Məhkəmə qərarları › İş №1(010)-95/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-95/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-95/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X47 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X9, onun nümayəndəsi və vəkili 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, 27 avqust 1984-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 16-cı dərə, nömrəsiz fərdi evdə yaşayan, 27 iyul 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 22 avqust 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 314.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 314.2-ci maddələri ilə məhkəməyə verilmişdir ondan görə ki, o, “X55” MMC-nin direktoru kimi işə vicdansız və laqeyd münasibət göstərməklə öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə görə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmiş, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs kömək göstərmək imkanı olduğu və onun qayğısına qalmalı olduğu halda onun təhlükəli vəziyyətdə olduğunu və özünü qorumaq imkanından məhrum olduğunu bilə-bilə dərhal tibb müəssisəsinə aparmayaraq onu köməksiz vəziyyətdə qoymuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 13 mart 2024-cü il tarixdə qeydiyyata alınmış “X55” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru vəzifəsində işləyərkən heç bir tibbi təhsili və ona görə də cərrahi və estetik lisenziyası olmadığı halda ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsini icarəyə götürərək təsisçisi və rəhbəri olduğu hüquqi şəxsin fəaliyyətini ayrı-ayrı şəxslərə müxtəlif kosmetik və estetik problemlərin aradan qaldırılması xidmətlərinin göstərilməsi üzrə təşkil edərək, 2024-cü ilin aprel ayında müvafiq xidmətlərin göstərilməsi üçün ona müraciət etmiş qohumluq münasibətlərində olduğu 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənindən artıq piy təbəqəsinin götürülməsi prosedurunu icra etməyə razılıq verib, 15 aprel 2024-cü il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında kommersiya qurumunun rəhbəri kimi təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs olaraq işinə vicdansız və laqeyd münasibət göstərməklə öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək Zərərçəkmiş şəxs ixtisaslı tibb müəssisəsində müayinədən keçirilərək diaqnostikası aparılmadan, cərrahiyyə əməliyyatının keçirilməsinə tibbi göstərişin mövcudluğu dəqiqləşdirilmədən, liposaksiya əməliyyatı zamanı gözlənilə biləcək risk və fəsadların, xüsusilə qanaxmanın qarşısının alınması üçün zəruri tədbirləri qabaqcadan təmin etmədən, zəruri əməliyyatxana, reanimasion, intensiv terapiya və laborator otaqlarının mövcüd olmadığı iş yerində anestezioloq kimi dəvət etdiyi, “Medikus” klinikasında işləyən Şahid1 tərəfindən anesteziya tədbirləri görüldükdən sonra, Zərərçəkmiş şəxs üzərində səhiyyə sistemində qüvvədə olan müvafiq protokol, təlimat və digər normativ aktların tələbləri pozulmaqla “liposaksiya-piysovurma” əməliyyatı icra edərək, onun boyun nahiyəsinin buxaq və çənə bucaqlarından, döş qəfəsinin ön, arxa və yan səthlərindən, qarın nahiyəsinin ön və yan səthlərindən, çanağın qalça-qasıq nahiyələrindən, onurğa sütununun döş-bel-omba nahiyələrindən piyləri alaraq, əməliyyatdan sonra onu ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirib müalicəsini davam etdirmək üçün saxlamalı olduğu, bununla da əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu halda onları görməyərək etinasızlıq göstərərək saat 23 radələrində Zərərçəkmiş şəxs özünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 16-cı Dərə nömrəsiz fərdi evə aparıb, orada tibb müəssisəsindən və həkim nəzarətindən kənar saxlamış, keçirdiyi cərrahiyyə əməliyyatının fəsadları olaraq növbəti gün, yəni 16 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs qanaxma baş verdikdə özü tərəfindən həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğu Zərərçəkmiş şəxs kömək göstərmək imkanı olduğu və onun qayğısına qalmalı olduğu halda onun təhlükəli vəziyyətdə olduğunu və özünü qorumaq imkanından məhrum olduğunu bilə-bilə dərhal tibb müəssisəsinə aparmayaraq, həmçinin təxirəsalmadan təcili tibbi yardım briqadası çağırmayaraq köməksiz vəziyyətdə qoymuş, 16 aprel 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs boyunun buxaq və çənə bucaqları nahiyyələrinin, döş qəfəsinin ön, arxa və yan səthlərinin, qarın nahiyəsinin ön və yan səthlərinin, çanağın qalça-qasıq nahiyələrinin, onurğa sütununun döş-bel-omba nahiyələrinin birmomentli liposaksiya cərrahiyyə əməliyyatı nəticəsində baş vermiş kəskin qan itirmədən ölməsi ilə, “X55” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi işə vicdansız və laqeyd münasibət göstərməklə öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə görə ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən boş qeyri-yaşayış sahəsini təxminən iki ay əvvəl icarəyə götürmüş, yeni üsulda təmir etmiş, içərisinə estektik mərkəz üçün lazımı olan avadanlıqlar yerləşdirmiş və adını “AzE Estektik Mərkəz” qoymuşdur. Fəaliyyət göstərdikləri zaman sahibkar ona əmlak çıxarışı vermədiyi üçün estektik mərkəzin fəaliyyət göstərməsi üçün lisenziya almamış və lisenziyasız olaraq fəaliyyət göstərmişdir. Həmçinin onun heç bir tibbi savadı olmamış, tibb sahəsi üzrə ali təhsil almamışdır. Estektik mərkəzin təxminən iki ay ərzində fəaliyyət istiqaməti lazer, kosmetologiya üzrə olmuş, həmçinin tibbi əməliyyatlar kosmeteloji sahə üzrə olmuşdur. Sonuncu hadisəyə qədər təqribən bir neçə dəfə əməliyyat, yəni liposaksiya-piysovurma əməliyyatları olmuş və heç bir problem yaranmamışdır. Hazırda baş verən hadisə ilə bağlı estektik mərkəz fəaliyyətini dayandırmışdır. Liposaksiya-piysovurma əməliyyatında özündən başqa anestezoloq Şahid1 iştirak etmiş, onunla heç bir əmək və ya xidməti müqavilə bağlamamışdır. Sonuncu onunla yalnız əməliyyat olandan-olana çalışmış və anestezoloq kimi fəaliyyətinin qarşılığında ona 200 manat pul vermişdir. Zərərçəkmiş şəxs onun qohumudur, çox yaxşı, mehriban münasibətdə olmuş, indiyə kimi aralarında heç bir münaqişə və konflik olmamışdır. Səbirə uzun müddətdir ki, liposaksiya-piysovurma əməliyyatı elətdirmək istəmiş və dəfələrlə bu barədə ona müraciət etmiş, lakin onlar razılaşmamışlar. Sonuncu dəfə Ramazan bayramında xalası Şəhlanın Xırdalanda yerləşən evində bayramı qeyd edən zaman Səbirə ona pulunun olmadığı üçün əməliyyat etmədiyini demiş, pis vəziyyətdə qaldığı üçün məcburən əməliyyat edəcəyini söz vermişdir. Bayramdan təqribən 4-5 gün sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlamış, harada analiz verməli olduğunu soruşmuş, “Referans” klinikasında analiz verməli olduğunu demiş və xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsilə analizin nəticəsini pdf formasında ona göndərmişdir. Anestezoloq Lamiyə analizin nəticələrinə baxmış və nəticələrin əməliyyat üçün normal olduğunu demişdir. Bundan sonra Səbirəylə əlaqə saxlamış və əməliyyat üçün sabah gəlməsini demiş, xx.xx.2024-cü il tarixdə saat 14-15 radələrində Səbirə “AzE Estektik Mərkəz”-ə gəlmişdir. Aparılacaq əməliyyatın daha gigiyenik olması üçün “Arash medical centre”-ə getmiş və oradan 500 manat məbləğində yeni məhsullar almışdır. Məhsulları gətirdikdən sonra anestezoloq Zərərçəkmiş şəxs inyeksiya yolu ilə propofol, fentalin və medazin dərmanlarını vurmuş və birlikdə əməliyyata başlamışlar. Əməliyyat təqribən 60-90 dəqiqə çəkmiş, uğurlu olmuş və əməliyyatdan sonra Səbirə dərhal ayılmışdır. Zərərçəkmiş şəxs güc yaranması üçün ona inyeksiya yolu ilə natriumxlor, multivita tərkibli vitaminlar vurulmuş, bu sistemlər vurulduqdan sonra Lamiyə Səbirəni ayağa qaldırmış, lakin, Səbirənin başı gicəllənməyə başlamışdır. Lamiyə Səbirənin təzyiqini ölçmüş, 120-nin 70-ə olduğu müəyyən edilmişdir. Daha sonra Lamiyə xəstəyə inyeksiya yolu ilə adrenalin və sadə ağrıkəsici dərmanlar vurmuş, bu dərmanlardan sonra Səbirənin yatacağını demişdir. O, Səbirəni özünə məxsus “Hyundai Santafe” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturtmuş və hər üçü onun avtomobili ilə getmiş, Yasamal RPİ-nin yaxınlığında olan “Bravo” marketin yaxınlığında Lamiyəni evinə getməsi üçün düşürmüş və onlar ikisi onun Qaraçuxur qəsəbəsində yerləşən mənzilinə getmişlər. Belə ki, Səbirə əməliyyatdan sonra iki gün onlarda qalması və onun tərəfindən müalicəsinə davam etdirməsini xahiş etmişdir. Evə çatanda Səbirə özü pilləkənləri çıxmış, həmin zaman qanaxması olmamış, yalnız yuxulu olduğunu və yatmaq istədiyini demişdir. Sonra Səbirə çay içmiş və divanda uzanıb yatmışdır. Saat 23:50 radələrində Səbirənin halı birdən-birə pisləşmiş, o dərhal Lamiyəyə zəng vurmuş və vəziyyəti başa salmışdır. Lamiyə xəstənin korsetini boşaltmasını, təcili şəkildə TTY əməkdaşlarını çağırmasını demişdir. Dərhal korseti boşaltmış və elə həmin ərəfələrdə “103” qaynar xəttə zəng vuraraq TTY əməkdaşlarını çağırmışdır. Həkimləri çağıran zaman Səbirə vəfat etməmişdir. Lamiyə taksi ilə yaşadığı evə gəlmiş, Səbirəyə ilkin tibbi yardım göstərməyə çalışmış, adrenalin və kardiamin dərman preparatlarını injeksiya yolu ilə sonuncuya vurmuşdur. Bu vaxt TTY əməkdaşlarına rahat şərait yaratması üçün qan ləkələrini silmişdir. Lamiyə evə çatdıqdan 2-3 dəqiqə sonra təcili tibbi yardım gəlmiş, lakin, TTY əməkdaşı artıq Səbirənin öldüyünü demişdir. Sonra isə hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Səbirə ilə mehriban olmuşdur, heç vaxt aralarında küskünlük olmayıb, olsaydı Səbirə əməliyyat üçün ona müraciət etməzdi. Səbirə əməliyyat olunmaq istəyirdi və o, Səbirəni “Azər-Türk Med” klinikasında cərrah Şövkət Əliyevanın yanına göndərmişdir. Şövkət Əliyeva əməliyyat üçün ondan yeddi min manat pul istəmişdir. Səbirə ona zəng edərək onun bu qədər pul verməyə imkanı çatmadığını demişdir. X52 ilə münasibəti var idi, bir-birlərini tanıyırdılar, onu da Şövkət Əliyeva əməliyyat etmişdir. O da Şövkət Əliyevaya zəng edərək endirim edib-etməyəcəyini soruşmuş, Şövkət Əliyeva dörd min yeddi yüz manata əməliyyat edəcəyini demişdir. Səbirə yenə də ona zəng edərək dörd min yeddi yüz manata imkanı çatmadığını, başqa vaxta qalmasını demişdir. O, şəkil paylaşanda Səbirə ona “bir gün bacını da əməliyyat et, hamını etdin bacı qaldı, mən də istəyirəm, yay gəlir, dənizə gedə bilməyəcəm, dənizə gedək, istirahətə gedək” deyirdi. Avqust ayında o, anası, qaynanası və Səbirəgil birlikdə istirahətə gedəcəkdilər, bilet də var idi. Sonradan bileti ləğv etmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq göstərmişdir ki, o, test imtahanından keçərək 2000-2004-cü illərdə Azərbaycan Beynəlxalq Universitetini psixoloji pedaqogika ixtisası üzrə təhsil almış, diplom almışdır. Onun həkimlik üzrə ali təhsili yoxdur. O, əvvəllər lazer fəaliyyəti ilə məşğul olmuşdur. O, liposaksiya əməliyyatı fəaliyyətinə yeni başlamış, Səbirəyə qədər dekabr ayından aprel ayına kimi təxminən 10- 15 əməliyyat etmişdi. Onun əməliyyat etmək üçün icazəsi yox idi, çünki başqa kasmetoloqlar əməliyyatlar edirdi deyə bunun qadağan olunduğunu, icazə almaq lazım olduğunu bilmirdi. Onun kosmetoloq sahəsində diplomu yox idi. O, Türkiyədə və Gürcüstanda təcrübə kurslarında iştirak etmişdi. Orada ya 15 gün ərzində sertifikatın təqdim olunması üçün qalmalı, ya da yenidən ora gedib sertifikatı götürməli idi, onun isə buna maddi imkanı çatmamışdır. Səbirə və ailəsi də bilirdi ki, o, həkim deyil, tibb sahəsində təhsili yoxdur. Hətta Səbirənin anası Sara da ona qarnını əməliyyat etməsini demişdir. O, Saranın İsmayıllıda keçirilən ad günündə iştirak etmişdir, hətta Sara ona orada qalmasını demişdir. Səbirə özü instagramda bir neçə həkimlərin səhifəsini izləyirdi, Səbirənin qohumu səhv etmirsə Sevinc adlı şəxs Şövkət həkimin işlədiyi xəstəxananın yaxınlığında yaşayırdı. Səbirə bir gün Sevincgilə gedəndə, Şövkət həkimin yanına müayinə üçün gedəcəyini demişdi. Şövkət həkim onun da (Ülviyyənin) buxağını estetik əməliyyat etmişdi. Səbirə onun əməliyyat olunmasına görə yox, ümumi olaraq estetik əməliyyat etdirmək qərarına gəlmişdi. Novruz bayramında onlar xalasıgildə bir süfrə arxasında oturmuşlar, Səbirənin əri və onun keçmiş əri də orada olmuşdur. Orada Səbirə ondan əməliyyat etməsini istəmişdir. Həmin vaxt Səbirənin atası Səbirənin əməliyyat olunmasına etiraz etmişdir. Sonra o, yataq otağında olarkən Səbirə onun yanına gəlmiş və söhbət etmişlər. Ramazan bayramında da bir araya yığışmışlar, həmin vaxt Səbirənin anasıgil orada olmamışdır. Səbirə sözügedən bayramdan təxminən bir il əvvəl həkimə getmişdi. Səbirə ondan inciyirdi deyə o, Səbirəni əməliyyat etmək qərarına gəlmişdi. Bu barədə aralarında yazışma olmayıb, sadəcə danışıq olub. O, Ramazan bayramından 3-4 gün sonra əməliyyat üçün gün təyin etmişdir. O, “Arash Medical”a getmiş və oradan Səbirə üçün təxminən 400 manat məbləğində yeni məhsullar - şlank, kanyula, banka avadanlıqları almışdır. Onun əməliyyat zamanı istifadə etdiyi avadanlıqlar bir müddət sonra yenilənməlidir. Həmin avadanlıqların alınması üçün Səbirədən pul almamışdır. Səbirə ona 250 manat pul vermiş, o da 200 manat pulu anestezioloqa, 50 manatı isə korset üçün vermişdir. Səbirə əməliyyatdan əvvəl “Referans” klinikasına qızı ilə gedərək orada analiz vermişdir. Onun sonradan bu barədə xəbəri olmuşdur. Səbirəyə analiz verməsini anestezioloq demişdi. Səbirənin analiz cavablarına anestezioloq Lamiyə baxmışdır, Lamiyə xəstələrin qan dəyərlərinə baxırdı. Hadisə günü Səbirə saat bir olardı ki, əməliyyat üçün gəlmiş, o da bundan sonra “Arash Medical”a getmişdir. Hətta Səbirə ona əməliyyatdan iki gün əvvəl “whatsapp”da səs yazısı göndərmiş, Səbirə həmin səs yazısında anası Saranın hər şeyi Ülviyyənin etməsini, heç kimə verməməli olduğunu dediyini demişdir, həmin səs yazısında arxadan Saranın səsi də gəlirdi. Sara həmişə əməliyyat barədə bilmişdir. O, tibbi avadanlıqlar alıb gəldikdən sonra saat üç olardı ki, əməliyyata başlamışlar. Həmin gün analizin cavabları əlində idi, bir gün əvvəl analiz cavablarına Lamiyə baxmış, Lamiyə analiz cavablarının, qan dəyərlərinin yaxşı olduğunu və yoluxucu xəstəliklərin, infeksiyaların olmadığını bildirmişdi. O, həkim olmadığına görə Səbirənin analiz cavablarına özü baxmamışdır. Onun Səbirənin səhhətində problem olması, onda zob xəstəliyi olması barədə məlumatı yox idi, sadəcə Səbirə tez xəstələnirdi, immuniteti zəif idi, xəstələnəndə ağzı yara tökürdü. Səbirə dəfn etməyə aparılan gün Səbirənin qohumu ona yaxınlaşaraq bir neçə nəfərin yanında “sən bilirsən ki Səbirənin ürəyi xəstədir, sən niyə onu əməliyyat etmisən” demişdir. O, uzun dərman gördüyünü, həmin dərmanın ürək dərmanı olduğunu demişdir. O isə bu barədə bilmədiyini demişdir. Əməliyyat 40 dəqiqə - 1 saat olmuşdur. Əməliyyat başlamamışdan əvvəl Lamiyə Səbirəyə yatızdırmaq üçün propofol, əməliyyatdan sonra ağrıkəsici, qan artırıcı dərman trifer, multivita dərmanlarını vurmuşdur. O, “Arash Medical”dan 900 manat dəyərində bir aparat almışdı, anestezioloq həmin aparatı xəstənin barmağına taxır və ürəyini idarə edir, əgər ürək təzyiqi düşürsə aparat siqnal verir. Əməliyyatdan sonra Səbirə özü ayılmışdır. Səbirə ayılandan sonra yaxşı idi, ona multivita vurulmuş, Lamiyə Səbirəyə səhərdən ac idi deyə çayla tutku vermişdir. Səbirəyə digər sistemlər də vurulmuşdur, həmin sistemlər ayrıayrılıqda vurulur. Həmin gün onun başqa əməliyyatı yox idi. Ümumiyyətlə, xəstələrə xəstəxanada bütün sistemlər köçürülür, xəstələr tam toparlanıb evə gedir. Səbirəyə əməliyyatdan sonrakı günlər də Lamiyə tərəfindən sistemlər vurulması nəzərdə tutulmuşdu. Xalası da növbəti gün gəlib Səbirəyə baxmaqda ona kömək edəcəkdi. Əvvəllər əməliyyat etdiyi xəstələrə əməliyyatdan sonrakı günlər üçün o, sistem vurmamış, hər kəs evdə özü həkim çağırıb sistem qoşdurmuşdur. Yəni xəstələrə əməliyyatdan sonra orada sistemlər qoşulur, 2-3 saat sonra xəstələr evə gedir və sonrakı günlər anestezioloqun tərtib etdiyi resept əsasında evdə müalicə alırlar. O, Səbirə və Lamiyə klinikadan çıxanda saat tam yadında deyil, hava tam qaralmamışdı, alaqaranlıq idi, axşamüstü idi. Onlar ona məxsus avtomobildə birlikdə evə getmişlər, avtomobili o özü idarə etmişdir. Avtomobilin ön oturacağını açmışlar, Səbirəyə arxa nahiyəsinə piy köçürülmüşdü deyə ona arxası üstə uzanmaq olmazdı, çünki deformasiya olub əyilə bilərdi, buna görə də o, avtomobilin ön hissəsində ağzı aşağı üzü ona doğru uzanmışdı. X48 İdarəsinin yaxınlığında yaşadığı üçün orada düşüb getmiş, onlar söhbət edə-edə evə getmişlər. Səbirə özü avtomobilə əyləşmiş, avtomobildən düşmüş, evin pilləkənlərini qalxmışdır. Yollar tıxac deyildi deyə, tez gəlib evə çatmışlar. Onlar klinikadan çıxdıqdan təxminən 25 dəqiqə sonra axşam saat 9-10 olardı ki, evə çatmışlar. Həmin vaxt evdə qızı var idi, oğlu hazırlıqda idi. Səbirənin anası Səbirə üçün çanta yığmış, içində adyal, pejama, corab var idi. O, qızına baqajdan həmin çantanı gətirməsini demiş, özü Səbirənin qoluna girmiş və pilləkənləri qalxmışlar. O, evdə Səbirəni xalçaya uzatmış, korsetini açmış, xəstələr üçün pampersi dəyişmiş, yarasını silib bağlamış, korseti bağlamışdır. Səbirənin anası onun üçün pastel qoymuş, qızı həmin müddətdə həmin pasteli divana açmışdı. Sonra Səbirə divanda uzanmış, xurmayla çay içmişdir. O özü isə duş almış, qızı həmin vaxt Saranın zəng etdiyini demiş, o da qızına Saraya duşda olmasını, telefonu Səbirəyə verməsini, Saranın Səbirəylə danışmasını demişdir. O, hamamdan çıxdıqdan sonra Səbirə ona ürəyin sıxıldığını demiş, o da korsetin önündən yarıya qədər şpilkalarını açmış, Səbirə ağzı aşağı vəziyyətdə uzana bilmədiyini demiş və çevrilmişdir. Səbirə kürəyinin göynədiyini demiş, o, Səbirənin kürəyini masaj etmişdir. O, Lamiyəyə zəng etmiş, Səbirənin ağrıdığını demişdir. Lamiyə ona ağrıkəsici vurduğunu, yatacağını demişdir. O da Səbirəyə ağrılarının normal olduğunu, keçəcəyini demişdir. Sonra o, Lamiyəyə Səbirənin ağır yatdığını, çağırsa da oyanmadığını demiş, Lamiyə ona təcili tibbi yardım çağırmasını demişdir. Lamiyənin əri evdə deyildi deyə əri Lamiyəni evə gedərək götürüb onun evinə təcili tibbi yardımdan əvvəl ən azı iyirmi dəqiqəyə Yasamaldan gətirmişdir. Lamiyə Səbirənin təzyiqinin çox aşağı olduğunu demiş, Səbirə beyin ölümü keçirməsin deyə durmadan adrenalin, kordiamin iynələrini vurmuşdur. O özü təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım əməkdaşları dörd dəqiqəyə onun evinə gəlməmiş, yolu tapa bilmədiklərindən qonşu onları gətirmişdir. Təcili tibbi yardım əməkdaşları Səbirəyə əl vurmayaraq öldüyünü demişlər. Səbirəyə deksamatazon vurulmasını kimin dediyini bilməmişdir. O, sonradan Səbirənin əynində olan bezi və pasteli zibilə atmış, 3-4 gün sonra Səbirənin əynindən çıxan xalatı Səbirənin özünün gətirdiyi çantaya qoyaraq Səbirənin ərinə vermiş, bunu Səbirənin atası da görmüşdür. Divanda qan ləkəsi olmayıb. O, özündə olmamışdır, həm də Səbirədə ani halsızlaşmadır, yaxşıdır deyə, sonra isə şok vəziyyətində olmuşdur deyə Səbirənin valideynlərinə zəng etməmişdir. Oraya hüquq mühafizə orqanlarının nə vaxt gəlməsini xatırlamır. Təqsirləndirilən şəxs son sözündə tək ana olduğunu, iki övladı olduğunu, uşaqlarının ondan başqa heç bir maddi, mənəvi köməyi olmadığını bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı qismində dindirilən X19 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Səbirənin əri Ülviyyənin keçmiş ərinin qardaşıdır, Ülviyyənin xalası oğludur. Səbirənin əvvəldən əməliyyat olunmaq fikri olub. Səbirə əri ilə Xətai rayonunda işləyən professional həkimin yanına getmiş, orada müayinə olmuşdur. Onlar Amerikaya getmişlər amma nəvələrinə görə tez-tez Azərbaycana gəlmişlər. Amerikadan qayıdanda Ramazan bayramı olduğu üçün Ülviyyənin və Səbirənin qaynanası onları qonaq çağırmışdı. O, qızının qaynanasının evində mətbəxdə Ülviyyənin, Səbirənin və onun qaynanasının söhbətlərini eşitmişdir. Səbirə “axı qorxuram” demiş, Ülviyyə “qorxma mən qoymaram sənə nəsə olsun, özüm həll edəcəm” demişdir. O, evdə Səbirəyə Ülviyyənin həkim olmadığını, onun yanına əməliyyat üçün getməməli olduğunu demiş, Səbirə isə ona Ülviyyənin indiyə kimi əməliyyatlar etdiyini, heç nə baş vermədiyini demişdir. O, əməliyyata gedərkən Səbirə ona zəng edərək evə gəlməsini demiş, o evə çatanda Səbirənin əşyalarını çantaya yığıb qapının yanına qoyduğunu görmüş, Səbirə ona Ülviyyənin onu əməliyyat edəcəyini demiş, o isə getməməli olduğunu demişdir. Bu vaxt Səbirənin əri Elşad yanında idi deyə o bu barədə təkid etməmişdir, çünki Ülviyyənin yanına əməliyyat üçün getməməli olduğunu əri deməli idi. Elşad pulu xərclədiyi üçün Səbirəni Ülviyyənin yanına göndərmişdi. Səbirə bunu onlara deməyə utanmışdı, qardaşı isə onun Bakıda əməliyyat olunmamalı olduğunu Səbirəyə demişdir. Həmin vaxt uşaqlardan birinin qızdırması var idi. Səbirə saat təxminən 2-3 olardı ki, taksi ilə Ülviyyənin yanına əməliyyat üçün getmişdir. Saat 8-9 aralığında kürəkəni ona video göndərmiş, həmin videoya baxdıqda Ülviyyənin avtomobilində qızının ayağı ön şüşəyə uzanmış vəziyyətdə üzü üstə uzandığını və qızının bir hissəsini görmüşdür. Videoda qızının can verən adam kimi bərk xırıldadığını eşitmişdir. O, kürəkəni Elşada zəng etmiş, qızının can verdiyini demiş, Elşad ona Səbirənin xoruldadığını demiş, o isə Səbirənin heç vaxt xoruldamadığını demişdir. Bundan sonra o, Ülviyyəyə zəng etmiş, telefona Ülviyyənin qızı cavab verərək anasının hamamda olduğunu, çıxandan sonra zəng edəcəyini demişdir. Bundan sonra başı uşaqlara qarışmış, evdə tək olmuşdur. Sonradan, deyəsən, Ülviyyə ona zəng etmiş, o isə zəng səsini eşitməmişdir. Sonra isə onun əlaqələri kəsilmiş, zəng etmiş amma cavab verən olmamışdır. O, həmin gün bütün gecəni yatmamış, axşam saat 3-4 aralığında evdə gəzərkən qapı döyülmüş, gələn Səbirə və Ülviyyənin qayınatası Eldar olmuşdur. Eldar ona hazırlaşmasını, qızının vəziyyətinin yaxşı olmadığını demişdir. O, Ülviyyənin evinə getmiş və Ülviyyənin əri, qaynanası, xalası oğlanları, öz kürəkəni, başqa qohumlarının da orada olduğunu görmüşdür. Orada qızının buz kimi olduğunu görmüşdür. Ülviyyə əməliyyatın yaxşı keçdiyini demişdir. O, Səbirənin qaraciyər hissəsinin aşağı hissəsində dərinin qalxıb düşdüyünü görmüşdür. O, Səbirənin sağ olduğunu demiş, qaynanası onun üstünü örtmüş, öləndə belə olduğunu demişdir. Səbirənin uzandığı divan süd rəngi idi, divanın üstü qan idi, divanın içi maçalka idi deyə qan divana çökmüşdür. Divanın üstündə örtük də var idi, Ülviyyə örtüyün ləkə olduğunu, təcili yardım batmasın deyə örtüyü atdığını demişdir. O, huşunu itirmiş, oyananda qızının morqa aparıldığını gömüş, o da morqa getmişdir. Ora çatanda Ülviyyənin keçmiş əri və kürəkəninin müstəntiqlə danışdıqlarını görmüşdür. Morqda o, huşunu itirmiş, əri onu morqdan aparmışdır. Sonradan müstəntiq ona onlar getdikdən sonra kürəkənin ona şikayətçi olmadığını, Səbirənin yarılmamalı olduğunu dediyini demişdir. Amma ona ölüm faktı var deyə yarılmalı olduğu deyilmişdir. Deməli, əvvəlcə Səbirəni morqa salmayıblar, əvvəlcə onların orada olmamağından istifadə edib şikayətçi olmadıqları barədə ərizə yazmışlar. İki gün keçdikdən sonra qızını basdırmışlar. Səbirənin 51 kilo çəkisi var idi, Ülviyyə Səbirənin mədəsində 9 yerdən deşik açıb. Ülviyyənin Səbirənin pilləkəndən özü çıxması, xurmayla çay içməsi, özünün pasteli açması barədə dedikləri yalandır, əməliyyatdan çıxan adam bunları necə edə bilər?! Ülviyyənin evi villadır, pilləkənləri hündürdü. Sonda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona ən ağır cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X19 verilən suallara cavab olaraq göstərmişdir ki, Ülviyyə ilə onun arasında bu hadisədən əvvəl mübahisə olmayıb, onu bayramlarda görüb, bir-birlərinin evinə gedib-gəlməyiblər, bir dəfə onun ad günündə Ülviyyə qaynanası ilə gəlmişdi, amma qızı ilə daima mübahisələri olub. Onlar Amerikada 8 ildir ki, yaşayırlar, qızına görə Azərbaycana gəlib-gedirdilər. O, Səbirənin uşaqlarına maddi cəhətdən həmişə kömək etmişdir. Hətta avqust ayının 10-u uşaqlara iki ədəd iPhone telefon, iki ədəd iPad alıb vermişdir. Sonra uşaqlara nə ediblərsə nəvələri onlara daha onların evinə gəlməməli olduqlarını demişdir. Əməliyyatdan əvvəl qızını Ülviyyənin əməliyyat edəcəyini bilmirdi. Ramazan bayramında Səbirənin qaynanasının evində bu barədə danışılanda eşitmişdir. Əməliyyatdan bir gün əvvəl bu barədə bilmişdi. Əməliyyata gedəndə Səbirənin evində olmuş, Səbirə onu evə çağırmışdır. Səbirə qorxduğunu demiş, o da qorxursa getməməsini demiş, Səbirə isə Ülviyyənin hər şeyi hazırladığını demişdir. Onun Səbirənin əri ilə münasibəti yaxşı olub. Son zamanlar o, burada olmayanda qızı və əri Elşad arasında münasibət pis olmuşdur. Belə ki, onların münasibətlər soyuq idi, qızı boşanmaq istəyirdi, hətta o, Elşadı üç ay evdən qovmuşdur, Elşad qızının qızılbrilyantlarını da aparmışdır. Ölüm haqqında şəhadətnaməni o özü almışdır, çünki Elşad şikayət etməmişdir. Elşad şəhadətnaməni istəmiş, o isə kürəkənin evi satacağını bildiyindən nəvələrinin küçədə qalmasını istəmədiyindən şəhadətnaməni verməmişdir, çünki Elşad ev Səbirənin adına idi deyə evi adına keçirmək istəyirdi. 14-15 ildir kürəkəni qızının evində yaşayır. Ev ona lazım deyil. Ev üçün pul vermişdir. Səbirə öləndən sonra uşaqlar onu yaxına buraxmamışlar, o hətta uşaqların oxuduğu məktəbə getmiş, müəllimi təbrik etmişdir. O, Səbirəyə örtük və adyalı qapının yanında çantasına qoyaraq vermişdir. Ülviyyənin evinə daxil olanda həmin örtüyün Səbirənin altında divanın üstünə, adyalın Səbirənin üstünə örtüldüyünü görmüşdür. Divan qan olmuşdur. O, Elşada əgər Elşad evlə bağlı məsələdə imtina etsə şikayətçi olmayacağı barədə heçnə deməmişdir. Elşad şikayət etməyəcəyi qarşılığında nəsə almaq barədə ona heçnə deməyib. Elşad müstəntiqə şikayət etməyəcəyini, bitərəf olduğunu demişdir. Qızı əməliyyat olunanda o, Lamiyə ilə telefonla danışmışdır. Lamiyə, onun atası, anası, xalası, əri onun evinə gəlmiş, şikayətini geri götürməsini demiş, sonra lazım olarsa şikayət etməli olduğunu demiş, o razılaşmamışdır. O, Lamiyədən içəri girəndə qızını nə vəziyyətdə gördüyünü soruşmuş, Lamiyə də həmin vaxt Səbirənin öldüyünü demişdir. O, Lamiyəyə onun evində nə danışıbsa orada da danışmalı olduğunu, sözünün bir olacağını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda həkim anestezioloq kimi “Medikus” klinikasında işləyir, bir çox yerlərdə işləmişdir. Ülviyyə ilə bir pasient vasitəsilə tanış olmuşdur, Zed klinikasında və başqa yerlərdə birlikdə işləmişlər. Sonra Ülviyyə özü klinika açmışdır, orada da birlikdə işləmişlər. Ülviyyə ona qaynı arvadı Səbirəni əməliyyat edəcəyini demiş, o, analiz nəticələrinə baxmış, sonra gün təyin etmiş, Səbirə əməliyyat olunmuşdur. Əməliyyat normal keçmiş, 40-60 dəqiqə arası olmuşdur. Əməliyyatdan sonra Səbirə oyanmış, danışmış, o, Səbirəyə vitamin kompleksləri, qan iynəsi vurmuşdur. Sonra dinamik göstəriciləri ölçüb yola salmışdır. Sonra o evdə olarkən əməliyyatdan 3-4 saat sonra Ülviyyə ona Səbirənin vəziyyətinin xoşuna gəlmədiyini demiş, o Ülviyyəyə korseti boşaltmasını, təcili tibbi yardım çağırmasını demişdir. O, narahat olduğu üçün özü də Ülviyyəgilə getmiş, Səbirəyə tibbi kömək etmişdir. Ondan sonra təcili tibbi yardım əməkdaşları gəlmiş, Səbirənin öldüyünü demişdir. Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, Ülviyyəni 2023-cü ilin dekabr ayından tanıyır. Onun pasienti Ülviyyənin pasienti də olub, həmin pasient ona Ülviyyənin ona ehtiyacı olduğunu demiş, bundan sonra Ülviyyə onunla əlaqə saxlamış, piysovurma, buxaq estetik əməliyyatlar etdiyini demiş, o da gələcəyini demişdir. Ülviyyə ona əməliyyatlarda 200 manat verirdi. Əməliyyatlar yarım saat – qırx dəqiqə olurdu. O, Ülviyyə ilə müqavilə bağlamamışdır. O, Ülviyyənin və klinikasının kasmetoloji fəaliyyətlə məşğul olduğunu bilirdi. O, Səbirənin əməliyyatına işdən çıxıb saat 2-dən sonra getmişdir. Əməliyyatlarda əvvəlki əməliyyatlardan qalan dərmanları istifadə edirdi, həmin gün dərmanları istifadə etmək olur. Ülviyyə ona dərman gətirməsi barədə göstəriş verməmişdir. O, həmin gün propofol – qısa müddətli yatızdırmaq üçün, medazin – müddəti uzatmaq üçün dərman preperatları gətirmişdir. Dərmanlar bir-birinə qatılıb vurulmur, injeksiya yolu ilə əməliyyat zamanı vurulur. Səbirəyə əməliyyatdan qabaq sistem qoşmuş, dinamik göstəricilərini ölçmüş, sonra deksametazon, atropin, dimedrol vurulur, sonra propofol vurmuşdur. Səbirəyə bu dərmanlar vurulduqdan 5-10 dəqiqə sonra əməliyyat olmuşdur. Əməliyyat saat üç olardı ki, başlamışdır. Əməliyyat təxminən 30-40 dəqiqə çəkmişdir. Bir saata xəstə ayılır. Əməliyyatdan sonra Səbirə özünü yaxşı hiss etmişdir, huşu aydın idi. Səbirəyə sual veriləndə cavab verirdi. Əməliyyatdan sonra Səbirə Ülviyyəgilə gedəcəyini demiş, o da Səbirə evdə olacağı üçün ağrısı olmasın deyə ağrıkəsici vurmuşdur, ümumiyyətlə bütün xəstələrə ağrıkəsici vurulur. O, klinikada əməliyyat bitdikdən sonra xəstəni evə yola salana qədər gözləyir. O, Səbirəni əməliyyat bitdikdən sonra saat yarım – iki saat gözləmişdir. Əməliyyat bitdikdən sonra Səbirə, o və Ülviyyə birlikdə klinikanın həyətində olan Ülviyyənin avtomobilinə əyləşmişlər. Səbirə özü piyada avtomobilə doğru getmişdir. Avtomobildə oturacağı açmışlar. Səbirəni avtomobilin qabaq oturacağında ağzı üstə uzatmışlar. Ülviyyə avtomobili özü sürürdü. O isə arxa oturacaqda oturmuşdu, yolda Yasamal Rayon Polis İdarəsinin yanında düşüb evinə getmişdir. O, evə getdikdən sonra Ülviyyədən zəng edib vəziyyəti soruşurdu. O, yolda olarkən əməliyyatın nəticəsi barədə heç kim maraqlanmamışdır. X16 videoya çəkmiş, Ülviyyə Səbirənin ərinə Səbirənin yaxşı olduğunu, evə getdiklərini demişdir. Videonu kiməsə göndərməsi barədə məlumatı yoxdur, videoya baxmamışdır. O, evə çatanda təxminən axşam saat 7-8 olardı. O, evə getdikdən saat yarım – iki saat sonra axşam 11-12 radələrində Ülviyyə ona zəng etmiş, Səbirənin vəziyyətinin xoşuna gəlmədiyini demişdir. O da Səbirənin korsetini boşaltmasını və təcili tibbi yardım çağırmasını, ona ünvanı göndərməsini demiş, sonra ərinə zəng etmiş, əri o zəng edən vaxtdan 10-15 dəqiqə sonra taksi ilə gəlmiş, Yasamaldan həmin taksi ilə təxminən 20-25 dəqiqəyə Ülviyyəgilə getmişlər. O, yolda olarkən Ülviyyə ilə telefonla danışaraq vəziyyəti soruşmuşdur. O, Ülviyyəyə iltihab əleyhinə və allergiyanı aradan tez götürən antihistamin dərman olan deksametazon, kordiamin, adrenalin dərmanlarının vurulmasını demiş, Ülviyyə həmin dərmanları Səbirəyə vurmuşdur. Həmin dərmanlar venaya ayrı-ayrılıqda vurulur. O, evə daxil olanda evdə Ülviyyə, uşaqlar, Ülviyyənin rəfiqəsi Mətanət var idi. O, Səbirəyə tibbi yardım göstərilməsi ilə bağlı ancaq Ülviyyə ilə danışırdı. Həmin vaxt Səbirə divanda idi. Ondan 3-5 dəqiqə sonra təcili tibbi yardım əməkdaşları gəlmişdir. Əməkdaşlar Səbirəyə heç nə etməmiş, onlar əməkdaşlardan kömək istəmiş, əməkdaşlar kənardan baxaraq Səbirənin öldüyünü demişlər. O, evə çatanda elə vəziyyətdə idi ki, Səbirənin temperaturunun necə olmasına fikir verməmişdir. O, evə daxil olanda Səbirə uzanmış vəziyyətdə uzandığı yerdə qan ləkələri görməmiş, Səbirə təcili tibbi yardım əməkdaşları tərəfindən aparılanda divanda qan ləkələri olduğunu görmüşdür. Həmin qan ləkələrinin təmizlənməsində kömək etməmişdir. Sonradan o evə çıxıb getmişdir. Analizlərin cavabını Ülviyyə ona göndərir, o özü analizlərə baxırdı, xoşuna gəlməyən hal olanda kimləsə məsləhətləşirdi. Anestezioloq göstəricilərə özü baxır. Səbirənin analizlərinin göstəriciləri normal idi. Əməliyyatda o, Ülviyyə və Ülviyyənin köməkçisi Firuzə iştirak etmişlər, Səbinə adlı şəxsi orada görməmişdir. Ülviyyənin təhsili olması barədə məlumatı var idi, amma Ülviyyə həmin əməliyyatı edə bilməzdi. Ülviyyə ona həmin əməliyyatda iştirak etdiyi üçün 200 manat pul vermişdir. O, Ülviyyə ilə birlikdə 20-25 dəfə estetik əməliyyatlarda iştirak etmişdir. Ülviyyə ilə birlikdə etdiyi əməliyyatların nəticəsi – estetik görünüşün yaxşı olmaması, əməliyyatın yaxşı edilməməsinə dair xəstələrin şikayəti barədə məlumatı yoxdur, çünki o, əməliyyat bitdikdən sonra evə gedirdi. Həmin növ əməliyyatdan bir neçə gün sonra əməliyyat nahiyələrindən qan gəlir. Şəxs öldükdən sonra qan gələ bilməz. Sara ona zəng edərək qan ləkələri ilə bağlı danışmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Ülviyyə onun xalası qızıdır və qardaşının keçmiş arvadı olub. Səbirə onun arvadı olmuşdur. Hadisə baş verən gün günorta vaxtı saat iki olardı ki o, evə gəlmiş, Səbirəni taksi ilə əməliyyata yola salmışdır, tədbir var idi deyə özü işdən icazə ala bilməmişdir, həm də Səbirəni aparsaydı vaxt baxımından çatdıra bilməzdi. Sonra Səbirə ona əməliyyata girəcəyi barədə yazmışdır. Axşam onun atası ona zəng edərək hadisə barədə məlumat vermiş, o da hadisə yerinə getmişdir. Şahid3 verilən suallara cavab olaraq göstərmişdir ki, Onun Səbirə ilə münasibətləri normal olmuş, birlikdə yaşamışlar. Səbirə ilə aralarında nikahın pozulması ilə bağlı mübahisə olmayıb. Səbirə əvvəllər də əməliyyat olunması barədə ona demişdir, o isə Səbirənin əməliyyat edilməsini istəməmişdir. Həmin vaxtlar o, ev təmir etdirirdi, əgər istəsəydi Səbirəyə əməliyyat üçün pul verə bilərdi. Səbirə kompleksli insan idi, özü əməliyyat olunmağını istəmişdir. Səbirə ilə birlikdə hadisədən 3-4 ay əvvəl Xətaidə adını bilmədiyi həkimin yanına getmişlər, orada əməliyyatın qiyməti barədə danışılmış, Səbirə özü həkimlə danışmış, sonra Səbirə əməliyyat üçün beş-altı min manat pul istənildiyini demişdir. O da Səbirəyə təmir bitdikdən sonra vəziyyətə baxacaqlarını demişdir. Ramazan bayramında bir süfrədə olarkən Səbirə Ülviyyənin onu əməliyyat edəcəyi barədə demiş, razılığa gəlmişlər. Həmin vaxt Səbirənin valideynləri də orada idi. Qadınlar öz aralarında danışırdılar deyə söhbətdən məlumatı yoxdur. O, Ülviyyəyə əməliyyat günü korsetə görə 150 manat, anestezioloq üçün 250 manat, təxminən 400-450 manat pul vermişdir. O, Səbirənin əməliyyat olunmasına tam dəstək olsaydı təmir pulundan götürüb əməliyyat üçün verərdi. Onun Ülviyyənin əməliyyatlar etməsi barədə məlumatı yoxdur. O, əməliyyatdan əvvəl bilirdi ki, Ülviyyə Türkiyəyə gedib kursda iştirak edir. Səbirə əməliyyatın tez olmasını istəyirdi. Səbirə əməliyyata gedən gün evdə o, onun atası, oğlu, Səbirə və qaynanası Sara olmuşdur. Qaynanası Səbirəyə buxağına əl vurmamasını demişdir. Qaynanasının Səbirəyə nəsə verməyini görməmişdir. O, Səbirə ilə evdən birlikdə çıxmış, liftə birlikdə minmişlər, Səbirəyə “bəlkə getməyəsən” demişdir. O, Səbirə ilə əməliyyatdan əvvəl “whatsapp” vasitəsilə əməliyyat barəsində mesajlaşmışlar. Əməliyyatdan sonra Səbirə ilə danışmamışdır, Ülviyyə saat 8-9 aralığında ona zəng etmişdir ki, evə gedirlər. Əməliyyatın necə keçməsi barədə məlumatı olmayıb. Ülviyyə əməliyyatdan sonra hər şeyin yaxşı olduğunu demişdir. Ülviyyə əməliyyatın icra olunması, əməliyyatdan sonrakı vəziyyət barədə foto və video göndərməmişdir. Daha doğrusu, Ülviyyə Səbirənin videosunu ona göndərib, o da qaynanasına göndərib amma o, həmin videonu telefonunda tapa bilməyib. Videoda Səbirənin avtomobildə üzü üstə uzandığı görünürdü, Səbirənin sifətini görməmişdir. O, sürücü işləyir, hadisə günü tədbirdə olmuşdur. Atası axşam saat birə iyirmi dəqiqə qalmış ona zəng edərək Səbirənin öldüyünü demişdir. O, tədbirdən çıxıb Ülviyyəgilə getmişdir. Uşaqlar babası ilə görüşür, özləri nənəsi Sara ilə görüşmək istəmirlər. Səbirə öldükdən sonra qaynana və qaynatası həftədə 1-2 dəfə onlara gəlib gedirdilər. Axırıncı dəfə nənələri Sara onları görmək istəyəndə uşaqlar nənəsi Saranın atalarının adını çəkdiyini demiş, Sara isə uşaqlara xəbərçilik etdiyini demiş və münaqişə yaranmışdır. Həm də o, uşaqlarına təyziq göstərilməsini, hər dəfə anasının nədən öldüyünü, “ananızı filankəs öldürdü” deyilməsini istəmir, uşaqların psixologiyası pozulub. Saranın dediyindən fərqli olaraq o, gizlin şəkildə olmayaraq qızılları götürmüşdür, çünki həmin qızıllar ailəyə məxsus idi, sadəcə Səbirə anasından qorxduğu üçün onun tərəfində durmamışdır. Hadisə baş verdikdən sonra qaynanası uşaqlar üçün paltar almış, gəzməyə aparmışdır. Qaynanası vərəsəlikdən imtina etməmişdir. O, ekspertizada olarkən qaynanası Sara ona demişdir ki, o, şikayətçi deyil, Səbirə yarılmamalıdır. O da bu barədə maraqlanmış, ona cinayət işidir deyə yarılmalı olduğu deyilmişdir. Sonra müstəntiq ekspertizanın yanında olarkən ona gəlib-gəlmədiyini dəfələrlə zəng edərək soruşmuş, o, müstəntiqə şikayətçi olmadığını yazmışdır. Sonradan qaynanası ona həmin vaxt özündə olmadığını, nə dediyini bilmədiyini demişdir. Ölən şəxsin hüquqi varisi kimi tanınmaq barədə anlayışı yoxdur. Ülviyyə onun evinə gedib-gəlməmişdir, amma uşaqlarla birlikdə gəzməyə çıxıblar. Səbirə ilə Ülviyyə arasında düşmən münasibətləri var idisə Səbirə onun yanına əməliyyata getməzdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, Ülviyyə onun xalası qızıdır, həm də keçmiş arvadı olmuşdur, onlar 10 ildir ayrılıblar. Ülviyyə ilə münasibətləri pis deyil. Səbirə və Ülviyyənin münasibətləri yaxşı olub. O, Ülviyyə ilə birlikdə yaşayanda Ülviyyə işləmirdi, ayrıldıqdan sonra Ülviyyənin hansı fəaliyyətlə məşğul olması barədə məlumatı olmayıb. Ülviyyənin ali təhsili var. Elşad və Səbirənin münasibətləri normal olmuşdur. Ayrıldıqdan sonra Ülviyyəni bayramdan-bayrama görüb, Ülviyyəgil onların evinə gedib-gəlirdilər. Axırıncı dəfə Səbirə və Ülviyyəni mart ayında görüb, onlar danışıb-gülürdülər. Belə ki, martda onların Xırdalanda yerləşən evində bir stolda oturub söhbət edərkən Səbirə nə vaxt əməliyyat olacağını soruşmuş, yaya kimi etməli olduğunu demiş, Ülviyyə edəcəyini demişdir. O özü işdən gəlmişdi deyə söhbətin əvvəlini bilmir. Pul söhbəti barədə eşitməmişdir. Elşad onların evinə ondan sonra gəlmişdir. Onların evində qohumları və Səbirə arasında dava olmamışdır. Ülviyyənin mart ayında estetik əməliyyatla məşğul olmasını bilmişdir. Bundan bir müddət sonra axşam saat 11-12 aralığında anası o yatarkən onu oyatmışdır ki, Səbirə əməliyyat olunub, deyəsən, vəziyyəti pisdir, onun yanına getməlidirlər. O, atası və anasını avtomobillə Ülviyyənin evinə aparmışdır. Anası onun qızı ilə telefonla danımış, qızı Səbirənin vəziyyətinin pis olduğunu demişdir. Qızı anası Ülviyyə ilə birlikdə Qaraçuxurda qalır. Onlar ora çatanda təcili tibbi yardım və polis əməkdaşları orada idi, onun tandığı qohum-tanışdan heç kim yox idi. Səbirənin valideynləri onlar ora çatandan bir saat sonra gəlmişlər. O, içəri daxil olmuş, həyətdə oturmuşdur, yuxarı qalxmamışdır, içəridə ağlaşma səsi gəlirdi. Atası içəri girmiş, çıxıb Səbirənin öldüyünü demişdir. Onlar içəri girəndə Səbirənin ölməsini bilmişlər, əvvəl bilmirdilər. Həmin vaxt Ülviyyə ağlaya-ağlaya evə daxil olub çıxırdı. Həmin vaxt Ülviyyə ona heç nə deməmişdir. Ülviyyənin evi ikimərtəbəlidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, Ülviyyə və Səbirə onun gəlinləridir. Mehriban ailə olublar. O, Sara ilə də mehriban olmuşdur. Axırıncı dəfə onun evində martın 19-da əməliyyat barədə söhbət olub. Bir ildir ki, bu söhbət gedirdi. Səbirə demişdir ki, o və anası Sara əməliyyat olunmaq istəyirlər amma anası Sara əvvəl özünün, sonra onun əməliyyat olunmasını deyir. Onlar belə razılaşmışdılar ki, o, Səbirəyə üç gün qulluq edəcəkdi, Sara da uşaqlara baxacaqdı. Orada Sara buna etiraz etməmişdir. Səbirə özü Ülviyyənin ona baxmasını istəmişdir. Səbirənin ölməsini axşam saat 12-1 arasında bilmişdir. Həmin vaxt onun evində o, oğlu Elnur və əri Eldar var idi. Ülviyyəgildə olanlardan kimsə telefonla Ülviyyənin tez onun evinə gəlməsini dediyini demişdir. O yolda olarkən nəvəsi ilə danışmış, nəvəsi ona vəziyyətin yaxşı olduğunu demişdir. O, Ülviyyəgilə çatanda polis əməkdaşları, təcili tibbi yardım əməkdaşlarını görəndə bu hadisənin olduğunu bilmişdir. Həmin vaxt Elşad orada yox idi. Orada anestezioloq, Ülviyyənin qonşusu, ümumi bir neçə nəfər var idi. O, Səbirəni Ülviyyənin əməliyyat etməsinə razı deyildi amma bunu konkret deyə bilmirdi, Səbirə yalnız anasından çəkinirdi. Ülviyyə həmin vaxt əməliyyatlara yeni başlamışdı. Ülviyyə və Elnur nikah pozulduqdan sonra ayrı yaşayırdılar, amma əlaqələri var idi, düşmən deyildilər. Ülviyyə ilə Səbirə və Elşadın münasibətləri yaxşı idi. O, Ülviyyənin ali təhsili olduğunu bilirdi, Ülviyyə axırıncı kursu onun evində olan zaman oxuyub. Həmçinin Ülviyyə kurs da keçmişdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, Ülviyyə onun bacısı qızıdır. O və Səbirə daima telefonla “WhatsApp” sosial şəbəkəsində danışmışlar. O, Səbirə ilə telefonda danışarkən Səbirə ona sabah əməliyyata gedəcəyini, üç gün Ülviyyəgildə qalacağını, qaynanası Şəhlanın ona, anası Saranın uşaqlara baxacağını, sonra evə gələcəyini demişdir. Onun əvvəldən bu barədə xəbəri olmamışdır. Sadəcə onunla Səbirə arasında əməliyyat olunmaq istəməsi barədə söhbətlər olmuşdur. Səbirənin Ülviyyədən əməliyyat etməsini xahiş etməsi barədə məlumatı yoxdur. O, bayram vaxtı bacısı Şəhlanın evində olmamışdır. Ülviyyə əvvəllər kasmetoloji sahədə işləyib, lazer işi ilə məşğul olub, onun nə vaxtdan işlədiyini bilmir. O, Ülviyyənin son vaxtlar liposaksiya-piysovurma əməliyyatları etdiyini bilirdi. Ülviyyənin tibb təhsili yox idi. Səbirənin ölməsi barədə axşam saat 02:30-03:00 aralığında xəbəri olmuşdur. O, əməliyyatda iştirak edənlərin kim olduğunu bilmir. Elşadın Ülviyyə barəsində şikayət etməməsinin məqsədinin nə olduğunu bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 21 saylı TTYS-da həkim işləyir. Bir il əvvəl aprel ayında axşam saat 23:00 radələrində liposaksiyadan sonra ağırlaşma olduğuna dair çağırış olmuş, o da feldşer Şahid8la birlikdə dərhal çağırışa getmişdir. Çağırış olan ünvan Qaraçuxurda həyət evləri idi, ünvan dəqiq deyildi, yolda əlaqə saxlamışlar və bir nəfər kişi avtomobillə onları qarşılamış, çağırış olan ünvana aparmışdır. Həmin şəxs həyəcanlı idi, maşından düşəndə ondan nə olduğunu soruşanda qonşu olduğunu, nə olduğunu bilmədiyini demişdir. O, Şahid8la evə daxil olanda zalda xəstənin divanda uzandığını, yanında dərmanlar və sistemlər olduğunu, xəstənin yanında cavan qadınlar olduğunu görmüşlər. Hamı həyəcanlı idi və qışqırırdılar. Onlar tez xəstənin reflekslərini yoxlamış, bioloji ölüm baş verdiyini görmüşlər. Bəbəklərdə işığa reaksiya yox idi, kordinal reflekslər görünmürdü, tənəffüs, arterial təzyiq, nəbz yox idi. Xəstə buz kimi, soyuq boz rəndə idi. Xəstəyə baxanda onun buxaq nahiyəsində hematomalar görmüş, xəstənin buxaq nahiyəsini liposaksiya əməliyyatı etdirdiyini başa düşmüşdür. Xəstəyə böyüklər üçün olan pampersin ən böyük ölçüsü taxılmışdır. Liposaksiya əməliyyatı olan xəstələr kök olur, bu xəstə isə çox arıq idi, pampersin içində üzürdü, pampers demək olar ki, sinəsinə qədər taxılmışdı. Onlara xəsətəyə iynə vurulması deyilmiş, onlar ölən şəxsə iynə vurmadıqlarını demişlər. Sonra onlar polis əməkdaşlarını çağırmış, polislər prokurorluq işçilərini çağırmışdır. Orada olan şəxslər əvvəldən xəstənin adını deməmişlər, polis tələb etdikdən sonra şəxsiyyət vəsiqəsini vermişlər və onlar xəstənin adını yazmışlar. Şahid7 verilən suallara cavab olaraq göstərmişdir ki, onlar çağırış daxil olduqdan sonra çağırışa nə qədər vaxta getdikləri yadında deyil amma onlar çağırış daxil olduqdan sonra 1-2 dəqiqə ərzində stansiyadan çıxmalıdırlar. Ünvanı tam bilmədikləri üçün onları bir nəfər şəxs qarşılamışdır və arada vaxt itkisi olmuşdur. Onlar çağırış olan vaxt stansiyada deyildilər, ərazidə idilər, Günəşlidən Qaraçuxura getmişlər. Xəstənin əynində pampersdən başqa nəsə olmağı yadında deyil. O, pampersdə və divanda qan ləkələri görməmiş, xəstəni fırladıb altına baxmamışdır. O özü şəxsən xəstəni müayinə etmişdir. Xəstəni yoxlayanda onda “pişik göz” simptomu var idi, xəstənin gözünə pampıq vurmuş və açıbbağlamışlar ki, bəlkə işığa reaksiyası olsun amma heç bir reaksiya yox idi. Xəstənin yanındakı qızlar iynə vurulmasını demiş, onlardan hansısa dəqiq xatırlamadığı şəxs xəstəyə deksametazon iynəsi vurulmasını demişdir amma o, ölən şəxsə iynə vurulmadığını demişdir. Xəstənin qolunda kateter var idi. Deksametazon adrenalin yox, hormon tərkiblidir, şəkəri qaldırma ehtimalı var, iltihab əleyhinədir, anti allergikdir. Bu dərman özündən getmələrdə istifadə olunur, təzyiqi qaldırır. Xəstənin nə vaxt ölməsini dəqiq deyə bilməz, xəstə o qədər də soyuq deyildi, üzündə və əllərində meyit ləkələri əmələ gəlməmişdi. Xəstənin buxağında hematoma, qarnında pampers olduğuna görə onda buxaq və qarın nahiyəsində liposaksiya əməliyyatı olduğunu düşünmüşdür. O, oradakı qadınlardan xəstənin niyə evdə olduğunu soruşmuşdur. Liposaksiya əməliyyatı olan xəstə bir neçə gün həkim nəzarətində olmalıdır. O, liposaksiya əməliyyatı aparılması üçün tibb təhsili olmasının lazım olduğunu düşünür. Ev villa kimi, hündür ev idi. O, evə daxil olanda otaqda cavan qadınlar olduğunu, hamısının ağladığını görmüşdür. Onlardan əvvəl polis əməkdaşlarına məlumat verilib-verilmədiyini bilmir. Onlar dispeçerə, böyük həkimə vəziyyət barədə məlumat vermiş, oradakı şəxslərə demədən 32-ci polis bölməsinin əməkdaşlarına məlumat vermişlər, həmin əməkdaşlar ünvana gəlmişdir. Ümumiyyətlə, bəzi vəziyyətlərdə heç kimdən soruşmadan polisə məlumat vermək onların borcudur. Çağırış verilən ünvana nə vaxt çatmağı yadında deyil. Bütün proses boyu Şahid8 da onun yanında olmuş, o da xəstəni yoxlamışdır ki, dəqiq olsun. Heç kim ona məhkəmədə necə ifadə verməyi barədə nəsə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, təcili tibbi yardım stansiyasında feldşer işləyir. Dəqiq xatırlamadığı tarixdə gecə saatlarında çağırış olmuş, onları bir nəfər kişi qarşılamış, ünvanı göstərmiş və çıxıb getmişdir. Onlar evin ikinci mərtəbəsinə daxil olmuşlar, orada ancaq qadınlar olmuşdur. Bir qadını uzatmışdılar və o, ölmüşdür. Söhbət əsnasında məlum olmuşdur ki, o, liposaksiya əməliyyatı keçirib. Çağırışa gecə saat 11-12 aralığında getmişlər. Ünvana zəng olunan vaxtdan nə qədər vaxta çatdıqları yadında deyil, ümumiyyətlə, çağırış olan ünvana tez çatmağa çalışırlar. Orada 4-5 qadın olmuş, kişi sonradan gəlmişdir. Xəstə sağ tərəfdə divanda uzanmışdır. O, xəstənin əynində hansı paltar olmağına fikir verməmişdir. Onlar xəstənin həyati əlamətlərini, nəbzini yoxlamış, bəbəklərin genəlməsini müşahidə etmiş, həyati əlamətləri olmadığını müəyyən etmişlər. O, ətrafda qan izləri görməmişdir. Onlar ölən şəxsə iynə vurmurlar. Sonra həkim polis əməkdaşlarına məlumat vermişdir. Çağırış məlumatı xəstənin halının pis olması ilə bağlı verilmişdir. Çağırış olan ünvana stansiyadan gedib-getmədikləri yadında deyil. Çağırış olan ünvana maksimum 15-20 dəqiqəyə çatırlar. Orada olan şəxslər onlardan xəstəyə kömək edilməsini xahiş edirdilər, onlar isə ölən şəxsə heç nə edə bilmədiklərini bildirmişlər. Polis əməkdaşları gələndə onlar orada idilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, ona keçən ilin mart ayında obyektin icarəyə götürülməsi ilə bağlı zəng gəlmiş, Təqsirləndirilən şəxs gəlib obyektə baxmış, sonra müqavilə bağlanmış, obyekt təmir olunmuş, orada “X55” yaradılmışdır. May ayının əvvəllərində ona zəng edilərək həmin yerin bağlandığı deyilmişdir. Obyekt 245 kvadrat metr ölçüdədir. Təqsirləndirilən şəxs gəlib obyektə baxanda estetik mərkəz yaradacağını demişdir. O, sənədlərə baxmış, sonra notariusda 1500 manat müqabilində müqavilə bağlanmışdır. O, təmirdən sonra obyektin vəziyyətinə baxmamışdır. Sübut Mehdiyev adlı şəxs müqavilə bağlandıqdan sonra lisenziya üçün lazımı olan bütün sənədləri hazırlayıb verdiklərini, dövlət qurumunun əməkdaşlarının gəlib obyektə baxıb lisenziya verəcəklərini demişdir. O, bir ay obyektin icarəsini Ülviyyədən əlbəəl almışdır. Sonra obyektin adı yerindən sökülmüş, mərkəzin bağlandığı ona deyilmiş, o da müqqavilənin rəsmi qaydada ləğv olunmasını təklif etmiş, heç kim möhür vurmamışdır. Əvvəllər obyekt köhnə təmirli olmuş və salon kimi fəaliyyət göstərib. Obyektin klinika kimi fəaliyyət göstərmək üçün şəraiti var idi. Vergini Təqsirləndirilən şəxs özü ödəyirdi. Estetik mərkəz həmin obyektdə fəaliyyət göstərdiyi vaxt ərzində Təqsirləndirilən şəxs barədə ona heç kim heç bir şikayət etməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X43 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. O, qudası Eldarla və kürəkəni Elşadla mehriban olmuşdur. Səbirənin evində Ülviyyəyə görə həmişə problem olmuşdur. Səbirə və Ülviyyə arasında həmişə münaqişələr olmuşdur. Amma o, heç vaxt buna qarışmamışdır. Səbirəgil əvvəl qaynata-qaynanasının evində qalmışlar. Ülviyyə də daima qaynanasının, eyni zamanda xalasının evidir deyə həmin evə gəlirdi. Buna görə də o, Elşad və Səbirə üçün 2012-ci ildə bir ev almışdır ki, rahat yaşasınlar. Həmin vaxt onların öz evləri var idi. Onlar üçün bir evi isə Eldar almışdır. Bayramlarda, uşaqların ad günündə bir yerə yığılırdılar, Ülviyyə də bayram məclislərində iştirak edirdi amma o, Ülviyyənin iştirak etməsini istəmirdi. Kürəkəni Elşad gecələr işləyirdi, evə gec gəlirdi. Bir dəfə evdə qızıllar, pul, hətta ona məxsus qızıllar yoxa çıxmışdı və bilirdi ki, bunu Elşad edib. O, Eldara oğlu ilə danışmasını demişdir. Sonra o, Amerikaya getmiş, Azərbaycana gələndən sonra Səbirənin qaynanası Şəhla onları Novruz bayramı olduğuna görə qonaq çağırmış, onlar da getmişlər. Orada kişilər və qadınlar ayrı otaqlarda öz aralarında söhbət edirdilər. O, Səbirənin əməliyyat olunmaq istədiyini eşitmiş və Səbirəyə Azərbaycanda yox, Amerikada əməliyyat olunmağını demişdir. Səbirənin qardaşı da Səbirəyə bu sözü demişdir. Sonradan kimlərsə qızını necəsə əməliyyata razı salmış, yola gətirmişlər. Ona əvvəldən Ülviyyənin Səbirəni əməliyyat edəcəyini deməmişlər, bu barədə xəbərdar olmamışdır. Arvadı Sara qızı əməliyyata gedən gün qapıdan çıxan vaxt Səbirəni Ülviyyənin əməliyyat edəcəyini bilmişdir. Sara ona bu barədə deməmiş, hətta o, buna görə Saranı danlamışdır. Axşam saat 3-də Eldar ona qızının öldüyünü demişdir. Ülviyyə həkim deyil, buna dair sənədi, diplomu yoxdur. Deyirlər ki, guya Ülviyyəgil və Səbirəgil ailəvi dost olub amma bu cəfəngiyyatdır, bu, Səbirə öldükdən sonra ailə arasında danışılmış sözdür. Çünki qızı öləndən sonra Ülviyyəgilə gedəndə qohumların hamısının orada olduğunu görmüşdür. Elşad Eldarın verdiyi Amerikaya getmək üçün olan yol pulunu xərclədiyi üçün məcbur qalıb Ülviyyəyə əməliyyat etməsini demişlər. Onların başqa çarələri yoxdur deyə deyirlər ki, guya Səbirə Ülviyyədən əməliyyat etməsini xahiş etmişdir. Səbirə saf insan idi. Guya Ülviyyə 500 nəfəri əməliyyat etmişdir. Ülviyyənin əməliyyat etdiyi adamların hamısı şikəstdir. Səbirə qanaxmadan ölüb, onu bu barədə xəbər verməmişdirlər, bəlkə o, həkim tapacaqdı. Guya Səbirə əməliyyatdan sonra çay içib, əməliyyat olunan adam həmin gün çay içir?! X35 gözü götürmürdüsə onu öldürməli idi?! Səbirənin iki əkiz uşağı olmuşdu deyə dərisində sallanma var idi. Səbirə buna görə də ona əməliyyat olunmaq istəməsini demiş, o da Səbirəyə Amerikada əməliyyat olunacağını demişdir. Səbirə və Ülviyyə arasında daima mübahisə olmuşdur, amma qaynanaları Şəhla onların mehriban olmalarını istəyirdi deyə restorana və başqa yerlərə gedəndə onlar mehriban görünürdülər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs xalası qızıdır, onlar uşaq vaxtından birlikdə böyümüşlər, bacı kimi olublar. O, Səbirə ilə öz aralarında dəfələrlə Səbirənin əməliyyat olunması barədə danışmışlar. Səbirə peşəkar həkimin onu əməliyyat etməsini istəyirdi. Hətta onlar Şövkət həkimin qəbuluna da getmişlər, əməliyyatın qiyməti də danışılmışdır. Səbirə ölməmişdən təxminən 10 gün əvvəl Ramazan bayramı ərəfəsində Səbirənin evində məclis olmuşdur, Səbirənin qaynanası da orada idi. X25 əməliyyat etmək istədiyini, amma qorxduğunu, risk etmək və getmək istəmədiyini demiş, o da getmək istəmirsə getməməsini demiş, Səbirə Ülviyyənin ona “gəl edim, 500 əməliyyat etmişəm, səni edə bilməyəcəm?” dediyini demişdir. O, Səbirə ilə mətbəxdə olarkən Səbirəyə Ülviyyənin əməliyyatlar etdiyini bildiyini amma həkim olmadığını, buna görə də risk etməməsini, Ülviyyənin yanına əməliyyata getməməli olduğunu demiş, bunu Səbirənin qaynanası Şəhla da eşitmişdir. O, daima Səbirənin evinə gedib-gəlirdi, Səbirə harasa gedəndə o gedib uşaqlara baxırdı. Səbirə ilə öz aralarında olan söhbət zamanı Səbirə ona Ülviyyənin də məclisə gəlmək istədiyini, qohumlarının Ülviyyənin məclisdə iştirak etməyini istəmədiklərini demişdir. Ad günləri və digər məclislərdə öz qohumları Ülviyyənin iştirak etməsini istəmirdilər. Sonra eşitmişdir ki, Səbirə əməliyyata gedib və ölüb. Ülviyyə deyir ki, Səbirə ilə bacı kimi olmuşlar, qəsdən etməmişdir, əgər elə idisə Səbirəni əməliyyat etdikdən sonra vəziyyətinin pis olduğunu görəndə niyə hansısa tibb müəssisəsinə aparmırdı?! Həmçinin Ülviyyə deyir ki, Səbirə əməliyyatdan sonra çay içmişdir, Səbirə buxağını əməliyyatı etdirmişdi, buxaq əməliyyatı olan adam necə isti çay içə bilər?! Səbirə əgər axşam saat 11-12-də ölmüşdüsə, niyə onun anasına saat 4-də məlumat verilir, niyə valideynlərdən əvvəl qonşuya bu barədə deyilir?! Məhkəmə iclasında şahid X29 verilən suallara cavab olaraq göstərmişdir ki, dəfələrlə onun yanında Səbirə Ülviyyə ilə əməliyyat barədə danışmış, o, Səbirədən Ülviyyənin əməliyyatı hansı qiymətə etdiyini soruşmasını istəmiş, bəlkə, nə vaxtsa özünün də əməliyyat olunacağını demiş, Ülviyyə də bir nahiyəni 500 manata əməliyyat etdiyini demişdi. Səbirə və Ülviyyə qayın arvadı idilər. Ülviyyə ərindən ayrılmışdı, bəlkə də, ailə münasibətlərinin qaydasında olmadığına görə görə Ülviyyə Səbirəyə qərəzli olmuşdur. Vəziyyət onu göstərir ki, Səbirə və Ülviyyə arasında münasibətlər pis olmuşdur. Əməliyyat olunan başqa qadınlar Şövkət həkimi əməliyyat üçün məsləhət görmüşdülər. Səbirəyə həmin həkimi kimin məsləhət gördüyünü, Ülviyyənin məsləhət gördüyü barədə onun məlumatı yoxdur. Səbirə özü ona Şövkət həkimi araşdırdığını, gedib onunla danışmaq istədiyini demişdi. O, Səbirə ilə birlikdə Şövkət həkimin yanına gedəndə Səbirə özü Şövkət həkimin qəbuluna girib danışmışdı. Əməliyyatın qiyməti təxminən 4000-5000 manat aralığında idi. O, 3-4 dəfə Ülviyyənin Səbirəyə sms və zəng şəklində onu əməliyyat etmək istədiyini dediyinin şahidi olmuşdur. Səbirə smsləri göstərmirdi, sadəcə Ülviyyənin yenə ona yazdığını deyirdi. X36 Mehribanın da əməliyyata gedəcəyini, qorxmamalı olduğunu demişdir. Son 6 ay idi ki, bu mövzu gedirdi. Son vaxtlar isə Ülviyyənin Səbirəni əməliyyat etmək istəməsi barədə danışıqlar olurdu. Hətta Ülviyyə aparatları yeni aldığını, sterilizasiyaya riayət etdiyini deyirdi. O, Səbirə və Ülviyyənin arasında mübahisə olmasını görməmişdir. O, Səbirə və Ülviyyənin birlikdə aralarında əməliyyat barədə söhbət olmasının birbaşa şahidi olmamışdır, Səbirə telefonla Ülviyyə ilə danışanda bu barədə eşitmişdir. Səbirə mesajların surətini ona göndərməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Əlibəyova Məlahət (Mila) Sabir qızı ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs sosial şəbəkələr vasitəsi ilə tanımışdır. O, Ülviyyənin yanına getmiş, Ülviyyə ondan analizlər istəmiş, analizlər gətirdikdən sonra əməliyyat üçün gün təyin etmiş, analizlərdən 3-4 gün sonra əməliyyat etmişdir. Əməliyyatda üç nəfər iştirak etmişdir. Əməliyyat kasmetoloji prosedur, yəni piyköçürmə əməliyyatı idi. O, 2013-cü ildə abdominoplastika olmuşdur. Ülviyyə özü də onda piyin az olmasını, istədikləri prosesin alınacağını demişdir. Əməliyyat Nərimanovda yerləşən Mira Dent klinikasında olmuşdur. Ülviyyənin köməkçisi Firuzə və anestezioloq Ləman orada olmuşdur. O, Ülviyyənin həkim olduğunu zənn etmişdir, belə ki, sosial şəbəkələrdə “doktor Ülviyyə kasmetoloq” kimi adını qeyd edib, yaxasında da, qapısında da “doktor” sözü yazılmışdır. O, Ülviyyənin sosial şəbəkəsində olan səhifəsində uğurlu əməliyyatları gördükdən sonra ona etibar etmişdir. Ona “Netflix”dən film dəvəti gəlmiş, rejissor ona 5-6 kilo arıqlamalı olduğunu demişdir. Çəkiliş günü azalırdı. Həmin vaxt Ülviyyənin səhifəsini görmüşdür. Orada Ülviyyə “bugün edirsiz, sabah həyatınıza davam edirsiz” ifadəsini vurğuladığına görə o, heç kimə demədən əməliyyat etdirmək qərarına gəlmişdi. Ülviyyə onu 2024-cü ilin fevral ayının 15-i ya 16-sı Firuzə və Ləmanın iştirakı ilə əməliyyat etmişdir. Piyköçürmə əməliyyatından sonra ona evdə antibiotiklər vurulması nəzərdə tutulmuşdur. Müalicəni Ülviyyə özü təyin etmiş, ona resept yazmışdır. Əməliyyatdan sonra ayılanda ona korset taxıldığını görmüşdür, həmin vaxt ona müalicələr edilməsi üçün resept verilmişdir, sonra evə getmiş, 2-3 saat çəkməmişdir ki, onda ağrılar olmağa başlamışdır, onda hematomalar var idi. Onun əməliyyatdan sonra sanki çəkisi daha da artmışdır. O, Ülviyyəyə pis olduğunu demiş, görünütülü olaraq göstərmişdir. 3-4 gün sonra o, Ülviyyənin yanına getmiş, Ülviyyə ona bədəni həssas olduğunundan proseduru götürmədiyinə görə ya piy vurulan yerləri yenidən yaracağını, ya da antibiotiklərə davam edəcəyini demişdir. Ona hər gün 3-4 saat ağır sistemlər qoşulmuşdur, sistemlərin tərkibi getdikdən sonra onun vəziyyəti yenidən pisləşirdi. Buna görə də o, Ülviyyəyə dərmanların kömək etmədiyini demiş, Ülviyyə ona Yasamalda yerləşən yeni ünvanı “Aze” klinikasının ünvanını göndərmiş, o, klinikaya getmiş, Ülviyyə ona yarılmalı olduğunu demişdir. Ülviyyə mart ayında onda piy vurulan yerləri yarmış, əməliyyatdan sonra bədəni götürmədiyinə görə bədəninə su yığıldığını demiş, ona antibiotiklər yazmışdır. Həmin antibiotiklərin bu proses ilə əlaqəsi yox idi, o, həmin antibiotiklərin nə olduğunu bilməmiş, sonradan professional həkimlər ona ciyərləri plazma edən, ödəm yığmaq üçün dərman olduğunu demişlər, amma bu zaman onda infeksiya yığılmışdı. Ülviyyə onu yarandan sonra hər gün klinikaya gəlməsini demiş, ona mütəmadi sistemlər, vitaminlər edəcəyini demişdir. Ülviyyənin müştərisi çox idi deyə ona güvənirdi, həm də fikirləşirdi ki, niyə təkcə onda belə hal olmuşdur. Bu proseslər ay yarım idi ki, davam etdiyindən o, bədənində niyə su gəldiyininin səbəbini bilmək üçün başqa həkimin yanına getməyə qərara gəlmiş, Nərimanovda yerləşən “Funda” klinikasında həkim qəbulunda olmuş, həkim onun bədənini görəndə bunun su yox, çirk olduğunu demişdir. Həkim onu müalicə etməyəcəyini, öz həkiminə müraciət etməsini, çirki əkməsini demişdir. O da yenidən Ülviyyənin yanına “Aze” klinikasına getmişdir. O, “Aze” klinikasına təxminən iki ay yarım müddətində getmiş, heç bir nəticəsi olmamışdır. Ülviyyənin bir xəstəsi öləndən sonra Ülviyyə işə gəlmədiyindən ona Ülviyyənin köməkçisi proseduralar edirdi. Ülviyyə onu yardığı gündən hər gün “Aze” klinikasına getmişdir. Ülviyyənin başı yasa qarışmışdı, o isə özünün də pis olduğunu demiş, Ülviyyə ona görə klinikaya gələcəyini demişdir. Ülviyyə ona pulu qaytaracağını, ona həkim tapacağını demişdir. O, may ayının 16-sı “Referans” klinikasında 3 saat 40 dəqiqə boyunca bədənindəki çirklərə görə əməliyyat olmuşdur. O, Ülviyyənin həkim olmadığını həmin vaxt bilmişdir. Əməliyyatdan bir müddət sonra o, Firuzəyə zəng etmiş, Ülviyyəni soruşmuş, Firuzə Ülviyyənin tutulduğunu demişdir. O, sonra araşdırmış, Ülviyyənin Yasamalda yerləşən “Davinci” klinikasında işlədiyini öyrəndikdən sonra o, 2024-cü ilin iyun ayında ona başqa nömrədən pasient adı ilə liposaksiya əməliyyatı istədiyini yazmış, Ülviyyənin nömrəsindən ona “Davinci” klinikasının ünvanı göndərilmiş, klinikaya gəlməsi deyilmiş və o, həmin klinikaya getmişdir. Orada həmin vaxt qeydiyyat bölməsində və orada olan xəstələr ona Ülviyyənin əməliyyatda olduğunu demişlər. O, Firuzənin də orada olduğunu görmüşdür, Firuzə oraya sənədlər üçün gəldiyini, Ülviyyənin orada olmadığını demiş, Firuzə kabinetə girərkən o da kabinetə daxil olmuş, kabinetin divarında “dr. Təqsirləndirilən şəxs” yazıldığını, orada ona məxsus bir-iki əşya olduğunu görmüşdür. O, Ülviyyəni həmin klinikada şəxsən görməmişdir. O, Firuzəyə Ülviyyəyə zəng etməsini demiş, Firuzə Ülviyyəyə zəng edərək telefonu ona vermiş, Ülviyyə ondan əl çəkməsini dedikdən sonra o, Nərimanov prokurorluğuna gedib şikayət etmişdir. Müstəntiq onun şikayəti üzrə işə xitam vermiş, o qərarı götürüb Baş Prokurorluğa getmiş, Baş Prokurorluq xitamı ləğv edib onun şikayətini Yasamala göndərmişdir. Yasamalda onun şikayətinə yenə xitam verilmiş, o, qərarı götürüb Baş Prokurorluğa getmiş, Baş Prokurorluq xitamı ləğv etmişdir. Yasamalda onun şikayəti üzrə cinayət işi açılmışdır. O, Ülviyyəyə əməliyyat üçün əlbəəl 1500 manat ödəmiş, iynədərmanlar üçün 1400 manata yaxın xərc çəkmişdir. O, axırıncı dəfə noyabrın 27-si Yasamal Hospitalda yenidən əməliyyat olmuşdur. Hazırda onun yaraları açıqdır. Ülviyyə aprel ayından sonra onu əməliyyat etməmişdir. O, son dövrlərdə öz vəsaiti ilə müalicələr almışdır. Ülviyyə onu anestezioloqu Lamiyənin işlədiyi “Medikus” klinikasına analiz üçün aparmış, orada ona maksimum bir həftəyə cavabların çıxacağı deyilmişdir. Sabahkı gün Ülviyyə ona analiz cavablarını göstərmişdir. O, əvvəllər 2013-cü ildə əməliyyat olunmuşdur, Ülviyyənin yanına gedəndə bu barədə əvvəldən demişdir. Hətta Ülviyyə onu əməliyyat etdikdən sonra onun videosunu çəkmiş, videoda “xanımın əməliyyatını bitirdik, xanım daha öncə əməliyyat olunub və uğursuz olub” ifadəsini işlətmişdir. İbtidai araşdırma dövründə şahid qismində dindirilmiş mərhum Zərərçəkmiş şəxs xx.xx.2014-cü il təvəllüdlü azyaşlı övladı Şahid11 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, anası və atasının arasında münasibət həmişə çox yaxşı olmuşdur. Təqsirləndirilən şəxs Elnur əmisinin keçmiş həyat yoldaşı olmuş, onun bəzi əməliyyatlar etdiyi barədə məlumatı olmuşdur. Anasının uzun müddət əvvəldən əməliyyat yolu ilə arıqlamaq istədiyini bilmiş, lakin atası həmişə anasına qəti olaraq etiraz etmişdir. Sonuncu dəfə Ramazan bayramında Şəhla nənəsigilə getdikləri vaxt bütün qohumlar orada olmuş, məclisdə anası Zərərçəkmiş şəxs Ülviyyəyə əməliyyat etməsini demiş, Təqsirləndirilən şəxs ilk öncə razılaşmamış, lakin sonra razılaşmışdır. Məclisdən bir neçə gün sonra xəstələnmiş, əməliyyatdan bir gün qabaq anası və bacısı bir yerdə evdən çıxıb bilmədiyi yerə getmişdir. Sonradan anası və bacısının həmin gün xəstəxanaya getdiklərini və anasının orada əməliyyat öncəsi analizlər verməsini bilmişdir. Anası Zərərçəkmiş şəxs əməliyyat oluncağı gün evdə atası, anası, nənəsi Sara və babası Eldar olmuş, anası əməliyyata getmək üçün hazırlaşmış və sağollaşıb getmişdir. Təqribi bir ay sonra anası Zərərçəkmiş şəxs Ülviyyə tərəfindən olunan əməliyyat nəticəsində rəhmətə getdiyini bilmişdir. Şahid mərhum Zərərçəkmiş şəxs xx.xx.2014-cü il təvəllüdlü azyaşlı övladı Şahid10 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, iş üzrə digər Şahid11 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhər prokurorluğu tərəfindən Zərərçəkmiş şəxs ölməsinə dair Suraxanı rayon prokurorluğunda toplanmış 96-c-24 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırmanın aparılması üçün Yasamal rayon prokurorluğuna göndərilmişdir (cild İ, i.v. 01-02); cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Yasamal rayon prokurorluğunda icraata qəbul edilmişdir (cild İ, i.v. 03); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 16-cı döngə, Şərq yaşayış massivi, nömrəsiz fərdi yaşayış evidir. Həmin ünvan “X55” MMC-nin direktoru Təqsirləndirilən şəxs məxsusdur. Fərdi yaşayış evi kürsülü birmərtəbəli olmaqla 4 otaqdan ibarətdir. Zərərçəkmiş şəxs ünvanda qonaq otağında divanın üzərinə uzadılmışdır. Səbirə uzadılmış yataq dəsti qanlı olduğuna görə tullandığı bildirilmişdir. Baxış təbii işıqlandırma şəraitində aparılmışdır, fərdi yaşayış evində otaqda olan əşyalar səliqəli yerləşdirilmişdir. Ünvanda dağıntı izləri aşkar edilməmişdir. Baxış zamanı hər hansı bir əşya və ya predmet müvafiq qaydada qablaşdırılmaqla götürülməmişdir. Protokola Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 16-cı döngə, Şərq yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin giriş hissəsi və həmin evdə qonaq otağında Zərərçəkmiş şəxs uzadılmış olduğu divanın fotoşəklinin surəti əlavə edilmişdir (cild İ, i.v. 08-10); meyitə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyiti müayinə olunmasından ötrü Azərbaycan Respublikası MTE və PA X46 Şəxsin Suraxanı rayon şöbəsinə yerləşdirilmişdir. Meyit təşrih masası üzərində üzü üstə uzadılmışdır. Gövdənin yuxarı hissəsində qara rəngli fiksasiyaedici mayka, çanaq nahiyəsində pampers vardır. Meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyu 150 sm-dir. Meyit əllə toxunduqda tam soyumuşdur. Meyit qacıması yoxlanılan bütün əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri gövdənin arxa səthində ada şəklində olmaqla qırmızımtıl-çəhrayı rəngdədir, təzyiq etdikdə avazıyır və 6-7 dəqiqəyə öz əvvəlki rənginə bərpa olur. Baş tükləri sarımtıl-qəhvəyimtil rəngdədir, sıxdır, 30-40 sm uzunluqdadır. Xarici qulaq keçəcəkləri sərbəstdir, ifrazatsızdır. Gözləri qapalıdır, bəbəklər genəlmişdir, diametrləri 0,5 sm-dir, buynuz qişa solğundur, konyuktiva qansızmasıdır. Burun və üz skeleti sümükləri əllədikdə tamdırlar. Burun dəliklərindən qanlı-köpüklü ifrazat vardır. Ağzı qapalıdır, dişləri tamdır, təbiidir. Dili ağız boşluğunda diş xəttindən arxada sərbəst yerləşmişdir. Boynu gövdəyə müvafiq uzunluqda və köklükdədir. Döş qəfəsi silindrik olub, simmetrikdir. Süd vəziləri şarvaridir, döş gilələri solğunqəhvəyimtil piqmentasiyalıdır. Qabırğaları əllədikdə patoloji hərəkətsizdir. Qarnı qabırğa qövsləri səviyyəsində yerləşmişdir, qırışlıdır. Qasıqüstü nahiyədə köndələn istiqamətli, keçirilmiş Keysəriyyə cərrahi əməliyyatından sonrakı laparotom çapığı vardır. Xarici cinsiyyət üzvləri qadın tipinə müvafiq düzgün inkişaf etmişdir, böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarını tam qapayır. Uşaqlıq yolundan ifrazat yoxdur, arxa keçəcək dəliyi qapalıdır, ətrafındakı dəri təmiz və zədəsizdir. Yuxarı və aşağı ətrafları gövdəyə müvafiq inkişaf etmişlər, sümükləri əllədikdə tamdırlar. Tibbi manipulyasiyalar və prosedur: alt çənənin sağ və sol qulaqönü-çənə bucağı nahiyəsində 1,3ö0,2 sm ölçüdə, qan xaric olan hamar kənarlı, kəsilmiş yara və çənəaltı-boyun-boğaz nahiyəsində yayılmış, göyümtül rəngli qansızma (dərialtı hematoma) qeyd edilir. Çiyin qurşaqlarının, kürəküstü, arxa qoltuq-orta kürək xətti boyunca, hər iki tərəfdə yayılmış, fasiləli, göyümtül rəngli dəriiçi qansızmalar (dərialtı hematomalar) vardır. Döş qəfəsinin ön səthində süd vəzilərinin alt hissəsində, hər iki qabırğa qövsləri boyunca döş qəfəsinin yan səthlərinə keçən, fasiləli qansızmalar (dərialtı hematomalar) və orta körpücük xətti üzrə yerləşmiş 2 ədəd 1,3x0,3 sm ölçüdə, hamar kənarlı kəsilmiş yaralar qeyd edilir, yaralardan qanaxma vardır. Gövdənin arxa səthində onurğa sütunu boyunca Vİİ döş, İ bel və İ oma fəqərələri hüdudunda 1,3x0,3 sm ölçülərdə, hamar kənarlı kəsilmiş yaralar vardır, yaralardan qanaxma qeyd edilir. Hər iki budun ön və iç səthlərində (əsasən solbudda) yayılmış, fasiləli, dəriiçi qansızmalar qeyd edilir. Sol dirsək çuxurunda inyeksiya yaracığı vardır. Onurğa sütununun döş-bel-oma nahiyələrinin liposaksiya, hər iki bud nahiyələrinin lipofilinq əməliyyatlarından sonrakı qansızmalarıdır (cild İ, i.v. 14-15); baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3-da yerləşən «X55» MMC-dir. Mərkəzə daxil olduqda 5 otaqdan ibarət tibbi otaqlar müşahidə olunur. Otaqlardan birində 2 ədəd cərrahi çarpayı (kuşetka), dərman preparatlarının düzümü üçün hazırlanmış mebel dəsti, liposaksiya-piysovurma cərrrahi əməliyyatının keçirilməsi üçün aparatın olması müşahidə olunur. Digər otaqda lazer aparatı vardır. Bundan başqa masaj və digər kosmetoloji təyinatlı otaqlar vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs göstərmişdir ki, qohumu olan Zərərçəkmiş şəxs xx.xx.2024-ci il tarixdə saat 16 radələrində cəmiyyətdə «liposaksiya piysovurma» cərrahi əməliyyatı etmiş və sonuncu ilə əvvəlcədən razılaşdırılmış qaydada öz yaşadığı evə gətirməli idi. Qeyd edilən cəmiyyətdə bir neçə dəfə qeyd edilən cərahi əməliyyatı etmiş, həmin cərrahi əməliyyatın edilməsindən ötrü lisenziyası yoxdur, tibbi təhsili yoxdur. Mərkəzdə qeyd edilən əsas cərrahi əməliyyat otağı kimi istifadə edilən otaqda liposaksiyapiysovurma əməliyyatı keçirilsə də, mərkəzdə heç bir laborator müayinə və ya rentgen aparatları mövcud deyildir. Baxış süni işıqlandırma şəraitində aparılmışdır. Hər hansı bir əşya və ya predmet müvafiq qaydada qablaşdırılmaqla götürülməmişdir. Protokola «X55» MMC-də olan liposaksiya-piysovurma əməliyyatı aparılan otağın və həmin əməliyyat üçün istifadə edilən aparatın fotoşəkillərinin surəti əlavə edilmişdir (cild İ, i.v. 16-20); X17 Mərkəzi tərəfindən tərtib olunan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024cü il tarixdə nümunə alınmış və həmin tarixdə nəticə bəlli olmuşdur. Belə ki, onda HBsAg (kart-test) neqativ; Anti-HCV (kart-test) neqativ; NRBC 0; NRBC% 0; EÇS 35; APTZ 20,8; WBC 6,94; NEUT# 3,61; LYM# 2,89; MON# 0,32; EOS# 01; BAS# 0,02; yetişməmiş qranulositlər# 0,01; NEUT% 51,9; LYM% 41,7; MON% 4,6; EOS% 1,5; BAS% 0,3; İMG% 0,2; RBC 4,03; HGB 12,3; HCT 36,9; MCV 91,5; MCH 30,5; MCHC 33,4; RDW_CV 13,5; PLT 256; MPV 10,4; PDW 16,4; PCT 0,27; PLCC 76; P-LCR 29,7-dir (cild İ, i.v. 36-37, 39- 40); X17 Mərkəzi tərəfindən tərtib olunan elektrokardioqrafiya analiziniə dair çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs sinus ritmi. Ürəyin elektrik oxu sola meyllidir. Kəskin koronar dəyişiklik aşkar olunmamışdır (cild İ, i.v. 38); Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs fərdi sahibkar kimi VÖEN-i **********-dir (cild İ, i.v. 47); ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 02:00-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 16-cı döngə, Şərq yaşayış massivində yerləşən evdə ölmüşdür. Bilavasitə ölümə səbəb olmuş xəstəlik və ya hal - başqa rubrikalarda təsnif olunmayan proseduraları ağırlaşdıran qanaxma və hematomadır. Əvvəlcə mövcud olan səbəb - cərrahi və terapevtik yardımın göstərilməsi zamanı dəqiqləşdirilməmiş bədbəxt hadisədir. Ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmuş xəstəliklə və patoloji halla əlaqədar olmayan başqa vacib hal Yasamal rayonunda Kasmetoloji Mərkəzdə xx.xx.2024-cü ildə keçirilmiş liposaksiya əməliyyatıdır (cild İ, i.v. 63); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X26” X53 tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli, 33/MEŞ saylı rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində tibbi manipulyasiya və prosedur yerləri istisna olmaqla xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi boyunun buxaq və çənə bucaqları nahiyələrinin, döş qəfəsinin ön, arxa və yan səthlərinin, qarın nahiyyəsinin ön və yan səthlərinin, çanağın qalça-qasıq nahiyyələrinin, onurğa sütununun döş-bel-oma nahiyyələrinin birmomentli liposaksiya cərrahi əməliyyatı ilə əlaqədar baş vermiş kəskin qanitirmə olmuşdur. Bununla da Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə üzərində keçirilmiş cərrahi əməliyyatla onun ölümü arasında bilavasitə səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitin meyitxanada (xx.xx.2024-cü il tarixdə, saat 10:15-də) müayinəsindən təxminən 8-10 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində Lidokain, Tramadol və fenialkilamin qrupuna aid olan Amfetamin aşkar edilmişdir. Metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Rəyə Zərərçəkmiş şəxs meyitinin iki ədəd fotoşəkli əlavə edilmişdir (cild İ, i.v. 76-84); xx.xx.2024-cü il tarixli natorial qaydada təsdiq olunmuş müqavilənin ləğvinə dair müqavilədən görünür ki, hazırkı müqavilə imzalandığı tarixdən etibarən İcarə müqaviləsində birinci tərəf X33 ilə ikinci tərəf “X55” MMC arasında Bakı şəhər 6 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli 3M-535 reyestrli İcarə müqavilə ləğv edilir (cild İ, i.v. 85); İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Millli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır, VÖEN-i **********-dir, hüquqi ünvanı AZ1073, ünvan 6nuni təmsilçisi Təqsirləndirilən şəxsdır (cild İ, i.v. 86-87); iş materiallarına "xxxx" MMC-nin nizamnaməsi əlavə edilmişdir (cild İ, i.v. 88-90); İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Millli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından görünür ki, “X55” MMC xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır, VÖEN-i **********-dir, hüquqi ünvanı AZ1073, ünvan 7isi Təqsirləndirilən şəxsdır (cild İ, i.v. 91-92); iş materiallarına “X55” MMC-nin nizamnaməsi əlavə edilmişdir (cild İ, i.v. 93-95); götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaddaşında Zərərçəkmiş şəxs məxsus iki ədəd audio səs yazıları olan 1 ədəd “CD” diski könüllü olaraq təqdim etmiş və həmin “CD” disk götürülmüş və iş materillarına əlavə edilmişdir (cild İ, i.v. 139-141, 143); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X26” X53 tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli, 503/KEŞ saylı rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Estetik Mərkəzdə Zərərçəkmiş şəxs üzərində lipoksaksiya-piysovurma cərrahi müdaxilənin keçirilməsindən ötrü cərrahi və estetik lisenziyanın olmaması, estetik mərkəzdə əməliyyatxana və laborator şəraitin olmaması, əməliyyatı icra edən Təqsirləndirilən şəxs isə nəinki lisenziyasının, ümumiyyətlə tibb təhsilinin belə olmaması, həmin cərrahi müdaxilədən sonra Zərərçəkmiş şəxs estetik mərkəzdə reanimasion və ya intensiv terapiya şöbəsi olmadığından sonuncuya lazımi tibbi yardım göstərilməmişdir. Əməliyyatı icra edən Təqsirləndirilən şəxs tibb təhsili olmadığından, törədilən əməl Səhiyyə Nazirliyinin təlimat qaydaları ilə tənzimlənmir. Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünün bilavasitə səbəbi boyunun, buxaq və çənə bucaqları nahiyələrinin, döş qəfəsinin ön, arxa və yan səthlərinin, qarın nahiyəsinin ön və yan səthlərinin, çanağın qalça-qasıq nahiyələrinin, onurğa sütununun döş-bel-oma nahiyələrinin birmomentli liposaksiya cərrahiyyə əməliyyatı ilə əlaqədar baş vermiş kəskin qanitirmə olmuşdur ki, bununla da xx.xx.2024-cü il tarixdə üzərində keçirilmiş cərrahiyyə əməliyyat ilə onun ölümü arasında bilavasitə səbəbli əlaqə vardır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Estetik Mərkəzdə liposaksiya-piysovurma cərrahi müdaxilənin edilməsindən sonra müalicəsinin ev şəraitində və tibb təhsili olmayan şəxs tərəfindən aparılması yolverilməzdir. Qeyd olunan hal Səhiyyə Nazirliyinin təlimat qaydaları ilə tənzimlənmir (cild İ, i.v. 174-181); Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Tələbə-Məzun” X41 Sisteminə əsasən Təqsirləndirilən şəxs təhsili barədə məlumat aşkar olunmamışdır (cild İ, i.v. 185); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X37 Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri aşağıdakılardır: İlyasova X2 Mehriban Tofiq qızı işəgötürən olmaqla xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək lazer ustası; X7 işəgötürən olmaqla 2021-ci ilin iyun ayından xx.xx.2023-cü il tarixədək kosmetoloq; "xxxx" QSC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək katibə kimi işləmişdir (cild İ, i.v. 186-187); zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X19 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (cild İ, i.v. 226-227); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Polis İdarəsində hər hansı bir təqsirləndirici və portal axtarış sistemində heç bir məlumat qeydə alınmamışdır (cild İ, i.v. 252); Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X57 “Respublika Təcili və X22 Mərkəzi” X57 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:16-da “RTTTYM”-nə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Dərə ünvanından naməlum qadının (40 yaş) adına “halı pis” səbəbi ilə daxil olan çağırış saat 00:17-də 21 saylı bölmənin həkimi Lalə Məmmədovaya və tibb qardaşı Şahid8 verilmişdir. Həkim briqadası saat 00:20-də Qaraçuxur qəsəbəsi, döngə 16 (həyət evi) ünvanına çatmış və X15 (ətrafdakıların deməsinə görə) (40 yaş) məxsus meyit ilə rastlaşmış, “Həkimə qədər ölüm. Qadın cinsli meyit” diaqnozu qoyulmuşdur. Ünvana ərazi üzrə polis bölməsinin əməkdaşları dəvət olunmuş və meyit əməkdaş Əhməd Muradova təhvil verilmiş və hadisə barədə 32-ci polis bölməsinin kapitanı Əliyev məlumatlandırılmışdır (cild İ, i.v. 256); doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 28 yanvar 1984-cü il tarixdə doğulmuşdur, atası X43, anası X13r (cild İİ, i.v. 12); Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs fərdi sahibkar kimi xx.xx.2017-ci il tarixdə vergi orqanında qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. Təqsirləndirilən şəxs vergi orqanına təqdim etdiyi ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdən sahibkarlıq fəaliyyətini dayandığı müəyyən olunmuş və xx.xx.2024-cü il tarixə vergi borcu mövcud deyildir (cild İİ, i.v. 20-21); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X27 Xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son on ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməyib (cild İİ, i.v. 41); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X53 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda verilmiş baza məlumatlarına əsasən müraciət etməyib və dispanser müşahidəsi aparılmayıb (cild İİ, i.v. 42); Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs özəl tibb fəaliyyəti üzrə lisenziyanın verilməsinə dair məlumat reyestrdə qeydə alınmamışdır (cild İİ, i.v. 47); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X53 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild İİ, i.v. 48); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir şəxsdən, o cümlədən ailə münaqişəsi ilə əlaqədar şikayəti və ya onun barəsində hər hansı bir şəxsin şikayəti əsasında heç bir araşdırma aparılmamışdır (cild İİ, i.v. 49); Azərbaycan Respublikası X44 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2001-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə V ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 700 ballıq şkala üzrə 142 bal toplayaraq heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X44 tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir (cild İİ, i.v. 60); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X53 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild İİ, i.v. 68); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində mülki və ya cinayət icraatı üzrə işlərə baxılmamış və eyni xarakterli işlərdə iştirakçı olmamışdır (cild İİ, i.v. 85); Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində hər hansı material və ya cinayət işi yoxdur (cild İİ, i.v. 86); götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid6 yaddaşında Zərərçəkmiş şəxs məxsus üç ədəd audio səs yazıları olan 1 ədəd “CD” diski könüllü olaraq təqdim etmiş və həmin “CD” disk götürülmüş və iş materillarına əlavə edilmişdir (cild İİ, i.v. 94-97); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X26” X53 tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli, 668/KEŞ saylı rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Estetik Mərkəzdə Zərərçəkmiş şəxs üzərində lipoksaksiya-piysovurma cərrahi müdaxilənin keçirilməsindən ötrü cərrahi və estetik lisenziyanın olmaması, estetik mərkəzdə nə əməliyyatxana, nə də reanimasiya şöbəsinin, eləcə də laborator şəraitin olmaması, əməliyyatı icra edən Təqsirləndirilən şəxs isə nəinki lisenziyasının, ümumiyyətlə tibb təhsilinin belə olmaması, həmin cərrahi müdaxilədən sonra Zərərçəkmiş şəxs estetik mərkəzdə reanimasion və ya intensiv terapiya şöbəsi olmadığından sonuncuya lazımi tibbi yardım göstərilməmişdir. Əməliyyatı icra edən Təqsirləndirilən şəxs tibb təhsili olmadığından, törədilən əməl Səhiyyə Nazirliyinin heç bir təlimat qaydaları ilə tənzimlənmir. Zərərçəkmiş şəxs ölümündə Təqsirləndirilən şəxs qəsdinin olub-olmamasının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünün bilavasitə səbəbi boyunun, buxaq və çənə bucaqları nahiyələrinin, döş qəfəsinin ön, arxa və yan səthlərinin, qarın nahiyəsinin ön və yan səthlərinin, çanağın qalça-qasıq nahiyələrinin, onurğa sütununun döş-bel-oma nahiyələrinin birmomentli liposaksiya cərrahiyyə əməliyyatı ilə əlaqədar baş vermiş kəskin qanitirmə olmuşdur ki, bununla da xx.xx.2024-cü il tarixdə üzərində keçirilmiş cərrahiyyə əməliyyat ilə onun ölümü arasında bilavasitə səbəbli əlaqə vardır. Həmçinin Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Estetik Mərkəzdə liposaksiya-piysovurma cərrahi müdaxilənin edilməsindən sonra müalicəsinin ev şəraitində və tibb təhsili olmayan şəxs tərəfindən aparılması yolverilməzdir. Qeyd olunan hal Səhiyyə Nazirliyinin təlimat qaydaları ilə tənzimlənmir (cild İİ, i.v. 102-112); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild İİ, i.v. 113-115); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v. 136-137); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X53 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild İİ, i.v. 144); Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs barəsində heç bir iş daxil olmamışdır (cild İİ, i.v. 146); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X53 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs yuxarıda adı göstərilən mərkəzdə qeydiyyatda yoxdur (cild İİ, i.v. 147); Abşeron Rayon Məhkəməsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatına 2019-2024-cü il dövründə Zərərçəkmiş şəxs barəsində şikayət və ya hər hansı təqsirləndirici material daxil olmamış və baxılmamışdır (cild İİ, i.v. 148); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X27 Xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs son on ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməyib (cild İİ, i.v. 149); Azərbaycan Respublikası Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-dən alınan arayışa görə Zərərçəkmiş şəxs ünvan 9 ünvanında yaşamış, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir (cild İİ, i.v. 150); Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Tələbə-Məzun” X41 Sisteminə əsasən Təqsirləndirilən şəxs X32 əmri ilə hər hansı ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmamışdır (cild İİ, i.v. 170); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X53 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild İİ, i.v. 171); Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir (cild İİ, i.v. 178); Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Polis İdarəsində təqsirləndirici material olmamışdır (cild İİ, i.v. 185); cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsindən həmin Məcəllənin 143 və 314.2-ci maddələrinə tövsif edilmişdir (cild İİ, i.v. 186-190) təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişikliklər və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 143 və 314.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (cild İİ, i.v. 205-207); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-779/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 143 və 314.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin edilməmişdir (cild İİ, i.v. 233-240); qətimkan tədbirinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş və daha ciddi qətimkan tədbiri seçilməsi qərara alınmışdır (cild İİ, i.v. 243); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v. 244-246); şahidin qanuni nümayəndəsi təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şahid Mari İlyasovun qanuni nümayəndəsi Şahid3 təyin olunmuşdur (cild İİ, i.v. 250-251); şahidin qanuni nümayəndəsi təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid11 qanuni nümayəndəsi Şahid3 təyin olunmuşdur (cild İİ, i.v. 253-254); inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın surətindən görünür ki, Yasamal rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr. yerləşən ünvanda Təqsirləndirilən şəxs tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyəti estetik cərrahiyyə liposaksiya və digər plastik cərrahiyyə əməliyyatlar göstərilməsi faktı aşkar edilmişdir. Nəticədə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və Təqsirləndirilən şəxs barəsində 5000 (beş min) manat məbləğində cərimə tətbiq edilmişdir (cild İİİ, i.v. 12-13); Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-928/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, protest və şikayət təmin edilməmiş, Azərbaycan Respublikası CM-nin 143 və 314.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (cild İİİ, i.v. 21-29); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X53 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda verilmiş baza məlumatlarına əsasən müraciət etməyib və dispanser müşahidəsi aparılmayıb (cild İİİ, i.v. 30); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X53 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda verilmiş baza məlumatlarına əsasən müraciət etməyib və dispanser müşahidəsi aparılmayıb (cild İİİ, i.v. 31); Nərimanov İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 53 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 11 ünvanda yaşadığı müddət ərzində barəsində mənzil-istismar sahəsinə şikayət daxil olmamışdır. Qonşular tərəfindən hörmətlə qarşılanmışdır, səmimidir, təvazökardır (cild İİİ, i.v. 37); Azərbaycan Respublikasının Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən qəbul edilən ibtidai istintaqın davam etdirilməsinin həvalə edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 143 və 314.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin ibtidai istintaqının davam etdirilməsi Yasamal rayon prokurorluğuna həvalə edilmişdir. sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, həmçinin iş üzrə toplanmış digər sənədlər sübut növü kimi tanınmışdır (cild İİİ, i.v. 38-50); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Dent” klinikasında X10 bədəni üzərində şəkilləndirmə əməliyyatının düzgün aparılması barədə ərizəsi əsasında toplanmış 305-C-24 saylı material üzrə cinayət işi başlanması Nərimanov rayon prokurorluğu tərəfindən rədd edilmişdir; cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Yasamal rayon prokurorluğu tərəfindən X20 şikayəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci və 314.1-ci maddələri ilə cinayət işi başlanılmışdır; Vəsatət əsasında məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məxsus “Hyundai Santafe” markalı, 77XN170 nömrəli avtomaşının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə olan hərəkət traektoriyasını əks etdirən video görüntülərin məhkəməyə təqdim edilməsi barədə sorğu verilmişdir. Həmin sorğuya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubu göndərilmiş, məktubda arxivlərin saxlanılma müddəti bitdiyindən müvafiq məlumatların təqdim edilməsinin imkan xaricində olduğu qeyd edilmişdir; B № 032245 nömrəli 2005-ci il tarixli diplomun surətindən görünür ki, X1 təhsilin pedaqogika və metodikası ixtisasını bitirmişdir; Azemis Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun iki uşağı – xx.xx.2005-ci il təvəllüdlü X34 və xx.xx.2008-ci il təvəllüdlü X38 – vardır. Zərərçəkmiş şəxs hüquqi varisi X19 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 63462 (altmış üç min dörd yüz altmış iki) manat, mənəvi ziyana görə 80000 (səksən min) manat və 433,46 (dörd yüz otuz üç manat qırx altı qəpik) manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Mülki iddiaya əlavə edilmiş qəbzlərin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD pul köçürülmüşdür. Mülki iddiaya əlavə edilmiş qəbzlərin surətindən görünür ki, “Ali” adlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 600 USD; xx.xx.2024-cü il tarixdə 700 USD; xx.xx.2024-cü il tarixdə 900 USD; xx.xx.2024-cü il tarixdə 900 USD; xx.xx.2024-cü il tarixdə 900 USD; xx.xx.2024-cü il tarixdə 900 USD; xx.xx.2024-cü il tarixdə 900 USD; xx.xx.2024-cü il tarixdə 900 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 600 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD; xx.xx.2024-cü il tarixdə 500 USD pul köçürülmüş və “Sara” və “Farhad” adlı şəxslər tərəfindən qəbul edilmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024 tarixdə Bakı-İstanbul- NyuYork reysinə təyyarə bileti üçün 2,697.26 USD; xx.xx.2025-ci il tarixdə Farhad Valiyev və Sara Gahramanovanın Bakı-İstanbul-NyuYork reysinə təyyarə bileti üçün 2,669.90 USD pul köçürülmüşdür. Ərizəyə əlavə edilmiş hüquqi yardım göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, müqavilədə Zərərçəkmiş şəxs hüquqi varisi X19 tərəfindən X5 6980 manat ödənilməli olduğu göstərilmişdir. Ərizəyə əlavə edilmiş qəbzlərin surətindən görünür ki, X43 tərəfindən vəkil Şəfiqə Nağıyevaya xx.xx.2024-cü il tarixdə 3000 manat və 9 saylı Vəkil Bürosunun bank hesabına 4002 manat (2 manat xidmət haqqı olmaqla) ödənilmişdir; Ərizəyə əlavə edilmiş hüquqi yardım göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, müqavilədə zərərçəkmiş şəxsin hüquqi varisi X19 tərəfindən X3 6020 manat ödənilməli olduğu göstərilmişdir. Ərizəyə əlavə edilmiş qəbzin surətindən görünür ki, X19 tərəfindən Qanunçuluq Vəkil Bürosunun bank hesabına xx.xx.2024-cü il tarixdə 3000 manat ödənilmişdir; Ərizəyə əlavə edilmiş qəbzin surətindən görünür ki, X19 tərəfindən Qanunçuluq Vəkil Bürosunun bank hesabına xx.xx.2024-cü il tarixdə 3020 manat ödənilmişdir; Ərizəyə əlavə edilmiş hüquqi yardım göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, müqavilədə zərərçəkmiş şəxsin hüquqi varisi X19 tərəfindən X3 3000 manat ödənilməli olduğu göstərilmişdir. Ərizəyə əlavə edilmiş qəbzin surətindən görünür ki, X19 tərəfindən X3 xx.xx.2024-cü il tarixdə 3000 manat ödənilmişdir; Ərizəyə əlavə edilmiş qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə 433,46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında göstərilir: CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb etmə üçün vəzifəli şəxsin üzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bu hüquq və vəzifələrin konkret olaraq hansı qanunvericilik aktı ilə müəyyən edildiyini, məhz hansı vəzifələrin yerinə yetirilmədiyini və ya lazımınca yerinə yetirilmədiyini, qulluq vəzifələrinin yerinə yetirikmək üçün vəzifəli şəxsin real imkanlarının olub-olmadığını müəyyən etmək zəruridir. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Qeyd edilən hal, məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, məhkəmədə araşdırılmış məhkəmə ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə bağlı ifadələrini işin məhkəmədə müəyyən olunan halları ilə üst-üstə düşməyən ifadə kimi qiymətləndiriərək iş üzrə ittihamın həlli üçün əhəmiyyətli olan sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri və iş materiallarında olan ifadələr, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 314.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinə əsasən həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda — iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.1-ci maddəsinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir; 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər; 56.1.1-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanı ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Qeyd edilən Məcəllənin 143-cü maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 uyun 2013-cü il tarixli Qərarına əsasən şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini “X55” MMC-nin direktoru vəzifəsində işlədiyi dövrdə törətdiyindən, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb CMnin 46-cı maddəsi tətbiq edilərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 314.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-nin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə, daha dəqiq səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilmə növündə əlavə cəza da təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 314.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinə görə həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli; Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə görə həmin maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və bundan əlavə təqsirli bilindiyi səhlənkarlıq cinayəti üzrə maddənin sanksiyasında nəzərdə tutulmasa da müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza ilə cəzalandırılmalı; Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təyin edilmiş islah işləri cəzasının dörd günü, azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı; Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilərək ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə növündə cəza təyin edilməklə əlavə cəza kimi müəyyən müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməlidir. Cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiası məhkəməyə təqdim edilmişdir. Mülki iddiada Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyana görə 63462 (altmış üç min dörd yüz altmış iki) manat, mənəvi ziyana görə 80000 (səksən min) manat və 433,46 (dörd yüz otuz üç manat qırx altı qəpik) manat dövlət rüsumunun mülki iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyərək, yerində müşavirə etdikdən sonra mülki iddianı icraata qəbul etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində ona təkcə maddi ziyan yox, eyni zamanda mənəvi ziyan da dəymişdir. Belə ki, yeganə qızının onun tərəfindən öldürülməsi nəticəsində bir ana kimi fəal ictimai həyat tərzindən məhrum olmuşdur, iztirablar keçirmiş, psixoloji sarsıntılara məruz qalmışdır, həyatda yaşamamaq, özünə qəsd etmək və öldürmək istəmişdir. Bundan başqa, həyat yoldaşı ilə birlikdə Amerikada yaşadıqlarından bu hadisə ilə əlaqədar bu uzaq məsfəni gedib-gəlmək məcburiyətində qalmışlar və buna görə yola bilet almış, eyni zamanda burada evləri olmadığından kirayə ev tutub yaşamış və kirayə pulu ödəmişlər, hal-hazırda da bu ziyanlar davam edir, ona görə ki, məhkəmə işləri başa çatana kimi məcbur olub burada qalmalıdılar. xx.xx.2024-cü il tarixdən hal-hazırkı vaxtadək çəkilən maddi ziyanı təsdiq edən sənədlər aşağıdakılardır: 1) xx.xx.2024, qəbz **********, 500.00 USD; 2) xx.xx.2024, qəbz **********, 500.00 USD; 3) xx.xx.2024, qəbz **********, 500.00 USD; 4) xx.xx.2024, qəbz **********, 500.00 USD; 5) xx.xx.2024, qəbz **********, 500.00 USD; 6) xx.xx.2024, qəbz **********, 500.00 USD; 7) xx.xx.2024, qəbz **********,500.00 USD; 8) xx.xx.2024, qəbz **********, 500.00 USD; 9) xx.xx.2024, qəbz **********, 500.00 USD; 10) xx.xx.2024, qəbz **********, 500.00 USD; 11) xx.xx.2024, qəbz **********, 500.00 USD; 12) xx.xx.2024, qəbz **********, 500.00 USD; 13) xx.xx.2024, qəbz **********, 500.00 USD; 14) xx.xx.2024, qəbz **********, 500.00 USD; 15) xx.xx.2024, qəbz **********, 500.00 USD; 16) xx.xx.2024, qəbz **********, 500.00 USD; 17) xx.xx.2024, qəbz **********, 500.00 USD; 18) xx.xx.2024, qəbz **********, 500.00 USD; 19) xx.xx.2024, qəbz **********, 500.00 USD; 20) xx.xx.2024, qəbz **********, 600.00 USD; 21) xx.xx.2024, qəbz **********, 500.00 USD; 22) xx.xx.2024, qəbz **********, 900.00 USD; 23) xx.xx.2024, qəbz **********, 900.00 USD; 24) xx.xx.2024, qəbz **********, 900.00 USD; 25) xx.xx.2024, qəbz **********, 900.00 USD; 26) xx.xx.2024, qəbz **********, 900.00 USD; 27) xx.xx.2024, qəbz **********, 900.00 USD; 28) xx.xx.2024, qəbz **********, 900.00 USD; 29) xx.xx.2024, qəbz **********, 700.00 USD; 30) xx.xx.2024, qəbz **********, 600.00 USD; 31) xx.xx.2024, qəbz **********, 500.00 USD; 32) xx.xx.2024, qəbz **********, 500.00 USD; 33) xx.xx.2024, qəbz **********, 500.00 USD; 34) xx.xx.2024, qəbz **********, 500.00 USD; 35) xx.xx.2024, qəbz **********, 500.00 USD; 36) təyyarə bileti: Bakı-İstanbul-NyuYork xx.xx.2024, 2.697.26 USD; 37) təyyarə bileti: Bakı-İstanbul- NyuYork xx.xx.2025, 2,669.90 USD. Cəmi 25 566 USD, manatla 43 462 AZN. 38) Hüquqi yardım müqaviləsi, istintaq dövründə vəkil X6 3000 + 3000 = 6000 manat; 39) Hüquqi yardım müqaviləsi: istintaq dövründə vəkil X11 4000 + 3000 = 7000 manat. Cəmi 13 000 manat. 40) Kirayə pulu 7000 manat. Göstərilən pul məbləğləri həm dollar, həm də manatla göstərilmişdir ki, həmin pulların bir qismi dollarla Amerikadan oğlu Əli tərəfindən ancaq, qızının ölümündən sonra burada məcburiyyət qarşısında qaldıqları dövrdə, eyni zamanda 2 dəfə oğlunun yanına getməklə əlaqədar göndərilmişdir. Hüquqi yardımla bağlı pullar isə burada tərəflərindən aidiyyatı üzrə manatla ödənilmişdir. Eyni zamanda onların burada öz evləri olmadığından kirayədə yaşadıqlarına görə 10 ay müddətində 700 manatdan 7000 manat kirayə haqqı ödəmişlər. Məhkəmə hesab edir ki, mülki iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir; 181-ci maddəsinə əsasən, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıda göstərilənləri edə bilər: 181.2.1-ci maddəsi - itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, habelə mümkün olan hallarda əmlakın natura şəklində ödənilməsini; 181.2.2-ci maddəsi - itirilmiş əmlakın satın alınmasına, həmçinin zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3-cü maddəsi itirilmiş gəlirin ödənilməsini; 181.2.4-cü maddəsi - mənəvi ziyanın ödənilməsini; 181.3.1-ci maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə dair xərclər şəklində özünü göstərir; 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir; 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hisssində mülki iddianın həlli göstərilməlidir; 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması; “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə mülki iddianın maddi ziyanla bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş maddi zərərə görə, yəni təyyarə biletlərinin alınmasına görə ödənilmiş 5367,16 ABŞ dolları (2697,26+2669,90) məbləğində pul vəsaiti (ABŞ dollarının Azərbaycan manatına nisbətdə olan məzənnəsinə uyğun 9124,17 manat) və hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, göstərilən məbləğ ağılabatan məbləğdə, yəni 2000 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki iddiaçı kirayə pulu olaraq ona 7000 manat və digər xərclərlə bağlı zərər dəydiyini qeyd etsə də, buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin, mülki iddianın mənəvi zərərlə bağlı hissəsini araşdıraraq aşağıdakıları qeyd edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarının 71-ci bəndində göstərilmişdir ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X24 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Göründüyü kimi, “İnsan Hüquqlarının və X24 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə hesab edir ki, mülki iddiaçının qızının ölümü ilə bağlı fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hisləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən (təqsirləndirilən şəxsdən) pul tutulması tələbi əsaslıdır. Lakin, məhkəmə, mülki cavabdehin də əmlak vəziyyəti nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə mənəvi zərərin məbləgini 20.000 manat müəyyən edir və hesab edir ki, həmin məbləg təqsirləndirilən şəxsdən tutulub mülki iddiaçıya ödənilməlidir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X19 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs maddi zərərə görə 11124,17 (on bir min yüz iyirmi dörd manat on yeddi qəpik) manat, mənəvi zərərə görə isə 20000 (iyirmi min) manat, həmçinin mülki iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq dövlət rüsumu kimi ödənilmiş 183,38 (yüz səksən üç manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti, cəmi 31.307,55 (otuz bir min üç yüz yeddi manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X14 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təyin edilmiş qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının dörd günü, azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə az ciddi cəza daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 11124,17 (on bir min yüz iyirmi dörd manat on yeddi qəpik) manat maddi zərər və 20.000 (iyirmi min) manat mənəvi zərər, dövlət rüsumunun əvəzi 183,38 (yüz səksən üç manat otuz səkkiz qəpik) manat olmaqla, cəmi 31.307,55 (otuz bir min üç yüz yeddi manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı X9 xeyrinə ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. İş üzrə maddi sübutun, məhkəmə xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar