Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-96/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi ev 36-da qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə barəsində Suraxanı rayon Məhkəməsinin tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,599 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 389,6 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi 36 №- evdə saxlamış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 27 iyun 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin əməkdaşlarının Bakı şəhəri, ünvan 5 evin yaxınlığında keçirmiş olduqları əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin bölmənin əməkdaşları tərəfindən saxlanılaraq 33-cü Polis bölməsinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış massivi 25 ünvanda yerləşən 33-cü Polis bölməsinin inzibati binasına gətirilərək, üzərinə keçirilən baxış zamanı, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkisi 0.010 qram, 0.009 qram, 0.185 qram, 0.102 qram, 0.129 qram, 0.037 qram, 0.027 qram, 0.054 qram, 0.032 qram və 0.014 qram olmaqla ümumilikdə 10 ədəd bükümdə təmiz çəkisi 0.599 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən heroin aşkar edilib götürülmüş və həmin gün əməliyyat-axtarış tədbirinin davamı olaraq saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 5 fərdi yaşayış evindəki saxlancından bir ədəd torbada təmiz çəkisi 389,6 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əldə etdiyi narkotiki öz şəxsi istifadəsi üçün əldə etmişdir. Marixuanadan istifadə etdiyini, az müddətdir ki, heroin qəbul etdiyini, əldə etmiş olduğu narkotik vasitəsini 10 gün ərzində öz şəxsi istehlak məqsədi üçün istifadə edəcəyini, narkotik vasitələrinin satışı ilə məşğul olmadığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadə verərək göstərmişdir ki, 27 iyun 2022-ci ildə 33-cü Polis Bölməsinə xx xxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlaması, istifadə etməsi və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat axtarış tədbirləri keçirilmişdir. Əməliyyat qrupuna özü, 33-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 daxil olmuşdur. Əldə olunmuş əməliyyat məlumatı əsasında o, Şahid2 ilə birlikdə 27 iyun 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, ünvan 5 evin yaxınlığına gələrək əməliyyat mövqeyi tutub qeyd edilən ünvanı müşahidəyə götürmüşlər. Həmin gün təxminən 11 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs İ.Süleymanov küçəsi ev 36 ünvanın yaxınlığında görmüşlər və ona doğru hərəkət edərək ona yaxınlaşıb xidməti vəsiqələrin göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini bildirməklə onu saxlamışlar, ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini və üzərində olan qeyri-qanuni əşyalar barəsində məlumat verməsini tələb etmişlər. Saxlanılan şəxs özünü xx xxxx 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra üzərində olan qeyriqanuni əşyalar barəsində məlumat verməsini tələb etmişlər. Hafis özünü şübhəli aparmış və üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərində Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət olunmuşdur. Suraxanı RPİ-in 33-cü Polis bölməsinin inzibati binasında olan otaqlardan birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqları izah edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün 09 saylı vəkil bürosunudan növbətçi vəkil Müdafiəçi dəvət olunmuş, ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində doğulmasını, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi 36-da qeydiyyatda olmaqla yaşamasını bildirmişdir. Tədbir iştirakçıları və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılacağını və öncədən həmin halların qeydə alınacağına dair video müşahidə kamerasının müşayəti ilə olacağını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 10 ədəd büküm çıxarıb həmin bükümün içərisində olan kütlələrin heroin olmasın bildirmidi və həmin bükümlərin içərisinə baxış keçirən zaman orda olan kütlənin qəhvəyi rəngli toz şəkilli narkotik vasitəni Suraxanı rayonuda adın bilmədiyim, üzdən tanıdığım və istifadəsində olan mobil nömrəsini bilmədiyim şəxsdən alıb, saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxsdan aşkar edilmiş bükümlər qablaşdırılmışdır. Həmin kütlələr qablaşdırılmış və üzərinə baxış keçirilmiş Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar tərəfindən protokolun məzmununa dair heç bir irad və təklif yaxud vəsatət daxil olmadığı üçün protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Həmin baxış və maddi sübutun götürülməsinə dair hallar telefonda videoçəkliş ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş və ona qarşı hər hansı bir təziq və təsir olmamışdır. Bundan əlavə çəkiliş zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyət yanı sahədə narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Ona görə evində axtarış aparılmasına etirazı olmadığını və evində olan narkotik vasiləri özü təqdim edəcəyini bildirmiş və qeyd edilən məzmunda ərizə yazıb təqdim etmişdir. Qeyd edilən halları dəqiqləşdirmək üçün təxirəsalınmaz hal kimi tədbirin davamı olaraq tədbir iştirakçıları, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə yaşadığı ünvan 3 ünvanına gəlinmiş və həyətyanı sahəyə daxil oluqda evin divarına bitişik və əl damı olaraq istifadə olunan tikilidəki mebelin içərisindən bir bükümdə marixuana təqdim edib ona məxsus olmasını bildirmişdir. Həmin bükümdə olan kütlə qablaşdırılmış və həmin kütləni yaşadığ evin yaxınlığında olan kolluq hissədən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş bağlama qablaşdırılmışdır. Həmin kütlələr qablaşdırılmış və üzərinə baxış keçirilmiş Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar tərəfindən protokolun məzmununa dair heç bir irad və təklif yaxud vəsatət daxil olmadığı üçün protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş və ona qarşı hər hansı bir təziq və təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 21-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 27 iyun 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdə, saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 98-102-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 4(010)-386/2022 saylı qərarına əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 33-34-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 27 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ sağ yan cibindən içərisində qəhvəyi rəngli maddə olan ağ rəngli kağıza bükülmüş 10 (on) ədəd bükümdə içərisində qəhvəyi rəngli maddələri təqdim etdi. Bu narkotik maddə olan heroini tanımadığı şəxsdən almış, özünün istifadəsi üçün üzərində saxlamışdır. Aşkar olunan 10 (on) ədəd bükümün içərisində olan qəhvəyi rəngli maddənin heroin olması cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Vətəndaş Təqsirləndirilən şəxs baxış zamanı bildirdi ki, yaşadığı ünvan 4 ünvanda yerləşən evində öz istifadəsi üçün saxladığı bir büküm marixuanna vardır.Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda yerləşən evə tərəflərindən baxış keçiriləcək və protokol tərtib olunacaqdır. Cinayət işinin 37-38-ci vərəqlərində olan mənzilə baxış keçirilməsi və götürmə haqqında 27 iyun 2022-ci il tarixli protokola əsasən, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində yerləşən saxlanc yerindən şəffaf rəngli sellofana bükülmüş, yaşıl rəngli ot şəkilli 01 (bir) ədəd marixuanaya bənzər kütləni təqdim etdi. Daha sonra həmin kütlə boz rəngli torbanın içərisinə qoyularaq qablaşdırıldı, möhürləndi və üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalandı. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirildi və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 1 (bir) gün əvvəl Suraxanı rayonu ərazisindən, yaşadığı evin qarşısında olan kolluq sahədən tanıdığı, istifadə etmək evinə gətirdiyini narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin 109-cu vərəqində olan 10 iyul 2022-ci il tarixli “CD kompakt diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 27 iyun 2022-ci il tarixdə saat 12:15-dən 12:35-dək olan müddət ərizində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 iyunl 2022-ci il tarixli qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 10 ədəd büküm aşkar edilərək götürülmüş, təhqiqatçı tərəfindən şəxsin üzərinə baxış keçirilən zaman videoçəkiliş aparılmış, həmin görüntü diskdə qeydə almaqla materialla əlavə olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinə təqdim olunmuşdur. Cinayət işinin 110-cu vərəqində olan 15 iyul 2022-ci il tarixli “CD kompakt diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 27 iyun 2022-ci il tarixdə saat 12:50-dən 13:15-dək olan müddət ərizində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi ev 36 ünvanında "baxış və götürmə aparılması haqqında” 27 iyun 2022-ci il tarixli qərara əsasən aparılan istintaq hərəkəti zamanı qeydə alınmış videoçəklişə CD diskdə olmaqla baxış keçirilmişdir. İş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan "baxış və götürmə aparılması haqqında” 27 iyun 2022-ci il tarixli qərara əsasən həmin ünvanda videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi. İ.Süleymanov küçəsi 36 saylı fərdi yaşayış evindəki saxlancından bir ədəd torbada bitki mənşəli kütlə aşkar edilərək götürülmüş, təhqiqatçı tərəfindən şəxsin üzərinə baxış keçirilən zaman videoçəkiliş aparılmış, həmin görüntü diskdə qeydə almaqla materiala əlavə olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinə təqdim olunmuşdur. Cinayət işinin 51-56-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 27 iyun 2022-ci il tarixli 6/3663 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Vət.X1ün üzərindən ....” sözləri olan zərfdəki 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.010 qram, 0,009 qram, 0.185 qram, 0,102 qram, 0,129 qram, 0,037 qram, 0,027 qram, 0.054 qram, 0,032 qram, və 0.014 qram ümumi təmiz çəkisi 0.599 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vəsitələrin”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 47-50-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 27 iyun 2022-ci il tarixli 7/693 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Bahadur oğlundan götürülmüş və tədqiqata təqdim edilmiş sintetik torbanın içərisində bir ədəd sarı rəngli skoçla bağlanmış şəffaf torbada təmiz çəkisi 389,6 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin 134-135-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2022-ci il tarixli 4585 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 113-114-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs sağ yan cibindən 10 ədəd bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini) halların mövcud olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmənin əvvəli 27 iyun 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 27 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 170 (bir yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,499 qram narkotik vasitə olan heroin və narkotik vasitə olan 389,5 qram qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (bir yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-96/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-96/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver