Məhkəmə qərarları › İş №1(011)-10/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-10/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-10/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,511 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 28 yanvar 2023-cü il tarixdə saat 13:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,511 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin gün evdə oturmuşdur, onu evdən valideyninin yanında gəlib aparmışlar. Valideyninə demişlər ki, 15 dəqiqəyə qayıdacaq. Məhkəmə zalında şahid kimi ifadə verən polis əməkdaşını yalnız Polis bölməsində görmüşdür. Həmin vaxtlar narkotik istifadə edirdi, lakin onun üzərində heç bir narkotik vasitə olmayıb. Polis bölməsində onu döyüb, boynuna qoyublar. Halhazırda mualicə alıb sağalmışdır. İbtidai istintaq zamanı qorxduğu üçün boynuna almışdır, əks halda onu satışda ittiham edəcəkdilər. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru vəzifəsində işləyir və polis mayorudur. Onunla birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili işləyən, polis kapitanı Şahid1 ilə işlədikləri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 28 yanvar 2023-cü il tarixdə saat 13:30da Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsinin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs hərəkətdə olmasını görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün yaxınlaşaraq mülki geyimdə olduqlarından ilkin olaraq xidməti vəsiqələrini təqdim edib, nakotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Bundan sonra Fuad Aliyev narkotik vasitə heroindən istifadə etməsi barədə bildirmişdir. Bu zaman həmin şəxsi Polis Şöbəsinə dəvət etmişlər. O, buna etiraz etmədikdən sonra onu PS-nə apararaq barəsində araşdırma aparılması üçün X9a təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. X9 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxsdan 01 ədəd bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümün bəzisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni Bakı şəhəri, Nizami rayonunda yerləşən "Neftçilər" metrostansiyasının yaxınlığında tanmadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul verib almasını söyləmişdir. Daha sonra içərisində narkotik vasitə heroin olan 01 ədəd büküm elektron tərəziyə qoyularaq çəkilmiş və içərisində narkotik vasitə olan bükümün çəkisi 0.66 qram görünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxsdan narkotik vasitə heroni haradan alması barədə soruşduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, Nizami rayonunda yerləşən "Neftçilər” metrostansiyasının yaxınlığında tanmadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 İlham oğlu ifadəsində göstərmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanıdır. Onunla birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru işləyən, polis mayoru Şahid2 ilə işlədikləri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 28 yanvar 2023-cü il tarixdə saat 13:30-da Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsinin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından yaxınlaşaraq mülki geyimdə olduqları üçün xidməti vəsiqələrini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olubolmaması barədə soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etməsini bildirmişdir. Bu zaman həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu PB-nə apararaq barəsində araşdırma aparılması üçün X9a təhvil vermişlər. Bölmədə olan zaman həmin şəxsin xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. X9 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Ardınca müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxsdan 01 ədəd bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümün bəzisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Nizami rayonunda yerləşən "Neftçilər" metrostansiyasının yaxınlığında tanmadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul verib aldığını bildirmişdir. Daha sonra içərisində narkotik vasitə heroin olan 01 ədəd büküm elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisi 0.66 qram görünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxsdan narkotik vasitəni haradan əldə etməsi barəsə soruşduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, Nizami rayonunda yerləşən "Neftçilər" metrostansiyasının yaxınlığında tanmadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, subaydır, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə bir neçə dəfə məhkum olunmuş və azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkib azadlığa buraxılmışdır. Təxminən iki il olar ki, narkotik vasitənin "kakos" kimi tanıdığı heroin növündən istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən pulla almışdır. Narkotik vasitəni aldıqdan sonra isə inyeksiya yolu ilə qəbul etmişdir. xx.xx.2023cü il tarixdə səhər saatlarında narkotik vasitənin "kakos" kimi tanıdığı heroin növündən almaq məqsədilə Bakı Metropolitenin "Neftçilər" stansiyası yaxınlığına gəlmişdir. Metronun yaxınlığında üzdən tanıdığı, lakin haqqında heç bir məlumata sahib olmadığı şəxsi görmüşdür. Həmin şəxsdə şifahi olaraq narkotik olduğunu bildiyi üçün yaxınlaşıb narkotik vasitə istəmişdir. Həmin şəxsə 10 manat pul vermiş və bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə "kakos" almışdır. O, "kakosu" cibinə qoyaraq həmin şəxsdən ayrılmışdır. Sonra həmin narkotik vasitənin bir qismini kimsəsiz bir ərazidə istifadə etmişdir, qalan hissəsini isə üzərində saxlamışdır. 28 yanvar 2023-cü il tarixdə saat 13:30 dəqiqədə Xətai rayonu, S.Ə.Şirvani küçəsinin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb xidməti vəsiqələrini göstərib Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları olmasını bildirmişlər. O, polis əməkdaşlarına özünü təqdim etmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirmişdirlər. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 34-cü PŞ-nə gətirmişdirlər. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində qanunsuz əşya olubolmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd səffaf rəngli sellofana bükülmüş narkotik vasitə "kakosu" təqdim etmişdir. Polis əməkdaşı ona həmin maddənin nə olması və haradan əldə etməyi barədə sual vermiş, o da bildirmişdir ki, sellofana bükülmüş narkotik vasitə "kakos" kimi tanıdığı heroindir, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı Metropolitenin "Neftçilər" stansiyası yaxınlığında üzdən tanıdığı, lakin haqqında heç bir məlumata sahib olmadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Narkotik vasitə polis əməkdaşı tərəfindən elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,66 qram olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza etmişdirlər. O, üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. O, heç vaxt kiməsə narkotik vasitə satmamış və verməmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddələr saxlamamışdır. O, narkotik vasitənin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı vardır. Onun üzərində narkotik vasitə olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Narkotik vasitəni aldığı şəxs haqqında heç bir məlumata sahib deyildir. Belə ki, o, həmin şəxsi yalnız üzdən tanımışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 29 yanvar 2023-cü il tarixli cinayət işi başlamaq və icraata götürmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaq aparılmışdır; (cild İ, i.v. 1) - 28 yanvar 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Bakı şəhərində anadan olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi Yataqxana 1, ev 6/4 mənzil 49-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlaması və gəzdirilməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsilə qeyri-mümkünlüyünü nəzərə alaraq, xx.xx.1985ci il təvəllüdlü Bakı şəhərində anadan olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi Yataqxana 1, ev 6/4 mənzil 49-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır; (cild İ, i.v. 5-6) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəta RPİ-nin 34-cü PŞ-nin 28 yanvar 2023-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə əmrindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Bakı şəhərində anadan olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi Yataqxana 1, ev 6/4 mənzil 49-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlaması, istifadə etməsi və gəzdirməsi barədə ehtimal doğuran, məlum və qərəzsiz mənbədan məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri: Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, qrupun üzvü - Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru Şahid2 olmuşdur; (cild İ, i.v. 8) - 28 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur; (cild İ, i.v. 21) - 28 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla istifadəsi və satışı qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş spesifik iyə malik olan, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirdi ki, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş spesifik iyə malik olan, qəhvəyi rəngli, tozşəkilli maddə narkotik vasitə hesab olunan heroindir. Qeyd olunan maddəni necə əldə etməsini soruşduqda o, şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 10 manat məbləğdə aldığını bildirmişdir. Götürülmüş kütlə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və bir bükümdə olan şəffaf rəngli sellofan torbaya bükülmüş, qəhvəyi rəngli toz şəkilli kütlənin çəkisi 0.66 qram müəyyən olunmuşdur; (cild İ, i.v. 32-33) - Cinayət işində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd “CD” disk sübut kimi tanınmışdır; (cild İ, i.v. 34) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/529 nömrəli 29 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №152" möhür əksi, "...Təqsirləndirilən şəxs...” və s. imzalar, ad, soyadlar olan zəfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,511 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,511 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,461 qram; (cild İ, i.v. 39-43) - 30 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; (cild İ, i.v.51-52) - 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 122 saylı Mənzil Kommunal İstismar Sahəsinin 19 aprel 2023-cü il tarixli, 101 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən M.Rüstəmov küçəsi, 6/4 saylı evin 49 mənzilində yaşayır; (cild İ, i.v.63) - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 mart 2014-cü il təvəllüdlü X14 və 07 yanvar 2012-ci il təvəllüdlü X6 Fuad Ənvər oğlunun övladlarıdır; (cild İ, i.v.64-65) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 4(011)-60/2023 saylı qərarından görünür ki, təqdimat və vəsatət təmin edilməmiş, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur; (cild İ, i.v.80-83) - 30 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və qərar ona elan edilmişdir; (cild İ, i.v.84-85) - 07 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədi ilə barəsində axtarış elan olunmuşdur; (cild İ, i.v.94-95) - 07 fevral 2023-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır; (cild İ, i.v.97-98) - Bakı şəhər Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin 20 fevral 2023-cü il tarixdə daxil olmuş məktubundan görünür ki, axtarışda olan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir; (cild İ, i.v.101) - 17 fevral 2023-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir; (cild İ, i.v.102-103) - 18 fevral 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Xətai RPİ-nin 34-cü PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən edilir, belə ki, Təqsirləndirilən şəxs özünü təqdim etdi, onun yanında iki nəfər mülki geyimli polis əməkdaşlar vardır, polis əməkdaşları Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili və sahə inspektorudur, qarşıda olan stulda 13 saylı vəkil Bürosunun vəkili X8 əyləşmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verildi, sonuncu da əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş maddəni çıxarıb təqdim etdi. Həmin büküm açılaraq içərisinə baxış keçirildi və bükümdə qəhvəyi rəngli maddə olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verildi, o da həmin maddənin narkotik vasitə heroin olmasını və 28 yanvar 2023-cü il tarixdə Bakı Metropolitenin "Neftçilər" stansiyası yaxınlığında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almasını bildirdi. Həmin maddə elektron tərəzi ilə çəkildi və çəkisi 0.66 qram müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildi, lakin onun üzərindən başqa qanunsuz əşya aşkar olunmadı. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırıldı və zərfin üzəri 152 saylı möhür ilə möhürləndi. Zərfin üzərinə baxışda iştirak edən şəxslər imza etdilər; (cild İ, i.v.107-108) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 fevral 2023-cü il tarixli, 4(011)-120/2023 saylı qərarından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmişdir; (cild İ, i.v.115) - 01 mart 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır; (cild İ, i.v.121) - 01 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və o tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır; (cild İ, i.v.132) - 01 aprel 2023-cü il tarixli cinayət işi üzrə icraatının dayandırılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (cild İ, i.v.134) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərfindən verilmiş 24 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Nərimanov rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 29 177.2.2, 29 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudaşması cəzasına daha sonra xx.xx.2021-ci il tarixdə Xətai rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 67.1-ci maddələri ilə təqsirli bilinib 02 il 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Qaradağ məhkəməsi tərəfindən barəsində Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə cəzası 06 ay azaldılmışdır; (cild İ, i.v.136-150) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(011)-104/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2 və 67.1-ci maddələri ilə təqsirli bilinib cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 02 il 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v. 138- 147) - Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 7(002)- 1156/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 06 ay azaldılmışdır. (i.v. 148-150) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 Saylı cəzaçəkmə müəssisəsinin təqdim etdiyi məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. (i.v. 151) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X13 02 mart 2023-cü il tarixli 1206 №-li Ambulator X3 rəyindən görünür ki, ALİYEV FUAD ƏNVƏR oğlunda OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (cild İ, i.v.163- 164) - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 02 mart 2023-cü il tarixli 577 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu formasında psixi patologiya aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən "üzvi şəxsiyyət pozuntusu" onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur; (cild İ, i.v.165-168) - 17 aprel 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı aparılmışdır; (cild İ, i.v.169) - 17 aprel 2023-cü il tarixli könüllü gəlmə barədə protokoldan görünür ki, 17 aprel 2023-cü il tarixdə saat 15:00-da Təqsirləndirilən şəxs könüllü olaraq Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə gəlib özünü təqdim edib axtarışda olmasını bilmədiyini və problemləri ilə əlaqədar istintaqa gələ bilmədiyini göstərib özünün könüllü olaraq polis idarəsinə gəldiyini bildirmişdir; (cild İ, i.v.171) - 18 aprel 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə fizikikimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/529 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilsin və istintaq materiallarına əlavə edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1206 nömrəli rəyi üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilsin və istintaq materiallarına əlavə edilmiş, ambulator məhkəmə-psixatriya ekspertizasının xx.xx.2023-cü il tarixli, 577 nömrəli rəyi üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilsin və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin çəkisi eskpert rəyinə uyğun götürülsün və narkotik vasitə heroinin təmiz çəkisi 0,511 qram hesab edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi 0,511 qram maddi sübut kimi tanınsın və qalıq qalmış 0,461 qram narkotik vasitə olan heroin saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınsın və istintaq materiallarına əlavə edilmişdir; (cild İ, i.v.177-183) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli 9095 №-li məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 9 saylı t/y göndərişinə əsasən Respublika Psixiatriya Xəstəxanasına stasionar müalicəyə qəbul olunmuşdur. Ruhi vəziyyətinin nisbətən yaxşılaşması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə xəstəxanadan evə yazılmışdır; (cild İİ, i.v.46) - 06 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs üzvi şizofreniyayabənzər pozuntu diaqnozu müəyyən edilmişdir; (cild İİ, i.v.47) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli 1/5779 nömrəli məktubdan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Alıyev X11 Tibbi Yardım Stansiyasının göndərişinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək Bakı şəhəri 2 nömrəli X2 stasionar müalicə olmuşdur. Diaqnoz: “MSS-nin üzvi xəstəliyi psixi pozuntularla”. Təkrarən, Təqsirləndirilən şəxs 7 nömrəli şəhər poliklinikasının göndərişinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Bakı şəhəri 2 saylı X1 stasionar müalicədə olmuşdur. Diaqnoz: “MSS-nin üzvi xəstəliyi nəticəsində psixi pozuntular)”. Sonuncu dəfə, Təqsirləndirilən şəxs 7 nömrəli şəhər poliklinikasının göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 2 saylı X2 stasionar müalicəyə qəbul olmuşdur. Hal-hazırda müalicəsi davam edir; (cild İİ, i.v.107) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli 18099 №-li məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə dəfələrlə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olub. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə xəstəxanaya qəbul olunub. xx.xx.2023-cü il tarixdə xəstəxanadan evə yazılıb; (cild İİ, i.v.109) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 1(011)-26/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(011)-26/2024 saylı cinayət işi üzrə ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir; (cild İİ, i.v.114-116) - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 25 noyabr 2024-cü il tarixli 3410 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda "ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU" (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi"-də müayinədə olması və onda "üzvi şəxsiyyət pozuntusu" diaqnozunun qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına və digər sübutlara əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, həmin gün onu evdən valideyninin yanında gəlib aparmaları, məhkəmə zalında şahid kimi ifadə verən polis əməkdaşını yalnız Polis bölməsində görməsi, üzərində heç bir narkotik vasitənin olmaması, polis bölməsində onu onu döyüb, boynuna qoymaları, ibtidai istintaq zamanı qorxduğu üçün boynuna alması, əks halda onu satışda ittiham edəcəkləri barədə dedikləri həqiqətə uyğun deyil. Belə ki, məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə aparılması zamanı ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş spesifik iyə malik olan, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirdi ki, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş spesifik iyə malik olan, qəhvəyi rəngli, tozşəkilli maddə narkotik vasitə hesab olunan heroindir. Qeyd olunan maddəni necə əldə etməsini soruşduqda o, şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 10 manat məbləğdə aldığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla (köhnə redaksiya) təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,511 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən onun himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən və cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 03 (üç) gün müddətində, yəni 28-30 yanvar 2023-cü il və 08 aprel 2023-cü il tarixdə həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 15 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, məhkəmə zalında həbsə alınmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X3nın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,461 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 254 (iki yüz əlli dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 (üç) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 15 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,461 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 254 (iki yüz əlli dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar