Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-10/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs X1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi ev 17/18Q-də qeydiyyatla yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təhqiqat müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 17/18Q-saylı evdə arvadı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində mübahisə edib, əli ilə sonuncunun sifət və baş nahiyələrindən vuraraq burun tənəffüsünün mötədil çətinləşməsi və burunun yumşaq toxumasının hematoması iiə müşayiət olunan burun sümüyünün ikili qapalı yerdəyişən sınığı ilə nəticələnən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 20 fevral 2020-ci il tarixə saat 11:30-a təyin edilmiş məhkəmə baxış iclasına üzrlü səbəb olmadan gəlməmişdir. Məhkəmə baxış iclası xx.xx.2020-ci il tarixə saat 11:15-ə təxirə salınmış, həmin tarixdə məhkəmə baxış iclasına təkrarən gəlmədiyindən onun barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmiş və məhkəmə baxış iclası 27 fevral 2020-ci il tarixə saat 12:30-a təxirə salınmışdır. 27 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına heç bir üzrlü səbəb olmadan təkrarən gəlməmiş, eləcə də onun məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar icra edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Həsənov Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 311.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yol verilir. Yekun protokoldan məlum olur ki, material üzrə maddi sübut, mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclasının cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin iştirakı olmadan keçirilməsini və barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 izahatında göstərmişdir ki, 2004-cü ildən 2021-ci ilə qədər Təqsirləndirilən şəxs ilə evli olmuş, aralarında baş vermiş qısqanclıq səbəbindən onu vurmuşdur. Hazırda boşanmışlar, eşitdiyinə görə Ruslan Rusiyadadır. Təqsirləndirilən şəxs ilə barışmadığını, barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Dövlət ittihamçısı2 müdafiə tərəfinin vəsatətini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək cinayət təqibinə xitam verilməlidir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ilədəkdir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 9.1-ci hissəsində göstərilmişdir ki, “məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarın 14-cu hissəsinə əsasən bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 23.5-ci bəndinə əsasən bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri ləğv olunur. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirləndirilir. Cinayət Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinin təsiri altına düşür. Bu Qərarın 10-cu və 11-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər iş üzrə mövcud deyil. Amnistiyanı tətbiq edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı mövcuddur. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 9.1-ci hissəsi tətbiq edilməli və iş üzrə cinayət təqibinə xitam verilməlidir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, maddi ziyan, məhkəmə məsrəfləri və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.12, 43.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-10/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-10/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver