Məhkəmə qərarları › İş №1(011)-1/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-1/2025

06.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-1/2025 06.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşamış, barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,721 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 07 iyun 2024-cü il tarixdə, saat 00:50-də Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılıb ünvan 4 RPİ-nin 35-ci PB-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağza bükülmüş təmiz çəkisi 0,721 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,791 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 05 iyul 2024-cü il tarixdə, saat 23:05-də X4 Alayının 3-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən ünvan 6 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılıb ünvan 7nda yerləşən Xətai RPİ-nin 36-cı PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvanmn sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,791 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir ildir ki, narkotik vasitə heroindən istifadə edir. Əvvəllər məhkum olunmamışdır. Narkotikdən istifadə etdiyinə görə də bədənində ağrılar olduqca müxtəlif şəxslərdən narkotik əldə edib istifadə edir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisinə gedib orada soraqlaşma nəticəsində tanımadığı şəxsə yaxınlaşıb şübhə doğurmadan 20 manat pul ödəyib şəxsi istifadəsi üçün bir ədəd gümüşü rəngli bükümdə adını heroin kimi bildiyi narkotik almış və həmin narkotiki əynindəki göy rəngli şalvarın sağ yan cibində gizlətmişdir. O, həmin narkotiki əldə edib daha sonra saat gec olduğundan yaşadığı ünvana qayıtmaq istədiyi üçün Xətai rayonu ərazisinə geri qayıtsa da, Polad Həşimov küçəsində piyada hərəkətdə olduğu zaman 125 saylı ünvanın qarşısında mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışlar. Onlar ona özlərini təqdim edərək Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib ona üzərində narkotik maddə daşımaqda şübhəli olduğunu bildirib polis bölməsinə dəvət etmişlər. O, üzərində narkotik olmasına görə şübhə çəkməmək üçün sonuncularla razılaşıb polis bölməsinə getmişdir. Bundan sonra polis əməkdaşları ilə razılaşıb birlikdə 35-ci PBnə getmişdir. Bölmədə olan zaman ona hüquq və vəzifələri izah olunmuşdur. O, vəkillə təmin edilməsinə dair ərizə ilə müraciət etmiş və vəkil dəvət edilib ona təqdim edilmişdir. Təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Bölmədə otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı o, əynində olan göy rəngli şalvarının sağ yan cibindəki gümüşü kağıza bükülmüş bir ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Sorğu zamanı o, təqdim etdiyi bir ədəd gümüşü rəngli bükümdə narkotik vasitə heroin olduğunu, həmin narkotiki öz istifadəsi üçün 20 manat pul ödəməklə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən əldə edib üzərində daşıdığını demişdir. Ondan aşkar edilmiş büküm zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Bundan başqa 05 iyul 2024-cü il tarixdə təxminən saat 22 radələrində ünvan 6 ünvanında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manat müqabilində «patı» kimi adlanan psixotrop maddə metamfetamin almışdır. Daha sonra tanışı Şahid6 zəng edərək həmin psixotrop maddə metamfetamini birlikdə istifadə etməyi təklif etmişdir. Məmməd onunla razılaşaraq təxminən saat 23 radələrində olduğu yerə, yəni Xətai rayonu, Cavanşir küçəsi 4 ünvanına gəlmişdir. Onlar birlikdə həmin «patı» kimi tanınan psixotrop maddə metamfetamini istifadə etmək istədikdə onlara X5 avtomobili yaxınlaşmış və polis əməkdaşları onlarla sorğu-sual edən zaman özlərini itirmişlər və həyəcanlı olduqlarını birüzə vermişlər. Bundan şübhələnən polis əməkdaşları onları 36-cı PŞ-nə dəvət etmişlər. Onlar da getməyə heç bir etiraz etməmiş və birlikdə 36-cı PŞ-nə getmişlər. Polis Şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün ona müdafiəçi təyin edilmiş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı içərisində psixotrop maddə metamfetaminin olduğu 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə həmin büküm açılmışdır. Daha sonra ondan aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün proseslər video çəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün rəhbərlik tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvü isə Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs olduğu yeri, şəxsiyyətinə dair məlumatları müəyyən edib dərhal saat 00:50-də Hüseynin qanunsuz əməlini ifşa etmək məqsədi ilə ünvan 10 ünvanın qarşısında əməliyyat mövqeyi seçmişlər. Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını görüb sonuncunu saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər və Hüseynə narkotik vasitə daşımaqda şübhəli olduğunu deyib 35-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə olarkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı və videoçəkilişlə təhqiqatçı Ramil İbrahimov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və üzərində əlavə heç bir əşya olmadığını demişdir. Təqsirləndirilən şəxs cibindən çıxarıb təqdim etdiyi həmin bükümdəki maddənin narkotik vasitə olduğunu etiraf etmişdir. Həmin bükümü Bakı şəhəri, Suraxanı rayonu ərazisində şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Daha sonra həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisi müəyyən edildikdən sonra qablaşdırılmışdır. Təqdim olunan kütlə zərfə qoyularaq möhürlənmiş və zərf imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən çəkilişin bitdiyi elan edilmiş və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PBnin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 Alayının polis nəfəri vəzifəsində işləyir. 05 iyul 2024-cü il tarixdə, saat 23:05-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 Alayının polis nəfərləri X2 və Şahid5 ilə birlikdə «2436» çağırışlı avtopatrulda Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin inzibati ərazisində xidmətdə olan zaman ünvan 6 ünvanının yaxınlığında iki nəfər şəxsin qaranlıq yerdə şübhəli halda söhbət etdiklərini görüb sonunculara yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra həmin şəxslərdən gecə vaxtı qaranlıq yerdə nə etdiklərini soruşduqda, həmin şəxslər onlara müxtəlif bəhanələr gətirməklə yalan məlumatlar verməyə başlamışlar. Bu səbəbdən onlar həmin şəxsləri Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində olan zaman onlara məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1987-ci il təvəllüdlü Şahid6dur. Təqsirləndirilən şəxs və Məmməd X1 zaman üzərlərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmışlar, bu səbəbdən də, sonradan məlum olduğu kimi Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, təhqiqatçı Aslan Rəhimov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükülünün içərisindəki maddə psixotrop maddə metamfetamindir, onu xx.xx.2024-cü il tarixdə gecə saatlarında ünvan 6 ünvanında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 (iyirmi beş) manat məbləğində pul ödəməklə almışdır. Bundan sonra Şahid6 müdafiəçi ilə təmin olunaraq, təhqiqatçı Aslan Rəhimov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə Şahid6 üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyriqanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Şahid6 üzərində hər hansı qeyri-qanuni əşya olmadığını bildirmişdir. Daha sonra Şahid6 üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 Alayının polis nəfərləri X2 və Şahid5 hər biri ayrı-ayrılıqda Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, bir neçə müddətdir narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, münasibətləri normaldır. 05 iyul 2024-cü il tarixdə axşam saatlarında Hüseyn ona zəng edərək, «patı» kimi tanınan psixotrop maddə metamfetamini olduğunu bildirmiş və birlikdə istifadə etməyi təklif etmişdir. O da sonuncu ilə razılaşmış və həmin gün saat 23 radələrində o, Hüseynlə ünvan 6 ünvanında görüşmüşlər. Onlar birlikdə həmin «patı» kimi tanınan psixotrop maddə metamfetamini istifadə etmək istədikdə, X5 avtomobili onlara yaxınlaşmış və polis əməkdaşları onlarla sorğu-sual edən zaman özlərini itirmişlər və həyəcanlı olduqlarını birüzə vermişlər. Bundan şübhələnən polis əməkdaşları onları 36-cı PŞ-nə dəvət etmişlər. Onlar da getməyə heç bir etiraz etməmişlər və birlikdə 36-cı PŞ-nə getmişlər. Polis Şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün ona müdafiəçi təyin edilmiş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı onun üzərindən hər hansı qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilən bütün proseslər video çəkilişlə qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 05 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:05-də Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 14); şəxsi axtarış və götürmə aparılması haqqında 06 iyul 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli maddə olan bükümü təqdim etmişdir. Təqdim etdikdə bildirmişdir ki, bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içində ağ rəngli kristal şəkilli narkotik maddəni ünvan 11 ünvanın yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 25 manata almışdır. Həmin bükümdəki maddə üzərində yazısı olmayan “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş və həmin sellofandakı toz şəkilli kütlənin çəkisinin 0.95 qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Rəhman oğlunun üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin “Zərflər üçün” 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 25-27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3505 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №151” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,791 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 59-62); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v. 78-79); diskə baxış keçirilməsi haqqında 07 iyul 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 06 iyul 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 92); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında 07 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri Xətai RPİ-nin MSYdən azad olunmuşdur (i.v. 93); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 07 iyul 2024-cü tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 95- 97); cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirlməsi haqqında 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrə altında istintaqı davam etdirilmişdir (i.v. 100-101); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir (i.v. 105); şübhəli şəxsin tutulması haqqında 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 124); şəxsi axtarış və götürmə aparılması haqqında 07 iyun 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş 01 ədəd içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin olmasını, həmin narkotik vasitəni xx.xx.2024-ci il tarixdə Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən 20 manata almasını, bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini üzərində gəzdirərkən xx.xx.2024-cü il tarixdə ünvan 12 ünvanın qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin çəkisini müəyyən etmək məqsədilə “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd ədəd gümüşü kağıza bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik olan narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisinin 0.91 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüşü kağıza bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik olan narkotik vasitə olan heroinə bənzər maddənin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 136-139); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3160 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №154” dairəvi möhür əksləri olan, “...4) Təqsirləndirilən şəxs “imza” ” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.721 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 142-145); diskə baxış keçirilməsi haqqında 08 iyun 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 07 iyun 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 152-153); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:45-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v. 157-158); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin təmin edilməsindən imtina edilmiş və onun dərhal Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 173-174); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 iyun 2024-cü tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 175- 177); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 187-188); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsinin xx.xx.2024-cü il tarixli 4536 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolun, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 210-211); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə yenidən elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması nəzərə alınmışdır, məhkəməkimyəvi ekspertizasının 07 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3160 saylı və 06 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3505 saylı, həmçinin məhkəmə-narkoloji ekspertizasının 02 iyul 2024cü il tarixli, 4536 saylı rəyləri sübut növü kimi qiymətləndirilməklə istintaq materiallarına əlavə edilmişlər, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi 0.721 qram və psixotrop maddə matamfetaminin təmiz çəkisi 0.791 qram kimi müəyyən edilmiş və maddi sübut kimi tanınmış, qalıq qalmış 0.671 qram narkotik vasitə heroin və 0.741 qram psixotrop maddə metmfetamin saxlanması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd “DVD-R” formatlı disklər maddi sübut kimi tanınmışlar (i.v. 212-221); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 31 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (i.v. 232-233); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı birinci video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş 01 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin olmasını, həmin narkotik vasitəni xx.xx.2024-ci il tarixdə Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən 20 manata almasını, bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini üzərində gəzdirərkən xx.xx.2024-cü il tarixdə ünvan 12 ünvanın qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirir. “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd ədəd gümüşü kağıza bükülmüş, içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisinin 0.91 qram olması müəyyən edilir. Məhkəmə istintaqı zamanı ikinci video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli maddə olan bükümü təqdim edir. Təqdim etdikdə bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içində ağ rəngli kristal şəkilli narkotik maddəni ünvan 11 ünvanın yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən 25 manata aldığını bildirir. Həmin bükümdəki maddə elektron tərəzidə çəkilir və həmin sellofandakı toz şəkilli kütlənin çəkisinin 0.95 qram olması məlum olur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.721 qram olan narkotik vasitə heroin və «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.791 qram olan psixotrop maddə metamfetamin hər iki halda xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, üzərində olan qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddənin miqdarını, cinayət əməlini təkrar törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 07 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək, 05 iyul 2024-cü il tarixdən 07 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 08 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.721 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.671 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.791 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.741 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 199 (yüz doxsan doqquz) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək, 05 iyul 2024-cü il tarixdən 07 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.721 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.671 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.791 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.741 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “DVD-R” formatlı disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 199 (yüz doxsan doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar