Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-105/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, tərcüməçi X1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Mirzəyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 13.04.2018-ci tarixdən hesablanmaqla 11.04.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 154,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli 2(012)-2859/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Xətai Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona 07.01.2020-ci il, 06.08.2021-ci il və 16.09.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimatda göstərilən 26.08.2021-ci il tarixədək 5306,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin,şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Azərbaycan dilində sərbəst danışır və başa düşür. 31.05.2014-ci il tarixdə Viktoriya Vladislavovna ilə rəsmi qaydada nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 11.04.2015-ci il tarixdə qızları X3 anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da, daha sonra münasibətləri pozulmuşdur. Birlikdə təxminən 2 il yaşamışlar, Konfliktlər olduğundan Viktoriyanın evindən çıxıb getmişdir. Viktoriya uşağın saxlanılmasından ötrü alimentin alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 31.05.2018ci il tarixli, 2(012)-2859/2018 №-li qətnaməsinə əsasən ondan uşağın yetkinlik yaşıına çatanadək saxlanılması üçün 13.04.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat məbləğində alimentin tutulması qət edilmişdir. Lakin bir müddət işsiz olduğu üçün ödəmə edə bilməmişdir. 05.11.2019-cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Ona məlumdur ki, barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən təqdimat verilən 26.08.2021-ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı cəmi 5306,00 manat təşkil etmişdir. Hal hazırda işləyir və hər ay 400 manat ödəniş etməyə çalışacaqdır. İlk məhkumluğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 31.05.2014-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi qaydada nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan 11.04.2015-ci il tarixdə qızı X3 anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da daha sonra münasibətləri pozulmuş, Oleq ilə anasının evində yaşamışlar, Oleq hansısa şirkətdə elektrik işləmiş, qazancı işdən asılı olaraq 500- 800 manat olmuş, lakin qazandığını öz ehtiyaclarına xərcləmiş, o isə anasının hesabına dolanmışdır. Təqsirləndirilən şəxs uşağı ilə maraqlanmamış və uşağın böyüdülməsi üçün maddi-mənəvi yardım göstərməmişdir. Birlikdə təxminən 2 il yaşamışlar, Oleq qazandığını spirtli içkilərə xərclədiyi səbəbindən münasibətləri pisləşmiş və sonra aralarında konflikt olduğu üçün evdən çıxıb getmişdir. Bu səbəbdən uşağın saxlanılmasından ötrü alimentin alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Abşeron Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli, 2(012)-2859/2018 №-li qətnaməsinə əsasən Təqsirləndirilən şəxs uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.04.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat məbləğində alimentin tutulması qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs maddi imkanı olduğu halda, uşağına lazımi maddi köməklik etməmişdir. Təqsirləndirilən şəxs 05.11.2019-cu il tarixdə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin bundan nəticə çıxarmamış, açıq şəkildə aliment ödəməyəcəyini bildirmişdir. Oleqin təqdimat verilən 26.08.2021-ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı 5306,00 manat təşkil etmişdir. Bu səbəbdən şikayətçi olduğunu və Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2859 saylı 31.05.2018-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 11.04.2015ci il təvəllüdlü övladının saxlanması üçün 13.04.2018-ci il tarixdən başlayaraq hər ay ümumilikdə 154 manat məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi 11.07.2018-ci il tarixdə Xətai rayon icra şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar və bildiriş tərəflərə göndərilmişdir. İcra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş və Xətai Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya tələbin təmin olunmasına dair təkrar olaraq xəbərdarlıq verilmiş, lakin aliment ödənişi həyata keçirilməmişdir. Hal-hazırda borclunun 5306 manat aliment borcunun qaldığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Şahid2 verdiyi ifadə Şahid1 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinn 31.05.2018-ci il tarixli 2(012)- 2859/2018 nömrəli qətnaməsindən məlum olur ki, iddiaçı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Bakışəhəri, Xətai rayonu Qeydiyyat Şöbəsində bağlanmış 31.05.2014-cü il tarixli 441 nömrəli nikah qeydi ləğv edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş 11.04.2015-ci il təvəllüdlü X3 adlı uşaqları anası Zərərçəkmiş şəxs himayəsində saxlanılmış və 11.04.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay 154 manat məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan 11 iyul 2018-ci il tarixli Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinn 31.05.2018-ci il tarixli 2(012)-2859/2018 saylı qətnaməsi üzrə icraata başlanılmış və 10 gün müddətində könüllü icrası barədə məlumatlandırılmışdır. İş materiallarında olan 17.01.2019-cu il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borcun ödənilməsinə dair qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs 23.05.2019-cu il tarixdə 450 manat və 07.06.2019-cu il tarixdə 350 manat ödəniş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 3(011)-2280/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 01.03.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədinin icra edilmədi üçün Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19.11.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və yuxarıda şərh olunan mötəbər və mümkün sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Konstitusiya Məhkəməsı Plenumunun 02 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Kərimov və Qeyrilərinin Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı PROTOKOL Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan hökumətlər, 1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra “Konvensiya” adlanacaq) İ bölməsinə və 1952-ci il martın 20-də Parisdə imzalanmış Konvensiyaya dair Birinci Protokolun 1,2 və 3-cü maddələrinə artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda tədbirlər görmək əzmində olaraq, aşağıdakılar barədə razılığa gəldilər: M a d d ə 1. Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması. Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-105/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-105/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver