Məhkəmə qərarları › İş №1(011)-103/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-103/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-103/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Naxçıvan MR, Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs2 1000 manat müqabilində qısa müddət ərzində veteran vəsiqəsinin verilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Şuşa” kafesində 1000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir (İ epizod). Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs3 3000 manat müqabilində qısa müddət ərzində onun SOCAR «Neft Daşları» X21 İdarəsinə fəhlə kimi işə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Şuşa” kafesində 1000 manat və xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən "Fədək" kafesində 2000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir (İİ epizod). Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs1 2040 manat müqabilində qısa müddət ərzində kiçik oğlu X1 ərinin himayəsindən məhkəmə yolu ilə alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Fədək” kafesində 2040 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 2040 (iki min qırx) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir (İİİ epizod). Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs4 5000 manat müqabilində qısa müddət ərzində əlilliklə bağlı təqaüdün bərpa olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanda yerləşən “Qardaşlar” kafesində ilkin ödəniş kimi 2000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir (İV epizod). Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs5 5000 manat müqabilində qısa müddət ərzində əlilliklə bağlı təqaüdün bərpa olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanda yerləşən "Qardaşlar" kafesində ilkin ödəniş kimi 2000 manat və xx.xx.2023-cü il tarixdə həmin ünvanda 3000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir (V epizod). Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən “Xəzər TV”-nin yaxınlığında yerləşən Qarabağ döyüşçülərinin cəmiyyətinə məxsus inzibati binada arabir olmuşdur. Həmin yerdə 2021-ci ilin oktyabr ayında Etibar adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Etibar ona veteran olmasını bildirsə də, veteran vəsiqəsi ala bilmədiyini bildirmişdir. O da Etibara bu barədə köməklik edə biləcəyini bildirmişdir. Etibarda bu işi həyata keçirmək üçün hansı miqdarda pulun lazım olduğunu söylədikdə, 1000 manat məbləğində pula Etibara köməklik edəcəyini bildirmişdir. Etibarda onunla razılaşmışdır. Bundan sonra Etibar zəng edərək tanışları olan Nuranə və Elşən adlı şəxslərin olmasını, Nuranənin keçmiş həyat yoldaşından boşanmasına baxmayaraq kiçik oğlunu məhkəmə qaydasında öz himayəsinə almaq istəməsini, Elşənin isə diplomu olmasına baxmayaraq işlə təmin ola bilməməsini bildirmişdir. O da həmin şəxslərə köməklik edə biləcəyini bildirmişdir. 10 noyabr 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Şuşa” kafesində o, Etibar, Etibarın həyat yoldaşı Gözəl, Nuranə, Elşən və Elşənin qardaşı Rəvanla görüşmüşdür. Görüş zamanı Etibara veteran vəsiqəsi düzəltmək adı ilə Etibardan 1000 manat məbləğində pul almışdır. Bundan başqa söhbət əsnasında Nuranənin kiçik oğlunun Nuranənin himayəsinə məhkəmə qaydasında verilməsini həyata keçirəcəyini bildirib, həmin işi həyata keçirmək üçün Nuranədən 2040 manat məbləğində pul istəmişdir. Bundan başqa Elşənin diplomuna uyğun olaraq Neft daşlarında fəhlə kimi işə düzəldəcəyinə dair 3000 manat pul istəmişdir. Elşəndə onunla razılaşmış və ilkin olaraq 1000 manat məbləğində pulu həmin yerdə və vaxtda ona vermişdir. 22 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Fədək” adlı kafedə o, Etibar, Etibarın həyat yoldaşı Gözəl, Nuranə, Elşən və Elşənin qardaşı Rəvan görüşmüşlər. Görüş zamanı o, Nuranənin kiçik oğlunun məhkəmə qaydasında Nuranənin himayəsinə verilməsini həyata keçirəcəyi adı ilə 2040 manat məbləğində pulu Nuranədən almışdır. Ardınca Elşəni “Neft Daşlarında” fəhlə kimi işə düzəldəcəyinə dair ilkin razılıqlarına əsasən geri qalan 2000 manat pulu alaraq, ümumilikdə Elşəndən 3000 manat pulu almışdır. Lakin vermiş olduğu vədləri yerinə yetirə bilməmişdir. Cinayət yolu ilə əldə etdiyi pulu isə şəxsi ehtiyacları üçün istifadə etmişdir. Bundan başqa, 2023-cü ilin fevral ayında Bakı şəhəri, Xətai rayonunda yerləşən “Naxçivanski” adlanan dairədən Bakı şəhəri, Xətai rayonunda yerləşən "Əhmədli" metrostanasiyası istiqamətində manatlıq taksiyə minərək yola düşmüşdür. Bu zaman taksidə onunla birlikdə Adil adlı şəxsdə əyləşmişdir. Adil ilə aralarında söhbətləşmə başlamış və münasibətləri yaranmışdır. Ardınca Adil ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən "Əhmədli" metrostansiyasının yaxınlığında “Qardaşlar” adlı kafedə əyləşərək söhbətlərini davam etdirmişlər. Söhbət əsnasında Adilə əvvəllər dövlət işində işləməyini və əlilliklə bağlı təqaüdün verilməsini həyata keçirə biləcəyini bildirmişdir. Bu zaman Adil qudası Əsəd adlı şəxsin əlilliklə bağlı təqaüdünün kəsilməsini bildirərək köməklik etməyini bildirmişdir. O da öz növbəsində köməklik edəcəyini bidirmişdir. Bundan sonra Adil qudası Əsədə bu barədə bildirmişdir, Əsəd də öz növbəsində həmkəndlisi Habilə də bu barədə bildirmişdir. Çünki Habil də əvvəllər əlilliklə bağlı təqaüd almış, lakin Habilində təqaüdü kəsilmişdir. Bu minvalla 19 fevral 2023-cü il tarixdə o, Adil, Adilin oğlu Nurlan, Habil və Əsəd birlikdə ünvan 7 ünvanda yerləşən "Qardaşlar" adlı kafedə əyləşərək söhbətləşməyə başlamışlar. Həmin zaman onun maddi cəhətdən sıxıntıları olduğundan əlilliklə bağlı təqaüdün verilməsində köməklik edəcəyi barədə yalan vəd bildirmişdir. Həmçinin əvvəllər dövlət orqanlarında işləməyi barədə bildirmişdir. Bu zaman Əsəd və Habil inaraq hansı məbləğdə pulun lazım olduğunu soruşmuşlar. O da öz növbəsində həmin işin həyata keçə bilməsi üçün hər birindən 5000 manat məbləğində pul istəmişdir. Əsəd və Habildə onunla razılaşmışlar və ilkin olaraq üzərlərində olan ayrı-ayrılıqda 2000 manat məbləğində pulu verə biləcəklərini bildirmişlər. O da razılaşmış və hər birindən ayrı-ayrılıqda 2000 manat pulu qeyd olunan vaxtda və yerdə götürmüş və sağollaşaraq ayrılmışlar. Əsəd və Habil işin hansı yerdə olması barədə maraqlanmışlar. O da öz növbəsində səbirli olmalarını xahiş etmişdir. Bundan sonra o, Habil və Əsədə ayrı-ayrılıqda zəng edərək geri qalan 3000 manat pulu istəmişdir. Bu zaman Əsəd ona hazırda Ramazan ayı olduğu üçün Bakı şəhərinə gələ bilməyəcəyini bildirmişdir. Habil isə razılaşmışdır. Habil ilə xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanda yerləşən “Qardaşlar” adlı kafedə görüşərək 3000 manat məbləğində pulu almışdır. Lakin verdiyi vədi yeri yetirə bilməmişdir. Sonradan Əsəddən aldığı 2000 manat pulu və Habildən aldığı 5000 manat pulu geri qaytarmaq istəsə də maddi cəhətdən sıxıntıları olduğundan geri qaytara bilməmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödədiyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, tərəfindən Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyandan 150 manat, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyandan 400 manat, Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyandan 500 manat və Zərərçəkmiş şəxs5 dəymiş maddi ziyandan isə 1000 manat məbləğində ödəniş edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Zərərçəkmiş şəxs5 vurduğu maddi ziyandan 1000 manatını ödədiyini bildirərək barəsində verilmiş mülki iddia ərizəsinin qismən təmin edilməsini xahiş etmişdir. Bundan əlavə ilk 3 epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, həmin epizodlar üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, İ Qarabağ müharibəsində iştirak etmişdir. Lakin müharibə iştirakçısı olmağına baxmayaraq veteranlıq vəsiqəsi əldə edə bilməmişdir. O, veteranlıq vəsiqəsi almaq üçün bir çox quruma rnüraciət etmişdir. 31 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Xəzər TV”nin yaxınlığındakı Qarabağ döyüşçülərinin cəmiyyətinə məxsus inzibati binaya getmişdir. Həmin yerdə Firdovsi adlı şəxslə tanış olmuşdur. Qeyd etdikləri ilə bağlı Firdovsi ilə söhbətləşmişdir. Söhbət əsnasında Firdovsi özünün veteran olmasını bildirərək, veteranlıq vəsiqəsi əldə etməkdə tanışları vasitəsi ilə köməklik edəcəyəni bildirmişdir. Bunun üçün ondan 1000 manat məbləğində pul istəmişdir. O da Firdovsi ilə razılaşmışdır. Bu əsnada tanışı Şakir adlı şəxs ona zəng edərək tanışı Nuranə adlı qadının keçmiş əri ilə boşanması, hazırda isə kiçik oğlunun atasından alınaraq Nuranədə qalmasında köməklik edə biləcəyi barədə söhbətləşmişlər. O isə köməklik edə bilməyəcəyini, lakin Firdovsi adlı tanışı olduğunu, həmin Firdovsinin də ona köməklik etdiyini bildirirək, Nuranəyə də köməklik edə biləcəyini bildirmişdir. Bu minvalla o, Şakirin dəvəti əsasında Nuranənin yaşadığı ünvana getmiş və həmin ünvanda o, Nuranə, Şakir və Nuranənin tanışı olan Elşən və Elşənin qardaşı Rəvanla görüşmüşdür. Görüş zamanı Nuranə ona kiçik oğlunun boşandıqdan sonra keçmiş həyat yoldaşında qalmasını bildirərək həmin uşağın öz himayəsinə keçirilməsində köməklik istəmişdir. Həmçinin Elşən də özünün diplomu olmağına baxmayaraq işlə təmin olunmaqda köməklik istəmişdir. O da özünün veteran vəsiqəsi əldə etmək üçün Firdovsi adlı şəxslə tanış olduğunu bildirmişdir. Nuranə və Elşənə bildirmişdir ki, bu barədə Firdovsi ilə əlaqə saxlayaraq soraqlaşsınlar. Bundan sonra Firdovsi ilə əlaqə saxlamış və qeyd olunanları Firdovsiyə bildirmişdir. Firdovsi də bacara biləcəyini bildirərək görüşməyi təklif etmişdir. 10 noyabr 2021-ci il tarixdə o, həyat yoldaşı Gözəl, Nuranə, Elşən və Elşənin qardaşı Rəvan birlikdə ünvan 3 ünvanda yerləşən "Şuşa" adlı kafedə görüşmüşlər. Görüş zamanı Firdovsiyə ona veteran vəsiqəsi əldə etməsi üçün 1000 manat məbləğində pulu vermişdir. Firdovsi də ona 17 gün ərzində tanışları vasitəsi ilə veteran vəsiqəsi ilə təmin edəcəyini bildirmişdir. Bundan sonra Nuranəyə də həmçinin, kiçik oğlunun məhkəmə qaydasında onun himayəsinə verilməsini həyata keçirəcəyini bildirib 2040 manat məbləğində pul istəmişdir. Həmçinin həmin işi 2 ay müddətində həyata keçirəcəyini bildirmişdir. Ardınca Elşənin diplomuna uyğun olaraq Neft Daşlarında fəhlə kimi işə düzəldəcəyinə dair söz verib 6000 manat məbləğində pul istəmişdir. Elşəndə həmin məbləğin baha olmasını bildirib 3000 manat verə biləcəyini bildirmişdir. Firdovsidə razılaşmış və həmin yerdə və vaxtda Elşən ilkin olaraq 1000 manat pulu Firdovsiyə vermişdir. Bundan sonra Firdovsi Elşənə 1 ay ərzində onu işlə təmin edəcəyini bildirmişdir. Bundan sonra 22 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "Fədək" adlı kafedə o, həyat yoldaşı Gözəl, Nuranə, Elşən və Elşənin qardaşı Rəvan birlikdə Firdovsi ilə görüşmüşlər. Görüş zamanı Elşən ilkin razılaşmaya uyğun olaraq geri qalan 2000 manat məbləğində pulu Firdovsiyə vermişdir. X9 ilkin razılaşmaya əsasən 2040 manat məbləğində pulu vermişdir. Firdovsi də qısa zaman kəsiyində verdiyi vədi yerinə yetirəcəyini bildirmişdir. Lakin sonradan Firdovsini axtarsalar da, mobil telefonlarını dəyişmiş və Firdovsini tapmaqda çətinlik çəkmişlər. Həmçinin sonradan Firdovsi ilə əlaqə saxlaya bildikdə Firdovsi müxtəlif bəhanələr gətirərək onlara verdiyi vədləri yerinə yetirməmiş və onları aldadaraq ona məxsus 1000 manat pulu, Nuranəyə məxsus 2040 manat pulu, Elşənə qarşı isə 3000 manat pulu dələduzluq edib ələ keçirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, gəmi-motorçu ixtisası üzrə texnikum təhsili almışdır. Lakin texnikum təhsili olmağına baxmayaraq issizdir. İxtisası üzrə özünə iş axtarmışdır. Bu minvalla tanışı Şakir adlı şəxslə söhbət əsnasında qeyd olunanları Şakirə bildirmişdir. Şakir də tanışı Etibar adlı şəxsi ona bildirmişdir. Həmçinin tanışı Nuranə adlı qadın keçmiş həyat yoldaşından boşanmış və kiçik oğlunu məhkəmə qaydasında öz himayəsinə götürmək istəmişdir. Nuranənin yaşadığı ünvanda o, qardaşı Rəvan, Nuranə, Şakir və Etibar birlikdə görüşmüşlər. Görüş zamanı Etibar onlara Firdovsi adlı tanışının olmasını və həmin şəxsin Etibara veteran vəsiqəsi almaqda köməklik edəcəyini bildirmişdir. Həmçinin o və Nuranədə ifadəsində qeyd etdiklərini Etibara bildirmişlər. Etibarda onlara özünün köməklik edə bilməyəcəyini, lakin bu barədə Firdovsi ilə əlaqə saxlayıb köməklik edə biləcəyi barədə soraqlaşa biləcəyini bildirmişdir. Nuranə və o, Etibardan Firdovsiyə zəng etməsini istəmişlər. Etibar Firdovsi ilə əlaqə saxlamış və qeyd olunanları Firdovsiyə bildirmişdir. Firdovsidə bacara biləcəyini bildirərək görüşməyə dəvət etmişdir. 10 noyabr 2021-ci il tarixdə o, qardaşı Rəvan, Nuranə, Etibar, Etibarın həyat yoldaşı Gözəl birlikdə Firdovsi ilə ünvan 3 ünvanda yerləşən "Şuşa" adlı kafedə görüşmüşlər. Görüş zamanı Firdovsi Etibardan veteran vəsiqəsi əldə etməsi üçün 1000 manat məbləğində pul istəmiş və Etibar razılaşaraq həmin pulu Firdovsiyə vermişdir. Firdovsi də Etibara 17 gün ərzində tanışları vasitəsi ilə onu veteran vəsiqəsi ilə təmin edəcəyini bildirmişdir. Firdovsi Nuranəyə həmçinin, kiçik oğlunun məhkəmə qaydasında Nuranənin himayəsinə verilməsini həyata keçirəcəyini bildirib 2040 manat məbləğində pul istəmişdir. Həmçinin həmin işi 2 ay müddətində həyata keçirəcəyini bildirmişdir. Ardınca onun diplomuna uyğun olaraq “Neft Daşlarında” fəhlə kimi işə düzəldəcəyinə dair söz verib 6000 manat məbləğində pul istəmişdir. O da həmin məbləğin baha olmasını bildirib 3000 manat verə biləcəyini bildirmişdir. Firdovsi də razılaşmış və həmin yerdə və vaxtda ilkin olaraq 1000 manat pulu Firdovsiyə vermişdir. Bundan sonra Firdovsi 1 ay ərzində onu işlə təmin edəcəyini bildirmişdir. Daha sonra 22 noyabr 2021-ci il tarixdə ünvan 11 ünvanda yerləşən "Fədək" adlı kafedə o, qardaşı Rəvan, Etibar, Etibarın həyat yoldaşı Gözəl və Nuranə birlikdə Firdovsi ilə görüşmüşlər. Görüş zamanı ilkin razılaşmaya uyğun olaraq geri qalan 2000 manat məbləğində pulu Firdovsiyə vermişdir. Həmçinin Nuranə də Firdovsiyə ilkin razılaşmaya əsasən 2040 manat məbləğində pul vermişdir. Firdovsi də qısa zaman kəsiyində verdiyi vədi yerinə yetirəcəyini bildirmişdir. Lakin sonradan Firdovsiyi axtarsalar da mobil telefonlarını dəyişmiş və Firdovsiyi tapa bilməmişlər. Həmçinin sonradan Firdovsi ilə əlaqə saxlaya bildikdə Firdovsi müxtəlif bəhanələr gətirərək verdiyi yalan vədi yerinə yetirməmiş və aldadaraq ona məxsus 3000 manat pulu, Nuranəyə məxsus 2040 manat pulu, Etibara qarşı isə 1000 manat pulu dələduzluq edib ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan ümumilikdə 150 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 05 noyabr 2021-ci il tarixdə rəsmi olaraq keçmiş həyat yoldaşı X4 boşanmışdır. Boşandıqdan sonra məhkəmə qərarı həmin şəxslə birgə nikahlarından olan 3 ovladı keçmiş həyat yoldaşının himayəsinə verilmişdir. Bu zaman kiçik oğlu X8 məhkəmə qərarı ilə öz himayəsinə verilməsi üçün yollar axtarmağa başlamışdır. Bu minvalla tanışı Şakir adlı şəxslə söhbət əsnasında qeyd olunanları Şakirə bildirmişdir. Şakir də tanışı Etibar adlı şəxsi ona bildirmişdir. Həmçinin tanışı Elşən adlı şəxs də əlində diplomu olmağına baxmayaraq heç bir yerdə işləməmişdir. Bu zaman Elşən də Şakirə bu barədə bildirmişdir. Bu minvalla onun yaşadığı ünvanda o, Elşən, Elşənin qardaşı Rəvan, Şakir və Etibar birlikdə görüşmüşlər. Görüş zamanı Etibar onlara Firdovsi adlı tanışının olmasını və həmin şəxsin Etibara veteran vəsiqəsi almaqda köməklik edəcəyini bildirmişdir. Həmçinin o və Elşən də ifadələrində qeyd etdiklərini Etibara bildirmişlər. Etibarda onlara özünün köməklik edə bilməyəcəyini, lakin bu barədə Firdovsi ilə əlaqə saxlayıb köməklik edə biləcəyi barədə soraqlaşa biləcəklərini bildirmişdir. O və X11 zəng etməsini istəmişlər. Bundan sonra Etibar Firdovsi ilə əlaqə saxlamış və qeyd olunanları Firdovsiyə bildirmişdir. Firdovsi də bacara biləcəyini bildirərək görüşə dəvət etmişdir. Bu minvalla 10 noyabr 2021-ci il tarixdə o, Elşən, Elşənin qardaşı Rəvan, Etibar, Etibarın həyat yoldaşı Gözəl birlikdə Firdovsi ilə ünvan 3 ünvanda yerləşən “Şuşa” adlı kafedə görüşmüşlər. Görüş zamanı Firdovsi Etibardan veteran vəsiqəsi əldə etməsi üçün 1000 manat məbləğində pul istəmiş və Etibar razılaşaraq həmin pulu Firdovsiyə vermişdir. Firdovsi də Etibara 17 gün ərzində onu tanış əlaqələri vasitəsi ilə veteran vəsiqəsi ilə təmin edəcəyini söyləmişdir. Bundan sonra Firdovsi ona kiçik oğlunun məhkəmə qaydasında himayəsinə verilməsini həyata keçirəcəyini bildirib 2040 manat məbləğində pul istəmişdir. Həmçinin həmin işi 2 ay müddətində həyata keçirəcəyini bildirmişdir. Elşənin diplomuna uyğun olaraq isə onu “Neft Daşlarında” fəhlə kimi işə düzəldəcəyinə dair söz verib 6000 manat məbləğində pul istəmişdir. Elşən də həmin məbləğin baha olmasını bildirib 3000 manat verə biləcəyini bildirmişdir. Firdovsi də Elşənlə razılaşaraq həmin yerdə və vaxtda ilkin olaraq 1000 manat pulu Firdovsiyə vermişdir. Bundan sonra Firdovsi 1 ay ərzində Elşəni işlə təmin edəcəyini söyləmişdir. Ardınca 22 noyabr 2021-ci il tarixdə ünvan 11 ünvanda yerləşən “Fədək” adlı kafedə o, Elşən, Elşənin qardaşı Rəvan, Etibar, Etibarın həyat yoldaşı Gözəl birlikdə Firdovsi ilə görüşmüşlər. Görüş zamanı Elşən ilkin razılaşmaya uyğun olaraq geri qalan 2000 manat məbləğində pulu Firdovsiyə vermişdir. Həmçinin o da Firdovsiyə ilkin razılaşmaya əsasən 2040 manat məbləğində pul vermişdir. Firdovsi də qısa zaman kəsiyində verdiyi vədi yerinə yetirəcəyini bildirmişdir. Lakin sonradan Firdovsiyi axtarsalar da, mobil telefonlarını dəyişmiş və Firdovsiyi tapa bilməmişlər. Hətta sonradan Firdovsi ilə əlaqə saxlaya bildikdə Firdovsi müxtəlif bəhanələr gətirərək onlara verdiyi yalan vədi yerinə yetirməmiş və aldadaraq Elşənə məxsus 3000 manat pulu, ona məxsus 2040 manat pulu, Etibara məxsus isə 1000 manat pulu dələduzluq edib ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan ümumilikdə 400 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o və həmkəndlisi Zərərçəkmiş şəxs5 İ Qarabağ müharibəsində iştirak etmişlər. Həmin müharibədə aldıqları xəsarətlərlə bağlı əlillik əldə edib, əlilliklə bağlı hər ay təqaüd almışlar. 2021-ci ilin iyul ayından etibarən verilən təqaüd kəsilmişdir. O və Habil də birlikdə bununla bağlı dövlət orqanlarına müraciət etmişlər. Lakin verilən təqaüdü geri bərpa edilə bilməmişdir. Bundan sonra 2023-cü ilin fevral ayında qudası Həsənov X13 adlı şəxslə tanış olmuş və Adil bildirmişdir ki, Firdovsi əlilliklə bağlı pensiyanın bərpa edilməsini həyata keçirə bilir və onlara da həmin işi həyata keçirə bilər. O da öz növbəsində bunu Habilə bildirmişdir. 19 fevral 2023-cü il tarixdə o, Habil, Adil və Adilin oğlu Nurlan birlikdə Firdovsi ilə ünvan 7 ünvanda yerləşən "Qardaşlar" kafesində görüş təyin edərək görüşmüşlər. Görüş zamanı Firdovsi əvvəllər dövlət işində işləməsini bildirərək, tanışları vasitəsi ilə əlilliklə bağlı təqaüdün verilməsini həyata keçirə bilməsini bildirmişdir. Bu zaman Firdovsinin söhbətləri onları inandırmışdır ki, Firdovsi ona və Habilə əlilliklə bağlı əvvəllər verilmiş təqaüdü bərpa edəcəkdir. Qeyd olunan işi isə 15 mart 2023-cü il tarixədək həll edəcəyini söyləmişdir. Ardınca onlar Firdovsidən həmin işi həyata keçirməsi üçün hansı miqdarda pul istəməsini soruşduqda, Firdovsi onların hər birindən 5000 manat məbləğində pulun verilməsinin lazım olduğunu bildirmişdir. Habil və o, bununla razılaşmışlar və ilkin olaraq Adil və Nurlanın iştirakı ilə Habil və o, hər biri 2000 manat məbləğində pulu Firdovsiyə vermişlər. Daha sonra Habil və o, yaşadığı Qax rayonuna qayıtmışlar. Habil və o, daimi olaraq işin hansı yerdə olması barədə Firdovsidən soruşmuşlar. Firdovsi isə narahat olmamağı və səbirli olub gözləmələrini tələb etmişdir. 2023-cü ilin mart ayının sonlarında Firdovsi ona zəng edərək geridə qalan 3000 manat məbləğində pulu istəyərək bildirmişdir ki, artıq işin həllinə az qalmışdır və həmin pulun verilməsi vacibdir. O da Firdovsiyə Ramazan ayı ilə əlaqədar oruc tutduğunu və Bakı şəhərinə gələ bilməyəcəyini bildirərək Ramazan ayından sonra Bakı şəhərinə gələrək verə biləcəyini bildirmişdir. Firdovsidə onunla razılaşmışdır. Bundan xeyli müddət keçməsinə baxmayaraq işin hansı yerdə qalması barədə Firdovsiyə zəng etsə də, Firdovsi mobil telefonu götürməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan ümumilikdə 500 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, o və həmkəndlisi Zərərçəkmiş şəxs4 İ Qarabağ müharibəsində iştirak etmişlər. Həmin müharibədə aldıqları xəsarətlərə bağlı əlillik əldə edib, əlilliklə bağlı hər ay təqaüd almışlar. 2021-ci ilin iyul ayından etibarən onlara verilən təqaüd kəsilmişdir. O və Əsəd də birlikdə bununla bağlı dövlət orqanlarına müraciət etmişlər. Lakin verilən təqaüd geri bərpa edilməmişdir. 2023-cü ilin fevral ayında Əsəd ona bildirmişdir ki, qudası Həsənov X13 adlı şəxslə tanış olmuş və həmin şəxs əlilliklə bağlı pensiyanın bərpa edilməsini həyata keçirə bilir. Bu minvalla 19 fevral 2023-cü il tarixdə o, Əsəd, Adil və Adilin oğlu Nurlan birlikdə Firdovsi ilə ünvan 7 ünvanda yerləşən “Qardaşlar” kafesində görüşmüşlər. Görüş zamanı Firdovsi əvvəllər dövlət işində işləməsini, tanışları vasitəsi ilə əlilliklə bağlı təqaüdün verilməsini həyata keçirə bilməsini söyləmişdir. Bu zaman Firdovsinin söhbətləri onları inandırmışdır ki, Firdovsi ona və Əsədə əlilliklə bağlı əvvəllər verilmiş təqaüdü bərpa edə bilər. Həmin işi isə 15 mart 2023-cü il tarixədək həll edəcəyini bildirmişdir. Bundan sonra Firdovsidən həmin işi həyata keçirməsi üçün hansı miqdarda pul istəməsini soruşduqda, Firdovsi onların hər birindən 5000 manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Əsəd və o, bununla razılaşmışlar və ilkin olaraq Adil və Nurlanın iştirakı ilə Əsəd və o, hər biri 2000 manat məbləğində pulu Firdovsiyə vermişlər. Bundan sonra Əsəd və o, yaşadığı Qax rayonuna qayıtmışlar. Əsəd və o, daimi olaraq işin hansı yerdə olması barədə Firdovsidən soruşmuşlar. Firdovsi isə narahat olmamağı, səbrli olub gözləməklərini onlardan tələb etmişdir. 2023-cü ilin mart ayının sonlarında Firdovsi ona zəng edərək geridə qalan 3000 manat məbləğində pulu ondan istəyərək bildirmişdir ki, artıq işin həllinə az qalmışdır və həmin pulun verilməsi vacibdir. O da Firdovsiyə yenə inanaraq həmin məbləğdə pulu 31 mart 2023-cü il tarixdə ünvan 7 ünvanda yerləşən "Qardaşlar" kafesində görüşərək 3000 manat pulu Firdovsiyə vermişdir. Bundan sonra daimi olaraq Firdovsi ilə əlaqə saxlayıb işin hansı yerdə olması barədə soruşduqda Firdovsi həll edəcəyini bildirmişdir. Daha sonra ona aydın olmuşdur ki, Firdovsi yalan vəd verdiyi işi həll edə bilməyəcəkdir və Firdovsiyə zəng edərək pulunu geri qaytarmasını istəmişdir. Firdovsi isə yenə də səbrli olmağını deyərək onu yola vermişdir. Odur ki, göstərilənlərə əsasən o, cavabdeh Təqsirləndirilən şəxs 5000 (beş min) manat məbləğində pulun və 71 (yetmiş bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, hal-hazırda təqsirləndirilən şəxs tərəfindən bugünədək ona dəymiş ziyandan ümumilikdə 1000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs2 İ Qarabağ müharibəsində iştirak etmişdir. Lakin müharibədə iştirak etməyinə baxmayaraq veteran vəsiqəsi əldə edə bilməmişdir. Buna görə də, həyat yoldaşı Etibar müxtəlif dövlət qurumlarına müraciət etmişdir. 2021-ci ilin oktyabr ayında həyat yoldaşı Etibar Firdovsi adlı şəxslə tanış olmuşdur. Firdovsi həyat yoldaşı Etibara 1000 manat müqabilində veteran vəsiqəsi almaqda köməklik edəcəyini bildirmişdir. Həmçinin sonradan Firdovsi Nuranəyə kiçik oğlunun məhkəmə qaydasında Nuranənin himayəsinə verilməsində 2040 manat məbləğində pula və Elşəni “Neft Daşlarında” fəhlə kimi işə düzəltmək üçün 3000 manat məbləğində pula köməklik edəcəyini bildirmişdir. 10 noyabr 2021-ci il tarixdə o, həyat yoldaşı Etibar, Nuranə, Elşən və Elşənin qardaşı Rəvan ilə birlikdə ünvan 3 ünvanda yerləşən "Şuşa" kafesində görüşmülər. Görüş zamanı həyat yoldaşı Etibar ona verdiyi vədə görə 1000 manat pulu Etibara vermişdir. Həmçinin Elşənə işə düzəldəcəyinə dair vəd verib 6000 manat pul istəmişdir. Lakin Elşənin həmin məbləğin çox olmasını bildirmişdir. Bundan sonra onlar 3000 manat məbləğində pula razılaşmışlar və həmin puldan 1000 manat məbləğini Elşən Firdovsiyə vermişdir. Bundan sonra 22 noyabr 2021-cı il tarixdə o, həyat yoldaşı Etibar, Nuranə, Elşən və Elşənin qardaşı Rəvan birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Fədək” adlı kafedə görüşmüşlər. Görüş zamanı Nuranə Firdovsinin verdiyi vədə görə 2040 manat məbləğində pulu vermişdir. Həmçinin Elşən də geri qalan 2000 manat məbləğində pulu Firdovsiyə vermişdir. Bundan sonra Firdovsi qısa zaman kəsiyində verdiyi vədə əməl edərək, həyat yoldaşı Etibara veteranlıq vəsiqəsini almağına, Nuranənin kiçik oğlunun ona məhkəmə qaydasında verilməsinə və Elşənin “Neft Daşlarında” fəhlə kimi işə düzəldəcəyinə dair söz vermişdir. Lakin Firdovsi verdiyi vədə əməl etməyərək qeyd olunan şəxsləri aldadıb pullarını ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs3 gəmi-motorist ixtisası üzrə texnikum təhsili almağına baxmayaraq heç bir işlə təmin olmamışdır. Buna görə qardaşı Elşən işlə təmin olmaq yolları axtarmışdır. Qardaşı Elşən tanışı olan Şakirə bildirmişdir. Həmçinin tanışı olan Nuranə adlı qadın keçmiş həyat yoldaşından boşanmasına baxmayaraq, məhkəmə qərarı ilə övladları keçmiş həyat yoldaşının himayəsinə verilmişdir. Hətta Nuranədə kiçik övladının öz himayəsinə məhkəmə qərarı ilə götürə bilmək üçün yol axtardığından Nuranədə bu barədə Şakirə bildirmişdir. Şakir isə tanışı Etibar adlı şəxsin olmasını və bu barədə Etibara müraciət edə biləcəklərini bildirmişdir. Bu minvalla Nuranənin yaşadığı ünvanda o, qardaşı Elşən, Şakir, Nuranə birlikdə Etibarla görüşmüşlər. Görüş zamanı qeyd olunanları Etibara bildirmişlər, Etibarda özü köməklik edə bilməsə də, tanışı Firdovsi adlı şəxsin olmasını və Firdovsinin Etibara veteran vəsiqəsi düzəldə biləcəyini bildirib, onların bildirdiklərini Firdovsiyə məsləhət edə biləcəyəni söyləmişdir. Bundan sonra Etibar Firdovsi ilə əlaqə saxlayıb qeyd olunanları Firdovsiyə bildirmişdir. Firdovsi də köməklik edə biləcəyini söyləmişdir. 10 noyabr 2021-ci il tarixdə o, qardaşı Elşən, Nuranə, Etibar və Etibarın həyat yoldaşı Gözəl ilə birlikdə ünvan 3 ünvanda yerləşən “Şuşa” kafesində görüşmüşlər. Görüş zamanı Etibar Firdovsinin veteran vəsiqəsi düzəltməsi üçün verdiyi vədə görə 1000 manat pulu Firdovsiyə vermişdir. Həmçinin qardaşı Elşənə Firdovsi işə düzəldəcəyinə dair vəd verib 6000 manat pul istəmişdir. Lakin Elşən həmin məbləğin çox olmasını bildirmişdir. Bundan sonra Elşən 3000 manat məbləğində pulu verə biləcəyini söylədikdən sonra Firdovsi Elşənlə razılaşmışdır və həmin yerdə və vaxtda Elşən Firdovsiyə 1000 manat məbləğində pulu vermişdir. Firdovsi 1 ay ərzində qardaşını “Neft daşlarında” fəhlə kimi işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra 22 noyabr 2021-ci il tarixdə o, qardaşı Elşən, Nurənə, Etibar, Etibarın həyat yoldaşı Gözəl ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Fədək” adlı kafedə görüşmüşlər. Görüş zamanı Nuranə Firdovsinin verdiyi vədə görə 2040 manat məbləğində pulu Firdovsiyə vermişdir. X15 söz vermişdir ki, 2 ay ərzində Nuranənin kiçik övladının Nuranənin himayəsinə məhkəmə qaydasında veriləcəyinə dair söz vermişdir. Həmçinin qardaşı Elşən də geri qalan 2000 manat məbləğində pulu Firdovsiyə vermişdir. Bundan sonra Firdovsi qısa zaman kəsiyində verdiyi vədə əməl edərək, Etibara veteranlıq vəsiqəsini almağına, Nuranənin kiçik oğlunun məhkəmə qaydasında Nuranəyə verilməsinə və qardaşı X16 fəhlə kimi işə düzəldəcəyinə dair söz vermişdir. Lakin Firdovsi verdiyi vədə əməl etməyərək qeyd olunan şəxsləri aldadıb pullarını ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2023-cü ilin fevarl ayında Bakı şəhəri, Xətai rayonunda yerləşən “Naxçıvanski” adlanan dairədə 1 manatlıq taksiyə minərək Bakı şəhəri, Xətai rayonunda yerləşən “Əhmədli” metrostansiyasına tərəf yola düşmüşdür. Bu zaman taksiyə bir nəfər Firdovsi adlı şəxsdə minmişdir. Taksidə hərəkətdə olan zaman Firdovsi ilə söhbətləşməyə başlamışlar. Söhbət əsnasında onun Ermənistan Respublikası, Əzizbəyov rayonunda anadan olmağını bildikdə Firdovsidə Naxçıvanda anadan olmasını bildirmişdir. Bundan sonra Firdovsi ona yerli kimi oturaraq çay içməyi təklif etmişdir. O da razılaşmış və birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 41 ünvanında yerləşən “Qardaşlar” adlı kafedə əyləşərək çay içmişlər. Həmin yerdə söhbətləşən zaman Firdovsi əvvəllər dövlət işində işləməsini bildirərək pensiya işlərini düzəldə bilməsi barədə bildirmişdir. O da qudası Zərərçəkmiş şəxs4 da əlilliklə bağlı təqaüd almasını, lakin son zamanlar təqaüdün kəsilməsini bildirmişdir. Bundan sonra Firdovsi həmin təqaüdü bərpa etdirə biləcəyini bildirmişdir. O da baş verənləri Əsədə bildirmişdir. Əsəd də öz növbəsində öz kəndlisi Zərərçəkmiş şəxs5 söyləmişdir. Bundan sonra o, Firdovsiyə zəng edərək görüş təyin etmişlər. 19 fevral 2023cü il tarixdə o, oğlu Nurlan, Əsəd və Habil birlikdə Firdovsi ilə ünvan 7 ünvanda yerləşən “Qardaşlar” adlı kafedə görüşərək söhbətləşməyə başlamışlar. Söhbət zamanı Firdovsi Əsəd və Habilə əvvəllər dövlət işində işləməsini və tanışlarının olmasını söyləyib əlilliklə bağlı təqüdün bərpa edilməsini həyata keçirə biləcəyini bildirmişdir. Bundan sonra Əsəd və Habil Firdovsiyə həmin işi hansı vaxta və hansı miqdarda pula həll edəcəyini soruşmuşlar. Bu zaman Firdovsi Əsəd və Habilə bildirmişdir ki, 15 mart 2023-cü il tarixədək təqaüd işini həll edəcək və bunun müqabilində hər birindən 5000 manat məbləğində pul istəmişdir. Əsəd və Habil də Firdovsiyə inanaraq razılaşmışlar və hər biri ayrı-ayrılıqda həmin yerdə və vaxtda 2000 manat pulu Firdovsiyə vermişlər. Bundan sonra onlar sağollaşıb ayrılmışlar. Lakin həmin gündən xeyli vaxt keçməsinə baxmayaraq Firdovsi həmin işi həyata keçirməmişdir. Çünki o, Əsəd və Habillə əlaqə saxlayaraq bu barədə maraqlanmışdır. Sonradan ona məlum olmuşdur ki, Firdovsi Habilə zəng edərək 31 mart 2023-cü il tarixdə ünvan 7 ünvanda yerləşən “Qardaşlar” kafesində görüşmüş və həmin yerdə geri qalan 3000 manat pulu da Habil Firdovsiyə vermişdir. Lakin bugünədək Firdovsi Əsəd və Habili aldadaraq verdiyi yalan vədi yerinə yetirməmiş və Habildən 5000 manat məbləğində pulunu, Əsədin isə 2000 manat pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2023-cü ilin fevral ayında atası Həsənov X13 adlı şəxslə tanış olmuş və Firdovsi əlilliklə bağlı təqaüdün bərpa edilə biləcəyini bildirmişdir. Atası Adildə öz növbəsində qudası Zərərçəkmiş şəxs4 bunları bildirmişdir ki, Əsəd əvvəllər əlilliklə bağlı təqaüd alsa da, sonradan həmin təqaüdü kəsilmişdir. Ardınca Əsəd də həmkəndlisi Habilə bu barədə söyləmişdir. Bu minvalla, o, atası Adil, Əsəd və Habil birlikdə 19 fevral 2023-cü il tarixdə Firdovsi ilə ünvan 7 ünvanda yerləşən “Qardaşlar” adlı kafedə görüşərək söhbətləşməyə başlamışlar. Söhbət zamanı Firdovsi Əsəd və Habilə əvvəllər dövlət işində işləməsini və tanışlarının olmasını söyləyib əlilliklə bağlı təqaüdün bərpa edilməsini həyata keçirə biləcəyini bildirmişdir. Bundan sonra Əsəd və Habil Firdovsiyə həmin işi hansı vaxta və hansı miqdarda pula həll edə biləcəyini soruşmuşlar. Bu zaman Firdovsi Əsəd və Habilə bildirmişdir ki, 15 mart 2023-cü il tarixədək təqaüd işini həll edəcək və bunun müqabilində hər birindən 5000 manat məbləğində pul istəmişdir. Əsəd və Habildə Firdovsiyə inanaraq razılaşmışlar və hər biri ayrı-ayrılıqda həmin yerdə və vaxtda 2000 manat pulu Firdovsiyə vermişlər. Bundan sonra sağollaşıb ayrılmışlar. Lakin həmin gündən xeyli vaxt keçməsinə baxmayaraq Firdovsi həmin işi həyata keçirməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, 31 mart 2023-cü il tarixdə ünvan 7 ünvanda yerləşən “Qardaşlar” kafesində Habil və Firdovsi görüşmüş və həmin yerdə geri qalan 3000 manat pulu da Habil Firdovsiyə vermişdir. Lakin bugünədək Firdovsi Əsəd və Habili aldadaraq verdiyi yalan vədi yerinə yetirməmiş və Habildən aldığı 5000 manat məbləğində pulu, Əsədin isə 2000 manat pulunu geri qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın ləğv olunaraq cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, HK-1/542 saylı material üzrə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13 iyun 2023-cü il tarixli qərar ləğv olunmuş, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (cild 1, i.v. 1); cinayət işinin icraata qəbul edilməsi haqqında 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 35); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 41-42); Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən verilmiş 7820 nömrəli sertifikatdan görünür ki, Zərərçəkmiş şəxs3 gəmi motorçusu ixtisası verilmişdir (cild 1, i.v. 54); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 55-56); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 68-69); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 89-91); “DVD-R” formatlı diskə baxış keçirilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd “DVD-R” formatlı disk götürülmüş və diskə baxış zamanı içərisində 02 ədəd səs yazısının qeydə alındığı 01 ədəd “Səs yazısı 1” və “Səs yazısı 2” adlı faylar aşkar edilmişdir. “Səs yazısı 1” adlı faylda qeyd olunan səs yazısına qulaq asdıqda cinayət işi üzrə Şahid2 ilə Təqsirləndirilən şəxs arasında baş verən mobil telefonda danışıqlar olması müəyyən edilmişdir. Həmin danışıqlarda Şahid2 işlərinin hansı yerdə olması barədə maraqlanır və Təqsirləndirilən şəxs narahat olmamasını, aralarında münasibətin olmasını bildirərək vəd etdiyi işin həll olacağını bildirir. “Səs yazısı 2” adlı faylda qeyd olunan səs yazısına qulaq asdıqda cinayət işi üzrə Şahid2 ilə Təqsirləndirilən şəxs arasında baş verən mobil telefonda danışıqlar olması müəyyən edilmişdir. Həmin danışıqlarda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X5 işi ilə bağlı məhkəmədə işinin qaydasında olacağına dair Şahid2 bildirir (cild 1, i.v. 108); təqdim etmə və götürmə aparılması haqqında 16 sentyabr 2023-cü il tarixli protokoldan və Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Rəhim Yusubov tərəfindən tərtib edilmiş həmin tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ona dələduzluq yolu ilə dəymiş 2040 manat məbləğində puldan 400 manat məbləğində pulu təhvil almışdır (cild 1, i.v. 109-110); qətimkan tədbirinin seçilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 111-113); cinayət işinin birləşdirilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi eyni maddə ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 1, i.v. 116-117); cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (cild 1, i.v. 121); hadisə yerinə baxış keçirilməsi haqqında 17 may 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, Əhmədli metrostansiyasının yanında yerləşən kafenin ətrafına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 132-133); cinayət işinin icraata qəbul edilməsi haqqında 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 137); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat İdarəsi tərəfindən verilmiş 079571 nömrəli vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs5 hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir (cild 1, i.v. 142); zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 143-144); Azərbaycan Respublikası “X14” İctimai Birliyi tərəfindən verilmiş 08586 nömrəli vəsiqənin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat İdarəsi tərəfindən verilmiş 079571 nömrəli vəsiqənin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikasının ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir (cild 1, i.v. 155-156); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 157-158); axtarışda olan şəxsin tutulması haqqında 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da tutulmuşdur (cild 1, i.v. 184); 16 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 1, i.v. 207-209); 16 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 1, i.v. 210-212); 16 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 1, i.v. 213-215); 16 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 1, i.v. 216-218); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 219-220); Azərbaycan Respublikası Milli X6 Birliyi tərəfindən verilmiş MQ 00190 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Milli Qəhrəmanıdır (cild 1, i.v. 236); “Varis” Şəhid Ailələri və X20 Birliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli Qarabağ əlilidir (cild 1, i.v. 237); “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi tərəfindən verilmiş 61266 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin birliyin üzvüdür; “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi tərəfindən verilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikası Qarabağ Uğrunda”, “Azərbaycan Respublikası Qarabağ Veteranı”, “Milli Ordu -100”, “Müharibə veteranı”, “AVMVİB – 25 il” medalları və “Böyük Zəfər” xatirə medalı ilə təltif olunmuşdur (cild 1, 238-242); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “X2 Bitməsinin 25 illik xatirəsinə” həsr olunmuş medalla təltif olunmuşdur (cild 1, i.v. 243-244); təqdim etmə və götürmə aparılması haqqında 17 iyul 2023-cü il tarixli protokoldan və Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Rəhim Yusubov tərəfindən tərtib edilmiş həmin tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs5 ona dələduzluq yolu ilə dəymiş 5000 manat məbləğində puldan 1000 manat məbləğində pulu təhvil almışdır (cild 1, i.v. 245-246); Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Rəhim Yusubov tərəfindən tərtib edilmiş 17 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 ona dələduzluq yolu ilə dəymiş 2000 manat məbləğində puldan 500 manat məbləğində pulu təhvil almışdır (cild 1, i.v. 247); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSYdən azad olunmuş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (cild 1, i.v. 248-249); təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmək haqqında 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir (cild 2, i.v. 1-3); Suraxanı RİHB-nın Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, i.v. 24); təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır (cild 2, i.v. 25-27); 28 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 2, i.v. 29-31); 28 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 2, i.v. 32-34); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi olan cinayət işinin icraatına xx.xx.2024-cü il tarixdə CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir; Şərur Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq olunmaqla 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilməklə əməl CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş və qəti 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla azad edilmişdir; Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-88/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla CM-nin 178.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilərək məhkəmə iclas zalında azad edilmişdir (cild 2, i.v. 35-38); qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, tutulduqda Xətai RPİ-nin İŞ-nə təqdim olunması qərara alınmışdır (cild 2, i.v. 43-44); qətimkan tədbirinin seçilməsi haqqında 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 76-78); sübutların qiymətləndirilməsi haqqında 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə xx.xx.2023cü il tarixdə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, xx.xx.2023-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış, diskə baxış və üzləşdirmə protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün bu barədə cinayət təqibinə xitam verilmiş, 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, i.v. 84-98); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sağ budun orta 1/3 qəlpə yaralanmasından sonra İİ dərəcəli əlillik təyin edilmişdir; “X12” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli epikrizin surətindən görünür ki, Təqsirləndirilən şəxs stenokardiyanın digər formaları, digər ikincili hipertenziya, insulindən asılı şəkərli diabet, sol mədəcik çatmamazlığı diaqnozu qoyulmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin 28 fevral 2024-cü il tarixdən hesablanması hökm edilmişdir; qanuni qüvvəyə minmiş hökmün icrası barədə göstərişdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü 27 mart 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 1000 manat müqabilində qısa müddət ərzində veteran vəsiqəsinin verilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Şuşa” kafesində 1000 manat məbləğində pulunu ələ keçirdiyi İ epizod üzrə, həmçinin tanışı Zərərçəkmiş şəxs3 qısa müddət ərzində onun SOCAR «Neft Daşları» X21 İdarəsinə fəhlə kimi işə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Şuşa” kafesində 1000 manat və xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən "Fədək" kafesində 2000 manat pul vəsaitini almaqla, ümumilikdə 3000 (üç min) manat məbləğində pulunu ələ keçirdiyi İİ epizod üzrə, habelə tanışı Zərərçəkmiş şəxs1 qısa müddət ərzində kiçik oğlu X1 ərinin himayəsindən məhkəmə yolu ilə alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Fədək” kafesində 2040 manat məbləğində pulunu ələ keçirdiyi İİİ epizod üzrə əməllərinin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə, ittiham aktında qeyd olunan İ, İİ və İİİ epizodlar üzrə cinayət əməllərinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmalarını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, həmin epizodlar üzrə cinayət əməllərinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə baş verməsini, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizodlar üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan İ, İİ və İİİ epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə xitam verildiyindən, onun təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs4 5000 manat müqabilində qısa müddət ərzində əlilliklə bağlı təqaüdün bərpa olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanda yerləşən “Qardaşlar” kafesində ilkin ödəniş kimi 2000 manat pul vəsaitini alıb ələ keçirdiyi İV epizoddan “təkrarən” sözü xaric edilməlidir. Bundan əlavə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 qarşı törətdiyi dələduzluq əməli üzrə İV epizoddan “təkrarən” sözünün xaric edilməsi, həmçinin İ, İİ və İİİ epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməsi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı qismən ödəməsini, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, İİ dərəcəli əlil olmasını və digər xəstəliklərdən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin üzvü olmasını, Azərbaycan Respublikasının müstəqilliyi və bütovlüyü uğrunda aparılan döyüşlərdə iştirak etməsini və müxtəlif medallarla təltif olunmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün icrası barədə göstərişə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün 27 mart 2024-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 2021 ci və 2023-cü illərdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəməməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun 21 mart 2023-cü il tarixdən 23 mart 2023-cü il tarixədək, 15 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM- 69.3), ittiham aktında qeyd olunan İ, İİ və İİİ epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 39.1.3-cü maddəsinə əsasən həmin epizodlar üzrə icraata xitam verilməli, cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs5 mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs 5000 (beş min) manat məbləğində pulun və 71 (yetmiş bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməklə sonuncuya 5000 manat məbləğində maddi ziyan vurması təsdiq edilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 vurduğu maddi ziyandan 1000 manat məbləğində ödəniş etməsi müəyyən edildiyindən və zərərçəkmiş şəxs də həmin pulu təhvil almasını etiraf etdiyindən, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 4000 (dörd min) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs5 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçının iddia tələbinin qismən təmin olunması nəzərə alınaraq 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu tərəflər arasında müştərək qaydada bölünərək 56.8 (əlli altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs5 xeyrinə ödənilməli, qalan hissəsi isə mülki iddiaçının hesabına aid edilməlidir. İş üzrə məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdən 23 mart 2023-cü il tarixədək, 15 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 1000 manat müqabilində qısa müddət ərzində veteran vəsiqəsinin verilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Şuşa” kafesində 1000 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməsi (İ epizod), həmçinin tanışı Zərərçəkmiş şəxs3 qısa müddət ərzində onun SOCAR «Neft Daşları» X21 İdarəsinə fəhlə kimi işə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Şuşa” kafesində 1000 manat və xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən "Fədək" kafesində 2000 manat pul vəsaitini almaqla, ümumilikdə 3000 (üç min) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməsi (İİ epizod), habelə tanışı Zərərçəkmiş şəxs1 qısa müddət ərzində kiçik oğlu X1 ərinin himayəsindən məhkəmə yolu ilə alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Fədək” kafesində 2040 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməsi (İİİ epizod) ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 4000 (dörd min) manat və dövlət rüsumuna görə 56.8 (əlli altı manat səksən qəpik) manat, ümumilikdə 4056.8 (dörd min əlli altı manat səksən qəpik) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs5 xeyrinə ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar