Məhkəmə qərarları › İş №1(011)-104/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-104/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-104/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Mirzəyeva Ünsiyyət Hacımehdi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxx 1991-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bır qrup şəxs halında 11 oktyabr 2020-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 92 saylı evin qarşısına gəldikdən sonra, Təqsirləndirilən şəxs2 gələn olarsa xəbər vermək üçün pəncərənin altında dayanmış, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs məxsus Xətai rayonu, ünvan 5-ya yataq otağının pəncərəsini əhatə edən dəmir barmaqlığı sındırıb, pəncərəni güc tətbiq edib açmaq yolu ilə qanunsuz daxil olmuş, həmin mənzilin mətbəx otağında tapdığı vintaçanla evin giriş qapısının kilidini sındırıb açdıqdan sonra, Təbriz İslamzədə də həmin qapıdan yaşayış sahəsinə qanunsuz daxil olmaqla, mənzilin mətbəx otağında yerləşən Zərərçəkmiş şəxs məxsus 200 manat dəyərində 01 ədəd paltaryuyanı, 480 manat dəyərində 01 ədəd televizoru, 180 manat dəyərində su qızdırıcını və 130 manat dəyərində qaz sobasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 990 manat ziyan vuraraq oğurluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 oktyabr 2020-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 92 saylı evin qarşısına gəldikdən sonra, Təbriz İslamzədə gələn olarsa xəbər vermək üçün pəncərənin altında dayanmış, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs məxsus Xətai rayonu, ünvan 5-ya yataq otağının pəncərəsini əhatə edən dəmir barmaqlığı sındırıb, pəncərəni güc tətbiq edib açmaq yolu ilə qanunsuz daxil olmuş, həmin mənzilin mətbəx otağında tapdığı vintaçanla evin giriş qapısının kilidini sındırıb açdıqdan sonra, Təqsirləndirilən şəxs2 də həmin qapıdan yaşayış sahəsinə qanunsuz daxil olmaqla mənzilin mətbəx otağında yerləşən Zərərçəkmiş şəxs məxsus 200 manat dəyərində 01 ədəd paltaryuyanı, 480 manat dəyərində 01 ədəd televizoru, 180 manat dəyərində su qızdırıcını və 130 manat dəyərində qaz sobasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 990 manat ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmir və Xətai rayonunun ərazisində müxtəlif yerlərdən metal yığıb pul müqabilində metal qəbulu yerlərinə satır. Beləcə öz maddi ehtiyaclarını qarşılayırmış. Oktyabr ayının 10-da cibində pulu olmadığına görə, maddi ehtiyaclarım qarşılamaq üçün, oğurluq etmək qərarına gəlmişdir. O, yaxınlıqdakı məhəllələri gəzib oğurluq etməyə münasib yer axtarırmış. Babək prospekti 92 ünvanında blokların birinin qarşısından keçən zaman, orada dəmir barmaqlıq olan pəncərə diqqətini çəkmişdir. Həmin pəncərənin qarşısına yaxınlaşan zaman, dəmir barmaqlığın yaxşı bağlanmadığını və həmin pəncərənin işığının yanmadığının şahidi olmuşdur. Gecə saat 00 radələhndə dostu Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanının qarşısına getmiş və dostu Təbrizin həmin binanın həyətində gəzişdiyini görmüşdür. Onunla bir az söhbət etdikdən sonra, Təbrizə oğurluq etmək üçün münasib yer tapdığını demiş və oğurluq etmək üçün köməyə ehtiyacı olduğunu bildirmişdir. Təbrizin də maddi vəziyyəti yaxşı olmadığından, onunla razılaşmışdır. Gecə saat 01 radələhndə Təbriz ilə birlikdə oğurluq edəcəyi binanın qarşısına gəlmişdir. Həmin dəmir barmaqlığın mismar ilə bərkidildiyini görüb, mismarı çıxarmış, pəncərəni güc tətbiq etmək yolu ilə açmış və mənzilə daxil omuşdur. O, mənzilə daxil olan zaman, Təbriz həmin pəncərənin qarşısında ona kömək etmək üçün gözləyirmiş. O, mənzili axtarmağa başlamış və oğurluq etmək üçün əşyalar olduğunu görmüşdür. Əvvəlcə mənzilin mətbəxində yerləşən 01 ədəd ağ rəngli “Ariston” markalı paltaryuyanı, 01 ədəd boz rəngli qaz sobasını, 01 ədəd qara rəngli markasını xatırlamadığı televizoru və 01 ədəd su qızdırıcısını sürütləyərək, mənzilin giriş qapısının qarşısına qoymuş və giriş qapısının kilidini sındırmaq üçün evin mətbəxinə getmişdir. Orada şkafların birində vintaçan diqqətini çəkmiş, vintaçanı mətbəxdən götürərək, giriş qapısına yaxınlaşmış və vintaçan ilə giriş qapısının kilidini qıraraq açmışdır. Qapı açıldıqdan sonra çölə çıxmış və dostu Təbrizi oğurladığı əşyaları daşımaq üçün köməyə çağırmışdır. Təbriz ilə əvvəllcə oğurladıqları qaz sobası ilə televizoru götürüb, Təbrizin yaşadığı binada yerləşən blokların birində olan açıq saxlanc yerinə qoymuş və daha sonra digər oğurladıqları paltaryuyan ilə su qızdırıcısını götürüb həmin saxlanc yerinə qoymuşlar. Oğurladıqları əşyaların hamısını yerləşdirdikdən sonra, Təbrizlə sağollaşıb evə getmişdir. Oğurluq etməyi barədə evdə heç kimə deməmişdir. Səhər oyanandan sonra qaz sobasını anası və həyat yoldaşının xəbəri olmadan evə aparmış və dolabda gizlətmişdir. Səhər saatlarında məhəlləyə düşən zaman, oradan metal qəbul edən tanımadığı şəxsləri görmüş və həmin şəxslərə yaxınlaşaraq, onda su qızdırıcısı və qaz sobası olduğunu və satmaq istədiyini bildirmişdir. Həmin şəxslər razılaşdıqdan sonra su qızdırıcısına görə 13 manat, qaz sobasına görə 30 manat nağd pul verib həmin əşyaları götürüb ərazidən uzaqlaşmışlar. Əşyaları satdıqdan sonra evə gəlmiş, həmin gün günorta saatlarında evdən çıxaraq blokdakı saxlanc yerinə qoyduğu televizoru götürüb “8-ci km bazarı” adlanan yerə gəlmişdir. Bazara daxil olmuş, televizoru yanında saxlayaraq “televizor satıram” deyərək ətrafdakı insanlara səslənmişdir. Həmin zaman tanımadığı bir şəxs ona yaxınlaşaraq, televizorun qiyməti ilə maraqlanmışdır. O, pula ehtiyacı olduğu üçün 100 manata satdığını bildirmişdir. Həmin şəxs onunla razılaşaraq, cibindən 100 manat çıxarıb ona vermişdir. O, pulu cibinə qoyub, televizoru həmin şəxsə vermiş və ərazidən uzaqlaşmışdır. Evə gələn zaman, Təbrizin yaşadığı binanın qarşısına getmiş, Təbrizin məhəllədə əyləşdiyini görüb ona yaxınlaşmış və satdığı əşyalardan əldə etdiyi puldan 20 manat Təbrizə verib yaşadığı mənzilə getmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmir və işləmədiyi üçün öz maddi ehtiyaclarını ödəyə bilmirmiş. 10 oktyabr 2020-ci il tarixdə, axşam saatlarında yaşadığı Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 saylı evin qarşısında gəzişdiyi zaman, dostu Təqsirləndirilən şəxs1 gəldiyini görmüşdür. Fuad ona yaxınlaşaraq görüşmüş və söhbət etməyə başlamışlar. O, Fuad ilə bir qədər söhbət etdikdən sonra, sonuncu ona maddi ehtiyaclarını ödəyə bilməməsi səbəbindən, oğurluq etmək qərarına gəldiyini bildirmişdir. Fuad ona hətta oğurluq etmək üçün münasib yer tapdığını yə oğurluq etmək üçün köməyə ehtiyacı olduğunu da bildirmişdir. O da, maddi ehtiyaclarını ödəyə bilmədiyi üçün, Fuadın oğurluq etmək qərarı ilə razılaşmışdır O, Fuad ilə birlikdə təxminən saat 01 radələrində oğurluq edəcəkləri binanın qarşısına getmişdirlər. Həmin binanın qarşısına çatdıqda, Fuad oğurluq edəcəkləri mənzili ona göstərmişdir. Onlar həmin mənzilin pəncərəsini əhatə edən dəmir barmaqlığın mismar ilə bərkidildiyini görmüş və bundan sonra Fuad həmin dəmir barmaqlığın bərkidildiyi mismarı çıxarıb mənzilə daxil olmuşdur. O, isə Fuada kömək etmək üçün həmin pəncərənin qarşısında onu gözləmişdir. Bir qədər vaxt keçdikdən sonra Fuadın çölə çıxaraq onu səslədiyini görmüşdür. O, Fuada yaxınlaşdıqda, sonuncu mənzilin giriş qapısının kilidini sındıraraq, qapını açdığını və oğurladıqları əşyaları mənzilin giriş qapısının qarşısına qoyduğunu bildirmiş və ondan həmin əşyaları daşımaq üçün kömək etməyini istəmişdir. Onlar birgə mənzilin giriş qapısına yaxınlaşmış və həmin an o, Fuadın 01 ədəd televizoru, 01 ədəd paltaryuyanı, 01 ədəd su qızdırıcı və 01 ədəd qaz sobasını içəridə giriş qapısının qarşısına qoyduğunu görmüşdür. O, Fuad ilə ilk öncə köməkləşərək qaz sobası ilə televizoru götürüb, onun yaşadığı binada yerləşən blokların birində olan açıq saxlanc yerinə qoymuş və daha sonra, paltaryuyan ilə su qızdırıcısını götürüb həmin saxlanc yerinə qoymuşlar. Oğurladıqları əşyaları hamısını yerləşdirdikdən sonra o, Fuad ilə sağollaşmış və yaşadığı mənzilə getmişdir. 11 oktyabr 2020-ci il tarixdə o, yaşadığı binanın qarşısında gəzişdiyi zaman, Fuad ona yaxınlaşaraq görüşmüş və oğurluq etdikləri əşyaları satdığını bildirmişdir. Bundan sonra Fuad, cibindən 20 manat pul çıxarmış və ona vermişdir. O, 20 manat məbləğində pulu Fuaddan aldıqdan sonra, Fuad ondan ayrılaraq uzaqlaşmışdır. Oğurluq yolu ilə əldə etdiyi 20 manat məbləğində pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 92 saylı evin 56 saylı mənzili ona məxsusdur. Həmin evdə daimi yaşayış olmasa da o, tez-tez həmin mənzilə baş çəkirmiş. 07 oktyabr 2020-ci il tarixdə, saat 23 radələrində Xətai rayonu, ünvan 5 ünvanına getmiş və pəncərələri açaraq evi havalandırmışdır. Təxminən 10-15 dəqiqə keçdikdən sonra həmin mənzilin pəncərələrini bağlayaraq, mənzili tərk etmiş və Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsində yerləşən yaşadığı mənzilə yollanmışdır. 14 oktyabr 2020ci il tarixdə, saat 13 radələrində Xətai rayonu, Babək prospektində yerləşən ona məxsus olan mənzilə getdiyi zaman, mənzilin giriş qapısının kilidinin sındırıldığının şahidi olmuşdur. O, mənzilin giriş qapısını əli ilə itələdiyində, qapının açıldığının şahidi olmuşdur. O, mənzilə daxil olduqda, yataq otağının içərisinin dağınıq vəziyyətdə olduğunu və pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, mənzilin mətbəxinə nəzər yetirdiyi zaman, mətbəxdə olan 650 manat dəyərində ağ rəngli markasını xatırlamadığı 01 ədəd paltaryuyanın, 480 manat dəyərində qara rəngli markasını xatırlamadığı 01 ədəd televizorun, 180 manat dəyərində qara rəngli markasını xatırlamadığı su qızdırıcının və 130 manat dəyərində qara rəngli qaz plitəsinin oğurlandığını aşkar etmişdır. O, mənzilin yataq otağının pəncərəsinin açıq vəziyyətdə olmasından şübhələndiyi üçün, mənzilin arxa tərəfinə keçmiş, mənzilin pəncərəsinə nəzər yetirən zaman, pəncərəni əhatə edən dəmir barmaqlığın sındırıldığını aşkar etmişdir. Bundan sonra o, usta dəvət edərək mənzilin giriş qapısının kilidini və yataq otağının pəncərəsini əhatə edən dəmir barmaqlığını təmir elətdirmişdir. Daha sonra DİN-nin 102 xidmətinə zəng edərək, ona məxsus mənzildən oğurluq cinayətinin baş verməsi barədə məlumat vermişdir. Xətai rayonu, Babək prospekti, 92 saylı evin 56 saylı mənzilindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1440 manat məbləğində ziyan dəymişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri etirafedici ifadələr ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd üzərində istehsal yerinə və markalanma göstəricilərinə dair heç bir məlumat olmayan, 7 kq tutumlu paltaryuyan maşının işlənmə dərəcəsi nəzərə alınmaqla, 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri 200 manat müəyyən edilir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd üzərində istehsal yerinə və markalanma göstəricilərinə dair heç bir məlumat olmayan, 7 kq tutumlu paltaryuyan maşın maddi sübut kimi tanınmış və sahibinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2 Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının 2208 saylı, 04.11.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 yüngül əqli gerilik (debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Onun hal-hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2 Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının 1231 saylı, 09.06.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzvi şəxsiyyət pozuntusu diaqnozlu psixi xəstəlik aşkar edilir. Onda müəyyən edilən üzvi şəxsiyyət pozuntusu öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamaq dərəcəsində ifadə olunmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs1 ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin Təqsirləndirilən şəxs1 müəyyən edilən şəxsiyyət pozuntusu ilə əlaqədar o, cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs1 anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CMnin 22-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs1 müəyyən edilən üzvi şəxsiyyət pozuntusu formasında psixi pozuntu hal-hazırda natamam kompensasiya vəziyyətindədir və buna görə də, onun əməli Azərbaycan Respublikası CM-nin 22.2-ci maddəsinin təsiri altına düşür. Hazırki psixi vəziyyətə görə Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı var, buna görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi məqsədəmüvafiqdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ikinci dərəcəli əlildir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-634/2020 nömrəli, 17 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 633/2020 nömrəli, 17 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmiş, onun barəsində 3 (üç) ay müddətində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, 09 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkanı tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 21 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 22 oktyabr 2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 11.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) gününü çəkmiş, 20 (iyirmi) gün çəkilməmiş cəzası qalmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasını çəkib qurtarmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2012 və 2014-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslərə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, onlarda psixi pozuntunun olmasını, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətdiyini, təqsirləndirilən şəxslərin törətdikləri əməlini səmimi etiraf etmələrini, əməllərindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini və Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli hökmü çıxarıldıqdan sonra hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və həmin hökm üzrə təyin edilmiş cəzasını çəkib qurtarmadığını nəzərə alaraq hesab edir ki, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə iş üzrə keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1.3-cü maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Digər tərəfdən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun 15 oktyabr 2020-ci il tarixdən 15 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus bir ədəd 7 kq tutumlu paltaryuyan maşının sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, ünvan 6 ünvanında yerləşən "xxxx" MMC-nin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 20 (iyirmi) gün hissəsi hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən, tibbi xarakterli məcburi tədbir olaraq, Təqsirləndirilən şəxs1 məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 15 oktyabr 2020-ci il tarixdən 15 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum edilmiş Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınan – Zərərçəkmiş şəxs məxsus bir ədəd 7 kq tutumlu paltaryuyan maşının sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, ünvan 6 ünvanında yerləşən "xxxx" MMC-nin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar