Məhkəmə qərarları › İş №1(011)-101/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-101/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-101/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Mir X5 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Bakı şəh., Xətai ray., ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə təsisçisi və rəhbəri olduğu xx.xx.2020-ci il tarixdə, ********** VÖEN və **********675800 çıxarış nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 2 rəhbəri kimi özünü təqdim edib qulluq mövqeyindən istifadə etməklə Əhliman-zadə Raci Hacırza oğluna ABŞ-dən Wolsvagen Jetta markalı avtomobil gətizdirəcəyinə dair yalan vəd verib inandıraraq 15 avqust 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən "Bulvar” otelin qarşısında həmin dövrün rəsmi məzənnəsi ilə 11900 (on bir min doqquz yüz) manat dəyərində 7.000 (yeddi min) ABŞ dolları pul vəsaitini alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib zərərçəkmiş R.H.Əhliman- zadəyə ümumilikdə 11900 (on bir min doqquz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə təsisçisi və rəhbəri olduğu xx.xx.2020-ci il tarixdə, ********** VÖEN və **********675800 çıxarış nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 2 rəhbəri kimi özünü təqdim edib qulluq mövqeyindən istifadə etməklə X14 ABŞ-dən Chevrolet Cruse markalı avtomobil gətizdirəcəyinə dair yalan vəd verib inandıraraq 15 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsində yerləşən "Qoşa Qala” qapılarının yanında həmin dövrün rəsmi məzənnəsi ilə 8.500 (səkkiz min beş yüz) manat dəyərində 5.000 (beş min) ABŞ dolları pul vəsaitini alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 8500 (səkkiz min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün təsisçisi və rəhbəri olduğu xx.xx.2020-ci il tarixdə, ********** VÖEN və **********675800 çıxarış nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 2 rəhbəri kimi özünü təqdim edib qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 ABŞ-dən Wolksvagen Jetta markalı avtomobil gətizdirəcəyinə dair yalan vəd verib inandıraraq 29 oktyabr 2021-ci il tarixdə, saat 14:27-də X27 rayon filialında ödəmə terminalı vasitəsi ilə ********** nömrəli VÖEN hesabına köçürülməklə, həmin dövrün rəsmi məzənnəsi ilə 7650 (yedi min altı yüz əlli) manat dəyərində 4500 (dörd min beş yüz) ABŞ dolları və 2021-ci ilin oktyabr ayının 30-da saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən “Bulvar" otelin qarşısında həmin dövrün rəsmi məzənnəsi ilə 2550 (iki min beş yüz əlli) manat dəyərində 1.500 (bir min beş yüz) ABŞ dolları pul vəsaitini alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 10200 (on min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2020-ci ilin yanvar-fevral aylarından etibarən Car Logistics MMC-nin rəhbəri vəzifəsində işləmir. Həmin şirkət ölkə xaricindən respublikaya vətəndaşların sifarişi ilə hərracdan udulmuş avtomobillərin gətirilməsi ilə məşğul olmuşdur. Həmin şirkəti özü təsis etmiş və rəhbəri olmuşdur. Şirkət fəaliyyətə başladığı gündən 1000 ədədə yaxın ölkə xaricindən avtomobillər gətirilərək sahiblərinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs1 2021-ci ilin oktyabr ayında Wolsvagen Jetta markalı avtomobil almaq üçün ona müraciət etmişdir. Bundan əvvəl Rüfətin tanışlarına 10-dan artıq avtomobil gətirərək təhvil vermişdir. Rüfət ona müraciət etdikdən sonra avtomobil gətirmək üçün hərracda iştirak etmiş, Rüfətin istədiyi Wolksvagen Jetta markalı avtomobili hərracda udub sifariş vermişdir. Bunun üçün ilkin olaraq 29 oktyabr 2021-ci il tarixdə Rüfət onun rəhbəri olduğu şirkətin VÖEN-********** saylı hesabına 4.500 ABŞ dollar pul köçürmüşdür. Qalan 1.500 ABŞ dolları isə ona 30 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən "Bulvar" otelin qarşısında ona tanışı Emil Əhmədov vasitəsi ilə nağd şəkildə vermişdir. Lakin onun həmin vaxt maddi sıxıntıları olduğu üçün avtomobili vaxtında gətirib Rüfətə çatdıra bilməmişdir. Bundan sonra bir neçə dəfə Rüfət onunla əlaqə saxlayıb avtomobilini istəsə də ödənişləri edib avtomobili Azərbaycan Respublikasına gətirib təhvil verə bilməmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 2021- ci ilin avqust ayında özünə X4 Wolsvagen Jetta markalı avtomobil gətizdirilməsi üçün ona müraciət etmişdir. Raciyə X4 "Wolkvagen Jetta" markalı avtomobili gətirmək üçün hərracda iştirak etmişdir. Racinin istədiyi Wolksvagen Jetta markalı avtomobili hərracda udub sifariş vermişdir. Bundan sonra 15 avqust 2021-ci il tarixdə saat 12 radələrində Raci Bakı şəhəri, Xətai rayonu Bulvar Hotelin qarşısında ona 7.000 dollar pul vermişdir. Lakin həmin vaxt ödənişləri vaxtında edə bilmədiyi üçün Racinin avtomobili vaxtında gətirib Raciyə təhvil verə bilməmişdir. Lakin Racinin pulundan 1500 ABŞ dollarını qaytarmışdır. Bundan başqa X17 özünə AMŞ-dan Chevrolet Cruze markalı avtomobil gətizdirmək üçün 2021-ci ilin sentyabr ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı vaxtda ona müraciət edərək onun üçün X4 Chevrolet Cruse markalı avtomobil gətirməyini xahiş etmişdir. O da X4 Chevrolet Cruse markalı avtomobili gətirmək üçün hərracda iştirak etmiş, X13 Cruse markalı avtomobili hərracda udub sifariş vermişdir. Bundan sonra Müşfiq onunla görüşərək 15 sentyabr 2021ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsində yerləşən “Qoşa Qala" qapılarının yanında 5.000 ABŞ dolları pulu vermişdir. Eyni qaydada o hərracda iştirak edib Müşfiqin istədiyi avtomobili udsa da maddi problemləri olduğu üçün vaxtında ödəniş edib onun avtomobilini də gətirə bilməmişdir. Müşfiqdən aldığı 5.000 ABŞ dolları pulu qaytarmamışdır. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Mir X5 ifadəsində göstərmişdir ki, hal-hazırda SOCAR "X24" MMC-də qaz operatoru vəzifəsində çalışır. 2021-ci ilin oktyabr ayında şəxsi istifadəsi üçün X4 Azərbaycana avtomobil idxal etmək qərarına gəlmişdir. Həmin məqsədlə bu işlə məşğul olmuş Təqsirləndirilən şəxs (doğum tarixi: xx.xx.1991, AA*******, ***-***-**-**, ***-***-**-**) müraciət etmişdir. Təqsirləndirilən şəxs tanışı olan Racinin vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs son 2 il ərzində tanıdığı 10-dan çox şəxsə ABŞ-dan avtomobilin gətirilməsində yardımçı olmuşdur. Təqsirləndirilən şəxs ilə həmin ərəfələrdə telefon vasitəsilə söhbət etmiş, Çingiz ABŞ-dan onun üçun avtomobil gətirə biləcəyinə əmin etmişdir. ABŞ-nın avtomobil auksionunda bir neçə uyğun avtomobilə baxaraq onlar arasında seçim edə biləcəklərini müəyyənləşdirmişlər. 28 oktyabr 2021-ci il tarixdə ABŞ-nın "copart.com" portalının avtomobil auksionunda Təqsirləndirilən şəxs onun müraciəti əsasında "Wolkswagen Jetta" markalı avtomobilin auksion qalibi olmuş, həmin nəqliyyat vasitəsini əldə etmişdir. Avtomobilin auksionda uduş qiyməti 3850 ABŞ dolları olmuşdur. Bundan əlavə olaraq auksion komissiya xərci 650 ABŞ dolları və avtomobilin Amerikadan Gürcüstana daşınma xərci olaraq 1500 ABŞ dolları, ümumilikdə 6000 ABŞ dolları pul ödənilməli olmuşdur. 29 oktyabr 2021-ci il tarixdə Kapital Bank"-ın Xətai rayon filialında Təqsirləndirilən şəxs qanuni təmsilçisi olduğu "xxxx" MMCnin (VÖEN:**********) bank hesabına 4500 ABŞ dolları məbləğində pulu köçürmüş, qalan 1500 ABŞ dollarını isə Təqsirləndirilən şəxs ona dediyi kimi əvvəllər "Boulevard Hotel'də birlikdə çalışdığı və həmin vaxtdan etibarən tanıdığı Emil Əhmədov adlı şəxsə 30 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində nəğd şəkildə Xətai rayonu, Ağ şəhər bulvarının yanında yerləşən Bulvar Hotelin yaxınlığında vermişdir. Emil Əhmədova pulu verməyinə səbəb Çingizin Emilə göstərilən məbləğdə borcu olması olmuşdur. Daha öncə Çingizin onun dostu Zərərçəkmiş şəxs2 və tanışlarına bir neçə avtomobil gətirdiyinə görə və əvvəllər heç bir problem yaranmadığına görə verdiyi pulun müqabilində Çingizdən heç bir sənəd tələb etməmişdir. Avtomobili izləmə koduna əsasən qeyd olunan avtomobili Gürcüstana çatdırmalı olan konteynerin artıq xx.xx.2022-ci il tarixdə Gürcüstana çatması nəzərdə tutulmuşdur. Həmin ərəfələrdə o, Poti şəhərində yerləşən limanla əlaqə qurmuş və avtomobil limana daxil olmadığını öyrənmişdir. Bunu Çingizə bildirmiş, amma o belə bir halın baş verməsinin mümkün olmadığını deyərək, məsələni dəqiqləşdirəcəyini bildirmişdir. Lakin sonradan müxtəlif bəhanələr gətirərək vaxt uzatmağa başlamışdır. Bir neçə həftə ərzində onunla əlaqə yaratmamış, zənglərinə və "Whatsapp" tətbiqi vasitəsilə yazılan mesajlarına cavab verməmişdir. Bu məsələ ilə əlaqədər Çingiz ilə çətinliklədə olsa əlaqə saxlayıb görüşməli olduqlarını, məsələyə aydınlıq gətirməyini tələb etmişdir. 13 yanvar 2022-ci il tarixdə o və eyni hal ilə qarşılaşan 2 dostu - Zərərçəkmiş şəxs2 və Müşfiq Sariyev ilə birlikdə Çingizlə Bakı şəhərində Nizami rayonu, 8-ci km qəsəbəsində yerləşən kafedə görüşmüşlər. Görüşün sonunda Çingiz 7-10 gün ərzində onlara olan borcun əhəmiyyətli hissəsini təxminən 4000 ABŞ dollarını qaytaracağına söz vermiş və problemin məsuliyyətini öz üzərinə götürərək qısa zamanda həll edəcəyini bildirmişdir. Buna baxmayaraq, həmin gündən sonra yenidən Çingizlə əlaqə saxlamaq mümkün olmamış və onun tərəfindən edilən bütün zəng və məktublar cavabsız qalmışdır. Çingizi söz verdiyi müddət bitsə də, ona heç bir ödəniş olunmamışdır. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə etmə yolu ilə 6.000 ABŞ dolları miqdarında pul məbləğini ələ keçirmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs Mir X2 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hal-hazırda "xxxx" MMC-də qeydiyyat şöbəsinin müdiri vəzifəsində çalışır. 2021-ci ilin sentyabr ayında şəxsi istifadəsi üçün avtomobil əldə etmək qərarına gələrək tanışlarının məsləhətləri ilə avtomobilin X4 gətizdirmək istəmişdir. Bununla bağlı olaraq bu işlə məşğul olan Təqsirləndirilən şəxs (doğum tarixi: xx.xx.1991, AA*******) müraciət etmişdir. Təqsirləndirilən şəxs tanışı olan Racinin vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs son 2 il ərzində şəxsən tanıdığı insanlara 10-dan çox avtomobilin ölkəyə gətirilməsində yardımçı olmuşdur. Təqsirləndirilən şəxs ilə ilkin söhbət etmiş, onun üçun avtomobili xaricdən idxal edə biləcəyinə əmin etmişdir. Həmin görüşdə ABŞ- nin avtomobil auksionunda bir neçə uyğun avtomobil müəyyənləşdirmişlər. 14 sentyabr 2021-ci il tarixində ABŞ-nin "İAAİ.com" portalının avtomobil auksionunda Təqsirləndirilən şəxs onun müraciəti əsasında "Chevrolet Cruzr LT" markalı avtomobilin auksion qalibi olmuş, həmin nəqliyyat vasitəsini əldə etmişdir. Növbəti gün, yəni 15 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində o, Çingizlə Səbail rayonu, Ə.Əliyev küçəsində yerləşən Qoşa Qala qapılarının yanında görüşərək ona auksion xərci, habelə ABŞ-dan avtomobilin Gürcüstana gəmi ilə daşınması üçün nəzərdə tutulmuş 5000 (beş min) ABŞ dollarını nağd olaraq vermişdir. Çingizə verdiyi pulun müqabilində ondan hər hansı sənəd tələb etdikdə, Çingiz sənədlərin onun özünə məxsus "xxxx" MMC-nin ofisində olduğunu və maşın idxal olunanda bütün sənədləri təqdim edəcəyini bildirmişdir. Avtomobilin izləmə koduna əsasən Gürcüstana çatması 29 noyabr 2021-ci ilin nəzərdə tutulmuşdur. Həmin izləmə kodunu Çingiz özü vermişdir. 2021-ci ilin dekabır ayının 4-ü, mən avtomobilləri Gürcüstandan gətirən maşındaşıma fəaliyyəti ilə məşğul olan Samir adlı şəxslə əlaqə saxlamış, ona avtomobilini gətirməsi üçün 300 ABŞ dolları vermiş, avtomobilimi Poti limanından təhvil almağı tapşırmışdır. Lakin həmin Samir adlı şəxs Poti limanına çatdıqda avtomobilinin limanda olmadığını söyləmişdir. Bundan sonra o, limanla əlaqə saxlamış, avtomobilin limana gəlmədiyini öyrənmişdir. Bunu Çingizə bildirmiş, Çingiz bunun anlaşılmazlıq olduğunu demişdir. Lakin sonradan müxtəlif bəhanələr gətirərək vaxt uzatmağa başlamışdır. Bir neçə həftə ərzində Çingiz onunla əlaqəyə çıxmamış, zənglərindən və "Whatsapp" tətbiqi vasitəsilə yazılan məktublardan yayındı. Bu məsələ ilə əlaqədər Çingiz ilə cətinliklədə olsa əlaqə saxlayıb dərhal görüşməli olduğunu və məsələyə aydınlıq gətirməyini tələb etmişdir. 13 yanvar 2022 tarixində o və eyni hal ilə qarşılaşan 2 dostu, yəni Raci və X25 rayonu, 8-ci km qəsəbəsi ərazisində yerləşən kafedə görüşmüşlər. Görüşün sonunda o, 7-10 gün ərzində bizə olan borcun əhəmiyyətli hissəsini yəni təxminən 4000ABŞ dollarım qaytaracağına söz vermiş, problemin məsuliyyətini öz üzərinə götürərək qısa zamanda həll edəcəyini bildirmişdir. Buna baxmayaraq, həmin gündən sonra yenidən Çingizlə əlaqə saxlamaq mümkün olmamış və tərəfindən edilən bütün zəng və məktublar cavabsız qalmışdır. Çingizin söz verdiyi müddət bitsə də, ona heç bir ödəniş olunmamışdır. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə etmə yolu ilə ona məxsus 5000 ABŞ dolları miqdarında olan pul məbləğini ələ keçirmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında onlayn formada dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, atası X6, anası X9 ilə birlikdə yaşayır. Hazırda "X29" MMC-də gəlirlər üzrə müdir müavini vəzifəsində çalışır. 2021-ci ilin avqust ayında şəxsi istifadəsi üçün X4 avtomobil idxal etmək qərarına gəlmişdir. Bununla bağlı olaraq bundan öncə bu işlə məşğul olmuş Təqsirləndirilən şəxs (doğum tarixi: xx.xx.1991, AA*******) müraciət etmişdir. Təqsirləndirilən şəxs atası Əhlimanov Hacırzanın onun vəfat etmiş atası ilə olan münasibətindən tanımışdır. Təqsirləndirilən şəxs son 2 il ərzində ona və şəxsən tanıdığı insanlara 10-dan çox avtomobilin ölkəyə gətirilməsində yardımçı olmuşdur. Təqsirləndirilən şəxs ilə ilkin söhbət etmiş və Çingiz onun üçün avtomobili xaricdən idxal edə biləcəyinə əmin etmişdir. Həmin görüşdə ABŞ-nin avtomobil auksionunda bir neçə uyğun avtomobil müəyyənləşdirmişlər. Sonradan, yəni avqust 2021-ci il tarixində ABŞ-nin "copart.com" portalının avtomobil auksionunda Təqsirləndirilən şəxs onun müraciəti əsasında "Volkswagen Jetta" markalı avtomobilin auksion qalibi olmuş, həmin nəqliyyat vasitəsini əldə etmişdir. Növbəti gün, o, Çingizlə görüşərək ona auksion xərci, habelə ABŞ- da avtomobilin Gürcüstana gəmi ilə daşınması üçün nəzərdə tutulmuş 7000 ABŞ dollarını 15 avqust 2021-ci il tarixində nağd olaraq Xətai rayonunda Bulvar Otelin qarşısında təxminən günorta saatlarında vermişdir. Daha öncə Çingizdən artıq bir neçə avtomobil aldığına və heç bir problem yaranmadığına görə verdiyi pulun müqabilində Çingizdən heç bir sənəd tələb etməmişdir. Avtomobilin izləmə koduna əsasən avtomobilin Gürcüstana 29 oktyabr 2021-ci ildə gəlməsi nəzərdə tutulmuşdur. Daha sonra o, Poti şəhərində yerləşən limanla əlaqə qurmuş, avtomobilin limana daxil olmadığını və həmin konteynerin içində olmadığını öyrənmişdir. Bunu Çingizə bildirmiş, amma o bunun anlaşılmamazlıq olduğunu demişdir. Lakin sonradan müxtəlif bəhanələr gətirərək vaxt uzatmağa başlamışdır. Bir neçə həftə ərzində onunla əlaqəyə çıxmamış, zənglərindən və "Whatsapp" tətbiqi vasitəsilə yazılan məktublardan yayınmışdır. Uzun müddət ərzində Çingizin özünə və anasına dayanmadan edilən zənglərdən, şikayətlərdən sonra, Çingiz 29.12.21 tarixində onunla görüşərək 1,500 ABŞ dollarını nəğd şəkildə ona Nizami rayonu, 8-ci km qəsəbəsi ərazisində olan kafedə vermiş, qalan məbləğin bir neçə gün ərzində qaytaracağına söz vermişdir. Buna baxmayaraq, həmin tarixdən sonra Çingiz öz köhnə tərzində bütün zənglərdən və məktublardan yayınmağa davam etmişdir. Bu məsələ ilə əlaqədər dərhal Çingiz ilə çətinliklədə olsa əlaqə saxlayıb görüşməli olduğunu və məsələyə aydınlıq gətirməyini tələb etmişdir. 13 yanvar 2022 tarixində o və eyni hal ilə qarşılaşan 2 dostu Çingizlə görüşmüşlər. Görüşün sonunda, sonuncu 7-10 gün ərzində bizə olan borcun əhəmiyyətli hissəsini təxminən 4000 ABŞ dollarını qaytaracağına söz vermiş və problemin məsuliyyətini öz üzərinə götürərək qısa zamanda həll edəcəyini bildirmişdir. Buna baxmayaraq, həmin günündən sonra yenidən Çingizlə əlaqə saxlamaq mümkün olmamış və onun tərəfindən edilən bütün zəng və məktublar cavabsız qalmışdır. Onun söz verdiyi müddət bitsə də, ona heç bir ödəniş olunmamışdır. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə etmə yolu ilə ona məxsus 5,500 ABŞ dolların miqdarında olan pul məbləğini ələ keçirmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə ailəvi tanışlıqları olub. Daha sonra Çingiz demişdir ki, maşın gətizdirməklə məşğul olur. Onun oğlu və dostları üçün maşınlar gətizdirmişdir. Axırıncı dəfə maşın gətirəndə gecikmələr olmuşdur. Bir müddət keçəndən sonra onun oğlu Çingizlə danışmışdır ki, “Volkswagen” markalı maşın alsın. Daha sonra onlar ödəniş etmişlər, lakin heç maşının yerindən çıxıb-çıxmamağı ilə bağlı məlumatları olmamışdır. Çıngiz də onları aldadıb görüşlərdən qaçırdı. Sonuncu dəfə Çingizi 2021-ci ilin dekabr ayında görmüşlər və ona 1500 ABŞ dolları pul vermişlər. 2022-ci ilin yanvar ayında isə Çingizin ölkədən getmək hüququnun məhdudlaşdırılması götürüldükdən sonra ölkədən çıxıb getmişdir. Həmin ilin dekabr ayında çətinliklə onun anasını tapmışdır. Daha sonra məlum olmuşdur ki, Çingiz Gürcüstanda ortaqlıq edib və həmin şəxs onu aldadıb, pulunu mənimsəmişdir. Çingizin ölkəni tərk etdiyi məlum olandan sonra 2022-ci ilin yay aylarında bu məsələ ilə bağlı polisə müraciət etmişdir. Daha sonra isə axtarış verilərək Çingizi tapmışlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 08 fevral 2022-ci il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və başlanmış ********* nömrəli cinayət işi ibtidai araşdrımanın aparılması üçün Xətai RPİ-nin İŞ-ə göndərilmişdir; (i.v. 1) - 15 fevral 2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* №-li cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır; (i.v.24) - 15 fevral 2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmışdır; (i.v.27-28) - 15 fevral 2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Əhliman-zadə Raci Hacırza oğlu zərər çəkmiş şəxs qismində tanınmışdır; (i.v.39-40) - 15 fevral 2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs qismində tanınmışdır; (i.v.51-52) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsinin 05 mart 2022-ci il tarixli məktubunun surətindən görünür ki, DİN Baş X30 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir; (i.v.72) - Azərbaycan Respublikası BƏSİİ-dən alınmış 03 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, iş üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 26 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən 4 il 8 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; (i.v.73-74) - 08 mart 2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v.76) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 aprel 2013-cü il tarixli 1(011)-96/2013 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir; (i.v.79-84) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırlması Baş İdarəsinin 17 mart 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (VÖEN **********) fiziki şəxs (fərdi sahibkar) qismində vergi orqanında vergi ödəyicisi kimi xx.xx.2017-ci il tarixdə uçota alınmışdır, həmçinin "xxxx" MMC-nin (VÖEN **********) rəhbəridir; (i.v.91) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 30 mart 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir; (i.v.93) - 08 aprel 2022-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir; (i.v.94) - 08 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur; (i.v.96-97) - 08 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədi ilə axtarışı elan olunmuşdur; (i.v.99-100) - 08 aprel 2022-ci il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır; (i.v.103) - 29 iyun 2022-ci il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir; (i.v.112) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 4(011)-338/2022 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilmiş, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1də qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikasının 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 01 (bir) ay həddində müəyyən edilmişdir; (i.v.123-128) - 29 iyun 2022-ci il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır; (i.v.129) - Bakı İstintaq Təcridxanasının 10 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Xətai rayon məhkəməsinin qərarına əsasən axtarışda olan Təqsirləndirilən şəxs Gürcüstan Respublikasının DİO əməkdaşları tərəfindən tutulduqdan sonra Azərbaycan Respublikasına ekstradisiya edilərək 05 oktyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; (i.v.132) - Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 10 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində Gürcüstan Azərbaycan sərhədində "Tsiteli Khidi" SNM-də neytral zonada təhvil verilmişdir; (i.v.134) - 12 oktyabr 2023-cü il tarixli cinayət işinin icraatının təzələnməsi və icraata götürmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir; (i.v.137-138) - Gürcüstanın adından ekstradisiya həbsinin seçilməsi haqqında 23 avqust 2023-cü il tarixli qərardadın surətindən görünür ki, Gürcüstan Baş Prokurorluğunun Daxili İşlər Nazirliyinin Baş İnspeksiya və X23 Departamentində istintaqa prosessual rəhbərliyi həyata keçirən departamentinin prokuroru X7 Mahmudzadənin barəsində ekstradisiya həbsinin seçilməsinə dair vəsatəti təmin edilmiş, ekstradisiya edilən şəxs - Təqsirləndirilən şəxs barəsində seçilmiş ekstradisiya həbsi qətimkan tədbirinin müddəti 03 ay müəyyən edilmiş və o, xüsusi penitensiar müəssisəyə yerləşdirilmiş; Təqsirləndirilən şəxs ekstradisiya həbs müddətinin hesablanması onun saxlanıldığı andan - 22 avqust 2023-cü il saat 13:32-dən hesablanması qərara alınmışdır; (i.v.140-144) - Gürcüstanın adından ekstradisiyanın mümkünlüyü haqqında 11 sentyabr 2023-cü il tarixli qərardadın surətindən görünür ki, Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin prokuroru Ketevan Vaşakidzenin vəsatəti təmin olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Bakı şəhərinin Xətai rayon polis idarəsinin müstəntiqinin 08 aprel 2022-ci il tarixli Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 (təkrarən törədilmiş dələduzluq) və 178.2.4ci (xeyli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarında göstərilənlərlə bağlı barəsində cinayət təqibinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasına sadələşmiş üsulla ekstradisiya edilməsi mümkün hesab edilmişdir; (i.v.145-155) - 22 noyabr 2023-cü il tarixli polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir; (i.v.170-172) - doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 24 fevral 2021-ci il təvəllüdlü X1 Çingiz Akif oğlunun övladıdır; (i.v.177-178) - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X12 arasında 19 noyabr 2019-cu il tarixdə 4697№-li qeyd ilə nikah bağlanmışdır; (i.v.180) - 01 dekabr 2023-cü il tarixli ittiham aktının təsdiq edilmədən cinayət işinin əlavə istintaqa qaytarılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə, təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elşən Quliyev tərəfindən tərtib edilmiş ittiham aktı təsdiq edilməmiş və cinayət işi əlavə ibtidai istintaq aparılmasından ötrü Xətai RPİ-nin İstintaq şöbəsinə qaytarılmışdır; (i.v.209-2014) - 01 dekabr 2023-cü il tarixli cinayət işini icraata götürmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir; (i.v.215- 216) - 04 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir; (i.v.247-249) - Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. - Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. - Zərərçəkmiş şəxs Mir X2 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxslər, şahidlərin ifadələri və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılan anadək həbsdə olduğu 03 (üç) ay müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 03 (üç) ay həbsdə saxlama müddəti 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməklə o, “dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq” hüququndan məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.4-cü maddələrinə əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 aprel 2013-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 02 (iki) il 06 (altı) ay nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilmə cəzası hazırki hökmlə təyin edilən cəza ilə birləşdirilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəh., Xətai ray., ünvan 1 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 (iyirmi səkkiz) saat iş saatına görə 168 (yüz altmış səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə olduğu 03 (üç) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 aprel 2013-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 02 (iki) il 06 (altı) ay nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilmə cəzası hazırki hökmlə təyin edilən cəza ilə birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq və 02 (iki) il 06 (altı) ay nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 28 (iyirmi səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 168 (yüz altmış səkkiz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar