Məhkəmə qərarları › İş №1(010)-95/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-95/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-95/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 03 may 2023-cü il tarixdə, saat 14:25-da, Bakı şəhərində, 26 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olmayan, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 15 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 mart 2022-ci il tarixdə barəsindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-454/2022 saylı, 02 may 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 30 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-454/2022 saylı, 30 iyul 2022-ci il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 02 (iki) ay uzadılmış, 30 sentyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə, xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, heç bir yerdə işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 01 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 may 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 30 sentyabr 2021-ci il tarixdə saat 02:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs8 icarə əsasında işlətdiyi Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsi döngə 2-də yerləşən sexin pəncərəsini sındırmaq yolu ilə içəri qanunsuz daxil olaraq, sexdən bir ədəd hava kompressoru aparatını gizli olaraq talamış və Zərərçəkmiş şəxs8 200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,775 qram narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 15 mart 2022-ci il tarixdə saat 11:05 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin əməkdaşları tərəfindən keçirmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanının qarşısında saxlanılaraq ünvan 5 ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,775 kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən 29 mart 2022-ci il tarixdə saat 21:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə daş hasardan qanunsuz daxil olaraq, evin plastik pəncərəsini açmaq yolu ilə evə daxil olub evdən 200 manat dəyərində bir ədəd samovarı, hər biri 100 manat olmaqla cəmi 300 manat dəyətində 03 ədəd qol saatlarını və hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində olan 02 ədəd ətirləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 01 aprel 2022-ci il tarixdə gecə saat 01:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs6 məxsus ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində hasardan atılaraq qanunsuz daxil olub, evin zirzəmisindən 100 manat dəyərində keramika materialından olan bir ədəd əl-üz yuyan, 110 manat dəyərində mis materialından olan bir ədəd əl-üz yuyan, 75 manat dəyərində bir ədəd əl-üz yuyan krant, 150 manat dəyərində bir ədəd su qızdırıcı aparat, 1430 manat dəyərində bir ədəd “immergas” markalı kombi aparatını, hər paçkası 75 manat olmaqla cəmi 150 manat dəyərində olan iki ədəd 10 metrlik elektrik naqillərini, 50 manat dəyərində bir ədəd dəmir arabanı, ümumi dəyəri 30 manat olan müxtəlif ölçülü plastik boruları və hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində olan iki ədəd kabab bişirmək üçün istifadə olunan dəmir setkanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 2145 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 11 aprel 2022-ci il tarixdə gecə saat 03:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi 79 ünvanda yerləşən Suraxanı rayon X1 Mərkəzi kitabxanasına ikinci mərtəbədə olan plastik pəncərənin üzərində olan dəmir barmaqlığı yerdən dəmir parçası ilə sındıraraq plastik pəncərənin kilid hissəsindən sıxmaqla açıb içəriyə qanunsuz daxil olaraq kitabxanadan bir komplekt 1200 manat dəyərində masa üstü kompyuter dəstini, hər biri 38.94 manat olmaqla, cəmi 77,88 manat dəyərində iki ədəd klavyaturaları, hər biri 35 manat olmaqla, cəmi 280 manat dəyərində 08 ədəd səsgücləndiriciləri, bir ədəd 90,86 manat dəyərində olan sərinkeşi, bir ədəd 42 manat dəyərində elektrik qızdırıcısını, bir ədəd 10,30 manat dəyərində olan masa üstü lampanı, hər biri 100 manat olmaqla, cəmi 200 manat dəyərində olan iki ədəd monitoru və hər biri 95 manat olmaqla cəmi 190 manat dəyərində olan iki ədəd “Merkuri” markalı UPS aparatım gizli olaraq talayıb zərərçəkmiş şəxs Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizim İdarəsinə ümumilikdə 2091,04 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 13 aprel 2022-ci il tarixdə gecə saat 03:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs5 məxsus ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq daxil olmaqla evin birinci mərtəbəsindən 400 manat dəyərində bir ədəd “LG” markalı 32LK310 model televizoru, 50 manat dəyərində bir ədəd simsiz telefonu, 150 manat dəyərində xrustal qab dəstini, 200 manat dəyərində qab-qacaq dəstini və 100 manat dəyərində 01 ədəd samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 19 aprel 2022-ci il tarixdə saat 02:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X9 məxsus ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz olaraq, fərdi yaşayış evindən 550 manat dəyərində tək iynəli, masalı tikiş maşınını, 700 manat dəyərində sənaye 4 saplı overlok masalı tikiş maşınını, 800 manat dəyərində sənaye masalı tikiş maşınını, 1600 manat dəyərində sənaye bloklu masalı tikiş maşınını, 750 manat dəyərində ütü masasını, 500 manat dəyərində buxar ütüsünü, 160 manat dəyərində monikeni, 100 manat dəyərində 01 ədəd süfrəni, ümumi dəyəri 200 manat, hər biri 100 manat olan iki ədəd xalçaları, 200 manat dəyərində 01 ədəd namaz xalçasını, 100 manat dəyərində 01 ədəd mis tavanı, ümumi dəyəri 500 manat olan müxtəlif çeşidli qab-qacaq dəstini, 200 manat dəyərində 01 ədəd Samsung markalı televizoru, 150 manat dəyərində 01 ədəd su qızdırıcı aparatı, 60 manat dəyərində 01 ədəd su mühərrikini və 60 manat dəyərində 01 ədəd qazanı gizli olaraq talayıb zərərçəkmiş şəxs X9 xeyli miqdarda yəni, ümumilikdə 6630 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 20 aprel 2022-ci il tarixdə saat 22:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs7 məxsus ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz olaraq, evdən ümumi dəyəri 500 manat olan üç ədəd kombi istilik radiatorlarım, ümumi dəyəri 200 manat olan müxtəlif tikinti alətlərini və ümumi dəyəri 300 manat olan 07 ədəd işıq plafonunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 19 aprel 2022-ci il tarixdə saat 02-00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X9 məxsus ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz olaraq, fərdi yaşayış evindən 550 manat dəyərində tək iynəli, masalı tikiş maşınını, 700 manat dəyərində sənaye 4 saplı overlok masalı tikiş maşınını, 800 manat dəyərində sənaye masalı tikiş maşınını, 1600 manat dəyərində sənaye bloklu masalı tikiş maşınını, 750 manat dəyərində ütü masasını, 500 manat dəyərində buxar ütüsünü, 160 manat dəyərində monikeni, 100 manat dəyərində 01 ədəd süfrəni, ümumi dəyəri 200 manat, hər biri 100 manat olan iki ədəd xalçaları, 200 manat dəyərində 01 ədəd namaz xalçasını, 100 manat dəyərində 01 ədəd mis tavanı, ümumi dəyəri 500 manat olan müxtəlif çeşidli qab-qacaq dəstini, 200 manat dəyərində 01 ədəd Samsung markalı televizoru, 150 manat dəyərində 01 ədəd su qızdırıcı aparatı, 60 manat dəyərində 01 ədəd su mühərrikini və 60 manat dəyərində 01 ədəd qazanı gizli olaraq talayıb zərərçəkmiş şəxs X9 xeyli miqdarda yəni, ümumilikdə 6630 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 21 aprel 2022-ci il tarixdə gecə saat 04:00 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs4 məxsus ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz olaraq daxil olmaqla evin zirzəmisindən 700 manat dəyərində bir ədəd ot biçən aparatı və hər biri 100 manat olmaqla cəmi 200 manat dəyərində olan iki ədəd direl aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 01 aprel 2022-ci il tarixdə təxminən gecə saat 01:00 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi E.Həsənov küçəsində piyada gəzib oğurluq etmək üçün ev axtaran zaman həmin ərazidə olan həyət evlərindən birində yaşayış olmadığını başa düşmüş, bundan sonra ətrafına baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evin giriş hissəsində olan dəmir məftili yerdən tapdığı dəmir parçası ilə sındırıb həyətə daxil olmuşdur. Bundan sonra evin zirzəmisinə daxil olub əl-üz yuyan krant, su qızdırıcı aparat, bir ədəd kombi aparatı, elektrik naqili, bir ədəd araba, bir qədər plastik boru, eləcə də, iki ədəd kabab bişirmək üçün olan dəmir setkanı götürüb zirzəmidən çıxarmış və oradan oğurladığı arabaya yükləyib ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra çölə çıxmış və araba ilə oğurladığı digər əşyaları daşıyıb yaşadığı evə gətirmişdir. Səhəri günü həmin əşyaları aparıb “Rus bazarı”nda tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib hazırda yadında qalmayan bir məbləğə satmış, pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bir ədəd kombi aparatını isə yaşadığı evin həyətində saxlamışdır ki, daha sonra satıb pul əldə etsin. Bundan başqa, 12 aprel 2022-ci il tarixdə gecə təxminən saat 03:00 radələrində yaşadığı evdən çıxaraq Bülbülə qəsəbəsində piyada gəzərək oğurluq etmək üçün ev axtarmağa başlamış, bu zaman Bülbülə qəsəbəsində olan mərkəzi kitabxananın yanından keçərkən həmin kitabxanadan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də, ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin kitabxananın binasının yanında olan dəmir borudan tutub yuxarı çıxmış, daha sonra kitabxananın pilləkənləri ilə qalxaraq 2-ci mərtəbəyə çıxmışdır. 2-ci mərtəbədə pilləkənin yuxarısında olan divara bərkidilmiş dəmir barmaqlığı və plastik qapının klidini yerdən tapdığı dəmir parçası ilə qırıb kitabxanaya daxil olmuşdur. Bu zaman kitabxananın içərisində ikinci mərtəbədə masanın üstündən stol üstü kompyuter dəstini, dəqiq sayını bilmədiyi səs gücləndiriciləri, klaviaturaları, zaryadka akkumulyatorunu oğurlayaraq həmin kitabxanadan tapdığı göy rəngli sellofan torbaya yığmış, daha sonra kitabxananın birinci mərtəbəsinə enmiş və orada olan sərinkeşi, stolüstü lampanı, elektrik qızdırıcısını və iki ədəd monitorları, bir ədəd UPS aparatını götürüb sellofan torbaya yığıb birinci mərtəbədə giriş üçün olan plastik qapını açıb çıxmışdır. Kitabxanadan oğurluq edən zaman əli dəydiyi üçün kompyuter monitorundan biri yerə düşərək sınmış, buna görə də, həmin kompyuteri yerdən götürməmiş və orada qalmışdır. Oğurladığı əşyaları yaşadığı evə aparıb həyətyanı sahəsində gizlətmiş, səhəri gün oğurladığı əşyalardan stolüstü lampanı və kompyuter avadanlıqlarından dəqiq yadında qalmayan bir neçə hissəsini götürüb Bülbülə qəsəbəsində səyyar köhnə əşyaların alışı və satışı ilə məşğul olan tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib satmışdır. Lakin dəqiq neçəyə satdığını xatırlamır. Pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Qalan əşyaları isə Suraxannı RPİ-nin 31-ci PB-nin əməkdaşlarına təqdim etmişdir. Qeyd olunan oğurluqda istifadə etdiyi dəmir parçasım oğurluq etdikdən sonra yol gedərkən hazırda yadında qalmayan bir yerdə atmışdır. Bundan başqa 18 aprel 2022-ci il tarixdə təxminən gecə saat 02:00 radələrində tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Abdullayev küçəsində işıq yanmayan bir evə yaxınlaşıb ətrafa baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin evin hasarından həyətə tullanmış və həmin həyətdə olan evə yaxınlaşmışlar. Kamran evin pəncərəsini zərbə ilə vurmasıç nəticəsində pəncərə açılmış, bundan sonra evə daxil olmuşlar. Həmin evdə üç ədəd içərisinə baxmadıqları qutuları götürüb həmin evdən çıxmışlar. Biraz uzaqlaşdıqdan sonra Əmircan qəsəbəsində göl qırağına çatanda oğurladıqları 3 karobkanı açdıqların içərisində 4 ədəd tikiş maşını, ütü, eləcə də dəqiq bilmədikləri bir neçə əşyalar olduğunu görmüşlər. Həmin əşyaları orada gizlədib hərəsi öz evinə getmişdir. Səhəri günü Kamran onu çağırıb bildirmişdir ki, həmin əşyaları tanımadığı şəxsə satmışdır, lakin neçəyə satdığını bilməmişdir. Kamran həmin puldan ona və 30 manat pul vermişdir. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Lakin ona qarşı irəli sürülmüş ittihamda digər epizodlar üzrə özünü təqsirli bilmir. Belə ki, qeyd etdiyi üç evdən başqa heç yerə oğurluq məqsədi ilə daxil olmayıb. Bundan başqa 15 mart 2022-ci il tarixdə, 11:00 radələrində ünvan 15 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və ondan şəxsiyyəti barədə maraqlandıqlarında özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib Suraxanı RPİ-nə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinə getmişdir. Orada üzərində şəxsi axtarış keçirilmiş, lakin axtarış zamanı üzərindən hər hansı narkotik vasitə aşkar olunmamamışdır. Belə ki, o həmin gün ümumiyyətlə heç bir narkotik vasitədə istifadə etməmiş, həmçinin üzərindən gəzdirməmişdir. Sonda o, törətdiyi üç epizod üzrə oğurluq əməllərindən səmimi peşman olduğunu, oğurladığı əşyaların bir qismini zərərçəkmiş şəxslərə geri qaytardığını, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ilə aralarında barışıq əldə etməklə sonuncuya vurduğu maddi zərəri ödəyəcəyini öhdəsinə götürdüyünü bildirmiş, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 18 aprel 2022-ci il tarixdə Xəyal onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, onunla görüşüb biraz söhbət etdikdən sonra pula ehtiyacları olduğu üçün ümumi oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra 18 aprel 2022-ci il tarixdən 19 aprel 2022-ci il tarixə keçən gecə təxminən saat 02:00 radələrində Əmircan qəsəbəsində görüşmüşlər, sonra Əmircan qəsəbəsi, N.Abdulayev küçəsində yerləşən bir evin qarşısına gəlib həmin evdə işıq yanmadığını görüb evdə heç kəs olmadığını anlamışlar. Bundan sonra həyətə boylanıb heç kimin olmadığını görüb hasara qalxıb həyətə düşmüşlər. Həmin həyətdə olan evə yaxınlaşıb evin pəncərələrindən birinin kilid hissəsindən zərbə ilə vurub açmış və pəncərədən həmin evə daxil olub evi axtarmağa başlamışlar. Bu zaman həmin evdə 3 ədəd içərisində hansısa əşyalar olan karobka görüb köməkləşib həmin karobkaların üçünü də götürərək çölə çıxarmışlar. Əmircan qəsəbəsində olan gölün yanına gəlib həmin 3 karobkanı açıb içərisində, ütü, tikiş maşınları, eləcə də başqa bəzi əşyalar olduğunu görmüşlər. Həmin oğurladıqları əşyalar olan 3 ədəd karobkanı gölün yanında gizlədib yaşadıqları evə getmişlər. Səhəri gün həmin əşyaları “Rus bazarı”na aparıb tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib hazırda yadında qalmayan məbləğə satmışdır. Həmin günü həmin puldan 30 manatını Xəyalla görüşüb ona vermiş, qalan pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 21 aprel 2022-ci il tarixdə ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 21 aprel 2022-ci il tarixdə gecə təxminən saat 04:00 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində piyada gəzib oğurluq etmək üçün ev axtaran zaman N.Abdullayev küçəsində həyət sahəsi geniş olan və ot basmış bir torpaq sahəsi görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Ətrafına baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evin həyətinin giriş darvazasının açıq olduğunu görüb içəri daxil olmuş, həmin həyətdə saxlanc yeri kimi istifadə olunan yerə yaxınlaşıb qapısının açıq olduğunu görüb içəriyə girib qırmızı rəngli bir ot biçən aparatı və iki ədəd direl aparatını götürüb çölə çıxmışdır. Sonra küçəyə boylanıb heç kimin olmadığıdan əmin olduqdan sonra ot biçən aparatı bir əlində, digər iki direli isə əvvəlcədən özü ilə götürdüyü torbaya qoyaraq oradan uzaqlaşmışdır. Həmin oğurladığı əşyalardan drelləri Əmircan qəsəbəsində metal qəbul edən şəxsə özünə məxsus olduğunu bildirib 30 manata satmış, pulu öz ehtiyacları üçün xərcləmişdir. Ot biçən aparatı isə yaşadığı evin həyətində saxlamışdır ki, sonra satıb pul əldə etsin. Sonda törətdiyi oğurluq əməllərindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəməklə aralarında barışıq əldə etdiklərini bildirmiş, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onların təqsiri Təqsirləndirilən şəxs1 qismən etirafedici, Təqsirləndirilən şəxs2 etirafedici ifadələri ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 17 noyabr 2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən ünvan 16 ünvanda yerləşən Bakı şəhər Suraxanı rayon X2 Mərkəzi Kitabxananın direktoru vəzifəsində çalışır. Həmin kitabxana Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin balansındadır.xx.xx.2022-ci il tarixdə saat 08:20 radələrində işə gələn zaman həyətə darvazadan daxil olduqda kitabxananın birinci mərtəbəsinə daxil olmaq üçün isifadə olunan plastik qapının açıq olduğunu və ümumi binaya baxdıqda binanın kənarından ikinci mərəbəyə daxil olmaq üçün istifadə olunan pilləkənin yuxarısında olan divara bərkidilmiş dəmir barmaqlıqların və plastik qapının sındırıldığım aşkar etmişdir. İçəriyə nəzər yetirdikdə ikinci mərtəbədə otaqdan ümumi dəyəri 1200 manat olan LG markalı stolüstü kompyüter dəstinin, ümumi dəyəri 280 manat, hər birinin dəyəri isə 35 manat olan 8 ədəd səsgücləndirici kolonka aparatlarının, ümumi dəyəri 77 manat 88 qəpik, hər birinin dəyəri isə 38 manat 94 qəpik olan iki ədəd klavyaturanm, birinci mərtəbədən isə ümumi dəyəri 90 manat 86 qəpik olan bir ədəd sərinkeşin, ümumi dəyəri 42 manat olan bir ədəd elektrik qızdırıcısının, ümumi dəyəri 200 manat, hər birinin dəyəri isə 100 manat olan iki ədəd monitorun, ümumi dəyəri 10 manat 30 qəpik olan bir ədəd stolüstü lampanın, ümumi dəyəri 190 manat, hər birinin dəYəri isə 95 manat olan iki ədəd UPS “ Merkuri” markalı aparatın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinə 2091 manat 4 qəpik maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi zərərin ödənilməyini, sonuncuya qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmənin 17 noyabr 2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tikiş avadanlıqları almaq üçün müraciət etmiş, 02 aprel 2022-ci il tarixdə ona Bakı şəhəri Suraxanı rayonu Məşğulluq idrəsindən onun istədiyi əşyaları təhvil vermək üçün dəvət etmişlərr. Həmin yerə gedib onlardan ümumi dəyəri 550 manat olan tək iynəli, masalı tikiş maşınını, ümumi dəyəri 700 manat olan sənaye 4 saplı overlok masalı tikiş maşınını, ümumi dəyəri 800 manat olan sənaye mənşəli masalı tikiş maşınını, ümumi dəyəri 1600 manat olan sənaye bloklu masalı tikiş maşınını, ümumi dəyəri 750 manat olan ütü masasını, ümumi dəyəri 500 manat olan buxar ütüsünü və ümumi dəyəri 160 manat olan monikeni təhvil alıb yaşadığı ünvana aparmışdır. xx.xx.2022-ci il tarixdə əşyaları evə aparıb yığmış, sonradan həmin evini təmir etməyə başladığı üçün qardaşıgilə müvəqqəti getmişdir. Təmir etdirfiyi ünvanda heç kim yaşamamışdır. xx.xx.2022-ci il tarixdə qardaşı evə baş çəkmiş, növbəti dəfə xx.xx.2022-ci il tarixdə evə getdikdə evin plastik pəncərəsinin açıq olduğunu görüb evə nəzər yetirmişdir. Evdən oğurluq olduğunu başa düşüb ona zəng etmiş, həmin vaxt İsmayıllı rayonunda olduğu üçün Bakıya qayıtmış, evə nəzər yetirdikdə orada olan məşğulluq idarəsinin ona verdiyi yuxarıda qeyd etdiyi əşyaların, bundan başqa ümumi dəyəri 100 manat olan 01 ədəd süfrənin, ümumi dəyəri 200 manat, hər biri 100 manat olan iki ədəd xalçanın, ümumi dəyəri 200 manat olan 01 ədəd namaz xalçasının, ümumi dəyəri 100 manat olan 01 ədəd mis tavanın, ümumi dəyəri 500 manat olan müxtəlif çeşidli qab-qacaq dəstinin, ümumi dəyəri 200 manat olan 01 ədəd Samsung markalı plazma televizorun, ümumi dəyəri 150 manat olan 01 ədəd su qızdırıcı aparatın, ümumi dəyəri 60 manat olan 01 ədəd su mühərriki və ümumi dəyəri 60 manat olan 01 ədəd qazanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 6630 manat maddi ziyan dəymişdir. Məhkəmənin sonrakı tarixli iclasında məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi zərərin ödənildiyini, ƏlTəqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərərin sonuncuya düşən hissəsini hər ay 300 manat olmaqla ödəyəcəyinə dair öhdəlik götürüldüyünü, buna dair aralarında müqavilə bağladıqlarını, qeyd olunanlara əsasən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin 17 noyabr 2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay aylarından ünvan 18 ünvanda ev tikdirməyə başlamışdır. Sonuncu dəfə 30 mart 2022-ci il tarixdə saat təxminən 17 radələrindən evə baş çəkdikdən sonra oradan çıxmışdır. Ev demək olar ki hazırdır. Hal-hazırda da usta işləmir. Evə lazım olan əşyaları alıb evin zirzəmisinə yığmışdır. Lakin həmin zirzəminin qapısı yoxdur. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində evə yenidən getdikdə əvvəlcədən evin həyətinə giriş hissəni divara dəmir bərkidib məftillə bağlamışdır. Həmin məftilin qırıldığını və dəmir listin açıq olduğunu görmüş, evə nəzər yetirdikdə evin zirzəmisində saxladığı ümumi dəyəri 100 manat olan keramika materialından olan bir ədəd əl-üz yuyan, ümumi dəyəri 110 manat olan mis materialından olan bir ədəd əl-üz yuyan, ümumi dəyəri 75 manat olan bir ədəd əl-üz yuyan krant, ümumi dəyəri 150 manat olan bir ədəd su qızdırıcı aparatın, ümumi dəyəri 1430 manat olan bir ədəd “İmmergas” markalı kombi aparatının, ümumi dəyəri 150 manat, hər bükümü 75 manat olan iki ədəd 100 metrlik kabelin, ümumi dəyəri 50 manat olan bir ədəd dəmir arabanın, ümumi dəyəri 30 manat olan müxtəlif ölçülü plastmas boruların, ümumi dəyəri 50 manat, hər biri 25 manat olan iki ədəd kabab bişirmək üçün istifadə olunan dəmir setkanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 2145 manat maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi zərərin ödənilməyini, sonuncuya qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmənin 17 noyabr 2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X8 ifadəsində göstərmişdir ki, yaşadığı evdən oğurluq olması ilə bağlı DİN-nin 102 xidmətinə məlumatı, eləcə də, Suraxanı RPİ-nin 30-cu Pş-nə ərizəni özü vermişdir. Belə ki, 2016-cı il tarixdən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində nömrəsiz ünvanda fərdi yaşayış evi tikdirmişdir və həmin vaxtdan həmin evdə tək yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 10:30 radələrində yaşadığı evdən işə getmək üçün çıxmış və həmin günü saat təxminən 23:45 radələrində yaşadığı evə qayıtmışdır. Evə daxil olduqda görmüşdür ki, evin pəncərəsi açıq vəziyyətdədir. Bundan sonra evə nəzər yetirdikdə ona məlum olmuşdur ki, evdən bir ədəd 200 manat dəyərində samovar, hər biri 100 manat dəyərində markalarım xatırlamadığı 3 ədəd qol saatları, hər biri 50 manat dəyərində 02 ədəd markasını xatırlamadığı ətirlər naməlum şəxs tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 600 manat dəyərində maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi zərərin ödənilməyini, sonuncuya qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmənin 17 noyabr 2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsində yerləşən sexi kirayə əsasında təxminən iki ilə yaxındır ki, işlədir. Eyni zamanda həmin sexdə şəriki Samir də işləyir. xx.xx.2021-ci il tarixdə şəriki Seymur ona zəng vurub sexin pəncərəsinin açıq olduğunu bildirmiş, bundan sonra həmin günü saat 12:00 radələrində sexə gəldikdə ona məlum olmuşdur ki, sexdən bir ədəd hava vuran kompressor naməlum şəxs tərəfindən oğurlanmışdır. Hadisə nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi zərərin ödənilməyini, sonuncuya qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmənin 05 aprel 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, ünvan 20 ünvanda ona məxsus fərdi yaşayış evi vardır. Həmin evdə təmir işləri yekunlaşmadığı üçün yaşayış yoxdur. Lakin, evə bəzi təmir alətləri yerləşdirmişdir ki, təmir işlərinə başlayanda istifadə etsin. Hərdən gedib qeyd olunan ünvandakı evinə baş çəkmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin evə baş çəkmişdir. xx.xx.2022-ci il tarixdə səhər radələrində həmin evə baş çəkməyə getdikdə evin pəncərəsinin açıq olduğunu görmüş, bundan sonra evə baxış keçirdikdə ona məlum olmuşdur ki, naməlum şəxs tərəfindən evin içərisində olan ümumi dəyəri 500 manat olan üç ədəd istilik radiatorlarının, ümumi dəyəri 200 manat olan müxtəlif tikinti alətlərinin, lakin tikinti alətlərinin konkret olaraq neçə ədəd hansı alətlər olmasım hazırda xatırlamır və ümumi dəyəri 300 manat olan 7 ədəd işıq plafonlarının oğurlandığmı aşkar etmişdir. Qeyd olunan oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1000 manat dəyərində maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi zərərin ödənilməyini, sonuncuya qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evin həyətində saxlanc yeri kimi istifadə olunan yerdə təmizlik işləri gördükdən sonra yadından çıxıb qapını açıq qoymuş, xx.xx.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində evdən çıxıb həyətə direllər lazım olduğu üçün saxlanc yerinə baxdıqda orada ümumi dəyəri 700 manat olan qırmızı rəngli otbiçən aparatın və ümumi dəyəri 200 manat, hər birinin dəyəri 100 manat olan iki ədəd direl aparatının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 900 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 özünün notarial qaydada təsdiqlənmiş ərizəsini məhkəməyə ünvanlayaraq ərizəsində Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərərin ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs5 17 noyabr 2022-ci il, 06 dekabr 2022-ci il, 22 dekabr 2022-ci il, 12 yanvar 2023-cü il, 02 fevral 2023-cü il, 21 fevral 2023-cü il və 10 mart 2023-cü il tarixlərə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-95/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs5 məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmış, qərarın icrası Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. Lakin sonuncunun olduğu yer müəyyən olunmadığından Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, yaşadığı ev iki mərtəbəlidir. Birinci mərtəbəsində yaşayış yoxdur. İstifadə olunmayan əşyaları birinci mərtəbədə saxlayır. İkinci mərtəbədə də övladları ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində evin yan hissəsindən birinci mərtəbənin taxta pəncərəsinin torunun sökülüb açıq olduğunu görmüş, içəri nəzər yetirdikdə orada olan ümumi dəyəri 50 manat olan 01 ədəd simsiz ev telefonu, ümumi dəyəri 150 manat olan xurustal qab dəsti, ümumi dəyəri 400 manat olan 01 ədəd “LG” markalı televizor və həyətdə kilidi olmayan saxlanc yerindən isə ümumi dəyəri 200 manat olan qab-qacaq dəsti, ümumi dəyəri 100 manat olan 01 ədəd somavarın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 900 manat maddi ziyan dəymişdir. Məhkəmənin 02 may 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat keçmiş müvəkkili, polis baş leytenantı, hazırda Bakı şəhər Polis İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsindən göstərmişdir ki, 15 mart 2022-ci il tarixdə ünvan 21 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə saat 11:05 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 ünvan 22 ünvanın qarşısında saxlanılarmış və Suraxanı RPİ-nə gətirilmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Sail Hacıyev tərəfindən Təqsirləndirilən şəxs1 dövət hesabına müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra Suraxanı RPİnin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Nokia” markalı mobil telefonu və əynindəki şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərində qoymuşdur. Həmin büküm baş təhqiqatçı tərəfindən açılmış, bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Tərlan adlı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmiş, keçirilmiş baxışla bağlı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Suraxanı RPİ-nin NMB-nin əməliyyat keçmiş müvəkkili, polis baş leytenantı, hazırda Bakı şəhər Polis İdarəsinin əməliyyat müvəkkili Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, bacısı Zərərçəkmiş şəxs3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tikiş avadanlıqları almaq üçün müraciət etmişdir. 02 aprel 2022-ci il tarixdə onu Bakı şəhəri Suraxanı rayonu Məşğulluq idrəsindən istədiyi əşyaları təhvil vermək üçün dəvət etmişlər. Bacısı oraya gedərək onlardan ümumi dəyəri 550 manat olan tək iynəli, masalı tikiş maşınını, ümumi dəyəri 700 manat olan sənaye 4 saplı overlok masalı tikiş maşınını, ümumi dəyəri 800 manat olan sənaye mənşəli masalı tikiş maşınını, ümumi dəyəri 1600 manat olan sənaye bloklu masalı tikiş maşınını, ümumi dəyəri 750 manat olan ütü masasını, ümumi dəyəri 500 manat olan buxar ütüsünü və ümumi dəyəri 160 manat olan monikeni təhvil alıb xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 24 ünvanına aparmışdır. Bacısı Nailə evi təmir etməyə başladığından, evin təmirinə nəzarəti ona tapşırmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin evə baş çəkmişdir. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə evə getdikdə evin plastik pəncərəsinin açıq olduğunu görüb evə nəzər yetirdikdə evdən oğurluq olduğunu başa düşüb bacısı Nailəyə zəng vurub məlumat vermişdir. Bacısı Nailə də, həmin vaxt İsmayıllı rayonunda öz atası evindəş olduğundan Bakıya gəlmiş, evə nəzər yetirdikdə orada olan məşğulluq idarəsinin ona verdiyi yuxarıda qeyd etdiyi əşyaların, ümumi dəyəri 100 manat olan 01 ədəd süfrənin, ümumi dəyəri 200 manat, hər biri 100 manat olan iki ədəd xalçaların, ümumi dəyəri 200 manat olan 01 ədəd namaz xalçasının, ümumi dəyəri 100 manat olan 01 ədəd mis tavanın, ümumi dəyəri 500 manat olan müxtəlif çeşidli qab-qacaq dəstinin, ümumi dəyəri 200 manat olan 01 ədəd Samsung markalı plazma televizorun, ümumi dəyəri 150 manat olan 01 ədəd su qızdırıcı aparatın, ümumi dəyəri 60 manat olan 01 ədəd su mühərriki və ümumi dəyəri 60 manat olan 01 ədəd qazanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 25 ünvanda yerləşən lepka sexində usta işləyir. Həmin sexi Zərərçəkmiş şəxs8 ilə birlikdə şərik işlədirlər. xx.xx.2021-ci il tarixdə qeyd olunan sexi bağlayıb yaşadığı evə getmiş, xx.xx.2021-ci il tarixdə saat təxminən 11:00 radələrində sexə işə gəldikdə görmüşdür ki, sexin pəncərəsinin çərçivəsi qırılıbdır, pəncərə isə açıq vəziyyətdədir. Bundan sonra sexə girdikdə görmüşdür ki, sexdə olan bir ədəd hava kompressoru aparatı naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra zəng vurub Ceyhuna məlumat vermişdir. İş materiallarında olan “Təqdim edilmiş əşyalar baxış keçirilməsi haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğurladığı bir ədəd kiçik ölçülü ot biçən aparatı istintaqa təhvil vermişdir. İş materiallarında olan “Təqdim edilmiş əşyalar baxış keçirilməsi haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurladığı bir ədəd LG markalı, 32LK310 model televizoru, bir ədəd LG markalı adapter, iki ədəd Genius markalı səsgücləndirici, bir ədəd Genius markalı siçan (maus), iki ədəd kompyuter naqili, bir ədəd Samsung markalı sistem bloku, bir ədəd LG markalı, 2015-ci il istehsalı 19 M37A model monitor, bir ədəd Atech markalı klavyatura, bir ədəd Genius markalı klavyatura, bir ədəd sərinkeş, iki ədəd bölüm istilik radiatorunu və bir ədəd 24 kv “İmmergas” markalı kombi aparatını istintaqa təhvil vermişdir. İş materiallarında olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 09 avqust 2022-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs6 ona təqdim olunmuş bir ədəd 24 kv “İmmergas” markalı kombi aparatının ona məxsus olduğunu, onun evindən oğurlanmış əşya olduğunu bildirdi. İş materiallarında olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 13 avqust 2022-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs5 ona təqdim olunmuş bir ədəd LG markalı, 32LK310 model televizorun ona məxsus olduğunu, onun evindən oğurlanmış əşya olduğunu bildirdi. İş materiallarında olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 16 avqust 2022-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs4 ona təqdim olunmuş bir ədəd kiçik ölçülü ot biçən aparatın ona məxsus olduğunu, onun evindən oğurlanmış əşya olduğunu bildirdi. İş materiallarında olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 19 avqust 2022-ci il tarixli protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim olunmuş bir ədəd LG markalı adapter, iki ədəd Genius markalı səsgücləndirici, bir ədəd Genius markalı siçan (maus), iki ədəd kompyuter naqili, bir ədəd Samsung markalı sistem bloku, bir ədəd LG markalı, 2015-ci il istehsalı 19 M37A model monitor, bir ədəd Atech markalı klavyatura, bir ədəd Genius markalı klavyatura, bir ədəd sərinkeş, iki ədəd bölüm istilik radiatorunun ona məxsus olduğunu, onun evindən oğurlanmış əşyalar olduğunu bildirdi. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 mart 2022ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Nokia” markalı mobil telefonu və əynindəki şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərində qoymuşdur. Həmin büküm baş təhqiqatçı tərəfindən açılmış, bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni “Tərlan” adlı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 16 mart 2022-ci il tarixli 6/1510 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bukumdə təmiz çəkisi 0,775 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindır. Ümumi təmiz çəkisi 0,775 qram heroinin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,725 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 16 mart 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üzərində ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzıərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, göy rəngli cins şalvarının sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Nokia” markalı mobil telefonu və əynindəki şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi bir ədəd bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşuldııqda həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və ona məxsus olduğunu, həmin narkotik vasitəni “Tərlan” adlı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, həmin büküm qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra İlham Məmmədovun üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 24 avqust 2022-ci il tarixli 4710 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 29 iyun 2022-ci il tarixli 9/4536 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin aprel ayına orta bazar qiyməti bir ədəd 24 kv “İmmergas” markalı kombi aparatı 450 manat, bir ədəd LG markalı adapter 3 manat, iki ədəd Genius markalı səsgücləndirici hər biri 15 manat, bir ədəd Genius markalı siçan (maus) 3 manat, iki ədəd kompyuter naqili hər biri 2 manat, bir ədəd Samsung markalı sistem bloku 80 manat, bir ədəd LG markalı, 2015- ci il istehsalı 19 M37A model monitor 50 manat, bir ədəd Atech markalı klavyatura 15 manat, bir ədəd Genius markalı klavyatura 15 manat, bir ədəd sərinkeş 10 manat, iki ədəd bölüm istilik radiatoru hər biri 10 manat, bir ədəd LG markalı, 32LK310 model televizor 80 manat, bir ədəd kiçik ölçülü ot biçən aparat 100 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin təqdim etdiyi tələbnamələrə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 bir ədəd LG markalı, 32LK310 model televizoru, Zərərçəkmiş şəxs4 bir ədəd kiçik ölçülü ot biçən aparatını, Zərərçəkmiş şəxs1 bir ədəd LG markalı adapter, iki ədəd Genius markalı səsgücləndirici, bir ədəd Genius markalı siçan (maus), iki ədəd kompyuter naqili, bir ədəd Samsung markalı sistem bloku, bir ədəd LG markalı, 2015-ci il istehsalı 19 M37A model monitor, bir ədəd Atech markalı klavyatura, bir ədəd Genius markalı klavyatura, bir ədəd sərinkeş, iki ədəd bölüm istilik radiatorunu, Zərərçəkmiş şəxs6 bir ədəd 24 kv “İmmergas” markalı kombi aparatını işlək vəziyyətdə təhvil almışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiqlənmiş 18 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər ödənilmişdir, sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış 27 aprel 2023-cü il tarixli “Barışıq razılaşması haqqında” müqavilədən görünür ki, Təqsirləndirilən şəxs1 dəymiş ziyanın ödnilməsi üçün hər ayın 30-a qədər bank vasitəsilə 200 manat məbləğində pulu Zərərçəkmiş şəxs3 ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Zərərçəkmiş şəxs3 01 may 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər ödənilmişdir, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Beləliklə yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 digər epizodlar üzrə oğurluq əməllərini törətməməsi, həmçinin polis əməkdaşları tərəfindən saxlanıldığı gün üzərində qanunla dövriyyəsi qadağan olunmuş heç bir narkotik vasitənin olmamasına dair ifadəsi işdə olan sübutlarla, o cümlədən şahidlərinin ifadəsi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 30 sentyabr 2021-ci il tarixdə gecə saat 02:00 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində piyada gəzib oğurluq etmək üçün ev və ya obyekt axtaran zaman Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsində yerləşən lepka sexini görmüş və işıqları yanmadığından içəridə heç kimin olmadığını başa düşmüş, ətrafa baxıb heç kimin olmadığına və onu görmədiyinə əmin olduqdan sonra həmin sexə yaxınlaşıb sexin pəncərəsinin çərçivəsini küçədə yerdən tapdığı dəmir parçası ilə qırıb pəncərəni açıb sexə daxil olmuşdur. Həmin sexdən bir ədəd kompessor aparatını götürmüş, başqa oğurlamaq üçün bahalı hər hansı bir əşya tapa bilmədiyinə görə bir ədəd kompressoru götürüb həmin sexdən çıxıb oradan uzaqlaşmışdır. Həmin kompressoru yaşadığı evin yaxınlığına gətirib gizlətmiş və səhərisi gün oğurladığı qeyd olunan aparatı Sabunçu qəsəbəsində yerləşən “rus bazarı” deyilən yerə aparmış və orada tanımadığı şəxsə cəmi 45 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Oğurluqda istifadə etdiyi dəmir parçasını isə hazırda xatırlamadığı bir yerdə oğurluqdan sonra evə gedərkən küçəyə atmışdır. Bundan başqa 15 mart 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Bülbülə qəsəbəsində Tərlan adlı şəxsdən 10 manata öz istifadəsi üçün bir büküm narkotik vasitə heroin almış və aldığı narkotik vasitəni daha sonra istifadə etməyi üçün üzərində saxlamışdır. Təxminən bir saat sonra, yəni 15 mart 2022-ci il tarixdə 11 radələrində ünvan 15 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və ondan şəxsiyyəti barədə maraqlandıqlarında özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib Suraxanı RPİ-nə dəvət etmişlər. Bundan sonra razılaşıb polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəlmiş, Suraxanı RPİ-də şəxsiyyəti müəyyən olunduqdan sonra hüquq və vəzifələri ona izah olunmuş və dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmiş, özü də buna etiraz etməmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verildikdə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü və şalvarının sol yan cibindən üzərində ***-***-**-** sayı mobil nömrə olan bir ədəd Nokia markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Aşkar edilmiş büküm açılaraq içərisinə baxıldıqdan sonra həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etdiyini soruşduqlarında həmin bükümün içərisində narkotik vasitə olduğunu, Tərlan adlı şəxsdən cəmi 10 manata öz şəxsi istifadəsi üçün alıb sonra istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Sonra polis əməkdaşları üzərinə baxış keçirmiş, lakin hər hansı bir qanunsuz əşya, büküm və ya maddə aşkar olunmamışdır. Daha sonra həmin bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Narkotik vasitəni əldə etdiyi Tərlan adlı şəxsin soyadını, əsil adını və ata adını bilmir. Həmin şəxs özünü Tərlan kimi təqdim etmişdir. Tərlan adlı şəxsin konkret olaraq ünvanını və harada yaşadığını bilmir. Bundan başqa 29 mart 2022-ci il tarixdə təminən saat 21:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində piyada gəzib oğurluq etmək üçün ev axtaran zaman həmin ərazidə olan həyət evlərindən birində işıq yanmadığını görmüş, həmçinin həyətə giriş qapısını açdıqda bağlı olduğunu görüb həmin ünvanda heç kəs olmadığını bilmişdir. Bundan sonra küçədə heç kəs olmadığım görüb daş hasaradan həyətə keçmiş, həyətdəki bir mərtəbəli fərdi yaşayış evinə yaxınlaşıb evin plastik pəncərəsini əlilə basıb açaraq evə daxil olmuşdur. Bundan sonra evdən pul və qiymətli əşya axtarmağa başlamış, lakin həmin evdən pul tapa bilməmişdir. Sonra həmin evdən bir ədəd od samovarı, 03 ədəd markalarına fikir vermədiyi qol saatı və 02 ədəd ətir oğurlamış və başqa dəyərli əşya tapa bilmədiyi üçün həmin evə daxil olduğu pəncərədən həyətə çıxaraq oradan daş hasardan küçəyə çıxıb uzaqlaşmışdır. Səhəri gün oğurladığı əşyaları Sabunçu qəsəbəsində yerləşən “rus bazarı” deyilən yerə aparmış və orada tanımadığı şəxsə həmin əşyaların özümə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirib cəmi 185 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 01 aprel 2022-ci il tarixdə təxminən gecə saat 01:00 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi E.Həsənov küçəsində piyada gəzib oğurluq etmək üçün ev axtaran zaman həmin ərazidə olan həyət evlərindən birində yaşayış olmadığını başa düşmüş, bundan sonra ətrafına baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evin giriş hissəsində olan dəmir məftili yerdən tapdığı dəmir parçası ilə sındırıb həyətə daxil olmuşdur. Bundan sonra evin zirzəmisinə daxil olub əl-üz yuyan krant, su qızdırıcı aparat, bir ədəd kombi aparatı, elektrik naqili, bir ədəd araba, bir qədər plastik boru, eləcə də, iki ədəd kabab bişirmək üçün olan dəmir setkanı götürüb zirzəmidən çıxarmış və oradan oğurladığı arabaya yükləyib ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra çölə çıxmış və araba ilə oğurladığı digər əşyaları daşıyıb yaşadığı evə gətirmişdir. Səhəri günü həmin əşyaları aparıb “Rus bazarı”nda tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib hazırda yadında qalmaya bir məbləğə satmış, pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bir ədəd kombi aparatını isə yaşadığı evin həyətində saxlamışdır ki, daha sonra satıb pul əldə etsin. Bundan başqa 12 aprel 2022-ci il tarixdə gecə təxminən saat 03:00 radələrində yaşadığı evdən çıxaraq Bülbülə qəsəbəsində piyada gəzərək oğurluq etmək üçün ev axtarmağa başlamış, bu zaman Bülbülə qəsəbəsində olan mərkəzi kitabxananın yanından keçərkən həmin kitabxanadan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də, ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin kitabxananın binasının yanında olan dəmir borudan tutub yuxarı çıxmış, daha sonra kitabxananın pilləkənləri ilə qalxaraq 2-ci mərtəbəyə çıxmışdır. 2-ci mərtəbədə pilləkənin yuxarısında olan divara bərkidilmiş dəmir barmaqlığı və plastik qapının klidini yerdən tapdığı dəmir parçası ilə qırıb kitabxanaya daxil olmuşdur. Bu zaman kitabxananın içərisində ikinci mərtəbədə masanın üstündən stol üstü kompyuter dəstini, dəqiq sayını bilmədiyi səs gücləndiriciləri, klaviaturaları, zaryadka akkumulyatorunu oğurlayaraq həmin kitabxanadan tapdığı göy rəngli sellofan torbaya yığmış, daha sonra kitabxananın birinci mərtəbəsinə enmiş və orada olan sərinkeşi, stolüstü lampanı, elektrik qızdırıcısını və iki ədəd monitorları, bir ədəd UPS aparatını götürüb sellofan torbaya yığıb birinci mərtəbədə giriş üçün olan plastik qapını açıb çıxmışdır. Kitabxanadan oğurluq edən zaman əli dəydiyi üçün kompyuter monitorundan biri yerə düşərək sınmış, buna görə də, həmin kompyuteri yerdən götürməmiş və orada qalmışdır. Oğurladığı əşyaları yaşadığı evə aparıb həyətyanı sahəsində gizlətmiş, səhəri gün oğurladığı əşyalardan stolüstü lampanı və kompyuter avadanlıqlarından dəqiq yadında qalmayan bir neçə hissəsini götürüb Bülbülə qəsəbəsində səyyar köhnə əşyaların alışı və satışı ilə məşğul olan tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib satmışdır. Lakin dəqiq neçəyə satdığını xatırlamır. Pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Qalan əşyaları isə Suraxannı RPİ-nin 31-ci PB-nin əməkdaşlarına təqdim etmişdir. Qeyd olunan oğurluqda istifadə etdiyi dəmir parçasım oğurluq etdikdən sonra yol gedərkən hazırda yadında qalmayan bir yerdə atmışdır. Bundan başqa, 13 aprel 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxaraq Bülbülə qəsəbəsində piyada gəzərək oğurluq etmək üçün ev axtarmağa başlayan zaman Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsində bir evin geniş həyətinin olması və həmin evin həyətini ot basmasını görmüş, bu zaman həmin evdə heç kimin yaşamadığını düşünmüş, bundan sonra ətrafına baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evin hasarına qalxıb həyətə düşmüş və həyətdə iki mərtəbəli ev olduğunu görmüşdür. Həmin evə yaxınlaşıb birinci mərtəbədə olan taxta pəncərələrdən birinin üstündə olan setkanı əlilə cırmış və evə daxil olub evi axtarmağa başladıqda yataq otağında “LG” markalı plazma televizoru görüb götürmüşdür. Daha sonra digər otaqlara baxmış və qonaq otağında olan dolabın üstündən simsiz ev telefonu və dolabın içindən xrustal qab-qacaq dəstini görüb həmin oğurladığı əşyaları çölə çıxarıb əvvəlcədən özü ilə götürdüyü torbanın içərisinə yığmış, eyni zamanda həmin evin həyətində olan saxlanc yeri kimi istifadə olunan yeri görüb həmi yerdən də bir deçə ədəd qazan dəstini götürüb torbanın içinə yığdıqdan sonra televizoru bir əlində, torbanı isə digər əlilə götürmüşdür. Hava təzə qaranlıqlaşdığından evin arxa tərəfinə boylanıb heç kimi görmədikdən sonra hasara qalxıb çölə çıxmışdır. Oğurladığı əşyaları yaşadığm evə aparıb gizlətmiş, səhəri gün isə oğurladığı əşyaları metal alış-satışı ilə məşğul olan tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib yaşadığı məhəllədə satmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Televizoru isə sonra satmaq üçün yaşadığı evin həyətində saxlamışdır. Bundan başqa, 18 aprel 2022-ci il tarixdə təxminən gecə saat 02:00 radələrində tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Abdullayev küçəsində işıq yanmayan bir evə yaxınlaşıb ətrafa baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin evin hasarından həyətə tullanmış və həmin həyətdə olan evə yaxınlaşmışlar. Kamran evin pəncərəsini zərbə ilə vurmasıç nəticəsində pəncərə açılmış, bundan sonra evə daxil olmuşlar. Həmin evdə üç ədəd içərisinə baxmadıqları karobkaları götürüb həmin evdən çıxmışlar. Biraz uzaqlaşdıqdan sonra Əmircan qəsəbəsində göl qırağına çatanda oğurladıqları 3 karobkanı açdıqların içərisində 4 ədəd tikiş maşını, ütü, eləcə də dəqiq bilmədikləri bir neçə əşyalar olduğunu görmüşlər. Həmin əşyaları orada gizlədib hərəsi öz evinə getmişdir. Səhəri günü Kamran onu çağırıb bildirmişdir ki, həmin əşyaları tanımadığı şəxsə satmışdır, lakin neçəyə satdığını bilməmişdir. Kamran həmin puldan ona və 30 manat pul vermişdir. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 20 aprel 2022-ci il tarixdə təxminən gecə saat 22:00 radələrində oğurluq etmək üçün Əmircan qəsəbəsində piyada gəzib ev axtaran zaman Vaqif küçəsində həyət evlərindən birində işıq yanmadığını görüb yaşayış olmadığı başa düşmüş, bundan sonra ətrafına baxıb heç kimin olmadığına əmin olduqdan sonra hasara qalxıb həyətə tullanmışdır. Bundan sonra həmin həyətdə yerləşən evə yaxınlaşmış və evin giriş qapısının sağ tərəfində yerləşən pəncərəni sıxıb açaraq evə daxil olmuşdur. Daha sonra həmin evin otaqlarım axtarmağa başlamış, bu zaman evdə olan 3 ədəd kombi radiatorunu, sonra həmin evdən müxtəlif tikinti alətlərini və bir neçə işıq plafonunu götürüb evə daxil olduğu pəncərədən çölə çıxarmışdır. Oğurladığı əşyaları səhərisi gün səyyar qaydada metal alış-satışı ilə məşğul olan tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib hazırda yadında qalmayan bir məbləğə satmış və əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə gəzdirməsi məhkəmə iclasında tədqiq edilmiş sonuncunun üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq 01 ədəd “DVD” diskdə köçürülmüş video görüntüdən də öz təsdiqini tapır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, Zərərçəkmiş şəxs3 ilə barışıq əldə edərək sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, hazırda məhkumluğunun olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməllərini qismən etiraf edərək səmimi peşman olmasını, ərərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə barışıq əldə edərək sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 15 mart 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 17 mart 2022-ci il tarixli, həmin tarixli qətimkan tədbirinin seçilməsi barədə qərarlardan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-454/2022 saylı, 02 may 2022-ci il tarixli, 4(010)-454/2022 saylı, 30 iyul 2022-ci il tarixli qərarlarından, qətimkan tədbirinin seçilməsi barədə 30 sentyabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 15 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü ilə ittiham elan edilmiş, həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 02 may 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri ilə ittiham elan edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-454/2022 saylı, 02 may 2022-ci il tarixli qərarı ilə əvvəli 30 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-454/2022 saylı, 30 iyul 2022-ci il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 02 (iki) ay uzadılmış, 30 sentyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir, 06 sentyabr 2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2ci, 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 15 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və 30 aprel 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək qətimkan tədbiri olaraq həbsdə saxlanıldığı 05 (beş) ay müddət, ümumilikdə 05 (beş) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,725 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməklə sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməklə sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 01 may 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 may 2022-ci il tarixli qərardan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-260/2022 saylı, 02 may 2022-ci il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından və 06 sentyabr 2022-ci il tarixli yenidən ittiham elan etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 01 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsindən həbs növündə qətimkan tədbirinin seçilməsindən imtina edilərək məhkəmə iclas zalından dərhal zad edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 06 sentyabr 2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 01 may 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqında protokoldan, 02 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan, həmin tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokoldan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-260/2022 saylı, 02 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 01 may 2022-ci tarixdə, saat 00:50-də şübhəli şəxs qismində tutulmuş, 02 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi saat 13:00-da başlamış, 14:00-da başa çatmış, barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi barədə məsələyə baxılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə verilmiş, məhkəmənin qərarı ilə dərhal məhkəmə iclas zalından azadlığa buraxılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 azadlığının məhdudlaşdırılması faktiki olaraq onun tutulduğu vaxtdan, yəni 02 may 2023-cü il saat 00:50-dan başlayaraq təqsirləndirilən şəxs qismində dindirilməsinin qurtarma vaxtı, yəni 02 may 2023-cü il saat 14:00-dan sonra da davam etməklə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin sonuncunun dərhal məhkəmə iclas zalından azadlığa buraxılması barədə qərarı qəbul edildikdən sonra başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 azadlığının məhdudlaşdırılması faktiki olaraq bir gündən artıq müddətdə davam etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 01 may 2022-ci il tarixdən 02 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə həmin müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmalı, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış bir ədəd LG markalı, 32LK310 model televizorun Zərərçəkmiş şəxs5, bir ədəd kiçik ölçülü ot biçən aparatın Zərərçəkmiş şəxs4, bir ədəd LG markalı adapter, iki ədəd Genius markalı səsgücləndirici, bir ədəd Genius markalı siçan (maus), iki ədəd kompyuter naqili, bir ədəd Samsung markalı sistem bloku, bir ədəd LG markalı, 2015-ci il istehsalı 19 M37A model monitor, bir ədəd Atech markalı klavyatura, bir ədəd Genius markalı klavyatura, bir ədəd sərinkeş, iki ədəd bölüm istilik radiatorunun Zərərçəkmiş şəxs1, bir ədəd 24 kv “İmmergas” markalı kombi aparatının Zərərçəkmiş şəxs6 qaytarılması nəzərə alınmalıdır. Həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, X5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs1 qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinə əsasən, iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 15 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və 30 aprel 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək qətimkan tədbiri olaraq həbsdə saxlanıldığı 05 (beş) ay müddət, ümumilikdə 05 (beş) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilən 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 03 may 2023-cü il tarixdən, saat 14:30-dan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və Təqsirləndirilən şəxs1 hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 01 may 2022-ci il tarixdən 02 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə həmin müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs2 təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd LG markalı, 32LK310 model televizorun Zərərçəkmiş şəxs5, bir ədəd kiçik ölçülü ot biçən aparatın Zərərçəkmiş şəxs4, bir ədəd LG markalı adapter, iki ədəd Genius markalı səsgücləndirici, bir ədəd Genius markalı siçan (maus), iki ədəd kompyuter naqili, bir ədəd Samsung markalı sistem bloku, bir ədəd LG markalı, 2015-ci il istehsalı 19 M37A model monitor, bir ədəd Atech markalı klavyatura, bir ədəd Genius markalı klavyatura, bir ədəd sərinkeş, iki ədəd bölüm istilik radiatorunun Zərərçəkmiş şəxs1, bir ədəd 24 kv “İmmergas” markalı kombi aparatının Zərərçəkmiş şəxs6 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, X5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs1 qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,725 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkumlar tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar