Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-103/2022 25.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1954-cü ildə Salyan şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Rusiya Federasiyası, Stavropol diyarı, Yesentuki şəhəri, Frunze küçəsi, ev 50 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Şahid ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Şahid özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib, 25 iyun 2019-cu il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs2 qızı, X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 çağrı mərkəzinə operator vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb ünvan 1 ünvanda yerləşən “Elmlər Akademiyası” metrostansiyasının qarşısında 2000 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs2 qızı, X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 çağrı mərkəzinə operator vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb, Şahid özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib, 28 iyun 2019-cu il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin qarşısında 2000 manat pulunu vahid niyyətlə alıb ələ keçirdikdən sonra, vəd etdikləri işin müqabilində heç bir iş görməyərək, Zərərçəkmiş şəxs2 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə, tanışı Şahid ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Şahid özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib, 20 iyul 2019-cu il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs1 Əlisəfər oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb, Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 5 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin binasının yaxınlığında 3500 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs1 Əlisəfər oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb, Şahid özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib, 27 iyul 2019-cu il tarixdə, saat 14 radələrində ünvan 3 ünvanında 2500 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs1 Əlisəfər oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb, Şahid özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib, 01 avqust 2019-cu il tarixdə, saat 15 radələrində ünvan 4 ünvanda yerləşən Neftçilər Xəstəxanasının arxa hissəsində 1000 manat pulunu vahid niyyətlə alıb ələ keçirdikdən sonra, vəd etdikləri işin müqabilində heç bir iş görməyərək, Zərərçəkmiş şəxs1 7000 manat məbləğində, yəni xeyli miqarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, xx xxxxxx 1954-cü ildə Salyan rayonunda anadan olmuşdur. 1994-cü ildən Rusiya Federasiyasının Stavropol vilayətinin Yesentuki şəhərinə köçmüş və ikinci dəfə orada ailə həyatı qurub yaşamış, hazırda da orada yaşayır. 2019-cu ilin əvvəllərində qohumlarına baş çəkmək üçün Bakı şəhərinə gəlmişdir. Həmin vaxtları köhnə qonşusu olan Əlisəftəri təsadüfən yaşadığı evin yanında görüb, hal-əhval tutmuşdur. Əlisəftər demişdir ki, “oğlu X5 Nazirliyinə işə düzəltmək istəyir, lakin ondan 10000 manat pul istəyirlər. O, həmin vaxt Əlisəftərə demişdir ki, “maraqlanıb deyər”. Sonra təsadüfən “20 Yanvar” metrostansiyasının yaxınlığında olan çayxanada olan zaman, Rasim adlı şəxslə tanış olmuşdur. Rasim adlı şəxs özünü ona "xxxx" kimi təqdim etmiş və demişdir ki, Neft Şirkətində təchizatda işləyir. "xxxx" kimi təqdim etmiş şəxsin əsl adını sonradan Rasim olduğunu bilmişdir. Həmin vaxt Rasim demişdir ki, Rusiya Federasiyasında yaxşı iş var, istəsə biryerdə işləyib pul qazanarlar və onun əlaqə nömrələrini götürmüşdür. Bir neçə gündən sonra, Əlisəftərə demişdir ki, "xxxx" adlı şəxs onu işə düzəldir, istəsə oğlu Kamranı da işə işə düzəldər. Əlisəftər razılaşmış və "xxxx" kimi özünü təqdim etmiş şəxs Rizvan adlı şəxsin mobil telefon nömrəsini ona verib demişdir ki, Kamranın işini Rizvan adlı şəxs düzəldəcəkdir. Sonra o və Kamran, Rizvan adlı şəxslə Səbail rayonu, Parlament prospektində görüşmüşdürlər. Orada Rizvan adlı şəxs demişdir ki, sənədləri düzəldib gətirsin Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəkdir. Əlisəftərin oğlu Kamran özünü onlara Rizvan kimi təqdim etmiş şəxsin mobil telefon nömrəsini götürmüş və özləri əlaqə saxlamışlar. Bir neçə gündən sonra Kamran və o, “Elmlər Akademiyası” metrostansiyasının yanında görüşüb Rizvan adlı şəxsə zəng edib, pulu və sənədləri gətirdiklərini demişlər. Rizvan adlı şəxs demişdir ki, Parlament prospektinə gəlsinlər. O, da Kamranla birlikdə Rizvanın dediyi yerə getmiş, orada Kamran sənədləri və 3500 manat pulu Rizvan adlı şəxsə vermişdir. Rizvan adlı şəxs Kamrana demişdir ki, narahat olmasın, onu işə düzəldəcəkdir. Bundan sonra, Əlisəftərin arvadı demişdir ki, bir nəfər tanışı var o, da qızını Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istəyir. O, da bu barədə Rəşad adlı şəxsə demişdir. Rəşad demişdir ki, narahat olmasın, işə düzəldərlər. Sonradan eşitmişdir ki, özünü Rizvan kimi təqdim etmiş şəxs Zakirlə görüşüb, ondan iki dəfəyə pul almışdır ki, guya onun qızını işə düzəldəcəkdir. Ancaq o, Zakirdən pul almamışdır. Bir neçə gündən sonra, Rizvan adlı şəxs ona 200 manat pul vermiş və demişdir ki, onun payına 200 manat çatır, onu da verir. Sonradan ona məlum olmuşdur ki, Rizvan adlı şəxs Zakirin qızını işə düzəltməmiş, eyni zamanda Kamranı da aldadıb, onu da işə düzəltməyərək, pulu ələ keçirmişdir. Bundan sonra o, çıxıb Rusiya Federasiyasına getmişdir. Rusiyanın Minvod şəhərindən təyyarə ilə Bakı şəhərinə gəldiyi vaxt, hava limanında polislər onu saxlamış və oradan Xətai Rayon Polis İdarəsinə gətirmişlər. O, Kamranın işi üçün ondan yaşadığı evdə cəmi 500 manat pul almış, onu da sonradan qaytarmışdır. Zərərçəkmiş şəxs2 özünü ona Rizvan kimi təqdim etmiş, əslində isə Şahidla o, tanış etmiş, sonradan bilmişdir ki, həmin şəxs Zakiri aldadıb iki dəfəyə ondan 4000 manat pul almış, qızını işə düzətməmiş və onun 4000 manat pulunu ələ keçirmişdir. Zakirdən alınan 4000 manat puldan ona cəmi 200 manat pul çatıb, həmin pulu da Müşfiq adlı şəxs vermişdir. O, Müşfiq adlı şəxslə əlbir olmamış, sadəcə qonşusuna kömək etmək məqsədi ilə bu işə baş qoşmuşdur. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, 2019-cu ilin iyul ayında atasının dostu Təqsirləndirilən şəxs onların yaşadıqları ünvana gəlmiş və söhbət zamanı atası onun işsiz olmasını deyərək, Məhəmmədcəfərdən məsləhət istəmişdir. Məhəmmədcəfər atasına onun işə düzəlməsi üçün maraqlanıb xəbər verəcəyini deyib getmişdir. Bundan sabahki gün Təqsirləndirilən şəxs yenidən yaşadıqları ünvana gələrək, Dövlət Neft Şirkətində Rəşad adında tanışının, Rəşadın isə Fövqəladə Hallar Nazirliyində işləyən Rizvan adlı tanışlarının olduğunu və həmin şəxslər vasitəsi ilə onu işə düzəlməkdə köməklik edəcəyini bildirmişdir. Sonradan Məhəmmədcəfər tanışı Rəşadla danışdıqdan sonra, onu ümumilikdə 6000 manat pulun müqabilində tanışları Rəşad və Rizvanın köməkliyi ilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə işə düzəldə biləcəyinə inandırmışdır. Bundan sonra, Məhəmmədcəfər hərbi biletinin, tələbə biletinin, şəxsiyyət vəsiqəsinin və atestatının əsillərini və eyni zamanda, həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini 3500 manat pul ilə birlikdə ona verməli olduğunu bildirmişdir. 20 iyul 2019-cu il tarixdə Məmmədcəfər ona görüşməyi, ona məxsus sənədlərin əsillərini və həmin sənədlərin surətlərinin notariat qaydada təsdiq olunmuş surətlərini, eləcə də 3500 manat pulu Rizvan adlı şəxslə görüşərək sonuncuya verəcəyini bildirmişdir. O, da qeyd edilən sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini, həmçinn 3500 manat pulu götürüb Məhəmmədcəfərin dediyi yerə getmişdir. Orada Məhəmmədcəfərin yanında tanışı Rizvan adlı şəxslə görüşüb, ona məxsus sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini, həmçinin 3500 manat pulu özünü ona Rizvan kimi təqdim etmiş, əslində isə adı Müşfiq olan şəxsə vermişdir. Bundan bir neçə gün sonra Məhəmmədcəfər yaşadıqları evə gələrək, ondan 2500 manat pulu alıb, onun qısa müddət ərzində işə çıxacağını bildirmişdir. Həmin müddət ərzində Məhəmmədcəfər onun mobil telefon nömrəsinə zəng edərək, əlavə olaraq 1000 manat da pul lazım olduğunu bildirmişdir. Məhəmmədcəfər demişdir ki, həmin 1000 manat pulu Müşfiqə verir. O, da işsiz qaldığından və işinin düzələcəyinə ümid edib borca 1000 manat pul alaraq, Neftçilər Xəstəxanasının arxa hissəsində Müşfiqlə görüşüb 1000 manat pulu sonuncuya vermişdir. Bundan sonra Məhəmmədcəfər zəng edərək, İran İslam Respublikasına getdiyini bildirmiş və Müşfiqin istifadəsində olan mobil telefon nömrəsini ona vermişdir. Lakin, bundan sonra xeyli müddət keçməsinə baxmayaraq, onun işə düzəlməyi barədə heç bir xəbər olmamış, Məhəmmədcəfər və Müşfiq onun telefon zənglərinə cavab verməmişdirlər. O, başa düşmüşdür ki, Məhəmmədcəfər və Müşfiq adlı şəxslər ona qarşı dələduzluq edib, 7000 manat pulunu ələ keçirmişlər. Göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən şəxs Məhəmmədcəfər Mehtiyevə ağır cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2019-cu ilin iyun ayında qızı Asimanın işə düzəlməsi ilə bağlı uzun illər tanışı olan Sürəyyadan kömək etməsini istəmişdir. Bundan bir neçə gün keçdikdən sonra, Sürəyyə onun mobil telefon nömrəsinə zəng edərək, Məhəmmədcəfər adlı tanışının kömək edəcəyini bildirib, Məhəmmədcəfər adlı şəxsin nömrəsini ona vermişdir. O, həmin şəxsə zəng edib, görüş təyin etmiş və görüş zamanı, Məhəmmədcəfər geniş əlaqələrinin olduğunu və onun qızını hər yerə işə düzəldə biləcəyini bildirib, bir neçə yerin adını saymışdır. O, da Məhəmmədcəfərə qızının Fövqəladə Hallar Nazirliyinin 112 çağrı mərkəzinə operator vəzifəsinə işə düzəltməsini xahiş etmişdir. Məhəmmədcəfər həmin vaxt telefonla Rizvan adlı şəxsə zəng edərək danışmışdır. Məhəmmədcəfər ona Rizvan adlı şəxsin Fövqəladə Hallar Nazirliyində yüksək vəzifəli şəxs olduğunu bildirmişdir. Rizvan adlı şəxslə danışdıqdan sonra, Məhəmmədcəfər ona qızının nazirliyin 112 çağrı xidmətinə operator vəzifəsinə işə düzəldilməsi müqabilində ondan 4000 manat pul istəmiş, o, da Məhəmmədcəfərə inanıb onunla razılaşmışdır. 25 iyun 2019-cu il tarixdə “Elmlər Akademiyası” metrostansiyasının qarşısında Məhəmmədcəfər və Rizvan adlı şəxslərlə görüşmüşdür. Rizvan adlı şəxs demişdir ki, arxayın olsun, qızını Fövqəladə Hallar Nazirliyinin 112 çağrı mərkəzinə operator vəzifəsinə işə düzəldəcəklər. O, da Məhəmmədcəfər və Rizvana inanmışdır. Razılaşmalarına əsasən, ilkin olaraq 2000 manat pulu Rizvana vermişdir. Həmin vaxt Məhəmmədcəfər də yanlarında olmuşdur. Aralarında olan razılaşmaya əsasən, qalan 2000 manat pulu da bir neçə gün ərzində onlara verməli idi. O, Məhəmmədcəfərdən Rizvan adlı şəxsin mobil telefon nömrəsini götürüb, evə getmişdir. Bir neçə gün sonra Rizvan adlı şəxs zəng edərək, 2000 manat pulu təcili çatdırmağını bildirmişdir. O, da 2000 manat pulu götürüb Rizvana zəng edib, pulun hazır olduğunu bildirmişdir. 28 iyun 2019-cu il tarixdə o, Rizvanla görüşüb, 2000 manat pulu həmin şəxsə vermişdir. Rizvan pulu götürərkən, onun qızının 10 gün müddətində Fövqəladə Hallar Nazirliyinin 112 çağrı mərkəzinə operator vəzifəsinə işə çıxacağını vəd verib, çıxıb getmişdir. O, Rizvana 2000 manat pul verməyini zəng edərək, Məhəmmədcəfərə demişdir. Məhəmmədcəfər ona narahat olmamağını demişdir. 10 gün müddətində qızının işə çıxmağı ilə bağlı heç bir xəbər olmadığını görüb, Rizvanla əlaqə saxlamaq istəmiş, lakin Rizvanın telefon nömrəsinə zəng çatmamışdır. Daha sonra Məhəmmədcəfərlə əlaqə saxlamaq istəsə də, Məhəmmədcəfərin də telefon nömrəsinə zəng çatmamışdır. Həmin vaxt düşünmüşdür ki, Məhəmmədcəfər və Rizvan əlbir olub onu aldadaraq, 4000 manat pulunu alıb, ona qarşı dələduzluq etmişlər. Sonradan bilmişdir ki, pulunu ələ keçirənlər Məhəmmədcəfərin soyadı Mehdiyev, “Rizvan” adlı kimi tanıdığı şəxsin əslində adı Şahiddur. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirlən Şahid bildirmişdir ki, 2019-cu ildə Məhəmməd kimi tanıdığı Təqsirləndirilən şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs2la tanış olmuşdur. Zərərçəkmiş şəxs2 qızının Fövqəladə Hallar Nazirliyinin 112 çağrı mərkəzində işə düzəlməsini ondan xahiş etmişdir. Bunun üçün Zakirdən 2000 manat pulu Məhəmmədcəfərin yanında almış və qızının işə qəbul olunmasını təşkil edəcəyini vəd vermişdir. Həmin puldan 200 manatını Məhəmmədcəfərə vermişdir. Sonradan Məhəmmədcəfər zəng edərək, görüş təyin etmiş və o, özü Zakirlə görüşərək, əlavə 2000 manat pulu sonuncudan almışdır. Lakin, verdiyi sözə sonradan əməl edə bilməmiş və Məhəmmədcəfərlə görüşüb 2000 manat pulu sonuncuya qaytarmışdır. Həmçinin, Zərərçəkmiş şəxs1 adlı şəxslə tanış olmuş və həmin şəxsi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə qəbul olunması üçün Məhəmmədcəfərin yanında Kamrandan 3000 manat pul almışdır. Sonradan Məhəmmədcəfər zəng etmiş və özü Kamranla görüşüb əlavə 1000 manat pulu Neftçilər xəstəxanasının yaxınlığında Kamrandan götürmüşdür. Sonradan Kamran ona demişdir ki, əlavə 2500 manat pulu öz evlərində Məhəmmədcəfərə vermiş, lakin həmin vaxt onun bundan xəbəri olmamış, 500 manatı isə Məhəmmədcəfər özü Kamranın atasından almışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün qismən etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021ci il tarixli hökmündən görünür ki, Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Həmin cinayət işi üzrə verilmiş ittihama görə, Şahid özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə, digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib, 25 iyun 2019-cu il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs2 qızı, X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 çağrı mərkəzinə operator vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb, ünvan 1 ünvanda yerləşən “Elmlər Akademiyası” metrostansiyasının qarşısında 2000 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs2 qızı, X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 çağrı mərkəzinə operator vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb, özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib, 28 iyun 2019-cu il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan- Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin qarşısında 2000 manat pulunu vahid niyyətlə alıb ələ keçirdikdən sonra, vəd etdiyi işin müqabilində heç bir iş görməyərək, Zərərçəkmiş şəxs2 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə, digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib, 20 iyul 2019-cu il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs1 Əlisəfər oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb, ünvan 5 ünvanda yerləşən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin binasının yaxınlığında 3500 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs1 Əlisəfər oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb, özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib, 27 iyul 2019-cu il tarixdə saat 14 radələrində ünvan 6 ünvanında 2500 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs1 Əlisəfər oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib, 01 avqust 2019-cu il tarixdə, saat 15 radələrində ünvan 4 ünvanda yerləşən Neftçilər Xəstəxanasının arxa hissəsində 1000 manat pulunu vahid niyyətlə alıb ələ keçirdikdən sonra, vəd etdiyi işin müqabilində heç bir iş görməyərək, Zərərçəkmiş şəxs1 7000 manat məbləğində, yəni xeyli miqarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdə Rusiya Federasiyasından ölkə ərazisinə daxil olduğu vaxt saxlanılaraq, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparılmış və həmin gün sərbəst buraxılmışdır. İş materiallarından görünür ki, 14 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 19 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini və onun yaşını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.2 və 52-1.6-cı maddələrin tələblərini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir. Həmin Məcəllənin 52.2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü Azərbaycan Respublikasında doğulmuş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının vətəndaşı olmaqla, daimi olaraq orada yaşayır və o, Azərbaycan Respublikasında doğulmuşdur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 06 dekabr 2021ci il tarixdə Rusiya Federasiyasından ölkə ərazisinə daxil olduğu vaxt saxlanıldığını və həmin gün sərbəst buraxıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 25 may 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, məhkəmə zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 (bir) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 25 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-103/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-103/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver