Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-96/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, İmişli şəhəri, Əzizbəyov küçəsi, ev 35də qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq savxozundə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3cü maddələri, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında razılaşmaya uyğun olaraq xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək olan müddət ərzində üç dəfəyə Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olan, bir tərəfi açıq, bir tərəfi daş hasarla bağlı olan, müşahidə kameraları ilə təchiz olunmuş həyətə daxil olaraq, oradan bir ədədinin dəyəri 6 manat olan ümumilikdə 360 manat dəyərində 60 ədəd 76 diaqonallı dəmir boruları və bir ədəd 200 manat dəyərində dəmir çərçivəni vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 560 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus, ünvan 2 ünvanda yerləşən mənzilin həyətyanı sahəsinə çəkilmiş daş hasardan qanunsuz olaraq başqa saxlanc yerinə həyətə daxil olub, həyətdə olan zirzəminin qapısını vurub sındıraraq içəri daxil olub, oradan sonuncuya məxsus bir ədəd 300-400 litr tutumlu plasmas materialdan 150 manat dəyərində çən, 700 manat dəyərində 400 metr uzunluğunda elektrik naqili, həyətdən 1000 manat dəyərində iki ədəd dəmir borunu, evin qarajından bir ədəd 50 manat dəyərində pereparator, bir ədəd 50 manat dəyərində laqunda, bir ədəd 30 manat dəyərində drel, bir ədəd 100 manat dəyərində qaynaq aparatı, iki ədəd 100 manat dəyərində kompyuter üçün GPS, bir ədəd 20 manat dəyərində əl arabası, bir ədəd 20 manat dəyərində vanna, bir ədəd 50 manat dəyərində dəmir qaz sobası və evin 110 manat dəyərində 11 ədəd pəncərəsi üçün plastikdən olan torları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 2380 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında razılaşmaya uyğun olaraq xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək olan müddət ərzində üç dəfəyə Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olan, bir tərəfi açıq, bir tərəfi daş hasarla bağlı olan, müşahidə kameraları ilə təchiz olunmuş həyətə daxil olaraq, oradan bir ədədinin dəyəri 6 manat olan ümumilikdə 360 manat dəyərində 60 ədəd 76 diaqonallı dəmir boruları və bir ədəd 200 manat dəyərində dəmir çərçivəni vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 560 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Respublikanın ərazisində karantin rejimi olması ilə əlaqədar işi olmamış və maddi cəhətdən dolanışığında çətinliklər yaranmışdır. Buna görə də oğurluq etmək qərarına gəlmiş və haradan oğurluq edəcəyini fikirləşərək, yer axtarmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 14-15 radələrində o, tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb görüşmüşdür. Söhbət zamanı Anarla işsizlikdən danışmış, sonuncuya maddi dolanacağının çox pis olması səbəbindən oğurluq edəcəyi barədə məlumat vermiş, Anar da pulu olmadığını və oğurluq etmək istədiyini demişdir. Bundan sonra onlar birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsinə gəlmiş, onlar birlikdə bir tərəfi açıq, bir tərəfi daş hasarla bağlı olan həyətə daxil olaraq, oradan bir neçə ədəd dəmir boruları götürüb oradan uzaqlaşdırmışlar. Onlar həmin boruları satmaq üçün oğurluq etdiyi yerin yaxınlığında olan dəmir qəbulu məntəqəsinə aparmışlar. Məntəqədə işləyən şəxsə yaxınlaşıb, dəmir boruları göstərib, onların özlərinə məxsus olmasını bildirməklə, satmaq istədiklərini demişlər. Həmin şəxs dəmir borulara baxdıqdan sonra, onları tərəzi ilə çəkib qiymətləndirmişdir. Həmin şəxsin boruları hansı məbləğə onlardan almasını unutmuşdur. Həmin şəxs boruları alan zaman mobil telefonla fotoşəkillər çəkmiş, daha sonra onlar boruları satıb, oradan uzaqlaşmışdır. Əldə etdikləri pulu öz aralarında bölüb, səhəri gün yenidən həmin yerdən oğurluq edəcəklərinə qərar verib ayrılmışlar. Səhəri günü, yəni xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12-13 radələrində Anar ilə görüşüb, dəmir boruları oğurladıqları yerə gəlmişlər. Yenə də oradan bir neçə ədəd dəmir borularıdan götürüb, həmin məntəqəyə gətirmişdir. Birinci dəfə olduğu kimi məntəqədə işləyən şəxsə xatırlamadığı məbləğə dəmir borunu satmışdır. Əldə etdiyi pulu Anar ilə öz arasında bölüb ayrılmışdır. Nöbəti dəfə Anarla xx xxxxxxxx 2020-ci il tarixdə boruları oğurladığı yerə getmiş, orada Anarla bir neçə ədəd boru və bir ədəd çərçivə götürüb, həmin məntəqəyə aparmışlar. Məntəqədə yenə də onlar həmişəki kimi boruları və çərçivəni satmışlar. Əldə etdikləri pulu yenə də Anar ilə öz arasında bölmüşdür. Anarla etdiyi oğurluğa görə əldə etdiyi pulları öz şəxsi məqsədləri üçün xərcləmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 ifadəsində onu da göstərmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə də oğurluq etmişdir. Belə ki, Anarla oğurluq etdiyi boruları sataraq əldə etdiyi pul qurtardığı üçün, yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də yaşadığı qəsəbənin ərazisində ev axtarmışdır. Həmin günü axşam saatlarında, saat 19 radələrində Hövsan qəsəbəsidə yerləşən 69 saylı ünvanın qarşısından keçən zaman, həmin mənzilin işıqlarının yanmadığını görmüşdür. Həmin mənzildən oğurluq etmək qərarına gəlmiş, belə ki, fikirləşmişdir ki, mənzildə heç kim olmadığı üçün, işıqları yanmır. Ona görə də ilkin olaraq ətrafa baxmışdır ki, evə daxil olan zaman görən olmasın. Mənzilin qapısının yanında olan kiçik daş hasardan həyətə düşmüş, mənzilin zirzəmisinin plastikdən olan qapısını ayağı ilə vurub sındırmışdır. Zirzəminin içərisini üzərində olan alışqanın işığını yandırıb axtarmağa başlamışdır. Zirzəmidə olan elektrik naqilini götürüb həyətə çıxmışdır. Həyətdə olan iki ədəd dəmir borunu da götürüb oradan uzaqlaşmışdır. Həmin günü oğurladığı boruları hissələrə bölüb küçələrdə avtomobillə dəmir alan şəxsə xatırlamadığı məbləğə satmışdır. Səhəri günü yenidən oğurluq etmək üçün həmin mənzilə getmişdir. Mənzilin qarajını açıb içəri daxil olmuşdur. Oradan bir ədəd plasmas materialdan çən, elektrik naqili, evin qarajından bir ədəd pereparator, bir ədəd laqunda, bir ədəd drel, bir ədəd qaynaq aparatı, iki ədəd kompyuter üçün GPS, bir ədəd əl arabası, bir ədəd vanna, bir ədəd dəmir qaz sobası və evin 11 ədəd pəncərəsi üçün plastikdən olan torlarını oğurlamışdır. Əl arabası ilə həmin əşyaları evdən çıxarıb, oradan uzaqlaşdırmışdır. Həmin günü oğurladığı əşyaları hissələrə bölüb, küçələrdə avtomobillə dəmir alan şəxsə xatırlamadığı məbləğə satmışdır. İlkin olaraq oğurluğu Anar adlı tanışı ilə etmiş, ikinci dəfə oğurluğu isə tək etmişdir. Hadisəni törətməyə başqa heç kim kömək etməmiş, hadisəni töıətmədikdən əvvəl və sonra bu barədə heç kimə məlumat verməmişdir. Cinayət hadisəsi etsə də, oğurluğu girdiyi evin və həyətin kimə məxsus olmasını bilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, son zamanlar Respublikanın ərazisində karantin rejimi olması ilə əlaqədar o, işsiz olmuş, ona görə də özünə iş axtarmış, lakin iş tapa bilməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə günorta saatlarında, yəni saat 14-15 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə danışıb görüşmüşdür. Söhbət zamanı İlkin ilə işsizlikdən danışmışdır. İlkin pulu olmadığı üçün oğurluq edəcəyini demişdir. İlkindən haradan oğurluq edəcəyini soruşmuş, o, da hələ ki heç bir fikirinin olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi. O.Şabanov küçəsinə getmişlər, orada bir tərəfi açıq, bir tərəfi daş hasarla bağlı olan həyətə daxil olaraq, sahədə dəmir boruları görmüş, onlar həmin dəmir boruları oğurlayaraq satmaq qərarına gəlmiş, İlkin ilə birlikdə bir neçə ədəd dəmir boruları götürüb, oradan uzaqlaşdırmışlar. Həmin boruları satmaq üçün oğurluq etdiyi yerin yaxınlığında olan dəmir qəbulu məntəqəsinə aparmışlar. Məntəqədə işləyən şəxsə yaxınlaşıb, ona dəmir boruları göstərib, onların özlərinə məxsus olmasını bildirməklə satmaq istədiklərini demişlər. Həmin şəxs dəmir borulara baxdıqdan sonra tərəzi ilə çəkib boruları qiymətləndirmişdir. Həmin şəxsin boruları hansı məbləğə almasını xatırlamır. Həmin şəxs boruları alan zaman mobil telefonla fotoşəkillər çəkmişdir. Onlar boruları satıb, oradan uzaqlaşmışlar. Əldə etdikləri pulu öz aralarında bölüb, səhəri gün yenidən həmin yerdən oğurluq edəcəklərinə qərar verib ayrılmışlar. Səhəri günü, yəni xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12-13 radələrində İlkin ilə görüşüb dəmir boruları oğurladığı yerə gəlmişlər. Yenə də oradan bir neçə ədəd dəmir boruları götürüb həmin məntəqəyə aparmışlar. Birinci dəfə olduğu kimi məntəqədə işləyən şəxsə xatırlamadığı məbləğə dəmir boruları satmışlar. Əldə etdiyi pulu İlkin ilə öz arasında bölüb ayrılmışlar. Nöbəti dələ İlkinlə xx xxxxxxxx 2020-ci il tarixdə boruları oğurladığı yerə getmişlər. Orada İlkinlə bir neçə ədəd boru və bir ədəd çərçivə götürüb, həmin məntəqəyə gətirmişlər. Məntəqədə yenə də onlar həmişəki kimi boruları və çərçivəni satmışlar. Pulu yenə də İlkin ilə öz arasında bölmüşlər. İlkinlə etdiyi oğurluğa görə əldə etdiyi pulları ailəsinin maddi təminatı üçün xərcləmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 ifadəsində onu da göstərmişdir ki, həmin hadisəni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə etmiş, onlar həmin hadisəni törətməyə başqa heç kim kömək etməmişdir. Hadisəni törətməzdən əvvəl və sonra bu barədə heç kimə məlumat verməmiş, oğurluğu özü könüllü olaraq İlkin ilə birlikdə etmişdir. Cinayət hadisəsi etsə də, oğurluğa girdiyi evin və həyətin kimə məxsus olmasını bilməmişdir. Təqsirləndirilən şəxs1 ilə həyətdən bir neçə ədəd dəmir boru və bir ədəd çərçivə oğurlamışdır. Lakin dəmir boruların neçə ədədini oğurladıqlarını bilməmişdir. İlkin ilə həmin dəmir boruları bir dəfəyə oğurlamağa gücləri çatmamış, belə ki, dəmirlər ağır olmuş və onları görən ola bilərdi. Ona görədə dəmirləri bir neçə dəfəyə oğurlamışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Rafiqoviç ifadəsində göstərmişdir ki, onun ünvan 3 ünvanda mənzili vardır. Həmin mənzilin içərisində özünə məxsus əşyaları olmuşdur. Mənzilin həyəti və zirzəmisi də vardır. xx xxxxxxxx 2020-ci il tarixdə səhər saatlarında O.Şabanov küçəsi 69 saylı ünvanda olan mənzilinə gəlmişdir. Bir neçə gün həmin mənzildə heç kəs olmamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə səhər saatlarında evə çatmış, mənzilin çöl qapısını açıb həyətə daxil olmuş və həyətə daxil olduqda, zirzəminin qapısının sındırıldığını görmüşdür. Belə ki. zirzəminin qapısı plastikdən olduğu üçün sındırılmışdır. Məlum olmuşdur ki, mənzildə heç kəsin olmadığı müddətdə oğurluq olmuşdur. Zirzəmiyə daxil olub baxdıqda məlum olmuşdur ki, oradan bir ədəd 300-400 litr tutumlu plasmas materialdan 150 manat dəyərində çən və 700 manat dəyərində 400 metr uzunluğunda elektrik naqili oğurlanmışdır. Zirzəmidən çıxıb həyətə nəzarət etdikdə, oradan da 1000 manat dəyərində iki ədəd dəmir borunun da oğurlanmasını aşkar etmişdir. Evin qarajına yoxladıqda, oradan da bir ədəd 50 manat dəyərində preparatorun, bir ədəd 50 manat dəyərində laqundanın, bir ədəd 30 manat dəyərində drelin, bir ədəd 100 manat dəyərində qaynaq aparatının, iki ədəd 100 manat dəyərində kompyuter üçün CPSin, bir ədəd 20 manat dəyərində əl arabasının, bir ədəd 20 manat dəyərində vannanın, bir ədəd 50 manat dəyərində dəmir qaz sobasının və evin 110 manat dəyərində 11 ədəd pəncərəsi üçün olan plastikdən setkasının oğurlanmasını görmüşdür. Bundan sonra DİN- nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Həmin günü evin qarşısına polis əməkdaşları gəlmişlər və evə baxış keçirib, fotoşəkillərinə çəkmişlər. Həmin günü anası polis əməkdaşları ilə birlikdə polis bölməsinə gedib, evdən oğurluq olması ilə əlaqədar müraciət etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə isə ərizə ilə müraciət etmişdir. Evdən, həyətdən və zirzəmidən oğurlanmış əşyaların hamısı özünə məxsus olmuş, həmin əşyaları özü almış və evə qoymuşdur. Baş vermiş hadisə ilə əlaqədar ona ümumilikdə 2380 manat maddi ziyan dəymişdir. Belə ki, oğurlanmış əşyaların dəyərini ifadəsində ayrı-ayrılıqda qeyd etmişdir. İş üzrə təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu göstərmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələbi və şikayəti yoxdur. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində torpaq sahəsi vardır. Həmin topraq sahəsinin bir tərəfi açıq, bir tərəfi isə bağlıdır. Torpaq sahəsinin qapısı da yoxdur. Həmin torpaq sahəsində gələcəkdə tikinti işləri aparmağı üçün oraya tikinti materialları yığmışdır. O, mütəmadi olaraq boş vaxtlarında həmin torpaq sahəsinə gedib oraya nəzarət etmişdir. Sahədə özünə məxsus şveller, dəmir borular, dəmir çərçivələr və digər alətlər olmuşdur. Həmin torpaq sahəsinə müşahidə kameraları quraşdırmış və ora 24 saat kameralarla müşahidə olunmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12-13 radələri nəzarət etmək üçün həmin torpaq sahəsinə gəlmişdir. Ora çatdıqda, əşyalara baxmış və müəyyən etmişdir ki, 60 ədəd 76 dioqanallı dəmir borular və bir ədəd dəmir çərçivə yerində yoxdur. Ətrafa baxmış, lakin bu əşyaları tapa bilməmiş və həmin dəmir məmulatlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını başa düşmüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Həmin günü torpaq sahəsinə bir neçə nəfər polis əməkdaşları gəlmişlər və evə baxış keçirib, fotoşəkillər çəkmişlər. Həmin günü hadisə ilə əlaqədar ərizə ilə müraciət etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində onu da göstərmişdir ki, torpaq sahəsindən oğurlanmış dəmirlərin hamısı özünə məxsus olmuşdur. Həmin dəmirləri o, almış və sahəyə qoymuşdur. Baş vermiş hadisə ilə əlaqədar ona ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. Belə ki, oğurlanmış dəmirlərin ayrıayrılıqda dəyərini bilməmişdir. Məhkəmə-əmtəəşiinaslıq ekspertizanın xx xxxxxx 2020-ci il tarixli 9/4932 nömrəli rəyi ilə razıdır, ekspert rəyinə etiraz etmir və ona məxsus uzıınlıığu 1 metr 90 sm, 76 dioqanallı, qalınlığı isə 2 mm olan metal boruların dəyərinin ekspertiza rəyinə əsasən əsas götürülməsini istəyir. Ona məxsus oğurlanmış bir ədəd dəmir çərçivənin dəyəri 200 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, bir neçə ildir ki, metal qəbul məntəqəsində işləyir. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz ünvanında olan obyekti icarəyə götürmüş və orada metal alqı-satqısı ilə məşğul olur. Bu barədə həmin ünvanın sahibi ilə müqaviləsi vardır və buna görə də vergidən VÖEN-i olmaqla dövlətə vergi ödəyir. Hər gün səhər saat 09-10 radələrində işə getmiş və axşam saat 21-22 radələrində işdən evə gəlmişdir. İş fəaliyyəti ondan ibarət olmuşdur ki, fərdi qaydada olaraq müxtəlif şəxslər metal əşyalarını satmaq üçün təqdim etmiş, həmin əşyaları tərəzi ilə çəkib qiymətləndirib ümumi razılığa gəldikdən sonra almışdır. Metalı aldıqdan sonra bu barədə qeydiyyat aparmamışdır. Metalı satmağı barədə də qeydiyyat aparmamış, belə ki, metalı zavoda təhvil vermişdir. Həmin məntəqədə başqa heç kim işləmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, belə ki, həmin şəxsləri xatırlamadığı tarixdə tanımış və onlardan dəmir məmulatı almışdır. Xatırlamadığı tarixdə axşam saatlarında sonuncular onun işlədiyi məntəqəyə gəlmişlər. Həmin şəxslər işlədiyi məntəqəyə dəmir metal gətirmişlər. İlkin dəmir boru gətirmiş və satdığını bildirmişdir. Ondan şəxsiyyət vəsəqisəni tələb etmiş, sonuncu da şəxsiyyət vəsiqəsinin gətirib vermişdir. İlkinin gətirdiyi dəmir boruları çəkmiş və qiymətləndirmişdir. Dəmir borunu dəmir məmulatının həmin vaxta olan qiyməti ilə dəyərləndirmişdir. İlkinin şəxsiyyət vəsəqisini və gətirdiyi malın mobil telefonu ilə fotoşəkilini çəkmişdir. İlkindən neçə ədəd dəmir boru aldığını və ona hansı məbləğdə pul verməyini xatırlamır. İlkinə pul verdikdən sonra onlar çıxıb getmişlər. İlkin və Anar dəmir boruların özlərinə məxsus olmasını bildirmişlər. Səhəri günü axşam saatlarında İlkin və Anar yenidən işlədiyi məntəqəyə gəlmişlər. Onlar yenə də dəmir boru və bir ədəd dəmir çərçivə gətirmişlər. O, İlkindən şəxsiyyət vəsəqisəni tələb etmiş, o, da şəxsiyyət vəsiqəsinin gətirib vermişdir. İlkinin gətirdiyi dəmir boruları çəkmiş və qiymətləndirmişdir. Dəmir borunu dəmir məmulatının həmin vaxta olan qiyməti ilə dəyərləndirmişdir. İlkinin şəxsiyyət vəsəqisini və gətirdiyi malın mobil telefonu ilə fotoşəkilini çəkmişdir. İlkindən və Anardan neçə ədəd dəmir boru aldığını və onlara hansı məbləğdə pul verməyini xatırlamır. İlkinə pul verdikdən sonra onlar çıxıb getmişlər. Sonradan İlkindən aldığı metalları digər metallarla birlikdə zavoda təhvil vermişdir. İlkin və Anar dəmir boruları satan zaman demişlər ki, bu borular və çərçivə özlərinə məxsusdur və satırlar. O, da həmin şəxslərə inanaraq, qeyd olunan dəmir məmulatlarını almışdır. Həmin dəmirlərin cinayət yolu ilə əldə olunması ilə bağlı məlumatı olmamışdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub saxlanılmışlar. İş materiallarından müəyyən olunur ki, xx xxxxxxxx 2020-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin 4(010)-215/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuşdur. İş materiallarında müəyyən olunur ki, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, xx xxxxxxxx 2020-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin 4(010)-216/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin 4(010)-282/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdən Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin verdiyi məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə xx xxxxxx 2020-ci il tarixli 9/4932 nömrəli rəydən görünür ki, aparılmış ekspertiza nəticəsində Respublikada yerləşən inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən bir ədəd uzunluğu 1 metr 90 sm, 76 diaqonallı, qalınlığı isə 2 min olan metal boruların, 2020ci ilin sentyabr ayına, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 6.00 manat, 60 ədədi 360.00 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 08 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə, digər Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə təqsirli bilindikləri cinayət əməllərinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» x xxxx 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onların törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun məsuliyyətini yüngülləşdirən halları - törətdiyi əməlləri etiraf etməsini, törətdiyi əməllərdən səmimi peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslərdən birinin ona qarşı şikayətinin və tələbinin olmamasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun məsuliyyətini yüngülləşdirən halları – ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməlləri etiraf etməsini, törətdiyi əməllərdən səmimi peşman olmasını, ailəli olmasını, gənj olmasını, zərərçəkmiş şəxslərdən birinin ona qarşı şikayətinin və tələbinin olmamasını, ağırlaşdıran halların olmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələrinin sanksiyaları həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Bu zaman məhkəmə nəzərə alır ki, məhkəmə iclasında təqsirləndirilən şəxslər törətdikləri əməllərdən səmimi peşmançılıq çəkmələrini göstərmişlər. Bu hal isə törədilmiş cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərinə görə səmimi peşmançılıq hissi keçirmələri onların törətdikləri əmələ və özlərinin davranışına da tənqidi yanaşmalarının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsləri cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumların islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxslərdə azadlıqda qalacaqlarına ümid verərək, güclü islah – tərbiyəedici stimul yaradar, məhkumların islah edilməsinə, onların qanuna tabe olan insanlara çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilmələrinə, ictimai-faydalı fəaliyyətə qayıtmalarına, normal cəmiyyətə tamamilə uyğunlaşmalarına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini tam təmin edir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Probasiya İdarəsinin Suraxanı rayon Məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(010)-106/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs1 cəzasından məktubun tərtib edildiyi tarixə 02 ay 08 gün çəkmiş və onun 06 ay 20 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə xərci 50 manat təşkil etmişdir. Həmin xərc ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dan 50 manat məhkəmə xərci müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş əmlak müsadirəsi yoxdur. Məhkəmə zərər çəkmiş şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq olunaraq, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(010)-106/2020 saylı hökmü ilə təyin olunmuş 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının məhkəmə hökmü çıxarıldığı tarixədək çəkilməmiş 05 ay 08 gün hissəsi yeni hökmlə təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək, üzərində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 05 ay müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, 10 ay ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərər çəkmiş şəxslərə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-96/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-96/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver