Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-98/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Şahid5 Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkim olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən, “xxxx" QSC-nin “Xətai" metrostansiyusı yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 1 bükümdə narkotik vasitə olan heroini 15 manata alıb əldə edərək, bir qismini istifadə etdikdən sonra qalan 0.280 qram narkotik vasitə olan heroini üzərində daşımaqla saxlamış və xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, O.Şabanov küçəsi, 20 ünvanın qarşısında piyada hərəkət edən zaman, Bakı şəhəri, Suraxanı RPİ-in PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 5 ünvanda yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 ədəd bükümdə, içərisində ümumi təmiz çəkisi 0,280 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir neçə ay müddəti ərzində narkotik maddə olan heroini çəkmək yolu ilə istifadə etmişdir. Həmin narkotik maddəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə xx xxxxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "Xətai" metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən 15 manat pulun müqabilində şəxsi istifadəsi üçün siqaretin gümüşü rəngli kağızında bükülmüş heroin kimi tanıdığı narkotik vasitəni almış, bir qismini istifadə etmiş, qalıq hissəsini sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Hövsan qəsəbəsində tanışları ilə görüşüb söhbət etmiş, həmin günü saat 22də ünvan 7 ünvanın qarşısında olan zaman, üç nəfər polis əməkdaşlarının gəldiyini görüb, üzərində özünə məxsus narkotik vasitə olduğu üçün qorxub uzaqlaşmaq istəyərkən, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşmuşlar. Həmin vaxt o, özünü itirdiyindən, polis əməkdaşlarına çaşqın halda cavab vermişdir. Polis əməkdaşları onun bu hərəkətindən şübhələnmiş və onu sorğu-sual etdikdə, o, özünü şübhəli aparmağının səbəbini üzərində özünə məxsus şəxsi istifadəsi üçün gəzdirdiyi narkotik vasitə olması ilə izah edərək, həmin narkotik vasitəni polis əməkdaşlarına təhvil verə biləcəyini bildirmişdir. Polis əməkdaşları onu yaxınlıqda yerləşən 30-cu Polis Şöbəsinə apararaq təhvil vermişlər. 30cu Polis Şöbəsində onun şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirdikdə, o, etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə, o, üzərində şəxsi istifadəsi üçün saxlamaqla daşıdığı bir ədəd siqaretin gümüşü rəngli kağızından ibarət bükümdə heroin kimi tanıdığı narkotik vasitəni əynində olan mavi cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi bükümü açmış və bükümdə olan heroin kimi tanıdığı narkotik vasitəni aşkar etmişlər. Aşkar edilmiş həmin narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edən Şahid3 ifadəsində bildirmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində ünvan 7 ünvanın qarşısında komendat saatı ilə əlaqədar Suraxanı RPİ-nin PPXB-nin polis nəfərləri Şahid5 və Şahid4 ilə birlikdə piyada xidmət apararkən, bir nəfər şəxsin küçədə hərəkət etdiyini görmüşlər. Həmin şəxs onları görüb iti addımlarla uzaqlaşmağa çalışsa da. yaxınlaşıb özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini istəmişlər. Həmin şəxs sənədinin olmadığını bildirərək, özünü şübhəli aparmağa başlamış, onun hərəkətlərindən şübhələnərək sorğu-sual edərkən özünü şübhəli aparmasının səbəbinin üzərində özünə məxsus şəxsi istifadəsi üçün gəzdirdiyi narkotik vasitə olması ilə izah etmiş və həmin narkotik vasitəni təhvil verə biləcəyini bildirmişdir. Ona görə də həmin şəxsi saat 22:30-da Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə aparıb təhvil vermişlər. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri Şahid5 və ibtidai istintaq zamanı dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 22:30-da Suraxanı RPİ-nin PPX-nin əməkdaşları tərəfindən üzərində narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra saat 23:30-da xidməti otaqlardan birində onların və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və varsa təqdim etmək təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində daşıdığı bir ədəd siqaretin gümüşü rəngli kağızından ibarət bükümü əynində olan mavi cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğu və haradan əldə etdiyi soruşulduqda, sonuncu bildirmişdir ki, bükümün içərisində olan heroin kimi tanıdığı narkotik vasitədir, həmin narkotik maddəni xx xxxxxxx 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "Xətai“ metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manat pul ödəyərək şəxsi istifadəsi üçün alıb bir qismini istifadə etmiş, qalıq hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində toz halında narkotik vasitəyə bənzər maddə olan bir büküm götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqib üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx xxxxxxx 2020-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx xxxxxxx 2020-ci il tarixli 6/2306 nömrəli rəydən görünür ki, "Tədqiqata təqdim edilmiş üzərində "... (imza) Təqsirləndirilən şəxs ..." sözləri olan zərfdəki bir ədəd kükümdə təmiz çəkisi 0.280 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı 1) daxildir". Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi xx xxxxxx 2020-ci il tarixli, 3156 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, “Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür“. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş və elan edilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş 0.280 qram narkotik vasitə olan heroinin ekspert tədqiatından qalıq qalan 0,230 qram hissəsi məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutuldugu 01 gün müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı RPİ-də saxlanılan 0.280 qram narkotik vasitə olan heroinin ekspert tədqiatından qalıq qalan 0,230 qram hissəsi məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Şahid5
Məhkəmə qərarları › İş №1(010)-98/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-98/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver