Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-103/2021 15.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Zərərçəkmiş şəxs-hüquqi şəxs “AQP” Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs hüquqi varisi (arvadı) X2 iştirakları ilə, xx xxxxx 1972-ci ildə Neftçala rayonunun, Mayak kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmuş, orta təhsilli, hal-hazırda heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Neftçala rayonunun, Mayak kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, UPD qəsəbəsi, R.Babayev küçəsində fərdi tikilmiş ünvansız evdə yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində, xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində, xx xxxxxx 2020-ci i tarixdə saat 23:00 radələrində “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhərdə inşa olunan 7 mərtəbəli yaşayış binasının zirzəmisinə qanunsuz daxil olub vahid niyyətlə əhatə olunan qəsdlə binanın zirzəmi (şaxta) hissəsindən binanın yuxarı mərtəbələrinə çəkilərək divara bərkidilmiş 1 metri 8 (səkkiz) manat olmaqla, 4.640 (dörd min altı yüz qırx) manat dəyərində 580 metr uzunluğunda olan elektrik naqillərini kəsib götürməklə gizli talayıb, zərərçəkmiş hüquqi şəxs “xxxx” MTK-ya cəmi 4.640 (dörd min altı yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 02:00 radələrində “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ağ şəhərdə inşa olunan 7 mərtəbəli yaşayış binasının ətrafında olan dəmir hasarın üzərindən keçərək binanın həyətinə daxil olmaq istəyən zaman binanın mühafızəçisi-Zərərçəkmiş şəxs onu görüb səslənərək kim olduğunu soruşub dayanmasını tələb edən zaman qaçaraq binanın zirzəmisinə düşüb qaraj hissəsindən çıxaraq digər bloka daxil olsa da, mühafizəçi Zərərçəkmiş şəxs tərəfindən saxlanıldığından qaçmaq üçün əlində olan oboy bıçağını sağa-sola hərəkət etdirib Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq sonuncuya sol əl nahiyəsində kəsilmiş yara, sol dirsək oynağı, sol said, sol mil-bilək oynağı, sağ əl və sağ əlin İİ-İİİ-V barmaqları nahiyələrində kəsilmiş səthi dəri yaraları ilə nəticələnən xəsarət yetirməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlinmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs Akademik M.A.Topçubaşov adına X11, Damar Cərrahiyyə şöbəsində xx xxxxxx 2021-ci il tarixdə “Sol budun yuxarı 1/3-nin postinyeksion infiltratı. Dərin venaların trombozu. İntoksikasiya” diaqnozu ilə stasionar müalicə üçün qəbul olmuşdur. Xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilmişdir. xx xxxxxx 2021-ci il tarixdə, saat 09:00 radələrində qəflətən pisləşdi, aparılan reanimasion tədbirlərə baxmayaraq saat 09:30 radələrində bioloji ölüm nəticəsində vəfat etmişdir. Ölümün səbəbi: Ağciyər arteriyalarının trombemboliyası. Dərin venaların trombozu. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin hüquqi varisi (arvadı) X4 məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs öldüyündən cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs öldüyündən cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı Dövlət ittihamçısı təqsirləndirilən şəxs öldüyündən və onun yaxın qohumu olan hüquqi varisi arvadı X4 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiklərindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, işin bütün hallarını nəzərə alaraq hesab edir ki, qanunvericiliyin tələblərinə və aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına təqsirləndirilən şəxs öldüyündən xitam verilməlidir. Belə ki, cinayət işinin 16-18-ci vərəqələrində olan Azərbaycan Respublikası “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, 372 saylı məhkəmə əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan nümunə əsasında bir metr üzərində heç bir markalanma yazısı olmayan, diametri 37 mm. olan, çox damarlı, mis əsaslı ərintidən hazırlanmış kabelin işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin avqust ayına orta bazar qiyməti 8 manat, bu hesaba 580 metrinin ümumi dəyəri 4.640 manat manat müəyyən edilir. Cinayət işinin 145-148-ci vərəqələrində olan Azərbaycan Respublikası “xxxx” MMCnin xx xxxxxx 2020-ci il tarixli, 499 saylı məhkəmə əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına bir ədəd kağız paketdə möhürlənmiş vəziyyətdə kabel nümunəsi təqdim edilmişdir. Paketin içərisində bir hissə uzunluğu 200 mm (20 sm) olan, ümumi diametri 18 mm, üzəri daxili qatı ağ rəngli, üst qatı qara rəngli sərt plastik tərkibli izolasiyalı, içərisində 3 ədəd ayrı-ayrı, üzəri izolyasiyalı jilası olan, həmin jilaların içərisindən hər birinin diametri 1,5 mm diametri 7 ədəd (cəmi 21 ədəd) mis tərkibli məftillər keçən yüksək gərkinlikli elektrik kabeli təqdim müşahidə olunmuşdur. Mis naqillər üzərində olan izolyasiya materialından təmizlənərək tərəzidə ölçülmüş və bu zaman uzunluğu 20 sm olan 21 ədəd mis naqilin çəkisinin 78 qram olması müəyyən edilmişdir. Bu hesaba 1 metr kabelin içərisində olan mis tərkibli məftillərin çəkisi 390 qram (78 qr x 5) müəyyən edilir. Həmin çəki nəzərə alınmaqla, qərarda göstərilən oğurlanmış 580 metr kabelin tərkibindəki mis metalının çəkisi 226,2 kq (580 m x 0,39 kq) təşkil edir. Ekspertiza tədqiqatına təqdim edilmiş kabel nümunəsinin texniki göstəriciləri: Yüksək gərginlikli elektrik kabelinin ümumi diametri 18 mm, üzəri daxili qatı ağ rəngli, üst qatı qara rəngli sərt plastik tərkibli izolyasiyalı, içərisində 3 ədəd ayrı-ayrı, üzəri izolyasiyalı jilası olan, həmin jilaların içərisindən hər birinin diametri 1,5 mm diametrli 7 ədəd (cəmi 21 ədəd) mis tərkibli məftillər keçir. Həmin kabelin 1 metrinin tərkibində olan mis metalının çəkisi 0,39 kq, bu hesaba oğurlanmış 580 metr kabelin içərisindəki mis metalın çəkisi 226,2 kq təşkil edər. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X19 tərəfindən 02 sentyabr 2020-ci il tarixində verilmiş 949 nömrəli canlı şəxsin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən – sol əl nahiyyəsində kəsilmiş yara, sol dirsək oynağı, sol said, sol mil – bilək oynağı, sağ əl və sağ əlin İİ-İİİ-V barmaqları nahiyyələrində kəsilmiş səthi dəri yaraları kəsici kənarlı əşyanın (əşyaların) ola bilsin dəftərxana bacağının, sağ said, sağ əlin İİ barmağı nahiyyələrində sıyrıqlar və sağ gözün üst qapağında qançır isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdilər, ümumilkdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin 107-109-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X7 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Məhkəməyə daxil olmuş və cinayət işinin materiallarına əlavə edilmiş Akademik M.A.Topçubaşov adına X16 tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs Akademik M.A.Topçubaşov adına X11, Damar Cərrahiyyə şöbəsində xx xxxxxx 2021-ci il tarixdə “Sol budun yuxarı 1/3-nin postinyeksion infiltratı. Dərin venaların trombozu. İntoksikasiya” diaqnozu ilə stasionar müalicə üçün qəbul olmuşdur. Xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilmişdir. xx xxxxxx 2021-ci il tarixdə, saat 09:00 radələrində qəflətən pisləşdi, aparılan reanimasion tədbirlərə baxmayaraq saat 09:30 radələrində bioloji ölüm baş vermişdir. Ölümün səbəbi: Ağciyər arteriyalarının trombemboliyası. Dərin venaların trombozu. Cinayət işinin 168-169-cu vərəqələrində olan Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(53)-62/2015 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxxx 2015-ci il tarixdən hesablanmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Neftçala RPŞ tərəfindən xx xxxx 2018-ci il tarixində verilmiş AZE seriyalı 17525268 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx xxxx 1982-ci il tarixində Neftçala rayonunun, Bankə qəsəbəsində doğulmuşdur. Evlidir. Neftçala rayonunun, Bankə qəsəbəsində qeydiyyatdadır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Səyyar Asan 1 xidməti tərəfindən xx xxxxxx 2017-ci il tarixində verilmiş AZE seriyalı 16541936 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx xxxxxxx 2001-ci il tarixində Neftçala rayonunun, Bankə qəsəbəsində doğulmuşdur. Neftçala rayonunun, 1-Mayak kəndində qeydiyyatdadır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx xxxx 2003-cü il tarixində doğulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən, ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.2-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına, həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayətprosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, həmin maddənin tələblərinə uyğun olaraq müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.6-cı maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək məhkum öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar. Həmin Məcəllənin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 43, 305, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-103/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-103/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver