Məhkəmə qərarları › İş №1(010)-95/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-95/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-95/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1980-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 09 – 10 avqust 2023-cü il tarixləri üzrə tutulmuş, 10 avqust 2023cü il tarixdə barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 10 may 2024-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 02 fevral 2018-ci tarixdən başlayaraq 16 mart 2008-ci il tarixdə anadan olmuş X3 və 07 oktyabr 2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 154 manat və 07 oktyabr 2015ci il tarixdə anadan olmuş X8 üç yaşına çatanadək hər ay 30 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(010)-1931/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 3(010)-477/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 15 aprel 2021-ci il, 26 avqust 2021-cı il, 23 noyabr 2021-ci il, 07 fevral 2022-ci il, 01 avqust 2022-ci il və 01 dekabr 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 13 mart 2023-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 10.337,00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 29 dekabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından 16 mart 2008-ci il təvəllüdlü X7 və 07 oktyabr 2015-ci il təvəllüdlü X8 adlı iki uşaqları olmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs 2017-ci ildə məhkəməyə müraciət etdiyinə görə Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-1931/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, nikah qeydi ləğv edilməklə ondan 02 fevral 2018-ci il tarixdən başlayaraq, 16 mart 2008-ci il təvəllüdü X3, 07 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 154 manat olmaqla cəmi 308,00 manat və 07 oktyabr 2015-ci il təvəllüdlü X4 3 yaşına çatanadək isə əlavə olaraq 30 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə 12 mart 2018-ci il tarixdə Suraxanı rayon icra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildiriş və qərarın surəti ünvanına göndərilmişdir. Maddi imkanı olmadığına görə icraat dövründə məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunu ödəyə bilməmişdir. Bundan sonra Suraxanı Rayon Məhkəməsinin 8(010)-184/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Suraxanı Rayon Məhkəməsinin 3(010)-477/2021 saylı 17 mart 2021-ci il tarixli qərarı ilə yaranmış aliment borcunu ödəyə bilmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra ona yenidən müddət verilmiş, lakin həmin müddətdə də məhkəmə qərarının icrasını təmin edə bilməmişdir. Hazırda fərdi qaydada Laçın rayonu ərazisində usta kimi işləyir, orta hesabla aylıq gəliri 1.500 manat olur. Aylıq qazancını özünün zəruri tələbatları üçün xərcləyir. Məhkəmə qətnaməsi üzrə 02 fevral 2018-ci il tarixdən cinayət təqibi üçün təqdimat verilən günə, yəni 13 mart 2023-cü il tarixədək ödəməli olduğu 19.028 manat aliment borcundan, icra dövründə cəmi 8.691 manat ödəmiş, lakin təqdimat verilən günə ödənilməmiş aliment borcu 10.337 manat təşkil edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsə 10.337 manat məbləğində aliment borcundan 6.500 manat məbləğində ödəniş etmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşür və özünü təqsirli hesab edir. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2006-cı ilin noyabr ayının 19-da Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların nikahları Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində qanuni nikahlarından 16 mart 2008-ci il tarixdə Aytac adlı və 07 oktyabr 2015-ci il tarixdə Ayan adlı iki qız övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs aralarında ailə münasibətlərinin pozulması zəminində iki azyaşlı övladlarının taleyi ilə maraqlanmadığı üçün o, məcburiyyət qarşısında qalaraq 2017-ci ilin əvvəllərində iki azyaşlı övladlarını götürüb gəlin getdiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçdikdən sonra uşaqların böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyinə görə və Təqsirləndirilən şəxs bir ata kimi iki azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığı üçün o, məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs boşanma ərizəsi və iki azyaşlı övladlarının saxlanılmasından ötrü aliment tələbi ilə 2018-ci ilin əvvəllərində aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunan rayon məhkəməsi tərəfindən onların qeydə alınmış rəsmi nikahları ləğv olunaraq 02 fevral 2018-ci il tarixdən başlayaraq 07 oktyabr 2013-cü il təvəllüdlü X4 və 16 mart 2008-ci il təvəllüdü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə hər ay 154 manat, cəmi 308 manat alimentin və 07 oktyabr 2013cü təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 30 manat məbləğində pul X2 alınaraq ona ödənilməsinə dair 2(010)-1931/2018 saylı, 09 mart 2018-ci il tarixli qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ona ödəmədiyi üçün icra məmuru tərəfindən Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 3(010)-477/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Onda olan məlumata görə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhərinin müxtəlif ərazilərində ev tikinti-təmiri işləri ilə məşğul olaraq xeyli miqdarda qazanc əldə edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği tam olaraq ödəməyə maddi imkanı var və qərəzli olaraq aliment borcunu ödəməkdən yayınır. O, Təqsirləndirilən şəxs dəfələrlə alimentə görə borclu olduğu məbləği tələb etsə də, Aleksandr müxtəlif bəhanələr gətirərək aliment borcunu heç vaxt ödəməyəcəyini bildirmişdir. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni 13 mart 2023-cü il tarixədək ödəməli olduğu 19.028 manat aliment borcundan icra dövründə cəmi 8.691 manat ödəniş etmiş, lakin 10.337,00 manat məbləğində ödənilməmiş qalıq aliment borcu qalmışdır. Odur ki, qətnamə üzrə yaranmış aliment borcunu keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini ona qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı Şəhəri Suraxanı Rayon İcra İdarəsinin icra məmuru vəzifəsində işləyir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 09 mart 2018-ci il tarixli, 2(010)-1931/2018 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 02 fevral 2018-ci il tarixdən başlayaraq 07 oktyabr 2013-cü il təvəllüdlü X4 və 16 mart 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə hər ay 154 manat, cəmi 308 manat alimentin və 07 oktyabr 2013-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 30 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 12 mart 2018-ci il tarixdə şöbəyə daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İcra sənədi üzrə borclu barəsində tələbin yönələ biləcəyi əmlakların aşkar edilməsi üçün sorğularla müvafiq qurumlara müraciət edilmişdir. Lakin tərəfindən tələbin yönəldilə biləcək hər hansı bir əmlak aşkar edilməmişdir. Borclu 06 aprel 2018-ci il tarixdə şöbəyə dəvət edilmiş və ona icra sənədinin mahiyyəti izah edilərək izahatı alınmış və icraata başlamaq haqqında qərarın surəti borcluya təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs yaranmış aliment borcunu ödəmədiyi üçün borclu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq 17 mart 2021-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. 17 mart 2021-ci il tarixdə keçirilən məhkəmə prosesi zamanı borclu Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təqdimatla Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş və həmin rayon məhkəməsinin 06 may 2021-ci il tarixli, 8(010)-184/2021 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək müvəqqəti olaraq aliment borcu ödənilənədək məhdudlaşdırılmışdır. Qeyd olunan qərardad 08 iyun 2021-ci il tarixdə şöbəyə daxil olmuş və həmin tarixdə icra olunması üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə şöbəyə dəvət edilmiş ona aliment borcunu ödəmədiyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş, eyni zamanda borcluya işlə təmin olunması üçün Bakı Şəhəri Suraxanı Rayon Məşğulluq mərkəzinə göndəriş şəxsən təqdim edilmişdir. X6 3 saylı Ərazi Məşğulluq Mərkəzi Filialından şöbəyə daxil olmuş 23 noyabr 2021-ci il tarixli məktubda Filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxsla əlaqə saxlamağın mümkün olmadığı, Təqsirləndirilən şəxs işlə təmin olunmağına dair onlara müraciət etmədiyi qeyd edilmişdir. 11 yanvar 2022-ci il tarixdə borclunun qeydiyyatda olduğu və yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş, lakin baxış zamanı tələbin yönələ biləcəyi hər hansı əmlak aşkar edilməmiş və bu barədə akt tərtib olunmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1931/2018 saylı, 09 mart 2018-ci il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni 13 mart 2023-cü il tarixədək ödəməli olduğu 19.028 manat aliment borcundan icra dövründə 8.691 manat ödəniş etmiş, lakin 10.337 manat məbləğində ödənilməmiş qalıq aliment borcu qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X9 Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş proses iştirakçılarının ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan iş materiallarını də sübut növü kimi qəbul edir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-1931/2018 nömrəli iş üzrə 09 mart 2018-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 29 dekabr 2006-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış, 1528 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş uşaqları 16 mart 2008-ci il təvəllüdlü X7 və 07 oktyabr 2015-ci il təvəllüdlü X1 Dilanə Mehram qızının yanında saxlanılmaları, 16 mart 2008-ci il təvəllüdlü X3 və 07 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 fevral 2018-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment və 07 oktyabr 2015-ci il təvəllüdlü X4 3 yaşına çatanadək isə əlavə olaraq 30 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan 31 iyul 2018-ci il tarixli qərarın surətindən görünür ki, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından icra məmuru tərəfindən axtarış haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 3(010)-477/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 8(010)-184/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi üzrə borc bitənədək müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqi Xəqani Sadıqov tərəfindən qəbul edilmiş 04 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2023-cü ildə tutulmuşdur. İş materillarında olan qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, 10 avqust 2023-cü ildə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin məktubundan və axtarışda olan şəxsin protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2024-cü ildə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 09 – 10 avqust 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 10 may 2024-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 24 (iyirmi dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 – 10 avqust 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 10 may 2024-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 24 (iyirmi dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 50 (əlli) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 300 (üç yüz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məblərin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar