Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-107/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi məsləhətçi, müfəttiş - Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun, Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç az yaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, hal-hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun, Oğlanqala kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, Naximov qəsəbəsi, Dənzçi küçəsi, 15 ünvanında fərdi tikili evdə yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan xx xxx 2018-ci il tarixdən başlayaraq Bakı şəhəri Xətai rayonu, Naximov qəsəbəsi, Dənizçi küçəsi 15 ünvanında Xəzər dənizinin sahilboyu 50 metrlik mühafizə zolağı altında olan dövlət mülkiyyətinə aid, 411942.5520; 4465966.8790; 411944.5140 4465953.5790; 411928.5480 4465949.7550; 411925.2930 4465963.3900 koordinatlar üzrə yerləşən sahəsi 0,02333 ha təşkil edən torpaq sahəsini hasarlayıb, həmin torpaq sahəsi üzərində sahəsi 132 kv. metr olan, kürsülü, bir mərtəbəli üç otaq, bir sanitar qovşağı və bir mətbəxdən ibarət olan fərdi yaşayış evini inşa etməklə özbaşına tikinti işlərini aparmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsiri bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, Dənizçi küçəsi 15 ünvanında yerləşən bacısı Şahid1 məxsus evdə yaşamışdır. Onun evi olmadığına görə o, müvəqqəti olaraq, bacısının yaşadığı evdə yaşamışdır. Buna görə də, o, ailəsini Bakı şəhərinə gətirmək üçün özünə ev tikmək qərarına gəlmişdir. Təxminən 2018-ci ilin may ayında Bakı şəhəri, Xətai rayonu, Naximov qəsəbəsi, Dənizçi küçəsi 15 ünvanında yerləşən bacısı Şahid1nm yaşadığı fərdi yaşayış evinin qonşuluğunda yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikməyə qətiləşdirmişdir. Bunda görə də, ev tikmək üçün mişar daşları alaraq qeyd olunan əraziyə gətirib boşaldaraq evin təməlini qoyaraq tikinti işlərinə başlamışdır. Onun yaşadığı ərazidə hamı ev tikdiyi üçün o da tikməyə başlasa da, həmin evi sökmüşlər. Buna baxmayaraq o, yenidən həmin torpaq sahəsində ev tikmək qərarına gəlmiş və xx xxxxxx 2020-ci il tarixdən yenə də, həmin yerdə fərdi yaşayış evi tikməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Naximov qəsəbəsi, Dənizçi küçəsi 15 ünvanında inşa etmək istədiyi fərdi yaşayış evini 12 mişar daşı hündürlüyündə qaldırdığı zaman Bakı şəhər Xətai rayon icra hakimiyyətinin işçisi Etibar, MİKS-in müdiri Rizvan və tikintiyə baxan digər şəxslər gələrək qeyd olunan ünvanda inşa etdiyi evin qanunsuz tikildiyini və buna görə də, evin sökülməli olduğunu bildirmişlər. Həmin vaxt Xətai rayon polis idarəsindən, Fövqəladə Hallar Nazirliyindən və Əmlak İdarəsindən xeyli sayda işçilər gəlmişdir. O nə etsə də, Xətai rayon icra hakimiyyətinin işçiləri evi sökməyə başladılar. Bundan sonra o, inşa etdiyi ev söküldüyü və bezdiyi üçün üzərinə benzin tökərək özünü yandırmışdır. Həmin vaxt orada olan qonşular və polis əməkdaşları köməkləşib onu söndürmüşlər. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, Dənizçi küçəsi 15 ünvanında yerləşən torpaq sahəsinə aid heç bir sənədi olmamışdır. Həmin torpaq sahəsini bacısı Fərqanə əslən Cəlilabad rayonundan olan tanımadığı şəxsdən 1.500 manat pul verib almışdır. Həmin şəxs qeyd olunan torpaq sahəsinin ona məxsus olduğunu bildirib sənədlərinin olduğunu ona demişdir. O, torpaq sahəsinin mülkiyyətinə verilməsi və həmin torpaq sahəsində ev inşa etmək istəməyi barədə rəsmi olaraq heç bir aidiyyəti qurumlara müraciət etməmişdir. Onun həmin torpaq sahəsinə aid hər hansı bir sənədi olmasa da, bacısı Fərqanə həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi üçün müəyyən şəxslərlə görüşmüşdür. Ona Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, Dənizçi küçəsi 15 ünvanında yerləşən torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmağı və tikinti işlərinin dayandırılması barədə rəsmi olaraq xəbərdarlıq edilməmişdir. Bakı şəhəri, Xətai rayonu, Naximov qəsəbəsi, Dənizçi küçəsi 15 ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi evin ümumi sahəsi 132 kv metr olmaqla bir mərtəbədən ibarət olmuşdur. Həmin ev 1 qonaq və 2 yataq otağından, mətbəx, hamam və sanitar qovşağından ibarət olmuşdur. Əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç şikayəti, tələbi olmaığını, ailəli olduğunu, himayəsində az yaşlı uşağının olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi məsləhətçi, müfəttiş - Nümayəndə ifadə verərək göstərmişdir ki, o, 2020-ci ilin iyul ayından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin Xətai rayonu üzrə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən məsləhətçi-müfəttiş vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Naximov yaşayış sahəsi, Dənizçi küçəsi 15 ünvanında, Xəzər dənizinin mühafizə zolağına aid olan torpaq sahəsini töküntü-tullantı materialları ilə dolduraraq üzərinə bir qədər torpaq tökərək orada, yəni 50 metrlik mühafizə zolağı altında olan dövlət mülkiyyətinə aid ümumilikdə 0,02333 ha torpaq sahəsində tikinti işləri aparması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı, qeyd olunan ünvanda aparılan tikinti işləri ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən, Orxan tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma müəyyən edilmişdir ki, bu da mövcud qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən xx xxxxxx 2020-ci il tarixdə Xətai rayon icra hakimiyyətinin nümayəndələri Təqsirləndirilən şəxs apardığı tikinti işlərinin dayandırılmasını Orxana rəsmi qaydada elan etmişlər. Təqsirləndirilən şəxs buna məhəl qoymayaraq tikinti işlərini davam etdirdiyi üçün MİKS-nin fəhlələrinə Təqsirləndirilən şəxs qanunsuz olaraq inşa etdiyi evin sökülməsi tapşırığı verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qanunsuz olaraq tikinti işləri aparması və qanunsuz olaraq torpaq zəbt etməsi azmış kimi üzərinə neft məhsulu tökərək özünü yandırmışdır. Təqsirləndirilən şəxs tikinti apardığı torpaq sahəsi Xəzər dənizinin mühafizə zonasına daxildir və həmin torpaq dövlət torpağıdır və dövlətin mülkiyyətindədir. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, Dənizçi küçəsi 15 ünvanında yerləşən evdə ailə üzvləri ilə yaşamışdır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Orxanın evi olmadığı üçün ailəsi ilə birlikdə müvəqqəti onun evində yaşamışlar. Buna görə də, onlar Orxanın ailəsini Bakı şəhərinə gətirmək üçün Orxana ev tikmək qərarına gəlmişlər. Buna görə də, 2018-ci ilin may ayında Bakı şəhəri, Xətai rayonu, Naximov qəsəbəsi, Dənizçi küçəsi 15 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin qonşuluğunda yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikməyə qətiləşdirmişlər. Sonra ev tikmək üçün Orxan mişar daşları alaraq həmin əraziyə gətirib boşaldaraq evin təməlini qoyaraq tikinti işlərinə başlamışdır. Lakin, sonradan həmin ev Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz və icazəsiz tikinti işləri apardığına görə sökülmüşdür. Buna baxmayaraq onlar yenidən həmin torpaq sahəsində ev tikmək qərarına gəlmişlər və xx xxxxxx 2020-ci il tarixdən yenə də, həmin yerdə fərdi yaşayış evi tikməyə başlamışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Naximov qəsəbəsi, Dənizçi küçəsi 15 ünvanında inşa etmək istədiklər fərdi yaşayış evini 12 mişar daşı hündürlüyündə qaldırdıqları zaman Bakı şəhər Xətai rayon icra hakimiyyətinin işçisi Etibar, MİKS-in müdiri Rizvan və tikintiyə baxan digər şəxslər gələrək qeyd olunan ünvanda inşa etdikləri evin qanunsuz tikildiyini və buna görə də evin sökülməli olduğunu bildirmişlər. Həmin vaxt Xətai rayon polis idarəsindən, Fövqəladə Hallar Nazirliyindən və Əmlak İdarəsindən xeyli sayda işçilər gəlmişdir. Bundan sonra icra hakimiyyətinin işçiləri evi sökməyə başlamışlar. Həmin vaxt qardaşı Orxan inşa etdikləri evi söküldüyünü və bezdiyinə görə üzərinə benzin tökərək özünü yandırmışdır. Həmin vaxt orada olan qonşular və polis əməkdaşları köməkləşib Orxanı söndürmüşlər. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, Dənizçi küçəsi 15 ünvanında yerləşən torpaq sahəsinə aid heç bir sənədləri olmamışdır. Həmin torpaq sahəsini o, əslən Cəlilabad rayonundan olan Kənan adlı şəxsdən 1500 manat pul verib almışdır. Kənan həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirib sənədlərinin olduğunu ona demişdir. O, torpaq sahəsində qardaşı Orxan Həsənova ev tikmək üçün 2 saylı MiKS-nin keçmiş rəisi Barat İsgəndərova müraciət etmiş və Barat ondan ev inşa etmək üçün 4.000 manat pul istəmişdir. Buna görə də, o, Barata 4.000 manat pul verib ev tikməyə başlamışdır. Lakin, sonradan ev söküldükdən sonra Barat yenidən ondan əlavə olaraq 500 manat pul istəsə də, o, həmin pulu verməyib evi inşa etməkdə davam etmişdir. Bundan sonra 2 saylı MİKS-in müdiri Şahid3 və Fizuli adlı şəxs ondan evi tikmək üçün pul tələb etmişdir. O, da pul vermədiyinə görə inşa etdiyi evi sökməyə çalışmışlar. Yaşadığı ünvanda yerləşən evlərin heç birinin sənədləri və icazələri olmamışdır. Onlara Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, Dənizçi küçəsi 15 ünvanında yerləşən torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmaları və tikinti işlərinin dayandırılması barədə rəsmi olaraq xəbərdarlıq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, 2009-cu il tarixdən hazırki vaxta qədər Xətai rayon Hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir. Xidməti vəzifəsi Xətai rayon icra hakimiyyətinin hüquqi məsələlərinin həllindən ibarət olmuşdur. Şahid1 Bakı şəhəri, Xətai rayonu, Naximov yaşayış sahəsi, Dənizçi küçəsi 15 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. Şahid1nin qardaşı Naxçıvan MR, Şərur rayonunda yaşayan Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının təxminən 6-dan etibarən bacısının evi ilə üzbəüz, yəni ki, Xəzər dənizinin mühafizə zolağına aid olan sahədə, Bakı şəhəri, Xətai rayonu, Naximov yaşayış sahəsi, Dənizçi küçəsi 15 ünvanında dənizin sahilə doğru çıxıntısını töküntü-tullantı materialları ilə dolduraraq üzərinə bir qədər torpaq tökərək orada tikinti işləri aparmağa başlamışdır. Rayon icra hakimiyyəti və digər qurumlar tərəfindən Təqsirləndirilən şəxs apardığı tikinti-quraşdırma işlərinin təcili olaraq dayandırması ilə əlaqədar olaraq ilk öncə şifahi xəbərdarlıq olunsa da, Təqsirləndirilən şəxs bu barədə məlumatlandırılsa belə, Orxan bunlara məhəl qoymayaraq fərdi yaşayış evinin inşası davam etmişdir. Bu səbəbdən xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində Xətai rayon icra hakimiyyətinin, Xətai rayon polis idarəsinin, Fövqəladə Hallar Nazirliyi, Dövlət Əmlak Komitəsinin və Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin müvafiq əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs apardığı tikinti işlərinin dayandırılması Orxana rəsmi qaydada bildirilmişdir. Təqsirləndirilən şəxs buna məhəl qoymayaraq tikinti işlərini davam etdirdiyi üçün Xətai rayon icra hakimiyyətinin ərazi üzrə MİS-nin fəhlələrinə Təqsirləndirilən şəxs qanunsuz olaraq inşa etdiyi evin sökülməsi tapşırığı verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qanunsuz olaraq tikinti işləri aparması və qanunsuz olaraq torpaq zəbt etməsi azmış kimi üzərinə neft məhsulu tökərək özünü yandıraraq intihara cəhd etmiş, bununla özünü öldürəcəyini nümayiş etdirmişdir. Xətai RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində yanan paltarları söndürülmüşdür. Daha sonra həmin əraziyə yığılmış komissiya həmin ərazisi tərk etmişdir. Təqsirləndirilən şəxs isə tikinti işlərini yenə də, davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdən hazırki vaxta qədər Xətai rayonu MKTB-nin 2 saylı MİSnin rəisi vəzifəsini icra etmişdir. Xidməti vəzifəsi ərazidə təmizlik, qanunsuz tikililərin nəzarətdə saxlamaması, əhaliyə gündəlik xidmət göstərilməsindən ibarət olmuşdur. Şahid1 Bakı şəhəri, Xətai rayonu, Naximov yaşayış sahəsi, Dənizçi küçəsi 15 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. Şahid1nin qardaşı Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının təxminən 6-dan etibarən bacısının evi ilə üzbəüz Xəzər dənizinin mühafizə zolağına aid olan sahəni yəni, Bakı şəhəri, Xətai rayonu, Naximov yaşayış sahəsi, Dənizçi küçəsi 15 ünvanında töküntü-tullantı materialları ilə dolduraraq üzərinə bir qədər torpaq töküb orada tikinti işləri aparmağa başlamışdır. Onun və digər qurumlar tərəfindən Təqsirləndirilən şəxs apardığı tikinti-quraşdırma işlərinin təcili olaraq dayandırması ilə əlaqədar olaraq ilk öncə şifahi xəbərdarlıq olunsa da, Təqsirləndirilən şəxs bu barədə məlumatlandırılsa da, Orxan buna məhəl qoymayaraq fərdi yaşayış evinin inşa etməkdə davam etmişdir. Bu səbəbdən xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində Xətai rayon icra hakimiyyətinin, Xətai rayon polis idarəsinin, Fövqəladə Hallar Nazirliyi, Dövlət Əmlak Komitəsinin və Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin müvafiq əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs apardığı tikinti işlərinin dayandırılması Orxana rəsmi qaydada bildirilmişdir. Təqsirləndirilən şəxs buna məhəl qoymayaraq tikinti işlərini davam etdirdiyi üçün MİS-nin fəhlələrinə Təqsirləndirilən şəxs qanunsuz olaraq inşa etdiyi evin sökülməsi tapşırığı verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qanunsuz olaraq tikinti işləri aparması və qanunsuz olaraq torpaq zəbt etməsi azmış kimi üzərinə neft məhsulu tökərək özünü yandırmış, bununla özünü öldürəcəyini nümayiş etdirmiş, Xətai RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində yanan paltarı söndürülmüşdür. Daha sonra həmin əraziyə yığılmış komissiya həmin ərazisi tərk etmişdir. Təqsirləndirilən şəxs isə tikinti işlərini yenə də davam etdirmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evi inşa etdiyi ərazi mühafizə zonasına aid ərazidir, Xəzər dənizinin mühafizə zonasında yerləşir və orada tikinti işləri aparılmasına icazə verilməmişdir. Təqsirləndirilən şəxs tikinti işləri aparması üçün heç bir müvafiq qurum tərəfindən icazə verilməmişdir. Orxan özünü yandırması ilə əlaqədar Orxanla amansız rəftar edən, ləyaqətini mütəmadi olaraq alçaldan və ya hədə qorxu gələn şəxs olmamışdır. Təqsirləndirilən şəxs qanun çərçivəsində apardığı tikinti işlərinin dayandırılması bildirilmişdir. Fizuli Xətai rayonu MKTB-nin şöbə müdiri olmuşdur. O, nə də Fizuli müəllim Fərqanədən heç bir məbləğdə pul istəməmişlər. Onlar dəfələrlə Fərqanəyə qanunsuz tikili tikməməsi üçün xəbərdarlıq etmişlər. Lakin buna baxmayaraq Fərqanə və qardaşı Orxan onların sözlərinə məhəl qoymamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, xx xxxxxx 2019-cu il tarixdən hazırki vaxta qədər Xətai rayonu MKTB-nin şöbə rəisi vəzifəsində işləmişdir. Xidməti vəzifəsi ərazidə təmizlik, qanunsuz tikililərin nəzarətdə saxlamaması, əhaliyə gündəlik xidmət göstərilməsindən ibarət olmuşdur. Şahid1 Bakı şəhəri, Xətai rayonu, Naximov yaşayış sahəsi, Dənizçi küçəsi 15 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. Şahid1 qardaşı Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının təxminən 6-dan etibarən bacısının evi ilə üzbəüz Xəzər dənizinin mühafizə zolağına aid olan sahəni yəni, Bakı şəhəri, Xətai rayonu, Naximov yaşayış sahəsi, Dənizçi küçəsi 15 ünvanında töküntü-tullantı materialları ilə dolduraraq üzərinə bir qədər torpaq tökərək orada tikinti işləri aparmağa başlamışdır. Onun və digər qurumlar tərəfindən X1 apardığı tikinti-quraşdırma işlərinin təcili olaraq dayandırması ilə əlaqədar olaraq ilk öncə şifahi xəbərdarlıq olunsa da, Təqsirləndirilən şəxs buna məhəl qoymayaraq fərdi yaşayış evinin inşa etməkdə davam etmişdir. Bu səbəbdən xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində Xətai rayon icra hakimiyyətinin, 2 saylı MKİS-nin, Xətai rayon polis idarəsinin, Fövqəladə Hallar Nazirliyi, Dövlət Əmlak Komitəsinin və Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin müvafiq əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs apardığı tikinti işlərinin dayandırılması rəsmi qaydada bildirilmişdir. Təqsirləndirilən şəxs buna məhəl qoymayaraq tikinti işlərini davam etdirdiyi üçün MİS-nin fəhlələrinə Təqsirləndirilən şəxs qanunsuz olaraq inşa etdiyi evin sökülməsi tapşırığı verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qanunsuz olaraq tikinti işləri aparması və qanunsuz olaraq torpaq zəbt etməsi azmış kimi üzərinə neft məhsulu tökərək özünü yandırmış, bununla özünü öldürəcəyini nümayiş etdirmişdir. Həmin vaxt Xətai RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində yanan paltarı söndürülmüşdür. Daha sonra həmin əraziyə yığılmış komissiya həmin ərazisi tərk etmişdir. Təqsirləndirilən şəxs isə tikinti işlərini yenə də davam etdirmişdir. Həmin ərazi mühafizə zonasına aid ərazidir, Xəzər dənizinin mühafizə zonasında yerləşmiş və orada tikinti işləri aparılması qəti qadağan edilmişdir. Təqsirləndirilən şəxs həmin ərazidə tikinti işləri aparması üçün heç bir müvafiq qurum tərəfindən icazə verilməmişdir. Rizvan Xətai rayonu 2 saylı MKİSnin rəisi olmuşdur. O, nə də Rizvan Fərqanədən heç bir məbləğdə pul istəməmişlər. Onlar dəfələrlə Fərqanəyə qanunsuz tikili tikməməsi üçün xəbərdarlıq etmişik. Lakin buna baxmayaraq Fərqanə və qardaşı Orxan bizim sözlərimizə məhəl qoymamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, 2017-ci il tarixdən hazırki vaxta qədər Xətai rayon İcra hakimiyyəti başçısının müavini vəzifəsində işləmişdir. Xidməti vəzifəsi Xətai rayon icra hakimiyyətinin struktur bölmələrində işlərə nəzarət etmək, həmçinin rayona aid olan digər inzibati məsələləri həll etməkdən ibarət olmuşdur. Şahid1 Bakı şəhəri, Xətai rayonu, Naximov yaşayış sahəsi, Dənizçi küçəsi 15 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığı İcra hakimiyyətinə və digər müvafiq qurumlara məlum olmuşdur. Şahid1 qardaşı Naxçıvan MR, Şərur rayonunda yaşayan Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının 6-dan etibarən bacısının evi ilə üzbəüz yerləşən hissədə, yəni ki, Xəzər dənizinin mühafizə zolağına aid olan sahədə, yəni, Bakı şəhəri, Xətai rayonu, Naximov yaşayış sahəsi, Dənizçi küçəsi 15 ünvanında dənizin sahilə doğru çıxıntısını ilk öncə qanunsuz şəkildə töküntü-tullantı materialları ilə dolduraraq suyun qarşısım almış, həmin töküntü materiallarının üzərinə bir qədər torpaq tökərək orada trkinti işləri aparmağa başlamışdır. Rayon icra hakimiyyəti və digər qurumlar tərəfindən Təqsirləndirilən şəxs apardığı tikinti-quraşdırma işlərinin təcili olaraq dayandırması ilə əlaqədar olaraq ilk öncə şifahi xəbərdarlıq olunsa da, Təqsirləndirilən şəxs bu barədə marifəndirilib və məlumatlandırılsa da, o bunlara məhəl qoymayaraq fərdi yaşayış evinin inşasını davam etmişdir. Bu səbəbdən xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində Xətai rayon icra hakimiyyətinin, Xətai rayon polis idarəsinin, Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin və digər müvafiq qurumların əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs apardığı tikinti işlərinin dayandırılması Orxana bir daha rəsmi qaydada bildirilmişdir. Təqsirləndirilən şəxs buna məhəl qoymayaraq tikinti işlərini davam etdirdiyi üçün Xətai rayon icra hakimiyyətinin ərazi üzrə MİS-nin fəhlələrinə Təqsirləndirilən şəxs qanunsuz olaraq inşa etdiyi evin sökülməsi tapşırığı verilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs qanunsuz olaraq tikinti işləri aparması və qanunsuz olaraq torpaq zəbt etməsi azmış kimi üzərinə neft məhsulu tökərək özünü yandıraraq intihara cəhd etmiş, bununla da onların qarşısında haqlıymış kimi özünü öldürəcəyini nümayiş etdirmişdir. Xətai RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində yanan paltarları söndürülmüşdür. Daha sonra həmin əraziyə yığılmış komissiya həmin ərazisi tərk etmişdir. Təqsirləndirilən şəxs isə tikinti işlərini yenə də davam etdirmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evi inşa etdiyi ərazi mühafizə zonasına aid ərazidir, Xəzər dənizinin mühafizə zonasında yerləşmiş və orada tikinti işləri aparılmasına icazə verilməmişdir. Həmin ərazisi Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Təqsirləndirilən şəxs həmin ərazidə tikinti işləri aparması üçün heç bir müvafiq dövlət qurumu tərəfindən icazə verilməmişdir. Təqsirləndirilən şəxs özünü yandırması ilə əlaqədar Orxanla amansız rəftar edən, ləyaqətini mütəmadi olaraq alçaldan və ya hədə qorxu gələn şəxs olmamışdır. Təqsirləndirilən şəxs qanun çərçivəsində apardığı tikinti işlərinin dayandırılması bildirilmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan Bakı şəhəri Xətai Rayon Xətai Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, 01/55 saylı məktubundan görünür ki, Bakı şəhəri Xətai rayonu, Naximov qəsəbəsi, Dənizçi küçəsi, 15 saylı ünvanda fərdi yaşayış evi inşa etməsi üçün vətəndaş Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. Cinayət işinin 67-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, **********93 nömrəli məktubundan görünür ki, elektron kadastr məlumatına əsasən koordinatlar verilmiş sahə Xəzər dənizinin 50 metrəlik mühafizə zolağında yerləşir. Hər hansı bir qeydiyyatdan keçmiş ərazi mövcud deyil. Dövlət mülkiyyətidir. Həmçinin, göstərilən sərhədlər daxilində tikintisi başa çatmamış yaşayış evi mövcuddur. Cinayət işinin 72-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********29 nömrəli məktubundan görünür ki, baxış keçirilmiş ərazinin sahəsi 0,02333 ha təşkil edir və yerləşdiyi yerin koordinatları sahə Xəzər dənizinin 50 metrlik mühafizə zolağına düşür. Cinayət işinin 69-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 95-ci vərəqəsində olan Naxçıvan Muxtar Respublikasının Şərur RPŞ tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun, Oğlanqala kəndində doğulmuşdur. Evlidir. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun, Oğlanqala kəndində qeydiyyatdadır. Cinayət işinin 97-ci vərəqəsində olan AZE seriyalı 10469632 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynov Nicat xx xxxxxxxx 2006-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun, Oğlanqala kəndində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Hüseynova Vüsalədir. Cinayət işinin 97-ci vərəqəsində olan AZE seriyalı 10469631 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynov İman xx xxxx 2010-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun, Oğlanqala kəndində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Hüseynova Vüsalədir. Cinayət işinin 96-cı vərəqəsində olan AZE seriyalı 10492595 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynov Əsgər xx xxxx 2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Hüseynova Vüsalədir. Cinayət işinin 96-cı vərəqəsində olan AZE seriyalı 10493385 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynov Sinan xx xxxxxx 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Hüseynova Vüsalədir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi məsləhətçi, müfəttiş - Nümayəndə ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma cinayətinin törətməsi, onun özünün istintaq zamanı verdyi ifadəsi, zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümyəndəsinin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi ilə barışdığını, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində üç az yaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olduğunu, ilk dəfə məhkum olunduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-107/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-107/2021
15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver