Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-100/2025 03.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilər – “Alyans” Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı. subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində "həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1989-cu ildə Tovuz rayonu, Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olan və barəsində "həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttihamın məzmunu Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 sentyabr 2024-cü il tarixdə saat 04:48 radələrində ünvan 4 ünvanında yerləşən "xxxx"' MMC-nin 3271 saylı mağazasına Təqsirləndirilən şəxs1 yerdən tapmış olduğu dəmir parçası ilə qapının üzərində olan kilidi güc tətbiq edərək sındırıb açmaq yolu ilə hər ikisi birlikdə mağazaya qanunsuz daxil olub, vitrində olan 01 ədədi 4,50 manat olmaqla 450 manat dəyərində 100 ədəd "Sobranie Caster" markalı, 01 ədədi 4 manat olmaqla 40 manat dəyərində 10 ədəd "Winston X silver" markall, 01 ədədi 4,20 manat olmaqla 21 manat dəyərində 5 ədəd “Kent Nano-l" markalı, 01 ədədi 4,20 manat olmaqla 109,20 manat dəyərində 26 ədəd ”Kent-8" markalı, 01 ədədi 4,50 manat olmagla 45 manat dəyərində 10 ədəd "Sobrani slim white” markalı, 01 ədədi 4,50 manat olmaqla 58,50 manat dəyərində 13 ədəd "X7" markalı, 01 ədədi 3,20 manat dəyərində 32 manat dəyərində 10 ədəd "X7 aroma Mix” markalı, 01 ədədi 3,20 manat olmaqla 9,60 manat dəyərinda 3 ədəd "X7" markall, 01 ədədi 2,60 manat olmaqla 26 manat dəyərində 10 ədəd "Viceroy nano silver" markalı, 01 ədədi 4,50 manat olmaqla 45 manat dəyərində 10 ədəd "Sobranie kis caster" markalı, 01 ədədi 3,10 manat dəyərində olmaqla 12,40 manat dəyərində 4 ədəd “Rotmans demi blue" markalı, 01 ədədi 3,10 manat olmaqla 18,60 manat dəyərində 6 ədəd "Palİ Mall White'' markalı siqareti, 01 ədəd 1150 manat dəyərində Çin istehsalı "Zebra" markalı, TC210K model mobil terminal aparatını və saxlanc yeri hesab edilən kassadan 582 manat nağd pul vəsaitini gizli talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC- yə ümumilikda 2599,30 (iki min beș yüz doxsan doqquz manat otuz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 sentyabr 2024-cü il tarixdə saat 04:48 radələrində ünvan 4 ünvanında yerləşən "xxxx"' MMC-nin 3271 saylı mağazasına Təqsirləndirilən şəxs1 yerdən tapmış olduğu dəmir parçası ilə qapının üzərində olan kilidi güc tətbiq edərək sındırıb açmaq yolu ilə hər ikisi birlikdə mağazaya qanunsuz daxil olub, vitrində olan 01 ədədi 4,50 manat olmaqla 450 manat dəyərində 100 ədəd "Sobranie Caster" markalı, 01 ədədi 4 manat olmaqla 40 manat dəyərində 10 ədəd "Winston X silver" markalı, 01 ədədi 4,20 manat olmaqla 21 manat dəyərində 5 ədəd “Kent Nano-l" markalı, 01 ədədi 4,20 manat olmaqla 109,20 manat dəyərində 26 ədəd ”Kent-8" markalı, 01 ədədi 4,50 manat olmagla 45 manat dəyərində 10 ədəd "Sobrani slim white” markalı, 01 ədədi 4,50 manat olmaqla 58,50 manat dəyərində 13 ədəd "X7" markalı, 01 ədədi 3,20 manat dəyərində 32 manat dəyərində 10 ədəd "X7 aroma Mix” markalı, 01 ədədi 3,20 manat olmaqla 9,60 manat dəyərinda 3 ədəd "X7" markall, 01 ədədi 2,60 manat olmaqla 26 manat dəyərində 10 ədəd "Viceroy nano silver" markalı, 01 ədədi 4,50 manat olmaqla 45 manat dəyərində 10 ədəd "Sobranie kis caster" markalı, 01 ədədi 3,10 manat dəyərində olmaqla 12,40 manat dəyərində 4 ədəd Rotmans demi blue" markalı, 01 ədədi 3,10 manat olmaqla 18,60 manat dəyərində 6 ədəd "Palİ Mall White'' markalı siqareti, 01 ədəd 1150 manat dəyərinde Çin istehsalı "Zebra" markalı, TC210K model mobil terminal aparatını və saxlanc yeri hesab edilən kassadan 582 manat nağd pul vəsALtini gizli talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikda 2599,30 (iki min beș yüz doxsan doqquz manat otuz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə tədqiq edilmiş sübutlar Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər cinayət törətdiyi üçün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsində olan zaman tanımış, azadlığa çıxdıqdan sonra da bir neçə dəfə görüşmüşlər. Azadlığa çıxdıqdan sonra bir neçə yerdə işləmək istəsə də, özünə normal iş tapa bilməmişdir. xx.xx.2024-cü il tarixdə o, Mehdixanla Ukrayna dairəsi deyilən yerdə görüşmüş və Neapol dairəsinə tərəf gedib orada kafelərin birində pivə içmişlər. Sonra gecə boyu söhbət edə-edə piyada yerimişlər, söhbət edən zaman bir-birilərinə maddi vəziyyətlərinin pis olmasını demişlər. Elə bu söhbətləri edib piyada NZS qəsəbəsinə tərəf getmişlər. Bundan sonra bir qədər piyada yeriyib yaxından dəmir boru tapmış, həmin dəmir borunu o, tapmış, həmin boru parçası ilə qapını da o, qırmışdır. İçəri də birinci o, daxil olmuş, sonra isə Mehdixan daxil olmuşdur. Orada birinci kassa tərəfə gedib kassadan 240 manat pulu, 40 manat dəyərində 20 qəpiklik, 70 manat dəyərində 50 qəpiklik, bundan başqa 8 blok kompakt Sobranie, 2 blok da nazik Sobranie markalı siqaret, 2 blok Kent 8 markalı siqaret, 4 qutu Kent 1 markalı siqaret, 3 ədəd X7 markalı siqaret, 6 ədəd “Pall MALL’’ markalı siqaret, 5 qutu Kent 8 markalı siqaret və digər açıq vəziyyətdə olan qutularda siqaret, bir ədəd kassa aparatını oğurlayıb oradan çıxıb Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsinə getmişlər. Oraya taksi ilə getmişlər. Bakı şəhəri, Sabunçu rayonunda tanışı Vəfa adlı tanışının evinə getmişlər. Oğurladıqları siqaretləri və pulu da oraya aparmışlar, pulları Vəfanın evində ondan xəbərsiz vəziyyətdə bölmüşlər. Siqaretlərdən isə bir neçəsini çəkmişlər, qalan siqaretləri isə Vəfanın evində qalmışdır. Polis əməkdaşları gəlib onu Vəfanın evinin qarşısında saxlamışlar. Eyni zamanda Mehdixan da onun yanına gələn zaman polis əməkdaşları sonuncunu da saxlamışlar. Əlavə olaraq bildirmişdir ki, oğurluq edən zaman sərxoş vəziyyətdə olmuş, buna baxmayaraq oğurladığı pulu xatırlamışdır. Kassadan 240 manat pulu, 40 manat dəyərində 20 qəpiklik, 70 manat dəyərində 50 qəpiklik, bundan başqa 8 blok kompakt Sobranie, 2 blok da nazik Sobranie markalı siqaret, 2 blok Kent 8 markalı siqaret, 4 qutu Kent 1 markalı siqaret, 3 ədəd X7 markalı siqaret, 6 ədəd Pall MALL markalı siqaret, 5 qutu Kent 8 markalı siqaret və digər açıq vəziyyətdə olan qutularda siqaret, bir ədəd kassa aparatını oğurlamışlar, başqa heç nə oğurlamamışlar. Dəymiş ziyanın məbləği ilə razı olmasa da ziyanı tamamilə ödəmişlər. Onlar törətdikləri cinayət əməlini əvvəlcədən planlaşdırmamışlar, “Al” marketin yanında olan zaman oğurluq etməyi fikirləşib marketə daxil olub oğurluq etmişlər. Mehdixan heç nə oğurlamamışdır, Mehdixan sərxoş olanda heç nəyi anlamır. Həmin vaxt da oğurluğu o törətmiş, Mehdixan onun yanında olmuşdur. Törətdiyi əməldən peşmandır, dəymiş ziyanı tam şəkildə ödəmiş və zərərçəkmiş şəxslə barışmışlar. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər quldurluq cinayəti törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəssisəsində olan zaman tanımışdır. Azadlığa çıxdıqdan sonra da bir neçə dəfə görüşmüşlər. Bir neçə yerdə işləmək istəsə də, özünə normal iş tapa bilməmişdir. xx.xx.2024-cü il tarixdə o, Turalla Ukrayna dairəsi deyilən yerdə görüşmüş və Neapol dairəsinə tərəf gedib orada kafelərin birində pivə içmişlər. Sonra gecə boyu söhbət edə-edə piyada yerimişlər, söhbət edən zaman bir-birilərinə maddi vəziyyətlərinin pis olmasını demişlər. Elə bu söhbətləri edib piyada NZS qəsəbəsinə tərəf getmişlər. Sərxoş vəziyyətdə olduğu üçün hadisəni törətdiyini dəqiq xatırlamır. Suallara cavab olaraq bildirmişdir ki, axşam gəzdikləri zaman mağazaya yaxınlaşmışlar, bu zaman dəmir qapının səsini eşitmişdir, Tural mağazaya daxil olmuşdur, o da Turala yaxınlaşmışdır, mağazaya daxil olmuşdur, mağazaya daxil olandan sonra Tural ona torbanı götürüb aparmağı təklif etmişdir, o götürə bilməmişdir, Tural torbanı götürüb çıxmışdır, Mağazadan çıxandan sonra ərazidən Turalın çağırdığı taksi vasitəsi ilə uzaqlaşmışlar. Daha sonra qeyd etmişdir ki, törətdiyi əməldən peşmandır, dəymiş ziyan tam şəkildə ödənmiş və zərərçəkmiş şəxslə barışmışlar. 2-ci qrup əlilliyi var. Qeyd olunanların nəzərə alınmasını və barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, üç ildir ki, "xxxx" MMC-nin 3271 mağazasında mağaza müdiri işləyir. Hər gün işə saat 08-də gedib axşam saat 22-də işdən çıxmışdır. Elə mağaza da həmin zaman kəsiyində işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 08-də işə gedən zaman qapının qıfılının qırıldığın görmüşdür. Ona görə də tez Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət edib mağazadan oğurluq olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər və o, oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Oğurluq zamanı idarə etdiyi mağazada kassada olan 582 manat pul, həmin pulun 472 manatı 50, 20, 10, 5 və 1 manatlardan ibarət kağız əskinaz, 50 manat dəyərində 50 qəpik, 60 manat dəyərində isə 20 və 10 qəpiklik olmuşdur. Beləliklə 582 manat pul oğurlanmışdır. 100 ədəd “Sobranie Caster” markalı, 10 ədəd “Winston X silver” markalı, 5 ədəd “Kent Nano-1” markalı, 26 ədəd “Kent-8” markalı, 10 ədəd “Sobrani slim White” 13 ədəd “X8”, 10 ədəd “X7 aroma Mix” markalı, 10 ədəd “Viceroy nano silver” 10 ədəd “sobranie kis caster” markalı, 4 ədəd “Rotmans demi blue” markalı, 6 ədəd “Pall MALl Whitc” markalı ümumilikdə 836 manat dəyərində olan siqaretlər və 01 ədəd kassa aparatı oğurlanmışdır. Sonradan ona məlum oldu ki, qeyd edilən oğurluğu Mehdixan və Tural adlı şəxslər törətmişlər. İş materiallarında olan: xx.xx.2024-cü li tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən "xxxx" də oğurluq hadisəsi baş vermişdir.( İ cild, iş vərəqə 11- 15) xx.xx.2024-cü il tarixli könüllü təqdim olunan əșyaların götürülməsi haqqında protokoldan gőrünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 26,09.2024-cũ il tarixdə "xxxx" dən oğurladıqları 77 ədəd ağ rəngli "Sobranie” markalı, 29 ədəd ağ və qara rəngli “Kent" markalı, 06 ədəd "Pal Mall" markalı, 03 ədəd “X7" markalı siqaretlər, 01 ədəd qara rəngli üzərində "Zebra" sözləri yazılmış mobil terminal aşkar olunmuş və götürülmüşdür.( İ cild, iş vərəqə 20-22) xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. (İ cild, iş vərəqə 132-134) xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir.(İ cild, iş vərəqə 135-137) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və iș materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1, 185.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl sərti azad edilmişdir. (İ cild, iş vərəqə 171-173,177-184) Azərbaycan Respublikası DiN-in BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 07 il 09 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmis ve xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ cild, iş vərəqə 174-176) Məhkəmə-əmtəəşünaslıq ekspertizanın xx.xx.2024-cü il tarixli 9/8310 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Cin istehsalı "Zebra" markalı. TC210K model mobil terminal aparatı yenisinin orta bazar qiyməti təxminən 1150.00 manat, təqdim edilməmiş nəzəri qaydada olan siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 867,00 manat müəyyən olunur.( İ cild, iş vərəqə 186- 189) xx.xx.2024-cü il tarixli ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin 3271 saylı mağazasında baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, 26 sentyabr 2024-cü il tarixdə saat 04:48-da Təqsirləndirilən şəxs1 Vagif oğlunun ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin 3271 saylı mağazasının giriș qapısına yaxınlașaraq əlində dəmir parçası ilə güc tətbiq edərək mağazanın giriş qapısının açmağa çalışması, Təqsirləndirilən şəxs2 isə kənarda dayanaraq onu gözləməsi, Təqsirləndirilən şəxs1 mağazanın qapısının üzərində olan kilidi qırdıqdan sonra qaçaraq pilləkənlə aşağı düşərək Təqsirləndirilən şəxs2lə birlikdə oradan uzaqlașması, saat 04:56-da isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə geri qayıtması ilk olaraq Təqsirləndirilən şəxs1 pilləkənlə qalxaraq kilidini qırdığı qapını açaraq içəri daxil olması, onun arxasınca isə Təqsirləndirilən şəxs2 də pilləkənlə yuxarı qalxaraq mağazaya daxil olaraq axtarış aparmaları, vitrində olan müxtəlif markalı siqaretləri sellofan torbalara yığmaları, kassada olan pulu və masanın üzərində olan mobil ödəmə terminalını götürüb saat 04:59-da marketə daxil olduqları giriş qapıdan çıxaraq uzaqlaşıb getmələri müşahidə olunmuşdur. (İ cild, iş vərəqə 160-161) Sübutların qiymətləndirilməsi haqqında 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin 3271 saylı mağazasında bas vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ya məxsus 56 ədəd "SOBRANİE COMPAKT CASTER" markalı, 20 ədəd "SOBRANİE CASTER LİNE" markalı, 24 ədəd "Kent 8" markalı, 4 ədəd "Kent 1" markalı, 6 ədəd "PALL MALL" markalı, 3 ədəd "X7" markalı siqaretlər və 01 ədəd "Zebra" markalı mobil terminal aparatı maddi sübut kimi tanınmış və saxlanılması üçün "AL Market” MMC-yə geri qaytarılmışdır.( İ cild, iş vərəqə 200-209) 27 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, iş vərəqə; 57-58) 27 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, iş vərəqə; 86-87) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ cild, iş vərəqə; 150-159) "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə dəymiş zərər tam ödənilmişdir. Zərərin bir hissəsi öncədən mağaza işçilərinə və bölgə müdirinə, qalan 270 manat isə xx.xx.2025-ci il tarixində ödənilmişdir. "xxxx" MMC-nin 1(011)-100/2025 №-li cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur. Onlarla barışmışlar.(İİ cild, iş vərəqə 55) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Abbas Səhhət adına şəhər xəstəxanasının xx.xx.2008-ci il tarixli, № 39 səhhətin müayinə edilməsi aktından görünür ki, Təqsirləndirilən şəxs2 “keçirilmiş ağır baş-beyin travmasının davamlı qalıq əlamətləri posttravmatik stress”, “posttravmatik qarışıq tipli krizlərlə, tez-tez təkrarlanan”, “asteno-nevrotik sindrom” diaqnozları qoyulmuşdur. 064087 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 2-ci qrup əlillik müəyyən edilsə də, EMİS-də şəxsin əlilliyi barədə hər hansı bir məlumat yoxdur. (İİ cild, iş vərəqə 64) Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 2174 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda az ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs2 aşkar edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, ittiham olunan əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 alkoqollu içkinin sərxoşluğu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməkdən məhrum etməmişdir. .(İİ cild, iş vərəqə 77-80) Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 bir uşağı var: xx.xx.2013-cü il təvəllüdlü X3. Müdafiə tərəfinin dəlilləri və əməlin tövsifi CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 1ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özlərinin etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək sərxoş vəziyyətdə olduğu üçün əməlini faktiki olaraq dərk etməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiqini tapmır. Həmin ifadə iş üzrə keçirilmiş məhkəmə psixiatrik ekspertizasının rəyi, ifadənin yerində yoxlanılmasına dair protokol, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaqdan fərqli olaraq törətdiyi cinayət əməlinin bəzi detalları barədə məhkəmə istintaqında məlumat verməsi ilə təkzib olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini anlaqlı şəkildə törətmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəza təyini məsələləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimiai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, dəymiş zərəri tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində bir uşağının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini səciyyələndirən digər halları, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onların tutulduğu vaxtdan, yəni 27 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə hər birinə 405 (dörd yüz beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut – 56 ədəd “SOBRANİE COMPAKT CASTER" markalı, 20 ədəd "SOBRANİE CASTER LİNE" markalı, 24 ədəd "Kent 8" markalı, 4 ədəd "Kent 1" markalı, 6 ədəd “PALL MALL" markalı, 3 ədəd "X7" markalı siqaretlər, 01 ədəd "Zebra" markalı mobil terminal aparatının zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş “Alyans” Vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında göstərdiyi cəmi 45 (qırx beş) iş saatına görə 405 (dörd yüz beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Alyans” Vəkil bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş “Alyans” Vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında göstərdiyi cəmi 45 (qırx beş) iş saatına görə 405 (dörd yüz beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Alyans” Vəkil bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut – 56 ədəd “SOBRANİE COMPAKT CASTER" markalı, 20 ədəd "SOBRANİE CASTER LİNE" markalı, 24 ədəd "Kent 8" markalı, 4 ədəd "Kent 1" markalı, 6 ədəd “PALL MALL" markalı, 3 ədəd "X7" markalı siqaretlər, 01 ədəd "Zebra" markalı mobil terminal aparatının zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №1(011)-100/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-100/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver