Məhkəmə qərarları › İş №1(011)-102/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-102/2021

01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-102/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi qızının, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(013)-67/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı 04 (dörd) ay 09 (doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanlmış, ünvan 1 mənzil 6 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamış, yəni maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 A ünvanında yerləşən fərdi yaşayış evinə açıq qalan giriş qapısından qanunsuz daxil olub, oradan 01 (bir) ədəd daxilində 04 (dörd) manat qiymətində 051 ***-**-** GSM nömrəsi olan, 600 (altı yüz) manat qiymətində **********23481 və **********23489 İMEİ kodlu «Samsung» markalı, «SM-A805F/DS» modelli mobil telefon aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 604 (altı yüz dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(013)-67/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı 04 (dörd) ay 09 (doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanlmışdır. O, özünə məxsus «Mercedes-Benz E220 CDİ» markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur və ailəsini dolandırır. O, Zərərçəkmiş şəxs ünvan 2 A ünvanında yerləşən fərdi yaşayış evinə daxil olub oğurluq etməmişdir. Belə ki, Zərərçəkmiş şəxs məxsus «Samsung» markalı, «SM- A805F/DS» modelli mobil telefon onun avtomobilinə müştəri kimi minən vətəndaşın üzərindən düşmüşdür. O, avtomobilin içərisini təmizləyərkən həmin mobil telefonu tapmış və özündə saxlamışdır. Polis idarəsində ona təzyiqlər olduğundan o, məcbur olub Zərərçəkmiş şəxs ünvan 2 A ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq etdiyi barədə ifadə vermişdir. Onun heç bir günahı yoxdur. Ona görə də, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə yaşadığı evdə olmuş və təxminən saat 12:00 radələrində o, şəxsi işləri ilə əlaqədar olaraq yaşadığı evdən çıxıb qonşuya getmişdir. Həmin vaxt o, özünə məxsus daxilində 051 ***-**-** GSM nömrəsi olan **********23481 və **********23489 İMEİ kodlu «Samsung Galaxy A80» markalı mobil telefonunun enerjisi olmadığı üçün onu elektrik yığması üçün cəryana qoşaraq mətbəxdəki paltaryuyan maşının üzərinə qoymuşdur. O, yaşadığı evdən çıxan zaman evin giriş qapısını açıq saxlamışdır. Belə ki, yaxınlıqda yaşayan qonşunun evinə getdiyi üçün giriş qapısını bağlamağı lüzum bilməmişdir. Təxminən yarım saatdan sonra yaşadığı evə qayıdaraq mobil telefonunu götürmək istədikdə onu paltaryuyan maşının üzərində tapmamış və telefonun daxilində olan GSM nömrəsinə zəng etdikdə telefonun sönülü olmasını gördüyü üçün əmin olmuşdur ki, kimsə həmin telefonu qapının açıq olmasından istifadə edərək oğurlamışdır. Bundan sonra baş vermiş hadisə barədə o, DİN-in 102 xidmətinə məlumat vermiş və ərizə ilə Xətai RPİ-nin 37-ci PŞ-yə müraciət etmişdir. O, həmin mobil telefonu 2019-cu ilin dekabr ayında «Soliton» mağazalar şəbəkəsindən kredit yolu ilə 1.326 (min üç yüz irmi altı) manata, daxilindəki 051 ***-**-** GSM nömrəsini isə 06 (altı) manata almışdır. Odur ki, hadisə nəticəsində ona ümumilikdə 1.332 (min üç yüz otuz iki) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 44-cü vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 71-74-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 221-222-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 3864 saylı məhkəməbalistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin 101-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/4319 nömrəli məhkəmə-əmtəşünaslıq ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd «Samsung» markalı, «SM-A805F/DS» modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarlarm olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 600,00 manat, 051 ***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən olunur. Cinayət işinin 107-110-cu vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məxsus ***-***-**-** GSM nömrəsi olan, **********23481 və **********23489 İMEİ kodlu “Samsung” markalı, “SM-A805F/DS” modelli mobil telefon aparatı iş üzrə maddi sübut qismində tanınmış və zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 133-cü vərəqəsində olan qəbzdən görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs özünə məxsus ***-***-**-** GSM nömrəsi olan, **********23481 və **********23489 İMEİ kodlu “Samsung” markalı, “SM-A805F/DS” modelli mobil telefon aparatını təhvil almışdır. Cinayət işinin 78-79-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 09 (doqquzı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 81-92-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(003)-67/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı 04 (dörd) ay 09 (doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanlmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx xxxxxx 2021-ci il tarixli, 47 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı 04 (dörd) ay 09 (doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanlmış Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(003)- 67/2020 saylı hökmü və onun icrası barədə xx xxxxx 2020-ci il tarixli göstəriş tərəflərindən xx xxx 2020-ci il tarixdə icraata qəbul edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(003)-67/2020 saylı hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün hissəsi çəkilməmiş qalmışdır. Cinayət işinin 77-ci vərəqəsində olan Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Tədərrüfat Birliyinin 155 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx xxxxxxx 2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 mənzil 6 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, yaşadığı müddət ərzində onun adına ailədən qonşulardan Mənzil-Kommunal İstismar Sahəsinə heç bir şifai yazılı şikayət daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Səyyar- ASAN-4 xidməti tərəfindən xx xxxx 2016-cı il tarixində verilmiş AZE seriyalı 12853018 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədova Kəmalə xx xxxxxx 2008ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Məmmədova Zülfiyyədir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş ASAN-5 xidməti tərəfindən xx xxxxxx 2016-cı il tarixində verilmiş AZE seriyalı 12849318 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədova Şəms xx xxxxxx 2010-cu il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Məmmədova Zülfiyyədir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş ASAN-5 xidməti tərəfindən xx xxxxxx 2016-cı il tarixində verilmiş AZE seriyalı 12849306 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədov Cavanşir xx xxxxxx 2012-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Məmmədova Zülfiyyədir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri, digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədini daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfındən cinayət cəzalarmın təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarmda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə onun törədilməsi hallarma və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(003)-67/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquzı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(003)-67/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı 04 (dörd) ay 09 (doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanlmışdır. Həmin hökm xx xxx 2020-ci il tarixdə icra olunması üçün şöbənin icraatına daxil olmuş, Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün hissəsi çəkilməmiş qalmışdır. Belə ola halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəza ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(003)-67/2020 saylı hökmü ilə təyin edilmiş və icra edilməmiş 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 №-li qəranının 19-cu bəndinə əsasən məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmünün giriş hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmuyu ilə cəza təyin edilərkən məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın cəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən cox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixindən hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlnması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş ***-***-**-** GSM nömrəsi olan, **********23481 və **********23489 İMEİ kodlu “Samsung” markalı, “SM-A805F/DS” modelli mobil telefon aparatı hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(003)-67/2020 saylı hökmü ilə təyin edilmiş və icra edilməmiş 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni xx xxxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs təhvil verilmiş ***-***-**-** GSM nömrəsi olan, **********23481 və **********23489 İMEİ kodlu “Samsung” markalı, “SM-A805F/DS” modelli mobil telefon aparatı hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 AZN (əlli manat) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan növbəti gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar