Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-98/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi ev 4 mənzil 16-da qeydiyyatda olub yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 mart 2022-ci ildə saat 18:40 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsində yerləşən «Oba» marketdə Şahid1 əlində olan mobil telefona baxdıqda sonuncu ona öz iradını bildirmiş, buna cavab olaraq Təqsirləndirilən şəxs ictimai qaydam kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan kənar şəxslərin gözü qarşısında əli ilə Şahid1 sifət nahiyəsindən vuraraq onun ünvanına nalayiq ifadələr işlədib yaxasından tutaraq onu bir neçə dəfə vurmuş, sonuncu özünü müdafiə etmək və Təqsirləndirilən şəxs yaxa qurtarmaq məqsədi ilə sillə ilə onun sifət nahiyəsindən bir neçə dəfə vurmuş, kənar şəxslər onu sakitləşdirdikdən sonra, marketdən çıxıb yaşadığı mənzilə gedən Şahid1 ardınca gedərək öz qərəzli hərəkətlərini davam etdirib sonuncunun yaşadığı N.İsmayılov küçəsi 4 saylı binanın blokunda yenidən Şahid1 əli ilə bir neçə dəfə vuraraq ona sol bazunun hematoması, sağ bazunun, boyunun, sol budun qançırları, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki. Şahid1 uşaqlıqdan tanıyır, onunla eyni binada yaşayır. Uşaqlıqdan aralarında yaxşı münasibət olmuş, əvvəllər onu sevirmiş və Səbinə də bunu bilirmiş. Lakin sonradan münasibətləri alınmamışdır. 30 mart 2022-ci il tarixdə təxminən saat 18:40 radələrində məhəllədə yerləşən "Oba" marketə daxil olan zaman marketin içərisində Səbinəni görmüşdür. Həmin vaxt Səbinənin yanında tanımadığı bir qız da olmuşdur. O, Səbinəni görüb onu tanıyır və mağazanın kassasında olarkən öz növbəsini ona vermişdir. Səbinə isə elə başa düşmüşdür ki, onun telefonuna baxmaq istəyir. Bu zaman Səbinə ona "gəl gir ağzıma” ifadəsi işlətmişdir. O da bir-birilərini tanıdıqları üçün onunla zarafat edərək barmağını onun dodağına toxundurmuşdur. Lakin Səbinə onun bu hərəkətini səhv başa düşərək aqressiv şəkildə reaksiya vermiş və qəflətən onun qolundan tutub sillə ilə sifətin vurmuşdur. O, bunu gözləmədiyi üçün özünü itirmiş və kənara çəkilmişdir. Həm də mübahisənin böyüməsini istəməmişdir. Lakin Səbinə əksinə sakitləşməmiş və onun üstünə gələrək yenə onun sifətindən vurmuşdur. O, da Səbinə qarşılıqlı cavab verirmiş, sağ əli ilə onun sifətindən yavaş şəkildə vurmuşdur. Bu vaxt Səbinə onu söyüşlə təhqir etmiş və o, da ona sözlə qarşılıq cavabı vemişdir. Həmin vaxt mağazanı işlədən adını bilmədiyi oğlan araya girib onları sakitləşdirmişdir. Səbinə yanında olan tanımadığı qızla birlikdə mağazadan çıxıb evinə tərəf getmiş, O da Səbinənin arxasınca gedib məhəllədə qışqıraraq Səbinənin atası Əfqana hadisə barədə məlumat vermiş, bundan sonra isə oradan uzaqlaşıb getmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində bilidirmişdir ki, Canpolad adlı şəxsi qonşusu kimi təxminən 10 ilə yaxın müddətdir ki, tanıyır. Onunla heç vaxt münasibəti olmayıb. Belə ki. o, onu əvvəllər də gördükdə müxtəlif xoşagəlməz sözlər deyir. O da bu səbəbdən onunla məsafə saxlayır, heç ona salam da vermir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:40 radələrində tanışı Şahid2 ilə birlikdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən "Oba" marketə gedərək alış-veriş etməyə başlamışdır. O, Şahid2 ilə "Oba" marketdə olan zaman Canpolad da marketə gəlmişdir. O, alış-veriş edən zaman Canpolad ona yaxınlaşdıqda ondan uzaq durmasını bildirmişdir. Bu zaman Canpolad əli ilə onun ağız nahiyəsinə toxunur və aralarında mübahisə yaranmış, Canpolad onu əli ilə vurub itələmişdir. Sonra o, marketdə insanların gözü qarşısında yüksək səslə onu söyüb, təhqir etmiş, daha sonra onları aralamışlar. O, rəfiqəsi Günayla Oba marketdən çıxıb yaşadığı mənzilin blokuna tərəf getmiş, Canpolad onun arxasınca gəlib blokda əli ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamış, onu nalayiq ifadələrlə söyüb, təhqir etmişdir. O isə qorxudan Şahid2 ilə birlikdə evə qaçmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Səbinəni təxminən 7 il olar ki, tanıyır, aralarında normal dostluq münasibəti var. Bu müddət ərzində o, dəfələrlə Canpolad adlı şəxsin Səbinəyə söz atmasını Səbinənin dilindən eşitmiş, bir dəfə isə Canpoladın Səbinənin maşınına daş atmasını öz gözü ilə görmüşdür. xx.xx.2022ci il tarixdə təxminən saat 18:40 radələrində Səbinə ilə birlikdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən "Oba" marketə gedərək alış-veriş etməyə başlamışlar. Onlar Səbinə ilə "Oba" marketdə olan zaman Canpolad da gəlmiş və Səbinəyə nəsə söz atmışdır. Bu zaman Səbinə ilə Canpolad arasında söz mübahisəsi, sonra isə Səbinə ona əlində olan telefonla bir neçə dəfə üz nahiyəsindən vurmuşdur. Sonra Canpoladın adını bilmədiyi yanında olan oğlan və o Səbinə ilə Canpoladı aralamışlar. Bundan sonra Canpolad marketdən yüksək səslə Səbinəni söyə-söyə çıxmışdır. O və Səbinə Oba marketdən çıxıb, Səbinənin yaşadığı mənzilin blokuna tərəf gelmişlər. Canpolad isə onların arxasınca gəlmiş və blokda Canpolad əli ilə Səbinəni vurmağa başlamışdır. Onlar Canpoladdan qaçaraq evə qalxmışlar. Həmçinin o, məhkəmə iclasında həm yazılı, həm də şifahi şəkildə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını və icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin 11-ci vərəqində olan 31 mart 2022-ci il tarixli “ CD diskin götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Oba” marketdə Mahmudlu X2 Səbinə Anar qızını nalayiq ifadələrlə təhqir edir və əlləri ilə itələyir. Cinayət işinin 17-19-cu vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 03 aprel 2022-ci il tarixli 336 №-li rəyi müəyyən edilmişdir ki, Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər: sol bazunun hematoması, sağ bazunun, boyunun, sol budun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan şərait və müddətdə yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin 49-50-ci vərəqlərində olan 14 may 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsini 221.1-ci maddəsində nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işinin 62-63-cü vərəqində olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 14 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 81-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, «Oba» marketin içərisində kassa aparatının qarşısında ağ rəngli gödəkçədə sağ çiynində qara rəngli sumka asılmış Şahid1 və ala rəngli gödəkçədə Şahid2 vitrindəki ərzaq mallarına baxırlar. Şahid1 vitrindən su götürüb kassaya yaxınlaşır. Bu zaman daha bir qadın Səbinə ilə Günayın arasından kassaya yaxınlaşır, bu zaman əynində qara ködəçkə başında boz kepka olan Təqsirləndirilən şəxs da onlara yaxınlaşır. Qadın kassaya pul ödəyib aralaşır. Səbinə əlində olan mobil telefona baxır. Təqsirləndirilən şəxs Səbinənin əlindəki mobil telefona diqqət edir. Günay kassanın yanına nəsə qoyub aralaşan zaman Canpolad onların arasına girir üzünü Səbinəyə çevirir, Səbinə Günayın arxasınca getmək istəyərkən Canpolad əli ilə Səbinənin üzünə toxunur. Buna reaksiya verən Səbinə çevrilib Cənpoladın üzərinə gedir və bir birinin sifət nahiyəsinə bir neçə zərbə vururlar. Bu vaxt görüntüyə düşən bir oğlan onları aralaşdırır, lakin Canpolad həmin oğlanın əlindən çıxmağa Səbinə tərəf getməyə cəhd edir və görüntüdən itirlər. Görüntü 55 saniyə davam edir. Cinayət işinin 67-68-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs Oba» marketdə Şahid1 əlində olan mobil telefona baxdıqda sonuncu ona öz iradını bildirmiş, buna cavab olaraq Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan kənar şəxslərin gözü qarşısında əli ilə Şahid1 sifət nahiyəsindən vuraraq onun ünvanına nalayiq ifadələr işlədib yaxasından tutaraq onu bir neçə dəfə vurmuş, sonuncu özünü müdafiə etmək və Təqsirləndirilən şəxs yaxa qurtarmaq məqsədi ilə şillə ilə onun sifət nahiyəsindən bir neçə dəfə vurmuş, kənar şəxslər onu sakitləşdirdikdən sonra aralaşdıqları müəyyən edilmişdir Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, DVD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun üzərinə Bakı, şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-98/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-98/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver