Məhkəmə qərarları › İş №1(011)-108/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-108/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-108/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, evli, himayəsində iki uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2, ********* nömrəli cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İbtidai istintaq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 19 noyabr 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o, həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, 18 dekabr 2020-ci il tarixdə yeni növ koronavirus (Covid-19) infeksiyasına yolxumasına baxmayaraq 23 dekabr 2020-ci il tarixdə saat 16 radələrində yaşayış yerini tərk edib, yəni ünvan 3 ünvanda vətəndaşların intensiv hərəkət etdiyi küçələrdə piyada olaraq sərbəst hərəkət edib karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06.09.2021-ci il tarixdə özünü pis hiss etməyinə görə 1 №-li kliniki xəstəxanasında Covid-19 xəstəliyindən analiz vermiş və yaşadığı ünvana getmişdir. Səhəri günü yəni 07.09.2021-ci il tarixdə ona məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “İTS.GOV.AZ”-dan vermiş olduğu analizin cavabının pozitiv olması, eyni zamanda yaşayış yerinin tərk edilməməsi, əks təqdirdə cinayət və inzibati xətalar məcəllərinin müvafiq maddələri ilə məsuliyyətə cəlb ediləcəyi ilə bağlı smslə xəbərdarlıq gəlmişdir. Özünü yaxşı hiss etdiyindən dərman almaq üçün yaxındakı aptekə evdən çıxaraq getmişdir. Xəstə olduğu müddətdə üç dəfə evdən çıxaraq rejim qaydalarını pozmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona yaşadığı ünvana gedərək oranı tərk etməmək tapşırığı vermişlər. İzahatı alındıqdan sonra yaşadığı ünvana getmişdir. Daha sonra əməlindən səmimi peşman olmasını, iki ayzaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid Səfər oğlu ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 35-ci PŞ-nin polis əməliyyat müvəkkili vəzifəsində çalışır, polis mayoru xüsusi rütbəsi daşıyır. 14 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində PBnin inzibati ərazisində, yəni Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 242 saylı uşaq baxçasının yaxınlığında xidmətdə olan zaman bir nəfər şəxsin onu gördükdən sonra, özünü şübhəli aparmasını görərək ona yaxınlaşaraq həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etmişlər. Həmin şəxs ona bildirmişdir ki, üzərində heç bir şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Bu zaman o, özünə məxsus “şəxsiyyətin müəyyən olunması üçün istifadə olunan mobil cihaz”da həmin şəxsin şəxsiyyətini yoxlamış və müəyyən etmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur, həmin şəxsə 07 sentyabr 2021-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixinə qədər yaşayış yerini tərk etməməsi, əks halda qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıması barədə 07 sentyabr 2021-ci il tarixdə SMS ilə məlumatlandırılmasını və aktiv koronavirus xəstəsi olduğunu müəyyən etmişdir. Həmin şəxs aptekə getmək üçün yaşadığı yeri tərk etməsini bildirmişdir. Bu zaman yerindəcə həmin şəxsin izahatı alınmış bu barədə müvafiq protokol tərtib edilmiş və müvafiq SMS-lərin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Daha sonra müəyyən edilmiş qaydalar Təqsirləndirilən şəxs izah edilərək yaşadığı ünvana geri qaytarılmışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 907/KEŞ saylı 03 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, 06 sentyabr 2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs «Covid-19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitargigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. «Covid-19» virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. İş materiallarından görünür ki, Azərfon MMC-dən göndərilmiş CD diskə 12 dekabr 2021-ci il tarixində baxış keçirilmiş və müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi həqiqətən də təqsirləndirilən Təqsirləndirilən şəxs məxsusdur və bununla yanaşı olaraq sonuncuya məxsus olan mobil telefon nömrəsinin anten dairəsinin müyyən edilməsi məqsədi ilə Azərfon MMC-dən daxil olmuş CD diskdə şəxsin həqiqətən də 07.09.2021-ci il tarixdə saat 19:02-də ünvan 4 ünvanında, 11.09.2021-ci il tarixdə saat 15:50-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli D ünvanlarında olması öz təsdiqini tapmışdır. İş materiallarında olan 12 dekabr 2021-ci il tarixli «videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, polis əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 212 saylı baxçanın yaxınlığında özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin koronavirus infeksiyasına yoluxmasından xəbərdar olması, həkim yanına getmək üçün yaşadığı ünvanı tərk etməsini bildirir. Cinayət işi materiallarına əlavə edilmiş SMS çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə vermiş olduğu testin nəticəsinin pozitiv olması barədə 07 sentyabr 2021-ci il tarixdə məlumatlandırıcı SMS gəlmiş və Təqsirləndirilən şəxs özünün və ailə üzvlərinin yaşayış yerini tərk etmələri, əks halda məsuliyyətə cəlb ediləcəkləri barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 13 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iki ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan elekton çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs ailəlidir - X1 həyat yoldaşıdır. Himayəsində 28.10.2007-ci il təvəllüdlü Məhərrəmli Arzu və 01.02.2010-cu il təvəllüdlü Məhərrəmli Azər adlı iki ayzaşlı uşaqları var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün səmimi etirafı, şahid ifadəsi, ekspertiza rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu islah edib cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş iki ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş iki ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar