Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-105/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, bir uşaq atası, fərdi qaydada işləyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, ev 26, mənzil 141 ünvanda qeydiyyatsız yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni (qurudulmuş marixuana) qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə saat 20:55 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Otdıx» restoranının yanında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,678 qram və 4,649 qram olmaqla, ümumi çəkisi 9,327 qram olan 2 büküm narkotik vasitə olan qurudulmuş marixuananı 120 manata qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış və xx xxxxxxx 2020-ci il tarixdə saat 21:20 radələrində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov prospektində fəaliyyət göstərən “X2” yanında Hərbi vəziyyət rejimi ilə əlaqədar 1 nömrəli stasionar postda xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPhnin 37-ci polis şöbəsinin inzibati bınasina gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamam həmin narkotik vasitə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf polietilen paketlərdə aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir və bir azyaşlı uşağı var. Səsyazma studiasında işləyir. İlk dəfə narkotik vasitə olan marixuananı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Otdix” restoranın yanında tanımadığı şəxsdən almışdır. Həmin şəxs 120 manat müqabilində iki büküm qurudulmuş ot şəklində olan marixuananı ona satmışdır. Daha sonra həmin narkotiki əynindəki cins şalvarının sağ yan cibinə qoyub üzərində daşımış, gec saat olduğundan piyada yaşadığı evə getmək istədikdə saat 21:20-də X1 yanından keçərkən komendant saatı ilə əlaqədar polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonra digər polis əməkdaşlarına məlumat verilmiş və həmin polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyi dedikdə, o, əynindəki göy rəngli cins şalvarının cibindən bır qədər əvvəl aldığı narkotik vasitə olan marixuananı təqdim etmişdir. Bundan sonra polis əməkdaşları çəkiliş aparmaqla vəkilin iştirakı ilə baş verənləri protokollaşdırmışlar. Daha sonra təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, cəmi bir dəfə qurudulmuş marixuananı siqaret kimi çəkdiyini səmimi etirafını, himayəsində bir yaşlı uşağının olmasını, ilk məhkumluğunu, artıq səhvini dərk etdiyini bir daha belə səhvə yol verməyəcəyini qeyd edərək ona körpə balasına görə bir şans verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində bildirmişdir ki, hazırda Xətai RPİ-nin 37-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. Belə ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 21:20 radələrində Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytanantı Şahid1 ilə birlikdə polis şöbəsində əməliyyat qrupunun tərkibində xidmətdə olduqları zaman ölkə ərazisində tətbiq edilən hərbi vəziyyətlə əlaqədar komendant saatı zamanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində quraşdırılmış 1 nömrəli stasionar postda xidmət aparan polis əməkdaşları tərəfindən bir nəfər şəxsin narkotik vasitə təsiri altında olmasına və üzərində narkotik vasitə ola biləməsinə şübhələr yarandığından, həmin şəxs barəsində araşdırma aparılması üçün posta dəvət edilmişlər. Burdan sonra, qeyd olunan stasionar posta gəldikdə həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və o, 37-ci PŞ-nə dəvət edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitə təsiri altında olmasına və üzərində narkotik vasitə ola bilməsinə görə şübhələr olduğundan, onun üzərinə şəxsiaxtarış və götürmə aparılması zərurəti yarandığından, PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri İzah edilmiş va onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının cibindən iki ədəd sellofan bağlama çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin iki ədəd sellafon bağlamanın içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəkı ot şəkilli kütlələrin narkotik maddə olan "marixuana” olmasını bildirmişdir. Həmin bükümdəki maddələr tərəfindən elektron tərəzidə çəkiləri çəkilmiş və həmin sellofandakı ot şəkilli kütlənin birinin çəkisi 4,95 qram, digər sellofan bükümdə olan kütlənin çəkisinin 4,99 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik maddələri nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri saat 20:55 radələrində Bakı şəhəri, Nəsimi rayonu, "Otdıx” restoranın yanından tanımadığı şəxsdən özünün istifadəsi üçün 120 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid polis leytanantı Şahid1 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid2 və təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən iki ədəd selofana bükülmüş qurudulmuş ot şəkilli maddə aşkar edilmişdir, birinin çəkisi 4.95 qram, digərinin çəkisi 4.99 qram olmuşdur. Təqsirləndirilən şəxs ot şəkilli maddəni təqdim edərək narkotik vasitə marixuana olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 120 manat müqabilində aldığını qeyd etmişdir. Axtarış Panasonic markalı videokamera vasitəsi ilə bir ədəd “CD” diskə çəkilmiş və iş materiallarına sübut kimi əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-bioloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 7/766 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Şübhəli şəxs.... Kərim.H.E» yazılar və imzalar olan zərfdə 02 ədəd ağız hissəsi bağlanan kiçik şəffaf polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkisi - 4,678 qram; 4,649 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 9,327 qramdır, tədqiqata 0,4 qram sərf edildikdən sonra qalıq çəkisi 9,287 qram qalmışdır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3095 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanıma haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9,327 qram narkotik vasitə marixuana iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış tədqiqatdan sonra qalıq qalmış 9,287 qram qurudulmuş marixuana saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqıda iltizam ” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə MSY-dən həbsdən azad edilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və X3 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi 35–də yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlu X4 adlı bir azyaşlı uşağı var. İş materiallarında olan 43 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni (qurudulmuş marixuana) qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı yetkinlik yaşına çatmayan uşağının olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, ilk dəfə cinayət törətməsi, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halın mövcud olması, ağırlaşdırılan halların olmaması, himayəsində bir azyaşlı uşağının olması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə olınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqıda iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.287 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı zaman narkotik vasitə qurudulmuş marixuananın üzərindən aşkar edilərək götürülməsini əks etdirən 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – 66.46 (altmış altı manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmişbaşqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,287 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman çəkilişi əks etdirən 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 66.46 (altmış altı manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-105/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-105/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver