Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-107/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oğlunun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.2001-ci il tarixində Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 xx.xx.2006-cı il tarixində Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, «MM Telekom»-da telefonların alqısatqısı ilə məşğul olan tanışları Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək pul ödəmədən sonuncudan müxtəlif markalı mobil telefonların götürülüb satılmasını təşkil edəcəkləri və hər iki tərəfi qane edən qazanc əldə edəcəklərinə inandırmaqla yalan vəd verib aldaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2024-cü ilin yanvar ayı ərzində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 5 ünvanında mağazadan 1580 manat dəyərində bir ədəd “İphone 13 Pro Max” markalı , 2150 manat dəyərində bir ədəd “İphone 14 Pro Max”, 1450 manat dəyərində bir ədəd “İphone 13 Pro Max”, 550 manat dəyərində bir ədəd “İphone 11”, 2024-cü ilin fevral ayının əvvəllərində həmin ünvanda dəyəri 2000 manat dəyərində bir ədəd “İphone 14 Pro”, 1550 manat bir ədəd “İphone 13 Pro Max”, 550 manat dəyərində bir ədəd “İphone 11 Pro”, 1330 manat dəyərində bir ədəd “İphone 13 Pro”, 450 manat dəyərində bir ədəd “İphone X”, 1200 manat dəyərində bir ədəd “İphone 13”, 1580 manat dəyərində bir ədəd “13 Pro Max”, 2100 manat dəyərində bir ədəd “İphone 14 Pro Max”, 2000 manat dəyərində bir ədəd “İphone 14 Pro”, 430 manat “İphone XS Max”, 250 manat dəyərində bir ədəd “Samsung A 14” , 950 manat dəyərində bir ədəd “İphone 12 Pro”, 900 manat dəyərində bir ədəd “İphone 12 Pro”, 600 manat dəyərində bir ədəd “İphone 11 Pro” 2024-cü ilin mart ayı ərzində həmin ünvanda 1600 manat dəyərində bir ədəd “İphone 13 Pro Max”, 980 manat dəyərində bir ədəd “İphone 12 Pro”, 600 manat dəyərində bir ədəd “İphone 11 Pro”, 580 manat dəyərində bir ədəd “İphone 11”, 970 manat dəyərində bir ədəd “İphone 12 Pro”, 650 manat dəyərində bir ədəd “İphone 11 ”, 880 manat dəyərində bir ədəd “İphone 12 Pro Max”, 600 manat dəyərində bir ədəd “İphone XS Max”, 1900 manat dəyərində bir ədəd “İphone 14 Pro”, 1650 manat dəyərində bir ədəd “İphone 13 Pro Max”, 1550 manat dəyərində bir ədəd “İphone 13 Pro”, 1100 manat dəyərində bir ədəd “İphone 12 Pro Max”, 350 manat dəyərində bir ədəd “İphone 7+” markalı, 950 manat dəyərində bir ədəd “İphone 12 Pro”, 450 manat dəyərində bir ədəd “İphone XS”, 1350 manat dəyərində bir ədəd “İphone 13 Pro”, 950 manat dəyərində bir ədəd “İphone 12 Pro”, 2000 manat dəyərində bir ədəd “İphone 14 Pro Max”, 1900 manat dəyərində bir ədəd “İphone 14 Pro” markalı, cəmi 42.630 manat dəyərində 37 ədəd mobil telefonları vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 42.630 (qırx iki min altı yüz otuz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri aşağıdakı mötəbər dəlillərlə sübuta yetirilmişdir: təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirafedici ifadələri, Zərərçəkmiş şəxs dindirilməsi protokolu, X1, Şahid3, Şahid2, Şahid4 ifadələri, üzləşdirmə istintaq hərəkətləri haqqında protokollar, diskə baxış protokolu, mesaj mətnləri və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin ifşa edilməsi istiqamətində toplanmış digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, vurulmuş zərəri qismən ödəsə də, hal-hazırda zərərçəkmiş şəxslə aralarında razılıq əldə edilmiş, hər ay hissə-hissə olmaqla qalan zərəri ödəyəcəkdir. Vətən müharibəsi iştirakçısı olmasını və medalları ilə təltif olunmasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, vurulmuş zərəri qismən ödəsə də, hal-hazırda zərərçəkmiş şəxslə aralarında razılıq əldə edilmiş, hər ay hissə-hissə olmaqla qalan zərəri ödəyəcəkdir. Müvafiq cinayəti yetkinlik yaşına çatmayarkən törətməsinin nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdən ünvan 5 ünvanda yeləşən «MM Telekom» adlı mobil telefon mağazasının icarəyə əsasında işlədir. Mağazada həm yeni, həm də işlənmiş telefonlar, həmçinin mobil telefon aksesuarlarının alqı-satqısı ilə məşğul olur. 2023-cü il tarixdən Təqsirləndirilən şəxs1 mağazaya müştəri kimi gəlib-gedən vaxtdan tanıyır. Təqsirləndirilən şəxs1 bir neçə dəfə istifadə olunmuş və yeni mobil telefonlar alıb pulunu nağd vermişdir, hətta buna görə inanıb bir neçə dəfə nisyə mobil telefon vermiş və sonra pulunu gətirib vermişdir. 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 işlədiyi mağazaya gələrək, «İphone» markalı, 11,12,13,14 sadə və «Pro» modelli mobil telefon alıb satdıqdan, sonra pulunu gətirib verəcəyini bildirdi. Buna görə də Təqsirləndirilən şəxs1 əvvəllər də bir neçə dəfə nağd və nisyə mobil telefon alıb pulunu verməsini düşünüb inanaraq, 4.850 manat dəyərində «İphone» markalı müxtəlif modelli mobil telefonları vermiş və bu barədə mağazada kitabçasına qeyd etmişdir. Həmin mobil telefonların hər birinin üzərinə 30-40 manat əlavə xeyir kimi pul qoymuşdur. Təqsirləndirilən şəxs1 təxminən 3 gün ərzində həmin mobil telefonları satıb pulunu verməli olmuşdur. Təxminən 3 gün sonra Təqsirləndirilən şəxs1 mağazaya gəlmiş və babasının Rusiyadan gəlib borcu bağlayacağını bildirərək, yenidən satıb pulunu vermək şərti ilə 3-4.000 manat dəyərində mobil telefon istəmişdir. Yenə inanıb 3.150 manat dəyərində «İphone» markalı müxtəlif modelli mobil telefonları vermiş və bu barədə mağazada kitabçaya qeyd etmişdir. Bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs1 təkrarən mağazaya gələrək babasının Rusiyadan gəlib bütün borcları bağlayacağını bildirib inandıraraq, «İphone» markalı müxtəlif modelli mobil telefonları satıb pulunu vermək adı ilə götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 bir nəfər, şəxsiyyəti sonradan Təqsirləndirilən şəxs2 kimi məlum olmuş şəxs ilə birlikdə mağazaya gəlmiş və Fərhadı dostu kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin müddət ərzində Fərhad ilə birlikdə 15.000 manat dəyərində mobil telefonlar götürmüşdür. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 anası Şahid1 məxsus «Kia Forte» markalı, ** UY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin olmasını və baş etibarnamə verib əvəzində mobil telefon götürmək istəmələrini bildirmişdir. Buna görə də 5.000 manat dəyərində «İphone» markalı müxtəlif modelli mobil telefonlar vermişdir. Hətta bir dəfə Şahid1 ilə birlikdə avtomobilə dair adına baş etibarnamə vermək üçün «Xalqlar» metrostansiyası ərazisində «Ağ Çiçəyim» gül mağazasının yanında yerləşən notariusa getmiş və orada Dilarə şəxsiyyət vəsiqəsinin evdə qalmasını bəhanə gətirərək etibarnamə verməmişdir. Heydər və Fərhadın Dilarəyə məxsus olduğunu bildirdikləri avtomobili təmir etdirmək məqsədi ilə ustaya qoymuş və bir müddət sonra usta zəng edərək, avtomobilin «Rentacar» tərəfindən aparılmasını bildirmişdir. Sonradan həmin avtomobilin Şahid1 aid yox, «Rentacar»a məxsus avtomobil olması məlum olmuşdur. Sonra özlərinə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində torpaq sahəsinin olmasını bildirərək, həmin torpağı satıb pulu verəcəyini bildirsə də aldatmışdır. Mobil telefon mağazasından hissə-hissə ümumilikdə Təqsirləndirilən şəxs1, dostu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 42.000 manat dəyərində «İphone» markalı, 11,12,13,14 sadə və «Pro» modelli mobil telefonlar vermişdir. Buna görə də mən hadisə ilə əlaqədar Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hadisə nəticəsində ümumilikdə təxminən 42.000 (qırx iki min) manatdan artıq məbləğdə maddi ziyan dəymişdir. Ona vurulmuş ümumi zərərdən 15.000 manat ödənilmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərlə razılaşmışdır. Ona hər ay zərərin qalan hissəsi ödəniləcəkdir. Təqsirləndirilən şəxslərdən şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2 il müddətdir ki, tanıyır. Heydər oğlu Fərhadla yaxın dostluq münasibətləri vardır. Heydər bir neçə dəfə olmaqla ev ünvanlarına da gəlmişdir. 2024-cü ilin yanvar ayında özünə məxsus Şirvan şəhərində olan həyət evini 20.000 manat qarşılığında satmışdır. Həmin pul məbləğinin 2.000 manatını qızının təhsil haqqı ilə bağlı illik haqqını ödəmişdir. Evinin satılması barədə Heydərin də məlumatı olmuşdur. 2024-cü ilin dəqiq xatırlamadığı tarixdə Orxan adlı şəxs əlaqə saxlayaraq Heydər və Fərhada mobil telefonlar verməsini bildirmişdir. Orxandan hansı məbləğ qaşılığında mobil telefonları verməsini soruşduqda Orxan dəqiq məbləğ bilməməsini, verdiyi mobil telefonları özünün alış-satış dəftərində qeyd etdiyini bildirmişdir. Bundan sonra Orxan tərəfindən oğlu Fərhadın Heydər ilə birlikdə ümumilikdə 42.000 manat dəyərində müxtəlif mobil telefonları alılb satışı həyata keçirməklə əldə olunan pulu ələ keçiməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2 il müddətdir ki, tanıyır. 2023-cü ilin avqust ayından Orxanın metronun “Əhmədli” stansiyası yaxınlığında icarə əsasında işlətdiyi “MM Telecom” da satıcı kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə uzun müddətdir ki, tanıyır. Heydər əvvəl işlədiyi telefon mağazasına gələrək bir neçə dəfə mobil telefon almışdır. Həmin vaxtdan aralarında münasibət yaranmışdır. Fərhadı da Heydərin vasitəsi ilə tanımışdır. Heydər Fərhadın atası həyatda olmayan uşaq kimi təqdim etmişdir. 2024-cü ilin yanvar-mart ayları aralığında Heydər ilə Fərhad işlədiyi telefon mağazasına gələrək mağazanın müdiri Orxandan ümumi dəyəri 42.000 manatdan artıq məlum olan “İphone” və “Samsung” markalı olmaqla müxtəlif modelli mobil telefonları üzərinə pul qoyub satıb gəlir əldə edib telefonun pulu qaytaracağını bildirməklə mobil telefonları götürməsi məlum olmuşdur. Həmin vaxtı Heydər mobil telefonun bir neçəsini satmaqda köməklik etməsini xahiş etmiş, mağazanın yaxınlığında mobil telefonların alqı-satqısını həyata keçirən Anar adlı şəxsə onu yönləndirmişdir. Həmin vaxtdan sonra Heydərin Fərhadla birlikdə götürdüyü müxtəlif marka və modelli mobil telefonları satmaqla və lombarda qoymaqla mobil telefonların pullarını ələ keçirməsi məlum olmuşdur. Bundan sonra Heydəri əvvəlcədən tanıması səbəbindən əlaqə saxlayan zaman telefondan əldə etdikləri pulları Fərhadla birlikdə xərclədiklərini bildirmiş, pulları isə qaytaracaqlarını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki metronun “Əhmədli” stansiyası yaxınlığında müxtəlif mobil telefon mağazalarında telefon alqı-satqısı ilə məşğul olmuşdur. ünvan 7 ünvanında yerləşən “NN Mobile” telefon mağazasında fərdi olaraq telefon alqı-satqısını həyata keçirdir. Şahid2 təxminən 3 il müddətdir ki, tanıyır. Yaxın ünvanlarda mobil telefonların alqı-satqısını həyata keçirməklərinə görə aralarında münasibət yaranmışdır. Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır. Orxan Elnurun satıcı kimi fəaliyyət göstərdiyi “MM Telecomda” satıcı vəzifəsində fəaliyyət göstərir. Bir-birilərini tanımaqları səbəbindən Enurdan mobil telefon alıb satışını həyata keçirdir. 2024-cü ilin fevral ayında Elnur mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq tanışının mobil telefon satmaq istədiyini bildirmişdir. Bundan sonra adı sonradan Heydər kimi məlum olan şəxs xx.xx.2024-cü il tarixdə mağazaya gələrək özünə məxsus olduğunu bildirdiyi “İphone 13” markalı mobil telefonu göstərmişdir. Telefona baxdıqdan sonra 1.000 manata ala biləcəyini bildirmişdir. Heydər ilə razılaşdıqdan sonra Heydərdən telefonu 1.000 manata almışdır. Bundan sonra aralarında alqı-satqıya dair sənədələşdirmə aparılmışdır. xx.xx.2024-cü il tarixdə Heydər mağazaya gələrək “İphone 12 Pro” markalı mobil telefonu gətirmişdir. Həmin telefonu 950 manat müqabilində Heydərdən almışdır. Bundan sonra sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Heydər mağazaya gələrək “İphone 13 Pro” markalı avtomobili özünə məxsus olmasını bildirərək 1.500 manata satmışdır. Hər üç mobil telefonu Heydər satarkən özünə məxsus mobil telefonu təqdim etmiş və bu barədə müvafiq alqı-satqıya dair qəbz hazırlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 15 il, müddətdir ki ünvan 8 ünvanında olan “Hollywood Cars” şirkətində avtomobillərin kirayə verilməsi işi ilə məşğul olur. Təqsirləndirilən şəxs1 1 il müddətdir tanıyır. Heydər bir neçə dəfə şirkətə məxsus avtomobilləri kirayə götürərək idarə etmişdir. Heydər bir neçə dəfə özünə məxsus sürücülük vəsiqəsini təqdim etməklə rəsmi olaraq avtomobil götürməsi səbəbindən aralarında münasibət yaranmışdır. Söhbət əsnasında Heydər özünü çox imkanlı, babasının nüfuzlu sahibkar olan, bir neçə ünvanda ev ünvanın olan şəxs kimi təqdim etmişdir. 2024-cü ilin yadında qaldığı qədəri ilə aprel ayında Heydər şirkətə müraciət edərək **-UV-*** dövlət qeydiyyat nişanlı “Kia Forte” markalı avtomobili kirayə götürmüşdür. Həmin avtomobili Heydər götürdükdən bir müddət sonra istifadəsində olan mobil nömrənin bağlı olaması səbəbindən əlaqə yarada bilməmişdir. Bundan sonra avtomobilə quraşdırılan gprs sistemi vasitəsi ilə avtomobilin Binəqədi rayonunda olan avtomobil servisində olmasını müəyyən etmişdir. Həmin servisə yollanmışdır. Servisdə avtomobili Orxan adlı şəxsin gətirib qoyması bildirilmişdir. Servisdən Orxanın nömrəsini götürüb əlaqə saxlamışdır. Orxan avtomobilin özünə məxsus olmasını deyərək aralarında olan pul məsələsi qarşılığında Heydərin avtomobili ona verməsini demişdir. Bundan sonra Orxanla görüşüb avtomobilin sənədlərini göstərmişdir və həmin avtomobilin şirkətə məxsus olmasını demişdir. Həmin vaxt Orxan Heydər tərəfindən aldadılmasını başa düşmüş və həmin avtomobili təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə ********* cinayət işi başlanmışdır (i.v. 1); Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nə ərizə ilə müraciət edərək tanışı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və sonuncunun anası Şahid1 çalışıdığı mobil telefon və aksessuar mağazasından 42.000 ( qırx iki min) manatlıq mobil telefon götürməsi, lakin həmin mobil telefonların pulunu ödəməməsini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v 5) zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 20-21); 19 iyul 2024-cü il tarixli sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi +**********33 və +**********00 saylı mobil nörmələrin «Whatsapp» ani mesajlaşma mobil tətbiqi vasitəsilə apardıqları yazışmaların olduğu cinayət işi materiallarına əlavə edilmiş 8 vərəqədən ibarət olmuşdur.Həmin yazışmalarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə arasında mobil telefonların alqı-satqısını həyata keçridikdən sonra əldə olunan pulları geri qaytaracaqlarına dair yalandan verdikləri vədlər və s. mövzularda aparılmış danışıqlar əks olunmuşdur.(i.v 31-39) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri xüsusatları birbirinin üzünə qarşı təsdiq etmişlər.(i.v 53-56) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 67); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 68); 21 oktyabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində tutulmuşdur.(i.v 86) 21 oktyabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 15:26 radələrində tutulmuşdur.(i.v 87) 22 oktyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı təsdiq etmişdir.(i.v 131-134) 22 oktyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq etmişdir.(i.v 135-138) 22 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir.(i.v 139) 23 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v 142-144) 23 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v 157-158) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-661/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 oktyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır.(i.v 185-188) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-662/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatın təmin edilməsindən imtina edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır.(i.v 189-193) 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilmişdir.(i.v 194-195) 23 oktyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokolun məzmunundan görünür ki, CD-R formatlı diskə baxış keçirilmiş, diskin içərisində olan faylardakı səs-yazılarından və videogörüntüdən Təqsirləndirilən şəxs1n və Təqsirləndirilən şəxs2 ilə birlikdən Zərərçəkmiş şəxs mobil telefonları ələ keçirmələri, təqsirləndirilən şəxslərin sonuncudan əldə etdiyi pul məbləğlərini geri qaytarması ilə bağlı danışıqlarının olması əks olunması təsdiqini tapmışdır.(i.v 197) xx.xx.2024-cü il tarixli maddi ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 atası tərəfindən 15.000 manat pul ödənilmişdir.(i.v 218) Medalların surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.(i.v 219) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-706/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir.(i.v 220-226) İş üzrə təyin olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3506 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 əqli intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs1 qeyd olunan cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgüb qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstələyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 qeyd olunan qeyd olunan cinayət törədilən anda əqli imkanlarında gerilik əlamətləri yaranmamışdır. Əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək, həmçinin düzgün qavramaq, təsvir etmək imkanından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 əqli-intelektual imkanları normaya uyğundur. Eqosentizm, məsuliyyətsizlik, laqeydlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 haıl-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli zamanı süuruna və fəaliyyətinə təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamışdır.(i.v 241-244) İş üzrə təyin olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3505 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 idrak prossesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs2 qeyd olunan cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgüb qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 halhazırda hər hansı psixi xəstələyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 qeyd olunan qeyd olunan cinayət törədilən anda əqli imkanlarında gerilik əlamətləri yaranmamışdır. Əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək, həmçinin düzgün qavramaq, təsvir etmək imkanından məhrum etməmişdir. Təqsirləndirilən şəxs2 əqli-intelektual imkanları normaya uyğundur. Tez qərar vermək, səthilik, tez inanmaq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 haıl-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli zamanı şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır.(i.v 245-248) 12 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihama dəyişdirilmədən qüvvəsindən saxlanılması, Təqsirləndirilən şəxs1 "ev dustaqlığı" və Təqsirləndirilən şəxs2 barəsində tərəfimdən "polisin nəzarəti altına vermə" qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, cinayət işində olan 01 ədəd CD-R formatlı disk və yazışma mətnləri sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 170 və 178.2.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilməsi, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, şahidlər X1, Şahid3, Şahid2, Şahid4 ifadələri, üzləşdirmədə dindirilmə istintaq hərəkəti haqqında protokollar, səs yazıları və yazışmalar sübut növü kimi qiymətləndirilməsi, cinayət işində olan 01 ədəd CD-R formatlı disk sübut və mesaj mətnləri əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınsın və istintaq materiallarına əlavə edilməsi, Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3505 və 3506 saylı rəyləri sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 59.1.14-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən cinayəti törədən zaman yetkinlik yaşına çatmayan şəxs olması təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınması qərara alınmışdır.(i.v 253-265) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclas zalında cinayət işi materiallarında olan diskə baxış keçirilmiş, xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi protokolunda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X2 vurulmuş zərəri qismən ödəməsini, (CM 59.1.14) və onun vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. X2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını (CM 59.1.2), vurulmuş zərəri qismən ödəməsini (CM 59.1.14), cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. X2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həbsdə və ev dustaqlığında olduğu müddət (21 oktyabr 2024-cü il tarixdən 14 fevral 2025-ci il tarixədək) azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş ev dustaqlığ qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk və 08 vərəqədən ibarət mesaj mətnləri cinayət işi materillarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2nvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş Müdafiəçi1 hər birinə ayrı-ayrılıqda 30 (iyirmi) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) aymüddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında olduğu olduğu 03(üç) ay 24(iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07(yeddi) ay 18(on səkkiz) gün müddət ona təyin olunmuş 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində 01 (bir) il 10(on)ay 12(on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2nvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02(iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04(dörd) gün müddət ona təyin olunmuş 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində 01(bir) il 11(on bir)ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk və 08 vərəqədən ibarət mesaj mətnləri cinayət işi materillarında saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş Müdafiəçi1 hər birinə ayrı-ayrılıqda 30 (iyirmi) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-107/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-107/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver