Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-107/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Hümbət qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanı çəkib qurtarmamış və məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Ağdam şəhəri, T.İsmayılov ev 11/2 qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,461 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 04 ədəd bükümlərdə ümumi təmiz çəkisi 1,331 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlayaraq daşımış, Xəlai Rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 13:05-da ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3s bölməsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,461 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,401 qram, 0,375 qram, 0,314 qram, 0,241 qram, ümumi təmiz çəkiləri 1,331 qram ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidln ifadələri, ekspert rəyi ,video çəkilişlə keçirilmiş axtarış və götürmə protokolları ilə və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək göstərmişdir ki, bədənində ağrılar olduğundan narkotik vasitə və psixotrop maddədən istifadə edir. xx.xx.2023-cü il tarixdə öz narkotik vasitə və psixotrop maddə almaq qərarına gəlmişdir. Həmin vaxt onunla bir məhəllədə yaşayan tanışı Mais xahiş etmiş, həmçinin 25 manat pul verərək demişdir ki, narkotik alarkən onun üçün də alsın. O, Maisin verdiyi 25 manat pulun üzərinə özü də 35 manat pulu əlavə edib ümumilikdə 60 manat pul düzəldib saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gedib orada soraqlaşma yolu ilə tanımadığı şəxsdən şübhə doğurmadan 60 manat pul ödəyib bükümlər halında həm narkotik vasitə heroin həm də psixotrop maddə metamfetamin almışdır. Əldə eldiyi narkotik vasitə və psixotrop maddə bükümlərini əynindəki boz rəngli şalvarının cibində gizlədib yaşadığı Xətai rayonu Neapol küçəsi adlanan yerə qayıtmışdır. Maisə çatası narkotik vasitə və psixotrop maddədən özünə vermişdir.. Daha sonra yaşadığı ünvana qayıtmaq istədiyi üçün Neapol küçəsi ilə piyada hərəkətdə olduğu zaman mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmışdır. Onlar özlərini təqdim edərək Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib üzərində narkotik daşımaqda şübhəli olduğunu bildirib polis bölməsinə dəvət etmişlər. Bölmədə otaqların birində polis əməkdaşları, müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindəki 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Polis tərəfindən təqdim etdiyi büküm açılmış və içərisindəki 05 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda bükümlər masanın üzərinə düzülmüşdür. O, bükümlərdən bir ədədinin içərisində heroin və digər 04 ədədinin içərisində isə metamfelamin olmasını həmin narkotikləri Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün ümumilikdə 60 manat pul müqabilində alıb üzərində daşıdığını bildirmişdir. Eyni zamanda tanışı Mais 25 manat pul verib onun üçün də narkotik almağını bildirməsini, həmin 60 manat pulun 25 manatının Mais adlı şəxsə aid olmasını, narkotiki aldıqda sonra Maisə də verməsini demişdir. Aşkar edilmiş bükümlər zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi barədə birlikdə xidmət apardığı Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş və həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanaraq iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs olduğu yer polis bölməsinə yaxın məsafədə olduğundan dərhal saat 13:05 radələrində Fərhadın qanunsuz əməlini ifşa etmək məqsədi ilə ünvan 4 ünvanın yaxınlığına gedib əməliyyat mövqeyi seçmişlər. Təqsirləndirilən şəxs küçədə piyada hərəkətdə olmasını görüb saxlamışlar. Xidməti vəsiqələri göstərərək özlərini təqdim etmiş və Fərhada narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirib 35-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə olarkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı və videoçəkilişlə baş X2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif elmişdir. Təhqiqatçının təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açmış və içərisindən 05 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda bükümlər aşkar edilmişdir. Bükümlərin hər biri ayrı-ayrılıqda açılmış və təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim eldiyi bükümlərdə nə olduğunu, harada, kimdən və nə məqsədlə almasını soruşmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdən bir ədədinin içərisində heroin və digər 04 ədədinin içərisində isə metamfetamin olmasını həmin narkotikləri Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Xətai rayon polisləri tərəfindən saxlanılmışdır. 35-ci polis bölməsinə aparılmış, orada olan zaman üzərinə şəxsi axtarış və götürmə aparılmış və üzərində daşıdığı narkotiki polislərə təqdim elmişdir. Bununla bağlı 18 oktyabr 2023-cü il tarixdə Xətai polis icarəsinin istintaq şöbəsində araşdırması aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində ittiham elan edilmiş və həmin tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçildiyindən hazırda Bakı şəhəri 1 nömrəli istintaq təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs bir məhəllə uşağı kimi tanıyır. O, Fərhadın narkotik vasitə istifadə etdiyini bilir. Fərhad heç vaxt ona narkotik vasitə satmayıb. Çox vaxt narkotik almaq üçün birlikdə gedib axtarıb tapıb, pulunu ödəməklə əldə ediblər. Hər ikisi narkamaniya xəstəliyindən əzab çəkirlər. Tanışlıqları olduğundan Fərhad narkotik vasitə almağa gedən zaman 25 manat ona pul verib xahiş etmişdir ki, əgər narkotik alsa onun üçün də alsın.Fərhad aldıqdan sonra gətirib ona çatası payı vermişdir. Bundan bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır.Fərhad ona narkotik vasitə satmamışdır. Fərhad sadəcə onun xahişi ilə öz puluna onun üçün də artıq narkotik vasitə almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında dindirilən Şahid2 ifadəsinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarına əlavə edilmiş 17 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə içərisində hər biri siqaretin gümüşü rəngli kağızına bükülmüş halda 01 ədəd içərisində qəhvəyi rəngli toz şəkilli kütlə olan və 04 ədəd içərisində kristalşəkilli kütlə olan bükümləri təqdim edərək, həmin bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfelamin olduğunu, xx.xx.2023-cü il tarixdə saat 10 rədələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 60 manat pul ödəməklə almasını bildirmişdir. Həmin 60 manat pulun 25 manatını isə Mais adlı tanışının verdiyini və aldıqdan sonra Maisə çatası 25 manatlıq narkotik vasitə olan heroini Maisin özünə verməsini bildirmişdir. İş materiallarına əlavə edilmiş “diskə baxış keçirilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X3 17 oktyabr 2023-cü il tarixdə özünü, şübhəli şəxs Təqsirləndirilən şəxs, ona dövlət hesabına təyin olunmuş müdafiəçi X1, polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, PB-nin sahə inspektoru Şahid2 təqdim edərək həmin gün saxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirdiyini elan edir. Daha sonra baş X2 şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılır və içərisindən 05 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda bükümlər aşkar edilir. Bükümlərin hər biri ayrı ayrılıqda açılır və təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə nə olduğunu, harada, kimdən və nə məqsədlə almasını soruşur və şübhəli Təqsirləndirilən şəxs həmin bükümlərdən bir ədədinin içərisində heroin və digər 04 ədədinin içərisində isə metamfetamin olmasını həmin narkotikləri Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün ümumilikdə 60 manat pul müqabilində alıb üzərində daşıdığını bildirir. Eyni zamanda tanışı Mais adlı şəxsində ona 25 manat pul verərək onun üçündə almasını bildirməsini, həmin 60 manat pulun 25 manatının Mais adlı şəxsə aid olmasını, narkotiki aldıqda sonra Maisə də verməsini bildirir. X2 təqdim edilən bükümləri kiçik ölçülü elektron tərəzinin üzərinə qoyaraq çəkilərinin 0.67, 0.49, 0.47, 0.52 və 0.35 qr. olmalarını müəyyən edir. Bundan sonra şübhəli şəxsin üzərini axtarılır və şəxsin əynindəki boz rəngli cins şalvarın arxa yan ciblərindən elektron nəzarət üçün nəzərdə tutulmuş cihaz, 01 ədəd İphone 7 markalı mobil telefon və 19 AZN məbləğdə pul əskinazları aşkar edilir. Təhqiqatçı, şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümləri zərfə qoyaraq qablaşdırır. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra təhqiqatçı DİN-nin “154” saylı olduğunu bildirdiyi möhürlə zərfi möhürləyir. Müdafiəçi və şübhəli şəxs isə öz növbəsində hər hansı vəsatəti olmadığını bildirir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5469 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdiri edilmiş üzərində Azərbaycan Respublikası DİN zərflər üçün 154 nömrəli dairəvi möhür əksi “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” və.s qeydlər, imzalar olan kağız paketdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.401 qram, 0,375 qram, 0,314 qram. 0,241 qram olmaqla ümumilikdə təmiz çəkisi 1,331 qram ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (tədqiqatdan sonra qalıq – 1.231 qram) Dörd ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdəki təmiz çəkisi 0.461 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (tədqiqatdan sonra qalıq - 0.411 qram) Bu heroin kütləsi üzərində Azərbaycan Respublikası DİN zərflər üçün 154 nömrəli möhür əksi “Şahid3” və.s, qeydlər, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə narkotik vasitə heroin kütləsi ilə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin verdiyi 27 noyabr 2023-cü il tarixli 7765 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.231 qram psixotrop maddə metamfetamin və 0.411 qram narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən aparılmış danışıqlar üzrə daxil olan və onlardan çıxan zənglərin siyahısı, SMS mesajlarının yazılı mətnləri barədə məlumatların əldə edilməsini barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən BKC/LGL- 5519/24 saylı sorğuya cavab olaraq, 1 ədəd CD disk təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən göndərilmiş 1 ədəd CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs SMS məlumatlarında narkotik vasitələrin satışı ilə bağlı subut mövcud deyil. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 4(011)-669/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya idarəsinin 26 yanvar 2024-cü il tarixli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsində 16 iyun 2023-cü il tarixdə qeydiyyata düşmüş və cəzasından tutulduğu günə qədər 04 ay 01 gününü çəkmiş 02 il 07 ay 25 günü isə çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin CM-nin 234.1-ci maddəsi ilə cəza çəkməsini və cəza çəkdiyi halda yenidən həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsini nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 il 07 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023cü il tarixdən tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.231 qram psixotrop maddə metamfetamin və 0.411 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 1,231 qram psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0,411 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman video çəkilişi əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-107/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-107/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver