Məhkəmə qərarları › İş №1(010)-95/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-95/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-95/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, 28 nömrəli evin 5 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırki iş üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 aprel 2021-ci il tarixli, 4(010)- 164/2021 nömrəli qərarı ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyinə görə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 10 sentyabr 2020-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0.944 qram və 03 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.097 qram, 0.095 qram, 0.104 qram, ümumi çəkisi 1.240 qram olan narkotik vasitə heroini və 05 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.064 qram, 0.087 qram, 0.075 qram. 0.055 qram, 0.052 qram, ümumi çəkisi 0.333 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayaraq daşımış, 11 sentyabr 2020-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, “Hövsan” marketin yaxınlığında saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirən zaman onun üzərindən 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0.944 qram və 03 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.097 qram, 0.095 qram, 0.104 qram, ümumi çəkisi 1.240 qram olan narkotik vasitə heroin və 05 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.064 qram, 0.087 qram, 0.075 qram, 0.055 qram, 0.052 qram, ümumi çəkisi 0.333 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, heroin və şüşə kimi tanıdığı narkotik maddədən inyeksiya yolu ilə istifadə edir. Narkotik vasitələri Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün alır. 10 sentyabr 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata 01 büküm polietilenə və 03 büküm siqaretin gümüşü rəngli kağızlarına bükülmüş heroin kimi tanıdığı narkotik vasitələri və 70 manata 05 büküm siqaretin gümüşü rəngli kağızlarına bükülmüş şüşə kimi tanıdığı psixotrop maddə metamfetamin almışdır. Həmin gün şüşə və heroini bir-birinə qatıb inyeksiya yolu ilə bir qismini istifadə etmişdir. Qalıq hissəsini sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. 11 sentyabr 2020-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, “Hövsan” marketin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əmədaşları olduqlarını bildirib onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki şalvarın sağ cibindən bir ədəd sarı rəngli kiçik ölçülü pul kisəsini və bir ədəd qara rəngli mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları pul kisəsindən biri şəffaf polietilenə, digərləri isə siqaretin gümüşü rəngli kağızlarına bükülmüş, ümumilikdə 09 ədəd büküm aşkar etmişlər. O, polis əməkdaşlarına həmin bükümlərdə kakos və şüşə kimi tanıdığı narkotik vasitə və psixotrop maddələr olduğunu, onları şəxsi istifadəsi məqsədilə 10 sentyabr 2020-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən, tanımadığı şəxsdən 170 manat müqabilində aldığını, həmin narkotik vasitə və psixotrop maddələrin bir qismini istifadə etdiyini, qalan hissəsini isə sonra istifadə etmək məqsədilə üzərində saxlamaqla daşıdığını bildirmişdir. Həmin bükümdəki narkotik vasitə və psixotrop maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşımaqla üzərində saxlamağından səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 11 sentyabr 2020-ci il tarixdə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. 11 sentyabr 2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı Şahid2 iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, “Hovsan” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da öz növbəsində etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən bir ədəd sarı rəngli kiçik ölçülü pul kisəsini və bir ədəd qara rəngli mobil telefonu onlara təqdim etmişdir. Onlar pul kisəsinə baxdıqda, oradan biri şəffaf polietilenə, digərləri isə siqaretin gümüşü rəngli kağızlarına bükülmüş, ümumilikdə 09 ədəd büküm aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin bükümlərdə kakos və şüşə kimi tanıdığı narkotik vasitə və psixotrop maddələr olduğunu, onları şəxsi istifadəsi məqsədilə 10 sentyabr 2020-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən, tanımadığı şəxsdən 170 manat müqabilində aldığını, həmin narkotik vasitə və psixotrop maddələrin bir qismini istifadə etdiyini, qalan hissəsini isə sonra istifadə etmək məqsədilə üzərində saxlamaqla daşıdığını bildirmişdir. Həmin bükümdəki narkotik vasitə və psixotrop maddələr qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin polis sahə inspektoru Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 11 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, video çəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın sağ cibindən bir ədəd sarı rəngli kiçik ölçülü pul kisəsini və bir ədəd qara rəngli mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Pul kisəsindən biri şəffaf polietilenə, digərləri isə siqaretin gümüşü rəngli kağızlarına bükülmüş, ümumilikdə 09 ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə kakos və şüşə kimi tanıdığı narkotik maddələr olduğunu, onları şəxsi istifadəsi məqsədilə 10 sentyabr 2020-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən, tanımadığı şəxsdən 170 manat müqabilində aldığını, həmin narkotik vasitələrin bir qismini istifadə etdiyini, qalan hissəsini isə sonra istifadə etmək məqsədilə üzərində saxlamaqla daşıdığını bildirmişdir. Həmin bükümlərdəki maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 12 sentyabr 2020-ci il tarixli, 6/1856 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut” yazısı olan paketdəki, bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0.944 qram və 03 ədəd kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0.097 qram, 0.095 qram, 0.104 qram, ümumi çəkisi 1.240 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 05 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.064 qram, 0.087 qram, 0.075 qram, 0.055 qram, 0.052 qram, ümumi çəkisi 0.333 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixitrop maddə metamfetamindir. Heroin və metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in müvafiq olaraq İ və İİ siyahısına daxildirlər. Ümumi təmiz çəkisi 1.240 qram olan heroinin 0.08 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.160 qram təşkil etmişdir. Ümumi təmiz çəkisi 0.333 qram olan metamfetaminin 0.08 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.253 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 15 sentyabr 2020-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın sağ cibindən bir ədəd sarı rəngli kiçik ölçülü pul kisəsini və bir ədəd qara rəngli mobil telefonu polis əməkdaşlarına təqdim edir. Pul kisəsindən biri şəffaf polietilenə, digərləri isə siqaretin gümüşü rəngli kağızlarına bükülmüş, ümumilikdə 09 ədəd büküm aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümlərdə kakos və şüşə kimi tanıdığı narkotik maddələr olduğunu, onları şəxsi istifadəsi məqsədilə 10 sentyabr 2020-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən, tanımadığı şəxsdən 170 manat müqabilində aldığını, həmin narkotik vasitələrin bir qismini istifadə etdiyini, qalan hissəsini isə sonra istifadə etmək məqsədilə üzərində saxlamaqla daşıdığını bildirir. Həmin bükümlərdəki maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 oktyabr 2020-ci il tarixli, 2729 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 02 noyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş şəkillərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçı X2 “Şəxsi axtarış və götürmə aparılması barədə” qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A10” markalı **********05607 və **********05605 İMEİ kodlu mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, “Whatsapp” sosial şəbəkə bölməsində şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə məxsus müxtəlif mobil nömrələr ilə qeydiyyatda olan hesablar ilə iş üzrə sübut əhəmiyyəti kəsb edən 18 iyul 2020-ci il tarixdə saat 20:09-da Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabına +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən mesajda yazılır: “Bawqa 30 manatim var qram kola duzelde bilersen menimcin?”, 18 iyul 2020-ci il tarixdə saat 20:10-da Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabından +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən mesajda yazılır: “Alınsa götürmək lazımdır”, 19 iyul 2020-ci il tarixdə saat 01:43-də Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabına +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən mesajda yazılır: “Cunku axırıncı 35 mantim var idi 30 verdim sene 5 saxladimki yemeye bir wey alim yeniki bawqa pulum yoxduki sende alinmasa bawqa bir yerden goturmeye sene umutduyem aaaa men pis veziyetde qalmiyimda sen kimi cox isdiyirsen”, 19 iyul 2020-ci il tarixdə saat 05:09-da Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabına +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən mesajda yazılır: “Aska hele dedim seneki olan qalan pul sene verdiyimdir 5 saxladimki yimeye bir wey alim yiyim 30 da verdim seneki sende 100% alinacaq pulda yoxduki hec olmasa Qawimovdan Raminen cet goturum veziyet çox pisdi sende bir söz demirsenki gedmisen ya yox”, 19 iyul 2020-ci il tarixdə saat 19:40-da Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabından +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən mesajda yazılır: “Alınıb”, 21 iyul 2020-ci il tarixdə saat 08:21-də Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabından +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən mesajda yazılır: “Men hazıram götürdüm”, 13 iyul 2020-ci il tarixdə saat 15:05-də Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabına +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən mesajda yazılır: “Wuwe varındı?”, 15 iyul 2020-ci il tarixdə saat 12:11-də Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabından +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən səsli mesajda deyilir: “Ay balası bunun içindən nə qədər kulok çıxıb belə şey olar bilirsən nə qədər kulok çıxardıram bəyaqdan bir iki üç dörd beş altı dənə kulok bu nədi diməydi day elə denən elə kulok almuşuqki biz dayan indi mən bunu qoyuram tərəziyə bilirsən nə gündədi kuloklara bax ee vaa sən onun içini görməmisən içinin kuloklarını”. 15 iyul 2020-ci il tarixdə saat 12:11-də Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabından +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən səsli mesajda deyilir: “Balam rovna səkkiz qram səkkiz nol iki üç baa oyniyir lap deyək nol üç səkkiz nol üç orda elə yarım qramda elə özümüm varımdı malım onun üstünə tökmüşüy səkkiz rovna nol üç baa kulokları çıxartmışam saxlayıram bir iki altı dənə kulok çıxartmışam ee belə şey olar denən ay bala didə sən bi dənə olara onun içindən xəbəriniz var bütün kulokdu”, 15 iyul 2020-ci il tarixdə saat 12:17-də Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabına +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən səsli mesajda deyilir: “Dünən gözüvün qabağında çəkdüy də quzu sənin başıva dönərəm mən nə səkkiz doqquz nöqtə həştat neçə idi on sayıldı da sən necə oldu ee bu uçdu bəyəm ay quzi sənin başuva dönərəm mən anamın canı maşın qırılıb yolda qalmışam”, 15 iyul 2020-ci il tarixdə saat 09:31-da Təqsirləndirilən şəxs məxsus “Whatsapp’ sosial şəbəkəsi hesabına +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən mesajda yazılır: “Bidene kola istiyen var nağdı”, 15 iyul 2020-ci il tarixdə saat 09:31-də Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabından +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən mesajda yazılır: “İstəyəndə de gelib verim sənə”. 15 iyul 2020-ci il tarixdə saat 09:31-də Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabına +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən mesajda yazılır: “5dene kola iki dene pati duzelt gelim götürüm ginortaya qeder ne eritdim gelim haqqesab eliek yene hemenki kimi duzelim gedimde”, 17 iyul 2020-ci il tarixdə saat 20:26-da Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabına +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən səsli mesajda deyilir: “Metadon var ayka metadonun demişdin var qalır onnan”, 17 iyul 2020-ci il tarixdə saat 20:26-da Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabından +994 70 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən mesajda yazılır: “Var”, 18 avqust 2020-ci il tarixdə saat 23:44-də Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabından +994 55 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən mesajda yazılır: “Ne isdiyirsen?”, 18 avqust 2020-ci il tarixdə saat 23:58-də Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabına +994 55 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən mesajda yazılır: “Evdeyem Pati kola isteyirem heresinen bidene”, 21 avqust 2020-ci il tarixdə saat 11:43-də Təqsirləndirilən şəxs məxsus “Whatsapp” sosial şəbəkəsi hesabından +944 55 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan adı “Yuzbek” kimi yazılan hesaba göndərilən səsli mesajda deyilir: “Bax hələ kuloknandıyaa çekmişəm buları baa kuloknan gör neçə gəlir sənə diyirəm də mən buları azdı sən mənə deyirsənki yoo mən oları baxan kimi sənə bilmirəmki nə var nə yox indi oları açacam kuloksuz çəkəcəm gör nə qədər gəlir” kimi yazılı mesajlar və səsli danışıqlar aşkar edilmişdir. İş materiallarında olan axtarış aparılması haqqında 06 noyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, 28 nömrəli evin 5 nömrəli mənzilində aparılmış axtarış zamanı qanunla dövriyyəsi qadağan olunmuş, habelə cinayət izlərini özündə daşıyan və ya cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcəkhər hansı bir əşya aşkar edilməmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 15 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, 24.12.2020-ci il tarixli, AZF/LGL-14631/20 saylı məktubla X12 Cəmiyyətindən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin abonentdən çıxan zənglərin çıxarışları, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatları, daxil olan və göndərilən “SMS” mətnləri, həmçinin ötürücü antenaların cədvəlini əks etdirən üzərində ***-*******77 yazısı və imza olan “CD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki. Təqsirləndirilən şəxs qeyd edilən nömrəsinə istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Ayka salam necesen? Qowqardi. ayka yeqinki veziyyetimnen xeberin var. uzadmiram istesen birazdan goruwerik gorersen negundeyem. ayka bidene xayiwim var kenani yolliyim bidamci kola bidamci pati verde xayiw eliyirem. bayaqkina gore saqol. ayka komey elede neolar ümidim sensen canim bawim berk aqriyir”, “Aука kenan di on üç manat var bir kola bes manatliq pati seher den lomkada havanin qaralmaqni gözlemisem”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Cixda ay mama patida 10luq kakosuda 10luq ele tez qapidayam otur gedim ta”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəsinə “1 dene 10luq shushede gotur...siqaretin varsa siqaretde gotur”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**- ** saylı mobil nömrədən “Eşidirsən juska akifnəndi. səni soruştu tel. Dedim 31 görmürəm. biləsəndə. məndə 5var gəlim gedirəm evə. nə deisən jorgunam pati joxundu biraz çəpiş”, X4 məxsus 070- ***-**-** saylı mobil nömrədən “Axsamin xeyir Ayka bayaq 06 manat gonderdim limitim qutardi, 12ni kecen kimi 4 manatda gonderecem. indi 20 manat var bidene kola bidene pati lazimdi tecili”, “8976 87310 8252 heresi 5 manatliqdi 8978 04016 5067”, “Ay urek gelib deye bilerem sene? Bir kelme he yox yazda danwa bilmirem. 1 dene kola goturecem”, “aycan bidene kola istireme zanitdi telin”, “Ayka iki dene kola butundu pulum cavab verda nolar”, “Ayka 2 dene tema lazimdi acda qurban sene”, “Ayka menem Nazim cixiram evden 10 deyqeye baxarsanda qapiya 2 dene kola istiyrem nolar bacardigin qeder dobru elede qurban olaram qonaqlarim var”, “Ayja bidene kola istiyirem cixim evden?”, “Ayka yoxdisa pati goturum hecolmasa”, “Ayka hardasan bidene kola bidene pati lazimdi gelim mehleye teref?”, “Ayka 3 dene kolaya gelirem telefonsuzam baxda qapiya rovnu 15deyqeye”, “Ayka 20 tapdim iki dene kola duzelir?”, “Ayka 2pati 2 kola sroçnudu hardasan telesirem”, “Wehere gedmeliyem ayka 3 dene kola lazimdi, gec olursa gozletme gedim sene qurban”, “Aka 20lik pati lazimdi”, “ayka soruwmadim hec tramalda tapmaq olmaz indi? emele gelerse xeber elede qurban sene”. X18 məxsus ***-***-**-** saylı mobil nömrədən “Menem ramindi xaloglu 1 dene 10manatdiq kola 20manatdiqda tramal lazimX53 telefona”, “Ayka xaiş eliyirem gelim 10 manat getirim 5diy şüşe nolar 5diyde kola verde. eger mene inanirsansa kolanin 10 manatdiginnan ver sabah seher 5manati Çatdirim”, “Ayka nolar xaiş edirem inan mene 2,3 saatdiq borca bayaqki kimi 5manatdiq şüşe 5manatdiqda kola verde lambard aÇilan kimi telefon qoyub 100 manat alacam axşam danişmişam olarnan. Yada inanmirsansa qeseng suvinir var getirim olari verim. xaiş eleyirem yox demede mene”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Alenadi. Men cixmiwam. gelirem. 1 qr duzeİt 15 deq yanindayam”. X6 məxsus ***-***-**-** saylı mobil nömrədən “Ureyim qara var?yada nese? X14 məxsus ***-***-**-** saylı mobil nömrədən “Ayka oyaqsan?, menem mahmud. evdeyem olureme ayka agridan”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Qaqa qardasimsan bir balaca olsa kola verde mene olurem ey beyaxki daqildi tokuldu yarsi”, “Ayka salam netersen nevar neyox bayramin mubarek nece bele gozel bayramlara ayka menem samirdi ayka cox pis arqidayam qizvar yanimda turk qizidi oda olur men gundedi veziyet cox pisdi arqidan cixmaq birsey vere bilersen mene”, istintaqa məlum olmayan şəxsə məxsus 077- ***-**-** saylı mobil nömrədən “Aldiglarim haram olub bu gun sexi veren kola itdi pati galdi. mescidde sen veren partdadi”, “Urey patini ver hamsini bew seher verecem. Borcum var bew manatda.sene.”, “Ciyer Gelsin dedun 4atire uje bu 4.kola.pati.weyde gret elicey bize”, “10 manat verecem azda olsa olar pati varimdi. ge. Dunya dagilsada. Gunortaya saati ala4am.”,“Urey. vezi yet pisdi. gelem.saati.verim.pul.alim.kola.pati”, “Ayka cepnen uzuyu saxla goturecem Gelib.Veziyetim Pisdir indi. O cepi Mewediden Almiwdim boynumnan nece ildirki cixartmirdim. Mecbur Can wirin weydi”, X16 məxsus ***-***-**-** saylı mobil nömrədən “Baci birde axwamin xeyir Seidedi bagiwia narahat eliyirem bu vaxti seni amma mecburam. baci bayağ senin yaninnan cixib geldim bir bawa eve tesevur ele qirdim otagima cetderin hamisini acdim qoydum stolun ustune ele aciq veziyetdi ki hamisini piwirim rastvoru ele hazir veziyetde bolum iki yere yarsini indi vurum yarsinida saxliyim seher vurum gordum ki su yoxdu getdim kuxnaya ki su goturum geldim otağa ki uwag elinde butulka wirin caynan tokur o hemin stolun ustune putun cetder yayilib caynan biride olsa ne pati ne obirsi salamat qalmayib mende su daliycan gedende o nenesinin otaginda idi men kuxnada olanda Men kuxnada olanda o geldi bizim otagimiza cayi tokub durub uzume baxir oda baxmada uwagimdi durub o zibile gore doyesi deyilem ki onu indide qaldim lomkada ozde pis lomkada cemi 5 manatim var sene qurban olum gelsem ora mene bir dene vere bilersen 5 manati verim 5 manatda sabah axwam ustu arxayin ol getirib verecem inan bayağ ne pulum var idise verdim sene indi 5manati anamnan gucnen goturdum ne olar qurban olum sene meni bu agrida gece vaxti qoymada xayiş eliyirem sennen coldeyem evimiz terefde olurem soyuğdan mene he yoxunu denende men bilim gelim piyada siz terefe ya yox”, “Sabagin xeyir baci. Seidedi bilmirem yatirsan indi ya yox. amma yatsanda duranda oxumuw olarsan. dunen ikinci defe zeytuna geldim emanet goturmeye sennen cox sagol ki yox demedin gece vaxti agrida qoymadin meni. halbuki polniy yox deye bilerdin cunki indi veziyetin cox pisti bir terefden anan pisti xestexanadadi kalan pul gedir orda bir yannan o poxu pulsuz hec kim vermir onada kalan pul lazimdi ustelikde Ramini qardawlarivi her gun nece defe veziyetden cixardirsan hem ozuvude bilirem cox cetindi indi sene putun aylende senin ustunde. bunlara baxmayaraq yox demedin mene cox sagol ALLAH razi olsun sennen”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “sen anon cani ac bayaxdan lomkadayam bidene dermanin ustundeyem”, X3 məxsus ***-***-**-** saylı mobil nömrədən “50man pul var qapidayam kola verde”, X5 məxsus ***-***-**-** saylı mobil nömrədən “Qurban sene hec olmasa mene bir az rastvor ver cixim veziyetden balkonnan at goturum”. “10 manat var Gelsem 1 kola 1 pati verersen 5manat borcum qalsin. Hec olmasa buna yox deme”, “Qurban sene birdene kola birdene pati 15 acda”, “10 nuq birdene kola gelim qurban sene”. istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Ayka mənəm Paşa alınırsa sən canın ver sabah verərəm pulunu arxayın ol təkəm agriyiram ********** ev nomremizdi gözləyirəm zengivi”, istintaqa məlum olmayan şəxsə məxsus ***- ***-**-** saylı mobil nömrədən “Akow pati var”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “salam necasan pati var ? yari lazimdi”, “ayka 20 lik pati lazimdi qalim", “Ayka pati versam sana kola verarsan ?”, “Ayka pati versam sana kola verarsan ?”, “Ayka darmanan barter eliyak”, X10 məxsus ***-***-**-** saylı mobil nömrədən “Ayka Polatdi 25man var.3cet alinar.cavab yaz”, X11 məxsus ***-***-**-** saylı mobil nömrədən “Asda salam.Menem Afıq. Mene borca 1 dene pati verde. Verirsense viziv at mene gelim goturumde awagdayam”, X7 məxsus ***-***-**-** saylı mobil nömrədən “X38 X53 X40 X25 Gelimi”, “X29 X13 X50 X37.Cavab Ver”, “X30 X49 X39 X41 X45 X51 X42 X43 X46 X44 X54 Narahat Eleme”, X17 məxsus ***-***-**-** saylı mobil nömrədən “Pati lazım idi 05 40m varımdı hara gəlim goturum”, “O gun pati goturduke senen ilhamnan gelen oqlan pati varin 30m lazimdi ayka”, X15 məxsus ***-***-**-** saylı mobil nömrədən “Ayka qulamdl mawlnanam canim aqrlylr kola 1 1 pati verde evelki qaldl evelde”, X8 məxsus ***-***-**-** saylı mobil nömrədən “Balam axwamin xeyir.balam 2kola 10luq 1denede 5dik kola alinir?”, “Balaw seymurdu ey.mene tema lazim idi sen gec olarsan hövsanda?”, istintaqa məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Akus seni and verirem en cox kimi sevirsen onun canina telefonu gotur. Allahaqqi dehset agridayam. Bayaqdan seni gozleyirem. Zeng edircm gotur sozum var sene. Eger serf edirse pul yerine kola ver.”, “Ayka yeke qizsan camat zeng edir goturursen ama menim zengimi goturmursen. Pislik elemedimki sene. Ama men bu deq agridayam. Gotur sozum var. Seninde xeyrivedi.”, “Ayka sen hardasane? Senol adam adami buqeder lomkada qoymaze. Lomkanin yuxusu aparib meni oyanmisam butun ter-su icindeyem. Senallah yerivi de ozum gelim yaniva”, “Ayka hardasan butanin yanindayam olurem lomkadan. Gelirem senin kenddeki evive”, “Heresinen 1dene hazir ele.” kimi SMS mətnləri aşkar edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların” siyahılarına əsasən heroin və metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in müvafiq olaraq İ və İİ siyahısına daxildirlər. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndlərinə əsasən həm heroinin, həm də metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı həddləri 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddləri 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9, 1.0.10 və 1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin məhkəmədə baxılması zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan SMS-lərdən, habelə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmalarından onun mütəlif şəxslərə narkotik vasitə və psixotrop maddələr satdığı, habelə şəxsi axtarış və götürmə aparılması zamanı A.S.Sultanovanın üzərindən 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0.944 qram və 03 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.097 qram, 0.095 qram, 0.104 qram, ümumi çəkisi 1.240 qram olan narkotik vasitə heroinin və 05 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.064 qram, 0.087 qram, 0.075 qram, 0.055 qram, 0.052 qram, ümumi çəkisi 0.333 qram olan psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi, bununla da sonuncunun narkotik vasitəni və psixotrop maddələri məhz satış məqsədilə çəkilib xırda bağlamalara bükməsi öz təsdiqini tapmışdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər külli miqdarda narkotik vasitələrin satışına görə məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib, daşımaqla üzərində saxlamasından səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən az ağır cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2014-cü il tarixli hökmünün surətindən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2014-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 oktyabr 2020-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, 19 fevral 2019-cu il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 06 (altı) il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər ağır cinayət törətməyə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2014-cü il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 06 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun göstərilən maddəsinin mənasına görə qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi cinayətlərin xüsusi təhlükəli residivi zamanı ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə isə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla, cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 11 sentyabr 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmə, vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 12 sentyabr 2020ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 sentyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun 12 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və həmin tarixdə sonuncunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 sentyabr 2020-ci il tarixdən 12 sentyabr 2020-ci il tarixədək tutulduğu 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 aprel 2021-ci il tarixli, 4(010)-164/2021 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyinə görə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 16 aprel 2021-ci il tarixdən hesablanmışdır. Bununla da iş materiallarından göründüyü kimi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 aprel 2021-ci il tarixli, 4(010)-164/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə nisbətdə daha ciddi, həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş, xalis çəkisi 1.160 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0.253 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan üzərində “Asudə 234.1” yazısı olan, həmçinin üzərində ***-*******77 yazısı və imza olan 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş, “Samsung Galaxy A10” markalı, **********05607 və **********05605 İMEİ kodlu mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 11 sentyabr 2020-ci il tarixdən 12 sentyabr 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 aprel 2021-ci il tarixli, 4(010)-164/2021 nömrəli qərarı ilə daha ciddi, həbs qətimkan tədbiri seçildiyinə görə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş, xalis çəkisi 1.160 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0.253 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan üzərində “Asudə 234.1” yazısı olan, həmçinin üzərində ***-*******77 yazısı və imza olan 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş, “Samsung Galaxy A10” markalı, **********05607 və **********05605 İMEİ kodlu mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar