Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-107/2023 30.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1941/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 05 il 04 ay 04 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olan, , hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda 0,436 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 28 sentyabr 2022-ci il tarixdə saat 21:35-də Xətai Rayon Polis İdarəsinin PPBX-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının yaxınlığında saxlanılıb, ünvan 4da yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsiaxtarış və götürmə zamanı, əynindəki qəhvəyi rəngli idman şalvarının sağ yan cibindən 0,436 qram ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özünün etirafı, şahid ifadələri, üzərinə şəxsi axtarış keçirilməsi və diskə baxış protokolu, məhkəmə narkoloji və məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək məhkəməyə vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olsada ünvan 7ın 97-ci mənzilində yaşayır. İşləmir. Subaydır. Himayəsində azyaşlı övladı vardır. Əvvəllər məhkum olunmuşdur. 6 ilə yaxın müddətdir ki, narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün qəbul etmiş, buna onu heç kim təhrik etməsə də, psixotrop maddəni tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunu, Əhmədli metrostansiyasının yaxınlığından şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən 10 manata 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin almış, həmin günü bədənində ağrıların olmaması səbəbindən psixotrop maddəni üzərində saxlayaraq bədənində ağrılar baş verən zaman istifadə etmək qərarına gəlmiş, xx.xx.2022-ci il tarixdə saat 21:35-də Xətai rayonu, A.Novruzov küçəsi 29 saylı ünvanın yaxınlığında olan zaman 2 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini ona təqdim etmiş, bundan sonra polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək ərazinin polis şöbəsi olan 37-ci Polis Şöbəsinə dəvət etmiş, polis şöbəsində səmimi etiraf edərək narkotik vasitə və psixotrop maddə istifadə etdiyini demiş, bundan sonra vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyi dedikdə, əynindəki qəhvəyi rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə olan metamfetamini çıxardıb təqdim etmiş, polis əməkdaşı həmin bükümdəki maddənin nə olmasını soruşduqda, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb, həmin bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin olmasını bildirmiş, eyni zamanda həmin psixotrop maddəni haradan və kimdən almağını soruşanda, həmin narkotiki 1 gün əvvəl Bakı şəhəri, Xətai rayonu, "Əhmədli" metrostansiyası yaxınlığından şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən 10 manata aldığımı bildirmiş, polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb- saxlamadığını soruşanda, təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik vasitə saxlamadığını bildirmiş, sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin psixotrop maddə olan metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə PPX bölüyünün polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində xidmət aparan zaman saat 21:35-də ünvan 8 ünvanın yaxınlığında bir nəfər qadın cinsindən olan şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb və özlərini təqdim etmiş, bundan sonra ondan şəxsiyyəti barədə məlumat soruşduqda o özünü xx.xx.1994cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, həmin şəxslə profilaktiki söhbətlər aparan zaman onun danışıqlarında qeyri- səmimilik və üzündə solğunluq aşkar şəkildə görünmüş, bundan sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu, Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmiş, o, buna etiraz etmədikdən sonra onu Xətai RPİ-nin 37-ci PŞ-nǝ apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Bahadur Ənnağızadəyə təhvil vermiş, şöbədə olan zaman həmin şəxsin xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, X17 küçəsi ev 4 A ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, təhqiqatçı X4 Ayselin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində nə olması soruşduqda o həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və bundan başqa həmin psixotrop maddəni Bakı şəhəri, Xətai rayonu, "Əhmədli" metrostansiyası yaxınlığından tanımadığı şəxsdən 10 manat pul verib aldığını bildirmiş, bundan sonra bir ədəd siqaretin gümüşü rəngli iç kağızına bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkildi və elektron tərəzidə çəkidə 0.43 qram olması müəyyən olunmuşdur. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmadı. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edildi.. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsnun barəsində Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə, saat 21:35-də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 37-ci polis şöbəsinə gətirilmiş və həmin tarixdə, saat 22:15-də müdafiəçinin iştirakı Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 17); şəxsi axtarış və götürmə aparılması haqqında 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1, Xətai RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxsnun, Xətai RPİ-nin KTQ-nin inspektor kriminalisti, polis baş leytenantı X6, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X11, X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxsnu bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızını təqdim etmiş həmin 1ǝdə d siqaretin gümüşü kağızına bükülmüş büklülünün içərisində içərisində kütlənin narkotik maddə olan "metamfetamin" olmasını bildirdi. Həmin siqaretin gümüşü kağızı açıldıqda, içərisində şəffaf rəngli kristal şəkilli kütlə aşkar edildi. Həmin bükümdə olan maddə tərəfimdən elektron tərəzidə çəkiləri çəkildi və məlum oldu ki, həmin kütlənin çəkisi isə 0.43 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirdi ki, 1 gün öncə Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığında üzdən tanıdığı lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata almış və özü istifadə etmək üçün 1 büküm edərək üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxsnun üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (i.v. 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 sentyabr 2022-ci il tarixli, 6/5586 nömrəli ekspert rəyindən görünür ki, AR DİN "Zərflər üçün №153" möhür əksi, "... Təqsirləndirilən şəxs-imza, beş-imza, B.Ənnağızadə-imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz-çəkisi- 0,436 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazǝrlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 08 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin" in siyahısına (Siyahı İ) daxildir. Təqdim edlmiş heroin bir bükümdə olduğundan müqayisəli tədqiqat aparılmadı. (i.v. 37-39); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 51); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-510/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində ev dustaqlığı seçilməklə məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, ev dutsaqlığında saxlama müddətinin əvvəli 28 sentyabr 2022-ci il tarixdən hesablanmışdır ( i.v. 64-67); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 6515 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. ( i.v. 90-91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 26 oktyabr 2022-ci il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikasının CM-nin 79.1.-ci maddəsi tətbiq edilməklə xx.xx.2014-cü il 1 təvəllüdlü övladı X5 14 yaşına çatanadək hökmün icrası təxirə salınmış, ( i.v.93-94); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-690/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 07 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tədbiq edilməklə xx.xx.2014-cü il təvəllüdlü övladı X12 14 yaşına çatanadək hökmün icrası təxirə salınmışdır.(i.v 97-109) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1941/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 1(101)-690/2022 saylı hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tədbiq olunmasına dair göstəriş və müddəalar hökmdən xaric olunmuş, Təqsirləndirilən şəxsta təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası 06 il müddətə endirilmiş, Təqsirləndirilən şəxs 29 noyabr 2021ci il tarixdən 25 iyul 2022-ci il tarixədək həbsdə saxlandığı 07 ay 26 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən cəzasından çıxılaraq üzərində 05 il 04 ay 04 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının başlanğıcı 22 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Diskə baxış keçirilməsi haqqında 30sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışını aparması, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükülmüş içərisində ağ rəngli, kristal metal hissəciklərdən ibarət olan psixotrop maddəyə bənzər kütlələr olan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoyması, həmin kütlələrin elektron tərəzidə çəkilməsi və ümumi çəkisinin 0,43 qram olamasının müəyyən edilməsi, şübhəli şəxslə eyni cinsdən olan hal şahidi X3 üzərinə şəxsi axtarış keçirməsi, üzərində hər hansısa qanunla qadağan edilməmiş əşyanın aşkarlanmaması, psixotrop maddəyə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalaması müəyyən edilmişdir( i.v. 68);. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X12 adlı azyaşlı övladı var.(i.v 116) sübutların qiymətləndirilməsi haqqında 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5586 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilsin və istintaq materiallarına əlavə edilməsi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6515 nömrəli rəyi və şahidlərin ifadələri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilsin və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə psixotrop maddə olan metamfetaminin çəkisi eskpert rəyinə uyğun götürülsün və 0,436 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ilkin təmiz çəkisi 0,436 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınsın və qalıq qalmış 0,386 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınsın və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilsin qərarın surəti əməliyyataxtarış tədbirlərinin gücləndiriməsindən ötrü Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır. (i.v. 117-122); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxsnun barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxsnun əynində olan əynindəki qəhvəyi rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükülmüş içərisində ağ rəngli, kristal metal hissəciklərdən ibarət olan psixotrop maddəyə bənzər kütlələr olan bükümü çıxarıb təqdim etməsi, Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığında üzdən tanıdığı lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirməsi, aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş və həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxsnun törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması yüngülləşdirici hal hesab olunur. 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 358.2-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. 358.3-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı bir neçə təqsirləndirilən şəxs barəsində çıxarıldıqda, həmin yekun qərar barəsində apellyasiya qaydasında protest və ya şikayət verilməmiş şəxsə münasibətdə və yalnız ona aid hissədə bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,436 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını(CM 59.1.4), törətdiyi əməli səmimi etiraf etməsi və cinayət əməlindən səmimi peşman olmasını(59.2) nəzərə alır və onu yüngülləşdirici hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1941/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 05 il 04 ay 04 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilməmişdən əvvəl törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş hökmlə məhkum olunmamışdan əvvəl hazırki cinayət əməlini törətdiyindən cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkündür, ona görə də, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil olduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 28 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxsnun məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 05 il 04 ay 04 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilən 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 22 noyabr 2022-ci il tarixdən 30 yanvar 2023-cü il tarixədək çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən qəti cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmaqla barəsində hazırki iş üzrə seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,386 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-107/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-107/2023
30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver