilə 21 iyun 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti Suraxanı rayonu Mənzil Komunal Təsərrüfat Birliyi 63 saylı Mənzil Komunal İstismar sahəsinin balansında olan ünvan 2 ünvanlarında bir birinə yaxınlıqda yerləşən hündür mərtəbəli yaşayış binaların blok pəncərələrinə bərkidilmiş hər birinin hündürlüyü 0,78 metr, eni 1.40 sm olan birinin qiyməti 60 manat olmaqla cəmi 540 (beş yüz qırx) manat dəyərində 09 (doqquz) ədəd dəmir barmaqlıqları vahid niyyətlə gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzra özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2003-cü ildə Elmira İmanova ilə ailə həyal qurmuş və onların 2 az yaşlı övladları var. 2013-cü il tarixdə isə onlar ayrılmışlar və iki azyaşlı övladı onun himayəsindədir. O, son vaxtlar işsiz olduğundan ailəsini dolandırmaq üçün pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Y.Eyvazov küçəsində gəzdiyi zamanı maddi imkanı pis olduğu üçün o, həmin küçədə yerləşən binaların bloklarından dən- barmaqlıqları oğurlamaq qərarına gəlmişdir. Buna görə də o, ünvan 3 ünvanın blokuna daxil olub liftə minib üçüncü mərtəbəyə qalxdıqda sonra liftin qapısının açıldığı yerdə pilləkən qəfəsliyinin 2 ədəd dəmir barmaqlıqları yerində-çıxarıb həmin binanın qarşısına çıxarıb orada gizlətmişdir ki sonra gəlib götürsün, daha sonra Bakı şəhəri, Suraxanı rayonu, Y.Eyvazov küçəsi ev 3 ünvanın blokuna daxil olub liftə minib beşinci mərtəbəyə qalxdıqdan sonra liftin qapısının açıldığı yerdə pilləkən qəfəsliyinin 2 ədəd dəmir barmaqlıqları yerindən çıxarıb həmin binanın qarşısına çıxarıb orada kənarda bir yerdə gizlətmiş, daha sonra həmin küçəsini ev 31 ünvanın blokuna daxil olub liftin qapısının açıldığ yerdə pilləkən qəfəsliyinin 1 ədəd dəmir barmaqlıqları yerindən çıxarıb həmin binanın qarşısına çıxarıb orada kənarda bir yerdə gizlətmiş, bundan sonra ünvan 4 ünvanın blokuna daxil olub liftə minib yeddinci mərtəbəyə qalxdıqdan sonra liftin qapısının açıldığı yerdə pilləkən qəfəsliyinin 1 ədəd dəm barmaqlıqları yerindən çıxarıb yenə də həmin binanın qarşısına çıxarıb orada kənarda bir yerdə gizlətmiş və bundan sonra da ünvan 5 ünvanın blokuna daxil olub liftə minib doqquzuncu mərtəbəyə qalxdıqdan sonra liftin qapısının açıldığı yerdə pilləkən qəfəsliyinin 3 ədəd dəmir barmaqlıqları yerindən çıxarıb nəmin yenə də binanın qarşısına çıxarıb orada kənarda bir yerdə gizlətmişdir. O, cəmi 9 ədəd dəmir barmaqlıqları oğurlayıb gizlətmişdir ki, gedib yaşadığı evin həyətində olan araban gətirib həmin arabaya oğurladığı dəmir barmaqlıqları yığsın. Bundan sonra o, həmin araban gedib yaşadığı evin həyətindən gətirmiş və oğurladığı dəmir barmaqlıları arabaya yığdıqdan sonra həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində oğurladığı dəmir Darmaqlıqları aparıb Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsi ev 163 qarşısında yerləşən metal qəbulu məntəqəsində işləyən tanıdığı Bəxtiyar adlı şəxsə 9 ədəd dəmir barmaqlıqları hər birini 6 manat 50 qəpiyə, yəni cəmi 58 manat 50 qəpiyə satmışdır. O, Bəxtiyara dəmir barmaqlıqları satarkən həmin dəmir barmaqlıqlar onun özünə məxsus olduğunu və köhnə olduğu üçün satdığını bildirmişdir. Oğurluq yolu ilə əldə etdiy pulu o, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində xidməti ərazidə yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində olan yaşayış binalarına texniki baxış keçirilmişdir. Həmin vaxtı ünvan 6 ünvanının giriş mərtəbələrində liftlərin qapısının açıldığı yerdə pilləkən qəfəsliyinin dəmir pəncərə məhəccərlərinə nəzarət etdiyi zaman 2 ədəd dəmir barmaqlıqları yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar edilmişdir. Daha sonra ünvan 7 ünvanında girişin mərtəbələrində liftlərin qapısının açıldığı yerdə pilləkən qəfəsliyinin dəmir pəncərə məhəccələrinə nəzarət edilən zaman 2 ədəd dəmir barmaqlıqlarının oğurlandığını aşkar edilmişdir. Bundan sonra ünvan 8 ünvanındakı girişin mərtəbələrində liftlərin qapısının açıldığı yerdə pilləkən qəfəsliyinin 1 ədəd dəmir barmaqlıqlar oğurlanmışdır. Bunda sonra ünvan 9 ünvanındakı binanın blokuna girişin mərtəbələrində liftlərin qapısının açıldığı yerdə pilləkən qəfəsliyinin 1 ədəd dəmir barmaqlıqlarının oğurlandığı aşkar edilmiş və ünvan 10 ünvanındakı binaya da nəzarət edərkən oradan da naməlum şəxs və ya şəxslər girişin mərtəbələrində liftlərin qapısının açıldığı yerdə pilləkən qəfəsliyinin 3 ədəd dəmir barmaqlıqlar oğurlanmışdır. Bundan sonra Bakı şəhəri, Suraxanı rayonu Mənzil Təsərrüfat Birliyinin 63 saylı MKİS-nin mühəndisi Nümayəndə dərhal bu barədə akt tərtib etmiş və Suraxanı RPİ-nin 32-ci PB-nə oğurluq olması barədə ərizə yazmışdır. Bundan sonra Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Oğurluq nəticəsində Bakı şəhəri, Suraxanı rayonu Mənzil Təsərrüfat Birliyinin 63 saylı MKİS-nə ümumilikdə 540 manat maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs qarşı iddia tələbi və şikayəti olmayacağını və gələcəkdə də olmacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsi ev 163-ün qarşısında çarəyə yer götürüb metal qəbulu məntəqəsi işlədib ailəsini dolandırır. Təqsirləndirilən şəxs o, əvvəllər tanımış, belə ki, Təqsirləndirilən şəxs bir neçə dəfə ona aliminium, dəmir gətir b satıb pulunu vermişdir. 21,06.2023-cü il tarixdə saat 15 radələrində o, işdə olduğu zaman Təqsirləndirilən şəxs araba ilə 9 ədəd dəmir barmaqlıqları gətirib və ondan metal kimi qəbu etməyini istəmişdir. O, Raufdan həmin 9 ədəd dəmir barmaqlıqları oğurluq olub olmamas barədə soruşduqda, Rauf ona həmin 9 ədəd dəmir barmaqlıqları özünə məxsus olduğunu və köhnə olduğu üçün satmaq qərarına gəldiyini bildirmişdir. Buna görə də o, həmin dərr - barmaqlıqların baxdıqdan sonra hər birini 6 manat 50 qəpiyə ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşdığı üçün o, 9 ədəd dəmir barmaqlıqlarının hər birini 6 manat 50 qəpik olmaqla ümumilikdə 58 manat 50 qəpik pulu Raufə verib həmin dəmir barmaqlıqlar almışdır. Bundan sonra Rauf pulu götürdükdən sonra çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 14-15 radələrində Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları gəlib Raufun ona satdığı 9 ədəd dəmir barmaqlıqlar oğurluq yolu ilə əldə etdiyini və həmin dərr r barmaqlıqlar Bakı şəhəri Suraxanı rayonu, 63 saylı MKİS-nə mülkiyyətində olduğunu demişdilər. Həmin 9 ədəd dəmir barmaqlıqları oğurluq yolu ilə əldə edildiyini bildikdən soma onları saxlamış və istintaqa təhvil verməyə hazırdır. Cinayət işinin 7-15-ci vərəqlərində olan 22 iyun 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkildən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti Suraxanı rayonu Mənzil Komunal Təsərrüfat Birliyi 63 saylı Mənzil Kommunal İstismar sahəsinin balansında olan ünvan 11 ünvanlarında bir birinə yaxınlıqda yerləşən hündür mərtəbəli yaşayış binaların blok pəncərələrinə bərkidilmiş hər birinin hündürlüyü 0,78 metr, eni 1.40 sm olan 09 (doqquz) ədəd dəmir barmaqlıqları vahid niyyətlə gizli olaraq talayıb oğurluq edilmişdir. Cinayət işinin 20-23-cü vərəqlərində olan 23 iyun 2023-cü il tarixli “mənzilə baxış keçirmə və götürmə haqqında” protokoldan və fotoşəkildən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti Suraxanı rayonu Mənzil Komunal Təsərrüfat Birliyi 63 saylı Mənzil Kommunal İstismar sahəsinin balansında olan ünvan 11 ünvanlarında bir birinə yaxınlıqda yerləşən hündür mərtəbəli yaşayış binalarına baxış keçirilmiş, 09 (doqquz) ədəd dəmir barmaqlıqları maddi sübut kimi götürülmüş, protokola əlavə edilmişdir. Cinayət işinin 42-ci vərəqlərində olan “şübhəli şəxsin tutulması haqqında” 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə, saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə” 06 iyuı 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs azad edilməsi üçün saxladığı Suraxanı RPİ-nin MSY-nə təqdim edilməsi və qərarın sürəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 71-72-ci vərəqlərində olan 06 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 116-122-ci vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” 11 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 53-55-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 9/5115 nömrəli ekspert rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda, fotoşəkillərdə və xx.xx.2023-cü il tarixli arayışda göstərilən 9 ədəd hündürlüyü 0.78 metr, eni 1.40 sm olan dəmir barmaqlıqların yeni vəziyyətdə orta bazar qiyməti təxminən 540,0 manat (9 ədəd x 60,0 manat) müəyyən olunur. Cinayət işinin 105-107-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİyə sorğu edilmişdir. Azərbaycan Respublikas DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Hümbətov X3 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı iddia tələbi və şikayəti olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2023cü il tarixli qərarı ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı RPİnin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 03 saylı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərarı ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X4 adlı uşağı vardır. Cinayət işinin 108-115-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməsi hökm edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə və ona, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(003)- 272/2022 saylı 19 iyul 2022-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək “həbsdə” və “ev dustaqlığında” saxlanıldığı 05 (beş) ay 04 (dörd) gün müddət, ümumilikdə 10 (on) ay 08 (səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) ay 08 (səkkiz) gün çıxılmaqla və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməsi hökm edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla oğlunun Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum edilməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə örətdiyi əməli səmimi etiraf etməini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənildiyinə, zərərçəkmiş şəxsi bu barədə hər hansı tələbin və şikayətin olmadığına, bu barədə ərizəsi olduğuna görə onunla barışdığını və sonuncunun ona qarşı hər hansı şikayətin və tələbin olmadığını və himayəsində azyaşlı uşağının olduğunu, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə və ona, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(003)- 272/2022 saylı 19 iyul 2022-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək “həbsdə” və “ev dustaqlığında” saxlanıldığı 05 (beş) ay 04 (dörd) gün müddət, ümumilikdə 10 (on) ay 08 (səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) ay 08 (səkkiz) gün çıxılmaqla və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilməsi hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənildiyinə görə onunla barışdığını və sonuncunun ona qarşı hər hansı şikayətin və tələbin olmadığını və himayəsində azyaşlı uşağının olduğunu) və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1(010)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-ü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət, 05 aprel 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixinədək həbsdə saxlanıldığı və 30 aprel 2024-cü il tarixindən bugünədək ev dustaqlığında saxlanıldığı 03 ay 06 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ümumilikdə 06 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1(010)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 01 noyabr 2023-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək “həbsdə” və “ev dustaqlığında” saxlanıldığı 05 (beş) ay 04 (dörd) gün müddət, ümumilikdə 10 (on) ay 08 (səkkiz) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bundan başqa İş üzrə maddi sübut olan 09 ədəd dəmir barmaqlıqlar saxlanması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1(010)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 04 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-ü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət, 05 aprel 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixinədək həbsdə saxlanıldığı və 30 aprel 2024-cü il tarixindən bugünədək ev dustaqlığında saxlanıldığı 03 ay 06 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ümumilikdə 06 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 04 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 04 il 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1(010)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 01 noyabr 2023-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək “həbsdə” və “ev dustaqlığında” saxlanıldığı 05 (beş) ay 04 (dörd) gün müddət, ümumilikdə 10 (on) ay 08 (səkkiz) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş 04 il 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan 09 ədəd dəmir barmaqlıqlar saxlanması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar