Məhkəmə qərarları › İş №1(010)-94/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-94/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-94/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs 12 avqust 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan barəsində 08 aprel 2024-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 02 ədəd gümüşü rəngli bükümdə xeyli miqdarda ümumi çəkisi 0,749 qram narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində istintaqa məlum olmayan mənbədən 20 manata əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış [tədbirləri nəticəsində 28 mart 2024-cü il tarixdə saat 11:50 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PŞ-nə gətirilmiş, üzərmə şəxsi axtarış keçirilən zaman əynində qara rəngli gödəkçəsinin sağ yan cibindən göy rəngli dəmir qutunun içərisində 02 ədəd gümüşü rəngli falqaya bükülmüş ayrı ayrılıqda təmiz çəkisi 0,382 qram, və 0,367 qram ümumi təmiz çəkisi 0,749 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda ümumi çəkisi 7,43 qram narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2024-cü ıl tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində istintaqa məlum olmayan mənbədən 20 manata əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində 06 aprel 2024-cü il tarixdə saat 20:45 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 97 nömrəli məktəbin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,43 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Bununla da Məmməd-zadə X6 Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Məmməd-X15 müdafiəçisi Müdafiəçi məhkəmənin hazırlıq iclası zamanı şifahi vəsatət verərək bildirmişdir ki, ekspert rəyi şübhəli şəxsə elan edilməmiş, onun imzası saxtalaşdırılmışdır. Belə ki, onun əvəzindən atılmış imza ilə bağlı ekspertiza təyin edilmiş və ekspertiza rəyində həmin imzanın onun tərəfindən atılmadığı barədə ekspert rəyi vermişdir. Bununla da bir daha təsdiq edilmişdir ki, həmin protokol şübhəli şəxsə elan edilməmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmənin də əsasını məhz həmin narkotiklə bağlı olan ekspert rəyi təşkil edir. Bundan başqa şübhəli şəxsə müdafiəçinin təqdim edilib-edilməməsi tam olaraq aydınlaşdırmaq mümkün olmasa da, anten dairəsindən müdafiəçinin anten məlumatları təqdim edilsə belə, gecikmə ilə - yəni dindirmə protokolu ilə üst-üstə düşməyən vaxtda tərtib edilmiş, bu da prosessual pozuntudur və məhkəmə tərəfindən nəzərə alınmalıdır. Odur ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud şəkildə pozulmasını nəzərə alaraq barəsində olan cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs izahatında müstəntiqin otağında 6 aprel 2024-cü il tarixində dindirildiyini, vəkilin iştirakını tam xatırlamadığını, ilk dəfə narkotik vasitəsi ilə tutulduğunu, ilk vəkilinin Müdafiəçi deyil, eynəkli şəxs olduğunu, sonra mübahisəli epizodla bağlı əvvəllər Azərin gəldiyini, sonra digər vəkilin olduğunu, onu yalnız məhkəmədə gördüyünü, həmin vəkilin “deyəsən” bir dəfə saat 3-5 aralığında İVEYS-ə də gəldiyini, həmin vəkilin gəldiyi gün onu buraxdıqlarını bildirmişdir. Sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçinin sözlərini təsdiq edərək, cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən cinayət işi aradan qaldırılması mümkün olan hallarla bağlı ibtidai istintaqa qaytarıla bilər. Hazırki cinayət işi ilə bağlı təqsirləndirilən şəxsin bildirdiyinə görə 07 aprel 2024-cü il tarixində müdafiəçi həmin yerdə-onun yanında olmamış, vəkil ona hüquqi yardım göstərməmiş, müdafiə hüququndan məhrum edilmişdir. Lakin təqsirləndirilən şəxs qismində cəlb etmə və digər istintaq hərəkətlərində müdafiəçinin iştirakı olmuş və mübahisələndirilməmişdir. Bu səbəbdən hesab edir ki, cinayət işi ibtidai istintaqa qaytarılmamalı, iş məhkəmə baxışına təyin edilməli, işin sonunda pozuntularla bağlı müstəntiq və təhqiqatçı barədə xüsusi qərar qəbul edilə bilər. Cinayət işinin qaytarılacağı təqdirdə ibtidai istintaq tərəfindən aradan qaldırıla bilməyən halların olacağını, belə ki, şübhəli şəxs qismində dindirmə və həmin tarixdə yenidən ittiham elan edilə bilməyəciyi bildirərək, cinayət işinin məhkəmə baxışına verilməsini və qeyd edilən məsələlərlə bağlı məhkəmə istintaqının sonunda məhkəmənin xüsusi qərar qəbul etmək hüququnun olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında ilkin dinləmələr aparılmaqla baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materiallarında olan: Cinayət işin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 28 mart 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdə, saat 14:10-da tutulması, azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 11:50 dəqiqədən tutulmuş hesab edilməsi qərara alınmışdır. Cinayət işin materiallarına əlavə edilmiş şəxsin dövlət hesabına müdafiəçi ilə təmin edilməsi barədə 28 mart 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs hüquqlarını müdafə edilməsindən ötrü dövlət hesabına müdafiəçinin dəvət edilməsi, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə haqqı dövlət hesabına ödənilməsi və qərarın surətinin icra edilməsi üçün 09 saylı Vəkil Bürosuna göndərilmişdir. Cinayət işin materiallarına əlavə edilmiş Bakı şəhəri 09 saylı Vəkil Bürosunun 28 mart 2024-cü il tarixli, 007470 saylı orderə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi X4 qeyd edilmişdir. Cinayət işin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 06 aprel 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 22:00-da tutulması, azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 20:45 dəqiqədən tutulmuş hesab edilməsi qərara alınmışdır. Cinayət işin materiallarına əlavə edilmiş şəxsin dövlət hesabına müdafiəçi ilə təmin edilməsi barədə 06 aprel 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs hüquqlarını müdafə edilməsindən ötrü dövlət hesabına müdafiəçinin dəvət edilməsi, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə haqqı dövlət hesabına ödənilməsi və qərarın surətinin icra edilməsi üçün 09 saylı Vəkil Bürosuna göndərilmişdir. Cinayət işin materiallarına əlavə edilmiş Bakı şəhəri 09 saylı Vəkil Bürosunun 06 aprel 2024-cü il tarixli, 007586 saylı orderə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi qeyd edilmişdir. Cinayət işin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutuması haqqında 06 aprel 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 20:45-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, saat 20:45-dən hüquqları məhdudlaşdırılmış hesab edilmişdir. Həmin protokol hüquqları məhdudlaşdırılmış şəxs Təqsirləndirilən şəxs, protokolu tərtib edən şəxs Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Suad Həmzəyev və Müdafiəçi tərəfindən imza edilmişdir. Cinayət işin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 06 aprel 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ot kütləsi olan narkotik vasitəyə oxşar büküm aşkar edilərək götürülmüş və məhkəmə-bioloji ekspertizası təyin edilməsi qərara alınmışdır. Cinayət işin materiallarına əlavə edilmiş ekspert rəyinin şübhəli şəxsə elan olunması barədə protokolda material üzrə xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7/552 rəyin şübhəli şəxs Təqsirləndirilən şəxs elan edilməsi göstərilmişdir. Həmin protokolda Müdafiəçi sözlərin yanında çəkilmiş imzanın üzərinə ştrix (örtücü vasitə) çəkilmiş, yeni imza atılmışdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin müdafiəçisinin iştirakına xitam verilməsi və müdafiəçinin dəvət edilməsi haqqında” 07 aprel 2024-cü il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhər 09 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi qismində iştirakına xitam verilməsi və X1 iştirakının təmin olunması qərara alınmışdır. Məhkəmə prosesində Təqsirləndirilən şəxsnün müdafiəçisi qeyd olunan protokolda olan imzasını ona məxsus olduğunu mübahisələndirərək, tərəfindən çəkilib-çəkilməməsi barədə xəttşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətlə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qərarına əsasən keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2024-cü il tarixli 4/1628 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət 47-ci vərəqində olan ekspert rəyinin şübhəli şəxsə elan olunması barədə 07 aprel 2024-cü il tarixli, 004677 saylı protokolun aşağı hissəsində, “Müdafiəçi:” qrafasında “Müdafiəçi” yazılarının qarşısındakı imza-Müdafiəçi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan əlavə şübhəli şəxsin dindirilməsinə dair protokola əsasən Təqsirləndirilən şəxs dindirilməsi 08 aprel 2024-cü il tarix, saat 17:15-də başlanmış, saat 17:48-də qurtarmışdır. Həmin protokola müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən imza edilmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatətlə məhkəməyə müraciət etmiş, müdafiəçi X2 məxsus mobil nömrələrə dair anten məluatlarının alınması üçün qərar qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar həmin məlumatın yoxlanılması üçün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə müdafiəçi X1 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 05 aprel 2024-cü il, 06 aprel 2024-cü il, 07 aprel 2024-cü il, 08 aprel 2024-cü il, 09 aprel 2024-cü il və 10 aprel 2024-cü il tarixləri əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin anten əhatə dairəsi müdafiəçi X1 istifadəsində olmuş ***-***- **-** telefon nömrəsinin 05 aprel 2024-cü il, 06 aprel 2024-cü il, 07 aprel 2024-cü il, 08 aprel 2024-cü il, 09 aprel 2024-cü il və 10 aprel 2024-cü il tarixləri əhatə edən dövr ərzində sms mətni barədə məlumatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən tələb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət təmin edilmiş, bununla bağlı, məhkəmə tərəfindən 24 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə müdafiəçi X1 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 05 aprel 2024-cü il, 06 aprel 2024-cü il, 07 aprel 2024-cü il, 08 aprel 2024-cü il, 09 aprel 2024-cü il və 10 aprel 2024-cü il tarixləri əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan zənglər, həmin zəngləri edən abonentlərin şəxsi məlumatları və həmin abonentlərin cədvəli anten əhatə dairəsi, qeyd edilən nömrənin hansı İMEİ kodlu mobil telefon cihazında istifadə edilməsi, həmin İMEİ kodlu mobil telefonun və həmin nömrənin anten əhatə dairəsi müdafiəçi X1 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 05 aprel 2024-cü il, 06 aprel 2024-cü il, 07 aprel 2024-cü il, 08 aprel 2024-cü il, 09 aprel 2024-cü il və 10 aprel 2024-cü il tarixləri əhatə edən dövr ərzində sms mətni barədə məlumatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə həvalə edilmişdir. "xxxx" MMC-dən qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 07 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş 21235 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, ***-***-**-** saylı mobil telefon nömrəsi vəkil X2 məxsusdur. İş materiallarında Təqsirləndirilən şəxs Əlimməməd oğlunun şübhəli şəxs qismində dindirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs Əlimməməd oğlu 07 aprel 2024-cü il tarixdə, saat 17:15-dən saat 17:48-dək şübhəli şəxs qismində dindirilmişdir. ***- ***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman Hücrəddin Hacıbalayevin 07 aprel 2024-cü il tarixdə, saat 16:40-da “Qara Qarayev” ünvanı kimi anten göstəriciləri qeyd olunmuş (daxil olan zənglərin siyahısında göstərilmiş), saat 17:04-də “Qara Qarayev” ünvanı kimi anten göstəriciləri qeyd olunmuş (daxil olan sms məlumatların siyahısında göstərilmişdir). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-57/2025 saylı, 05 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 fevral 2025-ci il tarixindən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Konstitusiyanın 12-ci maddəsinin İ bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 19.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: 19.4.1. tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; 19.4.2. hüquqlarını izah etmək; 85-ci maddəsinə əsasən müstəntiqin vəzifələridir: 85.2.3. maddəsinə əsasən şəxsin tutulduğu, ittiham elan olunduğu və ya həbsə alındığı andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək (bu Məcəllənin 153.2.5—153.2.8-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq); 85.2.12. Bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək; 85.3-cü maddəsinə əsasən cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. 91-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin prosessual hüquları: CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamm məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı)” təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 91.5.20-ci maddəsinə əsasən ekspertizanın təyin olunması haqqında qərarla və ekspertin rəyi ilə tanış olmaq təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 92.9.10-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ekspertizanın təyin edilməsi haqqında qərarı və ona dair ekspertin rəyi ilə, müdafiə etdiyi şəxsin tutulması, həbsə alınması və ya həbsdə saxlanmasının qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq şübhəli şəxsin, təqsrləndirilən şəxsin müdafiəçisinin hüququdur. Məhkəmə qeyd etməyi zəruru hesab edir ki, cinayət mühakimə icraatının əsas prinsip və şərtləri özündə ilk növbədə insan və vətəndaşın hüquq və azadlıqlarının, habelə onun qanuni mənafelərinin təminatlarını əks etdirmişdir. İnsan və vətəndaşın hüquq və azadlıqları AR Konstitusiyasına əsasən ali sosial dəyərlərdir. Ona görə də dövlət fəaliyyətinin heç bir sahəsində, o cümlədən cinayət mühakimə icraatında onların qanunsuz məhdudlaşdırılmasına yol verilə bilməz. İnsan və vətəndaş hüquq və azadlıqlarının cinayət təqibi ilə əlaqədar məhdudlaşdırılması halları AR Konstitusiyasının müddəalarına müvafiq olaraq cinayət-prosessual qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Cinayət mühakimə icraatının ümumi prinsip və şərtləri hüquq və azadlıqların həmin hallardan başqa istənilən formada və istənilən bəhanə ilə məhdudlaşdırılmasını qadağan edir. Cinayət-prosessual məcəlləsində təsbit olunmuş prosessual hüquqdarın əsas prinsip və şərtlərin cinayət-prosessual qanunvericiliyin istənilən digər normasına münasibətdə üstün hüquqi qüvvəsini vurğulayır. Ona görə də cinayət-prosessual qanunvericiliyin ayrı-ayrı müddəa və normaları CPM-in 10—36-cı maddələrində təsbit olunmuş prinsip və şərtlərə zidd olduqda, bu prinsip və şərtlərin tələbləri rəhbər tutulmalıdır. Əks təqdirdə, müvafiq prosessual hərəkət və ya prosessual qərar cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinə zidd olaraq həyata keçirildiyinə görə qanunsuz və əsassız hesab edilə bilər. Lakin CPM-in 2-ci maddəsinin tələblərinə əsasən, cinayət mühakimə icraatının əsas prinsip və şərtləri AR Konstitusiyasına və ya AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən olunmuş qaydalara uyğun gəlmədikdə, rəhbər tutula və deməli, müvafiq prosessual hərəkətin və ya prosessual qərarın qanuniliyini və əsaslılığını müəyyən edə bilməz. Cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinin pozulması bütövlükdə başa çatmış icraatın etibarsız sayılmasına və ya ayrı-ayrı prosessual qərarların ləğvinə, yaxud da toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Ümumiyyətlə, insan və vətəndaşın hüquq və azadlıqlarının məhdudlaşdırılmasına, proses iştirakçılarının qanuni mənafelərinin pozulmasına və ya prosessual mövqeyinin pisləşməsinə səbəb olan, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olan və başqa bu kimi ciddi pozuntular olduqda, şərh edilən maddənin tələbinə əsasən, başa çatmış icraat etibarsız sayılmalı, qəbul edilmiş qərarlar ləğv edilməli və ya toplanmış materialların sübutedici qüvvəsi tanınmamalıdır. İcraatın sonrakı gedişi üçün mühüm əhəmiyyət kəsb etməyən, cinayət təqibi üzrə qanuni, obyektiv və əsaslı yekun qərar çıxarılmasına mane olmayan və asanlıqla aradan qaldırıla bilən pozuntular isə CPM-in 9.2.-ci maddəsində göstərilən nəticələrə səbəb olmalıdır. Hər bir halda cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinin yol verilmiş pozuntusuna obyektiv qiymət verilməlidir. Cinayət mühakimə icraatının əsas prinsiplərinin və şərtlərinin pozulması CPM-də göstərilmiş hallarda prinsip və şərtlərin istənilən pozuntusu prosessual hərəkətlərin nəticələrini və prosessual qərarları şübhə altında qoya bilər. Şübhəli və ya təqsirləndirilən şəxsin bütün mümkün qanuni vasitələrlə öz hüquq və qanuni mənafelərini müdafiə etmək imkanının məhdudlaşdırılması, onun müdafiə hüququnun pozulması cinayət-prosessual qanunvericiliyin mühüm pozuntusudur və başa çatmış icraatın etibarsız sayılması, qəbul edilmiş qərarların ləğvi və ya toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlmək üçün əsasdır. Belə ki, məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, məhkəməbioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7/552 rəyinin şübhəli şəxsə elan olunması barədə protokolda material üzrə xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7/552 rəyin şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinə elan edilməsi göstərilsə belə, həmin protokolda Müdafiəçi sözlərin yanında çəkilmiş imzanın üzərinə ştrix (örtücü vasitə) çəkilmiş, yeni imza atılmış, aparılmış ekspert tədqiqatının rəyinə sasən – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2024-cü il tarixli 4/1628 saylı müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, cinayət 47-ci vərəqində olan ekspert rəyinin şübhəli şəxsə elan olunması barədə 07 aprel 2024-cü il tarixli, 004677 saylı protokolun aşağı hissəsində, “Müdafiəçi:” qrafasında “Müdafiəçi” yazılarının qarşısındakı imza-Müdafiəçi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə ki, cinayət təqibi gedişində şübhəli və ya təqsirləndirilən şəxsin hüquqi yardım almaq və öz müdafiəsini həyata keçirmək hüququnun təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsə öz müdafiə hüququnu realizə etməkdə kömək etməlidir. Bu, ilk növbədə şübhəli və у təqsirləndirilən şəxsə onun hüquqlarının, o cümlədən müdafiə hüququnun aydın şəkildə izah edilməsindən ibarətdir. Bu zaman hüquqlar sadəcə sadalanmamalı, həm də onların həyata keçirilmə yolları və vasitələri göstərilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsə ona qarşı irəli sürülən ittihamla, cinayət işinin materialları ilə tanış olmaq, özünün prosessual mövqeyini müəyyən etmək və ümumiyyətlə, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt verməlidir. Lakin həmin vaxtdan sui-istifadəyə, habelə müdafiə üçün qeyri- prosessual üsul və vasitələrə əl atılmasına yol vermək olmaz. Şübhəli və ya təqsirləndirilən şəxs öz seçdiyi müdafiəçinin köməyi ilə müdafiə olunmaq hüququna malikdir. Lakin şəxsin öz vəkili olmadıqda, cinayət prosesini həyata keçirən orqan ona müvəqqəti saxlanma yeri üzrə vəkil qurumlarında çalışan vəkillərin siyahısını təqdim edir və onun seçilmiş vəkillə əlaqə saxlamasına imkan yaradır (CPM-in 153.2.6-cı maddəsi). Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadıqda, ona CPM-in 193-cü maddəsində müəyyən edilmiş qaydada dövlət hesabına hüquqi yardım göstərilməsi təmin edilir. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsinin mühüm təminatlarından biri bu şəxsin onun ittiham əsasını təşkilə edən məhkəmə-ekspertizasının rəyi ilə tanış olmaq hüququdur. Təhqiqatçı və ya müstəntiq keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçinin iştirakı ilə tanış etməlidir. Aparılmış araşdırmanın nəticəsinə əsasən məhkəmə hesab edir ki, hazırki konkret halda ibtidai tədqiqatı aparan Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Suad Həmzəyev Təqsirləndirilən şəxs müdafiə hüququnun əsas mühum təminatlarından biri – onun müdafiəçisinin ona qarşı irəli sürülmüş satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşıması ilə əlaqədar Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə bağlı ittihamın əsasını təşkil edən, qeyd olunan cinayət əməlinin predmetini müəyyən edən məhkəmə-bioloji ekspertizasının rəyi ilə tanış olmaq hüququnu pozmuş, bundan əlavə kobud prosessual səhvə yol verərək, qeyd olunan sənəddə olan müdafiəçinin imzasını saxtalaşdırmış, bununla da həmin an üçün şübhəli şəxs olan Təqsirləndirilən şəxs həmin ekspert rəyi ilə tanış olub-olmaması, mübahisələndiribmübahisələndirməməsi məsələsini da şübhə altına qoymuşdur. Məhkəmə qeyd edir ki, təhqiqatçının şübhəli şəxsin və onun müdafiəçisinin ekspert rəyi ilə tanış olmaq hüququnun pozulması həmçinin də o səbəbə görə kobud prosessual pozuntunun xarakterini daşıyır ki, cinayət işinə qeyd edilmiş prosessual sənəd saxtalaşdırılaraq əlavə edilmiş, bundan sonra müstəntiq Çərkəz Pənahov isə qeyd olunan prosessual sənədə diqqət yetirməməklə, həmin faktı araşdırmamış, həmin müdafiəçini - Müdafiəçi digər müdafiəçi ilə birtərəfli qaydada (imza atdığı cinayət işin materialları ilə tanış olmadan) əvəz etməklə, həmin sənədlərlə tanış olmaq hüququndan, ona dair etiraz bildirmək hüququndan, həmin sənədləri mübahisələndirmək hüququndan məhrum etmiş və bununla da Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamdan müdafiə etmək və müdafiəyə hazırlaşmaq hüququndan məhrum etmişdir. Bundan əlavə araşdırmanın nəticələrinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirilən şəхs qismində dindirilərkən, dindirilmə protokolun tərtib edildiyi tarixlə eyni tarixdə 07 aprel 2024-cü il tarixdə, protokolda qeyd olunan saatlara və dəqiqələrə yaxın bir vaxtda - saat 17:04-də Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçisi Hücrəddin Hacıbalayevin anten məlumatlarında Suraxanı Rayon Polis İdarəsinin yerləşdirildiyi rayon deyil, “Qara Qarayev” ünvanını göstərilmişdir. Məhkəmə hesab edir ki, müstəntiq Çərkəz Pənahov təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun tərtib edilməsində yalnışlığa yol verməklə, dindirilmə başlanmasının və qurtarmasının vaxtlarını düzgün göstərməməklə, eyni zamanda müdafiəçinin iştirakını da, təqsirləndirilən şəxsin dindirilmə vaxtı müdafiəçinin yardımından istifadə edilib-edilməməsi məsələsini da şübhə altına qoymuşdur. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxılan məsələlər sırasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmamasına da baxılır. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də 300.1.5-ci maddədə qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardır. CPM-nin 301.1-ci maddəsinə əsasən məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir: 301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda; 301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə; 301.1.3. məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda. Belə olan halda, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materiallarına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Hazırkı cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular vardır və bu səbəbdən, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar digər pozuntularla yanaşı aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, o cümlədən aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilməyən hallar sırasına həmçinin CPM-nin 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; CPM 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; CPM 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda kimi hallar aid edilmişdir. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303-cü maddəsinə əsasən xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş və məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X17 və Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X16 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 57/2025 saylı, 05 fevral 2025-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göründüyü kimi CPM-nin 300.1.5-ci maddəsində qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardan şikayət və ya protest verilməsi qanunda nəzərdə tutulmamışdır. CPM-nin 303.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 299-300, 303, 306-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303-cü maddəsinə əsasən xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X17 və Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X16 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 57/2025 saylı, 05 fevral 2025-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X11 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar