Məhkəmə qərarları › İş №1(010)-95/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-95/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-95/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24.08.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 06 (üç) ədəd bükümdə, üç bükümdə, hər birinin ayrı - ayrılıqda təmiz çəkiləri 0,068 qram, 0,015 qram və 0,057 qram olmaqla, ümumi təmiz çəkisi 0,140 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üç bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,082 qram, 0,158 qram və 0, 080 qram olmaqla, ümumi təmiz çəkisi 0, 320 qram ağ rəngli kristalşəkilli maddə, öz aralarında xarici görünüşünə və kimyəvi cərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək, üstündə saxlamaqla daşımış və həmin gün, saat 20:30 radələrində Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək, ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilərək, orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, əynindəki tünd göy rəngli qısa idman şalvarının sağ yan cibindən 06 (üç) ədəd şəffaf rəngli sellofan bükümdə, üç bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,068 qram, 0,015 qram və 0,057 qram olmaqla, ümumi təmiz çəkisi 0,140 qram qəhvəyi rəngli tozşəkilli maddə, öz aralarında xarici görnüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üç bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,082 qram, 0,158 qram və 0,080 qram olmaqla, ümumi təmiz çəkisi 0,320 qram ağ rəngli kristalşəkilli maddə, öz aralarında xarici görünüşünə və kimyəvi cərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ilk olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 24.08.2021-ci il tarixdə, saat 20:30 radələrində Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları onu ünvan 2 ünvanının yaxınlığında saxlayaraq, ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirmiş, bu zaman onun üzərində hər hansı bir narkotik vasitə və psixotrop maddə olmamışdır. Polis bölməsində polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitələrin satışı ilə məşğul olan Elşən adlı şəxsi ifşa etmək məqsədilə onu da tutmuşlar. Polis bölməsində o, işgənjəyə məruz qalmış, bunun nətijəsində o, şəxsi axtarış zamanı əvvəljədən üzərinə qoyulmuş 6 bükümdə narkotik vasitəni və psixotrop maddəni əynindəki tünd göy rəngli qısa idman şalvarının sağ yan cibindən çıxaraq təqdim etmiş və onların özünə məxsus olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsini dəyişərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, polis bölməsində polis əməkdaşları tərəfindən döyülməmiş və ona hər hansı bir formada təziq olunmamışdır və üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə ona məxsusdur. Belə ki, 24.08.2021-ci il tarixdə, saat təxminən 20:30 radələrində o, Suraxanı rayonu Y.Günəşli qəsəbəsi, «AB» y/sahəsində yerləşən 16 saylı evin yaxınlığından evinə tərəf gedirmiş. Həmin vaxt ona iki nəfər mülki geyimdə polis əməkdaşı yaxınlaşaraq, özlərini təqdim etmişlər və onu Suraxanı RPİ-nin 33-cü PB- nə dəvət etmişlər. O, də etiraz etməyib, polis əməkdaşları ilə polis bölməsinə getmiş və orada xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmiş, daha sonra isə ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və sənəd varsa, onlara təqdim etsin. O, da əynində olan tünd göy rəngli qısa idman şalvarının sağ yan cibindən 6 ədəd bükümü və sol yan cibndən bir ədəd Kapital Bank kartını və bir ədəd Samsunq markalı mobil telefonu çıxarıb, masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları ondan bükümlərdə nə olması ilə maraqlandıqda, o, bildirmişdir ki, həmin bükümlərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindir, həmin narkotik vasitəni və psixotrop maddəni öz istifadəsi üçün Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində Elşən adlı şəxsdən 60 manat vermək müqabilində almışdır. O, Elşənin adına olan karta pul yükləmiş, Elşən isə narkotik vasitəni və psixotrop maddəni müxtəlif yerlərdə qoymuş, o da, gedib onları götürürmüşdür. O, Elşəndən aldığı narkotiki özü istifadə etmişdir. O, polisdən qorxduğu üçün həmişə gedib narkotik ala bilməmşdir, Elşəndən bir neçə almışdır ki, ifşa olunmasın. Üzərindən aşkar olunmuş narkotiki heç kimə pay və ya satmaq niyyəti olmamışdır. O, narkotik vasitələrin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, üzərində gəzdirilməsinin, eləcə də istifadəsinin qadağan olduğunu bilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili işləyir və polis leytenantı xüsusi rütbəsi daşıyır. Ona etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda «Kamran» adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə bildirilmişdir. Məlumatın yoxlanılması və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə tərəfindən Suraxanı RPİ-nin 33-cü PB-nin rəhbərliyinə raportla müraciət olunmuş və əməliyyat qrupu yaradılmışdır. 24 avqust 2021ci il tarixdə o, və bölmənin digər əməkdaşı - əməliyyat müvəkkili Şahid2 tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında saat 20:30 radələrində saxlanılaraq, Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilmiş və orada xidməti iş otaqların birində onun və digər polis əməkdaşının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qısa idman şalvarının sağ yan cibindən 06 ədəd şəffaf rəngli selofana bükülmüş qəhvəyi və kristal görnüşlü şəffaf rəngli maddələri, sol yan cibidən isə bir ədəd mavi rəngi Kapital banka aid bank kartını və bir ədəd mobil telefonu çıxarıb təqdim etmişdir və üzərindən aşkar olunmuş həmin maddələrin narkotik vasitə və psixotrop maddə olan heroin və metamfetamin olduğunu, onları Bakı şəhəri Suraxanı rayonu, Y\Günəşli qəsəbəsində «Elşən» adlı şəxsdən 60 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin maddələr zərfə qoyularaq qablaşdırılmiş, Təqsirləndirilən şəxs narkotik vasitə aldığı «Elşən» adlı şəxsin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, onlara qarşı heç bir müqavimət göstərməmişdir, polis əməkdaşları tərəfindən də sonunjuya qarşı heç bir psixi və ya fiziki təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarından görünür ki, 24.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 26.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində istintaq olunan ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş və barəsində Suraxanı rayon Məhkəməsi tərəfindən 26.08.2021-ci il tarixdə əvvəli 26.08.2021-ci il tarixdən hesablanmaqla 25.11.2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 10.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində istintaq olunan ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, 26.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/ 3686 saylı 25 avqust 2021ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №171» dairəvi möhür əksi olan, «vət. Təqsirləndirilən şəxs üzrindən aşkar edilərək götürülmüş» yazı və imzalar olan zərfdə 3 ədəd bükümdə, hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 0,068 qram, 0,015 qram və 0,057 qram olmaqla, ümumi təmiz çəkisi 0,140 qram qəhvəyi rəngli tozşəkilli maddə, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 3 ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,082 qram, 0,158 qram və 0, 080 qram olmaqla, ümumi təmiz çəkisi 0,320 qram ağ rəngli kristalşəkilli maddə, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri»-in siyahısına, metamfetamin 2005-ci il 28 avqust tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına daxildir. İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 3431 saylı 14 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ACDİÜ AR Məhkəməsinin 01.06.2006-cı il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək,03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 02 il şərti sınaq müddəti müəyyən edilmişdir. AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, Vətən Müharibəsinin iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah–tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,080 qram heroin və ümumi təmiz çəkisi 0,260 qram metamfetamin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 24.08.2021-ci il tarixdən 26.08.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti və 26.08.2021-ci il tarixdən 25.11.2021-ci il tarixədək olan ev dustaqlığı müddətini azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 06 ay 02 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dən növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,080 qram heroin və ümumi təmiz çəkisi 0,260 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar