Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-98/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-585/2022 saylı, 29 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu və sadə residivi olan, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, ********* saylı cinayət işi üzrə 22 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin cinayət işi üzrə 24 may 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, ********* saylı cinayət işi üzrə 29 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin cinayət işi üzrə Suraxanı Rayon Məhkəməsinin 4(010)-174/2024 saylı, 31 may 2024-cü il tarixli qərarı ilə əvvəli 29 may 2024-cü il tarixdən hesablanmaqla barəsində 02 ay həddində həbs qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 240/2024 saylı, 26 iyul 2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 01 (bir) ay həddində, yəni 29 avqust 2024cü il tarixədək uzadılmış, Suraxanı Rayon Məhkəməsinin 4(010)-283/2024 saylı, 28 avqust 2024-cü il tarixli qərarı ilə həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş, məhkəmə iclas zalından dərhal azad edilmiş, barəsində başqa qətimkan tədbiri seçilməmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 1(010)-485/2024 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçilmiş, 17 yanvar 2025-ci il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd bükümdə şəxsi istəhlak miqdarından artıq-xeyli miqdarda ümumi təmiz çəkisi 1,135 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 may 2024-cü il tarixdə, saat 20:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V Y/S-də yerləşən “Bolmart” marketin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 33-cü polis bölməsinin inzibati binasına gətirilmiş, inzibati binada otaqların birində üzərinə şəxsi axtarış həyata keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,135 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,579 qram psixotrop maddə-metamfetamini 29 may 2024-cü il tarixdə 10 manata istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 29 may 2024-cü il tarixdə, saat 15:45 dəqiqədə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 1-ci binanın arxa hissəsində saxlanılaraq Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,579 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü hər iki epizod üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan əvvəl təxminən 02 il olardı ki, psixotrop maddənin patı kimi tanıdığı növündən istifadə etmişdir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və təxminən 02 ay olardı ki, azadlığa buraxılmışdır. 22 may 2024-cü il tarixdə, təxminən saat 15 radələrində Suraxanı rayonu, Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 01 ədəd sellofan bükümdə psixotrop maddə-metamfetamini 10 manata əldə edərək əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoymuş, həmin tarixdə, təxminən saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Bolmart market'in yaxınlığında olan zaman 2 nəfər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək ondan özünü təqdim etməsini tələb etmişlər. O, da özünü olduğu kimi təqdim etmişdir. Ona psixotrop maddələrin əldə olunması, gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirib 33-cü polis bölməsinə dəvət etmişlər. RPİ-nin 33-cü polis bölməsinin inzibati binasında xidməti otaqların birində polis əməkdaşı tərəfindən müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Polis əməkdaşı ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etməsini təklif etmişdir. Həmin təklifdən sonra əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Polis əməkdaşı həmin bükümü açmış və içərisində ağ rəngli metamfetamin olduğu müəyyən olunmuşdur. Polis əməkdaşı ondan həmin bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşmuşdur. O, da bu barədə olduğu kimi məlumat vermişdir. Polis əməkdaşlarından biri əlləri ilə paltarlarını yoxlamışdır. Lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predrnet aşkar edilməmişdir. Təqdim etdiyi içərisində ona məxsus psixotrop maddə olan 01 ədəd büküm polis əməkdaşı tərəfindən 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa 29 may 2024-cü il tarixdə, saat 13 radələrində Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata 01 ədəd bükümdə öz şəxsi istehlakı üçün patı kimi tanıdığı psixotrop maddə alaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoymuş, dostu ilə görüşmək üçün saat 15 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə gəlmiş, Yeni Günəşli qəsəbəsində V yaşayış sahəsində olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini təqdim etmişlər. Ondan özünü təqdim etməsini tələb etmişlər. O, da Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Narkotik maddələrin qanunsuz olaraq əldə olunması və istifadəsində şübhəli olduğunu bildirib 33-cü polis bölməsinə onlarla getməli olduğunu bildirmiş və 33-cü polis bölməsinə getmişlər. Müdafiəçi dəvət olunmuş və onun iştirakı ilə polis əməkdaşı hüquq və vəzifələrini izah etmişdir. Sonra, videoçəkilişlə polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində patı kimi tanıdığı psixotrop maddə olan 01 ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üstünə qoymuşdur. Üzərindən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd büküm 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmışdır. Üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 29 may 2024-cü il tarixdə üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddəni şəxsi istifadəsi üçün Suraxanı qəsəbəsində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manata almışdır. Həmin tarixdə üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə ona məxsusdur. Ona qarşı qanunazidd hərəkət olmamışdır. O, həmin narkotik maddəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə hər iki epizod üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 02 (iki) il sınaq müddəti təyin edilməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, 2020-ci ildə Bakı şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 aprel 2022-ci il tarixdə isə cəza müddətinin sona çatması ilə azad olunmuşdur. 29 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-585/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 02 fevral 2024-cü il tarixdə, Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. 22 may 2024-cü il tarixdə, saat 17-18 radələrində dostu Turalla “Bolmart” marketin yaxınlığında onun yaşadığı Qaraçuxur qəsəbəsində yerləşən evlərinə getmək üçün görüşmüşlər. Orada olan zaman bir nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmələrini istəmiş, onlar da özlərini təqdim etmiş, daha sonra bir nəfər polis əməkdaşı da gələrək onları 33-cü polis bölməsinə dəvət etmişlər. Daha sonra, 33-cü polis bölməsinə aparmış, orada isə bir müddət xidməti otaqlardan birində gözləmişlər. Polis bölməsində onun əvvəllər məhkum olunduğu müəyyən edilmiş və külli miqdarda narkotik vasitəni boynuna götürməsini tələb etmişlər, cəzasının yeni bitdiyini, 3 ay olar ki, azadlıqda olduğunu bildirmişdir. Polis əməkdaşları Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona ittiham elan edəcəklərini bildirmiş və psixotrop maddəni üzərinə götürməyə məcbur etmişlər. O, isə məcbur olub psixotrop maddəni üzərinə götürmüş, daha sonra, videoçəkiliş keçirilmiş, o da həmin psixotrop maddəni videoçəkiliş zamanı polislərə təqdim etmişdir. Həmin gün dostu ilə narkotik vasitə almaq istəmiş, lakin ala bilməmişlər. Bölmədə olan zaman istifadə etmək üçün onlara narkotik vasitə vermişlər, həmin vasitəni istifadə etdikdən sonra, özünü narahat hiss etmiş, buna görə də, TTY çağırılmışdır. Daha sonra onu iki gün Suraxanı RPİ-nin MSY-də saxladıqdan sonra buraxmışlar. 29 may 2024cü il tarixdə isə özü narkotik vasitələrin istifadəsini tərgitmək istədiyi üçün polis bölməsinə getmişdir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs tətbiq edilməsini istəmişdir. Polis bölməsində demişlər ki, barəsində cinayət işi açılsa və həbs olunsa sağala bilər. Buna görə də, polislərin dedikləri ilə razılaşmış, psixotrop maddə metamfetamini üzərinə götürmüşdür. Polis bölməsinin yaxınlığında olan un məmulatları satılan mağazanın yanında dayanmış və polis əməkdaşları ona yaxınlaşıb tutmuşlar. Videoçəkiliş keçirilən zaman da üzərində olan psixotrop maddəni təqdim etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki təzyiq göstərilməmiş, lakin külli miqdarda narkotik vasitələrin satışı ilə ittiham olunacağı barədə hədələnmişdir. Ona dövlət hesabına müdafiəçi təyin edilmiş, lakin müdafiəçisi 22 may 2024-cü il tarixdə daha sonra gəlmişdir. Həmin tarixdə üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması barədə müdafiəçisinə məlumat verməmişdir. Sonradan üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması barədə müdafiəçisinə və müstəntiqə məlumat vermiş, lakin bununla bağlı məhkəməyə müraciət etməmişdir. Onu tutan şəxsləri tanımır, lakin görsə tanıyar. Narkomaniya xəstəliyi ilə bağlı müalicə almamışdır. Narkotik vasitələrdən 2021-ci ildə istifadə etməyə başlamışdır. Narkotik vasitələrin heroin növündən istifadə etmiş, həmin vasitələri taksofonların yanında satan tanımadığı şəxslərdən almışdır. Narkotik vasitələrin istifadəsini tərgitmək üçün barəsində inzibati həbs tətbiq edilməsini istəmiş və barəsində 2022-ci il tarixdə inzibati həbs tətbiq edilmişdir. TTY onu müayinə etməmişdir. 22 may 2024cü il tarixdə, saat 17-18 radələrində, 29 may 2024-cü il tarixdə isə günorta saatlarında tutulmuşdur. Digər şahidlər onu şübhəli şəxs qismində tutan polis əməkdaşları olsa da, Şahid1 onu tutmamış, şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsində iştirak etməmiş, onu əvvəllər görməmişdir. Sonda isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini nəzərə alaraq məhkəmədən barəsində minimum həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə inspektoru, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 22 may 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qsəbəsi, V yaşayış sahəsində yerləşən “Bolmart” marketinin yaxınlığına gəlmişdir. Orada gözləməyə başlamışdır. Onlar həmin yerdə gözləyərkən 22 may 2024-cü tarixdə, saat 20:00 dəqiqədə Təqsirləndirilən şəxs bir qədər uzaqdan gəldiyini görmüşdür. Onun əlamətlərindən onu Təqsirləndirilən şəxs oxşatmış, yaxınlaşıb ona özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsini tələb etmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Şahid1 ona narkotik maddələrin əldə olunması, istifadəsi və gəzdirilməsində şübhəli olduğunu bildirib onlarla 33-cü polis bölməsinə gəlməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saat 20:00 dəqiqədə saxlamış və onu 33-cü polis bölməsinə gətirmişlər. Bu barədə raport yazmış və polis bölməsinin rəisinə məruzə etmişdir. Sonra onun, Şahid1 və təhqiqatçının iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinə başlanmışdır. Təhqiqatçı əvvəlcə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirildiyini bildirərək şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs CPM-nin 90 və 246-cı maddələrində nəzərdə tutulan müddəaların ona aydın olması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs də həmin müddəaların ona aydın olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs həmin təklifdən sonra, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Təhqiqatçı həmin bükümü açmış və həmin bükümün içərisində ağ rəngli kristallik maddə olduğu müəyyən olunmuşdur. X7 həmin bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə metamfetamin olduğunu, həmin maddəni 22 may 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlamışdır. Lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qurudulmuş otşəkilli maddə olan 01 (bir) ədəd büküm X7 tərəfindən 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmışdır. Üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış və Fərid isə öz növbəsində heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə yaxınlaşan zaman onun tək olubolmamasını uzun müddət keçdiyi üçün dəqiq xatırlamır, deyəsən yanında bir nəfər olmuşdur. Təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə bağlı olmuşdur. Əməliyyat qrupunun üzvləri özü və Şahid1 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə inspektoru Şahid1 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tutulduğu zaman ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs kimlərlə birlikdə yaxınlaşdığını uzun müddət keçdiyi üçün xatırlamır. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, o isə öz növbəsində müqavimət göstərməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. 29 may 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, aldıqları əməliyyat məlumatına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 1-ci binanın arxa hissəsinə gəlmişlər. 29 may 2024-cü il tarixdə, saat 15:45 radələrində xarici görünüş əlamətlərindən Təqsirləndirilən şəxs oxşayan şəxsin yaşadığı ünvan istiqamətində hərəkət etdiyini görüb Əlövsətlə ona yaxınlaşmışlar. Həmin vaxt onlar mülki geyimdə olmuş, ona xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona psixotrop maddələrin əldə olunması və istifadəsində şübhəli olduğunu qeyd edib onlarla 33cü polis bölməsinə getməli olduğunu bildirmiş, o da etiraz etməmişdir. Onu 29 may 2024-cü il tarixdə, saat 15:30 dəqiqədə saxlayaraq 33-cü polis bölməsinə gətirmişlər. Raportla bölmə rəisinə məruzə edib bölmənin təhqiqatçısı Ruslan Mirzəliyevin yanına aparmışlar. Bölməyə müdafiəçi dəvət olunmuşdur. Ruslan Mirzəliyev müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Onun, Şahid4, Təqsirləndirilən şəxs və X4in iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təhqiqatçı əvvəlcə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirildiyini bildirərək şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs CPM-in 90-cı və 246-cı maddələrində nəzərdə tutulan müddəaların ona aydın olması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs də həmin müddəaların ona aydın olduğunu bildirmişdir. X9 Yusifliyə üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs həmin təklifdən sonra, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümü təqdim etmişdir. Təhqiqatçı həmin bükümü açmış və bükümün içərisində ağ rəngli kristallik maddə olduğu müəyyən olunmuşdur. X4 həmin bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə psixotrop maddə-metamfetamin olduğunu həmin maddəni 29 may 2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. O, əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlamışdır. Lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində ağ rəngli kristallik maddə olan 01 (bir) ədəd büküm X4 tərəfindən 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 33-cü polis bölməsində olduğu zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamış, o da öz növbəsində polislərə müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs yaxınlaşan zaman o tək olmuş və tutulan zaman xəsarətləri olmamışdır. Psixotrop maddəni tanımadığı şəxsdən aldığını bildirdiyi üçün həmin mənbə ilə bağlı məlumat əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxsin 29 may 2024-cü il tarixdə özü narkotik vasitələrin istifadəsini tərgitmək istədiyi üçün polis bölməsinə getməsi, tutulan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmaması barədə bildirdikləri ilə razı deyildir. Hadisə özünün qeyd etdiyi kimi baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili Şahid4 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, həmçinin Fərid tək olmuş və heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni tanımadığı şəxsdən aldığını bildirdiyi üçün mənbə ilə bağlı məlumat əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə bağlı olmuşdur. Əməliyyat məlumatı özünə daxil olmuşdur. Əməliyyat məlumatının dəqiq hansı tarixdə daxil olmasını xatırlamır. Bəzən əməliyyat məlumatı həmin gün daxil olur, bəzi hallarda isə bir neçə gün öncədən daxil olur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 240100352 nömrəli cinayət işi 24 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 109) 22 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Emin Bəybalayev tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. (iş.v. 112-113) 22 may 2024-cü il tarixli, “əməliyyat tədbirinin keçirilməsi və müşahidə etmə haqqında” protokoldan” görünür ki, qəbul edilmiş qərar əsasında 22 may 2024-cü il tarixdə, saat 19:45 radələrində Yusifli X5 rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s-də yerləşən “Bolmart” marketin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 15 dəqiqə sonra, yəni saat 20 radələrində Təqsirləndirilən şəxs Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s-də yerləşən “Bolmart” marketin yaxınlığında yaxınlaşmışlar, həmin şəxs saxlanılmış və ona özlərini təqdim etmişlər. Yeni Günəşli qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması və istifadəsində şübhəli olduğunu izah edərək onu Suraxanı RPİ- nin 33cü polis bölməsinə gətirmişlər. (iş.v. 117) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmə aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bir ədəd şəffaf sellofan büküm açıldıqdan sonra, baxış zamanı içərisində kristaİşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını, saxlanılmamışdan əvvəl Bakı şəhəri Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı üzərində əlavə narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan maddə cinayət cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola digər əşya və sənədlər aşkar edilməmişdir. (iş.v. 140-141) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilərək tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etməsim təklif edir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim edir. Təhqiqatçı həmin bükümü açır və içərisində ağ rəngli kristallik maddə olduğu müəyyən olunur. Təhqiqatçı həmin bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşur. Təqsirləndirilən şəxs həmin bükümdə patı yəni metamfetamin olduğunu, həmin kütləni 22 may 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirir. 33-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid3 əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlayır. Lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qurudulmuş otşəkilli maddə olan 01 ədəd büküm təhqiqatçı tərəfindən 01 ədəd boş zərfə qoyularaq qablaşdırılır. Üzəri möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 may 2024-cü il tarixli, 3-16-16/2-6/2903 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №171” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs( imza) yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,135 qram açıq mavi rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 1,135 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,085 qram. (iş.v. 148-150) 240100378 nömrəli cinayət işi 30 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 29 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. (iş.v. 4-5) 29 may 2024-cü il tarixli, “əməliyyat tədbirinin keçirilməsi və müşahidə etmə haqqında” protokoldan” görünür ki, qəbul edilmiş qərar əsasında 29 may 2024-cü il tarixdə, saat 15:30 radələrində Yusifli X5 rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s-də yerləşən 1-ci binanın arxasında əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 15 dəqiqə sonra, yəni saat 15:45 radələrində Təqsirləndirilən şəxs Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s-də 1-ci binanın arxasında yaxınlaşmışlar, həmin şəxs saxlanılmış və ona özlərini təqdim etmişlər. Yeni Günəşli qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması və istifadəsində şübhəli olduğunu izah edərək onu Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gətirmişlər. (iş.v. 8) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmə aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə şəffaf rəngli, kristal şəkilli metamfetaminə oxşar maddəni təqdim edir. Bu psixotrop maddə metamfetamini Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata alaraq özünün istifadəsi məqsədi ilə üzərində saxladığını bildirir. Aşkar olunan 01 (bir) ədəd kağız bükümdə şəffaf rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 171 saylı möhürü ilə möhürlənərək götürülür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (iş.v. 33-34) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilərək tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs həmin təklifdən sonra əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümü təqdim edir. Təhqiqatçı həmin bükümü açır və həmin bükümün rəngli kristallik maddə olduğu müəyyən olunur. X4 həmin bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşur. Təqsirləndirilən şəxs həmin bükümdə metamfetamin olduğunu həmin maddəni 29 may 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirir. 33-cü polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid2 əlləri ilə Təqsirləndirilən şəxs paltarlarını yoxlayır. Lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində ağ rəngli kristallik maddə olan 01 ədəd büküm təhqiqatçı tərəfindən 01 ədəd boş zərfə qoyularaq qablaşdırılır. Üzəri möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 30 may 2024-cü il tarixli, 3-16-16/2-6/3029 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №171” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,579 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0, 579 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,529 qram. (iş.v. 43-44) 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət işinin ********* nömrəsi altında istintaq edilməsi qərara alınmışdır. (iş.v. 105-106) 31 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,135 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra, qalıq qalmış ümumi təmiz çəkisi 1,085 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş.v. 182) Suraxanı RPİ-nin İŞ-in 04 avqust 2024-cü il tarixli əməliyyat tapşırığına Suraxanı RPİ-nin 33-cü polis bölməsi tərəfindən ünvanlanmış 12 avqust 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa, hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v.198-201) Ambulator məhkəmə-narkoloji ekspertizasının 12 iyul 2024-cü il tarixli, 4795 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 211-212) 21 avqust 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkiləri 1,135 qram və 0,579 qram, tədqiqatdan sonra müvafiq olaraq qalıq qalmış 1,085 qram və 0,529 qram olan psixotrop maddələr-metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən 1,135 qram psixotrop maddə-metamfetaminin mənbəyinə görə cinayət işi materiallarından ayrıca material ayrılmış və araşdırmanın davam etdirilməsi üçün Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk 21 avqust 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməllərində psixotrop maddəni könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndinin tətbiq edilməməsi nəzərə alınmışdır. (iş.v. 227-238) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuş, saat 21:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 24 may 2024-cü il tarixdə, saat 16:14-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 24 may 2024-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə, saat 16:45-də şübhəli şəxs qismində tutulmuş, saat 15:45-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 31 may 2024-cü il tarixdə, saat 10:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 4(010)-174/2024 saylı qərarla, barəsində əvvəli 29 may 2024-cü il tarixdən hesablanmaqla, 02 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həmin Məhkəmənin 26 iyul 2024-cü il tarixli, 4(010)-240/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 01 ay həddində, yəni 29 avqust 2024-cü il tarixədək uzadılmışdır. 20 avqust 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan hər iki epizod üzrə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 4(010)-283/2024 saylı qərarı ilə, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudovun təqdimatı təmin edilməmiş, o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyindən həmin Məhkəmənin 25 sentyabr 2024-cü il tarixli, 1(010)-485/2024 saylı qərarı ilə barəsində məcburi gətirilmə qərarı qəbul edilmiş, qərarın icrasını təmin etmək mümkün olmadığından həmin Məhkəmənin 30 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Suraxanı RPİnin əməkdaşları tərəfindən 17 yanvar 2025-ci il tarixdə tutularaq 18 yanvar 2025-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. (iş.v. 130, 160-161, 172- 174, 176-180, 23, 54-55, 71-74, 97-101, 215, 264-269) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X10 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X13 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs hər iki epizod üzrə ibtidai istintaq zamanı özünü tam təqsirli bilsə də, məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 may 2024-cü il tarixdə, saat 17-18 radələrində dostu Turalla “Bolmart” marketin yaxınlığında onun yaşadığı Qaraçuxur qəsəbəsində yerləşən evlərinə getmək üçün görüşmüşlər. Orada olan zaman polis əməkdaşları yaxınlaşaraq ona özünü təqdim etməsini istəmiş, onlar da özlərini təqdim etmiş, daha sonra bir nəfər polis əməkdaşı da gələrək onları 33-cü polis bölməsinə dəvət etmişlər. Daha sonra, 33-cü polis bölməsinə aparmış, orada isə bir müddət xidməti otaqlardan birində gözləmişlər. Polis bölməsində onun əvvəllər məhkum olunduğu müəyyən edilmiş və külli miqdarda narkotik vasitəni boynuna götürməsini tələb etmişlər, cəzasının yeni bitdiyini, 3 ay olar ki, azadlıqda olduğunu bildirmişdir. Polis əməkdaşları Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona ittiham elan edəcəklərini bildirmiş və psixotrop maddəni üzərinə götürməyə məcbur etmişlər. O, isə məcbur olub psixotrop maddəni üzərinə götürmüş, daha sonra, videoçəkiliş keçirilmiş, o da həmin psixotrop maddəni videoçəkiliş zamanı təqdim etmişdir. Həmin gün dostu ilə narkotik vasitə almaq istəmiş, lakin ala bilməmişlər. Bölmədə olan zaman istifadə etmək üçün ona narkotik vasitə vermişlər, həmin vasitəni istifadə etdikdən sonra, özünü narahat hiss etmiş, buna görə də, TTY çağırılmışdır. Daha sonra onu iki gün Suraxanı RPİ-nin MSY-də saxladıqdan sonra buraxmışlar. 29 may 2024-cü il tarixdə isə özü narkotik vasitələrin istifadəsini tərgitmək istədiyi üçün polis bölməsinə getmişdir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs tətbiq edilməsini istəmişdir. Polis bölməsində demişlər ki, barəsində cinayət işi açılsa və həbs olunsa sağala bilər. Buna görə də, polislərin dedikləri ilə razılaşmış, psixotrop maddə metamfetamini üzərinə götürmüşdür. Polis bölməsinin yaxınlığında olan un məmulatları satılan mağazanın yanında dayanmış və polis əməkdaşları ona yaxınlaşıb tutmuşlar. Videoçəkiliş keçirilən zaman da üzərində olan psixotrop maddəni təqdim etmişdir. Polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki təzyiq göstərilməmiş, lakin külli miqdarda narkotik vasitələrin satışı ilə ittiham olunacağı barədə hədələnmişdir. Digər şahidlər onu şübhəli şəxs qismində tutan polis əməkdaşları olsa da, Şahid1 onu tutmamış, şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsində iştirak etməmiş, onu əvvəllər görməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və gətirdiyi digər dəlillərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldan sonra, ikinci dəfə tutulana qədər barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmiş, həmin müddətdə azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı psixi və ya fiziki zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə, eləcə də istintaqın gedişindən narazı olduğu halda vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkanlardan istifadə etməmişdir. Həmçinin təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmiş, o psixi təzyiqə həqiqətən məruz qalmışdısa, ona hüquq və vəzifələri izah edilməsinə baxmayaraq bununla bağlı müdafiəçisinə heç bir məlumat verməmişdir. Həmçinin təqsirləndirilən şəxs hər iki epizod üzrə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən öncə müdafiəçinin həmin istintaq hərəkətində iştirakına lüzum görməmiş və bununla bağlı könüllü ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxs tutulan zaman üzərində psixotrop maddə olmaması, həmçinin ifadəsində qeyd etdiyi xüsusatlarla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin bildirdiyi xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, onun Azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda, guya məcburən psixotrop maddənin ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, həmçinin metamfetaminin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri də heç cür məntiqəuyğun ifadələr deyildir. İş materiallarına əlavə edilmiş CD disklərə məhkəmə iclasında baxış keçirilərək tədqiq olunan zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, 22 may 2024-cü il tarixdə tutulması ilə bağlı keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətində üzərində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,135 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini, növbəti dəfə isə 29 may 2024-cü il tarixdə tarixdə tutulan zaman üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,579 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etməsi, ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması da aşkar görünür. Ona heç bir fiziki təzyiq göstərilmədiyini təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasları zamanı qeyd etmiş, belə olan halda, məhz psixi təzyiqlərə məruz qaldığı üçün ona məxsus olmayan psixotrop maddəni üzərinə götürüb istintaq zamanı çıxarıb təqdim etməsi, bundan əlavə, məhz psixotrop maddələri tərgitmək üçün tutulması üçün polis bölməsinə gəlib orada polislərlə razılaşması, planlanmış şəkildə sonradan tutulması və üzərindən yenidən metamfetamin çıxması heç cür inandırıcı deyildir. Təqsirləndirilən şəxs, əvvəllər dəfələrlə məhkum olunmuş və prosessual hərəkətlərin hansı formada keçirilməsi, bunun nəticələri ilə bağlı kifayət qədər məlumatlı olmuşdur. Həmçinin iş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertiza rəyinin nəticəvi hissəsində onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, özünün də psixotrop maddə istifadəçisi olması barədə məhkəmə iclasında bildirdikləri təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Bundan əlavə, məhkəmə iclasları zamanı şahidlər dindirilərkən onların ifadələri arasında heç bir ziddiyyətli məqam müəyyən edilməmişdir. Odur ki, məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar kifayət qədər mötəbər sübutlarla tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin tutularkən üzərində psixotrop maddə olmaması barədə bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs yalnız ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü olaraq qiymətləndirilir. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsini, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən isə 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 1,135 qram və 0,579 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyataxtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə, polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V Y/S-də yerləşən “Bolmart” marketin yaxınlığıdır. Bundan sonra şəxs 33-cü polis şöbəsinə aparılaraq orada təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. 29 may 2024-cü il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanıldığı yer Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 1-ci binanın arxa hissəsidir. Daha sonra yenidən şəxs 33-cü polis şöbəsinə aparılaraq orada təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə də, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq-xeyli miqdarda ümumi təmiz çəkisi 1,135 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini 20 manata əldə edərək üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 may 2024-cü il tarixdə, saat 20:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V Y/S-də yerləşən “Bolmart” marketin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 33-cü polis bölməsinin inzibati binasına gətirilmiş, inzibati binada otaqların birində üzərinə şəxsi axtarış həyata keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,135 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,579 qram psixotrop maddə-metamfetamini 29 may 2024-cü il tarixdə 10 manata istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 29 may 2024-cü il tarixdə, saat 15:45 dəqiqədə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 1-ci binanın arxa hissəsində saxlanılaraq Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,579 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, verilmiş sorğulara cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Suraxanı Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli sorğusu əsasında Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum edilmişdir. Sonuncu dəfə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 02 fevral 2024-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 21 mart 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (iş.v. 91) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində -onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs, Xətai Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli hökmü ilə cinayət əməlinə görə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi 21 mart 2024-cü il tarixdən 02 il keçməmiş, 22 may 2024 və 29 may 2024-cü il tarixlərdə, yenidən qəsdən təkrar cinayətlər törətmişdir. Buna görə də, o, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə daha sərt cəza tətbiq edilir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivi vardır. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair 25 yanvar 2021-ci il tarixli Plenum Qərarına əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə bölünür. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Odur ki, Təqsirləndirilən şəxs, 22 may 2024-cü il tarixdə, qəsdən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, bundan sonra, 29 may 2024-cü il tarixdə, yenidən qəsdən təkrarən eyni cinayət əməlini törətmişdir. Buna görə də, Təqsirləndirilən şəxs əməlində təkrarçılıq vardır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətin sadə residivinin olma və cinayətlərin təkrar törədilməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar kimi müəyyən edilmişdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını və cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddətlər və həbsdə saxlanıldığı müddət cəmi Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,529 qram və 1,085 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 və 114 manat olmaqla, cəmi 179 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 220 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və 29 may 2024-cü il tarixdən 28 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay müddət, cəmi 03 ay 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,529 qram və 1,085 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 və 114 manat olmaqla, cəmi 179 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 220 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-98/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-98/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver