Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-106/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi – 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1969-cu il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunda anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, İlqar Həbibov küçəsi ev 34A unvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, özgənın əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə guya vəkil olmaqla özünü Elnarə kimi təqdim etdiyi Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun əri Şahid3 əlil kimi pensiya təyin edilməsində, həmçinin iş yoldaşı Şahid1 müsbət qiymətlər almaqla müəllimlərin sertifikasiya imtahanından keçirilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsəsi güdmayıb hər hansı ışın gorulması marağında olmadan bu məqsədlə 17 yanvar 2024-cü il tarixdə saat 17:11-də Astara şəhəri, Səməd Vurğun küçəsində "Rahat" marketdə quraşdırılmış "MilliÖn" ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs1 tərəfindən onun adına olan "xxxx" ASC-nin 416974******6610 nömrəli hesab kartına 4.000 manat, 31 yanvar 2024-cü il tarixdə saat 17:13-də həmin ünvanda həmin terminaldan 500 manat. 04 fevral 2024-cü il tarixdə saat 12:17-də Astara şəhəri, Heydər Əliyev prospektində "Nur İnşaat mağazasında quraşdırılmış "Million" ödəmə terminalından 2.000 manat, 05 fevral 2024-cü il tarixdə saat 10:37-də Astara şəhəri, Səməd Vurğun küçəsində "Rahat" marketdə quraşdırılmış "Million" ödəmə terminalından 1.500 manat, 07 fevral 2024-cü il tarixdə ünvan 2 ünvanda Zərərçəkmiş şəxs1 "Bir Bank" mobil tətbiq vasitəsilə köçürülmüş 400 manat, cəmi köçürülmüş 8.400 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 8.400 (səkkiz min dörd yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə guya vəkil olmaqla özünü Elnarə kimi təqdim etdiyi tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun tibb bacısı işləyən arvadı X1 müsbət qiymətlər almaqla tibb işçilərinin sertifikasiya imtahanından keçirilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyib hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 05 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu Mədinə Gülgün küçəsi ev 5 mənzil 1, Zərərçəkmiş şəxs2 yaşadığı ünvanda mobil tətbiq ilə onun təqdim etdiyi və adına olan 5239-1517-1473-1778 nömrəli hesab kartına həmin gün saat 20:20-də 200 manat və saat 23:08-də 300 manat. 07 iyun 2024-cü il tarixdə saat 13:41-də yaşadığı həmin ünvandan 5239-1517-1473-1778 nömrəli hesab kartına 200 manat, 08 iyun 2024-cü il tarixdə saat 20:05-də ünvan 4 ünvanında "Meqa Store" marketdə "Million" ödəmə terminalından 4127-2093-0270-5535 nömrəli bank hesab kartına 1000 manat, 10 iyun 2024-cü il tarixdə saat 17:50-də Nəsimi rayonu, Bülbül prospekti 60 ünvanında "Million" ödəmə terminalından 4127-2093-0270-5535 nömrəli bank hesab kartına 1000 manat. 16 iyun 2024-cü il tarixdə saat 21:35-də Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 6 ünvanda mobil tətbiq vasitəsi ilə 5239-1517-1473-1778 nömrəli bank hesab kartına 700 manat, köçürülmüş cəmi 3.400 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 3.400 (üç min dörd yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxslərlə barışmasını, həmçinin dövlət hesabına vurulmuş zərərin 25% yəni, 2950 manat ödəməsinin nəzərə alaraq onun işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, halhazırda ona dəymiş zərərin tam olaraq ödənilməsini, təqsirləndirilən şəxslə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəməyə ünvanlamış olduğu teleqramında barışmağını qeyd etməyi unutduğundan hal-hazırda məhkəmədə videokonfrans vasitəsilə ifadə verərkən barışması ilə bağlı xüsusatın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı vemiş olduğu ifadəsini təsdiq etdiyini, ona vurulmuş zərərin tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışdğını və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlanıdırılmış şahidlər məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini təsdiq etdiyini və iclasda iştirak edə bilməyəcəklərini bildirmişlər. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin törətmiş olduğu əməlləri səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərə vurulmuş zərərin tam olaraq ödənilməsini və onlarla barışmasını nəzərə alaraq iştirak etməyən proses iştirakçılarının iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması, icraata qəbul olunması və zərərçəkmiş şəxs qismində tanınması barədə 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi, Zərərçəkmiş şəxs1 Qədir qızının zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır (i.v. 1); İşdə olan Astara rayon X6 Bölməsinin baş müstəntiqi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli "könüllü təqdim edilmiş əşyanın göturülməsi haqqında" protokoldan görünür ki, həmin protokol tərtib edilməklə Zərərçəkmiş şəxs1 Sələr qızının təqdim etdiyi 04 ədəd ədanış qəbzi götürülmüşdür. Zərərçəkmiş şəxs1 Safər qızı həmin 04 ədəd ödəmş qəbzlərinin Təqsirləndirilən şəxs Qadir qızına göndərdiyi 8000 manat pulun ödəniş qəbzları olduğunu bildirmişdır.(i.v 7) İşdə olan Astara rayon X6 Bölməsinin baş müstəntiqi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli "könüllü təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Safər qızının təqdim etdiyi 04 adəd ödəniş qəbzlərinə baxış keçirərən müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə saat 17:11-da Astara şəhəri S.Vurğun kuçəsində yerləşən Rahat marketdə quraşdırılmış Million elektron ödəmə sistemi vasitəsi ilə A**********Q*****qızı adlı şəxsin "xxxx" ASC-yə məxsus 416974 *****6610 saylı kart nömrəsina 4000 manat. xx.xx.2024-cü il tarixda saat 17:13-da Astara şəhəri S.Vurğun küçəsində yerləşən Rahat marketda quraşdırılmış Million elektron ödəmə sistemi vasitəsi ila A****C****Q*****qızı adlı şəxsin "xxxx" ASC- ya maxsus 416974******6610 saylı kart nömrəsinə 500 manat, 04 02 2024-cu il tarixdə saat 12:17-də Astara şəhəri H.Əliyev prospektində yerləşən Nur İnşaat mağazasında quraşdırılmış Million elektron ödəmə sistemi vasitəsi ila A********Q****qui adlı şəxsin "xxxx" ASC-ya maxsus 416974******6610 saylı kart nömrəsinə 2000 manat va xx.xx.2024-cu il tarixda saat 10:37-da Astara şəhəri S Vurğun küçəsində yerləşən Rahat marketda quraşdırılmış Million elektron ödəmə sistemi vasitəsi ilə A*****C****Q****qızı adlı şəxsin "xxxx" ASC-ya maxsus 416974******6610 saylı kart nömrəsinə 1500 manat pul göndərilmişdir( i.v 8-9) 17 sentyabr 2024-cü il tarixli materialın cinayət işinə birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 aldadılaraq 3400 manat pulunun ələ keçirilməsi faktı əsasında toplanmış araşdırma materialı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri olduğundan cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. (i.v 42-43) 17 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir.(i.v 57-58) 01 oktyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 65-66) 07 noyabr 2024-cü il tarixli təqdim etmə və baxış keçirilməsi barədə" protokoldan görünür ki, zərərçəkmiş şəxs X5, 05 adad pul ödəniş qəbzini təqdim edərək, həmin qəbzlərin ona həyat yoldaşı X1 müsbət qiymətlər almaqla tibb işçilərinin sertifikasiya imtahanından keçirilməsində köməklik göstərəcəyi vədini vermiş və bunun uçun ondan 3400 manat istəyən Təqsirləndirilən şəxs onun bildirdiyi hesaba ödədiyi 3400 manat pulun pul köçürüldüyunu təsdiq edən 05 ədəd qəbzlain curətləri olduğunu bildirmişdir Təqdim edilmiş 05 ədəd pul ödəmə barədə qəbzlərə baxış zamanı müəyyən edilmişdit ki. 05 iyun 2024-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu Mədinə Gülgün kuçəsi ev 5. mənzil İ unvanda mobil tətbiqi ilə Təqsirləndirilən şəxs adına olan 5239-1517-1473-1778 nömrəli hesab kartına həmin gun saat 20:20-də 200 manat və saat 23:08-də 300 manat, 07 iyun 2024-cü il tarixdə saat 13:41-də həmin ünvandan 5239-1517-1473-1778 nömrəli hesab kartına 200 manat, 08 iyun 2024-cü il tarixdə saat 20:05-də ünvan 7 ünvanında "Meqa Store" marketdə "Million" ödəmə terminalından 4127-2093-0270-5535 nömrəli bank hesab kartına 1000 manat, 10 iyun 2024-cü il tarixdə saat 17:50-da Nasimi rayonu. Bülbül prospekti 60 ünvanında "Gülustan Rezidens" "MilliON" ödəmə terminalından 4127-2093-0270-5535 nömrəli bank hesab kartına 1000 manat, 16 iyun 2024-cü il tarixdə saat 21.35-da ünvan 8 ünvanda mobil tətbiq vasitəsi ilə 5239-1517-1473-1778 nömrəli bank hesab kartına 700 manat olmaqla, cəmi 3.400 manat pul vəsaitini köçürülmuşdür Həmin 05 ədəd ödəniş qəbzlərin surətləri iş uzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdur(i.v 127-130) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə heç bir qeyd aparılmamışdır.(i.v 187-188) 05 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Astara rayon X6 Bölməsinin baş mustəntiqi, polis kapıtanı X3 tərəfindən təqsirləndirilən saxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla elan olunmuş itihama zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı törədilmiş cinayət hadisələri üzrə müvafiq əlavələr və dəyişiliklər edilməklə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4.-cü maddələri ilə yenidən ittiham elan olunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində rüşvət verməyə cəhd və ya rüşvət verməyə təhrik etmə, eləcə də özünü vəzifəli şəxs kımi təqdim etmə xüsusatları üzrə cinayət təqibinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar öz qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxsə dəymış maddi ziyan umumilikdə 8400 manat hesablansın və 6400 manat qaytarıldığı nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar öz quvvəsində saxlanılsın. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ümumilikdə 3400 manat hesablansın və 800 manat qaytarıldığı nəzərə alınması, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 312.1. 32.4. 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi, X2 təqdim etdiyi 04 ədəd ödəniş qəbzləri və Zərərçəkmiş şəxs2 təqdim etdiyi 05 ədəd ödəniş qəbzlərinin surətləri iş üzrə sübut növü kimi qiymətləndirməklə, cinayət işinin materiallarına əlavə edilməsi (i.v 194-204) 05 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır.(i.v 206-207) Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, ona dəymiş ziyan tam olaraq ödənilib, heç bir şikayət və tələbi yoxdur, barışmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilib, heç bir şikayət və tələbi yoxdur, işi xitam verilməsini xahiş etmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 24524 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında - 2950 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd və 5 ədəd olmaqla cəmi 9 ədəd qəbzin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 25 saat üçün nəzərdə tutulan 265 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 4 ədəd və 5 ədəd olmaqla cəmi 9 ədəd qəbzin surətləri cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25(iyirmi beş) saat üçün nəzərdə tutulan 265(iki yüz altmış beş) manat manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-106/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-106/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver