Məhkəmə qərarları › İş №1(010)-97/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-97/2022

19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-97/2022 19.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məörul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2nvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə digər şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,163 qram ağ rəngli, kristalşəkilli kütlə-kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış və 19 iyun 2021-ci il tarixdə, saat 12:40-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanması, daşınması və istifadəsində şübhəli bilinən Nəcəfi X3 rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi ev 3 ünvanının qarşısında saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış həyata keçirilən zaman əynindəki ağ-qara rəngli parça şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,163 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ilk olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, metamfetamindən Vətən Müharibəsində könüllü iştirak edən zaman istifadə etməyə başlamışdır. Müharibədən qayıdandan sonra isə ağrıları olan vaxtlarda metamfetamindən istifadə etmişdir. Lakin 5 aya yaxındır ki, ümumiyyətlə narkotik vasitə istifadə etmir. Narkotiki isə Babayev Sahibdən əldə etməmiş, müharibədə tanış olduğu gizir yoldaşından götürmüşdür. Cinayət işində göstərilən ünvan evlərinin yaxınlığıdır. 19 iyun 2021-ci il tarixdə, saat 12:40 radələrində polis əməkdaşları qonşuluqdakı 3-4 nəfəri saxladığı zaman, o, həmin şəxslərin polis əməkdaşları olduqlarını anlamayaraq, sonunculara yaxınlaşmışdır. Polis əməkdaşları onu da həmin şəxslərlə birgə saxlayaraq, xidməti maşına oturtmuşlar. Qonşuluqda tutulan şəxslərin üzərində 1 kiloqrama yaxın narkotik vasitə olmuşdur. Polis əməkdaşları onun da həmin şəxslərlə əlbir olduğunu demişlər. O, isə bildirmişdir ki, saxlanılan şəxslərdən biri onun qonşusudur, həm də ki, o, tutulan şəxsin anası ilə söhbət etməyə gəlmişdir. Polis İdarəsində üzərinə baxış keçirilərkən, onun üzərindən heç bir qanunsuz əşyanın tapılmamasına baxmayaraq, polis əməkdaşları gətirib qarşısına bir büküm narkotik vasitə qoymuş, ona CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasını etiraf etməsini təklif etmiş, əks təqdirdə ona külli miqdarda narkotik vasitələrin satışı ilə bağlı ittiham veriləcəyini bildirmişlər. O, da bu təzyiqdən sonra kamera qarşısında əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ifadəsini dəyişərək, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bundan əvvəlki məhkəmə iclaslarında verdiyi ifadəsi özünü müdafiə məqsədi daşıyır. Təqsirləndirilən şəxs göstərmişdir ki, o, bir müddətdir ki, metamfetamini çəkmək yolu ilə istifadə etmiş, metamfetamini Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. 19 iyun 2021-ci il tarixdə Sahib adlı şəxsdən bir ədəd büküm metamfetamin almış və sonra istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin gün saat 12:40 radələrində o, yaşadığı evin yaxınlığında dayanan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edib, xidməti vəsiqələrini göstərmişlər və onun narkotik vasitələrinin gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirərək, onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. O, da razılaşıb, onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. 30-ci PŞ-də ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına vəkil ləyin edilmişdir. Daha sonra isə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, onları təqdim etməyi təklil olunmuşdur. O, əynində olan ağ-qara rəngli parça şalvarının sol yan cibindən bir ədəd bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı yolla əldə etməyi barədə soruşulmuşdur. O, həmin bükümün içərisində narkotik maddə olan metamfetamin olduğunu, onu 19 iyun 2021-ci il tarixdə Sahib adlı şəxsdən öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin bir ədəd büküm götürülərək zərlə qoyulub qablaşdırılmış və üzəri o, və digər iştirakçılar tərəlindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Axırda isə üzərində şəxsi axtarış həyata keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o, və bütün iştirakçılar tərəfindən imza olunmuşdur. Üzərindən aşkar olunmuş metamfetamini yalnız özü istifadə etmək üçün əldə etmiş, narkotik vasitəni heç kimə satmaq və ya vermək niyyəti ilə əldə etməmişdir. Saxlanılarkən və ya üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Törətdiyi əməldən peşmandır. Əlavə olaraq bildirmişdir ki, qeyri rəsmi nikah münasibətlərində olduğu həyat yoldaşı yaxınlarda onkoloji xəstəlikdən vəfat etmiş, 1 azyaşlı uşağı nəzarətsiz və himayəsiz qalmışdır, bu xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda Suraxanı RPl-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili işləyir və polis leytenantı xüsusi rütbəsi daşıyır. 19 iyun 2021-ci i tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 12:40 radələrində ünvan 6 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq və özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib, Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq, onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan ağ-qara rəngli parça şalvarın sol cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində metamfetamin kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni 19 iyun 2021-ci il tarixdə Sahib adlı şəxsdən, sonuncunun yaşadığı evdə pul ödəmədən öz şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin büküm götürülərək, qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarından müəyyən olunur ki, 19 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qərardan müəyyən olunur ki, 21 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Suraxanı RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan qərardan müəyyən olunur ki, 22 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-97/2022 saylı xx.xx.2022-ci il tarirxli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Suraxanı RPŞ-nin əməkdaşları tutularaq, xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/2506 saylı 21 iyun 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazısı olan zərfdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,163 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin, X5 götürülmüş metamfetaminlə (21 iyun 2021-ci il tarixli 6/2507 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 4042 saylı 19 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin, kannabiodlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-97/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 379 saylı 06 aprel 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 34-cü vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə “Tanış oldum : Müdafiəçi” qrafasındakı imza, 35-ci vərəqində olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarda “Müdafiəçi: A. H. Məhərrəmov” qrafasındakı imza, 69-cu vərəqində xx.xx.2021-ci il tarixli cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında protokolda “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza, 70-71-ci vərəqlərində olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza, 74-cü vərəqində olan xx.xx.2021-ci il tarixli, ekspertizası təyin etmək barədə qərarla təqsirləndirilən şəxsi və müdafiəçini tanış etmə barədə protokolda “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza, 81-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, başqa yerə getməmək haqqında iltizamda “Müdafiəçi” qrafasındakı imza, 181 -ci vərəqində olan xx.xx.2021-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların təqsirləndirilən şəxsə bildirilməsinə dair protokolda “Müdafiəçi: Müdafiəçi” qnafasındakı imza - Müdafiəçi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı metamfetamin olan psixotrop maddə istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətdiyi cinayət əməlini etiraf edərək, səmimi peşman olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı arırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə barlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə barlı olmayan cəza təyin edilməsi ilə barlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacarına ümid verərək, güclü islah–tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyrunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2-ci və 519.0.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, «CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyrun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin arırlırı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,113 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 226 (iki yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutuldugu 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 01 (bir) gün müddəti, cəmi 01 (bir) ay 03 (üç) gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) ay 06 (altı) gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının başlanrıcı yaşadırı yer üzrə Probasiya İdarəsində qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,113 qram qalmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 226 (iki yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar