Məhkəmə qərarları › İş №1(011)-10/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-10/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-10/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittihamçı və mülki iddiaçı Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının və onun nümayəndəsi X56, təqsirləndirilən şəxs və mülki cavabdehlər X10, X33, X38 və onların müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh X39 və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Çembərək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə, xx.xx.1952-ci il tarixdə Krasnoselo rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X42 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş həyat yoldaşı X33, onun qardaşı X39, X2 və qaynanası X4 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması və əlavə olaraq keçmiş həyat yoldaşı X11, onun qardaşı X16, X2ndan və qaynanası X3 onun şəxsi həyatına aid olan intim xarakterli fotoşəkilləri yaymaqla onu təhqir etməsi nəticəsində işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurduğu psixoloji ziyanla əlaqədar olaraq hər birindən 10000 (on min) manat, cəmi 40000 (qırx min) manat məbləğində olmaqla mənəvi təzminatın (mənəvi zərərə görə) alınaraq ona verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, X42 el-adət ənənəsi ilə X23 ailə həyatı qurmuş və rəsmi qaydada nikaha girmişdir. Nikahlarından iki azyaşlı övladı dünyaya gəlmişdir. Ailə daxili münasibətlərin çox gərgin olması səbəbindən X23 ilə 2016-cı ildən bir yerdə yaşamırlar və aralarında olan nikah formal xarakter daşıyır. X12 bacısı qızına etdiyi nəlayiq cinsi zorakılıq hərəkətlərinin araşdırılması üçün aidiyyəti üzrə polis orqanına şikayət etdiyi üçün Bakı şəhəri Xətai RPİ-də bununla əlaqədar cinayət araşdırması gedir. Hazırda Bakı şəhəri Suraxanı rayon məhkəməsində nikahlarının pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbi üzrə verdiyi iddia ərizəsi məhkəmənin baxışındadır. xx.xx.2022-ci il tarixdə o, cinayət işinin gedişatı ilə əlaqədar olaraq işini araşdıran Bak şəhəri Xətai RPİ-nin əməkdaşı olan Şahid2 qəbuluna getmişdir. Söhbət zamanı Şahid2 onun əxlaqsız formada çəkilmiş fotoşəkillərini mənə təqdim edərək keçmiş həyat yoldaşı X23 və onun qardaşı X34 tərəfindən Bakı şəhəri Xətai RPİ-nə gətirilib yayıldığını bildirmişdir. Belə ki, Bakı şəhəri Xətai RPİ-nin polis mayoru Şahid2 dediyinə görə X24, atası X38 və onun qardaşı X34 polis orqanına gələrək onun əxlaqsızlıqla məşğul olduğunu və subut kimi onlara onun lüt formada çəkilmiş ədəbsiz şəkillərini vermişdilər. Qeyd olunanları aydınlaşdırmaq üçün o, X12 yaşadığı ünvan 4 ünvanına getmiş, orada qaynanası X8 onu qonşuların yanında nəlayiq söyüşlərlə təhqir edərək döymüşdür. Belə ki, X8 ona "Ay otel ****si, evini də, hər şeyini də *****liklə almısan, ağzında *** əmən ***** sübut edəcəm, peçatlı *****sən, otelin *****si hara gedirsən gözləyirlər səni. Ay Nənəxanım, otellərdə gəlinim *****lik edir. Otellərdə *** ağzında əmən, əlimdə dakument var hər yerdə biyabr edəcəm, otel *****si, uşağı polislə təhvil götürəcəm, məktəbin müəllimələrinin içində gəlib səni pərt edəcəm, direktor Abuzər müəllimin yanına gələcəm, ay bar *****si, ay otel *****si, ay əldən-ələ düşən, şəkillərin, videoların əlimdədir, ay qonşular oteldə *****lik edəndə tutmuşuq, ay camahat oğraşlar gəİinimi məcbur edib ki, Nurlanı rədd elə, ay Xəyyam Quliyevin lotusu, *****, ay *****, səni buraxmıyacam gedəsən ay bar *****si, *****liyivin vaxtı çatıb hara gedirsən, avçarkanın, həyasızın bar *****sinin əlində qalmışam, ***cıq, lotu, ay ***** sən məktəbdə necə işləyirsən, iki qızı qoyub gecələri *****liyə gedirsən, otellərdə kişilərin ***inin arasına girib *** əmir, faktiki *****sən, *****liyi 2016-dən edirsən, ay ***** 4 bacının içində sən ***** çıxmısan, ay camahat oteldə xalqın ***ini əmir, ay camahat gəlin otellərdə gecələri uşağlarını evdə qoyub otellərə *****liyə gedir, bu hələ bilmir ki, gedib atasına göstərəcəm videonu, atasına deyəcəm ki, ay kişi qızın kişilərin ***ini əmir, *****lik edir gəlib evini, eşiyini hər şeyini *****liklə alır, onun üçün ******məyə gedirsən, o yoğunluqda ***lər içlərinə girəndə niyə tikişin açılmadı, *** qulağının dibinə girib, dakumeltalni *****sən, ay narkaman, ay *****, ay *** əmən *****, 15 yaşından qızğınsan" deyərək qonşuların yanında onu təhqir etmişdir. Qeyd olunanlar tərəfindən video çəkilişlə qeydə alınıb. Bununla əlaqədar 102 xidmətinə zəng vurub məlumat vermiş və əlavə olaraq özü şəxsən Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nə müraciət etmiş, işi araşdıran polis məmuru onu ekspertizaya göndərmişdir. Aldığı xəsarətlərin dərəcəsi müəyyən edilmədiyindən qaynanası X14 barədə cinayət işinin açılması rədd edilməsi və onu təhqir etməsinə dair hallarnan əlaqədar isə məhkəməyə müraciət edə biləcəyi qeyd olunan qərar qəbul edilmişdir. O, hazırda orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində çalışır. Onun cəmiyyət arasında hörməti və öz çəkisi var. Keçmiş həyat yoldaşı X33 və onun qardaşı X39 tərəfindən pornoqrafiq xarakterli şəkillərini əldə edib yaymaları ilə özünü mənəvi cəhətdən təhqir edilmiş sayır. Həmçinin qaynanası X10 tərəfindən şərəf və ləyaqəti qəsdən nəlayiq formada alçaldılaraq qonşuların yanında təhqir edildiyindən əvvəllər yaşadığı ünvanda qonşuların yanında biyabr olmuşdur. X2 şəxsi mobil nömrəsindən ona 50-ə yaxın zəng etmişdir. Şikayətdən geri çəkil, yoxsa səni hər yerdə biyabr edəcəm kimi ifadələr işlətmişdir. Zəng tarixçəsini materialların içinə əlavə etmişdir və nəticədə gördü ki, o, qaynatası Ələsgərin hədələrinə əhəmiyyət vermir. Onu ailəsi ilə birlikdə plan quraraq rüsvay etmişlər. İlk öncə getdikləri bütün dövlət orqanlarına, daha sonra isə ailəsinə, yaxın qohumlarına, qonşularına şəxsi məlumatlarını disk şəklində verərək onu rüsvay etmişlər. Qrup halında birləşib ona aid şəxsi məlumatları önlərinə çıxan hər adama təqdim etmişlər. Keçmiş həyat yoldaşı X33, onun qardaşı X39, X2 və qaynanası X10 tərəfindən ona aid şəxsi intim şəkillərin ailə üzvlərinə verilməsi nəticəsində yaxın qohumları olan atası Şahid10, anası Şahid11, bacıları Şahid1 və Şahid12, yeznəsi X20, digər bacısı Şahid7 ilə münasibətlərinə son qoyulub və onlar onu övladları kimi həyatlarından sildiklərini bildirirlər. Əlavə olaraq fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Həmçinin şəxsi və ailə sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi onu psixi gərginliklər yaşamasına səbəb olub. Bunun nəticəsi olaraq isə həkim nevropotoloq və şəxsi psixoloq həkimin konsultasiyalarına yazılası olmuşdur. Qeyd olunanlarla əlaqədar olaraq fikirdən gecələr yata bilməmiş, mənəvi iztirablar çəkir, iş yerində diqqətini işinə yönəldə bilmir, şagirdləri və onların valideyinləri arasında lazımsız söz söhbətlərin yayılması isə onun işgüzar nüfuzuna xələl gətirmişdir. Bununlada ona ciddi şəkildə mənəvi zərbə vurulmuşdur. Beləki, onların bu hərəkəti ilə işgüzar nüfuzumna xələl vuraraq cəmiyyət içərisində hörmətdən salınmasına səbəb olmuşdur. Bu səbəbdən keçmiş həyat yoldaşı X15, onun qardaşı X18, X2nun və qaynanası X4 Azərbaycan Resoublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün əsasların olduğunu hesab edir. Əlavə olaraq qeyd edir ki, xx.xx.2022-ci il tarixdə xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin müstəntiqi Həsənbəy Şərifov da öz ifadəsində sözü gedən fotoşəkillərin həqiqətəndə keçmiş həyat yoldaşı X33 və onun qardaşı X39 və X2 tərəfindən Bakı şəhəri Xətai RPİ-nin inzibati binasına gətirilib şəxsən ona yəni Bakı şəhəri Xətai RPİ-nin müstəntiqi Həsənbəy Şərifova təqdim edildiyini bildirildi.AR Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsi ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. AR Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Qanunvericiliyin tələbinə görə şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların yayılması ciddi hüquq pozuntusudur və müvafiq məsuliyyətə səbəb olmalıdır. X10 yaxından tanıdığı qonşular arasında ona nəlayiq söyüşlər söyməklə və onun şəxsi həyatına aid olan lüt formada çəkilmiş foto şəkilləri atası Şahid10 (Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski, ev 57, mənzil 117), anası Şahid11 (Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski, ev 57, mənzil 117), bacıları Şahid1 ((Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, ev 96, mənzil 20) Şahid12 (Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, ev 98, mənzil 114), yeznəsi X20 (Bakı şəhəri, Suraxanı rayonu, Böyükçor qəsəbəsi, Qaçqın şəhərciyi), Bakı şəhəri Xətai RPİ-nin müstəntiqi Həsənbəy Şərifova, Bakı şəhəri Xətai RPİ-nin 35 saylı PB-nin təhqiqatçısı Şahid2, Bakı şəhəri Xətai rayon Prokurorluğunun müstəntiqi Şahid3 verməklə onu təhqi etmiş, onun nüfuzuna xələl gətirmiş və bununlada AR CM-nin 148-ci maddəsinin tələblərini pozduğuna görə cinayət məsuliyyətinə cəlb edilməlidir.AR Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. Xüsusi ittihamçı və mülki iddiaçı X42 xüsusi ittiham qaydasında verilmiş şikayətə dəqiqləşdirmə verərək göstərmişdir ki, X33 xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi əvvəlcə öz ailəsinə, daha sonra onun ailəsinə, atası Şahid10, anası Şahid11, bacısı Şahid1, yeznəsi Şahid6, bacısının qaynı Emin Qəhrəmanova və yaxından uzaqdan qonşu və qohumlarına, polis işçilərinə İlahi, Həsənbəy və Şahid3 diski təqdim etmişlər. X39 qardaşı Nurlan Məhərrəmov ilə əlbir olaraq ilk öncə onun şəxsi telefonundan fotoşəkilləri gizli götürərək əvvəlcə öz ailəsinə və daha sonra yuxarıda sadaladığı qohumlarına və polis işçilərinə disk vermişlər. Şahid2, Şahid3, Anar 34-cü PB-nin Sərdar müəlim, Həsənbəyə, X38 əvvəlcə dəfələrlə onu hədələyərək ailəsi ilə birlikdə polis orqanlarına Şahid2, Şahid3, Həsənbəy Şərifova, Sərdar müəllimə və onun ailəsinə və qohumlarına, bacısının qaynı Q.Eminə, yeznəsi Eldənizə diski vermişlər. Məhkəmə iclasında xüsusi ittihamçı və mülki iddiaçı Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızı ifadəsində göstərmişdir ki, təxminən 08-12 iyul tarixlərində ona aid olan məlumatları qızının telefonundan götürülmüş və bəzənmişdir. Onun verdiyi şikayəti geri götürməyi üçün şəkillər disk formasında Şahid2 təqdim edilmişdir. Onun şikayətini geri götürmədiyini gördükdə isə X43 və X33 onu hədələyici mesajlara və zənglərə məruz qoymuşlar. Onun keçmiş qaynanası X10 22 oktyabr 2022-ci il tarixdə təxminən iyirmi nəfərə yaxın qonşunun qarşısında blokda onun ünvanına nalayiq ifadələr istifadə etmişdir. Buna görə də o, özünü təhqir olunmuş sayır və hətta ölüm həddinə çatdırılmışdır. Bakı şəhəri 34-cü polis bölməsinə sorğu göndərilsə, bu şəxslərin etdikləri hərəkətlər nəticəsində üzərinə benzin töküb yandırmaq istədiyini də öyrənə bilərsiniz. Onun tərəfindən bu hərəkətin edilməsinə səbəb onun oğulları tərəfindən öz qızları və bacısı qızlarına qarşı etdikləri əxlaqsız hərəkətlər barədə şikayət etməyi olmuşdur. Narıngül Məhərrəmova ona ev, maşın və aliment verməməklə hədələmişdir. Narıngül Məhərrəmovanın şəkillərin yayılmasında da əli vardır. O, anasına məxsus olan X60 küçəsi 57, mənzil 117 ünvanında yerləşən mənzilə gəlmişdir. O, Narıngülü çıxarmaq üçün 35-ci Polis Bölməsinə müraciət etməyə məcbur qalmışdır, Narıngül Məhərrəmova, Ələsgər Məhərrəmov, Ramil Məhərrəmov və Nurlan Məhərrəmov ona aid olan fotoşəkilləri bacımın qaynı olan Emin Qəhrəmanova disk şəklində aparıb göstərmişlər. Halbuki, onun Emin Qəhrəmanovla heç bir münasibəti olmamışdır, onu da məhkəmə iclas zalına şahid qismində çağırılmasını xahiş edir. Barələrində şikayət verdiyi şəxslər onları narahat edirlər və onlara məhkəməyə getməmələrini və onlar haqqında ifadə verməmələrini deyirlər. Həmin şəxslər ona aid olan şəkilləri bəzəməklə polis əməkdaşları olan Şahid2, Şahid3, Həsən Şərifova və bütün 34-cü Polis Bölməsinə də təqdim etmişlər. Onun ilk şikayəti 35-ci Polis Bölməsinə verilmiş, daha sonra prokurorluğa göndərilmiş və son olaraq Həsən Şərifova verilmişdir. İyul ayının 8-dən başlayaraq onun fotoşəkilləri müxtəlif şəxslər arasında yayılmışdır. Eləcə də həmin şəxslərin arasında onun yeznəsi və bacısıda olmuşdurlar. O da bu səbəbdən də bacıları və yeznələri ilə düşmən olmaq həddinə çatmışdır, cəmiyyətdən təcrid olunmuş vəziyyətdədir. Onu ölüm həddinə çatdırmışlar. O, psixoloq və müxtəlif mütəxəssislərə müraciət etmiş və onlara təxminən 10000 manat məbləğində pul ödəmişdir. O, iki uşaq anasıdır və uşaqlarına özü baxır. Bu ailə bir dəfə belə öz ovladlarını görmək istəməmişdir. Onlar öz övladlarına sahib çıxmaq istəmirlər. Məhkəmədən təqdim etdiyi sübutlar əsasında araşdırma aparmağını xahiş edir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Ramil Məhərrəmov onun fotoşəkillərini yaymışdır. 22 oktyabr 2022-ci il tarixdə ona aid olan fotoşəkillərin Şahid2 disk formasında təqdim edilməsi məlum olmuşdur. Onlar tərəfindən fotoşəkillərin Şahid2 təqdim edildiyi tarix barədə məlumatlı deyil. Fotoşəkillərin təqdim olunması haqqında məlumatı Şahid2 almışdır. Narıngül Məhərrəmova anasına məxsus olan X60 küçəsi 57, mənzil 117 ünvanında yerləşən mənzilə təxminən 2022-ci ilin oktyabr ayında gəlmişdir. Fotoşəkillər olan X67 və Narıngül Məhərrəmova özləri ilə gətirmiş və təqdim etmişdirlər. Onu gördükdən sonra həmin ünvanı tərk etmişdir. Həmin gün ailə üzvlərindən mənzildə yeznəsi Eldəniz, bacısı Leyla, bacısının 4 övladı və anası olmuşdurlar. X67 və Narıngül Məhərrəmova ikisi birlikdə olmaqla təqdim etmişdirlər. Emin Qəhrəmanova fotoşəkillər Məhərrəmovlar ailəsi tərəfindən təqdim olunub. Ramil Məhərrəmovun təqdim edilmə zamanı orada olub-olmamasında məlumatlı deyil. Eləcə də fotoşəkillər polis əməkdaşlarına da təxminən noyabr-dekabr aylarında təqdim olunmuşdurlar. Fotoşəkillər 35-ci Polis Bölməsində çalışan Anar adlı müstəntiqə də təqdim olunmuşdurlar. 08 iyul 2022-ci tarixindən həmin 2022-ci ilin oktyabr ayına qədər fotoşəkillər polis əməkdaşlarının arasında yayılmışdırlar. Həsən Şərifova fotoşəkillər oktyabr ayında verilmişdir. Onun özü də Nurlan Məhərrəmov və ailəsi tərəfindən ona aid olan fotoşəkillərin təqdim edilməsi faktını bildirmişdir. Eləcə də, Həsən Şərifov şəkilləri bacısına vermiş və şikayətini geri götürməsini demişdir. Şahid3 Xətai rayon prokurorluğunda müstəntiq vəzifəsində çalışır. Ona da şəkilləri iyul-avqust aylarında Nurlan Məhərrəmov digər barələrində şikayət etdiyi ailə üzvləri ilə birlikdə təqdim etmişdir. Yayılan fotoşəkillər onun qızının telefonundan qanunsuz şəkildə götürülmüşdür və onlar onun həyatında olan başqa bir şəxslə çəkdirdiyi şəkillər olmuşdurlar. O, barələrində şikayət verdiyi şəxslər tərəfindən hədə-qorxulara məruz qalmışdır. Təqdim etdiyi sənədlərin içində onların ona ünvanladıqları hədələr “əlimdədir, hər yerdə izlənilirsən, şikayətini geri götür, yoxsa sonu yaxşı olmayacaq” və s. bu kimi ifadələr olmuşdurlar. Eləcə də orada Ramilin zəngi və hədəsi də öz əksini tapmışdır. O, polis əməkdaşlarından onlara şəkilləri təqdim edənlərin Nurlan və onun ailə üzvləri olduqlarını eşitmişdir. Narıngül Məhərrəmova onu qızını məhkəməyə verməklə, eləcə də onun barəsində Təhsil Nazirliyinə şikayət edərək işdən çıxartdıracağını deyərək hədələyir. O, qızının pozğun şəkilləri olduğunu iddia edir və onu təhdid edir. Bununla bağlı onun səsyazmaları da mövcuddur. O, polis əməkdaşlarından onlara şəkilləri təqdim edənlərin Nurlan və onun ailə üzvləri olduqlarını eşitmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh X10 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, verilmiş ittihamı qəbul etmir, heç bir cinayət törətməmişdir. Nazlı Məhərrəmova ilə binanın blokunda dalaşmış, həmin vaxtı orada qonşular olmuşdur. O, heç bir şəkil və videogörüntü yaymamışdır. 22 oktyabr 2022-ci il tarixdə Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızını blokda qonşuların yanında söymüş, xüsusi ittihamda qeyd edilmiş sözləri işlətmişdir, lakin bunu əsəbləşdiyi üçün etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh X33 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Nazlı Məhərrəmovaya məxsus video və fotoşəkilləri yaymamış, heç kimə təqdim etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh X39 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Nazlı Məhərrəmovaya məxsus video və fotoşəkilləri yaymamış, heç kimə təqdim etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh X38 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Nazlı Məhərrəmovaya məxsus video və fotoşəkilləri yaymamış, heç kimə təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X5, X21, X25 əvvələr görmüşdür, lakin X26 ilk dəfədir görür. İlk müraciət Nazlı xanımın bacısı qızına qarşı Nurlan tərəfindən seksual xarakterli hərəkətlərin olunması barədə olmuşdur. Müraciət 2022-ci ilin iyul ayında olmuşdur. O da bununla əlaqədar izahatlarını almış və ekspertiza təyin etmişdir. Qarşı tərəfi də çağırmış, qarşı tərəf vəkili ilə yaxınlaşmış və onunda izahatını almışdır. Vəkil şəkillər təqdim etmiş və bildirmişdir ki, şikayət qərəzli şəkildə olunub. O, şəkillərə baxmış, orada Nazlı xanımı az olsa da tanımışdır. O da bildirmişdir ki, bu ona əhəmiyyət kəsb etmir. Sonra şəkillər onda bir gün qalmışdır. O, Nurlan ilə əlaqə saxlamış və bildirmişdir ki, gəlsin fotoşəkilləri götürsün. Lakin Nazlı xanım yaxınlaşanda şəkilləri ona vermişdir. Həmin gün Nurlanın polis bölməsində olubolmadığını bilmir. Sonra onların münaqişə ilə əlaqədar təkrar müraciətləri də olmuşdur. Digər təqsirləndirilən şəxslər ona heç nə göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X47 ifadəsində göstərmişdir ki, icraatında vətəndaş Nazlı xanımın şikayəti əsasında toplanmış 35-ci Polis Şöbəsinin təhqiqat materialı olmuşdur. Təhqiqat materialı tərəfindən öyrənilmiş və araşdırma aparılmışdır. Nazlı xanım keçmiş həyat yoldaşı Nurlan tərəfindən 2014-cü ildə bacısı qızına qarşı zor tətbiq edilməsini iddia etmişdir. Bununla bağlı araşdırma aparılmış, Nazlı xanımın, Nazlı xanımın bacısının, bacısı qızının və Nurlan Məhərrəmovun tərəfindən izahatları alınmışdır. İstintaq zamanı Nurlan öz ifadəsində göstərmişdir ki, Məhərrəmova Nazlı ilə aralarında boşanma prosesi gedir, Nazlı xanımın ona qarşı xəyanət etdiyini iddia etmiş, eyni zamanda Nurlan Nazlı xanımın xəyanət etməsi barədə sənədlər təqdim etmiş, götürmə protokolu tərtib edilərək, disk götürülmüş və iş materialına əlavə edilmişdir. Sonra da Nazlı xanımın bacısı və bacısı qızının heç bir şikayəti olmadığı əsas gətirilərək, AR CPM-nə uyğun olaraq toplanılmış material ücrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hal-hazırda materiallar Xətai rayon Polis İdarəsinin dəftərxanasının arxivindədir. Verilmiş suallara cavab olaraq o, göstərmişdir ki, Nurlan gələndə vəkili ilə gəlmişdir. Onun ailəsi ayrı-ayrılıqda gəlib getmişlər. Diski Nurlan təqdim etmişdir və bu barədə protokol tərtib olunmuşdur. Məhərrəmov Ramili ilk dəfədir ki görür, əvvəllər gəlməmişdir. Nurlanın diski təqdim etməyinin səbəbi Nazlı xanımın qərəzli şikayət etməyini göstərmək idi. Toplanmış materiallar ilə tanış olanda disk ilə də tanış olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X5, X21, X25 tanıyır, lakin X26 tanımır. Onların ailə daxili problemləri olub. Nurlanın valideynləri ilə o görüşəndə, ona demişlər ki, onlarda Nazlının əxlaqsız şəkilləri var. Biraz söhbət edəndən sonra onlar həmin şəkilləri göstərmək istəmişlər, lakin o, imtina etmişdir. O, həmin şəkilləri görməmiş, onların əxlaqsız xarakter daşımasını isə Nurlanın valideynləri ona demişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Allahverdi oğlu ifadəsində göstərmişdir ki, X10, X33, X38 ona heç bir şəkil və ya video göstərməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ondan hər şeyi gizlətdikləri üçün, onun bu hadisə barədə məlumatı gec olmuşdur. O, bacısının keçmiş qaynanasıgilə getmişdir. Barışıq əldə etmək niyyəti ilə getmişdir. Lakin bilməmişdir ki, bunun şəxsi həyatında digər kimsə var. Qarşı tərəflə də münasibətləri normal olmuşdur. Ona deyəndə ki, Nazlının həyatında digər kimsə var o, inanmamışdır, onlarda ona Nazlının və onunla münasibəti olan şəxsin şəkillərini göstərərək bildirmişlər ki, buna görə ailə dağılmışdır. Şəkildə ancaq Nazlı və həmin şəxs olmuşdurlar, digər şəkillər də olmuşdur, həmin şəkillər intim xarakterli idi. Həmin şəkilləri ona Nurlan göstərmişdir. Nurlan şəkilləri ona göstərmişdir, ancaq ona. Başqa yanında heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun yoldaşı rəhmətə getmişdir. Nurlanın onun 10 yaşlı övladına qarşı bəzi hərəkətlər etməsindən şübhələnmişdir. Övladı azyaşlı olduğundan bununla bağlı onaə 1-2 söz demişdir. Bildiyiniz kimi, Nazlı ilə Nurlan arasında münaqişə olmuşdur və onlar boşanma ərəfəsinə çatmışdılar. O, işdə olan zaman Nazlı ona zəng edərək artıq Nurlandan boşandığını bildirmiş və boşanma səbəbi olaraq Nurlanın şərəfsiz olduğunu və bununla bağlı ona bir-iki şey atacağını qeyd etmişdir. Nazlı ona “Whatsapp” iş qrupunda barəsində nalayiq ifadələrdən istifadə edilən mesajları göndərmişdir. O da əsəbiləşərək Nazlıya Nurlanın övladına qarşı etdiyi hərəkətlərdən şübhələndiyini bildirmişdir. Nazlı ona gözləməyini və gəlib onunla danışacağını bildirmişdir. O da onu evə çağırmış və bu məsələni danışmışdır. Nazlı danışdıqlarını eşitdikdən sonra ona Nurlanı öldürəcəyini və ona qəti şəkildə geri çəkilməməyini demişdir. Həmin vaxt Nazlı ilə Nurlan rəsmi olaraq boşanmamışdılar. O, ekspertizanın cavabını gözləyəcəyini demişdir. Daha sonra ekspertizanın cavabını almış və hər şeyin təmiz olduğuna əmin olmuşdur. Narıngül Məhərrəmova ona zəng edərək Nazlının onun azyaşlı övladını əlində “kozir” olaraq istifadə etdiyini və onlara getməsini, ona göstəriləsi bəzi şeylərin olduğunu bildirmişdir. O, Narıngül Məhərrəmovanın evinə tək getmişdir. Narıngül Məhərrəmova ona telefonda olan fotoşəkilləri göstərmişdir. Lakin onun tərəfindən ona hər hansı disk və ya fleşkart verilməmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Narıngül Məhərrəmovanın yaşadığı ünvana tək getmiş, bacısı Gülarə onunla birlikdə olmamışdır. O, hər hansı bir şəxsdən disk almamışdır. O, bu məsələ ilə bağlı Ramil Məhərrəmovla nə görüşməmiş, nə də danışmamışdır. Ona məhkəmə iclasına gəlməyi və bu formada ifadə verməyi üçün heç kim təzyiq göstərməmişdir. Narıngül Məhərrəmova ona X35 yazışmalarını, eləcə də onların əlaqədə olan zaman çəkilən şəkillərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri hadisədən əvvəl tanımışdır. Əslində bu məsələ barəsində demək olar ki, heçnə bilmir. Ancaq bu hadisə barədə eşitmiş, lakin heçnə görməmişdir. Ona heç kim heçnə göstərməmişdir, şəkilləri görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Narıngül Məhərrəmova onun qızını məhkəməyə verməklə, eləcə də onun barəsində Təhsil Nazirliyinə şikayət edərək işdən çıxartdıracağını deyərək hədələmişdir. O, qızının pozğun şəkilləri olduğunu iddia edir və onu təhdid edir. Bununla bağlı onun səsyazmaları da mövcuddur. Bu məsələ ilə bağlı Ramil Məhərrəmovla aralarında heç bir danışıq olmamışdır və onunla görüşməmişdir. Eləcə də onun tərəfindən ona hər hansı disk təqdim edilməmişdir. Verilmiş suallara cavab olaraq o, göstərmişdir ki, Nazlıya aid olan rüsvayedici şəkilləri görmüşdür. Barələrində şikayət verilmiş şəxslərin hər hansı biri ona disk təqdim etməmişdir. O, həmin montaj olunmuş fotoşəkilləri başqa şəxslərin telefonlarında görmüşdür. Barələrində şikayət verilmiş şəxslərdən hər hansı biri ona həmin fotoşəkilləri göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, işdən evə qayıtdıqdan sonra qızı Xəyalə ilə birlikdə Narıngül Məhərrəmovanın yaşadığı ünvana getmişdir. Orada olarkən X9 lüt şəkildə otellərdə başqa şəxslərin qucağında olduğunu demişdir. O da bir ana kimi həqiqətən də belə bir hal olubsa bu barədə ona sübut təqdim etməsini tələb etmişdir. Narıngül Məhərrəmova yalan danışmadığına dair and içərək, əgər yalan danışırsa başındaki yaylığı yerə atacağını bildirmişdir. Daha sonra o, telefonunda olan şəkilləri ona göstərmişdir. Sonrakı günlərin birində Narıngül Məhərrəmova 35-ci Polis Bölməsindən çıxdıqdan sonra əlində disklə onun yaşadığı ünvana gəlmişdir. O, əlindəki diski göstərək, həmin disklə birlikdə Təhsil Nazirliyinə gedəcəyini bildirmişdir. Ondan həmin diskdə nə olduğunu göstərməsini dedikdə, o, “gör bununla neynəyəcəm, əlimdəki sübutları gözünə soxacam” demişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Narıngül Məhərrəmovanın yaşadığı ünvana getdikdə orada Ramil olmamışdır. Ramil onun yaşadığı ünvana gəlməmişdir və ona disk təqdim etməmişdir. Onun yaşadığı ünvana Narıngül Məhərrəmova gəlmişdir. Ramil Məhərrəmov anasını həyətdə gözləmiş ola bilər, lakin o, mənzilə daxil olmamışdır. Şəkilləri göstərən zaman, orada Narıngül Məhərrəmova və o, olmuşdur. Eldəniz oraya sonradan gəlmişdir. Narıngül Məhərrəmova onun yaşadığı ünvana oktyabr ayında gəlmişdir. Fotoşəkilləri ona Narıngül Məhərrəmova göstərmişdir. O, şəkilləri göstərən zaman, orada ikisindən başqa heç kim olmamışdır. Narıngül Məhərrəmova sözügedən şəkilləri ona göndərməmişdir. Narıngül Məhərrəmova əlində olan diski ona göstərərək həmin diski Təhsil Nazirliyinə verməklə hədələmişdir. Diskin içərisində olanları ona göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, rayondan təzə gəlmişdir, anasıgildə qalmışdır. Birdən qapı döyülmüş, bacısının qaynanası gəlmiş və bacısını hədələmişdir. Demişdir ki, onun əlində dəlillər və sübütlar var. Ancaq qaynanasının gəldiyini görmüşdür. Həmin dəlillər və sübütlar video və şəkillər idi. Adını çəkməmişdir ki, nə vidəo və nə şəkillərdi. Şəkillər və video ona göstərilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsindən görünür ki, xüsusi ittihamçı və mülki iddiaçı X42 iddia ərizəsi verərək X33, X38, X10, X18 törətdiyi cinayət işi üzrə onu mülki iddiaçı kimi tanımağı barədə qərar qəbul edilməsini, X33, X38, X10, X18 törətdiyi cinayət nəticəsində ona vurduqları mənəvi ziyana görə hər birindən 10000 manat olmaqla cəmi 40000 manat məbləğində mənəvi təzminat alınaraq verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı və mülki iddiaçı X42 xüsusi ittiham qaydasında verilmiş şikayətə dəqiqləşdirmə verərək göstərmişdir ki, X33 xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi əvvəlcə öz ailəsinə, daha sonra onun ailəsinə, atası Şahid10, anası Şahid11, bacısı Şahid1, yeznəsi Şahid6, bacısının qaynı Emin Qəhrəmanova və yaxından uzaqdan qonşu və qohumlarına, polis işçilərinə İlahi, Həsənbəy və Şahid3 diski təqdim etmişdir. X39 qardaşı Nurlan Məhərrəmov ilə əlbir olaraq ilk öncə onun şəxsi telefonundan fotoşəkilləri gizli götürərək əvvəlcə öz ailəsinə və daha sonra yuxarıda sadaladığı qohumlarına və polis işçilərinə diski vermişlər (Şahid2, Şahid3, Anara 34-cü PB-dən, Sərdar müəlimə, Həsənbəyə). X38 əvvəlcə dəfələrlə onu hədələyərək ailəsi ilə birlikdə polis orqanlarına Şahid2, Şahid3, Həsənbəy Şərifova, Sərdar müəllimə və onun ailəsinə və qohumlarına, bacısının qaynı Q.Eminə, yeznəsi Eldənizə diski vermişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı Şahid2 tərəfindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş X27 mülki mühakimə qaydasında məhkəməyə və ya yuxarı instansiyalara müraciət etmək hüququ izah edilmiş, X28 maddi ziyan vurmuş X29 barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surətinin ərazi aidiyyatı üzrə sahə inspektoruna verilməsi qərara alınmışdır. Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının ərizəsindən görünür ki, təqdim etdiyi şahidlər siyahısından Şahid9 azyaşlı olduğundan şahidlər siyahısından çıxarılmasını, məhkəmə iclasına dəvət edilməsinə ehtiyac olmadığını nəzərə almağı xahiş etmişdir. Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızı və onun nümayəndəsi Sənan Əsədovun məhkəməyə təqdim etdikləri ərizədən görünür ki, şahid qismində qeyd edilmiş Şahid3 iş üzrə şahidlər siyahısından çıxarılması xahiş edilmişdir. Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin mülki iddiaya aid olan hissəsindən imtina edir və baxılmadan geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iş materiallarına əlavə olunmuş 01 ədəd diskə baxış keçirilən zaman həmin diskdə olan videogörüntüdən müəyyən olunmuşdur ki, X10 "Ay otel ****si, evini də, hər şeyini də *****liklə almısan, ağzında *** əmən ***** sübut edəcəm, peçatlı *****sən, otelin *****si hara gedirsən gözləyirlər səni. Ay Nənəxanım, otellərdə gəlinim *****lik edir. Otellərdə *** ağzında əmən, əlimdə dakument var hər yerdə biyabr edəcəm, otel *****si, uşağı polislə təhvil götürəcəm, məktəbin müəllimələrinin içində gəlib səni pərt edəcəm, direktor Abuzər müəllimin yanına gələcəm, ay bar *****si, ay otel *****si, ay əldən-ələ düşən, şəkillərin, videoların əlimdədir, ay qonşular oteldə *****lik edəndə tutmuşuq, ay camahat oğraşlar gəİinimi məcbur edib ki, Nurlanı rədd elə, ay Xəyyam Quliyevin lotusu, *****, ay *****, səni buraxmıyacam gedəsən ay bar *****si, *****liyivin vaxtı çatıb hara gedirsən, avçarkanın, həyasızın bar *****sinin əlində qalmışam, ***cıq, lotu, ay ***** sən məktəbdə necə işləyirsən, iki qızı qoyub gecələri *****liyə gedirsən, otellərdə kişilərin ***inin arasına girib *** əmir, faktiki *****sən, *****liyi 2016-dən edirsən, ay ***** 4 bacının içində sən ***** çıxmısan, ay camahat oteldə xalqın ***ini əmir, ay camahat gəlin otellərdə gecələri uşağlarını evdə qoyub otellərə *****liyə gedir, bu hələ bilmir ki, gedib atasına göstərəcəm videonu, atasına deyəcəm ki, ay kişi qızın kişilərin ***ini əmir, *****lik edir gəlib evini, eşiyini hər şeyini *****liklə alır, onun üçün ******məyə gedirsən, o yoğunluqda ***lər içlərinə girəndə niyə tikişin açılmadı, *** qulağının dibinə girib, dakumeltalni *****sən, ay narkaman, ay *****, ay *** əmən *****, 15 yaşından qızğınsan" deyərək Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının ünvanına qonşuların yanında ifadələr işlətmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X57 məhkəməyə onun keçmiş həyat yoldaşı X33, onun atası X38, onun anası X10 və onun qardaşı X39 tərəfindən şəxsi həyatına aid olan intim xarakterli fotoşəkillərin yayılmasını, həmçinin şəxsiyyətinin, şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılmasını təsdiq edən səs yazılarını özündə əks etdirən 01 ədəd “DVD-R” diski təqdim edərək sübut növündə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şikayətçi X44 təqdim etdiyi 01 ədəd “DVD-R” formatlı diskə baxış keçirilən zaman həmin diskdə “səslər” adlı qovluğun içərisində 15 ədəd “1) Naringul atama zəng edib mənim haqqimda pis pis danisir ki, atam məni oldursun”, “1+++Nurlan boynuna alir ki, səni santaj etmək ucun səkillərini fotosop eləmisəm”, “2) Naringul atama zəng edib deyir ki, qizin pozgundur”, “2) ++++Nurlanin hədəsiiii”, “2++Ələsgərin məni təhdid etməsi”, “3) Ələsgər anami təhdid edir”, “8) Naringul hədələyir ki, nəslinə catdiracam”, “11) Naringul anamin, bacilarimin, yeznemin, bacim usaqlarinin yaninda məni təhdid edir ki, geri cəkil”, “15) Ələsgər deyir ki, gedəcik məktəbə gedib səni biyabr edəcik”, “18) Ələsgər hədələyərək deyir ki, bir də gordun Naringul Təhsil Nazirliyinə getdi”, “25) Nurlan deyir ki, sekilleri neyleyirsən ki, kimə vermisəm bizimlə razilas sildirim hamidan”, “28) Nurlan meni tehdid edərək olumunu gozlədiyini boynuna alir”, “29) Nurlan deyir ki, sənə 3 gun vaxt verdik ki, bəlkə ozunu oldurəsən”, “31) Nurlanın hədəsi”, “40) Sekil problem deyil” başlıqlı səs yazılarının olması müəyyən edilmişdir. 01 ədəd “1) Naringul atama zəng edib mənim haqqimda pis pis danisir ki, atam məni oldursun” adlı audioyazıya qulaq asdıqda iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: “And olsun o Mirismayıl ağanın cəddinə, Mirmöhsün ağanın cəddinə sənin qızının elə-elə biədəb şəkilləri var. Elə biədəb pis yollara düşüb sən onu görsən qızını övladlıqdan silərsən. Sənin qızını mən, Mehriban Əliyevanın qəbulu ilə, polisin əli ilə məktub şəklində o biədəb şəkilləri üstündə aparıb verərik Mehriban Əliyevaya, ordan təhsilə gələr, təhsildən də onu məktəbdən çıxardacaqlar” (X37 Quliyevanın atası ilə olan danışığı). 01 ədəd “1+++Nurlan boynuna alir ki, səni santaj etmək ucun səkillərini fotosop eləmisəm” adlı audioyazıya qulaq asdıqda aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: “Mən özüm eləmişəm, özüm eləmişdim. Şantaj eləmişəm. Fotoşop eləmişəm. Mən eləmişəm mən ondan qisas almaq istəyirdim. O ki, məni evdən qovdu, gecəylə qovdu, mən də onu qurdum quraşdırdım. Onlar hamısı mənlikdi. Allaha and olsun mənlikdi. Bu dəqiqə amanın bir günüdür buna görə də Ramilin başı ağrısın” (X55 Quliyeva ilə olan danışığı). 01 ədəd “2) Naringul atama zəng edib deyir ki, qizin pozgundur” adlı audioyazıya qulaq asdıqda aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: “Mənim qızım o dərəcəyə çıxmaz ki, o işlərlə məşğul olsun, mənim qızımın adına ləkə gətirmə. Belə də ki, mən də, Xəyalə də qızımın dalındayam. Mən sözümü dedim” (Nazlı Quliyevanın atasının Narıngül Məhərrəmova ilə danışığı). 01 ədəd “2) ++++Nurlanin hədəsiiii” adlı audioyazıya qulaq asdıqda aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: “Neyniyəcəksiz? Gətirib şəkilləri kiməsə aparıb verəssiz? Məndə istəyirəm ki, həmin şəkilləri kiməsə ya deyəsiz, ya da göstərəsiz. Kateqoriçiski qruppavoy gedirsiz. Ramilin də məndə səsi var deyir ki, Nazlı sənin üçün yaxşı olmayacaq, gəl görüşək. Ələsgər ordan deyir ki, uşaq kimdə qalacaq? Nurlan içəri düşəcək, sən də nə bilim, uşaqları səndən alacaqlar. Məni uşaqnan qorxudursuz, apar dünəndən saxla. Gedib həyatımı yaşayacam” (X1 danışığı). 01 ədəd “2++Ələsgərin məni təhdid etməsi” adlı audioyazıya qulaq asdıqda aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: “Sizi lazımi təşkilatlarda əgər o (Nurlan) bərkə düşəndə sizi lap biabır edəcəklər. Oturun yerinizdə sakitcə də dur. Lazım deyil o şeyi qurtdaladıqca ordan qurd çıxsın. Yenə deyirəm qanun necə var qoy elə olsun, amma siz elə olmayan şeyləri qurdlayırsız ki, o biri tərəf yatıb fil qulağında duracaq ki?” (X50 Quliyeva ilə olan danışığı). 01 ədəd “3) Ələsgər anami təhdid edir” adlı audioyazıya qulaq asdıqda aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: Ələsgər Məhərrəmovun səsi: “Qızın məni, yoldaşımı, oğlumu, o biri oğlumu bütün ailəmi məhkəməyə verib. Sizdən xahişim odur ki, məndən heç nə xahiş etməyin. Bildiz söhbət nədən gedir? Sağolun”, Nazlı Quliyevanın anası cavabında bildirir: “Mən gəldim sənin oğluvun işinə xəstəliknən, dedim hər şeyi qoyaq qırağa sənin oğlun məni saymadı. Demirdiz əlivizdə diskləriniz var e yayırdız polislərə. İmenno məndə qızımın arxasındayam, atası Vaqif də dayanacaq elə o diskləri ortalığa çıxardacaq. Görək o diskin üzərində kim rollar oynayıb, indi onun cavabını verəcəksiz”, Ələsgər Məhərrəmovun səsi: Mən sizə sözümü dedim, sağolun”. 01 ədəd “8) Naringul hədələyir ki, nəslinə catdiracam” adlı audioyazıya qulaq asdıqda aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: “Sənə neçə dəfə demişik məhkəməyə çatdıracam, hələ çatdırmamışam, lazım olsa çatdıracam” (X37 Quliyeva ilə olan danışığı). 01 ədəd “11) Naringul anamin, bacilarimin, yeznemin, bacim usaqlarinin yaninda məni təhdid edir ki, geri cəkil” adlı audioyazıya qulaq asdıqda aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: Nazlı Quliyevanın səsi: “Mən elə onu istəyirəm ki, həmin şəkilləri Nazirliyə, iş yoldaşlarımın qabağına qoyasan. Onsuzda ki, ona görə cinayət işi açılıb. Ramilin səsi var gəl, yaxşı olmayacaq sənin üçün deyir, Ələsgər 44 dəfə mənə zəng edib. Gəl hər şeyin yolu var. Uşaqlar kimdə qalacaq bəs? Sən oğluvu adam yerinə qoyan deyilsən, sən bu dəqiqə Nurlana görə gəlməmisən, sən bu dəqiqə adıva görə gəlmisən ki, səhər Ramilə qız istəyəndə deyəcəklər oğlun qız zorluyub”, Narıngül Məhərrəmovanın səsi: “Sən elə bilirsən məktəblərə çıxıb dərs deyə biləcəksən? Dərs keçə biləcəksən?”, Nazlı Quliyevanın səsi: “Get onu məhkəmədə eliyərsən. Get elə”, Narıngül Məhərrəmovanın səsi: “Eliyəcəm”, Nazlı Quliyevanın səsi: “Şəxsi toxunulmazlıq deyilən şey var”. 01 ədəd “15) Ələsgər deyir ki, gedəcik məktəbə gedib səni biyabr edəcik” adlı audioyazıya qulaq asdıqda aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: Ələsgər Məhərrəmovun səsi: “Gətirib qoyub şəkilləri yoldaşımın qarşısına, Allaha and olsun tutub saxlamışam, deyir gedirik sabah onun məktəbinə”, Nazlı Quliyevanın səsi: “Nazirlik, əgər elm ocağında o hərəkəti kiminləsə baş-başa şəkillər çəkdirsəm, hər hansısa bir hərəkət eləsəm, onda hə. Şəxsi həyata heç kim toxuna bilməz”. 01 ədəd “18) Ələsgər hədələyərək deyir ki, bir də gordun Naringul Təhsil Nazirliyinə getdi” adlı audioyazıya qulaq asdıqda aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: “Mənim həyat yoldaşım birdə gördüz ki, gecə saat 12-də geyinib deyir ki, mən qaçıram Təhsil Nazirliyinə. Allaha and olsun qabağımda balta saxlamışam. Polisin əli ilə götürüb məktub yazdırıb gedir. Mən onu qoymamışam, eləmir e, hörmət eliyir” (X50 Quliyeva ilə olan danışığı). 01 ədəd “25) Nurlan deyir ki, sekilleri neyleyirsən ki, kimə vermisəm bizimlə razilas sildirim hamidan” adlı audioyazıya qulaq asdıqda aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: Nazlı Quliyevanın səsi: “Kimdədir şəkil?”, Nurlan Məhərrəmovun səsi: “Lazımdır çıxarım, lazımdır sildirim getsin?”, Nazlı Quliyevanın səsi: “Hardadır şəkillər, nəyindədir?”, Nurlan Məhərrəmovun səsi: “Telefonumdadır. Vurub sındırmısan, telefon işləmir”, Nazlı Quliyevanın səsi: “Necə çıxartmısan, nədən çıxartmısan o şəkilləri?”, Nurlan Məhərrəmovun səsi: “Hər nədən çıxartmışam, nəyivə lazımdır polis verib, vəkil verib. Nəyivə lazımdır hardadır”. 01 ədəd “28) Nurlan meni tehdid edərək olumunu gozlədiyini boynuna alir” adlı audioyazıya qulaq asdıqda aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: Nazlı Quliyevanın səsi: “Polisə demisiz, anama demisiz”, Nurlan Məhərrəmovun səsi: “Polis kimdir, əmimdir, qardaşımdır deməliyəm də. Bu oyun idi. Çünkü sən 35-ci Polis Bölməsinə vermişdin. Biz səni tapdalamaq üçün, əzmək üçün bunu eləməli idik”, Nazlı Quliyevanın səsi: “Gördün, geri qayıtmadım”, Nurlan Məhərrəmovun səsi: “Mən gözlədim ki, sən özüvü asarsan, mən gözlədim ki, sən özüvü öldürərsən. Səndən heç intonasiya da çıxmadı”. 01 ədəd “29) Nurlan deyir ki, sənə 3 gun vaxt verdik ki, bəlkə ozunu oldurəsən” adlı audioyazıya qulaq asdıqda aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: Nazlı Quliyevanın səsi: “Deyirsən ki, gəl sülh yolu ilə həll edək. Məni hədələyirsən niyə? Zibilin olmasa niyə məni hədələyəsən?”, Nurlan Məhərrəmovun səsi: “Mən sənə deyirdim ki, Nazlı gəl üç günlük sənə vaxt veririk ki, sənin əlindəki detalları bilirik də bəlkə özünə gələrsən. Mən fikirləşdirdim ki, sən bu həyatda xəyanət elədiyivi mənə bilirsən, mən dedim gedib özüvü öldürərsən, asarsan ki, mən bunu bildim. Mən bunu neçə vaxtdır bilirdim, sən hiss eləmirdin demirəm”, Nazlı Quliyevanın səsi: “Sən gör necə insansan ki, içəri düşməyəsən deyə deyirsən ki, sənin xəyanətini belə mən bağışlayıram”, Nurlan Məhərrəmovun səsi: “Sən onsuzda məni salmısan içəri. Sən mənə olmayan bir şeyə görə şərləmisən”, Nazlı Quliyevanın səsi: “Mən bilirəm ki, sən biraz nəşə çəkmisən deyərdim hallı olub. Mən Ayşənin bütün izahatını oxudum, sən necə getmisən, qulağına nə demisən, necə uzandırmısan, hansı hərəkəti eləmisən, qurtarandan sonra bax haa heç kimə demə haaa, iki, üç dəfə gəlib demisən”, Nurlan Məhərrəmovun səsi: “Hə, hə”. 01 ədəd “31) Nurlanın hədəsi” adlı audioyazıya qulaq asdıqda aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: “Şəkilləri qoymasaydıq Nazlı sən *****liyinə davam edəcəkdin. Biz onu ona görə elədik ki, o, səni uçuruma aparmasın, sən dayanasan”. 01 ədəd “40) Sekil problem deyil” adlı audioyazıya qulaq asdıqda aşağıdakı məzmunda səs yazısının olması müəyyən edilmişdir: Nazlı Quliyevanın səsi: “Kimə vermisən şəkilləri? Dədəngildədir həə?”, Nurlan Məhərrəmovun səsi: “Ay balam, şəkil problem deyil. İki dəqiqəyə həll oluna bilər. Yetər ki, uşaq zorakılığı ilə şikayətindən geri çəkil”. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X10 yaxından tanıdığı qonşular arasında ona nalayiq söyüşlər söyməklə, həmçinin keçmiş həyat yoldaşı X33, onun qardaşı X39, X2 və qaynanası X10 onun şəxsi həyatına aid olan intim xarakterli fotoşəkilləri atası Şahid10 (Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski, ev 57, mənzil 117), anası Şahid11 (Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski, ev 57, mənzil 117), bacıları Şahid1 (Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, ev 96, mənzil 20), Şahid12 (Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, ev 98, mənzil 114), yeznəsi X20 (Bakı şəhəri, Suraxanı rayonu, Böyükşor qəsəbəsi, Qaçqın şəhərciyi), Bakı şəhəri Xətai RPİ-nin müstəntiqi Həsənbəy Şərifova, Bakı şəhəri Xətai RPİ-nin 35 saylı PB-nin təhqiqatçısı Şahid2, Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi Şahid3 yaymaqla onu təhqir etmişdir. Xüsusi ittihamçı və mülki iddiaçı Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızı xüsusi ittiham qaydasında verilmiş şikayətə dəqiqləşdirmə verərək göstərmişdir ki, X33 xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi əvvəlcə öz ailəsinə, daha sonra onun ailəsinə, atası Şahid10, anası Şahid11, bacısı Şahid1, yeznəsi Şahid6, bacısının qaynı Emin Qəhrəmanova və yaxından uzaqdan qonşu və qohumlarına, polis işçilərinə İlahi, Həsənbəy və Şahid3 diski təqdim etmişdir. X39 qardaşı Nurlan Məhərrəmov ilə əlbir olaraq ilk öncə onun şəxsi telefonundan fotoşəkilləri gizli götürərək əvvəlcə öz ailəsinə və daha sonra yuxarıda sadaladığı qohumlarına və polis işçilərinə disk vermişdir (Şahid2, Şahid3, Anar 34-cü PB-dən, Sərdar müəlimə, Həsənbəyə). X38 əvvəlcə dəfələrlə onu hədələyərək ailəsi ilə birlikdə polis orqanlarına Şahid2, Şahid3, Həsənbəy Şərifova, Sərdar müəllimə və onun ailəsinə və qohumlarına, bacısının qaynı Q.Eminə, yeznəsi Eldənizə diski vermişdir. Lakin məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs və mülki cavabdehlər X10, X33, X39 və X38 tərəfindən onun şəxsi həyatına aid olan intim xarakterli fotoşəkilləri yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onların əməllərinə düzgün hüquqi qiymət verilməmiş, onların əməlləri qeyd edilən maddə ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə iclasında xüsusi ittihamçı və mülki iddiaçı Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızı ifadəsində göstərmişdir ki, ....X10, X33, X39 və X38 ona aid olan şəkilləri bəzəməklə polis əməkdaşları olan Şahid2, Şahid3, Həsənbəy Şərifova və bütün 34-cü Polis Bölməsinə də təqdim etmişlər. Onun ilk şikayəti 35-ci Polis Bölməsinə verilmiş, daha sonra prokurorluğa göndərilmiş və son olaraq Həsənbəy Şərifova verilmişdir. İyul ayının 8-dən başlayaraq onun fotoşəkilləri müxtəlif şəxslər arasında yayılmışdır. Eləcə də həmin şəxslərin arasında onun yeznəsi və bacısıda olmuşdurlar.... Lakin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X5, X21, X25 əvvəllər görmüşdür, lakin X26 ilk dəfədir görür. İlk müraciət Nazlı xanımın bacısı qızına qarşı Nurlan tərəfindən seksual xarakterli hərəkətlərin olunması barədə olmuşdur. Müraciət 2022-ci ilin iyul ayında olmuşdur. O da bununla əlaqədar izahatlarını almış və ekspertiza təyin etmişdir. Qarşı tərəfidə çağırmış, qarşı tərəf vəkili ilə yaxınlaşmış və onunda izahatını almışdır. Vəkil şəkilləri təqdim etmiş və bildirmişdir ki, şikayət qərəzli şəkildə olunub. O, şəkillərə baxmış, orada Nazlı xanım az olsada tanınırdı. O da bildirmişdir ki, bu ona əhəmiyyət kəsb etmir. Sonra şəkillər onda bir gün qalmışdır. O, Nurlan ilə əlaqə saxlamış və bildirmişdir ki, gəlsin fotoşəkilləri götürsün. Lakin Nazlı xanım yaxınlaşanda şəkilləri ona vermişdir. Həmin gün Nurlanın polis bölməsində olub-olmadığını bilmir. Sonra onların münaqişə ilə əlaqədar təkrar müraciətləri də olmuşdur. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş X47 ifadəsində göstərmişdir ki, icraatında vətəndaş Nazlı xanımın şikayəti əsasında toplanmış 35-ci Polis Şöbəsinin təhqiqat materialı olmuşdur. Təhqiqat materialı tərəfindən öyrənilmiş və araşdırma aparılmışdır. Nazlı xanım keçmiş həyat yoldaşı Nurlan tərəfindən 2014-cü ildə bacısı qızına qarşı zor tətbiq edilməsini iddia etmişdir. Bununla bağlı araşdırma aparılmış, Nazlı xanımın, Nazlı xanımın bacısının, bacısı qızının və Nurlan Məhərrəmovun tərəfindən izahatları alınmışdır. İstintaq zamanı Nurlan öz ifadəsində göstərmişdir ki, Məhərrəmova Nazlı ilə aralarında boşanma prosesi gedir, Nazlı xanımın ona qarşı xəyanət etdiyini iddia etmiş, eyni zamanda Nurlan Nazlı xanımın xəyanət etməsi barədə sənədlər təqdim etmiş, götürmə protokolu tərtib edilərək, disk götürülmüş və iş materialına əlavə edilmişdir. Sonra da Nazlı xanımın bacısı və bacısı qızının heç bir şikayəti olmadığı əsas gətirilərək, AR CPM-nə uyğun olaraq toplanılmış material ücrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hal-hazırda materiallar Xətai rayon Polis İdarəsinin dəftərxanasının arxivindədir. Verilmiş suallara cavab olaraq o, göstərmişdir ki, Nurlan gələndə vəkili ilə gəlmişdir. Onun ailəsi ayrı-ayrılıqda gəlib getmişlər. Diski Nurlan təqdim etmişdir və bu barədə protokol tərtib olunmuşdur. Məhərrəmov Ramili ilk dəfədir ki görür, əvvəllər gəlməmişdir. Nurlanın diski təqdim etməyinin səbəbi Nazlı xanımın qərəzli şikayət etməyini göstərmək idi. Toplanmış materiallar ilə tanış olanda disklə də tanış olmuşdur. Göründüyü kimi şahid X65 Məhərrəmov tərəfindən ona şəkillər olan diskin verilməsini göstərsə də, şahidin özünün də dediyi kimi, diski vermə səbəbi onun şəkillərinin yayılması deyil, şikayət vermiş şəxsin Nurlana qarşı qərəzli olmasını sübut etmək olmuşdur. Digər Şahid2 isə foto şəkillərin Nurlan deyil vəkil tərəfindən verilməsini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid6 Allahverdi oğlu, Şahid8, Şahid10, Şahid12 yuxarıda göstərilən ifadələrində təqsirləndirilən şəxslər tərəfindən onlara şəkil və ya disk təqdim edilmədiyini və ya göstərilmədiyini bildirmişlər. Göründüyü kimi Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının xüsusi ittiham qaydasında verilmiş şikayətdə göstərilən “lüt formada çəkilmiş foto şəkilləri atası Şahid10, Şahid12, yeznəsi X13 verməklə onu təhqi etmiş” hissəsi məhkəmə istintaqı zamanı yuxarıda adıçəkilən şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “...Nurlan şəkilləri ona göstərmişdir, ancaq ona. Başqa yanında heç kim olmamışdır...” Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “... o, Narıngül Məhərrəmovanın evinə tək getmişdir. Narıngül Məhərrəmova ona telefonda olan fotoşəkilləri göstərmişdir. Lakin onun tərəfindən ona hər hansı disk və ya fleşkart verilməmişdir...” Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, “...Fotoşəkilləri ona Narıngül Məhərrəmova göstərmişdir. O, şəkilləri göstərən zaman, orada ikisindən başqa heç kim olmamışdır. Narıngül Məhərrəmova sözügedən şəkilləri ona göndərməmişdir...” Göründüyü kimi, məhkəmə istintaqı zamanı Nurlan Məhərrəmov tərəfindən Şahid7 və Narıngül Məhərrəmova tərəfindən Şahid1 və X45 fotoşəkillərin göstərilməsi müəyyən edilsə də, göstərilənlər irəli sürülmüş ittiham üzrə həmin fotoşəkillərin yayılması hesab edilə bilməz. Belə ki, hər üç halda həmin təqsirləndirilən şəxslər tərəfindən fotoşəkillər Şahid7, Şahid1 və X45 təklikdə göstərilmiş ən əsası isə xüsusi ittiham qaydasında verilmiş şikayətdə həmin məlumatların verilməsi, yayılması göstərilsə də, göstərilənlərin əksinə olaraq həmin foto şəkillər verilməmiş, onlara göndərilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Nurlan Məhərrəmov tərəfindən fotoşəkillər Şahid7, təqsirləndirilən şəxs Narıngül Məhərrəmova tərəfindən Şahid1 ayrı-ayrılıqda və təklikdə göstərildiyindən həmin hərəkətlər məlumatların onlar tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması kimi qiymətləndirilə bilməz. Təhqirlə bağlı məhkəmə aşağıda qeyd olunan xüsusatları vurğulayır: Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X57 tərəfindən məhkəməyə təqdim edilmiş onun keçmiş həyat yoldaşı X33, onun atası X38, onun anası X10 və onun qardaşı X39 tərəfindən şəxsi həyatına aid olan intim xarakterli fotoşəkillərin yayılmasını, həmçinin şəxsiyyətinin, şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılmasını təsdiq edən səs yazılarını özündə əks etdirən 01 ədəd “DVD-R” diskə baxış zamanı da həmin halları təsdiq edən hər hansı hala rast gəlinməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər X33 və X10 tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının şəxsi həyatına aid olan intim xarakterli fotoşəkillərin yayılmasını təsdiq edən hər hansı digər hal müəyyən olunmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, iş üzrə dindirilmiş şahidlərdən heç biri təqsirləndirilən şəxslər X38 və X39 tərəfindən Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının şəxsi həyatına aid olan intim xarakterli fotoşəkillərin yayılması ilə bağlı ifadə verməmişlər. Həmçinin, video və audio yazılara məhkəmə istintaqı zamanı keçirilmiş baxış zamanı həmin halı təsdiq edən hər hansı sübuta rast gəlinməmişdir. Bundan əlavə Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızı xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərmişdir ki, X10 yaxından tanıdığı qonşular arasında ona nəlayiq söyüşlər söyməklə təhqir etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh X10 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Nazlı Məhərrəmova ilə binanın blokunda dalaşmış, həmin vaxtı orada qonşular olmuşdur. O, heç bir şəkil və videogörüntü yaymamışdır. 22 oktyabr 2022-ci il tarixdə Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızını blokda qonşuların yanında söymüş, xüsusi ittihamda qeyd edilmiş sözləri işlətmişdir, lakin bunu əsəbləşdiyi üçün etmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə olunmuş 01 ədəd diskə baxış keçirilən zaman həmin diskdə olan videogörüntüdən müəyyən olıunmuşdur ki, X10 "Ay otel ****si, evini də, hər şeyini də *****liklə almısan, ağzında *** əmən ***** sübut edəcəm, peçatlı *****sən, otelin *****si hara gedirsən gözləyirlər səni. Ay Nənəxanım, otellərdə gəlinim *****lik edir. Otellərdə *** ağzında əmən, əlimdə dakument var hər yerdə biyabr edəcəm, otel *****si, uşağı polislə təhvil götürəcəm, məktəbin müəllimələrinin içində gəlib səni pərt edəcəm, direktor Abuzər müəllimin yanına gələcəm, ay bar *****si, ay otel *****si, ay əldən-ələ düşən, şəkillərin, videoların əlimdədir, ay qonşular oteldə *****lik edəndə tutmuşuq, ay camahat oğraşlar gəİinimi məcbur edib ki, Nurlanı rədd elə, ay Xəyyam Quliyevin lotusu, *****, ay *****, səni buraxmıyacam gedəsən ay bar *****si, *****liyivin vaxtı çatıb hara gedirsən, avçarkanın, həyasızın bar *****sinin əlində qalmışam, ***cıq, lotu, ay ***** sən məktəbdə necə işləyirsən, iki qızı qoyub gecələri *****liyə gedirsən, otellərdə kişilərin ***inin arasına girib *** əmir, faktiki *****sən, *****liyi 2016-dən edirsən, ay ***** 4 bacının içində sən ***** çıxmısan, ay camahat oteldə xalqın ***ini əmir, ay camahat gəlin otellərdə gecələri uşağlarını evdə qoyub otellərə *****liyə gedir, bu hələ bilmir ki, gedib atasına göstərəcəm videonu, atasına deyəcəm ki, ay kişi qızın kişilərin ***ini əmir, *****lik edir gəlib evini, eşiyini hər şeyini *****liklə alır, onun üçün ******məyə gedirsən, o yoğunluqda ***lər içlərinə girəndə niyə tikişin açılmadı, *** qulağının dibinə girib, dakumeltalni *****sən, ay narkaman, ay *****, ay *** əmən *****, 15 yaşından qızğınsan" deyərək Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının ünvanına kənar şəxslərin yanında ifadələr işlətmişdir. Məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, X10 22 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İsmayılov küçəsi 44 nömrəli binanın blokunda kənar şəxslərin yanında Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının "Ay otel ****si, evini də, hər şeyini də *****liklə almısan, ağzında *** əmən ***** sübut edəcəm, peçatlı *****sən, otelin *****si hara gedirsən gözləyirlər səni. Ay Nənəxanım, otellərdə gəlinim *****lik edir. Otellərdə *** ağzında əmən, əlimdə dakument var hər yerdə biyabr edəcəm, otel *****si, uşağı polislə təhvil götürəcəm, məktəbin müəllimələrinin içində gəlib səni pərt edəcəm, direktor Abuzər müəllimin yanına gələcəm, ay bar *****si, ay otel *****si, ay əldən-ələ düşən, şəkillərin, videoların əlimdədir, ay qonşular oteldə *****lik edəndə tutmuşuq, ay camahat oğraşlar gəlinimi məcbur edib ki, Nurlanı rədd elə, ay Xəyyam Quliyevin lotusu, *****, ay *****, səni buraxmıyacam gedəsən ay bar *****si, *****liyivin vaxtı çatıb hara gedirsən, avçarkanın, həyasızın bar *****sinin əlində qalmışam, ***cıq, lotu, ay ***** sən məktəbdə necə işləyirsən, iki qızı qoyub gecələri *****liyə gedirsən, otellərdə kişilərin ***inin arasına girib *** əmir, faktiki *****sən, *****liyi 2016-dən edirsən, ay ***** 4 bacının içində sən ***** çıxmısan, ay camahat oteldə xalqın ***ini əmir, ay camahat gəlin otellərdə gecələri uşağlarını evdə qoyub otellərə *****liyə gedir, bu hələ bilmir ki, gedib atasına göstərəcəm videonu, atasına deyəcəm ki, ay kişi qızın kişilərin ***ini əmir, *****lik edir gəlib evini, eşiyini hər şeyini *****liklə alır, onun üçün ******məyə gedirsən, o yoğunluqda ***lər içlərinə girəndə niyə tikişin açılmadı, *** qulağının dibinə girib, dakumeltalni *****sən, ay narkaman, ay *****, ay *** əmən *****, 15 yaşından qızğınsan" kimi ifadələr işlədərək onu təhqir etmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdır. Belə ki, yuxarıda göstərilən ifadə və məlumatların məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirməklə məhkəmə hesab edir ki, həmin ifadələr şərəf və ləyaqəti ləkələyən, nüfuzdan salan məlumatlardır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X10 məhkəmə iclasında ifadə verərkən özü də yuxarıda sadalanan nalayiq ifadələri işlətdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs X4 əməllərinə hüquqi qiymət verərək hesab edir ki, onun tərəfindən xüsusi ittihamçı Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların və nalayiq ifadələrin kütləvi çıxış vasitəsilə yayılması və bununlada əməlində təhqir cinayətlərinin tərkib əlamətlərinin olması iş materialları və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təsdiqlənmişdir. Lakin, Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının şəxsi həyatına aid olan intim xarakterli fotoşəkillərin yayılması ilə bağlı verilmiş ittiham üzrə təqsirləndirilən şəxslər X4 və X15 əməllərində cinayət tərkibi olmadığından onlara bəraət verilməli, həmçinin, Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının şəxsi həyatına aid olan intim xarakterli fotoşəkillərin yayılması ilə bağlı verilmiş ittiham üzrə X39, X38 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi sübuta yetirilmədiyindən onlara bəraət verilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin şikayət ərizəsində göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.2.əməldə cinayət tərkibi olmadıqda; 42.1.4.təqsirliliyi sübuta yetirilmədikdə. 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X30rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X39 və X27 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X31 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməlidir. Həmçinin, X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməlidir. Eyni zamanda, X33 tərəfindən Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının şəxsi həyatına aid olan intim xarakterli fotoşəkillərin yayılması ilə bağlı irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə X22 bəraət verilməlidir. Həmçinin, X10 tərəfindən Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının şəxsi həyatına aid olan intim xarakterli fotoşəkillərin yayılması ilə bağlı irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından həmin hissə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş ittihamdan xaric edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Resoublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində göstərilmişdir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və xüsusi ittihamçının ifadələrinin, məhkəmə hərəkətlərinin protokollarının, təqdim edilmiş diskdə olan görüntülərin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxs X4 Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızını yaxından tanıdığı qonşular arasında ona nəlayiq söyüşlər söyməklə təhqir etməsi əməli Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli hesab edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan maddə ilə törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 9-cu bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35 X51rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıq-aşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). Məhkəmə təqsirləndirilən şəxs X4 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşlı olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X4 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. X22 Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının şəxsi həyatına aid olan intim xarakterli fotoşəkillərin yayılması ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində təhqir cinayətinin tərkibi olmadığından ona bəraət verilməlidir. X31 Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının şəxsi həyatına aid olan intim xarakterli fotoşəkillərin yayılması ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. X27 Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının şəxsi həyatına aid olan intim xarakterli fotoşəkillərin yayılması ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, cinayət nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsindən görünür ki, xüsusi ittihamçı və mülki iddiaçı Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızı iddia ərizəsi verərək X33, X38, X10, X18 törətdiyi cinayət işi üzrə onu mülki iddiaçı kimi tanımağı barədə qərar qəbul edilməsini, X33, X38, X10, X18 törətdiyi cinayət nəticəsində ona vurduqları mənəvi ziyana görə hər birindən 10000 manat olmaqla, cəmi 40000 manat məbləğində mənəvi təzminat alınaraq verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin mülki iddiaya aid olan hissəsindən imtina edir, və baxılmadan geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 65-ci bəndinə əsasən məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-nin 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, mülki iddiaçı Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi nəzərə alınaraq iş üzrə mülki iddia baxılmamış saxlanılmalıdır. Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının məhkməəyə təqdim etdiyi 01 ədəd “DVD-R” formatlı disk maddi sübut hesab edilərək iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39-43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X10 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinsin və ona 1000 (min) manat cərimə cəzası təyin edilsin. X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. X31 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının mülki iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar