Məhkəmə qərarları › İş №1(011)-109/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-109/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-109/2020 05.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Zərərçəkmiş şəxs - Azərbaycan Respublikasının Ekolgiya və Təbii Sərvətlər Nazirliyi Yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Cəlilabad rayonunun Allar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, hazırda heç yerdə işləməyən, Cəlilabad rayonunun Allar kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları xeyli miqdarda ziyan vurmaqla qanunsuz olaraq kəsmişdir. Belə ki, o, faktiki olaraq tanışı Şahid3 məxsus Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 442 saylı sərəncamı ilə sonuncunun dostu X3 adına 15x15 metr ölçülərində ticarət məntəqəsinin tikintisinə icazə verilməsi məqsədilə istifadəsinə verilən dövlət mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindəki “Çinar” kafesində ümumi işlərin aparılmasına faktiki rəhbərlik və nəzarət edən şəxs kimi 2019-cu ilin may ayında kafenin həyətyanı sahəsində abadlıq və kafenin divarlarında təmir işlərini görərkən həmin torpaq sahəsində mövcud meşə fonduna daxil olmayan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 421 saylı qərarına uyğun olaraq, ümumi dəyəri 3.600 (üç min altı yüz) manat məbləğində qiymətləndirilmiş, köküstə yaş halda, hər birinin diametri 16 sm olan 4 ədəd zeytun ağaclarını “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə əsasən şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, habelə, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilməli olduğu halda, belə rəy və qərar olmadan, eləcə də, yaşıllığın götürülməsi vərəqi almadan qanunsuz əl mişarı ilə şəxsən özü kəsərək təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsiri bilərək ifadəsində göstərmişdir ki, o, 2006-cı ilədək “xxxxxxxxxxx” MMC-də inspektor işləmiş, daha sonra işsiz olmuşdur. Həmin vaxt həmyerlisi, yəni Cəlilabad rayon sakini Şahid3 onu rəhbəri olduğu “Çinar” kafesində işləməyə dəvət etmiş və o, işsiz olduğundan onun bu təklifini qəbul etmişdir. ünvan 2 ünvanında yerləşən “Çinar” kafesi Şahid3 məxsus olmaqla Vüqar tərəfindən idarə edilsə də, Vüqar həmin vaxt Xətai RPİ-də işlədiyindən kafeyə lazımi vaxt ayıra bilməmişdir. Buna görə də əvəzindən kafenin ümumi işlərinə nəzarət etməsini ondan xahiş etmiş və gördüyü işə uyğun aylıq haqq ödəyəcəyini demişdir. 2006-cı ildən hal-hazıradək kafenin işlərinə o, nəzarət etmiş, habelə kafeyə aid müxtəlif işləri icra etmişdir. Şahid3 bir neçə il öncə X9 pensiyaya çıxdıqdan sonra valideyinləri və ailə üzvlərinin Cəlilabad rayonunda yaşaması səbəbindən tez-tez Cəlilabad rayonuna gedib-gəlmiş, vaxtının çox hissəsini həmin rayonda keçirmişdir. Bu səbəbdən Vüqar kafeyə az-az gəlib-getmiş, işlərin gedişatı barədə vaxtaşırı onunla əlaqə saxlayıb məlumat almışdır. Kafenin fəliyyət göstərdiyi müddətdə həyatyanı sahədə abadlıq işlərinə daim diqqət ayrılmış, həttda orada müəyyən qədər ağaclar da əkilərək qulluq olunmuşdur. Kafenin ərazisində kəsilmiş 4 ədəd zeytun ağacı da illər öncə Şahid3 tərəfindən əkilmiş və qulluq olunmuşdur. Həmin ağaclar böyüdükdən sonra kafenin həyətyanı sahəsində mövcud olan paltar satışı dükanın dam örtüyünü zədələmişdir. Belə ki, həmin ağaclar paltar dükanın arxa divarına yaxın məsafədə bitdiyindən hər dəfə külək əsəndə ağacların budaqları dükanın arxa divarına və dam örtüyünə toxunub zədələmiş, sonuncu dəfə 2019-cu ilin aprel ayının ortalarında küləkli havada ağaclar bir daha mağazanın dam örtüyünü zədələmişdir. Buna görə o, həmin ağacların mane olan budaqlarını kəsmək qərarına gəlmiş, əl mişar ilə 4 ədəd zeytun ağacın yerdən təxminən 2-2,5 metr hündürlükdə çətir hissəsini kəsib atmışdır. Yəni ağacların gövdəsinə zərər yetirmədən budamışdır. Bundan bir neçə gün sonra, yəni xx xxxxx 2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elnur və Hüseyn adlı əməkdaşları gəlib həmin ağaclara baxış keçirmiş, ağacların kim tərəfindən qanunsuz budandığını soruşanda, ağacların onun tərəfindən budandığını bildirmişdir. ETSN-nin həmin əməkdaşları ağacların bu cür budanmasının qanunsuz olduğunu və bunun inzibati xəta hesab olunduğunu bildirərək bu barədə akt yazaraq onu təxmini xatırlamasına görə 100 manat məbləğində cərimə etmişlər. Kafeni sahibi Şahid3 həmin vaxt Cəlilabad rayonunda olmuş və ağacların budanmasından məlumatsız olmuşdur. Buna görə o, baş verənlər barədə Şahid3 məlumat vermək məcburiyyətində qalmışdır. O, Şahid3 zəng edib 4 ədəd zeytun ağaclarının dükanın dam örtüyünü zədələdiyinə görə həmin ağacların budaqlarını kəsdiyini və buna görə ETSN-nin əməkdaşlarının gəlib onu cərimə etdiklərini bildirmişdir. Vüqar ediləcək başqa bir şey olmadığını bildirib, yazılan cəriməni onun əvəzindən ödəyəcəyini demişdir. Bundan sonra o, ETSN-nin tərtib etdiyi aktı imzalamışdır. Bir neçə gündən sonra Vüqar Bakı şəhərinə gəldikdən sonra ETSN-nin Elnur adlı əməkdaşı ilə əlaqə saxlayıb cəriməni necə ödəmək lazım olduğunu soruşmuş, Elnur da pulu onlara verməklə ödəyə biləcəyini bildirmişdir. Bundan sonra Vüqar ETSN-nin əməkdaşı Şahid1la görüşüb cərimə məbləğini sonuncuya verməklə ödəmiş, bir neçə gündən sonra Elnur həmin cərimənin ödənilməsi barədə çeki ona təqdim etmişdir. Bundan 10-15 gün sonra, yəni 2019-cu ilin may ayının əvvəlində kafenin həyətində müəyyən abadlıq işləri aparmış, “emusiya” alıb kafenin və paltar dükanın divarlarını rəngləmişdir. Həmin zeytun ağaclarının qalan gövdələri divara çox yaxın məsafədə olduğundan rəngləmə işinə mane olmuş, buna görə o, həmin ağacları kəsmək qərarına gəlmişdir. O, belə zənn etmişdir ki, həmin ağaclara görə artıq bir dəfə cərimə olunmuşdursa ağacın qalan gövdəsini də kəsə bilər. Yəni həmin ağaclara görə cərimə ödəmişdirsə ağacların qalmasına ehtiyac yoxdur. Buna görə 4 ədəd zeytun ağaclarını kök boğazından kəsmiş və mağazanın divarını rahat şəkildə rəngləmişdir. O, ağacları qanunsuz kəsərkən kafenin sahibi Şahid3 Cəlilabad rayonunda olmuş, ağacları kəsməsindən məlumatsız olmuş, yalnız bir həftədən sonra kafeyə gələndə ağacların kəsildiyini görüb bu barədə maraqlanmış, o, bildirmişdir ki, divarı rəngləyərkən həmin işlərin görülməsinə mane olduğu üçün ağacların qalan gövdəsini də kəsmişdir. Vüqar ağacların kəsilməsinin problem yaradacağından narahat olmuş və bununla əlaqədar iradlarını ona bildirmişdir. O, Vüqara bildirmişdir ki, həmin ağaclara görə bir dəfə cərimə olunmuş, buna görə ikinci dəfə cərimə olunmayacağını zənn etdiyi üçün ağacların qalan gövdələrini də kəsmişdir. Bundan bir neçə ay sonra yəni 2019-cu ilin avqust ayının əvvəllərində Xətai rayon İcra Hakimiyyətinin başçısı M.Hadi küçəsində müəyyən abadlıq işlərin aparılması ilə əlaqədar kafenin yaxınlığında olarkən həmin küçədə olan bir sıra ticarət və iaşə obyektlərinin müasir tələblərə uyğun təmir edilməsi və ətrafında abadlıq işlərinin görülməsi barədə tapşırıq vermiş, həmin vaxt “Çinar” kafenin həyətyanı sahəsində olan “qadın geyim” mağazasının da müasir görünüşdə təmir edilməsi barədə tapşırıq verilmişdir. Buna görə Vüqar plastik materialdan olan mağazanın köhnə üzlüyünü söküb yerində müasir görünüşdə plastik və şüşə materialdan yeni üzlük çəkməklə təmir etmiş və həmin vaxt mağazanın arxa divarını bir metr kafeyə doğru genişləndirmişdir. Kəsilən zeytun ağacların kötükləri mağazanın genişləndirilən hissəsinin altında qalmışdır. Bundan təxminən 10 gün sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elnur və Əlikram adlı əməkdaşları gəlib kafenin həyətyanı sahəsinə baxış keçirərkən həmin zeytun ağacların olmadığını müəyyən edib onların qanunsuz kəsilməsi ilə bağlı araşdırmaya başlamış, 4 ədəd zeytun ağacının kim tərəfindən kəsildiyini soruşanda o, ağacları 2019-cu ilin may ayında kəsdiyini etiraf etmişdir. Bundan sonra Əlikram adlı əməkdaş ağacların qanunsuz kəsilməsini rəsmiləşdirərək 4 ədəd zeytun ağacın qanunsuz kəsilərək məhv edilməsi nəticədə təbiətə vurulan zərərin 3.600 manat təşkil etdiyini bildirmişdir. O, həmin məbləği eşidəndə çox təəccüblənmiş, 4 ədəd ağaca görə zərərin məbləğinin bu qədər olmasının qeyri mümkün olduğunu bildirmişdir. Habelə həmin ağaclara görə daha öncə cərimə olunduğunu da bildirmiş, bir ağaca görə ikinci dəfə cərimə edilməsini doğru hesab etməmişdir. Lakin, ETSN-nin əməkdaşları ağacların qanunsuz kəsilməsini rəsmiləşdirmişlər. O, tərtib edilən aktla razılaşmayıb onu imzalamaqdan imtina etmişdir. Habelə zəng edib bu barədə kafenin sahibi Şahid3 məlumat vermişdir. Az sonra Vüqar kafeyə gəlib ETSN-nin əməkdaşları ilə danışıb problemi həll etməyə çalışmışdır. Lakin Ekologiya Nazirliyinin əməkdaşları ağacların kəsilməsini rəsmiləşdirib getmişlər. Bundan sonra Şahid3 ağacları kəsməsi ilə bağlı yaranmış problemə görə onu danlamış və bir daha ondan icazəsiz bu cür işlər görməməsini tələb etmişdir. Habelə tələb etmişdir ki, ağacların kəsilməsinə görə yazılan cəriməni də öz vəsaiti hesabına ödəsin. 4 ədəd zeytun ağacının kəsilməsi barədə ona heç kimin göstəriş vermədiyini, həmin ağacları kafe və mağazanın divarlarını rəngləyərkən bu işlərin görülməsinə mane olduğu üçün özbaşına kəsdiyini, ağacların kəsilməsindən Şahid3 məlumatı olmamışdır. Hazırda o, dəymiş maddi ziyan 3.600 manat pulu tam olaraq ödəmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, ailəli olduğunu, ailəsinin yeganə dolnadıranı olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olduğunu, ilk dəfə məhkum olunduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsinin, şahidlərin məhkəməyədək icraat dövründə verdiyi ifadələr, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ekolgiya və Təbii Sərvətlər Nazirliyi Yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ifadə verərək göstərmişdir ki, 2019-cu ilin aprel ayında Marif Mədətov adlı şəxs Ekologia və Təbii Sərvətlər Nazirliyinin “168 qaynar xətt” əlaqə mərkəzinə zəng edib ünvan 2 ünvanında yerləşən “Çinar” kafesinin həyətyanı sahəsində qanunsuz ağac kəsilməsi barədə məlumat vermişdir. Həmin məlumatın araşdırılması Şahid1 və məsləhətçi müfəttiş Hüseyn Adıgözəlova həvalə edildiyindən xx.xx.2019-cu il tarixdə həmin şəxslər tərəflərindən həmin kafenin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, kafenin həyətindəki köküstə yaş halda hər birinin diametri 16 sm olan 4 ədəd zeytun ağacına boy artımına mane olmayacaq dərəcədə zədələr yetirilmişdir. Yəni 4 ədəd ağacın hər birinin budaqları və çətir hissəsi yerdən 2-2.5 metr hündürlükdən kəsilərək budanmış, ağacın gövdəsi isə qalmışdır. Əməkdaşlar ağacların kim tərəfindən və hansı şəraitdə zədələnməsini (budanmasını) aydınlaşdırmağa çalışmış, həmin vaxt özünü kafeni işlədən şəxs kimi təqdim edən Cəlilabad rayonu, Alar kənd sakini Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ağacların çətir hissəsi obyektin dam hissəsinə yaxın məsafədə olduğundan hər dəfə küləkli hava şəraitində obyektin damına toxunub zədələdiyi üçün məcbur qalıb onları budamışdır. Ağaclar tam məhv edilmədiyinə görə Təqsirləndirilən şəxs barəsində akt yazılmaqla inzibati məsuliyyətə cəlb edilmiş, İXMnin 253.4-cü maddəsinə əsasən 100 manat cərimə olunmuşdur. Təqsirləndirilən şəxs tərtib edilən həmin aktla razılaşıb imzalamış və barəsində tərtib edilmiş cəriməni “xxxxxxxxxxxx” ASC-də ETSN-nin ƏMMD-nin müvafiq hesabına ödəmişdir. Həmin vaxt kafeni işlədən Təqsirləndirilən şəxs ağacların təkrarən zədələnməməsi və ya qanunsuz kəsilməklə məhv edilməməsi barədə onların əməkdaşları xəbərdarlıq edilmişdir. Ağacların gələcəkdə qanunsuz kəsilərək məhv ediləcəyindən əməkdaşlar tərəfindən şübhələndikləri üçün həmin ağaclar onlar tərəfindən nəzarətdə saxlanılmış və vaxtaşırı olaraq yoxlanılmışdır. Növbəti dəfə xx xxxxxx 2019-cu il tarixdə narzirlyin əməkdaşları kafeyə gedəndə həmin 4 ədəd zeytun ağacın qanunsuz kəsilərək məhv edildiyi və yerində “sendiviç panel” (plastik) materiallardan tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilmişdir. Onların əməkdaşları həmin tikilinin içərisinə girib ağacların kötük hissəsini müəyyən etməyə çalışsa da, yerə “metlax” döşəndiyi üçün bu mümkün olmamışdır. Onların əməkdaşları tərəfindən ağacların kim tərəfindən və hansı şəraitdə kəsilməsini aydınlaşdırmağa çalışmışlar, habelə ağacların kəsilməsi üçün hər hansı rəsmi icazənin olub olmadığını soruşmuşlar. Həmin vaxt obyektin sahibi kimi özünü təqdim edən Şahid3 adlı şəxs kafe ərazisində 4 ədəd deyil, cəmi 2 ədəd zeytun ağacının bir neçə ay öncə ondan xəbərsiz kafeni işlədən Təqsirləndirilən şəxs tərəfindən kəsdiyini, həmin vaxt özünün Bakı şəhərində olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs nazirliyin əməkdaşlarına ağacları kəsdiyini etiraf etmişdir. Lakin o, bildirmişdir ki, həmin ərazidə 2 ədəd deyil 4 ədəd zeytun ağacı olmuş, bir neçə ay öncə həmin ağaclara gözə cərimə tətbiq olunarkən tərəfindən tərtib edilmiş aktda 4 ədəd ağac qeyd edildiyini və həmin aktla Təqsirləndirilən şəxs razılaşaraq imzaladığını bildirmişdir. Bundan sonra nazirliyin əməkdaşları tərəfindən ağacların qanunsuz kəsilməsi faktı rəsmiləşdirilərək akt yazılmış, kəsilmiş ağaclar Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli, 421 saylı qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun ölçülüb təbiətə vurulan zərər qiymətləndirilmişdir. Belə ki, daha öncə, yəni xx.xx.2019-cu il tarixdə akt tərtib edərkən həmin ağacların diameti ölçülmüş, həmin 4 ədəd zeytun ağacların hər birinin diametrinin 16 sm təşkil etdiyi müəyyən edilmişdir. Yaşıllıq sahəsinin məhv edilməsi nəticəsində vurulmuş zərəri müəyyən etmək üçün Nazirlər Kabinetinin qeyd olunan qərarı üzrə nəzərdə tutulmuş əmsal üzrə hesablanma aparılaraq həmin ağacların hər biri 300 manat dəyərində qiymətləndirilməklə 4 ədəd ağacın məhv edilməsi nəticəsində vurulmuş zərərin ümumilikdə 1200 manat təşkil etdiyi müəyyən edilmişdir. Nazirlər Kabinetinin qeyd olunan qərarı üzrə hesablama əmsalına əsasən yaşıllıqların məhv edilməsi nəticəsində vurulmuş zərərin məbləği hesablanarkən Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə həmin məbləğ 3 mislinə vurulmaqla hesablanmalı olduğundan və qeyd olunan ağaclar Bakı şəhərində məhv edildiyindən hesablanmış 1200 manatlıq məbləğ 3 mislinə vurulmuş və nəticədə vurulmuş zərərin məbləği 3600 manat kimi hesablanmışdır. Lakin kafenin sahibi Şahid3, habelə həmin ağacları kəsən Səyavuş Adıgözəlov aktla razılaşmayaraq imza etməkdən imtina etmişlər. Bundan sonra nazirliyin əməkdaşları aşkar olunmuş pozuntu barədə Nazirliyin rəhbərliyinə məruzə etmişlər. Daha sonra, sənədlər toplanaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan 3.600 manat tam olaraq dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən “Çinar” kafesi ona məxsusdur. Belə ki, o, əvvəllər Xətai RPİnin 34-cü polis bölməsində sahə rəisi vəzifəsində işləmiş və 2014-cü ildə o, Azərbaycan Respublikası DİN-dən təqaüdə çıxmışdır. O, polisdə işlədiyi müddətdə, yəni 1999-cu ildə özünə qazanc yeri kimi bir kafe açmaq qərarına gəlmiş, lakin polis əməkdaşı olduğundan bunu öz adından etməmiş, buna görə kafeni yaxın dostu X3 adına rəsmiləşdirmişdir. 1999-cu ildə Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdan keçib Xətai rayonu, Məhəmməd Hadi küçəsi 180 ünvanındakı torpaq sahəsində mövsümi kafe açıb, yəni oradakı yaşıllıq ərazidə masalar qoyub fəaliyyətə başlamışdır. Yay mövsümü bitdikdən sonra o, belə qərara gəlmişdir ki, həmin ərazidə bir kafe tikib il boyu fəaliyyət göstərsin. Bununla əlaqədar o, 2000-ci ilin sonunda dostu X3 adından Xətai RİH-nə müraciət edərək həmin torpaq sahəsinin ayrılması və orada tikinti işlərinə icazə verilməsini xahiş etmiş, bundan sonra Xətai RİH-nin xx.xx.2000-ci il tarixli 442 saylı sərəncamı ilə Zaur Hüseynovun adına M.Hadi küçəsindəki həmin ərazidən 525 m2 torpaq sahəsi ayrılmış və oradakı mövcud mövsümi fəlaiyyət göstərən kafenin yerində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bundan sonra o, orada ümumi sahəsi 80 m2 olan kafe tikmiş, həmin vaxtdan hazıradək kafe fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddətdə kafenin ətrafyanı ərazisində abadlıq və sanitariya qaydalarına həmişə riayət etmiş, habelə müəyyən qədər yaşıllıqlar da salmışdır. Kafe ona məxsus olsa da, polisdə işləməsi ilə əlaqədar kafenin fəaliyyətinə tam nəzarət edə bilməmiş, buna görə yaxın münasibətdə olduğu həmkəndlisi, yəni Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs müraciət edib kafedəki işlərə ümumi nəzarət etməsini xahiş etmiş və bunun müqabilində aylıq ona ödəniş vəd etmişdir. İlk dövrlərdən Səyavuş kafenin fəaliyyətinə nəzarət etmiş, habelə kafenin həyatyanı torpaq sahəsində abadlıq, vaxtaşırı lazımi təmir işlərini də görmüşdür. Polisdə işləməsi ilə əlaqədar hər gün kafeyə gedə bilməmiş, tez-tez Səyavuşla əlaqə saxlayıb işlərin gedişatı ilə bağlı maraqlanmışdır. 2014-cü ildə kafenin həyatyanı torpaq sahəsində, boş ərazidə, plastik materldan ümumi sahəsi 34 m2 olan mağaza tikib icarəyə vermişdir. Mağazanı ayrılan torpaq sahəsinin hüdudları çərçivəsində tikmiş, torpaq sahəsindən kənara çıxmamışdır. Bir müddət sonra yəni 2017-ci ildə dostu X13 Federasiyasının Moskva şəhərinə köçməsi ilə əlaqədar kafeni Zaurun adından çıxarmaq məcburiyyətində qalmış, 2017-ci ilin may ayında Xətai RİH-nə müraciət edib kafeni X3 adından çıxardıb bacısının həyat yoldaşı X2 adına sənədləşdirməsini xahiş etmiş, Xətai RİH başçısının xx.xx.2014-cü il tarixli, 179 saylı sərəncamı ilə kafe X2 adına sənədləşdirilmişdir. Lakin Poladın həmin kafeyə heç bir aidiyyəti olmamış, kafenin sahibi kimi onun tərəfindən idarə edilmişdir. Obyekt vergi orqanında həmin kafedə inzibatçı kimi işləyən X1 adına uçota alınmışdır. Kafenin fəaliyyəti ilə bağlı vergi hesabatlarını vaxtlı-vaxtında təqdim edib vergilərini ödəmişdir. DİO-dan təqaüdə çıxdıqdan sonra ailə üzvlərinin və valideyinlərinin Cəlilabad şəhərində yaşaması ilə əlaqədar o, tez-tez Cəlilabad rayonuna getmiş, ayın əksər vaxtını həmin rayonda keçirmişdir. 2019-cu ilin aprel ayında yaxın qohumunun dəfn mərasimi ilə əlaqədar o, Cəlilabad rayonunda olarkən “Çinar” kafesində işlərə ümumi nəzarət edən Təqsirləndirilən şəxs ona zəng edib kafenin həyətində olan 4 ədəd zeytun ağacının budaqlarını kəsdiyini bildirmişdir. Belə ki, həmin ağaclar mağazanın arxa divarına çox yaxın məsafədən bitdiyindən külək əsəndə mağazanın dam örtüyünü zədələmiş, bu səbəbdən Səyavuş həmin ağacların mağazanın dam örtüyünə mane olan hissədən, yəni yerdən təxminən 2-2.5 metr hündürlükdən budamışdır. Səyavuş bildirmişdir ki, bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Departamentinin Elnur və Hüseyn adlı əməkdaşları kafeyə gəlib 4 ədəd zeytun ağacının budaqlarının kəsilməsinə görə inibati xəta protokolu tərtib edirlər. O, Səyavuşun telefonu vasitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həmin əməkdaşları ilə danışıb ağacların külək əsərkən kafenin dam örtüyünü zədələməsi səbəbindən Səyavuş tərəfindən budandığını bildirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ağacların bu cür budanmasının qanunsuz olduğunu və inzibati məsuliyyət yaratdığını bildirib Səyavuş barəsində inzibati xəta protokolu tərtib edilməklə cərimə etməli olduqlarını demişdir. O, həmin izahla razılaşıb cəriməni qısa müddətdə ödəyəcəyini bildirmişdir. Bir neçə gündən sonra kafeyə gedərkən ETSN-nin əməkdaşlarının tərtib etdiyi aktla tanış olmuş, həmin aktı Təqsirləndirilən şəxs imza etmiş, təxmini xatırlamasına görə ağacların qanunsuz budanmasına görə 100 manat cərimə yazılmışdır. Ağacları Səyavuş kəssə də, onun işlərini idarə etdiyinə görə həmin cəriməni ödəməyi o, öz öhtəsinə götürmüşdür. O, ETSN-nin Elnur adlı işçisi ilə əlaqə saxlayıb cəriməni necə ödəməli olduğunu soruşanda Elnur həmin məbləği onlara verməklə də ödəyə biləcəyini demişdir. Buna görə o, Elnurla kafedə görüşüb həmin cərimənin ödənilməsi üçün Elnura 100 manat pul vermiş, sonuncu cəriməni ödəyib çeki gətirəcəyini bildirmişdir. Bir həftədən sonra Elnur ona zəng edib həmin cəriməni ödədiyini bildirərək çeki harada ona verməsini soruşmuşdur. O, xahiş etmişdir ki, çeki aparıb kafedə Təqsirləndirilən şəxs versin, bundan sonra Elnur həmin çeki Səyavuşa vermişdir. Bundan 1-2 həftə sonra, yəni 2019-cu ilin may ayının əvvəlində o, Cəlilabad rayonunda olarkən Səyavuş kafenin həyətyanı sahəsində müəyyən abadlıq işləri görmüş, həmin vaxt kafenin və paltar dükanın divarlarını da rəngləmişdir. Həmin zeytun ağacları divara çox yaxın məsafədə bitdiyinə görə divarların rənglənməsinə mane olmuş, bu səbəbdən Səyavuş həmin ağacları kəsib divarları rəngləmişdir. Bir neçə gündən sonra o, kafeyə gələrkən ağacların kəsildiyini görüb bu barədə Səyavuşdan maraqlanmış, Səyavuş bildirmişdir ki, ağaclar divarların rənglənməsinə mane olduğu üçün onları mişarla kəsmişdir. O, ağacları kəsdiyinə görə Səyavuşa iradını bildirərək bunun problem olacağını demişdir. Səyavuş elə zənn etmişdir ki, həmin ağaclara görə daha öncə cərimə edildiyindən onları kəsmək olar. Bundan bir neçə ay sonra yəni 2019-cu ilin avqust ayının əvvəlində Xətai rayon İcra Hakimiyyətinin başçısı M.Hadi küçəsində müəyyən abadlıq işlərin aparılması ilə əlaqədar keafinin yaxınlığında olarkən həmin küçədə olan bir sıra ticarət və iaşə obyektlərinin müasir tələblərə uyğun təmir edilməsi və ətrafında abadlıq işlərinin görülməsi barədə şifahi göstəriş vermişdir. Həmin vaxt “Çinar” kafenin həyətyanı sahəsində olan “qadın geyim” mağazasının da müasir görünüşdə təmir etməsi barədə tapşırıq verilmişdir. Buna görə o, mağazanın köhnə üzlüyünü söküb plastik və şüşə materialdan müasir tələblərə uyğun təmir etmiş, həmin vaxt mağazanın arxa divarını bir metr kafeyə doğru genişləndirmiş, kəsilmiş zeytun ağacların kötükləri mağazanın genişləndirilən hissəsinin altında qalmışdır. Bir neçə gündən sonra yəni xx xxxxxx 2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elnur və Əlikram adlı əməkdaşları gəlib kafenin həyətyanı sahəsinə baxış keçirərkən əvvəllər 4 ədəd zeytun ağacının mövcud olduğunu, lakin onların qanunsuz kəsildiyini bildirmişlər. O, ağacların kafenin ümumi işlərinə nəzarət edən Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bildirmişdir. Səyavuş həmin ağacları kafenin və mağazanın divarlarını rəngləyərkən bu işlərin görülməsinə mane olduğu üçün 2019-cu ilin may ayında kəsdiyini təsdiq etmişdir. Bundan sonra Əlikram adlı əməkdaş ağacların qanunsuz kəsilməsini rəsmiləşdirmiş, 4 ədəd zeytun ağacın qanunsuz kəsilərək məhv edilməsi nəticədə təbiətə vurulan zərərin 3.600 manat təşkil etdiyini bildirmişdir. O, həmin məbləği eşidəndə çox təəccüblənmiş, 4 ədəd ağaca görə zərərin məbləğinin bu qədər olmasının qeyri real olduğunu bildirərək tərtib edilmiş aktla razılaşmayıb onu Səyavuş tərəfindən imzalamasına icazə verməmişdir. Bundan sonra ETSN-nin əməkdaşları getmişlər. O, Səyavuşu etdiyi özbaşınalıq nəticəsində yaratdığı problemə görə danlamış və bir daha onun kafedə olmadığı vaxtlarda heç bir işi özbaşına etməməsini tələb etmişdir. Bir müddət sonra məlumat almışdır ki, kafedə ağacların qanunsuz kəsilməsi ilə bağlı tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. O, kafenin sahibi olsa da, oradakı bütün işlərin gedişatına nəzarət etməsini Təqsirləndirilən şəxs həvalə etmiş, zeytun ağaclarının kəsilməsinə onun heç bir aidiyyəti olmamışdır. Bu barədə o, Səyavuşa heç bir göstəriş verməmiş, habelə ağacların kəsilməsindən xəbərsiz olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, o, xx xxxxxx 2019-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Departamentində aparıcı məsləhətçi müfəttiş vəzifəsində işləyir. Onun əsas vəzifəsi ərazi bölgüsü üzrə ona təhkim olunmuş sahədə yaşıllıqların qorunub saxlanması, onlara aqro-texniki qulluqların göstərilməsi, tikinti-abadlıq işləri zamanı yaşıllıqların bərpası və sairdən ibarət olmuşdur. Aparılmış bölgüyə əsasən Bakı şəhəri Nizami və Xətai rayonları üzrə qeyd olunan vəzifələrin icrası ona və digər məsləhətçi müfəttiş Şahid1 həvalə edilmişdir. Xidməti vəzifələrin icrası ilə əlaqədar gündəlik olaraq Şahid1la birlkidə onlara təhkim olunmuş ərazi üzrə sahələri gəzib mövcud yaşıllıqların məhv edilibedilməməsinə nəzarət etmişlər. Yaşıllıqlar əsasən tikinti aparılan sahələrdə məhv edildiyinə görə sahələri gəzərkən tikinti işləri müəyyən etdikdə həmin əraziyə xüsusi diqqət ayrılmışdır. 2019-cu ilin aprel ayında Ekologia və Təbii Sərvətlər Nazirliyinin “168 qaynar xətt” əlaqə mərkəzinə Xətai rayonu, M.Hadi küçəsi 180 ünvanında yerləşən Çinar kafesinin həyatyanı sahəsində qanunsuz ağac kəsilməsi barədə məlumat verilmişdir. Həmin məlumatın araşdırılması ondan öndə Şahid1 ilə Adıgözəlov Hüseyn Məmməd oğluna həvalə edilmiş, həmin əməkdaşlar tərəfindən kafenin həyətyanı sahəsinə baxış keçirilərkən kafenin həyətində köküstə yaş halda hər birinin diametri 16 sm olan 4 ədəd zeytun ağacının boy artımına mane olmayacaq dərəcədə zədələr yetirilməsi müəyyən edilmişdir. Yəni 4 ağacın hər birinin budaqları və çətir hissəsi yerdən 2 metr hündürlükdən kəsilmiş, ağacın gövdəsi isə qalmışdır. Buna görə kafeni işlədən X6 barəsində akt yazılmaqla inzibati məsuliyyətə cəlb edilmiş, Azərbaycan Respublikası İXM-nin 253.4-cü maddəsinə əsasən 100 manat cərimə olunmuşdur. Təqsirləndirilən şəxs həmin aktla razılaşıb imzalamış və barəsində tərtib edilmiş cəriməni “xxxxxxxxxxx” ASC-də müvafiq hesaba ödəmişdir. Bir neçə gündən sonra o, həmin əraziyə təhkim olunmuşdur. Həmin ağacların gələcəkdə qanunsuz kəsilərək məhf ediləcəyindən şübhələndikləri üçün həmin ağaclar Şahid1 ilə birlikdə tərəfimizdən nəzarətdə saxlanıldı və vaxtaşırı olaraq yoxlanıldı. Növbəti dəfə xx xxxxxx 2019-cu il tarixdə məsləhətçi müfəttiş Şahid1 ilə o, kafeyə gedəndə həmin 4 ədəd zeytun ağacın qanunsuz kəsilərək məhf edildiyi və yerində “sendiviç panel” (plastik) materiallarından tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edildi. Həmin tikilinin içərisinə girib ağacların kötük hissəsini müəyyən etməyə çalışsalar da, yerə ağacların kötüklərinin üstündən metlax döşəndiyi müəyyən etmişlər. Ağacların kim tərəfindən və hansı şəraitdə kəsilməsini aydınlaşdırmağa çalışsadılar. Bununla bağlı ağacların kəsilməsi üçün hər hansı rəsmi icazənin olub olmadığını soruşdular. Həmin vaxt obyektin sahibi kimi özünü təqdim edən Şahid3 adlı şəxs kafe ərazisində 4 ədəd deyil, cəmi 2 ədəd zeytun ağacının ondan xəbərsiz kafeni işlədən Təqsirləndirilən şəxs kəsdiyini, həmin vaxt Bakı şəhərində olmadığını bildirdi. Lakin onlar bildirdilər ki, həmin ərazidə 2 ədəd deyil 4 ədəd zeytun ağacı olmuş, bir neçə ay öncə həmin ağaclara görə cərimə tətbiq olunmuşdur. Bununla bağlı tərəflərindən ağacların qanunsuz kəsilməsi faktı rəsmiləşdirilərək akt yazıldı və kəsilmiş ağaclar Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli, 421 saylı qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun təbiətə vurulan zərər qiymətləndirildi. Belə ki, daha öncə, yəni xx xxxxx 2019-cu il tarixdə akt tərtib edərkən həmin ağacların diametri ölçülərək həmin 4 ədəd zeytun ağacların hər birinin diametri 16 sm təşkil etdiyi müəyyən edilmişdir. Yaşıllıq sahəsinin məhf edilməsi nəticəsində vurulmuş zərəri müəyyən etmək üçün Nazirlər Kabinetinin qeyd olunan qərarı üzrə nəzərdə tutulmuş əmsal üzrə hesablanma aparılaraq həmin ağacların hər biri 300 manat dəyərində qiymətləndirilməklə 4 ədəd ağacın məhf edilməsi nəticəsində vurulmuş zərərin ümumilikdə 1200 manat təşkil etdiyi müəyyən edilmişdir. Nazirlər Kabinetinin qeyd olunan qərarı üzrə hesablama əmsalına əsasən yaşıllıqların məhv edilməsi nəticəsində vurulmuş zərərin məbləği hesablanarkən Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə həmin məbləğ 3 mislinə vurulmaqla hesablanmalı olduğundan və qeyd olunan ağaclar Bakı şəhərində məhf edildiyindən hesablanmış 1200 manatlıq məbləğ 3 mislinə vuruldu və nəticədə vurulmuş zərərin məbləği 3600 manat kimi hesablanmışdır. Lakin kafenin sahibi Şahid3, habelə həmin ağacları kəsən Səyavuş Adıgözəlov aktla razılaşmayaraq imza etməkdən imtina etmişlər. Bundan sonra nazirliyin əməkdaşları aşkar olunmuş pozuntu barədə Nazirliyin rəhbərliyinə məruzə etmişlər. Daha sonra, sənədlər toplanaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, xx xxxxxxx 2011-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Departamentinin məsləhətçi müfəttişi vəzifəsində işləyir. Əsas vəzifəsi ərazi bölgüsü üzrə ona təhkim olunmuş sahədə yaşıllıqların qorunub saxlanması, onlara aqro-texniki qulluqların göstərilməsi, tikinti-abadlıq işləri zamanı yaşıllıqların bərpası və sairdən ibarət olmuşdur. Aparılmış bölgüyə əsasən Bakı şəhəri Nizami və Xətai rayonları üzrə qeyd olunan vəzifələrin icrası ona və digər məsləhətçi müfəttiş Adıgözəlov Hüseyn Məmməd oğluna həvalə edilmişdir. 2019-cu ilin aprel ayının sonunda Hüseyn Adıgözəlovun başqa vəzifəyə təyin edilməsi ilə əlaqədar həmin tarixdən sonra aparıcı məsləhətçi müfəttiş Şahid2 ilə birgə işləmişdir. O, Nazirliyin əməkdaşı kimi həmin əraziyə təhkim olunmuş, onlardan savayı Nazirliyin yerli qurumların əməkdaşları da həmin ərazilərdə fəaliyyət göstərmişlər. Xidməti vəzifələrin icrası ilə əlaqədar gündəlik olaraq o, Hüseyn Adıgözəlov ilə, 2019-cu ilin aprel ayının sonundan etibarən isə Şahid2 ilə birlikdə təhkim olunmuş ərazi üzrə sahələri gəzib mövcud yaşıllıqların məhv edilib-edilməməsinə nəzarət etmişlər. Yaşıllıqlar əsasən tikinti aparılan sahələrdə məhv edildiyinə görə sahələri gəzərkən tikinti işləri müəyyən etdikdə həmin əraziyə xüsusi diqqət ayrılmışdır. 2019-cu ilin aprel ayında Marif Mədətov adlı şəxs Ekologia və Təbii Sərvətlər Nazirliyinin “168 qaynar xətt” əlaqə mərkəzinə zəng edib Xətai rayonu, M.Hadi küçəsi 180 ünvanında yerləşən “Çinar” kafesinin həyətyanı sahəsində qanunsuz ağac kəsilməsi barədə məlumat vermişdir. Həmin məlumatın araşdırılması ona və məsləhətçi müfəttiş Hüseyn Adıgözəlova həvalə edildiyindən xx xxxxx 2019-cu il tarixdə tərəflərindən həmin kafenin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, kafenin həyətindəki köküstə yaş halda hər birinin diametri 16 sm olan 4 ədəd zeytun ağacına boy artımına mane olmayacaq dərəcədə zədələr yetirilmişdir. Yəni 4 ədəd ağacın hər birinin budaqları və çətir hissəsi yerdən 2-2.5 metr hündürlükdən kəsilərək budanmış, ağacın gövdəsi isə qalmışdır. O, ağacların kim tərəfindən və hansı şəraitdə zədələnməsini (budanmasını) aydınlaşdırmağa çalışmış, həmin vaxt özünü kafeni işlədən şəxs kimi təqdim edən Cəlilabad rayonu, Alar kənd sakini Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ağacların çətir hissəsi obyektin dam hissəsinə yaxın məsafədə olduğundan hər dəfə küləkli hava şəraitində obyektin damına toxunub zədələdiyi üçün məcbur qalıb onları budamışdır. Ağaclar tam məhv edilmədiyinə görə Təqsirləndirilən şəxs barəsində akt yazılmaqla inzibati məsuliyyətə cəlb edilmiş, Azərbaycan Respublikası İXM-nin 253.4-cü maddəsinə əsasən 100 manat cərimə olunmuşdur. Təqsirləndirilən şəxs tərtib edilən həmin aktla razılaşıb imzalamış və barəsində tərtib edilmiş cəriməni “xxxxxxxxxxxx” ASC-də ETSN-nin ƏMMD-nin müvafiq hesabına ödəmişdir. Həmin vaxt kafeni işlədən Təqsirləndirilən şəxs ağacların təkrarən zədələnməməsi və ya qanunsuz kəsilməklə məhv edilməməsi barədə xəbərdarlıq edilmişdir. Ağacların gələcəkdə qanunsuz kəsilərək məhv ediləcəyindən şübhələndikləri üçün həmin ağaclar tərəfindən nəzarətdə saxlanılmış və vaxtaşırı olaraq yoxlanılmışdır. Növbəti dəfə xx xxxxxx 2019-cu il tarixdə aparıcı ETSN-nin ƏMMD-nin məsləhətçi müfəttişi Şahid2 ilə kafeyə gedəndə həmin 4 ədəd zeytun ağacın qanunsuz kəsilərək məhv edildiyi və yerində “sendiviç panel” (plastik) materiallardan tikintiquraşdırma işlərinin aparıldığı müəyyən edilmişdir. Həmin tikilinin içərisinə girib ağacların kötük hissəsini müəyyən etməyə çalışsa da, yerə “metlax” döşəndiyi üçün bu mümkün olmamışdır. Ağacların kim tərəfindən və hansı şəraitdə kəsilməsini aydınlaşdırmağa çalışmış, habelə ağacların kəsilməsi üçün hər hansı rəsmi icazənin olub olmadığını soruşmuşlar. Həmin vaxt obyektin sahibi kimi özünü təqdim edən Şahid3 adlı şəxs kafe ərazisində 4 ədəd deyil, cəmi 2 ədəd zeytun ağacının bir neçə ay öncə ondan xəbərsiz kafeni işlədən Təqsirləndirilən şəxs tərəfindən kəsdiyini, həmin vaxt özünün Bakı şəhərində olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ağacları kəsdiyini etiraf etmişdir. Lakin o, bildirmişdir ki, həmin ərazidə 2 ədəd deyil 4 ədəd zeytun ağacı olmuş, bir neçə ay öncə həmin ağaclara gözə cərimə tətbiq olunarkən tərəfindən tərtib edilmiş aktda 4 ədəd ağac qeyd edildiyini və həmin aktla Təqsirləndirilən şəxs razılaşaraq imzaladığını bildirmişdir. Bundan sonra o və Şahid2 tərəfindən ağacların qanunsuz kəsilməsi faktı rəsmiləşdirilərək akt yazılmış, kəsilmiş ağaclar Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli, 421 saylı qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun ölçülüb təbiətə vurulan zərər qiymətləndirilmişdir. Belə ki, daha öncə, yəni xx xxxxx 2019-cu il tarixdə akt tərtib edərkən həmin ağacların diameti ölçülmüş, həmin 4 ədəd zeytun ağacların hər birinin diametrinin 16 sm təşkil etdiyi müəyyən edilmişdir. Yaşıllıq sahəsinin məhv edilməsi nəticəsində vurulmuş zərəri müəyyən etmək üçün Nazirlər Kabinetinin qeyd olunan qərarı üzrə nəzərdə tutulmuş əmsal üzrə hesablanma aparılaraq həmin ağacların hər biri 300 manat dəyərində qiymətləndirilməklə 4 ədəd ağacın məhv edilməsi nəticəsində vurulmuş zərərin ümumilikdə 1.200 manat təşkil etdiyi müəyyən edilmişdir. Nazirlər Kabinetinin qeyd olunan qərarı üzrə hesablama əmsalına əsasən yaşıllıqların məhv edilməsi nəticəsində vurulmuş zərərin məbləği hesablanarkən Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə həmin məbləğ 3 mislinə vurulmaqla hesablanmalı olduğundan və qeyd olunan ağaclar Bakı şəhərində məhv edildiyindən hesablanmış 1200 manatlıq məbləğ 3 mislinə vurulmuş və nəticədə vurulmuş zərərin məbləği 3600 manat kimi hesablanmışdır. Lakin kafenin sahibi Şahid3, habelə həmin ağacları kəsən Səyavuş Adıgözəlov aktla razılaşmayaraq imza etməkdən imtina etmişlər. Bundan sonra o, Şahid2la birlikdə aşkar olunmuş pozuntu barədə Nazirliyin rəhbərliyinə məruzə etmişlər. Cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, **********03 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında “Çinar” kafesinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Cinayət işinin 121-ci vərəqəsində olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 199 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən ticarət məntəqəsi (“Çinar” kafe) icra hakimiyyətin xx.xx.2000-ci il tarixli 442 saylı sarəncamı ilə Hüseynov Zaur ələskər oğlunun adına, Xətai RİH başçısının xx.xx.2017-ci il tarixli, 179 saylı sərəncamı ilə qarşılıqlı razılaşma əsasında X2 adına sənədləşdirilmişdir. Cinayət işinin 12-13-cü vərəqələrində olan Azərbaycan Respublikasının Ekologiya və X7 X8 Departamentinin xx xxxxx 2019-ci il tarixli, 51028 nömrəli aktından görünür ki, “Çinar” kafesinin həyətyanı sahəsinə baxış keçirilərkən kafeni işlədən Cəlilabad rayonu, Alar kənd sakini Təqsirləndirilən şəxs tərəfindən bioloji inkişafda olan, hər birininin diametri 16 sm olan, 4 ədəd zeytun ağacının boy artımına mane olmayacaq dərəcədə zədələndiyi müəyyən edilmiş, Təqsirləndirilən şəxs izahat verərək həmin ağacların küləkli hava şəraitində tikilinin dam örtüyünü zədələdiyi üçün heç bir quruma məlumat vermədən özbaşına ağacların çətir hissəsini kəsdiyini bildirmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx xxxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə təqsirli bilinərək, 100 (yüz) manat cərimə edilmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan kassa mədaxil orderindən görünür ki, Təqsirləndirilən şəxs 1.00 (yüz) manat məbləğində inzibati cərimə plunu ödəmişdir. Cinayət işinin 14-15-ci vərəqələrində olan Azərbaycan Respublikasının Ekologiya və X7 X8 Departamentinin xx xxxxxx 2019-ci il tarixli, 52867 nömrəli aktından görünür ki, yaşıllıqların qorunub mühafizə olunması ilə bağlı keçirilən reyd zamanı “Çinar” kafenin həyətyanı sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, kafe ərazisində əvvəllər mövcud olan, hər birinin diametri 16 sm olan 4 ədəd zeytun ağacı qanunsuz olaraq kök boğazından kəsilərək məhv edilmişdir. Qeyd olunan ağacların məhv edilməsi nəticəsində təbiətə vurulan zərərin məbləği hesablanarkən bir ağaca görə dəymiş zərərin məbləği 300 manat kimi qiymətləndirilməklə 4 ağaca görə cəmi 1200 manat zərər müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən təbiətə vurulan zərər Bakı şəhəri üzrə 3 mislinə vurulmaqla hesablanmalı olduğundan qeyd edilən 4 ədəd zeytun ağacın məhv edilməsi nəticəsində təbiətə vurulan zərərin ümumi məbləği 3600 (1200x3=3600) manat təşkil etmişdir. Cinayət işinin 90-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 940 saylı məhkəmə əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 52867 nömrəli akta və ona əlavə edilmiş hesablama cədvəlində kəsilmiş ağaclara görə dəymiş ziyanın hesablanması zamanı müəyyən olunmuş qaydalar düzgün tətbiq edilmişdir. - Göstərilən hesabatın nəticəsi təsdiq olunmaqla 4 ədəd yaş, köküstə ağacların kəsilərək məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 3.600 (üç min altı yüz) manat təşkil edir. Cinayət işinin 92-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli, 132583 nömrəli kassa mədaxil orderindən görünür ki, Təqsirləndirilən şəxs ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə vurduğu 3.600 (üç min altı yüz) manat məbləğində zərəri tam şəkildə ödəmişdir. Cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı məlumat mövcud informasiya resurslarında müəyyən olunmamışdır. Cinayət işinin 123-124-cü vərəqələrində olan Cəlilabad rayon Allar kənd İƏDÜN tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Cəlilabad rayon Allar kəndində yaşayır. Cinayət işinin 125-ci vərəqəsində olan Cəlilabad rayon Allar kənd İƏDÜN tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir şikayət və müraciət daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materialına əlavə edilmiş Cəlilabad rayon Allar kənd İƏDÜN tərəfindən xx xxx 2004-cü il tarixində verilmiş AZ-İ seriyalı 062404 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 xx xxx 2004-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə “13” nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra soyadları ərin Adışov, arvadın Adışova qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materialına əlavə edilmiş Cəlilabad RPŞ tərəfindən xx xxxxxx 2017-ci il tarixində verilmiş AZE seriyalı 18159961 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Adışova Rəhimə xx xxxxxx 2005-ci ildə Cəlilabad rayonunun Allar kəndində doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Adışova Mahirədir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları xeyli miqdarda ziyan vurmaqla qanunsuz olaraq kəsməsi cinayətinin törətməsi, onun özünün istintaq zamanı verdyi ifadəsi, zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsinin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CinayətMəcəlləsinin259.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olduğunu, yaşadığı yerdən müsbət xasiyyətləndirildiyini, ilk dəfə məhkum olunduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri - 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan - 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar